Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-6/2022 25.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X5, Zərərçəkmiş şəxs X6, Zərərçəkmiş şəxsin nümayəndəsi – Fərdi Qaydada fəaliyyət göstərən vəkil X7 iştirakı ilə xx.xx.1988-ci ildə Ağdam rayonu, Boyəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Ağdam rayonu, Boyəhmədli kəndində qeydiyyatda olmaqla,Mingəçevir şəhəri H.Əliyev küçəsi bina 7, mənzil 39-da yaşayan, barəsində 29.04.2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X6 etibarından sui-istifadə edib oğlu Şahid1 Mingəçevir şəhər Asan Xidmət Mərkəzinə işə düzəldəcəyini yalan vəd verib aldadaraq, 2019-cu il sentyabr ayında Mingəçevir şəhəri X16 dələduzluq əməlini pərdələmək məqsədi ilə X12 ilə borc müqaviləsi bağlayaraq 10 000 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs Müşabə Səmədovaya 10 000 (on min) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, 2015-ci il tarixdən o Müşabə Səmədovanı tanıyırmış. Müşabə Səmədova onunla qonşuluqda yaşayırmış və çox yaxşı münasibətləri olmuşdur. O, qaçqın qəsəbəsində onunla qonşuluqda yaşayan Müşabənin yanına getmişdir. Onunla görüş zamanı bildirmişdir ki, onun oğlunu “Asan Xidmət” Mərkəzində işə düzəldə bilər, bunun qarşlığında isə ondan 10.000 manat pul istəyir. Müşabə isə ona pulu yalnız borc müqaviləsi ilə verə biləcəyəni bildirmişdir. O da razı olmuş və onlar Noatriatda borc müqaviləsi bağlamışlar. Lakin nə qədər çalışsa da, Müşabənin oğluna iş düzəldə bilməmişdir. Götürdüyü 10.000 manat pul isə şəxsi ehtiyaclarına xərcləmişdir. Ona görə də sonradan Müşabə pulunu geri istədikdə pulu qaytara bilməmişdir. Hazırda etdiyi əməldən peşmandır. Hadisədən sonra X9 dəymiş ziyanı atası tərəfindən tam şəkildə ödənilmiş, onunla barışmış və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında oğlu Azər Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Təlim Tədris Mərkəzində kurs keçib zabitlik almaq üçün o oğlu ilə birlikdə Bakı şəhərinə getmişlər.Bakı şəhərində Müdafiə Nazirliyi Təlim Tədris mərkəzində tibbi komisiyyadan keçən zaman oğlu Azərin biləyində uşaq vaxtı yıxıldığı üçün çapıq olduğundan tibbi komisiyyadan keçə bilməmişdir.O ilə Mingəçevir H.Əliyev prospekti yerləşən Qaçqın şəhəriciyində yaşayan Elnarə adlı qadının əlaqələrinin geniş olduğunu bildiyi üçün Elnarəyə zəng vurub oğlu Azəri tibbi komisiyyadan keçirməyinə kömək etməsini istəmişdir.Elnarə isə onunla danışdıqdan 1 saat sonra onu yığıb oğlu Azəri Mingəçevir şəhərində yerləşən Asan Xidmətə qeydiyyat məsələləri üzrə inspektor düzəldə biləcəyini bildirmiş və onun Mingəçevir şəhərinə geri qayıtmağını istəmişdir. 2019-cu ilin sentyabr ayının 20-də o və oğlu Mingəçevir şəhərinə geri qayıtmışlar.Mingəçevir şəhərinə gəldikdən sonra o və oğlu Elnarə ilə görüşmüşdür. Elnarə ona oğlu Azərin yanında oğlunu Mingəçevir şəhəri Asan Xidmətə şəxsiyyət və qeeydiyyat məsələləri üzrə inspektoru düzəldə biləcəyini və bunun müqabilində 10 000 manat pul vermək lazım oldğunu bildirmişdir.O isə razılaşmışdır. Elnarə ilk öncə oğlu Azəri Asan Xidmətə Tərtər rayonu rəis müavini Zabil adlı şəxsin vasitəsi ilə düzəltdiyini bildirmişdir. Oğlu Azəri işə düzəltmək üçün ilk öncə oğlu Azər özünə aid məlumatları və diplomun surətini Elnarəyə vermişdir.Bir neçə gün sonra Elnarəyə zəng vurub təcili olaraq 10 000 manat pulu vermək lazım olduğunu bildirmişdir.O, Elnarəyə maddi durumu hazırda yaxşı olmadığı üçün onu bir müddət gözləməyi bilkdirmiş, Elnarə isə ona pulu vermədiyi halda Asan Xidmətdə olan boş vakansiaya başqa bir şəxsi işə götürüləcəyini bildirmişdir. O, qohumlarımdan 10 000 manat borc pul aldıqdan sonra 27.09.2019-ci il tarixdə Elnarəyə zəng vurub pulun hazır olduğnu bildirmişdir. Elnarə isə ona Asan Xidmətə gəlməyini istəmişdir.O və X22 şəhəri Asan Xidmətə getmiş və orada Elnarə ilə görüşdükdən sonra Asan Xidmətdə 2-ci mərtəbədə yerləşən notariat kontora qalxmışlar.Orada 27.09.2019-cu il tarixdə Elnarə onunla 10 000 manat müqabilində borc müqaviləsi bağlamışdır.O, həmin vaxt aralarında bağlanan müavilənin borc müqaviləsi olduğunu bilmirmiş.Notarius Nidayət adlı şəxs Elnarədən həmin 10 000 manat pulu bir ay müddətinə geri qaytara biləcəyini soruşan zaman Elnarə Nidayət adlı şəxsə ondan 10 000 manat pulu işə düzəltmək üçün aldığını bildirmişdir.Bu sözləri deyən zaman otaqda Elnarə, o və notarius Nidayət adlı şəxs var imiş.Elnarə ilə onun arasında 10 000 manat borc müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin bir surəti ona verilmişdir. Daha sonra 27.09.2019-ci il tarixdə o, Elnarə və X22 şəhəri Kapital Banka getmiş və o 10 000 manat pulu Elnarə adlı şəxsin hesabına qoymuşdur. Elnarə isə öz hesabından həmin 10 000 manat pulu çıxartmış.Elnarə ondan aldığı 10 000 manat pulu Tərtər rayonunda rəis müavini işləyən Zabil adlı şəxsə apardığını bildirmişdir.Bundan sonra Elnarə ona oğlu Azərin 15.10.2019-cu il tarixdə Mingəçevir şəhəri Asan Xidmətdə işə başlayacağını bildirmişdir. Lakin Elnarə müddət keçdikcə onu aldatmağa başlamışdır.O, hər ay Elnarəyə zəng vuran zaman Elnarə ona qısa müddət ərzində oğlu Azərin işə düzələcəyini bildirmişdir. Bir müddət sonra isə Elnarə ona oğlu Azərin işə düzəlməsində Bakı şəhərində Bəxtiyar adlı şəxsin vasitəçilik etdiyini bildirmişdir. Daha sonra ölkə ərazisində pandemiya olduğundan o Elnarəyə zəng vuran zaman Elnarə ona pandemiya ilə bağlı oğlu Azərin işinin ləngidiyini bildirmişdir. Təxminən 7-8 ay sonra Elnarə ona zəng vurub oğlu Azərin tibbi komissiyadan keçəcəyini bildirmiş və Bakı şəhərinə gəlmək lazım olduğunu demişdir. O və oğlu Azər Bakı şəhərinə getmiş və Elnarə orada onları tanımadıqları xəstəxanaya aparmış və orada oğlu Azərdən yalnız qan analizi götürülmüşdür.Bundan sonra onlar Mingəçevir şəhərinə geri qayıtmışlar. Lakin o tibbi komissiyyada yalnız qan analizi ilə götülümüəsi ilə bağlı Elnarəyə iradını bildirdikdən sonra Elnarə ona Bakı şəhərinə yolların bağlandığı üçün oğlu Azəri Mingəçevir şəhəri Mərkzəi Xəstəxanasından tibbi komisiyyadan keçirəcəyini bildirmişdir. 2020-ci ilin sentyabr ayında Elnarə ona zəng vurub Mingəçevir şəhər Vital klinikasında oğlu Azərin tibbi komisiyyadan keçirilməsi üçün çağırmışdır. O və X22 şəhər Vital klinikasına getmişlər.O Elnarədən komisiyyanın hansı səbəbdən Mingəçevir şəhərində keçirildiyini soruşan zaman Elnarə ona pandemiyailə bağlı Bakı şəhərinə getmək mümkün olmadığını bildirmişdir. X22 şəhər Vital və Şəfa tibb mərkəzində bir sıra tibbi müayinələrdən keçmişdir.O, Vital klinikada Yaşar həkimdən hansı səbəbdən tibbi komissiyanın Mingəçevir şəhərində keçirildiyini soruşan zaman Yaşar həkim ona heç bir komisiyyanın keçirilmədiyini və Elnarə adlı şəxsin oğlu Azərin müayinələrdən keçməsi üçün ödəniş etdiyini bildirmişdir.Yaşar həkim həmçinin ona Elnarənin göstərişi əsasında Yusif həkimə Azəri müayinədən keçirməsini xahiş etməyini istəmiş və Elnarə isə müayinələrlə bağlı bütün ödənişləri etmişdir. Bundan sonra Elnarə ona qısa müddət ərzində oğlu Azərin işə düzəldəciyini bildirmişdir. Elnarə bügünə kimi oğlu Azəri işə düzəltməmiş və onun Elnarəyə verdiyi 10 000 manat pulu geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Ona görə də ondan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini, həmçinin ərizə verərək, mülki iddiaya xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs baldızı Müşabənin vasitəsi ilə tanımışdır. Belə ki, Müşabədən onun oğlunu Elnarənin Asan Xidmətə işə düzəldəcəyini öyrənmişdir. Bunun müqabilində Müşabədən də 10.000 manat ladığını bildirmişdir. Onun özünün də Elnarədən qızını və kürəkənini Asan Xidmətə işə düzəltməyini xahiş etmişdir. Oda ona 18.000 manata işə düzəldəcəyini demişdir. Şahid2 məhkəməyə teleqram ünvanlayaraq, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclası zamanı elan olunmuş, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “Vital” klinikasının baş həkimi vəzifəsində çalışırmış. 2020-ci ilin sentyabr ayında o klinikada olan zaman tanımadığı bir qadın klinikaya gələrək onlara 3 nəfər şəxsin analizlərinə görə nə qədər pul ödəmək lazım olduğunu soruşmuşdur. Klinikada həmin 3 nəfər şəxsin analizlərinin qiyməti hesablanıb həmin qadına məlumat verilmişdir.Həmin tanımadığı qvə xatırlamadığı qadın 3 nəfər şəxsin ad və soyadlarını bildirib həmin şəxslərin analiz pullarını ödəmiş və 3 nəfər şəxsin sabahsı gün gəlib analiz verəcəklərini bildirmişdir.Daha sonra həmin qadın klinikanı tərk edib çıxıb getmişdir. Sabahsı gün yəni 2020-ci ilin sentyabr ayında 3 nəfər tanımadığı şəxs klinikaya daxil olub analiz vermək istədiklərini bildirmişlər.Həmin şəxslər ad və soyadlarını bildirən zaman həmin şəxslərin bir gün öncə analizə görə pulları ödənilən şəxslər olduqlarını məlum olmuşdur. Həmin şəxslərdən analiz götürülmüş və həmin 3 nəfər şəxsdən analiz götürüldükdən sonra həmin 3 nəfər şəxsdən birinin valideyini ona yaxınlaşıb hansı səbəbdən tibbi komissiyanın burada keçirilməsini soruşan zaman, o təəccüblü halda hansı komissiyadan söhbət getdiyini, buranın özəl klinika olduğunu və 3 nəfər şəxsin analiz pullarının bir gün öncə tanımadığı və xatırlamadığı qadın tərəfindən ödənildiyini bildirmişdir. Daha sonra həmin şəxslər klinikanı tərk edib çıxıb getmişlər.Həmçinin tanımadığı 3 nəfər şəxsin pulunu ödəyən tanımadığı və xatırlamadığı şəxs bir gün öncə analiz pullarını ödəyən zaman, həmin şəxsləri rentgendəndə keçirtmək istədiyini bildirmiş, lakin o həmin şəxsə onların klinikasında rentgen olmadığını bildirsədə həmin şəxs tələsdiyi üçün ondan rentgen pullarını ona ödəməyi və onun həmin şəxsə görə 3 nəfər şəxsi başqa bir klinkada rentgendən keçirtməyini xahiş etmişdir.O isə razılaşmışdır. Həmin şəxs rentgen pullarını ödədikdən sonra çıxıb getmişdir.O isə Şəfa klinikasının baş həkimi Yusif həkimlə danışıb 3 nəfər şəxsin rentgendən keçirtmək lazm olduğunu və vətəndaş tərəfindən pulların ödənildiyini bildirmiş və pulları Yusif həkimə göndərmişdir. Həmin şəxslər onun yanındam çıxdıqdan sonra o həmin şəxslərə Şəfa klinikasında rentgendən keçmək üçün müayinə pullarının bir gün öncə tanımadığı və xatırlamadığı şəxs tərəfindən ödənildiyini bildirmişdir.Həmçinin o verilən suallara cavab olaraq Kilinkaya gəlib 3 nəfər şəxs görə analizlərin pulunu ödəyən şəxsi tanımadığını və klinikaya gündəlik olaraq çoxlu sayda insanlar gəldiyi üçün həmin şəxsi xatırlmadığını bildirmişdir. Həmçinin tanımadığı qadının həmin 3 nəfər şəxsi hansı məqsəd ilə analizdən keçirtməsini bilmədiyini bildrimişdir. Şahid6 məhkəməyə teleqram ünvanlayaraq, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclası zamanı elan olunmuş, Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o yaşayış evlərinə pul müqabilində təmizlik işlərinə gedirmiş. 2020-ci ilin sentyabr ayında təxminən 2 ildir tanıdğı Elnarə adlı şəxs ona zəng vurub anasının xəstə olduğunu və evində müəyyən təmizlik işləri aparmaq lazım olduğunu bildirmişdir.O, isə razılaşmışdır və Elnarənin yaşadığı Mingəçevir şəhəri, Qaçqın qəsəbəsində yerləşən mənzillərinə gəlmişdir.O, evdə təmizlik işləri görən zaman Elnarənin bir neçə yerə zəng vurub pul axtardığını eşitmiş lakin Elnarə kimlərə zəng vursada pul tapa bilmirmiş.O Elnarəyə Müşabə adlı faizə pul verən qadın olduğunu bildirmiş və onun 2013- 2014-cü illərdə Mingəçevir şəhəri ərazisində süd qatıq satan zaman həmin vaxtı qaçqın kimi tanıdığı Müşabə adlı qadının ondan həmişə süd, qatıq aldığımnı və normal münasibətləri olduğunu bildirmişdir.O, həmin vaxtlar Müşabənin faizə pul verdiyini bildirmişdir.Ona həmin vaxtlar pul lazım olan vaxtı bir neçə dəfə Müşabədən faizə pul götürmüşdür. Elnarə ondan Müşabənin harada yaşadığını soruşan zaman o sonuncu Müşabədən dəfə faizə pensiya kartımı qoyub pul götürən, faizə götürdüyü pulu bağlayanda Qaçqın qəsəbəsində birinci binadan Müşabənin yaşadığı evdən götürdüyünü bildirmişdir.Elnarə bir neçə şəxsə zəng vurmuş və Müşabənin mobil nömrəsini alıb onun yanında Müşabəyə zəng vurmuşdur. Müşabə isə Bakı şəhərindən çıxıb Mingəçevir şəhərinə gəldiyini bildirmişdir.Təxminən yarım saat sonra Elnarə evdə olan cavan qızla evdən çıxmışlarr.O isə evdə təmizlik işləri görürmüş.Daha sonra Elnarə ilə telefon vasitəsi ilə əlaqə saxlayan zaman Elnarə Müşabədən faizə pul götürdüyünü bildirmişdir. Şahid1 məhkəmə iclası zamanı elan olunmuş, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında o Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Təlim Tədris Mərkəzində kurs keçib zabitlik almaq üçün anası Muşabə ilə Bakı şəhərinə getmişlər. Bakı şəhərində Müdafiə Nazirliyi Təlim Tədris mərkəzində tibbi komisiyyadan keçən zaman onun biləyində uşaq vaxtı yıxıldığı üçün çapıq olduğundan tibbi komisiyyadan keçə bilməmişdir.Bu zaman anası Muşabə onlarla Mingəçevir H.Əliyev prospekti yerləşən Qaçqın şəhəriciyində yaşayan Elnarə adlı qadının əlaqələrinin geniş olduğunu bildiyi üçün Elnaəyə zəng vurub onu tibbi komisiyyadan keçirməyinə kömək etməsini istəmişdir.Elnarə isə anası ilə danışdıqdan 1 saat sonra yığıb onu Mingəçevir şəhərində yerləşən Asan Xidmətə qeydiyyat məsələləri üzrə inspektor düzəldə biləcəyini bildirmiş və onlar Mingəçevir şəhərinə geri qayıtmaqlarını istəmişdir.2019-cu ilin sentyabr ayının 20-də o və anası Muşabə Mingəçevir şəhərinə geri qayıtmışlar.Mingəçevir şəhərinə gəldikdən sonra o və anası Muşabə Elnarə ilə görüşmüşlər. Elnarə anasına onu Mingəçevir şəhəri Asan Xidmətə şəxsiyyət və qeydiyyat məsələləri üzrə inspektoru düzəldə biləcəyini və bunun müqabilində 10 000 manat pul vermək lazım oldğunu bildirmişdir.Anası Muşabə isə razılaşmışdır. Elnarə ilk öncə anasına onu Tərtər rayonu rəis müavini Zabil adlı şəxsin vasitəsi ilə düzəltdiyini bildirmişdir.O işə düzəlmək üçün ilk öncə ona aid məlumatları və diplomun surətini Elnarəyə vermişdir.Bir neçə gün sonra Elnarə anasına zəng vurub təcili olaraq 10 000 manat pulu vermək lazım olduğunu bildirmişdir.Anası Elnarəyə maddi durumu hazırda yaxşı olmadığı üçün bir müddət gözləməyini demişdir.Elnarə isə anasına pulu vermədiyi halda Asan Xidmətdə olan boş vakansiyaya başqa bir şəxsi işə götürüləcəyini bildirmişdir.Anası qohumlarından 10 000 manat borc pul aldıqdan sonra 27.09.2019-cu il tarixdə Elnarəyə zəng vurub pulun hazır olduğnu bildirmişdir.Elnarə isə onlara Asan Xidmətə gəlməklərini istəmişdir.O və anası Mingəçevir şəhəri Asan Xidmətə getmiş və orada Elnarə ilə görüşdükdən sonra Asan Xidmətdə 2-ci mərtəbədə yerləşən notariat kontora qalxmışlar.Orada 27.09.2019-cu il tarixdə Elnarə anası ilə 10 000 manat müqabilində borc müqaviləsi bağlamışlar.Onlar həmin vaxt bağlanan müavilənin borc müqaviləsi olduğunu bilmirdilər. Elnarə ilə anası arasında 10 000 manat borc müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin bir surəti onlara verilmişdir. Daha sonra 27.09.2019-ci il tarixdə o, Elnarə və anası Mingəçevir şəhəri Kapital Banka getmiş və anası 10 000 manat pulu Elnarə adlı şəxsin hesabına qoymuşdur.Elnarə isə öz hesabından həmin 10 000 manat pulu çıxartmışdır.Elnarə onlardan aldığı 10 000 manat pulu Tərtər rayonunda rəis müavini işləyən Zabil adlı şəxsə apardığını bildirmişdir. Bundan sonra Elnarə onun 15.10.2019-cu il tarixdə Mingəçevir şəhəri Asan Xidmətdə işə başlayacağını bildirmişdir. Lakin Elnarə müddət keçdikcə onları aldatmağa başlamışdır. Onlar hər ay Elnarəyə zəng vuran zaman Elnarə onlara qısa müddət ərzində onun işə düzələcəyini bildirmişdir. Bir müddət sonra isə Elnarə onun işə düzəlməyində Bakı şəhərində Bəxtiyar adlı şəxsin vasitəçilik etdiyini bildirmişdir.Daha sonra ölkə ərazisində pandemiya olduğundan onlar Elnarəyə zəng vuran zaman Elnarə pandemiya ilə bağlı onun işinin ləngidiyini bildirmişdir.Təxminən 7-8 ay sonra Elnarə anasına zəng vurub onun tibbi komissiyadan keçəcəyini bildirmiş və Bakı şəhərinə gəlmək lazım olduğunu demişdir.O və anası Muşabə Bakı şəhərinə getmişlər. Elnarə orada tanımadıqları xəstəxanaya aparmış və orada ondan yalnız qan analizi götürülmüşdür. Bundan sonra ondan Mingəçevir şəhərinə geri qayıtmışlar.Lakin onlar tibbi komissiyyada yalnız qan analizi ilə götülüməsi ilə bağlı Elnarəyə iradını bildirdikdən sonra Elnarə onlara Bakı şəhərinə yolların bağlandığı üçün onu Mingəçevir şəhəri Vital klinikasında tibbi komisiyyadan keçirəcəyini bildirmişdir. 2020-ci ilin sentyabr ayında Elnarə anasına zəng vurub Mingəçevir şəhər Vital klinikasına onun tibbi komisiyyadan keçirilməsi üçün çağırmışdır.O və anası Muşabə Mingəçevir şəhər Vital klinikasına getmişlərdik.Anası Elnarədən komisiyyanın hansı səbəbdən Mingəçevir şəhərində keçirildiyini soruşan zaman Elnarə onlara pandemiya ilə bağlı Bakı şəhərinə getmək mümkün olmadığını bildirmişdir.O, Mingəçevir şəhər Vital klinikasında və Şəfa tibb mərkəzində bir sıra tibbi müayinələrdən keçmişdir.Anası Muşabə orada Yaşar həkimdən hansı səbəbdən tibbi komissiyanın Mingəçevir şəhərində keçirildiyini soruşan zaman Yaşar həkim onlara heç bir komisiyyanın keçirilmədiyini və Elnarə adlı şəxsin onun müayinələrdən keçməsi üçün ödəniş etdiyini bildirdi.Yaşar həkim həmçinin anasına Şəfa klinikasında işləyən Yusif həkimdən onun Şəfada tibbi müayinədə keçməyini Elnarənin göstərişi əsasında Yusif həkimdən xahiş etmiş, onun müayinədən keçirilməsini istəmiş və Elnarə isə müayinələrlə bağlı bütün ödənişləri etmişdir. Bundan sonra Elnarə ona qısa müddət ərzində onun işə düzəldəcəyini bildirmişdir.Elnarə bügünə kimi onu işə düzəltməmiş və ona verdikləri 10 000 manat pulu geri qaytarmamışdır. Şahid3 məhkəmə iclası zamanı elan olunmuş, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur və Elnarə onunla qonşuluqda eyni binada yaşayırmışlar. Elnarə ilə münasibətləri çox yaxşıdır. Elnarə çox vaxtı Bakı şəhərində olurmuş və Mingəçevir şəhərinə gələn zaman o çox vaxtını Elnarə ilə birgə keçirdirmiş. 2020-ci ilin sentyabr ayında Elnarə Mingəçevir şəhərində imiş və həmin vaxt Elnarəyə təcili olraq pul lazım olduğundan o və Elnarə Mingəçevir şəhərində bir neçə banka müraciət etmişdir.Daha sonra Elnarə onlarla qaçqın qəsəbəsində qonşuluqda yaşayan Müşabəyə zəng vurub borca pul istəmişdir.Müşabə isə həmin vaxt Bakı şəhərində gəlirmiş.Elnarə və o Müşabə ilə Mingəçevir şəhəri Araz marketin qarşısında görüşmüş və onlar Elnarəyə məxsus Mingəçevir şəhəri Kür çayı sahilində yerləşən bina evinə getmişlər.Həmin evdə o Elnarə və Müşabəyə çay hazırlamışdır. Həmin vaxtı Elnarə və Müşabə söhbət edirlərmiş.Lakin o söhbətə qulaq asmamışdır. Daha sonra Müşabə çıxıb getmişdir.Təxminən 6-7 gün sonra o Elnarə ilə Mingəçevir şəhərində yerləşən Asan xidmət mərkəzinə getmişlər.Orada Müaşbə ilə görüşmüş və Müşabə ilə Elnarə notarius sənədlərə imza atmışlar.Elnarə Müşabədən borca pul aldığı üçün Mingəçevir şəhəri Asan Xidmət Mərkəzində Notariusda müqavilə bağlamışlar. Daha sonra mənim Elnarə ilə Müşabə xala arasında baş verənlərdən xəbərim olmamışdır. Şahid5 məhkəmə iclası zamanı elan olunmuş, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X6 Mingəçevir ŞPŞ-nə yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur.O, Mingəçevir şəhəri Asan Xidmətin Mərkəzində fəaliyyət göstərən Notariat Kontorunda notarius vəzifəsində çalışmış. 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs və X13 onun işlədiyi Mingəçevir şəhəri Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat Kontoruna gələrək aralarında 10 000 manat məbləğində borc müqaviləsi bağlamaq istədiklərini bildirmişlər.X12 borc müqaviləsi əsasında Təqsirləndirilən şəxs 10 000 manat borc pul vermək istədiyini bildirmişdir.Təqsirləndirilən şəxs və Müşabə Səmədova borc müqaviləsi bağlamaq istədikləri barədə notariat kontoruna ərizə ilə müraciət etmişlər.Ərizə əsasında o notarius olaraq həmin şəxslərə Mingəçevir şəhəri Kapital Banka borc verilən pulun Kapital Banka notariusun depozit hesabına qoyulması üçün məktub vermiş və həmin şəxslər Mingəçevir şəhəri Kapital banka 10 000 manat pulu hesaba qoyduqdan sonra yenidən onun yanına gəlmişlər. Notariat X1 və Təqsirləndirilən şəxs arasında 10 000 manat məbləğində borc müqaviləsi hazırlanmış və tərəflər həmin müqaviəni imzalamışlar.Həmin müqaviləyə əsasən X2 Elnarə Vaqif qızına 10 000 manat borc pul vermişdir. Daha sonra həmin şəxslər bağladıqları borc müqaviləsi əsasında Mingəçevir şəhəri Kapital Banka gedərək hesabdan həmin pulu çıxartmışlar.Həmçinin o verilən suallara cavab olaraq Müşabə Səmədovanın yalan danışdığını, X12 və Təqsirləndirilən şəxs arasında borc müqaviləsi bağalanarkən Elnarnin ona Müşabədən pulu işə düzəltmək üçün aldığını bildirməmişdir.Həmçinin o Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıdığını sonuncunun onun yanına hər hansı bir müqavilə bağlaması üçün müraciət etməsini xatırlamadığını bildirmişdir. Cinayət işi materiallarında olan 17.02.2021-ci il tarixdə X12 tərəfindən təqdim edilmiş X11 ilə arasında olan danışıqları əks etdirən səs yazıları olan bir ədəd diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs X6 oğlu Şahid1 Mingəçevir şəhər Asan Xidmət Mərkəzinə işə düzəltmək məqsədi ilə 10 000 mant pul alması müəyyən edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-Fonoskapik Şöbəsinin 4/773 nömrəli rəyindən göründüyü kimi ekspertizaya tədim olunmuş 1 ədəd ağ rəngli CD diskdə aşkar olunan danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir və həmin mətnlərdə “Q2” kimi işarə olunmuş diktorun səsi və nitqi-Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işi materiallarına əlavə edilmiş DİN yanında BƏSİİ tərəfindən verilmiş 17.09.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhəri Bölməsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1993-cü ildə erməni işğalı nəticəsində Ağdam rayonundan məcburi köçkün gəlmiş, Mingəçevir şəhər, H.Əliyev prospekti bina 7, mənzil 39-da məskunlaşmışdır. O, ictimai yerlərdə özünü nümunəvi aparır. Onun haqqında qeydiyyatda olduğu Dövlətqaçkınkomunun Mingəçevir şəhər nümayəndəliyinə heç bir narazılıq, şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş 25 yanvar 2022-ci il tarixli X12 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur və olmayacaqdır. Mülki iş üzrə xitam verilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs Müşabə Səmədovaya dəymiş ziyanı tam şəkildə ödəmiş, həmçinin ziyanın 25% Dövlət nəfinə ödəmişdir. Ona görə də iş üzrə icraata ziyanı ödədiyinə görə xitam verilməsini xahiş etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" ASC-in 25.01.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, X14 tərəfindən X4 Cinayət işi üzrə maddi ziyanın 25 faizi təyinatı üzrə 2500 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X6 etibarından sui-istifadə edib oğlu Şahid1 Mingəçevir şəhər Asan Xidmət Mərkəzinə işə düzəldəcəyini yalan vəd verib aldadaraq, 2019-cu il sentyabr ayında Mingəçevir şəhəri X16 dələduzluq əməlini pərdələmək məqsədi ilə X12 ilə borc müqaviləsi bağlayaraq 10 000 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs Müşabə Səmədovaya 10 000 (on min) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla belə, zərərçəkmiş şəxs X12 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs nın ona dəymiş ziyanı tam olaraq ödədiyini, ondan heç bir şikayəti və tələbi olmadığını göstərmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş 10.000 manat məbləğində ziyanın iyirmi beş faizini yəni, 2500 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əssən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2–ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən, həmçinin, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində olan cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Zərərçəkmiş şəxs X12 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurmuş olduğu maddi ziyanın əvəzi olaraq 10.000 (on min) manat və mənəvi ziyanın əvəzi olaraq 20.000 (iyirmi min) manat olmaqla, cəmi 30.000 (otuz min) manat məbləğdə pulun alınıb ona verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan zərərçəkmiş şəxs X12 məhkəməyə ərizə təqdim edərək, ona vurulan maddi ziyan tam ödənildiyindən mülki iddiadan imtina edir. Ona görə də iş məhkəmə hesab edir ki, iş üzrə mülki iddia tələbinə xitam verilməlidir. İş üzrə ekspertiza xərci olan 200 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Vəkil X8 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73, Cinayət Prosessual Məcəlləsinin 37.4, 40.2, 43.3, 321.1, 321.2 və 384.1.3-cü maddələrini rəhbər tutub məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” ləğv edilsin. İş üzrə mülki iddia tələbinə mülki iddiaçı iddiadan imtina etdiyinə görə xitam verilsin. İş üzrə ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənil Vəkil X8 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 (iyirmi) gündən sonra qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-6/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-6/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver