Məhkəmə qərarları › İş №1(051)-6/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-6/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-6/2023 30.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, Zərərçəkmiş şəxsin hüquqi varisi X5, təqsirləndirilən şəxsin müdafiəçisi–Müdafiəçi iştirakı ilə, xx xxxxx 1986-cı ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 08 radələrində BC dərəcəli sürücülük vəsiqəsi ilə ayıq vəziyyətdə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz E 270» markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhərinin H.Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin1-ci hissəsinin tələbini pozaraq, yəni həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyib gəldiyi 60 km/saat sürətlə hərəkətini davam etdirərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu zaman şəhərin H.Əliyev prospektində asfalt yolda səkidən avtomobil yoluna çıxıb yolu sağ tərəfdən sol tərəfə keçmək istəyən piyada X8 idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vuraraq Yaşar Mehdiyevə dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan qapalı kəllə beyin travması, baş beyinin gicgah paylarının əzilməsi nəticəsində inkişaf edən travmatik beyin qanaxması, sağ baldır sümüklərinin açıq sınıqları, sol bazu və sol dirsək oynağı sümüklərinin qapalı yerdəyişən sınıqlarının əmələ gəlməsi ilə nəticələnən ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 Ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X15 travmatik beyindaxili qanaxmadan hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Mingəçevir şəhəri Nəsimi küçəsində yerləşən təkər təmiri sexində usta işləyir. Merecedes Benz markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Avtomobilləri idarəetməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi var. xx.xx.2022-cı il tarixdə saat 08 radələrində idarəetdiyi avtomobillə şəhərin H.Əliyev prospekti ilə Kür kompüter zavodu istiqamətində yəni şəhərin mərkəzinə doğru hərəkət edərkən avtomobildə ondan başqa arvadı Nuranə və övladları olmuşdur. H.Əliyev prospekti ilə avtomobili hərəkət etdirib həmin prospektdə yerləşən Məcburi Köçkünlər üçün salınmış qəsəbənin bərabərliyindəki svetoforu keçib H.Əliyev prospketi ilə Qum Karxanalarına gedən yolun kəsişməsini keçdikdən sonra qəflətən piyadanın avtomobil yoluna çıxıb yolu sağdan sola keçmək istədiyini görmüşdür. O, həmin şəxsi görüb dərhal avtomobili sola yəni yolun mərkəzindəki qoşa xəttə doğru hərəkət etdirmiş, lakin, hadisənin qarşısını ala bilməmişdir. Həmin şəxs onun idarə etdiyi avtomobilin qabaq sol tərəfinə dəyib bir qədər qabağa düşmüşdür. O, hadisənin təsirindən özünü itirib avtomobili bir qədər qarşıya sürüb saxlamışdır. Daha sonra avtomobildən düşərək hadisə yerində dayanıb polis əməkdaşlarının hadisə yerinə gəlməsini gözləmiş, hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Həmçinin o, ifadəsində hadisədən əvvəl spirtli içki qəbul etmədiyini, hadisə təhlükəsi yaranan zaman avtomobili təxminən 60 km\saat surətlə idarə etdirdiyini, onun hərəkəti üçün təhlükənin piyadanın qəflətən səkidən avtomobil yoluna çıxdığı andan yarandığını, hadisə zamanı piyadanın iti addımlarla avtomobil yoluna daxil olduğunu, hadisə ani olduğundan tormozdan istifadə edə bilmədiyini göstərmişdir. Əlavə olaraq bildirdi ki, hadisədən sonra bir neçə dəfə zərərçəkmişin ailəsi ilə barışmağı cəhd etmiş və onra mərhumun qəbir daşının onun tərəfindən düzəldilməsini və 5000 manat məbləğində pul təklif etməsinə baxmayaraq zərərçəkmiş şəxsin ailə onu yaxın buraxmamış və onunla barışmaq niyyətində olmamışlır. Daha sonra hadisəni ehtiyatsızlıqdın törətməsini, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəht etməsini, ailəmi olmaqla himayəsində dörd nəfər azyaşlı uşağının olmasını və ailədə yeganə gəlir gətirən şəxs olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, mərhum X15 onun qardaşı olubdur. Mərhum qardaşınını arvadıda da vəfat edibdir. Mərhum qardaşı X14 şəhəri H.Əliyev prospektində yerləşən metal qəbulu məntəqəsində gözətçi işləmişdir. Hər gün axsam saat 17 radələrində işə gedib ertəsi gün səhər saat 08 radələrində evə qayıtmişdir. xx.xx.2022-ci il tarixdə saat ona Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən avtomobil yolunu keçmək istəyərkən həmin zaman H.Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətində hərəkət edən avtomobil qardaşı Yaşarı vurmuş və Yaşar aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Həmçinin o, ifadəsində Təqsirləndirilən şəxs tanımadığını onunla hər hansı ədavət və ya düşmənçiliyi olmadığını göstərmişdir. Daha sonra təqsirləndirilən şəxs qardaşının ailəsinə dəymiş ziyanı ödəmədiyini bildirərək onun barəsində daha ciddi cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən DİO-da xidmət edir. 2015-ci ildən isə Mingəçevir şəhər X17 X21 Yol Patrul Xidmətinin baş inspektoru vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Mingəçevir şəhər X17 X21 Yol Patrul Xidməti inspektoru Şahid2la birlikdə xidmətdə olarkən Polis Şöbəsinin növbətçi hissəsindən şəhərin H.Əliyev prospektində piyadanın vurulması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alıb hadisə yerinə getmişlər. Orada məlum olmuş ki, sürücü Zeynalov X10 Benz markalı avtomobili Mingəçevir şəhərinin H.Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətində hərəkət etdirərkən həmin zaman avtomobil yoluna çıxıb yolu sağdan sola keçmək istəyən piyada X8 idarə etdiyi avtomobillə vurmuş, piyada Yaşar Mehdiyev aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Sonradan hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmiş və Təqsirləndirilən şəxs müayinə edilməsi üçün Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserə aparmışlar. Orada Təqsirləndirilən şəxs müayinə olunmuş və hadisə zamanı ayıq olduğu yəni sərxoş olmadığı müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadələrində təsdiq etmişdir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəzərə alınmalıdır ki, CM-nin 263-cü maddəsi blanket normadır və həmin maddədə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yolnəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yaranqdıqda aparılımış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə və təkrar ekspertizaların keçirilir. Belə ki, cinayət işində olan xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində asfalt yolda sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz E270» markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobillə avtomobil yoluna çıxaraq yolu sağdan sola keçmək istəyən piyada X8 vurması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş vermişdir. Cinayət işində olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2022-ci il tarixli, 249 №-li tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. Cinayət işində olan xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 20 saylı rəyindən görünür ki, 1956-cı il təvəllüdlü X6 meyidinin müayinəsi zamanı meyidində aşkar olunmuş xəsarətlər:- qapalı kəllə beyin travması, baş beyinin gicgah paylarının əzilməsi nəticəsində inkişaf edən travmatik beyin qanaxması, sağ baldır sümüklərinin açıq sınıqları, sol, bazu və dirsək oynağı sümüklərinin qapalı yerdəyişən sınıqları, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində, yəni hərəkətdə olan avtomobilin hərəkətdə olan piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər, onun almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. Cinayət işində olan 1956-cı il təvəllüdlü X6 ölümünə səbəb travmatik beyindaxili qanaxma olmuşdur. Ölüm meyidin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/1132 saylı rəyindən göründüyü kimi istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, «Mercedes Benz E270» markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işində olan məhkəmə tərəfindən təyin edilmiş kompleks əlavə məhkəmə-yol nəqliyyat hadisəsi və məhkəmə nəqliyyat-trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 8/3328 saylı rəyindən görünür ki, “Mersedes Benz” E 270 markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərinə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunzuluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işində olan sürücülük vəsiqəsinin surətindən görünür ki, sürücü Təqsirləndirilən şəxs AE №402094 seriyalı BC dərəcəli sürücülük vəsiqəsi vardır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2014-ci il təvəllüdlü X12, xx.xx.2018-ci il təvəllüdlü X16, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X4 valideyinləri Təqsirləndirilən şəxs və X7r. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə, sürücü hərəkətin intensivliyi, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş surət məhdudiyyətindən çox olmayan surətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan sübutlara qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 08 radələrində BC dərəcəli sürücülük vəsiqəsi ilə ayıq vəziyyətdə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz E 270» markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhərinin H.Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin1-ci hissəsinin tələbini pozaraq, yəni həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyib gəldiyi 60 km/saat sürətlə hərəkətini davam etdirərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu zaman şəhərin H.Əliyev prospektində asfalt yolda səkidən avtomobil yoluna çıxıb yolu sağ tərəfdən sol tərəfə keçmək istəyən piyada X8 idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vuraraq Yaşar Mehdiyevə dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan qapalı kəllə beyin travması, baş beyinin gicgah paylarının əzilməsi nəticəsində inkişaf edən travmatik beyin qanaxması, sağ baldır sümüklərinin açıq sınıqları, sol bazu və sol dirsək oynağı sümüklərinin qapalı yerdəyişən sınıqlarının əmələ gəlməsi ilə nəticələnən ehtiyyatsızlıqdan zərərçəkmiş şəxs X1 Ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X15 travmatik beyindaxili qanaxmadan hadisə yerində ölmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət işi materiallarından olan sənədlər və məhkəmə araşdırması nəticəsində yenidən təyin olunmuş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəylərindən də aydın görünür ki, Təqsirləndirilən şəxs əməlində təqsirli bilindiyi maddənin əlamətləri mövcuddur və ona göstərilən maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş tələbnamədən görünür ki, onun məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı uşağın olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, törətdiyi əməldən peşman olmasını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, belə ki, ailəli olmaqla himayəsndə dörd nəfər azyaşlı uşağının olmasını, onların mənafeyini, inkşafını, təhsilini və Təqsirləndirilən şəxs ailədə yeganə gəlir gətirən şəx olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində hansı cəzanı təyin edərkən onun himayəsində olan 4 nəfər az yaşlı uşaqların mənafeyi üstün tutulmalı və uşaqların hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. (inkişafı, təhsili, onlara qayğı,). Belə ki, «Uşaq hüquqları haqqında» Beynəlxalq Konvensiyanın 6-cı maddəsinə əsasən, hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir və buna görə də dövlət uşağın sağ qalmasına və inkişafını təmin etməyə borcludur. Həmin Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaq barəsində bütün tədbirlərdə onun manefeləri tam həcmdə nəzərə alınmalıdır. Əgər uşağa müvafiq qayğı üçün məsuliyyət daşıyan valideyn(lər) və ya digər şəxslər bu qayğını göstərməmişsə, onda dövlət uşağı müvafiq qayğı ilə təmin etməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün hüquqi və fiziki şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafeləri məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə görə təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkumun cəzaçəkmə müddətinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlətin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Mersedes Bnez E270 markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərər alınmalıdır. İş üzrəç zərərçəkmiş şəxsin hüquqi varisinə maddi və mənəvi ziyan tələbi ilə mülki mühakimə qaydasında iddia qaldırmaq hüquqları izah edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Mersedes Benz E270 markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə zərərçəkmiş şəxin hüquqi varisinə maddi və mənəvi ziyan tələbi ilə mülki mühakimə qaydasında iddia qaldırmaq hüquqları izah edilsin. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar