Məhkəmə qərarları › İş №1(051)-6/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-6/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-6/2024 23.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi – Konsensus Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1967-ci ildə Şuşa rayon Zarıslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər xx.xx.2021-ci il tarixli Mingəçevir şəhər məhkəməsinin hökmü ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 1 il azaldılmış, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, Şuşa rayon Zarıslı kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhər H.Aslanov küçəsi ev 2, mənzil 1-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Əhmədova X2 şəhər vəkil bürosunda vəkil kimi fəaliyyət göstərən tanışı Zərərçəkmiş şəxs Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən “Vestel” məişət texnikaları və avadanlıqları mağazasında işlədiyini və həmin vaxt qeyd olunan mağazada «endirim kampaniyası»nın olduğunu, mağazanın müdiriyyəti ilə xoş münasibətdə olduğunu, ona görə də bu münasibətlərdən istifadə edərək ona ucuz qiymətə təzə mebel dəstləri, məişət texnika və avadanlıqları ala biləcəyini vəd verib, sonuncunun etibarını qazandıqdan sonra, 2020-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs çarpayı, stul, masa, paltar dolabı, televizor, soyuducu və sair bu kimi avadanlıq və texnika almaqda köməklik edəcəyini bildirib, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs vəkil kimi fəaliyyət göstərdiyi və dislokasiya olduğu ünvan 1 ünvanda yerləşən ofisində xx.xx.2020-ci il tarixdə 300 (üç yüz) manat, xx.xx.2020-ci il tarixdə həmin ünvanda 300 (üç yüz) manat, növbəti dəfə həmin ayın 18-dək olan müddət ərzində həmin ünvanda yenidən 1600 (bir min altı yüz), 2840 (iki min səkkiz yüz qırx) və 1700 (bir min yeddi yüz) manat, xx.xx.2021-ci il tarixdə eyni ünvanda 100 ABŞ dolları (170 manat), 09 aprel 2021-ci il tarixdə isə 400 (dörd yüz) manat olmaqla ümumilikdə 7310 (yeddi min üç yüz on) manat məbləğdə pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrii ilə təqsirləndirilməsinə dair Mingəçevir şəhər məhkəməsinin icraatında olan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış X3 vurduğu maddi ziyanı ödəmək məqsədilə həmin cinayət işində vəkil kimi onun hüquqlarını müdafiə edən, tanışı Zərərçəkmiş şəxs öz adına bankdan kredit götürüb ona verməsini, həmin kreditin özü tərəfindən ödəniləcəyini yalandan vəd verib Zərərçəkmiş şəxs aldadılmasına və sonuncu tərəfindən öz adına "xxxx" ASC-nin Mingəçevir fillialından 2000 manat məbləğdə kreditin ayrılmasına nail olduqdan sonra Zərərçəkmiş şəxs öz adına götürdüyü kredit məbləğinin 1600 (bir min altı yüz) manatını 09 aprel 2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən ofisində Zərərçəkmiş şəxs alıb ələ keçirərək və Zərərçəkmiş şəxs yaranmış kredit borcunun ödənilməsini təmin etməyərək Zərərçəkmiş şəxs 1600 manat məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs 4000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı özünü təqsirli bilir. Tubu Hüsyenovaya mebel almaq adı ilə almış olduğu 4000 manat hissəyə dair özünü təqsirli bilir lakin Zərərçəkmiş şəxs ifadəsində onun 4000 manatdan əlavə pulunu da dələduzluq niyyətilə ələ keçirməsi ilə bağlı hissədə özünü təqsirli bilmir. Zərərçəkmiş şəxs təxminən 20 ilə yaxın müddətdir ki, tanıyır. Belə ki, onun vəkil fəaliyyəti ilə məşğul olmasından xəbərdar olmuşdur. 2020-ci ildə barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə Zərərçəkmiş şəxs onun müdafiəçisi qismində cinayət prosesində iştirak etmişdir. Hüquqi yardım etməsinə dair müqavilələri olmuşdur, lakin özünün maddi vəziyyəti zəif olduğu üçün ona müqavilə müqabilində pul verə bilməmişdir. Lakin qarşılığında kreditlə mobil telefon alaraq ödənişini ödəməyi öhdəsinə götürmüşdür. Həmin razılığa əsasən Sky Elektroniksdən kreditlə markasını xatırlamadığı mobil telefonu 1100 manat məbləğində aylıq 100 manat ödənişlə almışlar. Həmin telefona Zərərçəkmiş şəxs verib və aldıqları vaxtdan etibarən təxminən 4 aylıq kredit ödənişini ödəməklə 400 manat pulu mobil telefonun ödənişindən ödəmişdir. Bundan başqa barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs Mayıs adlı şəxsə ziyan yetirdiyi üçün ona qaytarmalı olduğu 1600 manat pul qalmışdır. Cinayət işi məhkəmə baxışında olarkən Mayıs pulu tələb etdiyi üçün o, azadlıqdan məhrumetmə növündə cəza alaraq həbs olunmamaq məqsədilə borc pul axtarmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs öz adına kredit götürə biləcəyini və ona verə biləcəyini deyərək könüllü köməklik etmək istəmişdir. O, da Tubunun təklifi ilə razılaşmış və dəqiq xatırlamadığ tarixdə Zərərçəkmiş şəxs öz adına kredit götürmüş və ona 1200 manat pul vermişdir. Krediti hansı bankdan hansı məbləğdə götürməsindən xəbəri olmasa da Tubu özü ona demişdir ki, 2000 manat pul kredit götürüb və aylıq ödənişi 200 manat təşkil edir. O, Tubudan aldığı 1200 manat pulu zərərçəkmiş Mayısa vermiş və zərərçəkmiş ondan şikayətçi olmamışdır. Həmin kreditin 3 ay 200 manatdan olmaqla ümumilikdə 600 manatnı ödəmişdir. Təxminən bir il müddət keçmiş Tubu həmin telefonu qaytarıb ona gətirib və işləmədiyini bildirmişdir. Telefonu qaytarmasını, yenisini almağını tələb etmişdir. O, həmin vaxtlar mağazada təmizlikçi işlədiyi üçün Tubu telefon krediti öz adına olduğu halda telefonu onun qaytarmasını və yenisini almağını bildirmişdir. O da Tubu ilə aralarında olan münasibət xatirinə ona etiraz etməmiş və hüquqi və digər baxımdan köməklik etiyinə görə Tubunun mobil telefonunu düzəltdirmək istəmişdir. Telefonu götürüb düzəltdirmək məqsədilə bir neçə ustaya müraciət etsə də lakin mobil telefonunun su düşdüyü üçün yanmasını və düzəlməsinin qeyri-mümkün olmasını bildirmişlər. Həmin telefonu evində saxlamışdır. 2021-ci ilin dekabr ayında yaşadığı ev qaz sızmasından yanmış və həmin vaxt öz əşyaları ilə birlikdə Zərərçəkmiş şəxs məxsus həmin mobil telefon da yanmışdır. Bundan başqa 2020-ci ildə dəqiq tarixi xatırlamır, Tubu ilə aralarında söhbət olarkən mebel və məişət əşyaları ala biləcəyini Tubuya təklif etmişdir. Tubu da ona təxminən 6 ay ərzində hissə-hissə olmaqla təxminən 4000 manat pulu mebel almağı məqsədilə vermişdir. O isə həmin vaxt qızı Ayna Əhmədovanın xəstəliyi ilə əlaqədar olaraq Tubudan mebel adı ilə aldığı pulları onun müalicəsinə xərcləmişdir. Daha sonra isə Tubuya deyib ki, mebelləri ala bilməmiş, pulu xərcləmişdir və geri qaytaracağını bildirmişdir. Həmin vaxtdan etibarən Tubu ilə aralarında münasibətlər pisləşmişdir. Daha sonra da Zərərçəkmiş şəxs ondan polis şöbəsinə şikayət etmişdir. Zərərçəkmiş şəxs mebel adı ilə 4000 manat pulunu hissə-hissə almış, ilkin izahatında dəqiq xatırlamamış lakin daha sonra özü də xatırlayıb ki, Zərərçəkmiş şəxs mebel almaq adı ilə ümumilikdə 4000 manat pul almışdır. Tubuya kredit götürməsini xahiş etməmiş, vəziyyəti çətin olduğunu gördükdə Tubu özü öz adına kredit götürüb ona verməyi təklif etmiş o da razılaşmışdır. Tubu ona 1200 manat pul gətirib versə də bankdan götürdüyü məbləğin qalan hissəsini hara xərcləməsini bilməmişdir. O ümumilikdə Mayıs Şirinova 6000 manat pul verməli olmuş və həmin pulun bir qismini lotoreya oynayıb yığıb vermişdir. Qalan 1600 manatın 1200 manat hissəsini Zərərçəkmiş şəxs almış və 400 manatını isə özü işləyərək aldığı maaşla ödəmişdir. Sonradan zərərçəkmiş şəxsə dəymiş maddi ziyandan 3800 manat məbləğində ödəniş etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Sonrakı məhkəmə iclaslarında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs verdiyi ifadəsində göstərmişdir ki, barəsində olan cinayət işi üzrə Zərərçəkmiş şəxs 1600 manat ziyan vurulmağa dair epizod üzrə özünü təqsirli bilir. Lakin həmin epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə qeyd olunan epizod üzrə cinayət təqibinə xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Vəkilllər Kollegiyasının üzvü, vəkildir və Mingəçevir şəhər Vəkil Bürosuna üzvüdür. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs 2018-ci ildən etibarən tanıyır. Belə ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə dövlət hesabına ona müdafiəçi təyin olunmuşdur, Təqsirləndirilən şəxs ilə tanışlığı həmin vaxtdan yaranmışdır. 2020-ci ilin payız aylarında Ceyran onunla söhbət edərkən bildirib ki, Mingəçevir şəhər H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən “Vestel ” mebel mağazasında əvvəllər işləyib, həmçinin hazırda həmin mağazada kampaniya olmasını və istənilən mebel əşyalarının ucuz qiymətə satılmasını bildirib. Ona melel ehtiyacı olub-olmamasını, əgər ehtiyac vardırsa ucuz qiymətə almasında köməklik edəcəyini bildirmişdir. O, da həmin vaxt mebel dəsti yəni çarpayı, stul, masa, paltar dolab, televizior və sair başqa əşyalar almağa ehtiyacı olmasını Ceyrana bildirmişdir. Ceyran isə həmin əşyalardan ucuz qiymətə təzə vəziyyətdə almağa köməklik edəcəyini, belə ki, mağazanın müdiri tanışı olduğunu və onun vasitəsilə qeyd edilən əşyaları almaqda köməklik edəcəyini vəd etmişdir. O da Ceyran ilə aralarında yaranmış inama görə onun vəd etdiyi həmin əşyaların qeyd olunan mağazada olub-olmamasını, ümumiyyətlə orada kampaniya olub-olmaması barədə heçnəyi mağazadan dəqiqləşdirməmişdir. Düşünüb ki, Təqsirləndirilən şəxs dələduzluqla bağlı məsuliyyətə cəlb olunub və artıq islah olunub və birdaha nəinki ona, kimsəyə qarşı dələduzluq etməyəcəyinə inandığı üçün ona etibar etmişdir. Həmin söhbətlərindən sonra Təqsirləndirilən şəxs ona bir neçə gündən sonra bildirib ki, malları sifariş vermək üçün ilkin ödəniş lazımdır, buna görə də ilk olaraq 300 manat pul verilməlidir. Ona inanaraq xx.xx.2020-ci il tarixdə 300 manat pulu Mingəçevir şəhər S.Vurğun küçəsində yerləşən özünün işlədiyi iş ofisində gəlib almışdır. Sifarişə uyğun ödəniş edəcəyini bildirmişdir. Daha sonra da xx.xx.2020-ci il tarixdə Ceyran yenidən ofisə gəlib və soyuducu, televizior kampaniyaya düşdüyünü bildirib və ilk olaraq vəd etdiyi, guya ödənişini etdiyi mallar gəlib çıxmadan budəfə də soyuducu və televizior üçün ilkin ödəniş pulu 300 manat istəmişdir. o yenə də Təqsirləndirilən şəxs inanmış və həmin tarixdə 300 manat pul vermişdir. Ceyran isə bildirib ki, 1-ci sifariş etdikləri mallar hazırda mağazanın anbarından çıxarılıb və tezliklə maşınla gətiriləcəkdir. Həmçinin bildirib ki, maşın yola düşməmiş başqa məişət texnikaları da alsalar yol xərci azalmış olar. Təqsirləndirilən şəxs eyni məqsədlə yəni guya Vestel mağazasından ucuz qiymətə məişət əşyaları, mebel və sair əşyalar almağı vəd edərək 2020-ci ilin noyabr ayının 18-dək olan müddət ərzində müxtəlif tarixlərdə soyuducu, yataq dəsti və masa stul, həmçinin kondisoner almaq adı üçün ödəniş etmək adı ilə 1600, 2840 və 1700 manat olmaqla ümumilikdə 6740 manat pulunu mebel almaq adı ilə ondan almışdır. Lakin qarşılığında hər hansı əşya, mebel və sair mənə təqdim edilməmişdir. Hər dəfə Təqsirləndirilən şəxs soruşanda sakit olmasını, kimsəyə bu barədə danışmamasını, əks halda şəhər sakinləri məlumat tutarsa mağazadan malı almaq istəyəcəklərini və mal qurtaracağını bildirmişdir. Bundan başqa eyni nəyyətinin davamı olaraq Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının 18-də mebellər gəldiyini deyərək ondan 100 ABŞ dolları pulu almaqla mebel bəhanəsi ilə ondan ümumilikdə 6910 manat pul almış oldu. Həmin il ərzində növbəti dəfə Təqsirləndirilən şəxs ona borclu qaldığını deyərək və Təqsirləndirilən şəxs ilə ona hüquqi yardım göstərməsi müqabilində ona mobil telefon alacağına dair razılaşmışlar. Həmin razılaşmaya əsasən də Təqsirləndirilən şəxs ona bildirib ki, mobil telefon almağa maddi imkanı yol vermir, ona görə də təklif edib ki, o, öz adına kreditlə mobil telefon alsın və aylıq ödənişini Ceyran özü ödəsin. O, da Ceyranın bu təklifi ilə razılaşmış lakin ona hansı məbləğdə telefon almasına dair heç bir şərt qoymamışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə Mingəçevir şəhər Az Dres qəsəbəsində yerləşən SKY Elektronics mağazasına getmişlər. 2021-ci ilin yanvar fevral aylarında dəqiq tarixi xatırlamır, Samsung A 51 markalı mobil telefon almışlar. Aylıq ödəniş haqqı təxminən 100 manat olmaqla telefonu almışlar. İki ay müddətində həmin telefon kreditinin ödənişini Ceyran ödəsə də lakin daha sonra ödənişləri ödəməmiş və o, özü ödəməli olmuşdur. Qalan 900 manat pulu ödəmişdir. Daha sonra həmin telefonu bir neçə ay sonra işlətmək istədikdə telefon işləmədiyini aşkar etmiş və Ceyrana məlumat vermişdir. Ceyran da ona deyib ki, telefonu aparıb mağazaya ya düzəltdirib ya da təzəsini gətizdirəcək. O, da mobil telefonu Ceyrana vermişdir. Həmin vaxtdan etibarən nə mobil telefon qaytarılmamış nə də ödədiyi pul. Mağazadan gedib maraqlananda Ceyranın telefonu onlara təqdim etmədiyini bildirmişlər. Bundan başqa 2021-ci il ərzində Təqsirləndirilən şəxs barəsində CM-nin 178-ci maddəsi ilə başqa cinayət işinin istintaqı zamanı onun yenə də müdafiəçisi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs zərər vurduğu X4 məhkəmə iclaslarında dəymiş ziyanı kəskin şəkildə tələb edərkən Ceyran həbs olunacağını bildiyi üçün ona yetirdiyi 1600 manat ziyanı ödəməyi düşünmüş, lakin imkanı yol vermədiyi üçün ödəyə bilməmiş və ondan öz adına kredit götürüb verməsini xahiş etmişdir. Əvvəlcə etiraz etsə də lakin inandırıb ki, krediti ödəyəcək, həmçinin Ceyranın həbs olunacağı təqdirdə mebel üçün verdiyi pulu geri ala bilməyəcəyini düşünüb və 09 aprel 2021-ci il tarixdə Acsess bankdan 2000 manat kredit götürüb Ceyrana vermişdir. Ceyran da həmin pulla zərərçəkmiş şəxsə yetirdiyi 1600 manat ziyanı ödəmiş, qalan 400 manat pulu da mebelin gətirilməsi üçün yol haqqı adı ilə yenidən ondan alaraq tezlikə mebel gələcəyini bildirmişdir. Həmin kreditin iki aylıq ödənişi 400 manat pulunu ödəsə də lakin daha sonradan pulu ödəməkdən imtina etmiş və krediti faizlə birlikdə 1700 manat pulu özü ödəmişdir. Bunlardan sonra Ceyrandan pulunu geri qaytarmasını tələb edəndə Təqsirləndirilən şəxs hazırda ödəyə bilmədiyini, yaxın zamanda ödəyəcəyi vədlərini versə də lakin pulu geri qaytarmadığı üçün onun barəsində polis şöbəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs kampaniyaya düşmüş ucuz təzə mebellər almaq adı ilə 2020-ci ilin noyabr ayının 1-də 300 manat, həmin ayın 14-də 300 manat, daha sonra noyabr ayının 18-nədək olan müddətdə 1600 manat, 2840 manat və 1700 manat, 2021-ci ilin mart ayının 18-də 100 ABŞ dolları (170 manat) və 2021-ci ilin aprel ayının 9-da bankdan götürdüyü kreditin 1600 manatını zərərçəkmiş şəxs Mayısa verdikdən sonra qalan 400 manatını da mebel adı ilə almaqla ona mebel almaq adı ilə ümumilikdə 7310 manat pulunu alaraq onu aldatmışdır. Təqsirləndirilən şəxs zərərçəkənə ödəmək adı ilə 1600 manat pul alaraq zərərçəkmiş şəxsə ödəmişdir. Təqsirləndirilən şəxs ona hüquqi işlərdə ona yardım etdiyi üçün özünü borclu sayırdı və qarşılığında kreditlə telefon alıb verməklə kreditini ödəyərək ona ödəniş etmək istədiyini bildirmişdir. Bu məqsədlə də mobil telefonu onun adına olmaqla kreditlə almışlar. 2 ay 100 manatdan ödəniş də etmişdir. Lakin sonra ödənişi ödəməmişdir. Daha sonra mobil telefon xarab olanda verib ki, təmir etdirsin lakin Təqsirləndirilən şəxs mobil telefonu ona qaytarmamış və bildirib ki, usta telefonunun təmirinin mümkünsüz olmasını bildirib. Mobil telefon evində olarkən evində baş vermiş yanğın zamanı həmin mobil telefonun da yanaraq məhv olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ona mebel adı ilə pulu alarkən 2021-ci ilin mart ayında artıq məndən 6910 manat pul almışdır. Ondan sonra məhkəmədə Təqsirləndirilən şəxs Mayıs adlı şəxsin ziyanını ödəməyəcəyi təqdirdə həbs olunacağını gördükdə düşünüb ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza verilərsə ona mebel üçün verdiyi 6910 manat pul batacaq. Ona görə də Mayısa pul ödəməsinə və həbs olunmamasına belə olan halda o da öz pulunu geri alacağına ümid etmiş və ona inadla krediti ödəyəcəyinə söz veərərək yenidən aldatmışdır. 2000 manat kredit götürüb ona verməli olmuşdur, həmin kreditdən də 2 ay ardıcıl ödəniş etmişdir. Həmçinin ona mobil telefon alıb verəcəyini dedikdə isə o, mobil telefon özündə olacağına görə telefonun dəyəri qədər pulunu ələ keçirə bilməyəcəyini bilib kreditlə telefon almağa razılaşmışdır. Həmin kreditin də iki aylıq ödənişini ödəmişdir. Təqsirləndirilən şəxs ilə aralarında bunlara dair hər hansı imzalı rəsmi sənəd yoxdur, telefon danışığı yaxud smslər qalmamışdır. Lakin özünün yaddaş dəftərində Təqsirləndirilən şəxs pul verməyinə dair qeydləri və pulun hansı tarixdə nə üçün verilməsinə dair qeydləri vardır. Təqsirləndirilən şəxs özü qeyd etdiyi xüsusatları təkzib etməz, həmçinin bu barədə bacısı Şahid da məlumatı olmuşdur. Təqsirləndirilən şəxs 2 ay ödəniş etdiyi halda ifadəsində 4 ay ödəniş emtəsini qeyd edərək öhdəliyini azaltmaq məqsədi güdür. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyandan 3400 manat məbləğində ödəniş edilmişdir. Vurulan zərərin tam ödənilməsini tələb edir. Məhkəmədən Təqsirləndirilən şəxs qanuna uyğun ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı elan olmuş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısıdır. Onun Mingəçevir ŞPŞnə Təqsirləndirilən şəxs şikayətinin məzmunu aydındır. Təqsirləndirilən şəxs şəxsən tanımır. Lakin onun barəsində qiyabi məlumatlıdır. Belə ki, bacısı Zərərçəkmiş şəxs evdə söhbət edərkən Təqsirləndirilən şəxs adlı qadınla münasibətlərinin yaxşı olmasını bildirmişdir. Həmçinin söhbət zamanı ona bildirmişdir ki, yaşadığı evə tezliklə təzə mebel əşyaları alacaqdır və həmin əşyaların alınmasında Təqsirləndirilən şəxs köməklik edəcək. Ceyranın əvvəllər işlədiyi mebel mağazasında endirim olmasını və əvvəl işlədiyi üçün mağazanın müdiriyyəti ilə münasibətləri yaxşı olmasını və onun vasitəsilə ucuz qiymətə təzə mebellərini alacağını bildirmişdir. Həmin söhbətə görə guya Ceyran yataq dəsti, masa, stul, kondisoner, televizior və paltaryuyan və sair məişət əşyaları və texnikaları almalı imiş. Tubu 2020-ci ilin noyabr ayı ərzində Ceyrana pulu verdiyini və mebelləri sifariş etdiklərini yaxın zamanda mebellər gələcəyini bildirib hətta evində olan köhnə əşyaları satacağını bildirmişdir. O, da təzə mebel gəldikdə satmağını bildirmişdir. Həmin vaxtdan bir neçə ay keçdikdə Tubu dəfələrlə onun yanında Ceyrana zəng edərək mebellər niyə gəlməməsini soruşmuşdur. Lakin hərdəfə də danışdıqdan sonra Ceyran onu aldatmaz deyərək müxtəlif bəhanələrə inanaraq yəqin ki gecikdiyini bildirmişdir. Yenidən 2021-ci ilin aprel aylarında mebeli ondan soruşanda Tubu ona bildirib ki, deyəsən Ceyran onu aldadır. Həmin söhbət zamanı da bildirib ki, mebelin pulundan əlavə də bankdan kredit götürüb Ceyrana vermişdir. Lakin bir neçə ay keçsə də Ceyran pulu ödəmədikdə Tubu Ceyran tərəfindən aldadılmasına tam əmin olmuşdur. 2022-ci ilin avqust ayında isə Ceyrandan pulu ala bilmədiyini və polis şöbəsinə şikayət etməsini bildirmişdir. Həmin mebel almaq məsələsində birbaşa şahid olmamış, lakin bacısı Tubu yaşadığı evin mebellərini 2020-ci ilin noyabr ayında satmaq qərarına gələndə bu barədə söhbət etmişlər və onda bilmişdir ki, Ceyran adlı qadın öz əvvəl işlədiyi mağzadan müdir tanışı olduğu üçün ucuz qiymətə təzə mebellər alaraq Tubuya verəcəkdir. Bu məqsədlə bacısı Tubu Təqsirləndirilən şəxs təxminən 7000 manat pul vermişdir. Daha sonra isə nəinki mebeli ala bilməmiş həmçinin vermiş olduğu pulu da geri ala bilməmişdir. Cinayət işi materiallarında olan 07 noyabr 2022-ci il tarixli baxış götürmə keçirilməsi barədə protokoldan görünür ki, xx.xx.2022-ci il tarixli protokolla Zərərçəkmiş şəxs məxsus yaddaş dəftərinə tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, dəftərin üz qabığını açdıqda “Zərərçəkmiş şəxsY ”, 27.01.20, 27.01.20 sözləri yazılmışdır. Dəftərin 1-ci səhifəsində müxtəlif adlar mobil nömrələr və xx.xx.2018-ci il qeyd edilmiş yazılar vardır. Növbəti olaraq dəftərin növbəti vərəqəsinə baxdıqda latın qrafikalı ərəb sözləri yazılmış dini kəlam, ondan daha aşağıda “Təqsirləndirilən şəxs : xx.xx.2020-300, xx.xx.2020-300 14-18 noyabr 2020- 1600, 2840, 1700 rəqəmləri və qarşısında mebel sözləri yazılmışdır. Həmin hissə xətlə ayrılmış daha aşağıda xx.xx.2021- 100 dollar + mebel, 09 aprel 2021-2000 manat (Aksess-ceyran), telefon -1100 - ceyran”yazılmış qeydlər aşkar edilmişdir. Daha sonrakı vərəqlərdə 2021-ci ilə dair qeydlər aşkar edilmişdir. Həmin yaddaş dəftərində iş üzrə zəruri olan qeydlər olan vərəqlərin ksero surətləri çıxardılaraq protokola əlavə edilmişdir. Qeyd olunan baxış protokolu iş üzrə əhəmiyyət kəsb etdiyindən sübut qismində tanınmalı və cinayət işinin materiallarına əlavə edilməlidir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli baxış protokolundan da görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi internet səhifəsində 1 ABŞ dolları 1,70 manata ekvivalentdir. Cinayət işi materiallarında olan cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməsinə dair iddia ərizəsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 8910 manat maddi ziyanın ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona 3400 manat ödənilmişdir. Barışıq əldə olunmamışdır. Vurulan zərərin ittiham aktına əsasən tam ödənilməsini tələb edir. Cinayət işi materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və Mingəçevir şəər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Əhmədova X2 şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 7(051)-31/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-109/2021 saylı hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 8 (səkkiz) ay 12 (on iki) gün hissəsi 1 (bir) il azaldılmışdır. Cinayət işi materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən məhkəməyə göndərilmiş 20 dekabr 2023-cü il tarixli, 34244/3-12 №-li cavab məktubundan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 1 il azaldılmışdır. xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün Təqsirləndirilən şəxs qeydiyyatdan çıxarılmışdır. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, barəsində olan cinayət işi üzrə Zərərçəkmiş şəxs 1600 manat ziyan vurulmağa dair epizod üzrə özünü təqsirli bilir. Lakin həmin epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə qeyd olunan epizod üzrə cinayət təqibinə xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Əhmədova X2 şəhər vəkil bürosunda vəkil kimi fəaliyyət göstərən tanışı Zərərçəkmiş şəxs Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən “Vestel” məişət texnikaları və avadanlıqları mağazasında işlədiyini və həmin vaxt qeyd olunan mağazada «endirim kampaniyası»nın olduğunu, mağazanın müdiriyyəti ilə xoş münasibətdə olduğunu, ona görə də bu münasibətlərdən istifadə edərək ona ucuz qiymətə təzə mebel dəstləri, məişət texnika və avadanlıqları ala biləcəyini vəd verib, sonuncunun etibarını qazandıqdan sonra, 2020-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs çarpayı, stul, masa, paltar dolabı, televizor, soyuducu və sair bu kimi avadanlıq və texnika almaqda köməklik edəcəyini bildirib, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs vəkil kimi fəaliyyət göstərdiyi və dislokasiya olduğu ünvan 1 ünvanda yerləşən ofisində xx.xx.2020-ci il tarixdə 300 (üç yüz) manat, xx.xx.2020-ci il tarixdə həmin ünvanda 300 (üç yüz) manat, növbəti dəfə həmin ayın 18-dək olan müddət ərzində həmin ünvanda yenidən 1600 (bir min altı yüz), 2840 (iki min səkkiz yüz qırx) və 1700 (bir min yeddi yüz) manat, xx.xx.2021-ci il tarixdə eyni ünvanda 100 ABŞ dolları (170 manat), 09 aprel 2021-ci il tarixdə isə 400 (dörd yüz) manat olmaqla - ümumilikdə 7310 (yeddi min üç yüz on) manat məbləğdə pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrii ilə təqsirləndirilməsinə dair Mingəçevir şəhər məhkəməsinin icraatında olan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış X3 vurduğu maddi ziyanı ödəmək məqsədilə həmin cinayət işində vəkil kimi onun hüquqlarını müdafiə edən, tanışı Zərərçəkmiş şəxs öz adına bankdan kredit götürüb ona verməsini, həmin kreditin özü tərəfindən ödəniləcəyini yalandan vəd verib Zərərçəkmiş şəxs aldadılmasına və sonuncu tərəfindən öz adına "xxxx" ASC-nin Mingəçevir fillialından 2000 manat məbləğdə kreditin ayrılmasına nail olduqdan sonra Zərərçəkmiş şəxs öz adına götürdüyü kredit məbləğinin 1600 (bir min altı yüz) manatını 09 aprel 2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən ofisində Zərərçəkmiş şəxs alıb ələ keçirərək və Zərərçəkmiş şəxs yaranmış kredit borcunun ödənilməsini təmin etməyərək Zərərçəkmiş şəxs 1600 manat məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qarşı dələduzluq edilərək 09 aprel 2021-ci il tarixdə 1600 manat məbləğdə pulunun ələ keçirilməsinə dair epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə və qeyd olunan epizod üzrə özünü təqsirli bilərək icraata xitam verilməsinə razılıq verdiyindən həmin epizod üzrə cinayət təqibinə xitam verilməklə o, cinayət məsuliyyətindən azad edilməli və CM-nin 178.2.2-ci maddəsi Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-in 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-in 39.1 və 39.1.3-cü maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3–cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2–ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxsnun dələduzluq əməllərində cinayətin təkrarlıq əlamətinin olmaması ilə bağlı öz mövqeyini onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdən 09 aprel 2021-ci il vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 7310 (yeddi min üç yüz on) manat və 09 aprel 2021-ci il tarixdə 1600 (bir min altı yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Belə olan halda vurulmuş ziyanın məbləğinə münasibətdə dələduzluğa daxil olan hər bir cinayətə müstəqil cinayət kimi baxılmalı və hər bir əməl müstəqil qiymətləndirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 1600 (bir min altı yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etdiyindən, yəni zərərçəkmiş şəxsə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurduğuna görə həmin epizod üzrə ayrıayrılıqda onun əməlində böyük ictimai təhlükə törətməyən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri mövcuddur. Məhkəmə baxışı nəticəsində qeyd olunan epizoda münasibətdə həmin əməlin başa çatdığı vaxtdan iki ildən artıq müddət keçməsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edildiyindən, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi istisna edilir. Ona görə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq əməli həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyində xüsusilə qeyd etmişdir ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında daha sonra vurğulamışdır ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrı-ayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən, səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı qismən ödəməsini və səmimi peşmanlıq hissi keçirməsini nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs ibtidai araşdırmada həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhəri İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan şübhəli şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə Mingəçevir ŞPŞ-in MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixində şübhəli şəxs qismində 1 gün həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Mülki iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş ziyandan 3400 manat məbləğində ödəniş etmişdir. Buradan da məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli və mülki cavabdeh Təqsirləndirilən şəxs 5510 məbləğində pul tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qarşı dələduzluq edilərək 09 aprel 2021-ci il tarixdə 1600 manat məbləğdə pulunun ələ keçirilməsinə dair epizod üzrə cinayət təqibini istisna edən hal olduğuna, yəni cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə həmin epizod üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan CM-nin 178.2.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixində 1 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 5510 (beş min beş yüz on) manat məbləğində pul tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM : Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar