Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-60/2021 20.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1982–ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Astara Rayon Məhkməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1 -ci maddələri ilə təqsirli bilinərək, 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Mingəçevir şəhəri Günəşli bağ massivi 8ci küçədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Penitesiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1–ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində təmiz çəkisi 0.886 qram, 1 (bir) ədəd üzərində”Valerian” yazısı olan kiçik şüşə qabda təmiz çəkisi 0.043 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən əldə edərək yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi 8-ci küçədə yerləşən fərdi yaşayış evində yataq otağındakı dolabın içərisində olan göy rəngli gödəkçəsiniıı sol yan cibində və istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 8 (səkkiz) ədəd 9 mm kalibrli olmaqla həmin kalibrə malik tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı döyüş sursatı hesab olunan patronları isə həmin evin yataq otağında olan paltar dolabında saxlamış, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-nin NMQ-nun və CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi 8-ci küçədə yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin yerdən 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş içərisində təmiz çəkisi 0.886 qram, l (bir) ədəd üzərində”Valerian” yazısı olan kiçik şüşə qabda təmiz çəkisi 0.043 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 8 (səkkiz) ədəd 9 mm kalibrli olmaqla həmin kalibrə malik tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavodu üsulu ilə hazırlanmış istifadəyə yararlı döyüş sursatı hesab olunan patronlar aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci və 234.1–ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, əvvəllərdə narkotik vasitə olan heroindən istifadə etmişdir. Təqribən xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri Günəşli bağ massivi Nəsimi parkı yaxınlığında piyada yaşadığı evə tərəf gedən zaman yerdə bir ədəd siqaretin üst sellafonu və içərisində gümüşü rəngli kağız büküm olduğunu görmüş və həmin sellafonun içərisində olan bükümü götürmüşdür. Həmin bükümü açdıqda içərisində iki ədəd siqaretin gümüşü kağızna bükülmüş büküm olduğunu görmüş, həmin bükümləri açdıqda birinin içərisində spesifik iyindən və rəngindən tanıdığı heroin, digərinin içərisində isə spesifik iyindən və görünüşüdən tanıdığı metafetamin olduğunu görmüşdür. O, həmin narkotik vasitələri özü istifadə etmək üçün yaşadığı evə gətirərək girişdə olan otaqdaki dolabın içərisində özünə məxsus olan göy rəngli gödəkçənin sol yan cibində gizlətmiş, sonradan həmin bükümdə olan narkotik vasitədən bir qədər istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Mingəçeir şəhəri N.Nərimanov prospekti Kosmos şadlıq sarayının qarşısından piyada keçən zaman polis əməkdaşları ona yaxınlaşıb barəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu bildirib onu Mingəçevir ŞPŞ-yə dəvət etmiş, o da buna etiraz etməmişdir. Həmin günü saat 17:40 radələrində vəkil Müdafiəçi iştirakı ilə onun üzərinə baxış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Daha sonra onun razılığı ilə yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi 8-ci küçədə yerləşən fərdi yaşayış evinə onun və vəkilinin iştirakı ilə polis əməkdaşları tərəfindən videoçəkilişdən istfadə olunmaqla baxış keçirilmişdir. Baxış keçirilən zaman yataq otağında olan dolabın içərisindən “Makarov” tapançasına məxsus 8 ədəd patron, evin giriş hissəsində olan otaqda olan dolabın içərisində ona məxsus göy rəngli gödəkçənin sol yan cibindən isə bir ədəd şpris, bir ədəd sistem vurmaq üçün kəpənək iynə,bir ədəd içərisi boş olan və qara rəngli “Valerian” dərman qabı və iki ədəd siqaretin gümüşü rəngli kağız bükümünə bükülmüş büküm aşkar olunmuşdur. Həmin bükümlər açıldıqda onların birinin içərisində narkotik vasitə olan heroin, digərinin içərisində isə metafetamin aşkar olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və heroinə oxşar kütlənin ümumi çəkisi 1.33 qram, metfetaminə bənzər kütlənin çəkisi isə 0.07 qram olmuşdur. O, polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhəri Günəşli bağ massivi Nəsimi parkının yaxınlığından keçən zaman yerdən tapdığını, dolabdan aşkar olunmuş 8 ədəd Makarov tapançasına məxsus patronları 3-4 gün öncə evin zirzəmisindən tapdığını bildirmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayor rütbəsində xidmət edir. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid3 və Şahid2 ilə birlikdə Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zaman sonuncunu Mingəçevir şəhəri N.Nərimanov küçəsi, Kosmos şadlıq sarayının qarşısından keçən zaman ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Məmmədov X1 ŞPŞ-nə gətirilmiş, orada vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilən zaman üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşyan aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhər Günəşli bağ massivi 8-ci küçədə yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinin yataq otağında olan paltar dolabının içərisində « makarov » tipli tapançanın səkkiz ədəd patornu, fərdi yaşayış evinin giriş hissəsində olan otağa baxış keçirilən zaman orada olan paltar dolabının içərisindəki Təqsirləndirilən şəxs məxsus göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd şpris, bir ədəd sistem vurmaq üçün kəpənək ineksiya iynəsi, bir ədəd içərisi boş olan və qara rəngli olan “Valerian” dərman qabı və iki ədəd siqaretin gümüşü rəngli kağız bükümü aşkar edilmişdir. Həmin bükümlər açıldıqda birinin içərisində spesifik iyindən narkotik vasitə olan heroinə bənzər kütlə, digər bükümün içərisindəki kütlə isə spesifik iyindən metafetaminə bənzər kütlə olması aşkar edilmişdir. Narkotik vasitəyə oxşar kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinə oxşar kütlənin ümumi çəkisi 1.33 qram, metafetaminə oxşar kütlənin ümumi çəkisi isə 0.07 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə olan kütlələri təxminən 1 həftə öncə Mingəçevir şəhəri H.Əliyev prospekti, Nəsimi parkı yaxınlığından piyada gedərkən yerdən tapdığını özü istifadə etmək üçün yaşadığı evə gətirib özünə məxsus göy rəngli gödəkçəsinin sol yan cibində gizlətdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsüsatları təsdiq etmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Baxış və götürmə haqqında” xx.xx.2020–ci il tarixli protokoldan görünür ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Mingəçevir şəhər Günəşli bağlar massivində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə baxış küçirilən zamanı müəyyən edilmişdir ki, ev 3 otaqdan ibarət olan kürsülü fərdi yaşayış evidir. Yataq otağındakı şkafın içərisində “makarov” tipli tapançada istifadə olunan 8 ədəd patron aşkar edilmişdir. Daha sonra girişdə olan otağa baxış keçirilən zaman Təqsirləndirilən şəxs özünəməxsus göy rəngli gödəkcənin sol yan cibindən bir ədəd şpris, bir ədəd sistem vurmaq üçün kəpənək ineksiya iynəsi, bir ədəd içərisi boş olan və qara rəngli olan “Valerian” dərman qabı və iki ədəd siqaretin gümüşü rəngli kağız bükümü aşkar edilərək götürülmüşdür. Həmin bükümləri açdıqda, onların birinin içərisində spesifik iyindən narkotik vasitə olan heroinə bənzər kütlə, digər bükümün içərisindəki kütlə isə spesifik iyindən metaamfitamin olması aşkar edilmişdir. Həmin iştirakçıların iştirakı ilə tərəzidə çəkilmiş və içərisində heroinə oxşar kütlə olan bükümün çəkisi 1.33 qram, spesifik iyindən metafetaminə oxşar kütlə olan bükümün çəkisi isə 0.07 qram olması məlum olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020ci il tarixli 17/616 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “ Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkotik... ” sözləri yazılmış zərfin içərisindəki: -01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0.886 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. -01 (bir) ədəd üzərində “Valerianı” yazısı olan kiçik şüşə qabda, təmiz çəkisi-0.043 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir,həmçinin həmin şüşə qabın içərisindəki pambıq parçasının üzərində olan cüzi miqdarda maddə hissəcikləri-heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. -digər 01 (bir) ədəd gümüşü -ağ rəngli kağız bükümdə,təmiz çəkisi -0.041 qram olan maddə kustar üsulla hazırlanmış psixatrop maddə - metamfetamin. -01 (bir) ədəd 2 ml-lik şprisdən aşkar edilmiş cüzi miqdarda maddə hissəcikləriheroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroin ilə 01 (bir) ədəd kiçik şüşə qabda olan heroin tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd 2 ml-lik şprisdən və şüşə qabın içərisindəki 01(bir) ədəd pambıq parçasının üzərindən aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduğu üçün həmin heroin hissəcikləri ilə 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə və 01 (bir) ədəd şüşə qabda olan heroinlərin müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 74 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2020-ci il tarixli 17-617 nömrəli rəyindən görünür ki,tədqiq edilən 8 (səkkiz) ədəd predmet 9 mm kalibrli olmaqla,həmin kalibrə malik tapançalarda istifadə edilmək üçün nəzərdə tutlmuş zavod üsulu ilə hazırlanmış patrondurlar, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar. İşdə olan Astara Rayon Məhkməsinin xx.xx.2016-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1 ci maddələri ilə təqsirli bilinərək,4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2020–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Astara Rayon Məhkməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM–in 206.2-ci və 234.1 -ci maddələri ilə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2019-cu il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində təmiz çəkisi 0.886 qram, 1(bir) ədəd üzərində”Valerian” yazısı olan kiçik şüşə qabda təmiz çəkisi 0.043 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən əldə edərək yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi 8-ci küçədə yerləşən fərdi yaşayış evində yataq otağındakı dolabın içərisində olan göy rəngli gödəkçəsinin sol yan cibində və istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 8 (səkkiz) ədəd 9 mm kalibrli olmaqla həmin kalibrə malik tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı döyüş sursatı hesab olunan patronları isə həmin evin yataq otağında olan paltar dolabında qanunsuz saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində təmiz çəkisi 0.886 qram, 1 (bir) ədəd üzərində ”Valerian” yazısı olan kiçik şüşə qabda təmiz çəkisi 0.043 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən əldə edərək yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi 8-ci küçədə yerləşən fərdi yaşayış evində yataq otağındakı dolabın içərisində olan göy rəngli gödəkçəsinin sol yan cibində və istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 8 (səkkiz) ədəd 9 mm kalibrli olmaqla həmin kalibrə malik tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı döyüş sursatı hesab olunan patronları isə həmin evin yataq otağında olan paltar dolabında saxlamış, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-nin NMQ-nun və CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi 8-ci küçədə yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin yerdən 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş içərisində təmiz çəkisi 0.886 qram, l (bir) ədəd üzərində”Valerian” yazısı olan kiçik şüşə qabda təmiz çəkisi 0.043 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 8 (səkkiz) ədəd 9 mm kalibrli olmaqla həmin kalibrə malik tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavodu üsulu ilə hazırlanmış istifadəyə yararlı döyüş sursatı hesab olunan patronlar aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 228.1–ci və 234.1–ci maddələri ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş, Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ Siyahıda narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 2 qram, müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci və 234.1–ci maddələrində nəzərdə tutulmuş hədlərdə cinayətlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etməsi, başqasına verməsi, satması, saxlaması, daşıması və ya gəzdirməsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005–ci il təvəllüdlü Fərid və xx.xx.2007–ci il təvəllüdlü Elcan adlı uşaqları vardır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2016-cı il tarixdə Astara Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM–in 206.2 və 234.1-cü maddələri ilə təqsirli bilinərək CM–in 66.3–cü maddəsinə əsasən 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, yenidən qəsdən cinayət törətdiyinə görə o, Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edilir, ona görə də onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61– ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və həmin Məcəllənin 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə hər bir cinayətə görə ayrı–ayrılıqda azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, həmin Məcəllənin 66.2–ci maddəsində nəzərdə tutulmuş qaydada təyin olunmuş cəzalar qismən toplanmasını və ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxx 2020–ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz xx.xx.2020–ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair xx.xx.2020–ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2020–ci il tarixdən hesablanmışdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 8 ədəd 9 mm kalibrli olmaqla həmin kalibrə malik tapançalarda istifadə edilməsi üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış təyinatı üzrə istifadəyə yararlı patronlar dövlət nəfinə alınmaqla müsadirə edilməlidir. Bundan əlavə iş üzrə maddi sübut olub Mingəşevir ŞPŞ–də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş, ekspert tədqitatına sərf edildikdən sonra qalan 0.836 qram, 0,023 qram narkotik vasitə heroin və 0,021 qram metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 102 manat 54 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 174 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci və 234.1–ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 228.1–ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1–ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02 dekabr 2020–ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0.836 qram və 0.023 qram olan narkotik vasitə heroin, həmçinin 0.021 qram psixatrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 8 ədəd 9 mm kalibrli olmaqla həmin kalibrə malik tapançalarda istifadə edilməsi üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, təyinatı üzrə istifadəyə yararlı olan patronlar dövlət nəfinə alınmaqla müsadirə edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 102 manat 54 qəpik (bir yüz iki manat əlli dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 174 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-60/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-60/2021
20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver