Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-60/2022 12.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzr Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi oğlunun iştirakı ilə Rəsulov Yaşar Rəsul oğlu xx.xx.1957-ci ildə Ağdaş rayonu Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri Ərəş küçəsi ev 2 mənzil 3-də qeydiyyatda olmaqla yaşayan,barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs Rəsulov Yaşar Rəsul oğlu Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan cinayət işi üzrə 26 noyabr 2019-cu il tarixə təyin edilmiş hazırlıq iclasında, 11.12.2019-cu il tarixə təyin edilmiş məhkəmə baxışında iştirak etmədiyi üçün cinayət işi üzrə icraat dayandırılaraq barəsində axtarış elan edildikdən sonra, guya ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutunda stasionar müalicədə olması ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilmədiyini sübut etmək üçün, reallıqda Səhiyyə Nazirliyi X1 İnstitutunda hər hansı bir diaqnozla stasionar qaydada müalicədə olmadığı halda, Mingəçevir şəhər Məhkəməsinin 11.12.2019-cu il tarixli «iş üzrə icraatın dayandırılması və onun haqqında axtarışın elan edilməsi haqqında qərarının» ləğv olunmasına nail olmaq üçün həmin qərardan müdafiəçisi (vəkili) Şahid2 vasitəsilə 2019-cu ilin dekabr ayının sonlarında poçt vasitəsi ilə Mingəçevir şəhərindən bilavasitə Şəki Apellyasiya Məhkəməsinə göndərdiyi apellyasiya şikayətinə əlavə etdiyi, istintaqa məlum olmayan vaxt və şəxs (şəxslər) tərəfindən qanunsuz hazırlanmış rəsmi sənəd hesab olunan yuxarı hissəsində «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutu» müəssisənin adı qeyd olunmuş, aşağı sol hissədə «Ünvan: Bakı şəhəri, Məmmədəli Şərifli 161. Tel: (+99412) ***-**-** (+99412)425-44-78», sol tərəfdə «Faks: (+99412) 421-51-87», həmin yazıların aşağısında «№ 1561», həmin yazının solunda, tarix hissədə «20.12.2019» yazıları, aşağıda orta hissədə «ARAYİŞ», onun aşağısında isə «Arayış verilir ondan ötrü ki, 1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 14.11.2019-cu il tarixdə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 4 saylı Vərəm Dispanseri tərəfindən Ağ ciyərin xroniki distruktiv xəstəliyi» diaqnozu ilə müalicə və müayinə üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X4 Xəstəlikləri İnstitutuna göndərilmişdir. Aparılan laborator, instrumental və mütəxəssis müayinələri nəticəsində müəyyən olunmuşdur ki, xəstə ağ ciyərin xroniki distruktiv xəstəliyi diaqnozu ilə yanaşı xroniki virus hepatit C, ağır gedişli, Hiporteniya xəstəliyi 2-ci mərhələ, Ürəyin işemik xəstəliyi», Koronarokardioskleroz, Vertebrobazliyar sistemdə qan dövranının çatışmazlığı, Şəkərli diabet İİ tip, OH-xroniki blefarokonyuktivit, Kandidoz diaqnozları ilə də ağır xəstədir. Hal-hazırda xəstənin stasionar müalicəsi davam etdirilir. Yuxarıda göstərilən xəstəlikləri nəzərə alaraq, hal-hazırda müvəqqəti olaraq xəstə məhkəmə proseslərində iştirak edə bilməz.» kimi qeydiyyatlar aparılmış və Səhiyyə Nazirliyi X1 İnstitutu xəstəxanasında İ.İ.İsayev, Z.Əzizova və İ.Osmanov müvafiq olaraq baş həkim, şöbə müdiri və müalicə həkimi vəzifələrində işləmədikləri halda arayışın aşağı hissəsində «Baş həkim : İ.İsayev, Şöbə müdiri : Z.Əzizova, Müalicə həkimi : İ.Osmanov kimi uydurma ad və soyadlar qeyd olunmuş hissədə həmin soyad və adların qarşısında şəxsiyyəti istintaqa məlum olmayan şəxs (şəxslər) tərəfindən imza icra edilən və onu, təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə proseslərində iştirak etmək vəzifəsindən azad edən, guya ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutu tərəfindən 20.12.2019-cu il tarixdə verilmiş kimi qeyd olunan, məzmununa yalan məlumatlar daxil edilmə yolu ilə saxtalaşdırılmış və rəsmi sənəd hesab olunan hüquq verən və vəzifədən azad edən həmin saxta arayışı Şəki Apellyasiya Məhkəməsinə təqdim edərək bilə-bilə istifadə etmişdir. Bundan başqa o, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan cinayət işi üzrə Mingəçevir şəhər məhkəməsinin onun barəsində qəbul etdiyi 11.12.2019-cu il tarixli «axtarış və iş üzrə icraatın Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılması haqqında» qərarının qüvvədə saxlanılması barədə Şəki Apellyasiya Məhkəməsinin 24.02.2020-ci il tarixli qərarının ləğv edilərək, onun barəsində ağır xəstəliklə əlaqədar məhkəmə prosesində iştirak edə bilməməsi əsası ilə iş üzrə icraatın Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılması və barəsində elan olunmuş axtarışın ləğv edilməsi barədə qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə 2020-ci ilin fevral ayının sonlarında müdafiəçisi (vəkili) Şahid2 vasitəsi ilə Mingəçevir şəhərindən göndərdiyi kassasiya şikayətinə əlavə etdiyi, guya ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutunda stasionar müalicədə olması ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilmədiyini sübut etmək üçün, reallıqda Səhiyyə Nazirliyi X1 İnstitutunda hər hansı bir diaqnozla stasionar qaydada müalicədə olmadığı halda, istintaqa məlum olmayan vaxt və şəxs (şəxslər) tərəfindən qanunsuz hazırlanmış rəsmi sənəd hesab olunan-yuxarı hissəsində «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutu» müəssisənin adı qeyd olunmuş, aşağı sol hissədə «Ünvan: Bakı şəhəri, Məmmədəli Şərifli 161. Tel: (+994 12) ***-**-** (+994 12) 425-44-78», sol tərəfdə «Faks: (+994 12) 421-51-87», həmin yazıların aşağısında «№ 1426», həmin yazının solunda, tarix hissədə «25.02.2020-ci il» rəqəm və yazıları, aşağıda orta hissədə «ARAYİŞ», onun aşağısında isə «Arayış verilir ondan ötrü ki, 1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 14.11.2019-cu il tarixdə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 4 saylı Vərəm Dispanseri tərəfindən ağ ciyərin xroniki distruktiv xəstəliyi diaqnozu ilə müalicə və müayinə üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X4 Xəstəlikləri İnstitutuna göndərilmişdir. Aparılan laborator, instrumental və mütəxəssis müayinələri nəticəsində müəyyən olunmuşdur ki, xəstə ağ ciyərin xroniki distruktiv xəstəliyi diaqnozu ilə yanaşı xroniki virus hepatit C ağır gedişli, Hiporteniya xəstəliyi 2-ci mərhələ, Ürəyin işemik xəstəliyi, «Koronarokardioskleroz, Vertebrobazliyar sistemdə qan dövranının çatışmazlığı, Şəkərli diabet İİ tip, OH-xroniki blefarokonyuktivit, Kandidoz» diaqnozları ilə də ağır xəstədir. 17.02.2020-ci il tarixdə xəstə hər iki diz oynaqlarının astrozoazri, onurğa yırtığı diaqnozları ilə müalicə olunmaq üçün başqa tibb müəssisəsinə köçürülmüşdür. Xəstənin hərəkətləri məhduddur. Məhkəmə proseslərində iştirakı mümkünsüzdür» kimi qeydiyyatlar aparılmış və Səhiyyə Nazirliyi X1 İnstitutu xəstəxanasında İ.İ.İsayev, Z.Əzizova və İ.Osmanov müvafiq olaraq baş həkim, şöbə müdiri və müalicə həkimi vəzifələrində işləmədikləri halda arayışın aşağı hissəsində «Baş həkim: İ.İsayev, Şöbə müdiri : Z.Əzizova, Müalicə həkimi : İ.Osmanov kimi uydurma ad və soyadlar qeyd olunmuş hissədə həmin soyad və adların qarşısında şəxsiyyəti istintaqa məlum olmayan şəxs (şəxslər) tərəfindən imza edilən və onu, təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə proseslərində iştirak etmək vəzifəsindən azad edən, habelə barəsində iş üzrə icraatın Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırma haqqında qərar çıxarılma hüququnu verən guya ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitututu tərəfindən 25.02.2020-ci il tarixdə verilmiş kimi qeyd olunan, məzmununa yalan məlumatlar daxil edilmə yolu ilə saxtalaşdırılmış və rəsmi sənəd hesab olunan hüquq verən və vəzifədən azad edən həmin saxta arayışı Azərbaycan Respublikası Ali Məhkəməsinə təqdim edərək bilə-bilə istifadə etmişdir. Bundan başqa o, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan cinayət işi üzrə 20.04.2021-ci il tarixdə Mingəçevir şəhər məhkəməsinin inzibati binasında təyin olunan məhkəmə iclasına gəlib iştirak edə bilməməsi ilə bağlı qanuni hüquqi əsasların olması görüntüsünü yaratmaq və barəsində istintaq olunan cinayət işi üzrə icraatın Azərbaycan Respublikası CPM-nin 53.1.4 və 53.3.4-cü maddələrinə, yəni ağır xəstəliyinin olması ilə bağlı məhkəmə proseslərində iştirak etmək vəzifəsindən azad edilməsi və barəsində həmin maddələrlə iş üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilməsi hüququnu əldə etmək üçün müdafiəçisi (vəkili) Şahid2 vasitəsilə 20.04.2021-ci il tarixdə Mingəçevir şəhərində şəhər məhkəməsinə təqdim etdiyi, guya ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutunda stasionar müalicədə olması ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilmədiyini sübut etmək üçün, reallıqda Səhiyyə Nazirliyi X1 İnstitutunda hər hansı bir diaqnozla stasionar qaydada müalicədə olmadığı halda, yuxarı hissəsində «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutu» müəssisənin adı qeyd olunmuş, aşağı sol hissəsində «Ünvan: Bakı şəhəri, Məmmədəli Şərifli 161. Tel: (+994 12) ***-**-** (+994 12) 425-44-79», sol tərəfdə «Faks: (+994 12) 421-51-85», həmin yazıların aşağısında «№ 123», həmin yazının solunda, tarix hissəsində «19.04.2021» rəqəmləri, aşağıda orta hissədə «ARAYİŞ», onun aşağısında isə «Arayış verilir ondan ötrü ki, 1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 03.04.2021-ci il tarixdə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 1 saylı Vərəm Dispanseri tərəfindən Ağ ciyərin xroniki distruktiv xəstəliyi diaqnozu ilə müalicə və müayinə üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X4 Xəstəlikləri İnstitutuna göndərilmişdir. Aparılan laborator, instrumental və mütəxəssis müayinələri nəticəsində müəyyən olunmuşdur ki, xəstə ağ ciyərin xroniki distruktiv xəstəliyi diaqnozu ilə yanaşı xroniki virus hepatit C ağır gedişli, Hiporteniya xəstəliyi 2-ci mərhələ, Ürəyin işemik xəstəliyi, Koronarokardioskleroz, Vertebrobazliyar sistemdə qan dövranının çatışmazlığı, Şəkərli diabet İİ tip, OH-xroniki blefarokonyuktivit, Kandidoz, durğunluq, ürək çatışmazlığı, xroniki qan dövranının pozulması İİİ mərhələ Ürəyin oteroskkrotik xəstəliyi Kordiskleroz XR Xolesistit sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan senokardiya diaqnozları ilə də ağır xəstədir... Hal-hazırda xəstənin stasionar müalicəsi davam etdirilir. Yuxarıda göstərilən xəstəlikləri nəzərə alaraq, hal-hazırda müvəqqəti olaraq xəstə məhkəmə proseslərində iştirak edə bilməz» kimi yazıları qeyd olunmuş, həmin yazının aşağısında Baş həkim: Şahid3 adının qarşısında olan imza onun tərəfindən deyil istintaqa məlum olmayan şəxs tərəfindən icra olunmuş, habelə həmin tibb müəssisəsində Şöbə müdiri: T.Tağıyevavə Müalicə həkimi M.Qafarov kimi həkimlər olmadığı halda onların adları uydurulmaqla onların qarşısında istintaqa məlum olmayan şəxs tərəfindən imza icra olunmuş və yalan məlumatlar daxil edilməklə istintaqa məlum olmayan vaxtda və şəraitdə, şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qanunsuz hazırlanmaqla saxtalaşdırılmış onu, təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə proseslərində iştirak etmək vəzifəsindən azad edən, habelə barəsində iş üzrə icraatın Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırma haqqında qərar çıxarılma hüququnu verən guya ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitututu tərəfindən 19.04.2021-ci il tarixdə verilmiş kimi qeyd olunan, məzmununa yalan məlumatlar daxil edilmə və vəzifəli şəxsin imzası həmin vəzifəli şəxs tərəfindən deyil başqa şəxs tərəfindən icra olunmaqla saxtalaşdırılmış və rəsmi sənəd hesab olunan hüquq verən və vəzifədan azad edən həmin saxta arayışı Mingəçevir şəhər məhkəməsinə təqdim edərək bilə-bilə istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, təxminən 1980-ci ildən vərəm xəstəliyindən, 2016-cı ildən “Hepatit C” virusundan əziyyət çəkir. 2017-ci ildən müəyyən fasilələrlə Bakı şəhərində yerləşən X5 Hepatit C virusundan müalicə olunur. 2019-cu ildə, 2020-ci il və 2021-ci il tarixlərdə də müəyyən fasilələrlə Səhiyyə Nazirliyinin X1 İnstitutunda müalicə almışdır. 2021-ci ilin fevral ayından aprel ayının ortalarınadək olan müddətdə də Səhiyyə Nazirliyinin X1 İnstitutunda müalicə almışdır. Aprel ayında həmin institutda Covid xəstələri üçün karantin mərkəzi yaradıldığından onları Bakı şəhərində 4 saylı Vərəm Dispanserinə köçürdülər. Təxminən 1 həftə orada müalicə olunduqdan sonra ordan evə buraxıldı. Sonra göndəriş əsasında Məştağa qəsəbəsində yerləşən Respublika Psixi Xəstəliklər xəstəxanasında 1 ay 16 gün müddətində stasionar müalicə almışdır. İyul ayında oradan çıxdıqdan sonra X5 həkim Gülnarə Babayevanın nəzarəti altında ambulator müalicə almışdır. Teztez oraya gedib-gəlmişdir. O, müalicə alan ərəfələrdə bir neçə dəfə vəkili Şahid2 ona sorğu göndərmiş və o da həmin sorğu əsasında arayış alaraq məhkəməyə təqdim etməsi üçün taksi ilə arvadı Şahid1 göndərmişdir. Təxminən 18 aprel 2021-ci il tarixdə Dərgah ona zəng edərək məhkəməyə təqdim etmək üçün xəstəlikdən müalicə alması barədə arayış göndərməsini istəmişdir. Onu həmin vaxt 4 saylı vərəm dispanserinə köçürmüşlər və o, orada müalicə alırdı. O, dispanserdə çıxıb Səhiyyə Nazirliyinin X1 İnstitutuna getmiş və orada müayinə onun həkimi olan Məhəmməd Qafarovdan ona xəstəliklə bağlı arayış verməsini xahiş etmişdir. Məhəmməd Qafarov əvvəlcə sorğu istəsə də, o, sorğu olmadığını bildirdikdən sonra Məhəmməd ona arayış verə biləcəyini və sabah gəlib institutun dəftərxanasından götürə biləcəyini demiş və o da 19.04.2021-ci il tarixli 123 nömrəli arayışı götürmüşdür. Arayışı ona təqdim edən institutun dəftərxanasının qadın işçisini isə qabaqcadn tanımamışdır. Həmin arayışı rayonlarası marşrutla Mingəçevir şəhərinə arvadı Sahibəyə göndərmişdir ki, məhkəməyə təqdim etmək üçün vəkilinə versin. Sahibə də həmin arayışı vəkilə vermişdir. Qeyd edilən hər üç arayışı institut dəftərxanasından götürmüşdür. Arayışların saxta olub-olmamasını araşdırmadan məhkəməyə təqdim etmək üçün göndərmişdir. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir. Təxminən 1986-cı ildən əri Təqsirləndirilən şəxs vərəm xəstəsi olmuşdur. 2018-ci ildə isə onun “Hepatit C” virusuna yoluxması barədə verdiyi testin nəticəsi pozitiv olmuş, ona görə də göndərişlə müalicə olunması üçün Bakı şəhərinə göndərilmişdir. Əri Təqsirləndirilən şəxs əvvəllər nümayəndə kimi məhkəmə prosesində iştirak etmişdir. 2017-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Mingəçevir şəhər Məhkəməsində cinayət işi üzrə istintaq aparılmış və həmin vaxtdan onun vəkili Şahid2 olmuşdur. Məhkəmədə iş gedən ərəfələrdə əri Bakı şəhərində və eyni zamanda Mingəçevir şəhərində yerləşən tibbi müəssisələrdə müalicə və müayinə olmuşdur. Məhkəmə prosesində iştirak edə bilmədiyinə görə Yaşar stasionar müalicə aldığı tibb müəssisələrindən əldə etdiyi arayışları ona vermiş və o da vəkil Şahid2 vasitəsilə Mingəçevir şəhər Məhkəməsinə təqdim etmişdir. Belə ki, təqdim olunmuş arayışlarda Yaşarın hansı tibb müəssisəsində müalicə aldığını bildikdən sonra həmin müəssisələrə Aslan adlı şəxs hücum etmişdir. Sonuncu dəfə vəkil Şahid2 Yaşarın stasionar müalicə aldığı tibb müəssisəsindən arayış lazım olduğunu bildirmişdir. O isə nə üçün məhkəmənin sorğu verib özünün cavab almadığını bildirdi. Dərgah həmin arayışın vacib olduğunu dedikdən sonra Yaşara zəng edib stasionar müalicə aldığı müəssisədən arayış göndərməsini istədi. Yaşar da əvvəlki arayışlar kimi Bakı şəhərindən arayışı göndərmiş və o da 19.04.2021-ci il tarixli 123 nömrəli arayışı məhkəməyə təqdim etməsi üçün Şahid2 vermişdir. Lakin o, həmin arayışı Yaşarın haradan və necə əldə etdiyini, arayışın saxta olub-olmamasını bilməmişdir. Belə ki, Yaşar ona arayış göndərdəndə, o, həmin arayışları məhkəməyə təqdim etmişdir. Şahid2 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, 2007-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olur. 2017-ci ildən Təqsirləndirilən şəxs müqavilə əsasında müdafiəçisi qismində çıxış etmişdir. Həmin tarixdən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 29, 317-1.1-ci maddələri ilə istintaq olunmuş cinayət işi baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilmiş, lakin Təqsirləndirilən şəxs həmin tarixdən etibarən müxtəlif tibb müəssisələrində stasionar müalicə aldığını bildirərək məhkəmə proseslərində iştirak etməmişdir. Bununla bağlı olaraq Təqsirləndirilən şəxs həm birbaşa özü, həm də onun vasitəsi ilə məhkəməyə stasionar müalicə alması haqqında müvafiq arayışlar təqdim etmişdir. Yaşarın arvadı Sahibə məhkəməyə təqdim edilməsi üçün arayışları ona vermişdir. O, Sahibəyə Yaşarın onunla əlaqəsi yaratmasını istədiyini bildirmişdir. Sahibə isə Yaşarın müalicə aldığı xəstəxanada mobil telefon işlətməyə icazə verilmədiyini, bəzi vaxtlarda ərinin onunla əlaqə yaratdığını, Yaşara deyiləsi nə sözü varsa ona deməsini istəmişdir. Yaşarın müalicə alması ilə bağlı arayışlar məhkəməyə təqdim edildiyindən onun barəsində aparılan işə baxılmamış və icraat dayandırılmışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs arvadı Şahid1 ona 19.04.2021-ci il tarixli Təqsirləndirilən şəxs Elmi-Tədqiqat və Ağciyər xəstəlikləri İnstitutunda stasionar müalicə alması barədə arayışı təqdim etmişdir. O da Şahid1 ona verdiyi həmin arayışı 21.04.2021-ci l tarixdə məhkəməyə təqdim edərək icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə prosesində zərərçəkmiş şəxs X3 həmin arayışın həqiqiliyinə şübhə etdiyini və yoxlanılmasını məhkəmədən tələb etmişdir. O da zərərçəkmiş şəxsin fikri ilə razılaşaraq məhkəmədən arayışda qeyd olunan tibb müəssisəsinə sorğu verilməsini hakimdən xahiş etmişdir. X8 də X1 İnstituna sorğu vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs 25.05.2021ci il tarixdə özü teleqram vasitəsilə məhkəməyə müraciət edərək X1 İnstitundan 4 saylı Vərəm Dispanserinə köçürüldüyünü bildirmiş, hakim də həmin tibb müəssisəsində məlumatın doğruluğunu yoxlamaq məqsədilə sorğu ünvanlamışdır. Daha sonra həmin sorğuların nəticəsindən məlumatı olmamışdır. O, məhkəməyə təqdim etdiyi 19.04.2021-ci il tarixli Şahid1 tərəfindən ona verilmiş arayışın saxta olmasını sonradan öyrənmişdir. Belə ki, həmin arayışın haradan və hansı üsulla əldə edilməsindən məlumatı olmamışdır. Şahid1 həmin arayışı ona təqdim edərkən həmin arayışın Təqsirləndirilən şəxs tərəfindən göndərildiyini bildirmişdir. Təqsirləndirilən şəxs əməli digər şahidlər Şahid3 və Şahid4 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 90-93-cü vərəqlərində olan məhkəmə-xətşünaslıq ekspertizasının 28 sentyabr 2021-ci il tarixli, 4/1266 saylı rəyində göstərilir ki, 1.Ekspertizaya təqdim olunmuş 123 nömrəli 19.04.2021-ci il tarixli arayışın kserosurətində “Baş həkim” qrafasındakı imza – Şahid3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya təqdim olunmuş 154 nömrəli 20.12.2019-cu il tarixli, 1426 nömrəli 25.02.2020ci il tarixli, 129 nömrəli 19.04.2021-ci il tarixli arayışların kserosurətlərində “Baş həkim”, “Şöbə müdiri”, “Müalicə həkimi” qrafalarındakı imzaların eyni şəxs tərəfindən Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmamasını rəyin tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəbələrə görə müəyyən edilməsi mümkün olmadı. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan cinayət işi üzrə 26 noyabr 2019-cu il tarixə təyin edilmiş hazırlıq iclasında, 11.12.2019-cu il tarixə təyin edilmiş məhkəmə baxışında iştirak etmədiyi üçün cinayət işi üzrə icraat dayandırılaraq barəsində axtarış elan edildikdən sonra, guya ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutunda stasionar müalicədə olması ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilmədiyini sübut etmək üçün, reallıqda Səhiyyə Nazirliyi X1 İnstitutunda hər hansı bir diaqnozla stasionar qaydada müalicədə olmadığı halda, Mingəçevir şəhər Məhkəməsinin 11.12.2019-cu il tarixli «iş üzrə icraatın dayandırılması və onun haqqında axtarışın elan edilməsi haqqında qərarının» ləğv olunmasına nail olmaq üçün həmin qərardan müdafiəçisi (vəkili) Şahid2 vasitəsilə 2019-cu ilin dekabr ayının sonlarında poçt vasitəsi ilə Mingəçevir şəhərindən bilavasitə Şəki Apellyasiya Məhkəməsinə göndərdiyi apellyasiya şikayətinə əlavə etdiyi, istintaqa məlum olmayan vaxt və şəxs (şəxslər) tərəfindən qanunsuz hazırlanmış rəsmi sənəd hesab olunan yuxarı hissəsində «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutu» müəssisənin adı qeyd olunmuş, aşağı sol hissədə «Ünvan: Bakı şəhəri, Məmmədəli Şərifli 161. Tel: (+99412) ***-**-** (+99412)425-44-78», sol tərəfdə «Faks: (+99412) 421-51-87», həmin yazıların aşağısında «№ 1561», həmin yazının solunda, tarix hissədə «20.12.2019» yazıları, aşağıda orta hissədə «ARAYİŞ», onun aşağısında isə «Arayış verilir ondan ötrü ki, 1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 14.11.2019-cu il tarixdə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 4 saylı Vərəm Dispanseri tərəfindən Ağ ciyərin xroniki distruktiv xəstəliyi» diaqnozu ilə müalicə və müayinə üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X4 Xəstəlikləri İnstitutuna göndərilmişdir. Aparılan laborator, instrumental və mütəxəssis müayinələri nəticəsində müəyyən olunmuşdur ki, xəstə ağ ciyərin xroniki distruktiv xəstəliyi diaqnozu ilə yanaşı xroniki virus hepatit C, ağır gedişli, Hiporteniya xəstəliyi 2-ci mərhələ, Ürəyin işemik xəstəliyi», Koronarokardioskleroz, Vertebrobazliyar sistemdə qan dövranının çatışmazlığı, Şəkərli diabet İİ tip, OH-xroniki blefarokonyuktivit, Kandidoz diaqnozları ilə də ağır xəstədir. Hal-hazırda xəstənin stasionar müalicəsi davam etdirilir. Yuxarıda göstərilən xəstəlikləri nəzərə alaraq, hal-hazırda müvəqqəti olaraq xəstə məhkəmə proseslərində iştirak edə bilməz.» kimi qeydiyyatlar aparılmış və Səhiyyə Nazirliyi X1 İnstitutu xəstəxanasında İ.İ.İsayev, Z.Əzizova və İ.Osmanov müvafiq olaraq baş həkim, şöbə müdiri və müalicə həkimi vəzifələrində işləmədikləri halda arayışın aşağı hissəsində «Baş həkim : İ.İsayev, Şöbə müdiri : Z.Əzizova, Müalicə həkimi : İ.Osmanov kimi uydurma ad və soyadlar qeyd olunmuş hissədə həmin soyad və adların qarşısında şəxsiyyəti istintaqa məlum olmayan şəxs (şəxslər) tərəfindən imza icra edilən və onu, təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə proseslərində iştirak etmək vəzifəsindən azad edən, guya ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutu tərəfindən 20.12.2019-cu il tarixdə verilmiş kimi qeyd olunan, məzmununa yalan məlumatlar daxil edilmə yolu ilə saxtalaşdırılmış və rəsmi sənəd hesab olunan hüquq verən və vəzifədən azad edən həmin saxta arayışı Şəki Apellyasiya Məhkəməsinə təqdim edərək bilə-bilə istifadə etmişdir. Bundan başqa o, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan cinayət işi üzrə Mingəçevir şəhər məhkəməsinin onun barəsində qəbul etdiyi 11.12.2019-cu il tarixli «axtarış və iş üzrə icraatın Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılması haqqında» qərarının qüvvədə saxlanılması barədə Şəki Apellyasiya Məhkəməsinin 24.02.2020-ci il tarixli qərarının ləğv edilərək, onun barəsində ağır xəstəliklə əlaqədar məhkəmə prosesində iştirak edə bilməməsi əsası ilə iş üzrə icraatın Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılması və barəsində elan olunmuş axtarışın ləğv edilməsi barədə qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə 2020-ci ilin fevral ayının sonlarında müdafiəçisi (vəkili) Şahid2 vasitəsi ilə Mingəçevir şəhərindən göndərdiyi kassasiya şikayətinə əlavə etdiyi, guya ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutunda stasionar müalicədə olması ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilmədiyini sübut etmək üçün, reallıqda Səhiyyə Nazirliyi X1 İnstitutunda hər hansı bir diaqnozla stasionar qaydada müalicədə olmadığı halda, istintaqa məlum olmayan vaxt və şəxs (şəxslər) tərəfindən qanunsuz hazırlanmış rəsmi sənəd hesab olunan-yuxarı hissəsində «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutu» müəssisənin adı qeyd olunmuş, aşağı sol hissədə «Ünvan: Bakı şəhəri, Məmmədəli Şərifli 161. Tel: (+994 12) ***-**-** (+994 12) 425-44-78», sol tərəfdə «Faks: (+994 12) 421-51-87», həmin yazıların aşağısında «№ 1426», həmin yazının solunda, tarix hissədə «25.02.2020-ci il» rəqəm və yazıları, aşağıda orta hissədə «ARAYİŞ», onun aşağısında isə «Arayış verilir ondan ötrü ki, 1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 14.11.2019-cu il tarixdə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 4 saylı Vərəm Dispanseri tərəfindən ağ ciyərin xroniki distruktiv xəstəliyi diaqnozu ilə müalicə və müayinə üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X4 Xəstəlikləri İnstitutuna göndərilmişdir. Aparılan laborator, instrumental və mütəxəssis müayinələri nəticəsində müəyyən olunmuşdur ki, xəstə ağ ciyərin xroniki distruktiv xəstəliyi diaqnozu ilə yanaşı xroniki virus hepatit C ağır gedişli, Hiporteniya xəstəliyi 2-ci mərhələ, Ürəyin işemik xəstəliyi, «Koronarokardioskleroz, Vertebrobazliyar sistemdə qan dövranının çatışmazlığı, Şəkərli diabet İİ tip, OH-xroniki blefarokonyuktivit, Kandidoz» diaqnozları ilə də ağır xəstədir. 17.02.2020-ci il tarixdə xəstə hər iki diz oynaqlarının astrozoazri, onurğa yırtığı diaqnozları ilə müalicə olunmaq üçün başqa tibb müəssisəsinə köçürülmüşdür. Xəstənin hərəkətləri məhduddur. Məhkəmə proseslərində iştirakı mümkünsüzdür» kimi qeydiyyatlar aparılmış və Səhiyyə Nazirliyi X1 İnstitutu xəstəxanasında İ.İ.İsayev, Z.Əzizova və İ.Osmanov müvafiq olaraq baş həkim, şöbə müdiri və müalicə həkimi vəzifələrində işləmədikləri halda arayışın aşağı hissəsində «Baş həkim: İ.İsayev, Şöbə müdiri : Z.Əzizova, Müalicə həkimi : İ.Osmanov kimi uydurma ad və soyadlar qeyd olunmuş hissədə həmin soyad və adların qarşısında şəxsiyyəti istintaqa məlum olmayan şəxs (şəxslər) tərəfindən imza edilən və onu, təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə proseslərində iştirak etmək vəzifəsindən azad edən, habelə barəsində iş üzrə icraatın Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırma haqqında qərar çıxarılma hüququnu verən guya ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitututu tərəfindən 25.02.2020-ci il tarixdə verilmiş kimi qeyd olunan, məzmununa yalan məlumatlar daxil edilmə yolu ilə saxtalaşdırılmış və rəsmi sənəd hesab olunan hüquq verən və vəzifədən azad edən həmin saxta arayışı Azərbaycan Respublikası Ali Məhkəməsinə təqdim edərək bilə-bilə istifadə etmişdir. Bundan başqa o, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan cinayət işi üzrə 20.04.2021-ci il tarixdə Mingəçevir şəhər məhkəməsinin inzibati binasında təyin olunan məhkəmə iclasına gəlib iştirak edə bilməməsi ilə bağlı qanuni hüquqi əsasların olması görüntüsünü yaratmaq və barəsində istintaq olunan cinayət işi üzrə icraatın Azərbaycan Respublikası CPM-nin 53.1.4 və 53.3.4-cü maddələrinə, yəni ağır xəstəliyinin olması ilə bağlı məhkəmə proseslərində iştirak etmək vəzifəsindən azad edilməsi və barəsində həmin maddələrlə iş üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilməsi hüququnu əldə etmək üçün müdafiəçisi (vəkili) Şahid2 vasitəsilə 20.04.2021-ci il tarixdə Mingəçevir şəhərində şəhər məhkəməsinə təqdim etdiyi, guya ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutunda stasionar müalicədə olması ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilmədiyini sübut etmək üçün, reallıqda Səhiyyə Nazirliyi X1 İnstitutunda hər hansı bir diaqnozla stasionar qaydada müalicədə olmadığı halda, yuxarı hissəsində «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutu» müəssisənin adı qeyd olunmuş, aşağı sol hissəsində «Ünvan: Bakı şəhəri, Məmmədəli Şərifli 161. Tel: (+994 12) ***-**-** (+994 12) 425-44-79», sol tərəfdə «Faks: (+994 12) 421-51-85», həmin yazıların aşağısında «№ 123», həmin yazının solunda, tarix hissəsində «19.04.2021» rəqəmləri, aşağıda orta hissədə «ARAYİŞ», onun aşağısında isə «Arayış verilir ondan ötrü ki, 1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 03.04.2021-ci il tarixdə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 1 saylı Vərəm Dispanseri tərəfindən Ağ ciyərin xroniki distruktiv xəstəliyi diaqnozu ilə müalicə və müayinə üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X4 Xəstəlikləri İnstitutuna göndərilmişdir. Aparılan laborator, instrumental və mütəxəssis müayinələri nəticəsində müəyyən olunmuşdur ki, xəstə ağ ciyərin xroniki distruktiv xəstəliyi diaqnozu ilə yanaşı xroniki virus hepatit C ağır gedişli, Hiporteniya xəstəliyi 2-ci mərhələ, Ürəyin işemik xəstəliyi, Koronarokardioskleroz, Vertebrobazliyar sistemdə qan dövranının çatışmazlığı, Şəkərli diabet İİ tip, OH-xroniki blefarokonyuktivit, Kandidoz, durğunluq, ürək çatışmazlığı, xroniki qan dövranının pozulması İİİ mərhələ Ürəyin oteroskkrotik xəstəliyi Kordiskleroz XR Xolesistit sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan senokardiya diaqnozları ilə də ağır xəstədir... Hal-hazırda xəstənin stasionar müalicəsi davam etdirilir. Yuxarıda göstərilən xəstəlikləri nəzərə alaraq, hal-hazırda müvəqqəti olaraq xəstə məhkəmə proseslərində iştirak edə bilməz» kimi yazıları qeyd olunmuş, həmin yazının aşağısında Baş həkim: Şahid3 adının qarşısında olan imza onun tərəfindən deyil istintaqa məlum olmayan şəxs tərəfindən icra olunmuş, habelə həmin tibb müəssisəsində Şöbə müdiri: T.Tağıyevavə Müalicə həkimi M.Qafarov kimi həkimlər olmadığı halda onların adları uydurulmaqla onların qarşısında istintaqa məlum olmayan şəxs tərəfindən imza icra olunmuş və yalan məlumatlar daxil edilməklə istintaqa məlum olmayan vaxtda və şəraitdə, şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qanunsuz hazırlanmaqla saxtalaşdırılmış onu, təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə proseslərində iştirak etmək vəzifəsindən azad edən, habelə barəsində iş üzrə icraatın Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırma haqqında qərar çıxarılma hüququnu verən guya ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitututu tərəfindən 19.04.2021-ci il tarixdə verilmiş kimi qeyd olunan, məzmununa yalan məlumatlar daxil edilmə və vəzifəli şəxsin imzası həmin vəzifəli şəxs tərəfindən deyil başqa şəxs tərəfindən icra olunmaqla saxtalaşdırılmış və rəsmi sənəd hesab olunan hüquq verən və vəzifədan azad edən həmin saxta arayışı Mingəçevir şəhər məhkəməsinə təqdim edərək bilə-bilə istifadə etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməlləri törətməsi özünün qismən etirafı, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə sübut olunur. Həmçinin, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs tərəfindən 1-ci və 2-ci epizodlar üzrə cinayət əməlləri 2019-cu ilin dekabr ayının sonlarında və 2020-ci ilin fevral ayının sonlarında törədilməklə iki ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası CM-nin 75.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. CPM-nin 44.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda-təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Ona görə də Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 320.2-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayət olduğundan və 1-ci və 2-ci epizodlar üzrə iki ildən artıq müddət keçdiyindən qeyd olunan epizodlar üzrə o, təqsirli bilinsə də cəza təyin edilməməli, lakin sonuncu epizod üzrə cinayət əməli 20.04.2021-ci il tarixdə törədildiyindən təqsirləndirilən şəxs Rəsulov Yaşar Rəsul oğluna Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 102-103-cü vərəqlərində olan DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumnluğu yoxdur. İşə əlavə edilmiş Mingəçevir vərəm əleyhinə xəstəxanasının baş həkimi tərəfindən verilmiş 1114 saylı 03 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 11.05.1993-cü ildən ocaqlı ağ ciyər vərəmi diaqnozu ilə qeydiyyatda durur. İşə əlavə olunmuş ambulator kitabçadan çıxarışdan və Baş Səhiyyə idarəsinin “X7”ndən verilmiş 79687 №li 02.05.2021-ci il tarixli epikrizdən görünür ki, Təqsirləndirilən şəxs xroniki virus hepatit orta-ağır gedişli diaqnozu ilə xəstədir. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxs Rəsulov Yaşar Rəsul oğluna cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, yaşını, xəstəliyini, eləcə də cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödəməlidir. Rəsulov Yaşar Rəsul oğlu barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i:
Rəsulov Yaşar Rəsul oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Rəsulov Yaşar Rəsul oğlu cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Rəsulov Yaşar Rəsul oğlu barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Vəkil Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir.
Sədrlik edən: Məhburə Kərimova