Məhkəmə qərarları › İş №1(051)-61/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-61/2020

11.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-61/2020 11.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi x2 iştirakı ilə Təqsirləndirilən şəxs- xx.xx.1978-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu Əkşəm kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə təqtimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 06.03.2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağız bükümünün içərisində təmiz çəkisi 1,122 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qara rəngli gödəkcənin sol yan cibində gizlədib saxlayaraq daşımış və həmin gün saat 13:00 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “xxxxxxx” ASC-nin Mingəçevir şəhər filialının inzibati binasının qarşısında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə dəvət olunaraq orada üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan qara rəngli gödəkcənin sol yan cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 06.03.2020-ci il tarixdə saat 10 radələrində yaşadığı Yevlax rayonu Əkşəm kəndindən Mingəçevir şəhərinə bazarlıq etmək üçün gəlmişdi. Mingəçevir şəhəri H.Əliyev prospektində avtobusdan düşüb həmin prospektdə yerləşən “xxxxxxx”ASC-nin Mingəçevir şəhər filialının inzibati binasının qarşısında yerləşən avtobus dayanacağının yaxınlığından keçərkən yerdə 1 ədəd siqaretin gümüşü kağız bükümünü görüb götürdü. Həmin bükümü açıb baxdıqda, içərisində narkotik vasitə olan heroin olduğunu gördü. Əvvəl də heroindən istifadə etdiyi üçün onu tanıdı. Bükümü əynindəki qara rəngli gödəkcənin sol yan cibinə qoyaraq gizlətdi. Həmin gün saat 13:00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “xxxxxxx”ASC-nin Mingəçevir şəhər filialının inzibati binasının yaxınlığında dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Həmin vaxt tapdığı büküm də cibində idi. Polis şöbəsində vəkilin iştirakı ilə üzərinə video çəkiliş aparmaqla baxış keçirmək istədiklərini bildirdilər. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Onun üzərinə baxış keçirilərkən əynindəki qara rəngli gödəkcənin sol yan cibindən içərisində narkotik vasitə heroin olan həmin büküm aşkar olundu.Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilərək götürüldü. Əməlindən peşimandır. Şahid1 Etibar oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 06.03.2020-ci il tarixdə saat 13:00 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşları Şahid2, Şahid4, Şahid3 və o, Yevlax rayon Əkşəm kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “xxxxxxx” ASC-nin Mingəçevir şəhər filialının inzibati binasının yaxınlığında görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Səfərov x1 şəhər PŞ-nə dəvət olundu. Polis şöbəsinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olundu. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etiraz etmədi. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm aşkar olundu. Büküm açılıb baxıldıqda içərisindəkinin narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu öz istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitəni həmin gün saat 10:00 radələrində Mingəçevir şəhəri Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “xxxxxxx” ASC-nin Mingəçevir şəhər filialının inzibati binasının qarşısındakı avtobus dayanacağının yaxınlığından keçərkən yerdən tapdığını bildirdi. Baxış zamanı onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə sellafon ilə birlikdə elektron tərəzidə çəkildi və zərfə qoyularaq möhürləndi. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir ŞPŞ-nin PPXBnin polis nəfəri işləyir. 06.03.2020-ci il tarixdə saat 13::00 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşları Şahid2, Şahid4, Şahid1 və o, Yevlax rayon Əkşəm kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “xxxxxxx” ASC-nin Mingəçevir şəhər filialının inzibati binasının yaxınlığında görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Səfərov x1 şəhər PŞ-nə dəvət olundu. Polis şöbəsinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olundu. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etiraz etmədi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm aşkar olundu. Büküm açılıb baxıldıqda içərisindəkinin narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən olundu. Heroinə oxşar həmin kütlə elektron tərəzisində çəkildi və zərfə qoyularaq qablaşdırıldı. Təqsirləndirilən şəxs əməli digər şahidlər- Mingəçevir ŞPŞ-nin PPXB-nin polis nəfəri işləyən Şahid4 və Şahid2 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 28-29-cu vərəqlərində olan 06 mart 2020-ci il tarixli şəxsi müayinə və şəxsi axtarış keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd “Bakı” adda siqaret qutusu, bir ədəd alışqan, həmin şalvarın sol yan cibindən isə bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd cib dəsmalı, 2 ədəd dəmir mənzil açarı, bir ədəd 20 manatlıq, 3 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq, 8 ədəd 1 manatlıq pul əskinazlarını təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin gümüşü kağızına bükülmüş bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə-heroinə oxşar kütlə olması müəyyən olundu. İşin 39-41 vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 06 mart 2020-ci il tarixli, 154 saylı rəyində göstərilir ki, üzərində « Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...kütlə...” sözləri yazılmış zərfin içərisindəki 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 1,122 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,122 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 1,072 qram. İşin 97-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 288 saylı 25 aprel 2020-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı var. İşin 77-ci vərəqində olan Mingəçevir şəhər Rayonlarası Narkoloji Dispanserindən verilmiş 10.03.2020-ci il tarixli, 535 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 10.04.2012-ci ildən “Opoidlərin qəbulu nəticəsində psixi davranış pozuntuları asıllıq sindromu” diaqnozu ilə dispanserdə qeydiyyatda durur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 06.03.2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağız bükümünün içərisində təmiz çəkisi 1,122 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qara rəngli gödəkcənin sol yan cibində gizlədib saxlayaraq daşımış və həmin gün saat 13:00 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “xxxxxxx” ASC-nin Mingəçevir şəhər filialının inzibati binasının qarşısında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə dəvət olunaraq orada üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan qara rəngli gödəkcənin sol yan cibindən aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 79-cu vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyini məsələsini həll edərkən cinayətin törədilməsi xarakterini, şəxsiyyətini, üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin çəkisini, narkotik vasitənin əldə edilməsi barədə ifadəsinin qeyri-səmimiliyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İşin 22-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 06 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 65-ci vərəqində olan Mingəçevir şəhər Polis Şöbəsinin 07 mart 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 mart 2020-ci il tarixdən 07 mart 2020-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli 11 iyun 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 1,072qram narkotik vasitə –heroin məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil x3 ibtidai istintaqda göstərdiyi hüquqi yardıma görə 108 manat dövlət büdcəsindən Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 06 mart 2020-ci il tarixdən 07 mart 2020-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 1(bir) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə təqtimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 11 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. İş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 1,072qram narkotik vasitə –heroin məhv edilsin. Vəkil x3 ibtidai istintaqda göstərdiyi hüquqi yardıma görə 108 manat dövlət büdcəsindən Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar