Məhkəmə qərarları › İş №1(051)-61/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-61/2022

25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-61/2022 25.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi Hüseynov Müsaqif Səfər oğlunun, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs- xx.xx.1996-cı il tarixdə Mingəçevir anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Mingəçevir şəhər məhkəməsinin 26.09.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Mingəçevir şəhəri Nizami prospekti ev 19/2, mənzil 14-də qeydiyyatda olmaqla Mingəçevir şəhəri Günəş küçəsindəyerləşən evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını ələ keçirmək məqsədi ilə Mingəçevir şəhəri Nizami küçəsi 19 ünvnanıda yerləşən vətəndaş Zərərçəkmiş şəxs işlətdiyi “EKO FERMER” adlanan sahibkar mağazasının sağ hisəsində olan işıq sayğacını söndürərək elektrik dövrəsindən ayırdıqdan sonra mağazanın qarşı hissəsində olan soyducunun üstünə çıxaraq özü ilə gətirdiyi dəmir parçası ilə mağazanın tavanının bayır tərəfinin lambrinini sökərək mağazanın damma qalxıb tavandakı lambrini də sökməklə mağazaya qanunsuz olaraq daxil olaraq mağazanın mərkəzindəki kassa aparatının siyirtməsindən 10 ədəd 1 manatlıq, yerdə qalanı isə 50, 20, 10 və 5 qəpiklik pul əskinaslarından ibarət olan cəmi 30 (otuz) manat məbləğində nağd pulu, kassa aparatının arxa hissəsində olan siqaretlər üçün dolabın rəflərindən cərgə ilə yığılmış vəziyyətdə 1 ədədinin qiyməti 3.40 manat olan, 17 manat dəyərində 5 qutu «WİNSTON COMPACT » markalı siqareti, 1 ədədinin qiyməti 3.40 manat olan, 17 manat dəyərində 5 qutu «WİNSTON MENTOL» markalı siqareti, 1 ədədinin qiyməti 3.40 manat olan, 17 manat dəyərində, 5 qutu «WİNSTON SİLVER» markalı siqareti, 1 ədədinin qiyməti 2 manat olan, 12 manat dəyərində 6 qutu «MAGNA WHİTE» markalı siqareti, 1 ədədinin qiyməti 2 manat olan, 14 manat dəyərində, 7 qutu «MAGNA BLACK» markalı siqareti, 1 ədədinin qiyməti 2,20 manat olan, 44 manat dəyərində 20 qutu «WANT NANO BLACK» markalı siqareti, 1 ədədinin qiyməti 2.50 manat olan, 10 manat dəyərində 4 qutu «WİNCHESTER SİLVER» markalı siqareti, 1 ədədinin qiyməti 2.50 manat olan, 12.50 manat dəyərində 5 qutu «WİNCHESTER COMPACT SİLVER» markalı siqareti, 1 ədədinin qiyməti 2.50 manat olan, 17.50 manat dəyərində 7 qutu «WİNCHESTER BLUE» markalı siqareti, 1 ədədinin qiyməti 2.80 manat olan, 14 manat dəyərində 5 qutu ağ rəngli «LD KOMPAKT» markalı siqareti, 1 ədədinin qiyməti 2.90 manat olan, 14.50 manat dəyərində 5 qutu qara rəngli «LD KOMPAKT» markalı siqareti, 1 ədədinin qiyməti 2 manat olan 16 manat dəyərində 8 qutu «VİCEROY N-SERİES» markalı siqareti, 1 ədədinin qiyməti 2.50 manat olan, 27.50 manat dəyərində 11 qutu «ROTHMANDS DEMİ SİLVER» markalı siqareti, 1 ədədinin qiyməti 2.50 manat olan, 12.50 manat dəyərində 5 qutu «ROTHMANDS DEMİ BLUE» markalı siqareti, 1 ədədinin qiyməti 2.50 manat olan, 10 manat dəyərində 4 qutu, boz rəngli «PALMALL NANOKİNGS» markalı siqareti, 1 ədədinin qiyməti 2.50 manat olan, 12.50 manat dəyərində 5 qutu göy rəngli «PALMALL NANOKİNGS» markalı siqareti, 1 ədədinin qiyməti 3.60 manat olan, 18 manat dəyərində 5 qutu «KENT -1» markalı siqareti, 1 ədədinin qiyməti 3.60 manat olan, 18 manat dəyərində 5 qutu «KENT-8» markalı siqareti özgənin yəni, Zərərçəkmiş şəxs məxsus 334 ( üç yüz otuz dörd) manat məbləğdə əmlakı zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Məhkəmə baxışı iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 06 dekabr 2021-ci il tarixdə saat 13:00 radələrində evdən çıxıb şəhərdə müəyyən yerlərə getdi, bundan sonra gecə saatlarına qədər şəhərdə gəzdi, maddi vəziyyətindəki sıxıntıları düşünüb həmin gecə evə qayıtmadı. 07.12.2021-ci il tarixdə saat 01:00 radələrindən etibarən şəhərdəki mağazaları və digər obyektləri gəzməyə başladı. Saat 02:00 radələrində "xxxx" MMC istiqamətində hərəkət edən zaman yolun solunda, binaların arasında sonradan tanıdığı Zərərçəkmiş şəxs məxsus mağaza olmasını gördü. Mağazanı və ətrafı xeyli vaxt nəzərdən keçirdikdən sonra mağazaya daxil olmasına maneə olmamasına arxayınlaşıb saat 03 radələrində mağazanın arxa tərəfinə keçdi. Mağazanın arxasından və qarşısından içəri girməyə yer olmadığını dəqiqləşdirdikdən sonra mağazanın elektrik sayğacını söndürdü. Mağazanın qarşısına gələndə tavanın lambrinini sındırıb içəri daxil olmağın mümkünlüyünü görüb yaxınlıqda yerləşən köhnə bağçanın qarışısma gedərək yerdən dəmir parçasını götürüb yenidən mağazanın qarşısına gəldi. Soyuducunun üzərinə çıxaraq işıqlandırma plafonunun yanındakı deşikdən dəmir parçası ilə lambirini aralayıb mağazanın damma, oradakı lambirini də sındırıb mağazanın içərisinə daxil oldu. Əlində olan alışqanın işığı ilə mağazının içərisinə işıq saldı, əvvəlcə oradan torba tapıb piştaxtadakı siqaretləri sellofan torbaya yığandan sonra kassanı açaraq oradakı sellofan torbada olan xırda pulları götürüb əlindəki torbaya qoydu. İşini yekunlaşdırdıqdan sonra piştaxtaların üzərinə çıxaraq əvvəlcə torbanı mağazanın damına qoydu. Özü mağazadan çıxandan sonra torbanı götürüb mağazanı tərk etdi, dəmir parçası isə hadisə yerində qaldı. Saat 05 radələrində N.Nərimanov prospekti ilə Ə.Vahid küçələrinin kəsişməsi ilə hərəkətdə olan zaman iki nəfər polis əməkdaşı onu saxlatmaq istəyən zaman qaçdı, əlindəki torbanı 13 №-li məktəbin yanına atıb yenidən qaçsa da, polis əməkdaşları onu «Lider Parfümeriya»nm yerləşdiyi binanın yanında tutub polis şöbəsinə gətirən zaman topbanı da götürdülər. Polis şöbəsinə gələrək etdiyi əməli səmimi olaraq etiraf etdiƏməlində peşimadır. Zərərçəkmiş şəxs Mehman oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, hər gün mağazanı 09:00 radələrində açıb 22:00 radələrinə qədər işləyib sonra bağlayır. Mağazada təhlükəsizliyi təmin etmək üçün giriş qapısında jalüz və müşahidə kamerası quraşdırıbdı. Müşahidə kamerasının 2 ədədi mağazanın bayır tərəfində, 1 ədədi isə mağazanın içərisindədir. 06.12.2021-ci tarixdə saat 22:00 radələrində mağazanı bağlayıb evə getdi. Səhər saat 07:30 radələrində arvadı Şəbinə Baxşəliyevaya qonşudan mağazanın işıqlarının yanmaması barədə məlumat veriləndə birlikdə mağazaya getdilər. Mağazanın qarşısına çatanda işıqların çöldəki sayğacdan söndürülməsinin, mağazanın qapısının bağlı olsa da, damın sağ künc tərəfindəki lambrinlərinin sökülmüş vəziyyətdə olmasını gördükdə qapını açıb içərisi daxil oldular. İçəriyə daxil olduqda mağazanın sağ küncündəki tavananın lambrinlərinin də qopub düşməsini, meyvələrin və ətirlərin yerə dağılmasının şahidi oldular. Mağazanı yoxlayan zaman siqaretlərin və kassada olan pulların yerində olmadığını görüb Azərbaycan Respublikası DİN-nin «102 xidməti»nə zəng etdi. Sonra isə hadisə yerinə polis əməkdaşları gəlib baxış keçirdilər. Baxış zamanı mağazadan nağd pul və müxtəlif markalı siqaretlərin yoxa çıxmasını müəyyən etdikdən sonra kiminsə mağazaya daxil olması qənaətinə gəldi. Polis əməkdaşları hadisə yerindən lambirin sındırılmasında alət kimi istifadə olunan dəmir parçasını tapıb götürdülər. Onlar gedəndən sonra oğurlanmış və zədənlənmiş əşyalarını nəzərdən keçirəndə 6 ədəd 1 ədədinin 25 manatlıq «ARİFLAME» markalı ətir şüşələrinin sınmasını, 100 manatlıq dəyərində lambrinlərin kəsilib yararsız hala salınmasını, 50 manat dəyərində meyvələrin əzilib dağılmasını aşkar etmişdir. Kassa aparatını yoxlayanda 10 ədəd 1 manatlıq və 20 manat dəyərində olan qəpik pulların yerində olmadığını, siqaretlər olan olan piştaxtaya baxdıqda isə orada 1 ədədinin qiyməti 3.50 manat olan, 17.50 manat dəyərində 5 qutu «WİNSTON KOMPAKT » markalı siqaretin, 1 ədədinin qiyməti 3.50 manat olan, 17.50 manat dəyərində 5 qutu «WİNSTON MENTOL» markalı siqaretin, 1 ədədinin qiyməti 3.50 manat olan, 17.50 manat dəyərində, 5 qutu «WİNSTON SİLVER» markalı siqaretin, 1 ədədinin qiyməti 2 manat olan, 12 manat dəyərində 6 qutu «MAGNA WHİTE» markalı siqaretin, 1 ədədinin qiyməti 2 manat olan, 14 manat dəyərində, 7 qutu «MAGNA BLACK» markalı siqaretin, 1 ədədinin qiyməti 2,20 manat olan, 44 manat dəyərində 20 qutu «WANT NANO BLACK» markalı siqaretin, 1 ədədinin qiyməti 2.50 manat olan, 10 manat dəyərində 4 qutu «WİNCHESTER SİLVER» markalı siqaretin, 1 ədədinin qiyməti 2.50 manat olan, 12,50 manat dəyərində 5 qutu «WİNCHESTER KOMPAKT SİLVER» markalı siqaretin, 1 ədədinin qiyməti 2.50 manat olan, 17.50 manat dəyərində 7 qutu «WİNCHESTER BLUE» markalı siqaretin, 1 ədədinin qiyməti 2.80 manat olan, 14 manat dəyərində 5 qutu ağ rəngli «LD KOMPAKT» markalı siqaretin, 1 ədədinin qiyməti 2.90 manat olan, 14.50 manat dəyərində 5 qutu qara rəngli «LD KOMPAKT» markalı siqaretin, 1 ədədinin qiyməti 2 manat olan 16 manat dəyərində 8 qutu «VİCEROY N-SERİES» markalı siqaretin, 1 ədədinin qiyməti 2.50 manat olan, 27.50 manat dəyərində 11 qutu «ROTHMANDS DEMİ SİLVER» markalı siqaretin, 1 ədədinin qiyməti 2.50 manat olan, 12.50 manat dəyərində 5 qutu «ROTHMANDS DEMİ BLUE» markalı siqaretin, 1 ədədinin qiyməti 2.50 manat olan, 10 manat dəyərində 4 qutu, boz rəngli «PALMALL NANOKİNGS» markalı siqaretin, 1 ədədinin qiyməti 2.50 manat olan, 12.50 manat dəyərində 5 qutu göy rəngli «PALMALL NANOKİNGS» markalı siqaretin, 1 ədədinin qiyməti 3.60 manat olan, 18 manat dəyərində 5 qutu «KENT -1» markalı siqaretin, 1 ədədinin qiyməti 3.60 manat olan, 18 manat dəyərində 5 qutu «KENT-8» markalı siqaretin yerində olmadığını müəyyən edərək polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Şahid Baxşəliyeva Səbinə Çoban oğlu məhkəmə iclasında ifadəsində bildirdi ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 07 dekabr səhər tezdən qonşu ona mağazanın işiğının sönməsi barədə məlumat verdi O, dərhal əri Farizlə birlikdə mağazaya gəldilər. Qapını açıb içəri daxil olduqda, tavanın lambirinin qırılıb düşdüyünü, mağazda olan meyvələrin və ətirlərin dağıldığını, siqaretlərin və kassdada olan pulların yerində olmadığını gördülər. Fariz dərhal DİN-nin 102 xidmətinə zəng vurdu. Az sonra məlum oldu ki, mağazaya daxil olub, oğurluq edən Təqsirləndirilən şəxsdur. Şahid2 Qorxmaz oğlu məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər ŞPŞ-nin PPXB-nin polis nəfəri işləyir. 07 dekabr 2021-ci il tarixdə saat 05 radələrində PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə Mingəçevir şəhəri N.Nərimanov prospekti ilə Ə.Vahid küçələrinin kəsişməsində avtopatrul şəklində xidmət apararkən Təqsirləndirilən şəxs əlində 1 ədəd göy rəngli sellofan torba görüb N.Nərimanov prospekti ilə A.S.Puşkin küçəsinin kəsişməsi istiqamətində hərəkətdə olduğunu görüb avtomaşını onun yanma sürüb haradan gəlməsini soruşmaq istədikdə Təqsirləndirilən şəxs onları görən kimi N.Nərimanov prospekti ilə A.S.Puşkin küçəsinin kəsişməsində qaçmağa başladı. Dərhal digər avtopatrul şəklində xidmət aparan PPXB-nün əməkdaşları: Şahid5 və Şahid4 məlumat verərək kömək istədi. Ondan sonra Təqsirləndirilən şəxs təqib etməyə başladılar. Ramiz əlindəki torbanı orada olan çəmənliyə atıb H.Əliyev prospektində yerləşən «Lider Parfümeriya» mağazası istiqamətində qaçmağa başladı. Onun Təqsirləndirilən şəxs qaçıb aradan çıxmasına imkan verməmək üçün yenidən təqib edərək həmin mağazanın qarşısında yaxaladıqdan sonra isə geri qayıdaraq məktəbin sağ tərəfinə atdığı torbanı götürüb onu da avtomaşına əyləşdirərək polis şöbəsinə gətirəndə yolda Təqsirləndirilən şəxs bir müddət əvvəl Mingəçevir şəhəri Nizami küçəsində yerləşən binaların arasındakı mağazaya daxil olaraq oradan nağd pul və siqaret oğurlamasını bildirdi. Polis şöbəsinə gələn zaman onun əlindəki sellofan torbada 64 qutu müxtəlif markalı siqaretlərin, 13,05 manat məbləğində xırda pulların olmasını müəyyən etdilər. Təqsirləndirilən şəxs oğurluq etdiyi mağazaya daxil olan zaman mağazanın damının labmrinini sındırdığı dəmir parçasını hadisə yerində qoyduğunu etiraf etdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş polis əməkdaşları Şahid3, Şahid4, Hüseynov Elvin Sahib oğlunun ifadəsinə uyğun ifadə verdilər. İşin 207-208-ci vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 fevral 2022-ci il tarixli, 9/273 saylı rəyində göstərilir ki, 3 adda tədqiqat öbyektlərinin 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 70,00 manat müəyyən edilir. İşin 211-214-cü vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 fevral 2022-ci il tarixli, 9/02 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məxsus mağazadan oğurlanmış siqaretlərin 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 50,90 manat müəyyən edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını ələ keçirmək məqsədi ilə Mingəçevir şəhəri Nizami küçəsi 19 ünvnanıda yerləşən vətəndaş Zərərçəkmiş şəxs işlətdiyi “EKO FERMER” adlanan sahibkar mağazasının sağ hisəsində olan işıq sayğacını söndürərək elektrik dövrəsindən ayırdıqdan sonra mağazanın qarşı hissəsində olan soyducunun üstünə çıxaraq özü ilə gətirdiyi dəmir parçası ilə mağazanın tavanının bayır tərəfinin lambrinini sökərək mağazanın damma qalxıb tavandakı lambrini də sökməklə mağazaya qanunsuz olaraq daxil olaraq mağazanın mərkəzindəki kassa aparatının siyirtməsindən 10 ədəd 1 manatlıq, yerdə qalanı isə 50, 20, 10 və 5 qəpiklik pul əskinaslarından ibarət olan cəmi 30 (otuz) manat məbləğində nağd pulu, kassa aparatının arxa hissəsində olan siqaretlər üçün dolabın rəflərindən cərgə ilə yığılmış vəziyyətdə 1 ədədinin qiyməti 3.40 manat olan, 17 manat dəyərində 5 qutu «WİNSTON COMPACT » markalı siqareti, 1 ədədinin qiyməti 3.40 manat olan, 17 manat dəyərində 5 qutu «WİNSTON MENTOL» markalı siqareti, 1 ədədinin qiyməti 3.40 manat olan, 17 manat dəyərində, 5 qutu «WİNSTON SİLVER» markalı siqareti, 1 ədədinin qiyməti 2 manat olan, 12 manat dəyərində 6 qutu «MAGNA WHİTE» markalı siqareti, 1 ədədinin qiyməti 2 manat olan, 14 manat dəyərində, 7 qutu «MAGNA BLACK» markalı siqareti, 1 ədədinin qiyməti 2,20 manat olan, 44 manat dəyərində 20 qutu «WANT NANO BLACK» markalı siqareti, 1 ədədinin qiyməti 2.50 manat olan, 10 manat dəyərində 4 qutu «WİNCHESTER SİLVER» markalı siqareti, 1 ədədinin qiyməti 2.50 manat olan, 12.50 manat dəyərində 5 qutu «WİNCHESTER COMPACT SİLVER» markalı siqareti, 1 ədədinin qiyməti 2.50 manat olan, 17.50 manat dəyərində 7 qutu «WİNCHESTER BLUE» markalı siqareti, 1 ədədinin qiyməti 2.80 manat olan, 14 manat dəyərində 5 qutu ağ rəngli «LD KOMPAKT» markalı siqareti, 1 ədədinin qiyməti 2.90 manat olan, 14.50 manat dəyərində 5 qutu qara rəngli «LD KOMPAKT» markalı siqareti, 1 ədədinin qiyməti 2 manat olan 16 manat dəyərində 8 qutu «VİCEROY N-SERİES» markalı siqareti, 1 ədədinin qiyməti 2.50 manat olan, 27.50 manat dəyərində 11 qutu «ROTHMANDS DEMİ SİLVER» markalı siqareti, 1 ədədinin qiyməti 2.50 manat olan, 12.50 manat dəyərində 5 qutu «ROTHMANDS DEMİ BLUE» markalı siqareti, 1 ədədinin qiyməti 2.50 manat olan, 10 manat dəyərində 4 qutu, boz rəngli «PALMALL NANOKİNGS» markalı siqareti, 1 ədədinin qiyməti 2.50 manat olan, 12.50 manat dəyərində 5 qutu göy rəngli «PALMALL NANOKİNGS» markalı siqareti, 1 ədədinin qiyməti 3.60 manat olan, 18 manat dəyərində 5 qutu «KENT -1» markalı siqareti, 1 ədədinin qiyməti 3.60 manat olan, 18 manat dəyərində 5 qutu «KENT-8» markalı siqareti özgənin yəni, Zərərçəkmiş şəxs məxsus 334 ( üç yüz otuz dörd) manat məbləğdə əmlakı zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özlərinin etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 04.04.2022-ci il tarixli, 1(051)-36/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 08 sentyabr 2021-ci il tarixdən 10 sentyabr 2021-ci il tarixədək-2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin 200-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. İşin 204-cü vərəqində olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 08.03.2018-ci il təvəllüdlü Saleh və 11.11.2019-cu il Səmayə adlı iki nəfər azyaşlı uşağı var. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlini etiraf edib peşiman olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, himayəsində iki nəfər azyaşlı uşağın olması, yaşayış yerində müsbət xarakterizə olması, dəymiş ziyanı ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, dəymiş zərəri ödəməsini, cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşin 58-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 22 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 94-98-ci vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin 24 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən dərhal azad olunmuşdur. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu əməli Mingəçevir şəhər məhkəməsinin onun barəsində olan 04.04.2022-ci il tarixli hökmünün qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəza ilə toplanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 22 dekabr 2021-ci ildən 24 dekabr 2021-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərcləri olan cəmi 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan siqaret və nağd pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki tələb yoxdur. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 200 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3(üç)il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Mingəçevir şəhər məhkəməsinin 04.04.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 11 ay 26 gün azadlığını məhdudlaşdırılması cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla üzərində 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun 22 dekabr 2021-ci il tarixdən 24 dekabr 2021-ci il tarixədək-2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 3(iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci olan cəmi 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan siqaret və nağd pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil Mehdiyev Dərgah Hüseyn oğluna ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 200 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar