Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-61/2024 23.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2aşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahısının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə etdiyi 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 13,92 qram olan narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlayaraq daşımış, 05 oktyabr 2023-cü il tarixdə saat 10:40 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, S.Vurğun küçəsi 4 saylı binanın yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib, üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki yaşıl-ağ rəngli idman şalvarının sol yan cibindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 13,92 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında özünü təqsirli bilməyərək göstərmişdir ki, onun üzərində narkotik vasitə olmamışdır. Bütün bunlar polis əməkdaşlarının qurmasıdır. Lakin sonuncu məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə axşam saatlarında tanışı ilə Mingəçevir şəhər Günəşli bağ massivində Ala qapının yaxınlığında həyət evlərinin yanında görüşmək istəyən zaman yerdən bir ədəd ağ kağıza bükülmüş büküm tapmışdır. Bükümü açanda içərisində narkotik vasitə-qurudulmuş marixuana olmasını görmüşdür. Əvvəllər də narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyinə görə tapdığı kütləni, iyindən, rəngindən, görünüşündən tanımışdır. Həmin bükümü götürüb üzərində saxlamış, bir qismini istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 10:40 radələrində şəhərin S.Vurğun küçəsi 4 saylı binanın yaxınlığında olan zaman iki nəfər mülki paltarda polis işçisi ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis işçiləri ilə birlikdə Mingəçevir ŞPŞ-yə gəlmişdir. Polis şöbəsində o, şübhəli şəxs qismində tutularkən hüquqları izah olunmuşdur. Maddi vəziyyəti yaxşı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilərək həmin gün növbədə olan vəkil X3 müdafiəçi qismində təqdim edilmişdir. Müdafiəçiyə və cinayət prosesinin iştirakçılarına etirazı olmamasını bildirdikdən sonra video çəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. O, etiraz etməmişdir. Şəxsi axtarış zamanı ona təklif olunub ki, üzərində narkotik vasitə varsa könüllü təqdim etsin. Bu zaman əynindəki yaşıl-ağ rəngli yay idman şalvarının sol yan cibindən bir ədəd kağız bükümdə içərisində qurudulmuş marixuana olan kütləni çıxarıb təqdim etmişdir. Təqdim etdiyi büküm açılarkən içərisində, spesifik iyli narkotik vasitə- qurudulmuş marixuana olması müəyyən olunmuşdur. Sorğu zamanı üzərindən aşkar olunmuş ağ kağıza bükülmüş bükümdə içərisində qurudulmuş marixuana kütləsini saxlanılmazdan bir-iki gün əvvəl şəhərin Günəşli bağ massivində Ala Qapının yaxınlığında bükülmüş halda tapdığını, bir qismini istifadə etdiyini, qalan hissəsini üzərində şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə kameraya çəkilmişdir. Üzərindən aşkar olunub götürülmüş ağ kağıza bükülmüş bükümdə içərisində qurudulmuş marixuana olan kütlə tərəzidə çəkilərək qablaşdırılaraq götürüldü. Şəxsi axtarış və götürmə keçirilməsi barədə polis əməkdaşları protokol tərtib elmiş, polis əməkdaşları, o və müdafiəçisi X3 da həmin protokolu imzalamışlar. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni Ala Qapı adlanan ərazidə yerdən taparaq əldə etmiş, həmin narkotik vasitəni satın almamış, özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımış, satmaq məqsədi olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən bütün bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Bildirmişdir ki, 05 oktyabr 2023-cü il tarixdə məxfi əməkdaşdan daxil olmuş əməliyyat məlumatında Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində narkotik vasitə daşıyıb gəzdirməsi göstərilmişdir. Həmin məlumatın yoxlanılması çərçivəsində əməliyyat tədbirinə dair qərar qəbul olunmuş və müvafiq əmr hazırlanmışdır. Əməliyyat tədbirinin keçirilməsi nəticəsində NMQ-nun əməliyyat müvəkkili Şahid2 ilə birlikdə həmin gün saat 10:40 radələrində Mingəçevir şəhər S.Vurğun küçəsi 4 saylı binanın yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs izah olunub ki, üzərində narkotik vasitə olmasına dair barəsində polis şöbəsinə məlumat daxil olmuşdur. Ona görə də polis şöbəsinə getməli olduğu Təqsirləndirilən şəxs izah olunmuş, o da etiraz etməmiş birlikdə polis şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs barəsində prosessual araşdırma aparılanıq üzərinə şəxsi axtarış və götürmə keçirilməsi üçün raportla müraciət etmişlər və Təqsirləndirilən şəxs təhqiqat bölməsinə təqdim olunmuşdur. TBnin təhqiqatçısı Şahin İmaııov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, ona dövlət hesabına müdafiəçi təyin olunmuş və həmin gün növbədə olan vəkil X3 təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçiyə və cinayət prosesinin iştirakçılarına etirazı olmamasını bildirdikdən sonra üzərinə video çəkilişlə təhqiqatçı Şahin İmanov tərəfindən onların da iştirakları şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən bir ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkilərək ekspertizaya təqdim edilməsi qablaşdırılaraq götürülmüşdür. Zərfi və tərtib olunmuş protokolu Təqsirləndirilən şəxs və müdafiəçisi Müsaqif Hüseyinov imzalamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını, bir neçə gün əvvəl Mingəçevir şəhər ərazisində “Ala qapı” adlanan şəhərin çıxış hissəsində taparaq əldə etməsini, həmin kütlədən bir hissəsini istifadə etdiyini, qalan hissəsini özü istifadə etmək məqsədilə üzərində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin NMQ-nun əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadələrində təsdiq etmişdir. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan yaşıl ağ rəngli idman şalvarının sol yan cibindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 13,92 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 06 oktyabr 2023-cü il tarixli 17/736 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürüldü'' sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi -13,92 qram olan bitki mənşəli kütlə tərkbində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Marixuananın təmiz çəkisi- 13,92 qram, tədqiqata sərf edilib- 0,10 qram, qalıq- 13,82 qram. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2082 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. İş materiallarında olan bir ədəd DVD-diskə məhkəmə istintaqı zamanı baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki yaşıl ağ rəngli idman şalvarının sol yan cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq qablaşdırılıb götürülməsi müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş sübutların qiymətləndirilməsi barədə 24 dekabr 2023-cü il tarixli qərardan görünür ki, məhkəmə-bioloji ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan narkotik vasitə kütləsindən sonra yerdə qalan ümumi qalıq çəkisi 13,82 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-in maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə yaşadığı müddətdə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X2 şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 1(051)-34/2022 saylı, xx.xx.2022ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə olduğu müddət nəzərə alınmaqla üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə sorğusu əsasında alınmış və cinayət işi materiallarına əlavə edilmiş Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Əliyev X2 şəhər Məhkəməsinin (051)-34/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə olduğu müddət nəzərə alınmaqla üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzasının icrası ilə bağlı qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət üzrə təqsirsizliyini müəyyən etmək üçün və onun gətirdiyi dəlliləri araşdırmaq məqsədi ilə xx.xx.2023-cü il saat 00:00-dan xx.xx.2023-cü il saat 00.00-dək olduğu yerin müəyyən edilməsi barədə Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinə sorğu verilmiş və Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsindən daxil olmuş həmin sorğuya cavabdan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin tarixlərdə, yəni cinayəti törətdiyi vaxtlarda məhkum tətbiq edilən elektron qolbağ ayağında olmasına baxmayaraq, mobil qurğunu enerji ilə təmin etməyərək ENV-ni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsini pozduğu üçün onun işləməsi mümkün olmamışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005ci il tarixli "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahısının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə etdiyi 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 13,92 qram olan narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlayaraq daşımış, 05 oktyabr 2023-cü il tarixdə saat 10:40 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, S.Vurğun küçəsi 4 saylı binanın yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib, üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki yaşıl-ağ rəngli idman şalvarının sol yan cibindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 13,92 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı əvvəlki məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini məhkəmə özünü müdafiə üsulu kimi qiymətləndirir. Onun gətirdiyi dəlillər məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, şahid ifadələri və Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsindən daxil olmuş sənədlərlə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət üzrə təqsirsizliyini müəyyən etmək üçün və onun gətirdiyi dəlilləri araşdırmaq məqsədi ilə xx.xx.2023-cü il saat 00:00-dan xx.xx.2023-cü il saat 00:00-dək olduğu yerin müəyyən edilməsi barədə Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinə sorğu verilmiş və Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsindən daxil olmuş həmin sorğuya cavabdan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin tarixlərdə, yəni cinayəti törətdiyi vaxtlarda məhkum tətbiq edilən elektron qolbağ ayağında olmasına baxmayaraq, mobil qurğunu enerji ilə təmin etməyərək ENV-ni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsini pozmuş və bu səbəbdən də ENV-ni işlək vəziyyətdə olmamışdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin əvvəlki məhkəmə iclaslarında gətirdiyi dəlillərə tənqidi yanaşır və inandırıcı hesab etmir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlini etiraf edib səmimi peşmanlıq hissi keçirməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına və məhkumluğu ödənilməməsinə baxmayaraq ona təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığı üçün residivin müəyyən edilməsi zamanı nəzərə almır. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla yanaşı onun şəxsiyyətini səciyyələndirilən halları da, yəni Təqsirləndirilən şəxs narkotik maddələrdən davamlı olaraq istifadə etməklə, narkomaniya xəstəliyindən əzab çəkməsini, həmçinin əvvəllərdə analoji cinayət törətməsini və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkərkən cəzanın çəkilmə qaydalarını və şərtləri pozmasını və yenidən eyni xarakterli cinayət törətməsini nəzərə alır və hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2023-cü il tarixdən 07 oktyabr 2023-cü il tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, iş materialında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materialında olan “qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 07 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, 07 oktyabr 2023-cü il tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 23 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclası zalından dərhal həbs edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə 34 manat 55 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,82 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 oktyabr 2023-cü il tarixdən 07 oktyabr 2023-cü il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün bərabər tutulmaqla CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkmə müddətinin əvvəli 23 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 13,82 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-61/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-61/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver