Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-62/2020 24.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, Şəki Şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmişşəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs müdafiəçisi – vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 mənzil 40 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: Təqsirləndirilən şəxsəri Zərərçəkmiş şəxs ilə nikahı pozulmasa da, ondan faktiki olaraq ayrılıb, 2019-cu il tarixdə anasının yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivi 4-cü küçə, 5 nömrəli ünvanda olan evinə getmiş, lakin xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxsla görüşərək, onunla barışacağı barədə razılığa gəlməsinə baxmayaraq, sonuncunun işləmək üçün respublika ərazisində olan fermalardan birinə getməsi barədə təklifini rədd etdikdən sonra əri Zərərçəkmiş şəxsla arasında mübahisə yaranaraq yenidən anasının yaşadığı evə qayıtmış, həmin tarixdə saat 19:00 radələrindəəri Sahibin onun yaşadığıünvanı tərk etdiyini düşünərək, həmin evin həyətində istifadəsində olan mobil telefonla əvvəl işlədiyi Bərdə rayonunda yerləşən "Korona" adlıçayxananın sahibinə zəng edərək, həmin çayxanada yenidən işləmək istədiyini bildirərək evə daxil olmuş, bu sözləri həyət tərəfdə onu güdən əri Zərərçəkmiş şəxs eşidib evə girərək, ilk öncə onunla yüksək səs tonu ilə mübahisə etmiş, sonra isə Zərərçəkmiş şəxs onun əlində olan "SAMSUNG" markalı mobil telefonunu alaraq divara çırpıb sındırdığıüçün, o evdən çıxıb həyətdə Zərərçəkmiş şəxsla yenidən söz mübahisəsi etmiş, Zərərçəkmiş şəxs həyətdən getdikdən sonra isə, onu qorxutmaq məqsədi ilə evin giriş qapısının yanında olan masa üzərinə qoyulmuş digər mətbəx əşyalarının içərisindəki tutacaq hissəsi qəhvəyi rəngli, soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək, Zərərçəkmiş şəxsla bir qədər əvvəl mübahisə etdiyi yerə qayıtmış, lakin sonuncunu orada görməyib, əlində olan bıçaqla öz qarın nahiyəsinə düz istiqamətdə bir dəfə zərbə endirməklə nazik bağırsağın müsariqəsinin zədələnməsilə qarın boşluğuna dəlib-keçən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmağa səbəb olan xəsarət yetirdikdən sonra Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə onu törətmədiyi qəsdən sağlamlığa ağır zərər vurmada ifadə olunan ağır cinayətdə ittiham etmək və süni ittiham sübutlarının yaradılması məqsədi ilə xx.xx.2020-ci il tarixdə ilk olaraq hadisənin bilavasitəşahidi olmayan ailəüzvlərinə Zərərçəkmiş şəxs tərəfindən bıçaqla vurulduğunu bildirərək, Zərərçəkmiş şəxs törətmədiyi cinayətdə ittiham edib onun cinayət məsuliyyətinə cəlb edilməsini təmin etmək üçün vəözü xəstəxanada olduğundan anasıŞahid1 vasitəsi ilə X10 şöbəsinəərizə verdirməklə, daha sonra xx.xx.2020-ci il tarixdə X7 xəstəxanasında olarkən vermiş olduğu ərizə iləəlaqədar izahatı alınarkən ona Azərbaycan Respublikasının CM-nin 296-cı maddəsi ilə məsuliyyət daşıması barədə xəbərdarlıq olunmasına baxmayaraq, guya əri Zərərçəkmiş şəxs tərəfindən ona bıçaqla xəsarət yetirdiyini göstərməklə, Zərərçəkmiş şəxs törətmədiyi ağır cinayət etməsi barədə X10 şöbəsinə bilə-bilə yalan xəbərçilik etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdəəri Zərərçəkmiş şəxs onunla barışmaq məqsədilə onun yaşadığı ünvana gəlmiş, artıq onunla pis rəftar etməyəcəyini bildirsə də, o, əri Sahibin sözlərinə inanmadığına görə onlar məscidə gedərək bir-birlərini aldatmayacaqları barədə and içmişlər. Evdə olarkən saat 18:00 radələrində o, həyətə uşaqlarla gəzməyəçıxdığı barədəəri Sahibə zəng edərək məlumat vermiş, Sahib məlumatı aldıqdan sonra gəzintiyəçıxan ailəüzvləri iləŞəfa bağ massivində evlərinin yanındakı bağda görüşmüş, orada Sahiblə bir müddət söhbət etdikdən sonra onlar fermada işləməyə getməyə razılığa gəlmişlər. Həmin bağdan çıxıb evə doğru hərəkətdə olan zaman anası onun mobil nömrəsinə zəng etsə də, anası Gülüstanın, Sahib ilə birlikdə olmağını bilməsini istəmədiyi üçün telefona cavab verməmiş və telefonu oğlu Fuada vermişdir. Daha sonra o, öz yaşadığı evin həyətinə girən zaman Sahibin dəöz evi tərəfə getdiyini görmüşdür. Evdə olan zaman fikrindən geri döndüyünü və Sahiblə barışmaq istəmədiyini bacısı Səbinəyə demiş, sonra mobil telefonunu götürüb, evin həyətinəçıxaraq, Bərdə rayonunda yerləşən əvvəl işlədiyi «Korona» çay evinə zəng edərək, yenidən orada işləmək istədiyini bildirdikdən sonra telefon danışığını qurtarıb evə daxil olan zaman bacısı Səbinə Sahibin evlərinin yan tərəfində dayanaraq, danışığına qulaq asdığını bildirmişdir. Təxminən 1-2 dəqiqə sonra Sahib onun mobil nömrəsinə zəng edərək, qəzəbli şəkildə ona niyə yalan danışdığını söyləyərək mübahisə etməyə başlamışdır. O, aralarındakı telefon danışığına son qoyduqdan 2-3 dəqiqə sonra Sahib onların yaşayış evlərinə daxil olaraq onun əlindəki "SAMSUNG" markalı ağ rəngli mobil telefonu əvvəlcə divara çırpmış, daha sonra ayağı iləəzməyə başlamışdır. Bu hərəkəti edib qurtardıqdan sonra onu təhqir edərək hədə-qorxu gəlmiş və icazəsiz girdiyi evi tərk etmişdir. Sahibin bu hərəkətləri onu çox qəzəbləndirdiyinə görə, Sahibin arxasınca çöləçıxmış, ondan və ailəsindən uzaq durmağını, telefonu niyə sındırdığını Sahibdən qəzəbli formada soruşmuş, Sahib isə cavabında yaxşı elədiyini bir də onu çöldə görəcəyi halda daha ağır nəticələrə səbəb ola biləcək hərəkətlər edəcəyi barədə hədələmişdir. Sahibin bu hədəsi onu daha da qəzəbləndirmiş və Sahib sol əli ilə onun boğazını sıxıb sağəli ilə sağəlini tutaraq, onu hədələməyə davam etmiş, bu zaman oğlu Fuad çöləçıxdığı zaman həmin mənzərəni görüb ağlamışdır. Sahib Fuadın gəldiyini görüb, onu buraxmışöz evi tərəfə hərəkət etməyə başlamışdır. Bu zaman o, çox əsəbləşmiş, Sahibi qorxutmaq üçün evlərinin giriş qapısının sol tərəfində olan stolun üzərindəki kauçuk qabın içərisində olan bıçağı görmüş və həmin anlıq Sahibi hədələmək üçün bıçağı götürmüşdür. Sahib ilə mübahisə etdikləri evin sağ tərəfinə keçmiş Sahibin orada olmadığını gördükdə, əsəbləşmiş və sağəli ilə bıçağı tutub qarnının ön tərəfinə bir dəfə zərbə endirmişdir. Daha sonra bıçağı Sahib ilə mübahisə etdikləri evlərinin sağ tərəfində yerə ataraq, evlərinin giriş qapısının qarşısına gəlmişdir. Bu zaman anası Gülüstanı giriş qapısının qarşısında görmüş, Sahibin onu bıçaqladığını deyərək, müvazinətini itirmiş və yerə yıxılmışdır. Huşunu itirdiyi üçün heçnə xatırlamamış, gözlərini açarkən X6 xəstəxanasında həkimlərin ona tibbi yardım göstərdiklərini görmüşdür. xx.xx.2020-ci il tarixdəözü-özünə xəsarət yetirməyinə səbəb Sahibin xx.xx.2020-ci il tarixdə ona verdiyi ağ rəngli "SAMSUNG" markalı mobil telefonu sındırması olmuşdur. xx.xx.2020-ci il tarixdə X7 xəstəxanasında Əri Zərərçəkmiş şəxs tərəfindən bıçaqlanmağı barədə yazdığıərizə ona məxsus olmuş və həmin ərizə onun sözləri ilə yazılmışdır. xx.xx.2020-ci il tarixdə Mingəçevir Mərkəzi xəstəxanasında Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi Şəmsəddin Balayevə verdiyi izahatında Zərərçəkmiş şəxs tərəfindən bıçaqlandığını bildirmiş, həmin izahat onun sözləri ilə düzgün yazılmış və izahatda olan imzalar da ona məxsus olmuşdur.xx.xx.2020-ci il tarixdə Mingəçevir polis şöbəsinə verdiyi ifadəsində Zərərçəkmiş şəxs tərəfindən bıçaqlandığını bildirmiş, həmin ifadə onun öz sözləri ilə düzgün yazılmış və həmin ifadədəki imzalar da ona məxsus olmuşdur. xx.xx.2020-ci il tarixdə Mingəçevir polis şöbəsinə etdiyi müraciətində və verdiyi ifadəsində Zərərçəkmiş şəxs tərəfindən bıçaqlanmadığını, özü-özünə xəsarət yetirdiyini bildirmiş, həmin ərizədəki və ifadədəki imzalar ona məxsus olmuş vəöz sözləri ilə düzgün yazılmışdır. xx.xx.2020-ci il tarixdə X7 xəstəxanasında izahat verərkən daha sonra xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində X10 Şöbəsinə ifadə verərkən polis əməkdaşları tərəfindən bilə-bilə yalan xəbərçilik etməyin cinayət məsuliyyətinə səbəb olacağı barədə ona xəbərdarlıq edilmiş və o, da həmin xəbərdarlığın ona polis əməkdaşları tərəfindən edilməsini öz imzası ilə təstiq etmişdir. Sahiblə ailə daxili münaqişələri olduğuna görə sonuncu ilə münasibətləri pis olmuş, bu səbəbdən də baş verməyən cinayət barədə bilə-bilə yalan xəbərçilik etməklə, əri Zərərçəkmiş şəxs törətmədiyi cinayətə görə məsuliyyətə cəlb olunmasını arzulamışdır. O, bilə-bilə yalan xəbərçilik edərkən, hər hansı bir şəxsə bıçaqla xəsarət yetirməyin cinayət olduğunu bildiyinə görəəri Zərərçəkmiş şəxs tərəfindən bıçaqlandığını bildirərək, sonuncunun törətmətidiyi əmələ görə cinayət məsuliyyətinə cəlb olunacağını dərk etmişdir. xx.xx.2020-ci il tarixdə Sahibin günahsız yerə tutulmasına vicdanıəl verməmiş, tutduğu əməldən peşman olmuş ona görədə Mingəçevir ŞPŞ-nə könüllü gedərək, öz təqsirini etiraf etmişdir. xx.xx.2020-ci il tarixdə o, özünə qəhvəyi rəngli dəstəyi olan mətbəx bıçağı ilə xəsarət yetirmişdir. Himayəsində yetkinlik yaşına çatmayan övladlarının olduğunu nəzərə alaraq barəsində yüngül cəzanın seçilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 15:00 radələrində arvadı Mətanətlə aralarındakı mübahisəni sonlandırmaq və bir daha bir-birilərinə yalan danışmayacaqlarına söz vermək üçün X7 xəstəxanasının yanında yerləşən məscidə getmişlər. Daha sonra axşam saatlarında görüşmək qərarına gəlmişlər. Həmin gün saat 18:00 radələrində arvadı Mətanət özünə məxsus mobil nömrəsi ilə anası Telliyə məxsus (050) ***-**-** mobil nömrəsinə zəng edərək, uşaqları Nigar və Fuadla birlikdə gəzintiyəçıxdığını bildirmiş və o, çox keçmədən Mətanət və uşaqları ilə görüşmüşdür. Aralarındakı söhbət əsnasında Mətanət onunla birlikdə fermaya işləməyə gedəcəyi barədə ona söz vermişdır. Təxminən 1-2 dəqiqə sonra o, Mətanət və uşaqlarını yaşadıqları evəötürərkən, Mətanətin mobil telefonuna zəng gəlməsinə baxmayaraq, o mobil telefonu söndürərək, oğlu Fuada vermişdir. Mətanət ona evə daxil olarkən artıq fikrini dəyişdiyini və onunla işləməyə getmək istəmədiyini bildirmişdir. Mətanətin bu sözləri onu əsəbləşdirdiyindən o, evə getməmək qərarına gəlmiş və Mətanətin yaşadığı evin yanında dayanaraq sonuncunu güdməyə başlamışdır. O, sonuncunu güddüyü zaman Mətanət evın həyətinəçıxaraq mobil telefonla kimləsə danışdığı görmüşdür. Mətanət telefon danışığını bitirib, yenidən evə daxil olan zaman o, Mətanətin mobil nömrəsinə zəng edərək, ona niyə yalan danışdığını işləməyə getmək istəmirdirsəəvvəlcədən ona deməli olduğu barədə şiddətli etirazını bildirsə də onun əsəbi keçmədiyindən o, həmin mənzilə daxil olmuş və " SAMSUNG" markalı ağ rəngli mobil telefonu Mətanətin əlindən almış, əvvəlcə divara çırpmış sonra isə ayağının altında əzdikdən sonra əsəbi şəkildə evi tərk etmişdir. Evi tərk etdikdən sonra əvvəlcəərzaq dükanına getmiş, özüüçün siqaret almış daha sonra evə qayıtmışdır. Evlərinə qayıdan zaman anası Telli polislərin evə gəldiklərini və onu axtardıqlarını deməsi iləəlaqədar o, dərhal X10 şöbəsinə gedərək hansı səbəbə görə onu axtardıqlarını soruşmuş və orada ona arvadı Mətanətin bıçaqlandığını bildirmişlər. Arvadı Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə X10 şöbəsinə verdiyi ifadəsindən onu xəbəri olmamışdır. O, və ailəüzvlərindən heç kim Təqsirləndirilən şəxs ifadəsini dəyişməsini tələb etməmişlər.xx.xx.2020-ci il tarixdə arvadı Mətanətlə məscidə gedərək, bir-birilərinə yalan danışmayacaqları barədə söz vermişlər. Həmin hadisədən 3-4 saat sonra Mətanəti və uşaqları evəötürən zaman Mətanət onunla fermada işləməyə gəlməyəcəyini deyərək onu qəzəbləndirmiş, onları evəötürən zaman Mətanətin telefonuna zəng gəlməsinə baxmayaraq, onun yanında telefona cavab verməməsi onu daha da qəzəbləndirərək sonuncudan şüphələnməyinəəsas vermiş o, da bu səbəbdən əsəbləşərək evin kənarında dayanaraq Mətanəti güdməyə başlamış, Mətanəti güdmək də məqsədi isə sonuncunun həmin telefonla yenə də danışıb-danışmamasınıöyrənmək və onunla fermaya işləməyə gedib-getməməyini aydınlaşdırmaq olmuşdur. Evin yanında dayanaraq güdməyə başladıqdan təxminən 5 dəqiqə sonra Mətanət yenə "Samsung" markalı ağ rəngli telefonla danışmaq üçün evin həyətinəçıxmış, telefonla nə danışdığını eşitməsə də başqa oğlan ilə danışdığını Mətanətin hərəkətindən və davranışlarından hiss etmişdir. Mətanət təxminən 2 dəqiqə danışdıqdan sonra yenidən evə daxil olmuş, evə daxil olan zaman saat 20:00 radələrində o, anasına məxsus 050 ***-**-** mobil nömrəsindən Mətanətə yenə zəng eləmiş və sonuncu dəfə onunla işləməyə fermaya gedib ya getməyəcəyini soruşmuş, Mətanət özünəünvanlanmış suala cavab olaraq, onunla heç yere getməyəcəyini kobud bir şəkildə ifadə etdikdən sonra o, özündən çıxaraq, Mətanətin yaşadığı evə daxil olmuş, sonuncunun əlindəki "Samsung" markalı mobil telefonu götürüb əvvəlcə divara çırpmış sonra isə ayağının altında əzmiş və evi tərk etmişdir. xx.xx.2020-ci il tarıxdə və ya ondan əvvəllki müddətdə Təqsirləndirilən şəxs mobil nömrəsini tez-tez dəyişdiyindən o, həmin telefon nömrələrini yaddan çıxartmışdır. xx.xx.2020-ci il tarixdə baş verən hadisə iləəlaqədar əsəbi formada Mətanətin evinə daxil olan zaman Mətanətin əlində və ya ətrafda bıçaq ya bıçağa bənzər kəsici alət görməmişdir. Arvadı Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə sol biləyini kəsərək özünə xəsarət yetirmiş, bundan başqa 29.04. 2020-ci il tarixdə yenə sol qolunu kəsərək özünə xəsarət yetirmişdir.Arvadı Mətanətin ailəüzvləri o cümlədən atası mərhum QaryağdıŞirinov və qardaşı Namaz Şirinov dəfələrləözlərinə xəsarət yetirmişdir. Mətanətin müxtəlif tarixlərdəöz-özünə xəsarət yetirməsinin səbəbinə dair heç bir məlumatı olmamışdır.xx.xx.2020-ci il tarixdə arvadı Mətanət öz-özünə xəsarət yetirdiyi halda onun tərəfindən bıçaqlandığını deyərək cinayət barədə bilə-bilə yalan xəbərçilik etmiş və onun qanunla qorunan huquq və azadlıqlarının pozulmasına görə Təqsirləndirilən şəxs şikayətçi olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar, ondan heç bir şikayəti yoxdur. Buna görə də onun barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid1 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il o, qızları Mətanət və Səbinə nəvələri Fuad və Nigar evdə olmuşlar. Həmin gün saat 18:00 radələrində Mətanət uşaqları Fuad və Nigarı götürüb evin yanında gəzmək məqsədilə evdən çıxmışlar. O, Mətanətin Sahib ilə görüşməyinə etiraz etdiyi üçün ona Sahiblə görüşə getdiyi barədə məlumat verməmişdir. Təxminən 1 saat sonra qızı Mətanət və nəvələri geri evə qayıtmış, evdə oturub televizordan gedən verlişə baxmışlar. Qızı Mətanət də mobil telefonu ilə Sahiblə danışmış, telefonla danışan zaman nəsə aralarında mübahisə yaranmışdır. Çox keçmədən Sahib onların evinə iradələrinə zidd olaraq evə daxil olmuş və Mətanətin əlindəki telefonu əlindən götürüb əvvəlcə divara çırpmış sonra isə ayağının altında əzməyə başlamışdır. Mübahisənin böyüdüyünü görüb Sahibə müqavimət göstərərək evdən çıxartmış, Sahib evi tərk etdikdən sonra sonuncun arxasıya qızı Mətanət daha sonra isə nəvəsi Fuad evi tərk etmişdir. Fuad təxminən 1 dəq sonra geri qayıdaraq onu çöləçağırmış, belə olan halda Fuadın arxasınca o, da tez bir zamanda çölə evin qarşısına çıxmış, evin qarşısına çıxanda Mətanət ayaqüstə ona tərəf gəlmiş, Mətanətdən nə baş verdiyini soruşduqda kürəkəni Sahib tərəfindən bıçaqlandığını deyib huşunun itirərək yerə yıxılmışıdr. Dərhal təcili yardıma zəng edərək vəziyyət barədə məlumat vermişçox keçmədən təcili tibbi yardım briqadası gəlmiş və həkimlərin köməyi ilə Mətanəti Təcili tibbi yardım maşınına yerləşdirib X7 xəstəxanasına getmişlər. xx.xx.2020-ci il tarixdə qızı Mətanətin kim tərəfindən vurulduğunu görməmiş, o, evdən həyətəçıxan zaman artıq qızı yaralı olmuşdur. Qızı Mətanəti yaralı gördüyü zaman o, əri tərəfindən bıçaqlandığını ona bildirmişdir.xx.xx.2020-ci il tarixdə X10 şöbəsinə yazdığıərizədəki imzalar ona məxsus olmuşdur. Qızı Mətanət sözlərinə inanaraq bu ərizəni yazmış, Mətanətin həmin an vurulduqdan dərhal sonra Sahib tərəfindən bıçaqlandığını bildirmişdir. xx.xx.2020-ci il tarixdə Mətanətin yazdığıərizəsindən və ifadəsini dəyişməsi barədə heç bir məlumatı olmamıdşır. Qızı Mətanət özü-özünə xəsarət yetirən olmamış, ona görədə hadisənin Mətanətin özü-özünə xəsarət yetirməyinə ehtimal verməmişdir. xx.xx.2019- cu il tarixdə Mətanət sol biləyini kəsərək öz-özünə xəsarət yetirmiş, xəsarət yetirməyinə səbəb Sahibin qızı ilə pis rəftarı və onu döyməsi olmuş, amma baş verən bu hadisədə qızı Mətanət Sahib tərəfindən bıçaqlandığını ona demiş sonra ifadəsini niyə dəyişdirdiyi barədə heç bir məlumatı olmamışdır.xx.xx.2020-ci il tarixdə hadisə baş verən zaman çay içmişlər stolun ustundə hər hansı kəsici və ya deşici alət olmamışdır. Sahib evə daxil olan zaman qızının əlində kəsici-deşici alət olmamışdır. Onlarda mətbəx evin qapısından çıxan kimi sağ tərəfdə yerləşmiş, həmin bıçağı oradan götürüb ya götürmədiyi barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs geyimi idman gödəkçəsi və idman şalvarından ibarət olmuş, Təqsirləndirilən şəxs isə sarı rəngli köynək geyinmişdir.xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs xəsarət alan zamanhəmin an evin qarşısına çıxanda Mətanət ayaqüstə ləngərləyərək ona tərəfə gəlmiş bu zaman qapının qarşısında və ya o ətraflarda hər hansı kəsici və deşici alət görməmişdir.Mətanətin az yaşlı uşaqları olduğu üçün əri Sahibdən maddi cəhətdən asılı olmuş, Sahib Mətanəti döyməklə ləyaqətini alçaltmışdır. İbtidai istintaq zamanışahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuşŞahid2 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhərində yerləşən 114 saylı Kəlbəcər rayonu qaçqın məktəbinin 4-cü sinif şagirdidir. Təqsirləndirilən şəxs onun anası, Zərərçəkmiş şəxs isə onun atasıdır. Atası onları müxtəlif rayonlarda fermaya işləmək üçün aparmış, 2019-cu ildə atası onları Bərdə rayonunda işləməyə aparmışdır. Bərdə rayonunda işləyərkən qış aylarında atası anasını fermada onun gözünün qarşısında qaz balonu ilə döymüş, baş verən bu hadisədən sonra Mingəçevir şəhərinə geri qayıtmışlar. xx.xx.2020-ci il tarixdə axşam saat 18-19 radələrində o, anası və bacısı evdən çıxıb, atasının onlarıçağırdığı bağa getmişlər. Həmin vaxt atası ilə anası arasında heç bir münaqişə olmamışdır. Ailəli olaraq yemək yedikdən sonra evə tərəf geri qayıdan zaman anasının mobil nömrəsinə zəng gəlmiş və anası mobil telefonu ona vermiş, evə aparmağını xahiş etmişdir. Atası Sahib onları evəötürmüş, özü yaşadığı evə getmişdir. Biraz vaxt keçdikdən sonra, birdən atası evə daxil olmuş anasının əlindəki telefonu alıb divara çırpmış, daha sonra anasına məxsus ağ rəngli "SAMSUNG" markalı telefonu ayağının altında əzərək qırmış, bundan sonra əvvələcə atası sonra, isə anası həyətəçıxmışlar. Atası Sahibin anası Mətanəti həmişə döydüyünəşahid olduğu üçün çox narahat olmuş və atası və anasının arxasınca evi tərk etmişdir. Evdən çıxanda anasını görmüş, lakin, atasını görməmiş amma atasının oranı tərk etməsinəşüphəsi olduğundan evin sol tərəfinə keçib atasının sol əli ilə anasının arxa tərəfdən boğazından sıxaraq özünə tərəf yaxınlaşdırdığını görmüş qorxaraq evə qayıdıb nənəsini çağırmış və sonuncu ilə anasının yanına həyətəçıxmışlar. Nənəsi nə baş verdiyini soruşanda anası onlara atası Sahibin bıçaqladığını deyib huşunu itirərək, yerə yıxılmış, daha sonra təcili tibbi yardım gəlib anasını X7 xəstəxanasına aparmışdır. xx.xx.2020-ci il tarixdə anası Təqsirləndirilən şəxs həyətəçıxarkən əlində bıçaq və bıçağa bənzər kəsiçi alət olduğunu görməmişdir. Evdən çıxanda anasını görmüş, lakin, atasını görməmiş amma atasının oranı tərk etməsinəşüphəsi olmuş nəsə olacağından ehtiyat edərək qorxduğu üçün içəri keçib, nənəsini çağırmış, nənəsini çağırdıqdan sonra geri qayıdanda atasının sol əli ilə anasının arxa tərəfdən boğazından sıxaraq özünə tərəf yaxınlaşdırdığını gördüyündən qorxaraq yenidən evə qayıdıb, nənəsinin tez gəlməyini dedikdən sonra yenidən geri anasının yanına qayıtmış, bu zaman anasının qanlar içərisində uzandığını görmüşdür. Anası Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs tərəfindən xəsarət yertirildiyini və yaxud anası Təqsirləndirilən şəxs özü-özünə xəsarət yetirdiyinin şahidi olmamışdır . Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid4 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdəəri Tofiq ilə birlikdə evdə oturmuşlar. Oğlu Sahib saat 19:00 radələrində məhlədə gəzmək üçün evdən çıxmış, bir neçə saat keçdikdən sonra Sahib geri evə qayıtmış və ona Mətanət ilə yenidən fermaya işləməyə getmək istədiyini bildirmişdir. Əvvəlcə etiraz eləmiş sonra uşaqlara xatir razılıq vermişdir. 050 ***-**-** nömrəli ona məxsus mobil telefonunu oğlu Sahibə vermiş, həmin gün saat 18 radələrində həmin nömrəyə Mətanət zəng eləmiş, oğlu Sahib evdən çıxaraq Mətanət və uşaqlar ilə görüşməyinə getdiyini demiş və evdən çıxmışdır. Bir neçə saat keçdikdən sonra polislər evlərinə gəlmiş, nə olduğunu əvvəlcə anlamamış, az sonra polislər Mətanətin Sahib tərəfindən bıçaqlandığını demişlər. Həmin vaxt Sahib evdə olmamış, təxminən 1 saat sonra Sahib evə gəlmiş, Sahib evə gəldikdən sonra polislərin onu axtardığını və Mətanəti bıçaqlandığını demişdir. Sahib Mətanəti bıçaqlamadığını deyərək dərhal X10 Şöbəsinə getmişdir. xx.xx.2020-ci il tarixdə oğlu Sahib evdən çıxan zaman üzərində qara rəngli idman gödəkçəsi və qara rəngli idman şalvarı olmuşdur. O və digər ailəüzvləri Təqsirləndirilən şəxs ifadəsini dəyişdirməsinə görə hər hansı yolla təsir göstərməmişlər. İbtidai istintaq zamanışahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuşŞahid3 Həyətxan qızı göstərmişdir ki, xx.xx.2020-ci tarixdə tibbi yardım briqadasının tərkibində terapevt həkim vəzifəsində işləyən Söhbət Nəbiyevlə birlikdə növbədə olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində X7 xəstəxanasının TTTY stansiyasına bıçaqlanma hadisənin baş verdiyi barədə məlumat daxil olmuş, daxil olmuş məlumat əsasında çağırışəsasında Mingəçevir şəhərində yerləşən Şəfa bağ massivinə getmişlər. Bu zaman tibbi briqadanın tərkibində o və həmin tibbi briqadanın həkimi Söhbət Nəbiyev olmuşdur. Nəzərdə tutulmuşünvana çatdıqda yaralışəxs yaşlı qadını qucaqlayaraq qapının qarşısında yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Yaralı qadın cinsli şəxsin şüuru açıq olmasına baxmayaraq ayaqüstə dayanmaqdan əziyyət çəkirdi. Dərhal yaralını anası Gülüstanla birlikdə təcili tibbi yardım avtomobilinə yerləşdirmişlər. Daha sonra xəstəni xərək üzərinə yerləşdirdikdə və qarın boşluğunda kəsici alət ilə yetirilməsi xarakterik olan yaranı müəyyən edərək, dərhal həmin yaradan axan qanı dayandıraraq xəstəni X7 Xəstəxanasının Acil şöbəsinəçatdırmışlar. xx.xx.2020-ci tarixdəçağırışəsaısında getdikləri ünvanda Mətanətdən və anası Gülüstandan başqa heç kimi görməmişdir. Mətanətin şüuru açıq olmasına baxmayaraq, hadisənin necə baş verdiyi barədə onlara hər hansı bir məlumat verməmiş, amma, yanında olan anası Gülüstan qızı Mətanətin əri Sahib tərəfindən bıçaqlandığını, demişdir. xx.xx.2020-ci tarixdəçağırışəsasında getdikləri ünvanda zərər yetirilmişşəxs olan Mətanətin geyimi üzərindəşəkil olan sarı rəngli köynəkdən və cins şalvardan ibarət olmuşdur. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunmasıüçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxsəri Zərərçəkmiş şəxs ilə nikahı pozulmasa da, ondan faktiki olaraq ayrılıb, 2019-cu il tarixdə anasının yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivi 4-cü küçə, 5 nömrəli ünvanda olan evinə getmiş, lakin xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxsla görüşərək, onunla barışacağı barədə razılığa gəlməsinə baxmayaraq, sonuncunun işləmək üçün respublika ərazisində olan fermalardan birinə getməsi barədə təklifini rədd etdikdən sonra əri Zərərçəkmiş şəxsla arasında mübahisə yaranaraq yenidən anasının yaşadığı evə qayıtmış, həmin tarixdə saat 19:00 radələrindəəri Sahibin onun yaşadığıünvanı tərk etdiyini düşünərək, həmin evin həyətində istifadəsində olan mobil telefonla əvvəl işlədiyi Bərdə rayonunda yerləşən "Korona" adlıçayxananın sahibinə zəng edərək, həmin çayxanada yenidən işləmək istədiyini bildirərək evə daxil olmuş, bu sözləri həyət tərəfdə onu güdən əri Zərərçəkmiş şəxs eşidib evə girərək, ilk öncə onunla yüksək səs tonu ilə mübahisə etmiş, sonra isə Zərərçəkmiş şəxs onun əlində olan "SAMSUNG" markalı mobil telefonunu alaraq divara çırpıb sındırdığıüçün, o evdən çıxıb həyətdə Zərərçəkmiş şəxsla yenidən söz mübahisəsi etmiş, Zərərçəkmiş şəxs həyətdən getdikdən sonra isə, onu qorxutmaq məqsədi ilə evin giriş qapısının yanında olan masa üzərinə qoyulmuş digər mətbəx əşyalarının içərisindəki tutacaq hissəsi qəhvəyi rəngli, soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək, Zərərçəkmiş şəxsla bir qədər əvvəl mübahisə etdiyi yerə qayıtmış, lakin sonuncunu orada görməyib, əlində olan bıçaqla öz qarın nahiyəsinə düz istiqamətdə bir dəfə zərbə endirməklə nazik bağırsağın müsariqəsinin zədələnməsilə qarın boşluğuna dəlib-keçən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmağa səbəb olan xəsarət yetirdikdən sonra Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə onu törətmədiyi qəsdən sağlamlığa ağır zərər vurmada ifadə olunan ağır cinayətdə ittiham etmək və süni ittiham sübutlarının yaradılması məqsədi ilə xx.xx.2020-ci il tarixdə ilk olaraq hadisənin bilavasitəşahidi olmayan ailəüzvlərinə Zərərçəkmiş şəxs tərəfindən bıçaqla vurulduğunu bildirərək, Zərərçəkmiş şəxs törətmədiyi cinayətdə ittiham edib onun cinayət məsuliyyətinə cəlb edilməsini təmin etmək üçün vəözü xəstəxanada olduğundan anasıŞahid1 vasitəsi ilə X10 şöbəsinəərizə verdirməklə, daha sonra xx.xx.2020-ci il tarixdə X7 xəstəxanasında olarkən vermiş olduğu ərizə iləəlaqədar izahatı alınarkən ona Azərbaycan Respublikasının CM-nin 296-cı maddəsi ilə məsuliyyət daşıması barədə xəbərdarlıq olunmasına baxmayaraq, guya əri Zərərçəkmiş şəxs tərəfindən ona bıçaqla xəsarət yetirdiyini göstərməklə, Zərərçəkmiş şəxs törətmədiyi ağır cinayət etməsi barədə X10 şöbəsinə bilə-bilə yalan xəbərçilik etmişdir. Cinayət işinəəlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinəəlavə olunmuş məhkəmə-tibb ekspertizasının xx.xx.2020 il tarixli 41 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət - nazik bağırsağın müsariqəsinin zədələnməsilə qarın boşluğuna dəlib-keçən bir ədəd yara, deşici-kəsici əşyanın (alətin) ola bilsin bıçağın təsirindən əmələ gəlmiş, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarət onun özünün əli çatan nahiyəsindədir, özü-özünə yetirə bilməsi inkar olunmur, eyni zamanda zərərçəkənin göstərdiyi kimi xəsarət yetirən şəxsin onun arxa tərəfində duraraq boynundan tutub qarının ön divarına xəsarət yetirməsi şəraitində də istisna edilmir. Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarət öndən-arxaya düz istiqamətdə yetirilmişdir. Cinayət işinəəlavə olunmuşməhkəmə-lifli ekspertizasının xx xxxx 2020-ci il tarixli, 5625 nömrəli rəyində görünür ki, təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olması qeyd olunan sarı rəngli köynək üzərində Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan paltarların tərkib liflərindən olmadığı, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan paltarların üzərində Təqsirləndirilən şəxs məxsus olması qeyd olunan sarı rəngli köynəyin tərkib liflərindən olmadığı müəyyən edilmişdir. Cinayət işinəəlavə olunmuşkompleks məhkəmə-psixoloji və psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 160 nömrəli rəyində göstərilmişdir ki,Təqsirləndirilən şəxs Yüngül dərəcəli Əqli Gerilik ( X5) Davranış pozuntuları X9 XBT 10 (Psixi və Davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olduğundan o, intihara təşəbbüs edərkən öz hərəkətlərini ölçüb-bıçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinəəlavə olunmuş Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin xx xxxx 2020-ci il tarixli, 204 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 2006-cı ildən "Yüngül əqli gerilik, davranış pozğunluğu" diaqnozu ilə X1 qeydiyyatda durur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət işinəəlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx xxxxxx 20069-cu il təvəllüdlüŞahid2 və xx xxxxxx 2011-ci il təvəllüdlüŞirinova Nigar Sahib qızının valideynləri X8 vəTəqsirləndirilən şəxsdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olması, yaşayış yerindən müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinəəsasən məhkəmə, törədilmiş cinayətin ağır cinayət olmasını, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə vəziyyətinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa erə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İşüzrə maddi sübutlar Mingəçevir şəhər prokurorluğunda saxlanılan - 01 (bir) ədəd bıçaq, 01 (bir) ədəd sarı rəngli köynək təqsirləndirilən şəxs Mətahət Şirinovaya, 01 (bir) ədəd qara rəngli idman gödəkçəsi, 01 (bir) ədəd qara rəngli idman şalvarızərəçəkmişşəxsZərərçəkmiş şəxs qaytarılmalıdır. İşüzrə 1 ədəd maddi sübut qismində tanınmış «Samsunq» markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinəəsasən işüzrə ekspertiza xərci 238,46 (iki yüz otuz səkkiz manat 46 qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İşüzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədəəvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar Mingəçevir şəhər prokurorluğunda saxlanılan - 01 (bir) ədəd bıçaq, 01 (bir) ədəd sarı rəngli köynək təqsirləndirilən şəxs Mətahət Şirinovaya, 01 (bir) ədəd qara rəngli idman gödəkçəsi, 01 (bir) ədəd qara rəngli idman şalvarı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın. İşüzrə 1 ədəd maddi sübut qismində tanınmış «Samsunq» markalı mobil telefonun Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İşüzrə ekspertiza xərci 238,46 (iki yüz otuz səkkiz manat 46 qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 156 (bir yüz əlli altı) manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan X3 filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülməlidir. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi iləŞəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №1(051)-62/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-62/2020
24.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver