Məhkəmə qərarları › İş №1(051)-62/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-62/2021

16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-62/2021 16.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi–Mingəçevir şəhər vəkil bürosunun vəkili X6, zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs qzının və onun nümayəndəsi Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1991-ci ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 01.07.2020-ci il tarixdə saat 11:30 radələrində yaşadığı Mingəçevir şəhəri, S.Vurğun küçəsi 22 nömrəli binanın 5 saylı mənzilindən anası X3 ilə birlikdə qonşusu Zərərçəkmiş şəxs arxası ilə evdən çıxaraq həmin evin blokunda 4-cü mərtəbə ilə 3-cü mərtəbənin arasında qonşusu Zərərçəkmiş şəxs çataraq, bir müddət əvvəl sonuncunun oğlu Şahid1 onların yaşadığı mənzilin qapısını yandırdığını deyib, gecə saatlarında şəxsi münasibətlər zəminində yaranmış mübahisəni aydınlaşdırmaq istərkən, sonuncu “Dogge” markalı mobil telefonunun videokamerasını işlək vəziyyətə gətirdikdə, yüksək səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq və təhqiramiz ifadələr işlədərək üzərinə getmiş, Zərərçəkmiş şəxs əlindəki mobil telefonunu əli ilə vurub yerə ataraq, mobil telefonunu zədələməklə ona 25 (iyirmi beş) manat maddi ziyan vurmuş, sonra Zərərçəkmiş şəxs üzərinə hücum edib, baş nahiyəsindən vurmuş, saçlarını yolub, habelə yaxasından tutub, “Palegeia” markalı 54 (əlli dörd) ölçülü köynəyini cıraraq ona 15 (on beş) manat dəyərində maddi ziyan vurmuş, Zərərçəkmiş şəxs yerə yıxaraq ona əl və təpik zərbələri ilə kəllə-beyin travması, baş beyin silkələnməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham elan edilmiş və o həmin maddə ilə məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, onlarla qapı qonşuluqda yaşayan Şəhla, oğlu Elvin və əri Xəqani ilə 10 ildir ki, mütəmadi olaraq mübahisələri olmuşdur. Belə ki, Elvin uşaq vaxtı onun qardaşını döymüşdür. Bundan başqa atası İlfan ilə Zərərçəkmiş şəxs əri Xəqani arasında blokda olan yerin üstündə mübahisələri olmuşdur. 31.06.2020-ci il tarixdə axşam saatlarında yaşadığı mənzildə atası ilə anası arasında mübahisə yaranmış, daha sonra evdə sakitçilik olmuşdur. 01.07.2020-ci il tarixdə saat 00:30 radələrində öz otağında yatan zaman anası mənzilin qapısını yandığını demiş, dərhal durub qapıya tərəf gedərək mənzilin xaricdən yandığını görmüş və ailə üzvləri ilə birlikdə yanğını su ilə söndürmüşlər. Daha sonra mənzilin qapısının qarşısında içindən benzin iyi gələn butulka aşkar etmişlər. Anası Səidə mənzilin qapısının alovlanan zaman qapını açdıqda qapı qonşusu Elvinin öz yaşadıqları mənzilə daxil olduğunu görmüşdür. Onlar qapı qonşuluqda yaşayan şəxslərlə mütəmadi mübahisələri olduğu üçün qapılarının qonşuluqda yaşayan Şəhlanın oğlu Elvin tərəfindən yandırıldığını bilmişlər. Bundan sonra ilk olaraq Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmişlər. Daha sonra qonşuluqda yaşayan Elvinin mənzilinin qapısını döysələr də, qapını açan olmamışdır. Bir qədər sonra polis əməkdaşları gəlib yenidən Elvinin yaşadığı mənzilin qapısını döysələr də, mənzilin qapısını açan olmamışdır. Mingəçevir şəhəri FHN-nin əməkdaşları gəlib həmin mənzil sahiblərinə qapını açmadıqları halda qapını qıracaqlarını bildirmişlər. Bundan sonra qapı qonşuluqda yaşayan ev sahibləri mənzilinin qapısını açıb yatdıqlarını və hadisədən xəbərlərinin olmadıqlarını bildirmişlər. 01.07.2020-ci il tarixdə saat 13 radələrində binanın blokundan səs gəldiyini eşidib mənzilin qapısını açmış, həmin vaxt qonşusu Şəhla və oğlu Elvinin tanımadıqları dostu ilə mənzildən çıxdığını görmüşdür. Elvinin dostu əlində mobil telefon ilə ona baxaraq həmin telefonla çəkiliş etdiyini bildirmiş, o, həmin şəxsdən hansı səbəbdən çəkiliş etdiyini soruşmuş, bu zaman anası Səidə onların yanına gələrək həmin tanımadığı şəxsin əlindəki mobil telefonu kənara çəkmək istəyərkən Şəhla anası Səidənin saçından tutub dartmağa başlamışdır. Həmin vaxt o, dərhal bir əli ilə Şəhlanın saçından, digər əli ilə isə Şəhlanın yaxasından dartmağa başlamışdır. Bu zaman Şəhlanın yanında olan tanımadığı şəxs onu yerə yıxsa da, o, Şəhlanın yaxasını buraxmamışdır. Yerdə olan zaman həmin tanımadığı şəxs onun kürək nahiyyəsindən yumruqla vurmuş, daha sonra onun dodaq nahiyyəsindən vurub dodağını qanatmış və sol qol nahiyyəsindən zərbə vurmuşdur. Həmin vaxt onları heç kim aralamamışdır. Daha sonra Şəhla və onun yanında olan tanımadığı şəxs blokdan düşüb getmişlər. Mübahisə zamanı Zərərçəkmiş şəxs onu vurmamış, sonuncunun yanında olan tanımadığı şəxs onu yerə yıxıb kürək nahiyyəsindən yumruqla bir neçə dəfə vurmuşdur. Şəhla brahimova ilə aralarında 01.07.2020-ci il tarixdə mübahisə baş verən zaman hadisəni heç kim görməmiş və səs-küyə heç kim çıxmamışdır. Çünki hadisə qısa müddət ərzində baş vermişdir. Onun Zərərçəkmiş şəxs vurmasına səbəb, sonuncunun yanındakı şəxsin telefonla onu videoya çəkməsi, həmçinin axşamdan qapılarının yandırılması ilə bağlı aralarında yaranmış mübahisə olmuşdur. Həmin vaxt o, Zərərçəkmiş şəxs saçından və yaxasından tutub dartmış, lakin sonuncuya hər hansı bir əşya ilə xəsarət yetirməmişdir. Bundan sonra o, Mingəçevir ŞPŞ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda əməlindən peşman deyil, çünki davanın yaranmasına səbəbkar Zərərçəkmiş şəxs özüdür. Zərərçəkmiş şəxs daima onun özü və valideynləri ilə münaqişə yaradıb polisə şikayət etməklə məşğuldur. Şahid kimi dindirilən qonşuları da Zərərçəkmiş şəxs onlara qarşı öyrətmişdir. Hesab edir ki, Zərərçəkmiş şəxs və onun ailəsi ona və valideynlərinə qarşı daima qərəzli münasibət bəsləmişdir. məhkəmədən onun təqsirsiz elan edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində, həm də mülki iddiaçı kimi dindirilmiş Zərərçəkmiş şəxs mülki iddianı müdafiə edərək ifadəsində göstərdi ki, 1996-ci il tarixdən həmin ünvanda yaşayırlar. Əbdülrəhmanovlar ailəsi də onlarla qapıbir qonşuluqda yaşayırlar. Əbdülrəhmanovlar ailəsində Səidə Əbdülrəhmanova psixatrik dispanserdə qeydiyyatdadır və ailə üzvlərinində psixoloji problemləri vardır. Onların Əbdülrəhmanovlar ailəsi ilə heç vaxt mübahisələri olmamış, təqribən 2 (iki) il əvvəl Səidənin və qızı Aydanın bloka çıxıb nalayiq ifadələrlə kimisə təhqir etdiyini eşitmişdir. Aydan və Səidə qapılarının kimsə tərəfindən təpiklə vurulmasından qəzəblənib kiminsə ünvanına nalayiq söyüşlər söymüşlər. Oğlu Elvin işə getmək istəyən zaman qapıbir qonşuluqda yaşayan Təqsirləndirilən şəxs oğlu Elvinin üzərinə hücum edib onların qapısını Elvin tərəfindən təpiklə vurulmasını bildirmiş, halbuki Elvinin onların qapılarının kim tərəfindən təpik vurulmasından xəbəri olmamışdır. O, mübahisəninin qarşısını almaq üçün Elvini mənzilə qaytarmışdır. Təqribən 2 (iki) ilə yaxındır ki, qapı qonşuları onlar evdən çıxan zaman qapını açıb onlara qarşı nalayiq ifadələr işlətmişlər. 01.07.2020-ci il tarixdə saat 00:30 radələrində oğlu Elvinlə evdə olan zaman qapılarının bərkbərk döyüldüyünü eşitmiş, qapıya yaxınlaşıb qapının gözlüyündən baxan zaman qapıbir qonşuluqda yaşayan Əbdülrəhmanovların ailə üzvləri Məhəmməd, Aydan, İlfan və Səidənin qapını təpiklə vurmasını görmüşdür. O, dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub qapıbir qonşularının onların yaşadıqları qapını təpiklə vurub qırmaq istədiklərini demiş, AR DİN-nin 102 xidmətindən onlara qapını açmamağı və polis əməkdaşlarının ünvana gəlməsini gözləməyi bildirmişlər. Bir müddət sonra polis əməkdaşları onların yaşadıqları ünvana gəldikdən sonra onlar qapını açmışlar. Əbdülrəhmanovlar ailəsi onların ünvanına nalayiq söyüşlər söyərək qapılarının onlar tərəfindən yandırıldığını iddia etmişlər. O və oğlu həmin vaxt yaşadıqları mənzildə olmuş, lakin o, Bakı şəhərində yaşayan oğlu ilə, oğlu Elvin isə mobil telefonla danışmışdır. Bundan sonra Elvin polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-yə getmiş, O da evin qapısını bağlamışdır. Bir qədər sonra Aydan və Səidə yenidən onların yaşadıqları qapının təpikləməyə başlamışlar. Bu zaman o, yenidən DİN-nin 102 xidmətinə müraciət etmiş, bir neçə dəqiqə sonra 2 (iki) polis əməkdaşı onun yaşadığı ünvana gəlmişlər. Polis əməkdaşları qapını döyən zaman qapını açmış və bu zaman Səidə qəfildən polis əməkdaşlarının diqqətindən yayınaraq evin dəhlizinə daxil olub onun göz nahiyyəsindən 1 (bir) dəfə əli ilə vurmuş, polis əməkdaşları dərhal onları ayırmışlar. Daha sonra o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gedərək şikayət ərizəsi yazmışdır. Polis şöbəsindən çıxdıqdan sonra yaşadığı evə gəlmiş, Elvinə isə qohumlarının evində qalmağı tapşırmışdır. Yaşadığı evə gəldikdə mənzilin suyunun Əbdülrəhmanovlar ailəsi tərəfindən kəsildiyini görmüş, Elvin gəlib blokda mənzilin suyunu açmış, lakin su iki tərəfli bağlı olduğu üçün mənzilə su gəlməmişdir. O, həmin günü mənzildə sussuz qaldığından səhər oyanıb dərhal DİN-nin 102 xidmətinə zəng vurmuş və saat 11 radələrində polis əməkdaşları yaşadığı mənzilə gəlib, onun şikayət ərizəsini alıb çıxıb getmişlər. Həmin vaxt evdə tək olmuşdur. Saat 11:30 radələrində evdən çıxmalı olduğu üçün oğlu Elvinə zəng vurub evdən tək çıxmağa qorxduğunu bldirmiş, bundan sonra Elvinin dostu Azər onların yaşadıqları ünvana gəlmişdir. O, Azərlə evdən çıxan zaman qonşusu Aydan və Səidə yaşadıqları evin qapısını açdıqlarını görmüş, o, qonşularının onların üzərinə hücum edəcəyini güman edib dərhal mobil telefondan videokamera açmışdır. Bu zaman qonşuları Aydan və Səidə mənzildən çıxaraq onun üzərinə gəlmiş, Aydan onun əlindəki mobil telefonu əli ilə yerə atmış və mobil telefon yerə düşüb sınmışdır. Bundan sonra Səidə onun saçından tutub dartmağa başlamış və bu zaman Səidənin qızı Aydan onun qarın nahiyyəsindən təpiklə bir dəfə vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmış, həmin vaxt Aydan onun saçından tutub baş nahiyyəsindən blokun pilləkənlərinə bir dəfə vurmuş və o, zərbənin təsirindən huşunu itirmişdir. Daha sonra huşu özünə gəldikdən sonra əynində olan köynəyin yaxasının cırıldığını, başının ortasından bir topa saçın qoparıldığını görmüşdür. O, Azərdən nələrin baş verdiyini soruşduqda Azər ona Aydanın onun başını pilləkənən vurduqdan sonra huşunu itirdiyini, Aydanın onun boğazından tutub boğduğunu və Azərin əlini dişlədiyini bildirmişdir. Bundan sonra o, Azərlə dərhal polis şöbəsinə gedərək döyülmələri barədə şikayət ərizəsi ilə müraciət etmişlər. Bununla belə o, hadisədən sonra ağır mənəvi-psixoloji sarsıntı keçirmiş və baş nahiyəsində olan küt ağrılardan əzab çəkmişdir. Ona görə də uzun müddət müalicə almaq məcburiyyətində qalmışdır. Hazırda da müalicəsi davam edir. O, müalicə və müayinə zamanı maddi və mənəvi zərərə məruz qalmışdır. Belə ki, o, Təqsirləndirilən şəxs tərəfindən daima təhqir və təqib edilir. Bu səbəbdən də, qonşular və digər şəxslər arasında nüfuzdan düşərək mənəvi sarsıntı keçirir. Ondan başqa, Aydan Ədülrəhmanova hadisəyə şahid duran qonşulara qarşı da öz aqressiv hərəkətlərini davam etdirərək, onların məhkəmə iclasında iştirak etməsinə maneçilik törətmişdir. Bu hal dəfələrlə təkrar olmuşdur. O, dəfələrlə ona qarşı edilən qanunsuz hərəkətlərə son qoyulmasını tələb etsə də, təqsirləndirilən şəxs öz hərəkətlərini davam etdirmişdir. Ona görə də aralarında barışıq olmamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Hesab edir ki, onun sağlamlığına vurulan xəsarətə görə məruz qaldığı maddi və mənəvi zərər təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilməlidir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxs barəsində qanunda nəzərdə tutulmuş qaydada daha ciddi cəza verilməsi, həmçinin ondan maddi və mənəvi ziyanın əvəzi olaraq 20040 (iyirmi min qırx)manat məbləğində pulun alınıb ona verilməsi haqda hökm çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 1996-ci il tarixdən hazırda yaşadıqları ünvana köçmüş və bu günədək də ailəsi ilə birlikdə həmin ünvanda yaşayırlar. Onlarla qapıbir qonşuluqda Əbdülrəhmanovlar ailəsi yaşayırlar. Həmin ailədə Səidə Əbdülrəhmanova psixatrik dispanserdə qeydiyyatdadır. Ona görə də daima öz aralarında evlərində səs-küy olur. Bununla belə onların Əbdülrəhmanovlar ailəsi ilə heç vaxt mübahisələri olmamışdır. Təqribən 2 (iki) il əvvəl evə gələn zaman mənzillərinə daxil olmaq istəyərkən, qapı qonşuları Aydan onun üzərinə hücum edərək qapılarını təpiklə vurduğunu bildirmiş, o, sonuncuya onların qapılarına təpik vurmadığını demişdir. Daha sonra səs-küyə anası qapını açmış və o, mənzilə daxil olmuşdur. 01.07.2020-ci il tarixdə saat 00:30 radələrində anası Şəhla ilə evdə olan zaman qapılarının kimsə tərəfindən bərk-bərk döyüldüyünü eşitmişlər. Onlar qapıya yaxınlaşıb qapının gözlüyündən baxan zaman qapıbir qonşuluqda yaşayan Əbdülrəhmanovlar ailəsinin nümayəndələri Məhəmməd, Aydan, İlfan və Səidənin qapını təpiklə vurmasını görmüşlər. Anası Şəhla dərhal DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, DİN-nin 102 xidmətindən onlara qapını açmamağı və polis əməkdaşlarının ünvana gəlməsini gözləməyi bildirmişlər. Bir müddət sonra polis əməkdaşları gəldikdən sonra onlar qapını açmışlar. Əbdülrəhmanovlar ailəsi onların ünvanına nalayiq söyüşlər söyərək qapılarının onlar tərəfindən yandırıldığını iddia etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-yə gedərkən blokdan düşən zaman İlfan onun üzərinə hücum etmək istəmiş, lakin polis əməkdaşları olduğu üçün hücum edə bilməmişdir. O, polis şöbəsində olan zaman anası Şəhla polis şöbəsinə gəlmiş və qapı qonşuları Səidənin yenidən onun üzərinə hücum edib onun göz nahiyyəsindən vurması ilə bağlı şikayət ərizəsi yazmışdır. Polis şöbəsindən çıxdıqdan sonra mübahisə olmaması üçün qohumlarının evinə getmiş, anası isə yaşadıqları mənzilə getmişdir. Təqribən 10 dəqiqə sonra anası Şəhla ona zəng vurub qonşuları tərəfindən mənzilin suyunun kəsildiyini bildirmiş, o, binanın blokuna daxil olub mənzilin suyunu açdıqdan sonra qohumlarının evinə getmişdir. 01.07.2020-ci il tarixdə işdə olan zaman anası Şəhla ona zəng vurub evdən çıxmaq istədiyini, lakin qorxduğu üçün çıxa bilmədiyini demiş, işdə olduğu üçün dostu Azərə zəng vurub onlara getməsini və anasının evdən çıxan zaman yanında olmasını xahiş etmişdir. 01.07.2020-ci il tarixdə saat 12 radələrində Azər ona zəng vurub qapı qonşuları Aydan və Səidənin anasının üzərinə hücum edib döydüyünü bildirmişdir. Bundan sonra onlar Mingəçevir ŞPŞ-yə müraciət etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 1986-cı il tarixdən ünvan 2 ünvanında yaşayırlar. Əbdülrəhmanovlar ailəsi təqribən həmin vaxtdan onlarla qonşuluqda yaşamışlar. Səidə Əbdülrəhmanova psixoloji dispanserdə qeydiyyatdadır. Əbdülrəhmanovlar ailəsi mütəmadi olaraq bina sakinləri ilə mübahisə etmiş, ucadan səs-küy salaraq nalayiq ifadələr işlədərək ailədaxili mübahisə etmişlər. 01.07.2020-ci il tarixdə gecə saatlarında yaşadığı mənzildə olan zaman binanın blokundan ucadan səs-küy gəldiyini eşitmiş, mənzilin qapısını açdıqda dördüncü mərtəbədə yaşayan Əbdürəhmanovlar ailəsinin üzvləri Səidə və qızı Aydanın onlarla qapıbir qonşuluqda yaşayan İbrahimovlar ailəsinin yaşadıqları mənzilin qapısını təpiklədiklərini və nalayiq ifadələrlə təhqir etdiklərini görmüşdür. 01.07.2020-ci il tarixdə günün birinci yarısı, saat 12 radələrində yaşadığı mənzildə olan zaman binanın blokundan yenidən səs-küy gəldiyini eşitmiş və dərhal mənzilin qapısını açmışdır. Bu zaman Aydan Əbdürəhmanova və anası Səidənin onlarla qapıbir qonşuluqda yaşayan Zərərçəkmiş şəxsm blokda yerə yıxıb nalayiq ifadələrlə təhqir edərək döydüklərini görmüşdür. Zərərçəkmiş şəxs yanında olan tanımadığı oğlan sonuncuları ayırmışdır. Şəhla zərbələrin təsirindən blokda huşsuz vəziyyətdə yerdə uzanmışdır. Aydan və Səidə Zərərçəkmiş şəxs döydükdən sonra öz yaşadıqları mənzilə geri qayıtmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, yaşadıqları binada 4-cü mərtəbədə yaşayan Əbdülrəhmanovlar və onlarla qapıbir qonşuluqda yaşayan İbrahimovlar ailəsinin uzun müddətdir ki, mübahisə etdiklərindən məlumatlı olmuş, lakin onların hansı səbəbdən mühabisə etdiklərini bilməmişdir. 01.07.2020ci il tarixdə saat gecə 01 radələrində yaşadığı mənzildə olan zaman binanın blokundan ucadan səs-küy gəldiyini eşitmiş, oyanıb mənzilin qapısını açıb baxan zaman binanın 4-cü mərtəbəsində yaşayan Əbdülrəhmanovlar ailəsinin üzvləri Səidə və qızı Aydanın onlarla qapıbir qonşuluqda yaşayan Zərərçəkmiş şəxs yaşadığı mənzilin qapısını təpiklə döyərək ucadan səs-küy salıb Şəhlanı nalayiq ifadələrlə təhqir etdiyini görmüş, lakin gecə vaxtı olduğundan mənzilin qapısını bağlayıb evə keçmişdir. Daha sonra bina sakinlərindən Aydan və anası Səidənin günorta saatlarında yaşadıqları binanın blokunda onlarla qapıbir qonşuluqda yaşayan Zərərçəkmiş şəxs döydüklərini eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 01.07.2020-ci il tarixdə saat 01 radələrində Mingəçevir şəhər ərazisində avtopatrulda Mingəçevir ŞPŞ-nin PPXB-nin əməkdaşı Şahid9la xidmət olan zaman Mingəçevir ŞPŞ-dən telsiz telefon vasitəsi ilə Mingəçevir şəhəri, S.Vurğun küçəsi 22 saylı binada bina sakinlər arasında narazılıq olduğunu bilib, dərhal həmin ünvana getmişlər. Həmin binaya daxil olan zaman binanın 4-cü mərtəbəsində yaşayan qapıbir qonşular adlarını sonradan bildikləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında mübahisə olduğunu görmüşlər. Həmin şəxslərdən nə baş verdiyini soruşan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu Elvinin onun yaşadığı mənzilin qapısını benzinlə yandırdığını bildirmiş, Zərərçəkmiş şəxs isə onların qapılarının oğlu tərəfindən yandırılmadığını və Təqsirləndirilən şəxs bir qədər öncə onların yaşadığı mənzilin qapısını ailə üzvləri ilə birgə təpiklə vurduqlarını, polis əməkdaşlarının hadisə yerinə gəldiyini və Zərərçəkmiş şəxs oğlu Elvinin polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getdiyini öyrənmişlər. Bundan sonra Zərərçəkmiş şəxs onlarla birlikdə Mingəçevir ŞPŞ-yə getmiş. Zərərçəkmiş şəxs qapıbir qonşusu Təqsirləndirilən şəxs şikayət ərizəsi yazıb polis şöbəsinə yazılı müraciət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, yaşadıqları binada 4-cü mərtəbədə yaşayan Əbdülrəhmanovlar və onlarla qapıbir qonşuluqda yaşayan İbrahimovlar ailəsinin uzun müddətdir mübahisə etmiş, lakin onların hansı səbəbdən mühabisə etdiklərini bilməmişdir. 01.07.2020-ci il tarixdə saat 01 radələrində yaşadığı mənzildə olan zaman binanın blokundan ucadana səs-küy gəldiyini eşitmiş, həmin vaxt yaşadıqları mənzildə azyşalı nəvəsi də olmuşdur. Blokdan gələn səsküyə azyaşlı nəvəsi qorxmuş vəziyyətdə oyanmışdır. Mənzilin qapısını açıb baxan zaman binanın 4-cü mərtəbəsində yaşayan Əbdülrəhmanovlar ailəsinin üzvləri Səidə və qızı Aydanın onlarla qapıbir qonşuluqda yaşayan Zərərçəkmiş şəxs yaşadığı mənzilin qapısını təpiklə döyərək ucadan səs-küy salıb Şəhlanı nalayiq ifadələrlə təhqir etdiyini görmüş, lakin gecə vaxtı olduğundan o mənzilin qapısını bağlamışdır. Daha sonra o, bina sakinlərindən Aydan və anası Səidənin günorta saatlarında yaşadıqları binanın blokunda onlarla qapıbir qonşuluqda yaşayan Zərərçəkmiş şəxs döyməsini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 1989cu il tarixdən ailəliklə ünvan 3 ünvanında yaşayırlar. Onlarla qonşuluqda yaşayan Əbdülrəhamnovlar ailəsində mütəmadi olaraq ailədaxili münaqişələr olmuş, daima mənzillərindən səs-küy gəlmişdir. 01.07.2020-ci il tarixdə gecə saatlarında yaşadıqları mənzildə olan zaman binanın blokundan səs-küy gəldiyini eşitmiş, bloka çıxan zaman 4-cü mərtəbədə yaşayan Əbdülrəhmanovlar ailəsinin üzvləri Aydan və Səidənin onlarla qapıbir qonşuluqda yaşayan İbrahimovlar ailəsinin yaşadıqları qapını təpiklə döydüklərini görmüşdür. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları gəldikdən sonra İbrahimovlar ailəsinin üzvləri Zərərçəkmiş şəxs və oğlu Şahid1 qapını açmışlar. Təqsirləndirilən şəxs və Səidə Əbdülrəhmanova onların qapılarının Şahid1 tərəfindən yandırıldığını bildirmiş, Elvin isə bunu təkzib etmişdir. Daha sonra Elvin polis əməkdaşları ilə birlikdə Mingəçevir şəhər Polis Şöbəsinə getmişdir. Səhəri gün günorta saat 12 radələrində yaşadığı mənzildə olan zaman yenidən 4-cü mərtəbədən səs-küy gəldiyini eşitmişdir. O, 6-cı mərtəbədən baxan zaman Aydan və anası Səidənin qapıbir qonşuluqda yaşayan Zərərçəkmiş şəxs pillləkənlərə yıxdığını, Aydan Zərərçəkmiş şəxs başından yumruqla vurduqdan sonra sonuncunun başını pilləkəna vurduğunu, daha sonra Səidənin Zərərçəkmiş şəxs saçından tutaraq baş nahiyyəsinə vurduğunu görmüşdür. Həmçinin Aydan və Səidə mübahisə zamanı Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb təhqir etmişdirlər. Zərərçəkmiş şəxs yanında tanımadığı bir oğlan onları ayırmış, lakin Aydan və Səidə həmin oğlanı da itələyərək vurmuşlar. Mübahisə bitdikdən sonra Zərərçəkmiş şəxs binanın blokundan düşüb getmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 da Şahid3 ifadəsinə uyğun ifadə verdi və onun göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid7 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, Şahid7 ifadəsində göstərmişdir ki, yaşadıqları binada 4-cü mərtəbədə yaşayan Əbdülrəhmanovlar və onlarla qapıbir qonşuluqda yaşayan İbrahimovlar ailəsinin uzun müddətdir mübahisə etdiklərini bilmiş, lakin onların hansı səbəbdən mühabisə etdiklərindən məlumatı olmamışdır. 01.07.2020-ci il tarixdə saat 01 radələrində yaşadığı mənzildə olan zaman binanın blokundan ucadan səs-küy gəldiyiyini eşitmiş, yuxudan oyanıb mənzilin qapısını açıb baxan zaman binanın 4-cü mərtəbəsində yaşayan Əbdülrəhmanovlar ailəsinin üzvləri Səidə və qızı Aydanın onlarla qapıbir qonşuluqda yaşayan Zərərçəkmiş şəxs yaşadığı mənzilin qapısını təpiklə döyərək ucadan səs-küy salıb Şəhlanı nalayiq ifadələrlə təhqir etiyini görmüş, lakin gecə vaxtı olduğundan mənzilin qapısını bağlamışdır. Daha sonra bina sakinlərindən Aydan və anası Səidənin günorta satlarında yaşadıqları binanın blokunda onlarla qapıbir qonşuluqda yaşayan Zərərçəkmiş şəxs döyməsini eşitmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və X11 Təcrübi və Tədris Birliyinin 02 iyul 2020–ci il tarixli 428 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər–sol alın nahiyəsində, təpə nahiyyəsində hematomalar, sağ saidində sıyrıqlar, sol gözünün alt qapağında, sağ böyrək proyeksiyasında və sol bazuda qançırlar, küt əşyanının (alətlərin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən 01.07.2020-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və X11 Təcrübi və Tədris Birliyinin 26 avqust 2020–ci il tarixli 580 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müaynəsi zamanı onun bədənində aşkar olunan xəsarət qapalı kəllə beyin travması baş beyin silkələnməsi küt əşyanı təsirindən əmələ gələ bilərdi,yetirilmə müddəti qərarda göstrilən 01.07.2020-ci il tarixə uyğun gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan 21.10.2020-il tarixli əşyaya baxış keçirmə və götürmə barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilən 1 ədəd “Dogge” markalı mobil telefona baxış keçirilən zaman həmin mobil telefonun ekranının üst hissəsində müəyyən qırıntılar olması görünür. Cinayət işinin materiallarında olan 22.10.2020-il tarixli əşyaya baxış keçirmə və götürmə barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilən 1 ədəd 54 ölçülü ağ rəngli ön hissəsində mavi və qara rəngli naxışları olan “Pelageia” markalı köynəyə baxış keçirilən zaman həmin köynəyin yaxa hissəsi və ətək hissəsi cırılmışdır. Cinayət işinin materiallarında olan 26.10.2020-ci il tarixli əşyaya baxış keçirmə və götürmə barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilən 1 ədəd videodiskə baxış keçirlən zaman Təqsirləndirilən şəxs yaşadığı mənzildən çıxıb pilləkan ilə Zərərçəkmiş şəxs üzərinə gələrək onu nalayiq ifadələrlə təhqir etdiyini və telefonu əli ilə yerə salmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər "xxxx" MMC-tərəfindən verilmiş 01.12.2020-ci il tarixli 123 saylı rəydən görünür ki, Mingəçevir şəhər X9 Bölməsində aparılan cinayət işi üzrə aparılan iş ilə əlaqədar olaraq 1 ədəd 54 ölçülü ağ rəngli ön hissəsində mavi və qara rəngli naxışları olan “Pelageia” markalı köynəyə 15 (on beş) manat dəyərində ziyan dəymişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər "xxxx" MMC-tərəfindən verilmiş 01.12.2020-ci il tarixli 122 saylı rəydən görünür ki, Mingəçevir şəhər X9 Bölməsində aparılan cinayət işi üzrə aparılan iş ilə əlaqədar olaraq 1 ədəd Çin Xalq Respublikasında istehsal olunmuş 2017-ci il tarixdə 320 manata yeni qablaşdırılmış formada alınan “Dooge” markalı mobil telefonun yuxarı hissəsində qırıqlar vardır. 1 ədəd 54 ölçülü ağ rəngli ön hissəsində mavi və qara rəngli naxışları olan “Pelageia” markalı köynəyə 15 (on beş) manat dəyərində ziyan dəymişdir. Çin Xalq Respublikasında istehsal olunmuş 2017-ci il tarixdə 320 manata yeni qablaşdırılmış formada alınan “Dooge” markalı mobil telefona 25 (iyirmi beş) manat ziyan dəymişdir. Cinayət işinin materiallarında olan 11.07.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 məlumatı, Zərərçəkmiş şəxs məlumatı, Təqsirləndirilən şəxs ərizəsi əsasında toplanmış material üzrə Şahid1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi müəyən edilməyi üçün cinayət işi başlanılması rədd edilmiş, lakin Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dərəcələri təyin olunmayan xəsarətlər yetirməklə döyməsi inzibati hüquq pozma sayıldığından Təqsirləndirilən şəxs barəsində inzibati qaydada tədbir görülməsi, həmçinin gələcəkdə hər hansı bir münaqişənin, hər hansı bir qanuna zidd hadisənin baş verməsinin qarşısını almaq üçün Şahid1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, X1 münaqişəli qonşular kimi profilaktiki jeydiyyata alınması məqsədi ilə qərarın surəti aidiyyəti üzrə Mingəçevir şəhər PŞ- nin İTB-tə göndərilmişdir. Cinayət işinin materiallarında olan 22 yanvar 2021-ci il tarixli MN №0915676 saylı inzibati xəta haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarda inzibati cərimə edilmişdir Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 3-(051)- 346/2021-ci il saylı 30.03.2021-ci il tarixli tarixli qərarından görünür ki, Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X12 tərəfindən qəbul edilmiş 18.07.2020-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardadın və 22.01.2021-ci il tarixli “İnzibati tənbeh tətbiq edilməsi haqqında” qərarın ləğv edilməsinə dair Mingəçevir şəhər prokuroru tərəfindən verilmiş protest təmin edilmiş və Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X12 tərəfindən qəbul edilmiş 18.07.2020-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardad və 22.01.2021-ci il tarixli “İnzibati tənbeh tətbiq edilməsi haqqında” qərar ləğv olunmuşdur. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 22.01.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs 22.01.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş ittiham dəyişdirilmədən saxlanılmişdir. X4 barəsində AR CM-nin 221.2.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işindən AR CM-nin 221.2.1ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Zərərçəkmiş şəxs və Azər adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət təqibi başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azər adlı şəxsə xəsarət yetirməsi ilə bağlı cinayət təqibi başlanılması rədd edilmişdir. İş üzrə təqdim edilmiş bir ədəd “Dogge” markalı mobil telıefon və bir ədəd “Palegia” markalı köynək maddi sübut kimi tanınması nəzərə alınmışdır. Məhkəmə tibb ekspertizasının 29.08.2020-ci il tarixli 580 rəyi sübut növü kimi tanınmış və işə əlavə edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Müzəffər qızının sağlamlığına qəsdən yüngül zərər vurması və onun əməlində cinayət tərkibinin olması, tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaq orqanın mövqeyi ilə ona görə razılaşmır ki, hazırkı işin faktiki hallarına görə Təqsirləndirilən şəxs yaşadıqları binanın mənzilindən anası X3 ilə birlikdə qonşusu Zərərçəkmiş şəxs arxası ilə evdən çıxaraq həmin evin blokunda 4-cü mərtəbə ilə 3-cü mərtəbənin arasında qonşusu Zərərçəkmiş şəxs çataraq, bir müddət əvvəl sonuncunun oğlu Şahid1 onların yaşadığı mənzilin qapısını yandırdığını deyib, gecə saatlarında şəxsi münasibətlər zəminində yaranmış mübahisəni aydınlaşdırmaq istərkən, sonuncu “Dogge” markalı mobil telefonunun videokamerasını işlək vəziyyətə gətirdikdə, uca səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq və təhqiramiz ifadələr işlədərək üzərinə getmiş, Zərərçəkmiş şəxs əlindəki mobil telefonunu əli ilə vurub yerə ataraq, mobil telefonunu zədələməklə ona 25 (iyirmi beş) manat maddi ziyan vurmuş, sonra Zərərçəkmiş şəxs üzərinə hücum edib, baş nahiyəsindən vurmuş, saçlarını yolub, habelə yaxasından tutub, “Palegeia” markalı 54 (əlli dörd) ölçülü köynəyini cıraraq ona 15 (on beş) manat dəyərində maddi ziyan vurmuş, Zərərçəkmiş şəxs yerə yıxaraq ona əl və təpik zərbələri ilə kəllə-beyin travması, baş beyin silkələnməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İşin məhkəmə istintaqında müəyyən olunmuş hallarından görünür ki, münaqişə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında baş vermiş münaqişənin motivi onların ailələri arasında əvvəlcədən mövcud olan ədavət və narazılıq olmuşdur. Hadisə baş verən gün təqsirləndirilən şəxs yaşadıqları binanın mənzilindən anası X3 ilə birlikdə çıxaraq zərərçəkmiş şəxslə gecə baş vermiş münaqişə ilə bağlı məsələni həll etmək istərkən, zərərçəkmiş şəxs tərəfindən Dogge” markalı mobil telefonunun videokamerasının işlək vəziyyətə gətirilməsini gördükdə, onlar arasında şəxsi münasibətlər zəminində dava-dalaş baş vermiş, nəticədə, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxslə zərərəçəkmiş şəxs arasında münaqişə şəxsi münasibətlər zəminində (şəxsi ədavət) baş vermiş və təqsirləndirilən şəxsin hərəkətləri yalnız zərərçəkmiş şəxsə qarşı yönəlmişdir. Həmin vaxt təqsirləndirilən şəxs özünü başqalarından üstün şəxsiyyət kimi təqdim etmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymaq, gücünü nümayiş etdirmək, qalmaqal salmaq niyyətində olmamış, nə də onun davranışı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunması kimi təzahür etməmiş, həmçinin ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdə özünün göstərməmişdir. Eləcə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə dalaşmasından ibarət hərəkətləri vətəndaşların, normal həyat və fəaliyyəti üçün təhlükə yaratmamış, qorxu və narahatçılıq hissinə səbəb olmamışdır. Belə olan halda təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq kimi tövsif edilməsi əsassızdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təcrübəsində formalaşmış hüquqi mövqeyə görə təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, onun əməli xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarında (3-cü bənd) izah olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında xuliqanlıq cinayət əməlinin əlamətlərini açıqlayaraq göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunda formalaşmış hüquqi mövqelərə uyğun olaraq nəticəyə gəlir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərədə tutulan cinayət tərkibi mövcud deyildir. Onun zərərçəkmiş şəxs tərəfindən Dogge” markalı mobil telefonunun videokamerasının işlək vəziyyətə gətirilməsinə görə başlamış mübahisə və sonrakı əlbəyaxa dalaşma zamanı Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməsi, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 01.07.2020-ci il tarixdə saat 11:30 radələrində yaşadığı Mingəçevir şəhəri, S.Vurğun küçəsi 22 nömrəli binanın 5 saylı mənzilindən anası X3 ilə birlikdə qonşusu Zərərçəkmiş şəxs arxası ilə evdən çıxaraq həmin evin blokunda 4-cü mərtəbə ilə 3-cü mərtəbənin arasında qonşusu Zərərçəkmiş şəxs çataraq, bir müddət əvvəl sonuncunun oğlu Şahid1 onların yaşadığı mənzilin qapısını yandırdığını deyib, gecə saatlarında şəxsi münasibətlər zəminində yaranmış mübahisəni aydınlaşdırmaq istərkən, sonuncu “Dogge” markalı mobil telefonunun videokamerasını işlək vəziyyətə gətirdikdə, yüksək səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq və təhqiramiz ifadələr işlədərək üzərinə getmiş, Zərərçəkmiş şəxs əlindəki mobil telefonunu əli ilə vurub yerə ataraq, mobil telefonunu zədələməklə ona 25 (iyirmi beş) manat maddi ziyan vurmuş, sonra Zərərçəkmiş şəxs üzərinə hücum edib, baş nahiyəsindən vurmuş, saçlarını yolub, habelə yaxasından tutub, “Palegeia” markalı 54 (əlli dörd) ölçülü köynəyini cıraraq ona 15 (on beş) manat dəyərində maddi ziyan vurmuş, Zərərçəkmiş şəxs yerə yıxaraq ona əl və təpik zərbələri ilə kəllə-beyin travması, baş beyin silkələnməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Ona görə də məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128–ci maddəsinə tövsif edilməli və o, həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 128–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törtətməyən cnayət olmaqla, sağlamlığa yüngül zərər vurulmaqla əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, habelə həmin Məcəllənin 59.2-ci maddəsinə əsaslanaraq yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 18.11.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldır. Nəzərə alınmalıdır ki, cinayət hadisəsi baş verməmişdən əvvəl zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin ailələri arasında münaqişə olmuş və münaqişə nəticəsində onlar arasında bir-birinə qarşı qərəzli münasibət formalaşmışdır. Təqsirləndirilən şəxs həmin məsələni aydınlaşdırmaq istəyərkən, zərərçəkmiş şəxslə mübahisə etmiş və həmin mübahisə zəminində cinayət hadisəsini törətmişdir. Bu hal isə onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs həmin cinayəti hadisələrin təsadüfi axarı zəminində törətmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanı təyin etməklə də cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Ona görə də məhkəmə, cinayət işi üzrə zərərçəkmiş şəxs, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs Müzəffər qızının Təqsirləndirilən şəxs qarşı 20.040 (iyirmi min qırx) manat məbləğində mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, belə nəticəyə gəlir ki, mülki iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə mülki iddianın Təqsirləndirilən şəxs qarşı verilməsi ilə bağlı qeyd edir ki, məhkəmə istintaqında sübuta yetirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə əlaqədar Zərərçəkmiş şəxs Müzəffər qızının sağlamlığına yüngül xəsarətlər yetirilmişdir. Belə olan halda zərərçəkmiş şəxsin öz sağlamlığını bərpa etmək üçün məruz qaldığı maddi və mənəvi ziyana görə təqsirləndirilən şəxs cinayət məsuliyyəti ilə yanaşı, həm də mülki məsuliyyət daşıyır. Ona görə də hazırkı mülki iddia üzrə mülki cavabdeh qismində təqsirləndirilən şəxs tanınmışdır. Zərərçəkmiş şəxs isə ona qarşı mülki iddia verməkdə haqlı olmuşdur. Məhkəmə, həmçinin mülki iddianın sübut və həll edilməsi üçün tələbin hüquqi əsasının təşkil edən maddi hüquq normasının müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı olduğundan, mübahisə cinayət prosessual qanunvericiliyin müddəaları ilə yanaşı, qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normalarının müddəalarının müvafiq olaraq tətbiq edilməsi yolu ilə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1–ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2–ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3–cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3–cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1–ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.2–ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, zərərçəkmiş şəxsə maddi ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuşdur. Ona görə də zərərçəkmiş şəxsin əmlakına vurulan 40 manat məbləğində maddi ziyan tam şəkildə ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, mülki iddiaçının mülki cavabdehə qarşı mənəvi ziyanın ödənilməsinə dair tələbi də qismən əsaslıdır. Belə ki, məhkəmə istintaqında sübuta yetirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə əlaqədar Zərərçəkmiş şəxs Müzəffər qızının sağlamlığına yüngül xəsarətlər yetirilmişdir. Nəzərə alınsa ki, zərərçəkmiş şəxs mülki iddiaçı baş nahiyəsindən yüngül xəsarət alan vaxt tam orta məktəbdə müəllimi işləmiş və işi ilə əlaqədar olaraq daima istər onlayn, istərsə də, əyani formada uşaqlarla və müəllim kollektivi ilə ünsiyyətdə olmuşdur. Bu da mülki iddiaçının həm qeyd olunan başqa–başqa şəxslərlə ünsiyyətdə olan zaman narahatçılıq keçirməsinə və özünə inam hissini itirməsinə səbəb olmuşdur. Eləcə də, mülki iddiaçı xəsarət aldığı və ondan sonra kəskin ağrılar keçirməklə fiziki əzab çəkmişdir. Bu isə mülki iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olan mənəvi sarsıntı keçirməsinə, həmçinin sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkdiyinə görə iztirab keçirməsinə səbəb olmuşdur. Bütün bunlar da onu deməyə əsas verir ki, mülki iddiaçı cinayət hesab edilən hüquqa zidd əməlin törədilməsi nəticəsində mənəvi zərərə məruz qalmışdır. Belə olan halda zərərçəkmiş şəxsin öz sağlamlığını bərpa etmək üçün məruz qaldığı maddi və mənəvi ziyana görə təqsirləndirilən şəxs cinayət məsuliyyəti ilə yanaşı, həm də mülki məsuliyyət daşıyır.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarının 1–ci bəndində qeyd olunmuşdur ki, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41–ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri–əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. “Həmin Qərarın 2–ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”mn müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri–əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4–cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri–hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 7–ci bəndində göstərilmişdir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115–ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10–cü bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə mənəvi zərərə görə 20.000 manat məbləğində pul tələbi ilə bağlı o qənaətdədir ki, cinayət hadisəsi nəticəsində mülki iddiaçı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə nəticələnən yüngül xəsarətlər almış, şübhəsiz ki, mülki iddiaçının (zərərçəkmiş şəxsin) çəkdiyi fiziki əzab nəticəsində keçirdyi iztirab və sarsıntı onun şüurunda mənfi reaksiyaya səbəb olmuşdur. Mülki iddiaçı(zərərçəkmiş şəxs) müalicə və müayinə olunmaqla sağlamlığını tam şəkildə bərpa etsə də, həmin müddət ərzində əvvəlki fəal həyat tərzindən məhrum olduğundan, mənəvi zərərə məruz qalmışdır. Məhkəmə işin müəyyən olunmuş bütün hallarını, mülki iddiaçının yüngül bədən xəsarəti almasını, həmçinin mülki cavabdehin maddi, əmlak vəziyyətini və digər diqqətə layiq halları nəzərə alaraq hesab edir ki, mənəvi zərərin məbləğinin 500 manat miqdarında müəyyən edilməsi qanuni, əsaslı, ədalətli və işin həqiqi hallarına uyğundur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1–ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə mülki iddianın qanuni həll edilməsi ilə bağlı cinayət işin materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar sağlamlığa vurulmuş zərərə görə mülki iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 40 manat, mənəvi zərərə görə 500 manat, cəmi 540 manat məbləğində pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Mülki iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Bununla belə, iş üzrə maddi sübut olan, istintaq zamanı müvafiq qaydada götürülmüş və saxlanması üçün zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs verilmiş bir ədəd “Dogge” markalı mobil telefonun və bir ədəd “palegia” adlı 54 ölçülü köynəyin hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfi yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyan görə 40 manat, mənəvi ziyana görə 500 manat, cəmi 540 (beş yüz qırx) manat məbləğində pul alınıb Zərərçəkmiş şəxs qzına verilsin. İş üzrə maddi sübut olan, istintaq zamanı müvafiq qaydada götürülmüş və saxlanması üçün zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs verilmiş bir ədəd “Dogge” markalı mobil telefonun və bir ədəd “palegia” adlı 54 ölçülü köynəyin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması hökm qanuni qüvvəyə mindikdən sonra nəzərə alınsın. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan qətimkan tədbiri dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar