Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-62/2022 22.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 2002-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan,Mingəçevir şəhəri, Şəfa bağ massivində yaşayan,barəsində polisin nəzarəti altına vermə növündə qətimkan seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə başqası ilə qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib əvvəllcədən aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən hər ikisi birlikdə 25 dekabr 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən fərdi yaşayış evinin yaxınlığındakı ətrafı maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş hasarla və ya digər texniki vasitələrlə təchiz olunmamış və ya başqa cür mühafizə ilə təmin edilmiş açıq ərazidə otlayan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədədinin qiyməti 40 (qırx) manat olan 18 (on səkkiz) ədəd, cəmi 720 (yeddi yüz iyirmi) manat dəyərində ev quşları olan qazları gizli olaraq talayıb, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurlamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən imtina edərək göstərdi ki, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. X4 təxminən 2 ay olar ki tanımışdır. Onun heç vaxt oğurluq etmək fikri olmamışdır. xx.xx.2021-ci il tarixdə X8 ona zəng edərək, özünə məxsus qazları satmaq istədiyini və tək olduğu üçün ona kömək lazım olduğunu bildirmiş və ona görə də Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən fərdi yaşayış evinin yaxınlığına gəlməyi ondan xahiş etmişdir. O da etiraz etməmiş və həmin yerə gəlmişdir. O, gələn vaxt qazların boş sahədə olduğunu görmüşdür. O, Qabildən qazların kimə məxsus olduğunu soruşmuş, Qabil isə özlərinə məxsus olduğunu demişdir. O, qazların oğurluq olduğunu bilməmişdir. Ondan sonra Qabil tanışı Mingəçevir şəhəri Orxan bazarında qəssablıqla məşğul olan Yusif adlı şəxsə zəng edərək satılıq qazları olduğunu və həmin qazların böyüklərini 15 manata, balacalarının isə 10 manata satdığını demişdir. Yusif də Qabillə razılaşmışdır. X16 bağ massivində yerləşən 5-ci küçədə tikilmiş şəhid bulağının yaxınlığında olduğunu demişdir. Yusif isə Qabilə özünün gələ bilməyəcəyini lakin, arvadının gəlib onlardan qazları alacağını bildirmişdir. Yusifin arvadı gələnədək Qabillə birlikdə qazları Şəfa bağ massivində yerləşən 5-ci küçədəki ətrafında tor hasar olan əraziyə salıb orada saxlamışlar. Bir qədər sonra ağ rəngli Rusiya Federasiyası istehsalı olan avtomobil onların yaxınlığında saxlamış, avtomobildən düşən arvad onlara Yusifin arvadı olduğunu və qazları almaq istədiyini bildirmişdir. Daha sonra həmin qadın qazlara baxıb qiymətlərini soruşduqda Qabil həmin qadına qazların böyüklərini 15 manata, balacalarını isə 10 manata satdığını bildirmişdir. Lakin, həmin qadın Qabillə qiymətlə bağlı razılaşmamışdır. Buna görə də Qabil qadına qazların böyük olanlarını 10 manata balaca olanları isə 7 manata sata biləcəyini bildirmişdir. Həmin qadın da Qabillə razılaşaraq qazları avtomobilin yük yerinə yükləyərək Qabilə 130 manat məbləğdə pul vermişdir. Bundan sonra Qabil onunla birlikdə şəhər ərazisinə gedərək kafedə oturub yemək yemişlər. Hesabı da Qabil vermişdir. Sonradan polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər və o da həmin vaxt fərqinə varmayaraq, cinayət hadisəsini tanışı X8 ilə birlikdə törətdiyini etiraf etmişdir. Halbu ki, onun qazların oğurluq olmasından məlumatı olmamışdır. O elə bilmişdir ki, qazlar Qabilin ailəsinə məxsus olmuşdur. 18 ədəd qazları Yusif adlı şəxsin arvadına 130 manata satanda da Qabil Yusifin arvadına Bakıya köçdükləri və evdə heç kim olmadığına görə qazları satdığını demişdir. Ona görə də o, Qabilin dediklərinə inanmışdır. Hazırda o, Qabilə inandığına görə əməlindən peşmandır. Hesab edir ki, onun əməlində cinayət tərkibi yoxdur. Atası vəfat etmiş, anası isə onkoloji xəstədir. Odur ki, məhkəmədən onun təqsirsiz elan edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs iştirak etdiyi məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, özünə məxsus 18 ədəd ev quşu olan qazları olmuşdur. Həmin qazları yaşadıqları evin həyətində yerləşən hində saxlamışdır. Qazları, adətən yaşadıqları evin yaxınlığındakı açıq sahədə otarmışlar. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində qazları açıb yaşadıqları evin yaxınlığındakı boş sahəyə buraxmışdır. Saat təxminən 16 radələrində anası qazların otladığı əraziyə baxıb qazların orada olmadığını gördükdən sonra telefon vasitəsi ilə zəng edib ona bu barədə məlumat vermişdir. O da yaşadığı evə getmiş, ailə üzvləri ilə birlikdə ətraf ərazilərə baxıb qazları tapa bilmədikdən sonra polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Özünə məxsus 18 ədəd ev quşu olan qazlar yaşadığı evin yaxınlığında yerləşən açıq sahədən oğurlanmışdır. Qazların otladığı sahə hər hansı vasitə ilə əhatəyə alınmamış, açıq sahə olmuşdur. Qazlar 1 illik, hər birinin çəkisinin 4 kiloqram, birinin qiyməti 30 manat olmaqla, ümumilikdə isə 18 ədəd qazın qiyməti 540 manat təşkil etmişdir. X8 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla hər hansı ədavət və ya düşmənçiliyi olmamışdır. Hadisədən sonra təqsirləndirilən şəxslər təırəfindən ona dəymiş ziyan ödənilmiş, ona məxsus qazlar qaytarılmış, kəsilən 2 ədəd qazın isə pulu tam şəkildə verilmişdir. Hazırda onun təqsirləndirilən şəxslərin heç birindən şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Hazırkı cinayət işindən ayrılmış, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X8 məhkəmə istintaqında iş üçün əhəmiyyəti olduğuna görə sərbəst ifadə verərək göstərdi ki, o, əvvəllər də Yevlax rayonu ərazisində oğurluq hadisəsi törətdiyi üçün cinayət məsuliyyətinə cəlb edilmişdir. Təqsirləndirilən şəxs təxminən 2 ay olarki tanıyır. xx.xx.2021ci il tarixdə oğurluq etmək məqsədi ilə Mingəçevir şəhərinin Şəfa bağ massivi ilə küçələr arası yolla piyada hərəkət edərkən küçələrdən birində açıq ərazidə qazların otladığını görmüşdür. Həmin qazların sahibi olmamış, həmçinin ətrafa da baxıb ətrafda da heç kəsin olmadığını gördükdən sonra qazları qovub həmin ərazidən çıxararaq Bozdağın ətrafı ilə yolla şəhər istiqamətində hərəkət etməyə başlamışdır. Ondan sonra Təqsirləndirilən şəxs çağırmışdır ki, ona kömək etsin. Vüsal yaxında yaşadığı üçün tezliklə gəlmişdir. O, Vüsala qazların oğurluq olduğunu deməmişdir. Onda sonra yolda hərəkət edərkən qazları satmaq üçün tanışı Mingəçevir şəhəri, Orxan bazarında qəssablıqla məşğul olan Yusif adlı şəxsə zəng edərək Yusifə satılıq qazlar olduğunu, qazların böyüklərini 15 manata, balacalarını isə 10 manata satdığını demişdir. Yusif də onunla razılaşmışdır. O, Yusifə Şəfa bağ massivində yerləşən 5-ci küçədə tikilmiş şəhid bulağının yaxınlığında olduğunu demişdir. Yusif isə ona özünün gələ bilməyəcəyini lakin, arvadının gəlib onlardan qazları alacağını bildirmişdir. Yusifin arvadı gələnədək onlar qazları Şəfa bağ massivində yerləşən 5-ci küçədəki ətrafında tor hasar olan əraziyə salıb orada saxlamışlar. Bir qədər sonra ağ rəngli Rusiya Federasiyası istehsalı olan avtomobil onların yaxınlığında saxlamış, avtomobildən düşən arvad onlara Yusifin arvadı olduğunu və qazları almaq istədiyini bildirmişdir. Daha sonra həmin qadın qazlara baxıb qiymətlərini soruşduqda o, həmin qadına qazların böyüklərini 15 manata balacalarını isə 10 manata satdığını bildirmişdir. Lakin, həmin qadın onunla qiymətlə bağlı razılaşmamışdır. Buna görə də o, qadına qazların böyük olanlarını 10 manata balaca olanları isə 7 manata sata biləcəyini bildirmişdir. Ondan sonra o, Vüsalla köməkli qazları tutub qadına vermişdir. Həmin qadın da onunla razılaşaraq qazları avtomobilin yük yerinə yükləyərək, ona isə 130 manat məbləğdə pul vermişdir. Bundan sonra o, Vüsalla birlikdə şəhər ərazisinə gedərək əldə etdikləri pulu müxtəlif əşyalara sərf etmişlər. Sonradan polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində təzyiq altında olduğuna görə cinayət hadisəsini tanışı Təqsirləndirilən şəxs ilə birlikdə törətdiyini demişdir. Halbuki, Vüsalın oğurluq hadisəsindən xəbəri olmamışdır. Ləcə də, 18 ədəd qazları Yusif adlı şəxsin arvadına satan vaxt, həmin qazları cinayət yolu ilə əldə etdiyi onlara da məlumat verməmiş və qazların özlərinə məxsus bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, arvadı Şahid2 ilə birlikdə Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən "Orxan” bazarında qəssablıq edir, həmçinin ev quşlarının alqı-satqısı ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə saat təxminən 16 radələrində ona məxsus mobil telefon zəng edərək Mingəçevir şəhəri Şəfa bağ massivində ev quşları olan qaz satıldığını, o da həmin qazları almaq istədiyini bildirdikdən sonra qazları təxminən 10 manat satıldığını bildirmişlər. O da özü gedə bilmədiyi üçün bu barədə arvadına məlumat vermişdir. Arvadı Fəridə də avtomobillə həmin əraziyə gedib 18 ədəd ev quşu olan qazları 130 manata alıb Mingəçevir şəhəri Orxan bazarında yerləşən obyektə gətirmişdir. Həmin qazlardan 4 ədədini kəsmiş, kəsdikləri qazlardan 2 ədədini satmışlar, qalan 2 ədədi kəsilmiş və 14 ədəd sağ olan qazları həmin obyektdə saxlamışlar. Sonradan həmin 14 ədəd diri qazları və 2 ədəd kəsilmiş qazları polis əməkdaşlarına təqdim etmişlər həmin qazlar da protokol tərtib edilərək onlardan götürülmüşdür. Qazları aldıqları X8 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aldıqları qazların cinayət yolu ilə əldə edilməsi barədə məlumatları olmamışdır. Onların qazları cinayət yolu ilə əldə etmələri barədə ona və ya arvadı Fəridəyə məlumat verməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, əri Şahid1 ilə birlikdə Mingəçevir şəhəri Orxan bazarında yerləşən obyektdə ev quşlarının satışı ilə məşğul olur. Əri Yusif də həmin obyektdə qəssablıqla da məşğul olur. xx.xx.2021ci il tarixdə saat 16 radələrində bazarda olarkən Yusif ona yaxınlaşıb Şəfa bağ massivində ev quşları, qaz satıldığını, gedib həmin qazlara baxmağı bildirmişdir. O da tanışı, taksi fəaliyyəti ilə məğul olan Arif adlı şəxsin idarə etdiyi avtomobillə Mingəçevir şəhəri Şəfa bağ massivinə getmişdir. Orada görmüşdür ki, qazlar ətrafı hasarlanmış ərazidədirlər. Qazların yanında 2 nəfər təxminən 20 yaşlı oğlanlar olmuşdur. Həmin oğlanlar qazları satan şəxslər olmuşdur. O da həmin qazlara baxıb qazların balaca və arıq olduqlarını görmüşdür. Qazları satan şəxs ona həmin qazları 10 manata satdığını bildirmişdir. O, qazlara baxıb həmin qazların arıq olduğu üçün qiymətinin baha olduğunu demişdir. Bundan sonra qazların böyüklərini 10 manata kiçikləri isə 7 manata ala biləcəyini həmin şəxslərə demiş, həmin şəxslər də onunla razılaşmışlar. Aralarında olan razılığa əsasən o, həmin şəxslərə 130 manat məbləğdə pul verib qazları avtomobilin yük yerinə yükləyib işlədiyi Mingəçevir şəhəri H.Əliyev proepektində yerləşən Orxan bazarına qayıtmışdır. Orada qazları özlərinə məxsus ev quşlarını saxladığı yerə yığmışdır. Qazlardan 4 ədədini kəsmiş, kəsdiyi qazlardan 2 ədədini satmışdır. Əldə etdiyi qazlardan 2 ədəd kəsilmiş, 14 ədəd diri qazları isə obyektdə saxlamışdır. Sonradan həmin qazları polis əməkdaşlarına təqdim etmiş və qazlar protokol tərtib edilərək ondan götürülmüşdür. Qazları ona satan şəxslərin həmin qazları cinayət yolu ilə əldə etmələri barədə ona məlumat verməmiş, özlərinə məxsus olduğunu demişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, özünə məxsus avtomobillə Mingəçevir şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Şahid1 şəhər sakini kimi tanıyır. Belə ki, Şahid1 Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən Orxan bazarında qəssablıq edir. xx.xx.2021-ci il tarixdə saat təxminən 16 radələrində Yusif ona zəng edərək işlədiyi bazara gəlməyini demişdir. O da həmin bazara getmiş, orada Yusifin arvadı avtomobilə əyləşib avtomobili Mingəçevir şəhəri Şəfa bağ massivinə sürməyini demişdir. O da avtomobili idarə edib Şəfa bağ massivində deyilən ünvanda saxlamışdır. Orada Yusifin arvadı Fəridə bir nəfər şəxsdən 18 ədəd qaz alıb, həmin qazların müqabilində qazları satan şəxsə 130 manat məbləğdə pul vermişdir. Daha sonra qazları avtomobilin yük yerinə yükləyərək avtomobili idarə edib Yusifin işlədiyi Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən Orxan bazarına qayıtmışdır. Orada qazları avtomobilin yük yerindən çıxarıb Yusifgilin işlədiyi obyektə yerləşdirmişlər. Daha sonra ona xidmət haqqı kimi 2 manat məbləğdə pul vermişlər. O da pulunu aldıqdan sonra oradan aralaşıb getmişdir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində qazların oğurluq olmasından xəbəri olmaması və yalnız Qabil Novruzova kömək etmək üçün getməsi və həmin vaxt qazların artıq boş sahəyə Qabil tərəfindən gətirilməsi, onun isə yalnız qazların avtomaşına tutulub yığılmasında iştirak etməsi ilə bağlı istinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun olmadığına görə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında çarpaz dindirmə zamanı şahidlər Şahid2 və Şahid3 qazları satın alan vaxt Təqsirləndirilən şəxs orada iştirak etdiyini onun üzünə qarşı demişdir. Eləcə də, məhkəməyədək icraat zamanı həm Təqsirləndirilən şəxs, həm də Qabil Novruzov qazları birlikdə oğurladıqlarını və əldə etdikləri 130 manat pulu bir yerdə xərclədiklərini etiraf etmişlər. Bütün bu xüsusatlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs qazların oğurlanmasında iştirak etməməsi ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs və Qabil Novruzovun məhkəmə istintaqında verdikləri ifadələrinə tənqidi yanaşır, həmçinin onların ifadəsinin qeyd olunan hissələrini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəyini cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 25 dekabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən Zərərçəkmiş şəxs məxsus ev quşları olan qazların oğurlandığı əraziyə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan 27 dekabr 2021-ci il tarixli baxış keçirilmə və götürülmə barədə protokoldan görünür ki, X8 və Təqsirləndirilən şəxs oğurlayaraq Şahid2 satdıqları Zərərçəkmiş şəxs məxsus 18 ədəd qazdan 14 ədəd diri vəziyyətdə və 2 ədəd kəsilmiş vəziyyətdə olan qazlar Şahid2 götürülmüşdür. 14 ədəd diri vəziyyətdə və 2 ədəd kəsilmiş vəziyyətdə olan qazlar, 27 dekabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs verilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış 27 dekabr 2021-ci il tarixli ərizədən görünür ki, o, 16 ədəd ev quşu olan qazları təhvil almışdır. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 fevral 2022-ci il tarixli 9/165 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 1 illik, hər birinin çəkisi 4 kiloqram olan, ev quşu olan qazın 1 ədədinin 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 40,00 manat, 18 ədədi 720 (18 ədx40man.) manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, CM-in 177.2.1- maddəsi ilə istintaqı aparılan ********** nömrəli ı cinayət işindən X3 barəsində CM-in 177.2.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli olaraq talama niyyəti ilə qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs ümumilikdə 720 (yeddi yüz iyirmi) manat dəyərində maddi ziyan vurmaqla gizli oğurluq etməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxsin, şahidləri ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə başqa şəxsə qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib əvvəllcədən aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən hər ikisi birlikdə 25 dekabr 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri Şəfa bağ masssivində yerləşən fərdi yaşayış evinin yaxınlığındakı ətrafı maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş hasarla və ya digər texniki vasitələrlə təchiz olunmamış və ya başqa cür mühafizə ilə təmin edilmiş açıq ərazidə otlayan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədədinin qiyməti 40 (qırx) manat olan 18 (on səkkiz) ədəd 720 (yeddi yüz iyirmi) manat dəyərində ev quşları olan qazları gizli olaraq talayıb, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurlamışdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in məhz 177.2.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakı qabacadan əlbir olan bir qrup şəxs tərəfindən gizli olaraq talanmada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi və onunla razılıq əldə etməsi, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş 07 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənildiyindən, onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş SX №0558084 saylı Hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 24 avqust 2019-cu il tarixdə ölmüşdür. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xəstəlik vərəqələri və reseptlərdən görünür ki, X7 «uşaqlıq boynu ektopiyası» diaqnozu ilə xəstədir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs 26 dekabr 2021–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2021-ci il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 03 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 06 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, X9 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək dəyişməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Bununla belə, iş üzrə maddi sübut olan və saxlanılması üçün Zərərçəkmiş şəxs verilmiş 16 ədəd- 14 ədəd diri vəziyyətdə, 2 ədəd isə kəsilmiş vəziyyətdə olan ev quşları qazların Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədədinin qiyməti 40 (qırx) manat olan 18 (on səkkiz) ədəd 720 (yeddi yüz iyirmi) manat dəyərində ev quşları olan qazları gizli olaraq talayıb, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 720 (yeddi yüz iyirmi) manat dəyərində maddi ziyan vurulmuşdur. Lakin dəymiş ziyanla bağlı məhkəmə istintaqında mülki iddia verilməmiş, 720 (yeddi yüz iyirmi) manat maddi ziyan tam həcmdə ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaları ilə bağlı məhkəmə məsrəfi 50 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 26 dekabr 2021-ci il tarixdən 28 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasına iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olub, 16 ədəd-14 ədəd diri vəziyyətdə, 2 ədəd isə kəsilmiş vəziyyətdə olan ev quşlarının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 manat (əlli) məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-62/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-62/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver