Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-62/2023 04.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs– xx.xx.1976-cı il tarixdə Gədəbəy rayonu Çüçənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonunun Hürüuşağı kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri M.Maqomayev prospekti ev 75 mənzil 1-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd gümüşü-qara rəngli kağız bükümün içərisində ümumi təmiz çəkisi 0,544 qram çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə-heroini xx.xx.2020-ci il tarixdə satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qara rəngli cins şalvarın sol yan cibində gizlədib saxlayaraq daşımış və həmin gün saat 17:15 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, N.Nərimanov prospekti 21/6 ünvanında yerləşən binanın yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 17:40 dəqiqədə üzərində şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynindəki qara rəngli cins şalvarın sol yan cibindən aşkar edilib götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ağ rəngli sellofan torbada ümumi təmiz çəkisi 148.99 qram narkotik vasitə - qurudulmuş marixuananı daşıyıb, yaşadığı Mingəçevir şəhəri, M.Maqomayev prospekti 75 ünvanında yerləşən binanın 1-ci mənzilinə aparmış, 148,99 qram çəkidə narkotik vasitə – qurudulmuş marixuananın 11,53 qram olan hissəsini qeyd olunan mənzildə 1 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisində özünə məxsus qara rəngli qış gödəkcəsinin sol iç cibində, digər 137.46 qram hisəsini yaşadığı M.Maqomayev prospekti 75 ünvanında yerləşən binanın 1-ci mənzilində yataq otağında yerləşən çarpayının yanındakı içərisində paltarlar olan kağız qutuların arasında gizlədərək saxlamış, 27 dekabr 2022-ci il tarixdə saat 16:20 radələrində Mingəçevir Şəhər Polis X1 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, M.Maqomayev prospekti 75 ünvanında yerləşən binanın qarşısında saxlanılıb Mingəçevir Şəhər Polis Şöbəsinə aparılaraq orada 27 dekabr 2022-ci il tarixdə saat 16:40 radələrində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qış gödəksəçinin sol iç cibində saxlayaraq daşıdığı sarı rəngli sellofan torbada ümumi təmiz çəkisi 11.53 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.2022-ci il tarixdə saat 17:20 radələrində onun yaşadığı M.Maqomayev prospekti 75 ünvanında yerləşən binanın 1-ci mənzilinə baxış keçirilərkən mənzildən 1 ədəd ağ rəngli sellofan tobada saxladığı təmiz çəkisi 137,46 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 10:30 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən, «Kolxoz bazarı»na gedən keçidin yaxınlığında olarkən yerdən bir ədəd siqaret qutusu tapdı. Həmin qutunun içərisinə baxdıqda içərisində siqaretin qara rəngli kağızına bükülmüş büküm olmasını gördü. Bükümü açıb içərisinə baxdı. Əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün bükümə açıb baxdıqda içərisindəkinin narkotik vasitə heroin olduğunu gördü. İçərisində heroin olan bükümü əynində olan qara rəngli cins şalvarın sol yan cibinə qoyaraq gizlətdi. xx.xx.2020-ci il tarixdə saat 17:15 radələrində ünvan 4 ünvanında yerləşən binanın yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Tapdığı narkotik vasitə də həmin vaxt cibində idi. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsində hüquqlarının müdafiəsi üçün vəkil dəvət edildi. Vəkilin iştirakı ilə üzərinə axtarış keçirmək istədiklərini bildirdikdə etiraz etmədi. Üzərinə axtarış keçirilərkən əynində olan şalvarın cibindən içərisində heroin olan siqaretin qara rəngli kağızına bükülmüş bir ədəd büküm polis əməkdaşları tərəfindən aşkar olunaraq götürüldü. Sonra aşkar edilmiş büküm onun iştirakı ilə elektron tərəzidə çəkildi və polis əməkdaşları tərəfindən qablaşdırılıb götürüldü. Bundan başqa o, təxminən 2 ay əvvəl Laçın rayonunda fəhlə işləyərkən yerdə sellofan torba görüb götürdü. Torbanın açıb baxanda içərisində qurudulmuş marixuana olmasını görüb gələcəkdə istifadə etmək üçün özü ilə gətirib yaşadığı mənzilə qoydu. Sonra isə həmin narkotik vasitənin az hissəsini istifadə etmək məqsədi ilə sellofan bükümə qablaşdıraraq əynindəki gödəkçənin cibində, yerdə qalan hissəsini isə mənzilində gizlədərək saxladı. 27 dekabr 2022-ci il tarixdə saat 16:20 radələrində yaşadığı Mingəçevir şəhəri M.Maqomayev prospetki 75 ünvanında yerləşən binanın qarşısında dayanan zaman polis əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etdilər. Laçın rayonunda tapmış bir hissəsi olduğu narkotik maddələrinin həmin vaxt cibində idi. Polis şöbəsində hüquqlarının müdafiəsi üçün dəvət edildi, vəkilin iştirakı ilə üzərinə axtarış keçirmək istədiklərini bildirdikdə etiraz etmədi. Axtarış zamanı əynində olan gödəkçəsinin cibindən içərisində tapmış olduğu narkotik vasitə olan bir ədəd büküm aşkar edildi. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş büküm elektron tərəzidə çəkilib, polis əməkdaşları tərəfindən qablaşdırılıb götürüldü. Əməlindən peşimandır. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir ŞPŞ-nin PPXB-də polsi nəfəri vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat təxminən 17:10 radələrində Mingəçevir ŞPŞnin CAB-nin əməliyyat müvəkkili Şahid4, PPXB-nün polis nəfəri Şahid5 və o, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri N.Nərimanov prospekti 21/6 ünvanında yerləşən binanın qarşısında gəzərkən görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Bundan sonra Əhmədov X2 ŞPŞ-nə gətirildi. Polis şöbəsinə vəkil dəvət olundu və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib onun üzərinə axtarış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın cibindən 1 ədəd siqaretin qara rəngli bükümünü çıxarıb stolun üzərinə qoydu. Həmin bir ədəd qara rəngli kağız Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində heroinə oxşar narkotik vasitə olan kütlə olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bükümdə olan kütlənin heroin olduğunu, həmin heroini istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə saat 10:30 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən «Kolxoz Bazarı»ndə yerdən taparaq özü istifadə etmək üçün saxladığını bildirdi. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 dekabr 2022-ci il tarixdə saat 16:20 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yerləşən binanın qarşısında piyada gedən zaman ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Bundan sonra Əhmədov X2 ŞPŞ-nə gətirildi. Polis şöbəsinə vəkil dəvət olundu və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə şəxsi axtarış keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi. Sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi və baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin cibindən 1 ədəd sarı rəngli sellofan bükümündə içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olundu. Həmin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildi. Həmin gün saat 17:20 dəqiqdə video çəkiliş tətbiq etməklə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 üvanında yerləşən binanın 1 №-li mənzilinə baxış keçirilən zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan 1 ədəd ağ rəngli, sellofan torba aşkar edilərək götürüldü. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı 2 ay əvvəl Laçın rayonu ərazisində fəhlə işləyən zaman tapdığını, bir hissəsini özü istifadə etmək məqsədi ilə üstündə, digər hissəsini isə yaşadığı ünvan 7 üvanında yerləşən binanın 1 №-li mənzilində gizlədərək saxladığını bildirdi. Təqsirləndirilən şəxs əməli şahid kimi dindirilmiş Mingəçevir ŞPŞ-nin polis əməkdaşı Şahid2 məhkəmə iclasında verdiyi ifadəsi ilə, həmçinin şahidlər Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 120-121-ci vərəqlərində olan 19 yanvar 2020-ci tarixli şəxsi axtarış barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan qara rəngli şalvarın sol yan cibindən içərisində 0,75 (sıfır tam yüzdə yetmiş beş) qram çəkidə, ağsarımtıl rəngli xüsusi quruluşa malik narkotik vasitə heroinə oxşar kütlə aşkar edilməsi müəyyən olunmuşdur. İşin 32-33-cü vərəqlərində olan 27 dekabr 2022-ci tarixli şəxsi axtarış barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 paket Prima markalı siqareti, göy rəngli cins şalvarının sağ arxa yan cibindən 1 ədəd açarı, qara rəngli qış gödəkcəsinin sol iç yan cibindən 1 ədəd sarı rəngli sellofana bükülmüş bükümü və 1 paket Astra markalı siqareti, qış gödəkcəsinin sol yan cibindən 1 ədəd cib dəsmalını və göy rəngli cins şalvarının sağ arxa yan cibindən 1 parça kağızı könüllü olaraq təqdim etdi. Təqdim edilən büküm açılarkən içərisindəki kütlənin spesifik iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya bənər kütlə olması məlum oldu. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, onun üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan həmin kütlə narkotik vasitə olan marixuanadır. Həmin kütləni təxminən 2 ay bundan əvvəl Laçın rayonunda fəhlə işləyən zaman tapdığını və özünün istifadəsi məqsədilə üzərində saxladığını bildirdi. İşin 129-131-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 20 yanvar 2020-ci il tarixli, 27 saylı rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərinə “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş….” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-qara rəngli kağız bükümdə, təmiz çəkisi – 0,544 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroinin təmiz çəkisi- 0,544 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,494 qram. İşin 41-44-cü vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 28 dekabr 2022-ci il tarixli, 17/897 saylı rəyində göstərilir ki, üzərinə“vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunub götürülmüş sarı rəngli sellofanda ….” sözləri, adları və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sarı rəngli sellofan bükümdə, təmiz çəkisi – 11,53 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs yaşadığı mənzildən ağ sellofanda aşkar olunub götürülmüş…» sözləri, adlar və imzalar yazılmış kağız bağlamanın içərsindəki 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi, 137.46 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi- 148,99 qram, tədqiqata sərf edildi 0,010 qr.(hər ob- 0,05qr.) , qalıq 148,89 qram. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan bükümdə və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin 211-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 292 saylı 16 fevral 2023-cü il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionoidlərdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd gümüşü-qara rəngli kağız bükümün içərisində ümumi təmiz çəkisi 0,544 qram çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə-heroini xx.xx.2020-ci il tarixdə satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qara rəngli cins şalvarın sol yan cibində gizlədib saxlayaraq daşımış və həmin gün saat 17:15 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, N.Nərimanov prospekti 21/6 ünvanında yerləşən binanın yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 17:40 dəqiqədə üzərində şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynindəki qara rəngli cins şalvarın sol yan cibindən aşkar edilib götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ağ rəngli sellofan torbada ümumi təmiz çəkisi 148.99 qram narkotik vasitə - qurudulmuş marixuananı daşıyıb, yaşadığı Mingəçevir şəhəri, M.Maqomayev prospekti 75 ünvanında yerləşən binanın 1-ci mənzilinə aparmış, 148,99 qram çəkidə narkotik vasitə – qurudulmuş marixuananın 11,53 qram olan hissəsini qeyd olunan mənzildə 1 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisində özünə məxsus qara rəngli qış gödəkcəsinin sol iç cibində, digər 137.46 qram hisəsini yaşadığı M.Maqomayev prospekti 75 ünvanında yerləşən binanın 1-ci mənzilində yataq otağında yerləşən çarpayının yanındakı içərisində paltarlar olan kağız qutuların arasında gizlədərək saxlamış, 27 dekabr 2022-ci il tarixdə saat 16:20 radələrində Mingəçevir Şəhər Polis X1 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, M.Maqomayev prospekti 75 ünvanında yerləşən binanın qarşısında saxlanılıb Mingəçevir Şəhər Polis Şöbəsinə aparılaraq orada 27 dekabr 2022-ci il tarixdə saat 16:40 radələrində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qış gödəksəçinin sol iç cibində saxlayaraq daşıdığı sarı rəngli sellofan torbada ümumi təmiz çəkisi 11.53 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.2022-ci il tarixdə saat 17:20 radələrində onun yaşadığı M.Maqomayev prospekti 75 ünvanında yerləşən binanın 1-ci mənzilinə baxış keçirilərkən mənzildən 1 ədəd ağ rəngli sellofan tobada saxladığı təmiz çəkisi 137,46 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs əməli özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və iş materialları ilə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 163-164 vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirən hal müəyyən edilmədi. Cinayətin təkrar törədilməsi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə cəza təyini məsələsini həll edərkən Təqsirləndirilən şəxs əvvəllər də anoliji cinayət törətməsinə görə dəfələrlə məhkum olunmasını, islah olunmamasını, hazırda təkrar cinayət törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İşin 114-cü vərəqində olan şübhəli şəxsi tutma haqqında 19 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 159-160-ci vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin 21 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olumuşdur. İşin 25-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 27 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 76-77-ci vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin 29 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olumuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 4 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan həbs qətimkan tədbiri ilə əvəz olunmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlən tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,494 qram narkotik vasitə – heroin, 148,89 qram qurudulmuş marixuana məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 107,91 (bir yüz yeddi manat doqquz bir qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351- 353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 3(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 4 (dörd) gün CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1(bir) il 2(iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbs olunsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci olan 107,91 (bir yüz yeddi manat doxsan bir qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,494 qram narkotik vasitə – heroin, 148,89 qram qurudulmuş marixuana məhv edilsin. Hökmdən 20 gün müddətində Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-62/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-62/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver