Məhkəmə qərarları › İş №1(051)-62/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-62/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-62/2024 01.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1981-ci ildə Ukrayna Respublikası, Sovetski rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 4000 manat cərimə cəzasına məhkum edilmiş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 02 il müddətə azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2014cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzasına məhkum edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 1 il 6 ay azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən 03 (üç) il müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzanın 02 (iki) ay 15 (on beş) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Şəfa bağ massivi 9-cu küçədə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə-qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 (beş) qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 15.26 (on beş tam yüzdə iyirmi altı) qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 14.31 (on dörd tam yüzdə otuz bir) qramını əynindəki göy rəngli qış gödəkcəsinin sol yan cibindəki 1 ədəd ağ rəngli kağız bükümdə, qalan 0.95 (sıfır tam yüzdə doxsan beş) qramını isə əynindəki göy rəngli qış gödəkcəsinin sol döş cibindəki 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 19:40 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Sənaye parkının yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə gətirilərək orada həmin tarixdə saat 20:10-dən 20:22-dək olan müddət ərzində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən həmin 14.31 (on dörd tam yüzdə otuz bir) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əynindəki göy rəngli qış gödəkcəsinin sol yan cibindəki 1 ədəd ağ rəngli kağız bükümün, qalan 0.95 (sıfır tam yüzdə doxsan beş) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana isə əynindəki göy rəngli qış gödəkcəsinin sol döş cibindəki 1 ədəd qızılı-ağ rəngli kağız bükümün içərisindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, özünü qismən təqsirli bilir, belə ki, anasından pul tələb etmişdir. PŞ-də ona qarşı heç bir zorakı hərəkət olmamışdır. Anasından pul tələb etdiyi üçün ondan şikayət etmiş və səhər işə gedərkən toxuculuq kombinatının yaxınlığında polis əməkdaşları onu taksidən düşürüb PŞ-yə aparmışlar. Əvvəllər məhkum olunmuşdur deyə məcburiyyətdən hazırki ittihamla razılaşmışdır. Anası pul vermək istəmədi deyə, əsəbləşmiş və stəkanı sıxdığı üçün əlində qırılmış, anası əlinin qanamasını gördükdə qorxmuş və şikayət etmişdir. O, fəhləlik edirdi, uzun müddətdir ki, narkotik vasitədən istifadə etmir. Polis şöbəsində ona satışla ittiham irəli sürülməsin deyə, istifadə etməni qəbul etmişdir. Hazırda üzərindən çıxan narkotik vasitənin ona məxsus olmaması barədə heç bir dəlili yoxdur. Onun üzərindən çıxdığını iddia etdikləri marixuananı narkoman çəkməz. O,uzun müddətdir marixuana qəbul etmir, əsasən başqa ağır dozalı narkotik vasitələrdən istifadə edir. O, tutulan zaman yanında taksi sürücüsü və 4-5 nəfər polis əməkdaşı olmuşdur. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis Şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru xüsusi rütbəsində xidmət edir. 15 noyabr 2023-cü il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün şöbədə “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində Mingəçevir ŞPŞnin əməkdaşı Şahid3, Dilan İmanlı və o, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:40 radələrində Mingəçevir şəhəri, “Sənaye Parkının” yaxınlığında piyada hərəkət edən zaman görüb ona yaxınlaşaraq, barəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinə məlumat daxil olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Kərimov X1 ŞPŞ-yə gətirildi, polis şöbəsinə vəkil Hüseyn Əsgərov dəvət olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib öz razılığı ilə onun üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olundu ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda, hal şahidlərinin iştirakı məcburi deyildir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etsin. Bundan sonra saat 20:10-da vəkilin və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərindəki göy rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş bükümü, qara rəngli şalvarının sol yan cibindən 1 paket ağ rəngli Prima markalı siqareti, göy rəngli qış gödəkçəsinin sol döş cibindən 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü könüllü olaraq təqdim etmişdir. Təqdim edilən 1 ədəd ağ rəngli kağıza bükülmüş bükümün və 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş büküm açılarkən içərisində olan kütlənin spesifik iyindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuş və fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağıza bükülmüş büküm ilə birlikdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisinin 17.33 (on yeddi tam yüzdə otuz üç) qram olması, 1 ədəd qızılı rəngli siqaret kağızma bükülmüş büküm ilə birlikdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisinin 1.19 (bir tam yüzdə on doqquz) qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü və prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış və bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, 1 ədəd ağ rəngli kağıza bükülmüş bükümün və 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş büküm içərisindəki kütlənin narkotik vasitə olan “qurudulmuş marixuana” olduğunu şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə saxladığını və istifadəçisi olduğuna görə tutulmuş Təqsirləndirilən şəxs onun doğma övladıdır. Oğlu Rizvan bundan əvvəl də 6 dəfə məhkumluq həyatı yaşamışdır. Sonuncu məhkumluğu da narkotiklə bağlı olmuşdur. 2023-cü ilin may ayında azadlığa buraxılmışdır. Təxminən 2-3 ay sakit dayansa da, 2023-cü ilin senytabr ayından etibarən yenidən vəziyyətinin pisləşməsini müşahidə etmişdir. Bir müddət sonra ona bəlli olmuşdur ki, Rizvan narkotikdən yenə də isifadə edir. Belə ki, o, fərdi işlərlə məşğul olub qazandığı bütün pulu narkotikə verirmiş. Arada bir də ondan narkotik almağa görə pul istəmişdir. O da yazığı gəldiyindən ona 15-20 manat pul verirmişdir ki, narkotik vasitə alsın. Ona pul verməyinin səbəbi isə ağrıya dözə bilməməsi olmuşdur. O da bir ana kimi bunu qəbul edə bilməmiş, lakin son vaxtlar daha da vəziyyəti pisləşdiyindən, onun azadlıqda qalmağının sonunu yaxınlaşdırmasını başa düşmüşdür. Bu səbəbdən də onun məsuliyyətə cəlb edilməsi üçün Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Çünki onun üstündə həmişə böyük ehtimalla narkotik vasitə olurdu. Ərizəsindən 8 gün keçmiş bəlli olmuşdur ki, Rizvan Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuş və hazırda oğlu həbsdədir. Məhkəmə, ittihamın qanuni həll edilməsi üçün Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, həmçinin məhkəmə iclası zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətin olmasını nəzərə alaraq, onun ifadələrini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində əvvəllər məhkum olunmuşdur deyə, məcburiyyətdən hazırki ittihamla razılaşması, Polis şöbəsində ona satışla ittiham irəli sürülməsin deyə, istifadə etməni qəbul etməsi ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur deyə məcburiyyətdən hazırki ittihamla razılaşdığını, Polis şöbəsində ona satışla ittiham irəli sürülməsin deyə istifadə etməni qəbullandığını bildirmişdir. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən 1 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə 17.33 (on yeddi tam yüzdə otuz üç) qram, qalanı isə üzərindəki göy rəngli qış gödəkcəsinin sol döş cibindən 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümdə 1.19 (bir tam yüzdə on doqquz) qram çəkidə, narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlələr aşkar edilməsi videoçəkiliş zamanı öz əksini tapmışdır. Təqsirləndirilən şəxs video çəkiliş zamanı heç bir xüsusat üzrə etiraz bildirməmişdir. Bütün bu xüsusatlar isə video diskdə öz əksini tapmışdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin məcburiyyətdən hazırki ittihamla razılaşması ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin həmin hissəsinin inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan 15 noyabr 2023-cü il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki göy rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş büküm ilə birlikdə ümumi çəkisi 17.33 (on yeddi tam yüzdə otuz üç) qram, həmçinin üzərindəki göy rəngli qış gödəkcəsinin sol döş cibindən 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş büküm ilə birlikdə ümumi çəkisi 1.19 (bir tam yüzdə on doqquz) qram çəkidə, narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlələr aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan “DVD” diskə baxış keçirilməsinə dair xx.xx.2023cü il tarixli protokoldan görünür ki, diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki göy rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə 17.33 (on yeddi tam yüzdə otuz üç) qram, qalanı isə üzərindəki göy rəngli qış gödəkcəsinin sol döş cibindən 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümdə 1.19 (bir tam yüzdə on doqquz) qram çəkidə, narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlələr aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/788 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd qızılı rəngli və 1 ədəd ağ rəngli kağız bükümdə olan narkotik vasitəyə oxşar kütlə.” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01(bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 14.31 qram və 01(bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0.95 qram, ümumi çəkiləri- 15.26 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01(bir) ədəd ağ rəngli və 01(bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2089 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanımaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi xalis təmiz çəkisi 15.26 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadan məhkəmə-bioloji ekspertizasının tədqiqatına 0,10 qram sərf edildikdən sonra qalan qalıq 15.16 qram olan narkotik vasitə - qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.2– ci maddəsi ilə ittiham elan edilməsi rədd edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021–ci il tarixli 1(051)–66/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən 3 (üç) il müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 7(002)–346/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzasının 02 (iki) ay 15 (on beş) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məktubdan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021–ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(002)–346/2023 nömrəli qərarına əsasən cəzanın çəkilməmiş 02 (iki) ay 15 (on beş) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Cəza müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bugünkü tarixə Təqsirləndirilən şəxs təyin olunmuş 4000 manat cərimə cəzasından 499.38 manat ödəniş edilmiş, 3500.62 manat isə ödənilməmiş qalmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2023–cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə AR CM-in 177.2.1,177.2.3-cü maddələri ilə təqsirli bilinib 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2012–ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 2 (iki) il müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2015–ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018–ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021–ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, Şəki Apelyasiya Məhkəməsinin 15 aprel 2021–ci il tarixli qərarı ilə 1 (bir) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021–ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən 3 (üç) il müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzanın çəkilməmiş 02 (iki) ay 15 (on beş) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəza müddəti xx.xx.2023-cü il tarixdə başa çatmış, Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 15.26 (on beş tam yüzdə iyirmi altı) qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 14.31 (on dörd tam yüzdə otuz bir) qramını əynindəki göy rəngli qış gödəkcəsinin sol yan cibindəki 1 ədəd ağ rəngli kağız bükümdə, qalan 0.95 (sıfır tam yüzdə doxsan beş) qramını isə əynindəki göy rəngli qış gödəkcəsinin sol döş cibindəki 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə saxlayıb daşımaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 15.26 (on beş tam yüzdə iyirmi altı) qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 14.31 (on dörd tam yüzdə otuz bir) qramını əynindəki göy rəngli qış gödəkcəsinin sol yan cibindəki 1 ədəd ağ rəngli kağız bükümdə, qalan 0.95 (sıfır tam yüzdə doxsan beş) qramını isə əynindəki göy rəngli qış gödəkcəsinin sol döş cibindəki 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 19:40 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Sənaye parkının yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə gətirilərək orada həmin tarixdə saat 20:10-dən 20:22-dək olan müddət ərzində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən həmin 14.31 (on dörd tam yüzdə otuz bir) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əynindəki göy rəngli qış gödəkcəsinin sol yan cibindəki 1 ədəd ağ rəngli kağız bükümün, qalan 0.95 (sıfır tam yüzdə doxsan beş) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana isə əynindəki göy rəngli qış gödəkcəsinin sol döş cibindəki 1 ədəd qızılı-ağ rəngli kağız bükümün içərisindən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, həmçinin müəyyən etdi ki, Kərimov X1 şəhər Məhkəməsinin xx.xx.2021– ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzalarına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 15 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, bugünkü tarixə Təqsirləndirilən şəxs təyin olunmuş 4000 manat cərimə cəzasından 499.38 manat ödəniş edilmiş, 3500.62 manat isə ödənilməmiş qalmışdır. xx.xx.2023-cü il tarixdə Cinayət Məcəlləsinin həmin maddəsi ilə qəsdən cinayət törətmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti xx.xx.2023-cü il tarixdə yəni, hökm qanuni qüvvəyə mindikdən sonra törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza, hökmlərin məcmusu qaydasında təyin edilməlidir. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə və həmin Məcəllənin 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, şəhid övladı olmasını, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il tarixdə doğulmuş Ayşən adlı yetkinlik yaşına çatmayan uşağı, xx.xx.2012-ci il tarixdə doğulmuş Rufan, xx.xx.2014-cü il tarixdə doğulmuş Aysun və xx.xx.2015-ci il tarixdə doğulmuş Aygün adlı 3 nəfər azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yataqxana komendatlığına heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1993-cü il tarixdə Ağdam rayonu uğrunda gedən döyüşlərdə həlak olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1981-ci il tarixdə X3 ilə Şahid1 birgə nikahından doğulmuşdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə AR CM-in 177.2.1,177.2.3-cü maddələri ilə təqsirli bilinib 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş və cərimə cəzası tam ödənilməmiş, bundan sonra Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, xx.xx.2018–ci il tarixli, xx.xx.2021–ci il tarixli və Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmlərinə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzalarına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə Mingəçevir şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 15 gün hissəsindən vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq, cərimə cəzasının 3500.62 manat hissəsi ödənilməmiş qalmış, yəni tam icra edilməmişdir. Bununla belə Təqsirləndirilən şəxs yenidən, yəni xx.xx.2023-cü il tarixdə Cinayət Məcəlləsinin həmin maddəsi ilə qəsdən cinayət törətmişdir. Təqsirləndirilən şəxs əvvəlki hökmlər üzrə məhkumluğu ödənilmədən yenidən 4 dəfə qəsdən az ağır cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli CM-in 18.3–cü maddəsinin tələbinə görə cinayətin xüsusi təhlükəli residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.6-cı maddəsinə əsasən birinci və apelyasiya instansiyası məhkəməsi üçün şəxsin əvvəllər məhkum edilməsinə və ya bəraət almasına dair qanuni qüvvəyə minmiş hökm şərtsiz məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 28 və 71-ci maddələrinin İİ hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə münasibətdə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 sentyabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, həmçinin Cinayət Məcəlləsinin 83.4 və 83.4-1-ci maddələrinə görə, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Göründüyü kimi, qanunverici məhkumluğun ödənilməsi müddətinin başlanğıcı olaraq şəxsin törətdiyi konkret cinayətə görə ona təyin olunmuş cəzanın deyil, şəxsin faktiki olaraq çəkdiyi cəzanın bitmə anını görür. Beləliklə, məhkumluğun ödənilməsi təyin olunmuş cəzaya münasibətdə deyil, faktiki çəkilən cəzaya münasibətdə hesablanır və real cəzanın çəkilib qurtardığı gündən başlayır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs narkotik vasitəqurudulmuş marixuananı əldə etməsini və daşımasını xx.xx.2023-cü il tarixdə həyata keçirmiş və bu andan ona istinad olunan narkotik vasitənin əldə edilməsi və daşınması əməlləri başa çatmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində xüsusilə təhlükəli residivə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirli bilinib Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün çəkilməmiş 3500.62 manat məbləğində cərimə cəzasını, həmin Məcəllənin 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə, yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cərimə cəzasının çəkilməmiş hissəsi tamamilə birləşdirilməklə azadlıqdan məhrum etmə və cərimə növündə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2–ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tamamilə toplanmış, əvvəlki hökmlə təyin edilmiş, 4000 (dörd min) manat məbləğində cərimə cəzasından ödənilməmiş qalmış 3500.62 (üç min beş yüz manat altmış iki qəpik) manat cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.4–cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz xx.xx.2023–cü il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, onun həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2023–cü il tarixdən hesablanmışdır. Eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(051)-62/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxılaraq onun barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM–in 93.1.4–cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqatlara sərf olunduqdan sonra qalan qalıq çəkisi 15.16 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 34,55 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün çəkilməmiş hissəsi olan 3500.62 (üç min beş yüz manat altmış iki qəpik) manat cərimə cəzası ilə tam toplanmaqla onun üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə və 3500.62 (üç min beş yüz manat altmış iki qəpik) manat cərimə cəzası saxlansın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqatlara sərf olunduqdan sonra qalıq təmiz çəkisi 15.16 qram olan narkotik vasitəqurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar