Məhkəmə qərarları › İş №1(051)-63/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-63/2020

05.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-63/2020 05.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi x1, Şikayət verən şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 A mənzil 28 ünvanında qeydiyyatda olan, Mingəçevir şəhəri Tərəvəzçilik sovxozu Kənar küçəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 30.04.2020-ci il tarixdə saat 17:30 radələrində Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “555” kafesinin yan tərəfində qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs söhbət əsasında sonuncunun Şahid2 ilə telefonda danışmasını və görüşüb söhbət etməsini ondan gizlətdiyinə görə irad bildirən zaman şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyətinə bir dəfə vurub, ona burun sümüyünün qapalı az yerdəyişən sınığı və üst dodağında yara ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngün zərər vurmuşdur. Məhkəmə baxışı iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs ilə münasibətləri vardır. 30.04.2020-ci il tarixdə Gülyanağın yaşadığı evin qarşısına “VAZ-21074” markalı avtomobillə Məhəmmədəli adlı şəxsin gəlib getməsi barədə məlumat almışdır. 30.04.2020ci ildə Məhəmmədəli ilə görüşəndə o, Mədinənin telefonu vasitəsi ilə Gülyanaqla danışdığını dedi. Həmin gün Gülyanağın işlədiyi “Arifoğlu” marketinə getdi. Gülyanaq Məhəmmədəlinin onun qardaşı arvadı Mədinəyə zəng edib onunla danışdığını dedi. Bundan sonra marketdə satıcı işləyən Mədinəyə yaxınlaşıb nə üçün belə hərəkət etdiyini soruşdu. Mədinə də ona yaxşı elədiyini dedi. Həmin günü saat 17:00 radələrində Gülyanaq işdən çıxanda onunla birlikdə piyada Mingəçevir şəhəri AzDres qəsəbəsində yerləşən “555” kafesinin qarşısına gəldilər. Orada Məhəmmədiyə zəng edib çağırdı. Bir qədər sonra Məhəmmədəli oraya gələrək Mədinənin telefonuna zəng edib Gülyanaqla danışdığını və üzbəüz görüşdüyünü, lakin rədd cavabı aldığını dedi. Gülyanaq bütün bunları ondan gizlətdiyi üçün əsəbləşib irad bildirdi. Aralarında mübahisə yarandı. Mübahisə zamanı Gülyanağın sifət nahiyyəsinə qəsdən 1 dəfə yumruqla vurub xəsarət yetirdi. Əməlindən peşmandır. Hazırda Gülyanaq ilə barışmışlar. İş üzrə icraata xitam verilməsini xahiş edir. Şikayət verən şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində bildirdi ki, Elçinlə münasibətləri vardır. 2019-cu ilin dekabr ayında “Arifoğlu” marketində kassir kimi işə düzəldikdən sonra Elçinlə aralarında qısqanclıq zəminində mübahisə yaranırdı. Təxminən, 3 ay bundan qabaq qardaşı arvadı Şahid1 ilə işdən çıxıb piyada evə gedən zaman Məhəmmədli adlı şəxs ona yaxınlaşaraq ondan xoşu gəldiyini dedi. Bu zaman Mədinənin yolda yaxınlaşmağı düzgün olmadığını bildirib zəng edib telefonda sözünün deməsi üçün mobil nömrəsini Məhəmmədəliyə verdi. Bir qədər keçəndən sonra Məhəmmədəli Mədinəyə zəng etdi və həmin günü Məhəmmədəli ilə yaşadığı evin yaxınlığında görüşüb ona rədd cavabı verdi. 30.04.2020-ci il tarixdə saat 15:00 rədədlərin Elçin bu barədə məlumat əldə edib işlədiyi marketə gəlib Mədinə ilə mübahisə etdi. Həmin günü saat 17:00 radələrində işdən çıxanda Elçinlə piyada Mingəçevir şəhəri AzDres qəsəbəsində yerləşən “555” kafesinin qarşısına gəldilər. Elçin Məhəmmədliyə zəng edib oraya çağırdı. Bir qədər sonra Məhəmmədəli oraya gələrək onunla üzbəüz görüşdüyünü, lakin rədd cavabı aldığını deyəndə Elçin əsəbləşib yumruqla onun sifət nahiyyəsinə vurub burun nahiyyəsinə xəsarət yetirdi. Hal-hazırda Elçin ilə barışmışlar. Elçindən heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Materiala əlavə olunmuş məhkəmə tibb ekspertizasının 244 №li 30 aprel 2020-ci il tarixli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:– burun sümüyünün qapalı az yerdəyişən sınığı və üst dodağında yara küt əşyanın təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən 30.04.2020-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gelir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayət verən Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ndənəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı, şikayət verən şəxsin ifadəsi və iş üzrə toplanmış digər sübutlarlada tam təsdiq edilir və onun törətmiş olduğu əməl təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Materialda olan DİN Baş əməliyyat və Statistika informasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Materiala əlavə olunmuş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, onlar barışmışlar, bir-birilərinə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə şikayət verən şəxsin və əməli törətmiş şəxsin ərizələrini, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə mülki tələb, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci, Cinayət Prosessual Məcəlləsinin 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar