Məhkəmə qərarları › İş №1(051)-63/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-63/2021

13.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-63/2021 13.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi1 oğlu Zərərçəkmiş şəxs X7 hüquqi varisi Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X6, X1 nümayəndəsi və vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri A.Şaiq küçəsi ev 5 mənzil mnzil 36-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 30.11.2019-cu il tarixdə saat 21 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs6 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə pəncərədən qanunsuz daxil olub oradan bir ədəd dəyəri 720 manat olan qızıl sırğa-üzük dəstini, hər birinin dəyəri 360 manat olan iki ədəd qızıl üzüyü, bir ədəd dəyəri 240 manat olan qızıl üzüyü, bir ədəd dəyəri 120 manat olan qızıl üzüyü və bir ədəd dəyəri 100 manat olan qızıl dişi gizli olaraq talayaraq mənzili tərk etmiş, bununla da o, saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs6 1900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2020-ci ilin iyun ayının əvvəllərində saat 21 radələrində X23 ilə qabaqcadan əlbir olub qrup şəklində birləşərək aralarında olan razılığa əsasən Azər Əliyev çöldə pusquda dayanaraq ətrafı gözətləmiş, o isə Zərərçəkmiş şəxs11 məxsus Mingəçevir şəhər ünvan 2 ünvanında yerləşən yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq oradan bir ədəd dəyəri 320 manat və bir ədəd dəyəri 180 manat olan iki ədəd “Hisense” markalı televizorları gizli olaraq talayaraq mənzili tərk etmiş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs11 500 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 15.06.2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs10 məxsus Mingəçevir şəhər A.Məmmədov küçəsi ev 8/4, mənzil 21-də yerləşən mənzilə pəncərədən qanunsuz daxil olub oradan 5000 manat pul, 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 1.700 olan 1400 ABŞ dolları pulu, bir ədəd 6000 manat dəyərində qızıl boyunbağını, bir ədəd 1560 manat dəyərində qızıl qolbağını, bir ədəd 600 manat dəyərində qızıl sırğa-üzük dəstini, bir ədəd 360 manat dəyərində qızıl boyunbağını, bir ədəd 240 manat dəyərində qızıl üzüyü, bir ədəd 300 manat dəyərində qızıl tək qaş üzüyü, bir ədəd 300 manat dəyərində qızıl üzüyü və bir ədəd 360 manat dəyərində qızıl nişan üzüyünü gizli olaraq talayaraq mənzili tərk etmiş, bununla da saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs10 17100 manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 14.07.2020-ci il tarixdə saat 21 radələrində X11 məxsus Mingəçevir şəhər A.Şaiq küçəsi ev 15, mənzil 32-də yerləşən mənzilə pəncərədən qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 540 manat dəyərində qolbağı, bir ədəd 500 manat dəyərində 5 qramlıq qızıl klonu, bundan başqa Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 1200 manat dəyərində sırğa-üzük dəstini, 1200 manat dəyərində qızıl qadın üzüyünü, bir ədəd 900 manat dəyərində 7,5 qram çəkidə qızıl klonu, bir ədəd 800 manat dəyərində qızıl boyunbağını, bir ədəd 200 manat dəyərində qızıl üzüyü, bir ədəd 300 manat dəyərində qızıl üzüyü, bir ədəd 120 manat dəyərində uşaq üçün qolbağı, bir ədəd 75 manat dəyərində uşaq üçün qızıl qolbağı, bir ədəd 100 manat dəyərində uşaq üçün qızıl klonu, bir cüt 200 manat dəyərində qızıl sırğanı, bir ədəd 420 manat dəyərində qızıl boyunbağını, həmçinin Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 3200 manat dəyərində boyunbağı-qolbağı dəstini, bir ədəd 1800 manat dəyərində sırğa-üzük dəstini, bir ədəd 1200 manat dəyərində briliyant qaşlı üzüyü, bir cüt 200 manat dəyərində uşaq üçün qızıl sırğanı və bir ədəd 180 manat dəyərində qızıl qolbağını gizli olaraq talayaraq mənzili tərk etmiş, bununla da saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxslərə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 13135 manat məbləğində yəni, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 29.07.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 məxsus Mingəçevir şəhər F.Əzimov küçəsi ev 33, mənzil 37-də yerləşən mənzilə pəncərədən qanunsuz daxil olub oradan 13 manat pulu, bir ədəd 240 manat dəyərində qızıl kişi üzüyünü, bir ədəd 540 manat dəyərində qızıl qadın üzüyünü, bir ədəd 180 manat dəyərində qızıl qadın üzüyünü və bir ədəd 120 manat dəyərində qızıl klonu gizli olaraq talayaraq mənzili tərk etmiş, bununla da saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs5 1093 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02.08.2020-ci il tarixdə Zərərçəkmiş şəxs8 məxsus Mingəçevir şəhər M.Mahmudov küçəsi ev 11, mənzil 12-də yerləşən mənzilə pəncərədən qanunsuz daxil olub oradan 1900 manat pulu, bir ədəd 780 manat dəyərində qızıl qolbağını, bir ədəd 300 manat dəyərində qızıl boyunbağını, bir ədəd 300 manat dəyərində qızıl klonu, bir ədəd 420 manat dəyərində qızıl üzüyü və bir ədəd 300 manat dəyərində briliyant qaşlı qızıl üzüyü gizli olaraq talayaraq mənzili tərk etmiş, bununla da saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs8 4000 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 26.08.2020-ci il tarixdə saat 21 radələrində X23 ilə qabaqcadan əlbir olub qrup şəklində birləşərək aralarında olan razılığa əsasən Azər Əliyev çöldə pusquda dayanaraq ətrafı gözətləmiş, o isə X4 məxsus Mingəçevir şəhər Nizami küçəsi ev 6A, mənzil 26-da yerləşən mənzilə pəncərədən qanunsuz daxil olub oradan bir ədəd 320 manat dəyərində “Samsung” markalı televizoru, bir ədəd 280 manat dəyərində “LG” markalı televizoru, bir ədəd 280 manat dəyərində “Samsung” markalı mobil telefonu və 50 manat pulu gizli olaraq talayaraq mənzili tərk etmiş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxs X4 məxsus 930 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 27.08.2020-ci X12 məxsus Mingəçevir şəhər C.Əliyev küçəsi ev 26, mənzil 36-da yerləşən mənzilə pəncərədən qanunsuz daxil olub oradan sonuncunun arvadı Zərərçəkmiş şəxs9 məxsus 703 manat pulu gizli olaraq talayaraq mənzili tərk etmiş, bununla da saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs9 703 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 01.09.2020-ci il tarixdə saat 21 radələrində X23 ilə qabaqcadan əlbir olub bir qrup şəklində birləşərək aralarında olan razılığa əsasən Azər Əliyev çöldə pusquda dayanaraq ətrafı gözətləmiş, o isə Zərərçəkmiş şəxs7 məxsus Mingəçevir şəhər D.Əliyeva küçəsi ev 16, mənzil 57-də yerləşən mənzilə pəncərədən qanunsuz daxil olub oradan bir ədəd 180 manat dəyərində “Zimmer” markalı televizoru mənzilə daxil olduğu pəncərənin qarşısına gətirərək döşəməyə qoymuş, lakin Zərərçəkmiş şəxs7 evə qayıdaraq qapını açmağa çalışmasını bilib bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib mənzildən çıxaraq Zərərçəkmiş şəxs7 məxsus 180 manat dəyərində əmlakı gizli yolla talamağa, yəni oğurlamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, cəmi 5 mənzildən, yəni Mingəçevir şəhəri A.Şaiq küçəsi 15 saylı evin 32 saylı mənzilinə, Mingəçevir şəhəri D.Əliyeva küçəsi 16 saylı evin 57 saylı mənzilinə, Mingəçevir şəhəri F.Əzimova küçəsi 33 saylı evin 37 saylı mənzilinə, Mingəçevir şəhər ünvan 2 ünvanında yerləşən yaşayış evinə, ünvan 3llinə daxil olub oğurluq etmişdir, lakin həmin mənzillərdən də oğurladıqları əşyaların sayı ittihamda göstərilən qədər olmamışdır. Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2020-ci ilin iyun ayının ortalarında Azər günorta satlarında onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq axşam saatlarında görüşəcəklərini bildirdi. Axşam təxminən saat 21 radələrində Mingəçevir şəhəri, S.Vurğun adına parkda Azərlə görüşdülər. Söhbət zamanı Azər ona Mingəçevir şəhəri A.Məmmədov küçəsində 16 nömrəli orta məktəbin yaxınlığında yerləşən binanın yaxınlığına getməyi bildirdi. Bundan sonra onlar birlikdə S.Vurğun parkının yaxınlığında 2104 markalı taksi fəaliyyəti ilə məşğul olan avtomobilə əyləşib qeyd olunan ünvana getdilər. A.Məmmədov küçəsində 16 saylı məktəbin yaxınlığında Azər avtomobildən düşdü, ona bir nəfər qadınla görüşəcəyini bildirdi. A.Məmmədov küçəsində ara binanın qarşısına getdilər. Azər ona həmin ünvanda yaşayan qadınla görüşəcəyini bildirdi. Ona isə kənarda dayanıb gözləməyini dedi. O, kənarda dayanıb gözlədi. Qısa müddət ərzində yəni təxminən 15 dəqiqə sonra Azər geri qayıtdı. Azərin üst başının tozlu olduğunu gördü, ondan nə etdiyini soruşub dərhal əli ilə Azərin əynində olan şalvarın cibini yoxladı. Hiss etdi ki, Azərin cibində nəsə var. Azər cibindən 1 cüt sırğa və 1 ədəd üzük çıxarıb ona göstərərək həmin qızılları orada yaşayan sələmçiliklə məşğul olan qadının evindən oğurladığını bildirdi. O isə Azərə nəyə görə ona yalan məlumat verərək tanıdığı qadınla görüşəcəyini bildirməsini soruşdu. Azər isə mənzilə özünün daxil olduğunu, onluq bir şey olmadığını dedi. Ertəsi gün o, Azərlə şəhər ərazisində görüş zamanı Azər ona 300 manat məbləğdə pul verdi. Lakin sonradan həmin puldan 100 manatı Azərə geri qaytarmağını dediyi üçün o da geri qaytardı. 2020-ci ilin iyul ayının ortalarında axşam saatlarında Azər istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** yada ki, ***-***-**-** mobil telefon nömrələrindən birinə zəng edərək onunla görüşmək istədiyini bildirdi. O da Azərə yaşadığı evin yaxınlığında olduğunu bildirdi. Bir qədər sonra Azər idarə etdiyi avtomobillə onun yaşadığı evin yaxınlığına gəldi. Söhbət zamanı Azər borcu yarandığını, borclu oduğu şəxslərin pullarını geri istədiklərini bildirdi. Həmçinin, ona yaxınlıqdakı binaların birinci mərtəbəsindən oğurluq etməyi təklif etdi. O da Azərə həmin ərazidə yaşadığını bildirərək həmin ərazidə vətəndaşların daima həyətdə olduqlarını bildirərək oğurluq etməyin çətin olduğunu dedi. Lakin Azər təkidlə həmin ərazidə gəzib mənzillərə baxmağı israr etdiyi üçün o, Azərlə birlikdə gəzmişlər. Mingəçevir şəhəri, A.Şaiq küçəsi 15 saylı yaşayış binasının qarşısından keçərkən 1-ci mərtəbədəki evlərdən ikisinin işıqlarının yanmadığını gördülər. O, təklif etdi ki, keçsinlər binanın arxasından mənzillərə baxsınlar, həmin mənzillərin arxa otaqlarının da işıqları yanmırsa mənzilə daxil olub oğurluq etsinlər. Mənzilin arxa hissəndə də baxdıqdan sonra gördü ki, işıqlar yanmır. O, mənzilin eyvanına yaxınlaşdı. Eyvandakı plastik pəncərənin üzərində qurlaşdırılmış dəmir barmaqlığın da açıq olduğunu görüb həmin yerdən mənzilə daxil olmaq qərarına gəldi. Eyvana qalxıb pəncərədən içəri daxil olmuşdur. Həmin zaman Azər kənarda pusquda dayandı. Mənzildəki otaqları axtarmağa başladı. Sonra yataq otağına keçdi. Orada sandıq olmuşdur. Sandığın üzərinə parça salınmışdır. Sandığın kilidinin olmadığını görüb qapağını açdı. Sandığın içərisində parça arasında qızıl zinət əşyalarının olduğunu hiss etdi. Həmin parçada olan qızıl zinət əşyalarını götürüb mənzilə daxil olduğu yerdən də bayıra çıxdı. Bayırda onu gözləyən Azərə yaxınlaşıb mənzildən oğurladığı qızılları Azərə göstərdi. Həmin qızıllar 1 cüt qadın sırğası, 1 ədəd qadın üzüyü, 1 ədəd kişi üzüyü, 1 ədəd qadın qolbağı olmuşdur. O, Azərə qızıl zinət əşyalarının satışı və alışı ilə məşğul olan tanışının olduğunu bildirib qızıl zinət əşyalarını satıb pulundan Azərə də verəcəyini dedi. Daha sonra Azər də oradan aralaşıb getdilər. O, tanışı, qızıl zinət əşyalarının alqı-satqısı ilə məşğul olan Əfqan adlı şəxsə zəng edib Əfqanla görüşmək istədiyini bildirdi. Əfqan onu səsindən tanıdı. O, Əfqanla görüşmək istədiyini bildirdi. Əfqan isə yaşadığı evdə olmadığını bir qədər sonra onunla görüşə biləcəyini dedi. Bir qədər sonra Əfqanın yaşadığı evin yaxınlığına getdi. Orada Əfqanla görüşən zaman oğurladığı qızılları Əfqana göstərdi. Həmin qızılların Bakı şəhərində yaşayan tanışına məxsus olduğunu dedi. Əfqan qızıllara baxıb üzərindən tərəzi çıxarıb çəkərək miqdarının 55 qram olduğunu və bunun müqabilində ona 2200 manat məbləğdə pul verəcəyini dedi. Əfqan ona 2200 manat məbləğdə pul verdi. O, pulu Əfqandan aldıqdan sonra Azərə zəng edib Azərlə şəhər ərazisində görüşdü, Azərə qızılları min manata satdığını bildirib Azərə beş yüz manat məbləğdə pul vermişdir. Özünə qalan 1700 mana məbləğdə pulu gündəlik tələbat xərclərinə sərf etmişdir. 2020-ci ilin avqust ayının 26-da Mingəçevir şəhəri, Nizami küçəsi 6A saylı binanın yaxınlığında olarkən Azər ona zəng edərək harda olduğunu soruşdu. O, Azərə olduğu yeri dedi. Bir qədər sonra Azər özünə məxsus avtomobillə onun yanına gəldi. O, Azərin avtomobilinə əyləşdikdə avtomobilin arxa oturacağında iki ədəd televizor və Azərin əlində bir ədəd telefon olduğunu gördü. O, Azərdən televizorları və telefonu hardan əldə etdiyini soruşduqda Azər ona Nizami küçəsi 6A saylı binanın birinci mərtəbəsində yerləşən mənzildən oğurluq etdiyini dedi. Azər daha sonra tanışına zəng edərək iki ədəd işlənmiş televizor olduğunu, həmin telvizorları 300 manata satdığını dedi. Onlar Azərə məxsus avtomobillə Səbuhinin yaşadığı binanın qarşısına getdilər. Onlar birlikdə iki ədəd televizoru götürüb Azərin tanışına məxsus evə qalxdılar. Orada Azər tanışına iki ədəd televizoru iki yüz manta satdı. Azər həmin iki yüz manatı ona verdi və oğurluq etməyi barədə heç kimə bir söz deməməyini bildirdi. Bundan başqa o, 2019-cu ildə bir neçə oğurluq hadisəsi törətmişdi. Belə ki, o, 2019-cu ildə dəqiq xatırlamadığı tarixdə Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 13 saylı binanın 1-ci mərtəbəsində yerləşən mənzildən oğurluq etdi. O, həmin mənzildən tək özü oğurluq etdi. Axşam saat 21-22 radələrində N.Nərimanov küçəsi ilə hərəkət edərkən N.Nərimanov küçəsi 13 saylı binanın 1-ci mərtəbəsində yerləşən mənzilin işığının yanmadığını gördü və həmin mənzildən oğurluq etmək qərarına gəldi. O, mənzilin binanın qabaq tərəfinə açılan pəncərəsinin açıq olduğunu, pəncərədə setka olduğunu gördü. O, pəncərədə olan setkanı çıxarıb evə daxil oldu. Onun daxil olduğu yer mətbəx oldu. Həmin mənzil 1 otaqlı olmuşdur. Həmin otaq isə mətbəxdən sağ tərəfdə yerləşirdi. O həmin otağı axtardı və otaqdan bir ədəd saat, bir ədəd qızıl üzük və 20 manat pul tapdı. O, tapdığı əşyaları götürdü və mənzili tərk etdi. O, mənzildən oğurladığı bir ədəd saatı köhnə olduğu üçün tulladı. Bir ədəd qızıl üzüyü isə qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olan Rauf adlı şəxsə satdı. Lakin Raufa həmin qızıl üzüyün oğurluq olmasını demədi. O, həmin qızıl üzüyü satarkən Raufa şəxsiyyət vəsiqəsinin surətini də verdi. Rauf tanışı olan Əfqanın qaynıdır. O həmin mənzildən oğurladığı 20 manat pulu isə gündəlik xərclərinə sərf etdi. Bundan başqa o, 2019-cu ilin noyabr ayının 30-da Mingəçevir şəhəri F.Əzimov küçəsi 7 saylı binanın 1-ci mərtbəsində yerləşən mənzildən oğurluq etdi. Lakin o, hansı saatda oğurluq etdiyini dəqiq xatırlamır. O, hava qaralan vaxt həmin ərazidə gəzərkən F.Əzimov küçəsi 7 saylı binanın 1-ci mərtəbəsində yerləşən mənzilin işıqlarının yanmadığını gördü. O, həmin məzilin binanın arxa tərəfinə açılan taxta pəncərəsinin açıq olduğunu gördü və həmin pəncərədən evə daxil oldu. Onun evə daxil olduğu otağın nə otağı olduğunu xatırlamır. O həmin otaqdan mənzilin dəhlizinə keçdi. Daha sonra mətbəxə keçib mətbəxdən balkona keçdi və balkondan mənzilin yataq otağına daxil oldu. O, yataq otağında sandıq tapdı və sandığı axtardıqda sandığın içərisində iki ədəd qızıl üzük və 1 ədəd qızıl diş tapdı. O həmin iki ədəd qızıl üzük və 1 ədəd qızıl dişi götürdü və mənzilə daxil olduğu pəncərədən mənzili tərk etdi. O bir neçə gündən sonra mənzildən oğurladığı iki ədəd qızıl üzük və bir ədəd qızıl dişi Rauf adlı şəxsin atasının işlətdiyi mağazada Raufun atasına 480 manata satdı. Lakin o, Rauf adlı şəxsin atasına qızılların oğurluq olmasını demədi. O, həmin şəxsə şəxsiyyət vəsiqəsinin surətini də verdi və satdığı iki ədəd qızıl üzük və bir ədəd qızıl dişi ona münasibətdə olduğu bir nəfər qızın verdiyini dedi. Bundan başqa o, 2020-ci ilin may ayında Azərlə birlikdə Mingəçevir şəhəri, Samux küçəsində piyada gəzərkən Azər ona gözləməyini, bir qədər sonra gələcəyini dedi. O, Azərlə razılaşdı. Bir qədər sonra Azər əlində iki ədəd televizor ilə onun yanına gəldi. O, Azərdən həmin televizorları hardan əldə etdiyini soruşduqda Azər ona həmin televizorları yaxınlıqda yerləşən yaşayış evindən oğurladığını dedi. Daha sonra o, Azərlə birlikdə yoldan keçən taksilərdən birinə mindi və Azərin tanışı olan, Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yaşayan Səbuhi adlı şəxsin yaşadığı evə apardılar. Azər televizorları satıb əldə etdiyi puldan 50 manat pul verdi, o isə puldan imtina etdi. Bundan başqa o, 2020-ci ilin iyul ayının sonlarında Mingəçevir şəhəri, F.Əzimov küçəsi 33 saylı binanın 1-ci mərtəbəsində yerləşən mənzildən oğurluq etdi. O, axşam saatlarında F.Əzimov küçəsi 33 saylı binanın arxa tərəfində gəzərkən binanın 1-ci mərtbəsində yerləşən mənzilin işıqlarının yanmadığını gördü. O, daha sonra həmin mənzildən oğurluq etmək qərarına gəldi və mənzilin binanın arxa tərəfinə olan açıq pəncərəsindən mənzilə daxil oldu. Onun daxil olduğu yer balkon olmuşdur. O, balkondan kolidora, kolidordan isə mənzilin yataq otağına keçmişdir. O, yataq otağını axtarmağa başladı və yataq otağındakı şkafın içərisindəki mələfələrin arasında 10 manat pul, yataq otağında olan sandığın içərisində isə bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa tapdı. O, oğurladığı əşyaları götürüb mənzilə daxil olduğu yerdən mənzili tərk etdi. O, təxminən 3-4 gün sonra mənzildən oğurladığı bir ədəd qızıl üzük və bir cüt qızıl sırğanı yenə də Rauf adlı şəxsin atasına satdı. O, Raufun atasına bir ədəd qızıl üzük və bir cüt qızıl sırğası olduğunu, həmin qızıl-zinət əşyalarını satmaq istədiyini, həmin qızılları ona münasibətdə olduğu bir qızın verdiyini dedi. Həmin şəxs ondan qızılları götürdü və özünə məxsus mağazaya aparıb qızıllara baxacağını dedi. O, həmin şəxslə razılaşdı. O, növbəti gün həmin şəxsə məxsus mağazaya getdi və həmin şəxs ona qızılların qarşılığında 95 manat pul verdi. Bundan başqa o, 2020-ci ilin avqust ayının təxminən 2-si və ya 3-ü tarixində Mingəçevir şəhəri M.Mahmudov küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən mənzildən oğurluq etmişdir. O, avqust ayının əvvəllərində axşam saat 20 radələrində M.Mahmudov küçəsi 11 saylı binanın arxa tərəfində gəzərkən binanın 1-ci mərtəbəsində yerləşən mənzilin işığının yanmadığını gördü. O bundan sonra həmin mənzildən oğurluq etmək qərarına gəldi. O, mənzilin binanın arxa tərəfinə açılan pəncərəsindən mənzilə daxil oldu. Həmin mənzilin pəncərəsi açıq olmuş və pəncərədə setka olmuşdur. Həmin mənzil 3 otaqlı olmuşdur. Onun daxil olduğu otaq mənzilin yataq otağı olmuşdur. O, daxil olduğu otaqda 900 manat pul, bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl qolbağı tapmışdır. 900 manat pul 7 ədəd 100 manatlıq əskinaslardan və 4 ədəd 50 manatlıq əskinaslardan ibarət olmuşdur. O, digər otaqları axtarsa da həmin otaqlarda heç nə tapmamışdır. O, daha sonra mənzilə daxil olduğu yerdən mənzili tərk etdi. O, növbəti gün mənzildən oğurladığı bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl qolbağını Rauf adlı şəxsin atasına həmin şəxsə məxsus mağazada 700 manata satdı. Raufun atası ondan qızılları hardan əldə etdiyini soruşduqda o, həmin şəxsə qızılları işlədiyi vaxt aldığını dedi. O, oğurladığı 900 manat pulu isə Bakı şəhərində şəxsi ehtiyacları üçün sərf etdi. Bundan başqa o, 2020-ci ilin avqust ayının 20-də axşam saatlarında Azərlə birlikdə Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 6 saylı binanın 1-ci mərtəbəsində yerləşən mənzilə daxil oldular. Onlar oraya təsadüfən həmin ərazidə gəzərkən mənzilin işıqlarının yanmadığını görüb mənzilə daxil oldular. Həmin vaxt onlar onun Bakı şəhərindən icarəyə götürdüyü qara rəngli, “Hyundai Elantra” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəzdilər. Onlar 20 Yanvar küçəsi 6 saylı binanın yaxınlığında olarkən binanın 1-ci mərtəbəsində yerləşən mənzilin işıqlarının yanmadığını gördülər. Onlar bundan sonra həmin evdən oğurluq etmək qərarına gəldilər. Onlar avtomobili yaxınlıqda yerləşən beş mərtəbəli yeni tikilmiş binanın yaxınlığında saxladı və piyada 20 yanvar küçəsi 6 saylı binanın arxa tərəfində getdilər. Azər onu yuxarı qaldırdı və o, mənzilin arxa tərəfə olan plastik pəncərəsini əli ilə açaraq mənzilə daxil oldu. Onun daxil olduğu otaq zal otağı olmuşdur. Mənzilin yataq otağında bir ədəd televizor olmuşdur. Həmin mənzil 2 otaqlı olmuşdur. O, mənzili axtarsa da heç nə tapmadı. O daha sonra mənzili tərk etmişdir. O, Azərə mənzildə heçnə tapmadığını, mənzilin zal otağında bir ədəd televizor olduğunu, mənzildə namaz qılmaq üçün ləvazimatlar olduğunu, həmin mənzildən oğurluq etməmələrini dedi. Lakin Azər həmin mənzilə özü girəcəyini bildirdi və daha sonra pəncərədən mənzilə daxil oldu. Azər daha sonra balkona çıxaraq evdə olan televizoru ona verəcəyini dedi. Lakin o, Azərlə razılaşmadı, daha sonra onlar oradan uzaqlaşıb getdilər. Bundan başqa o, 2020-ci ilin avqust ayının 27-də Mingəçevir şəhəri, C.Əliyev küçəsi 26 saylı binanın 1-ci mərtəbəsində yerləşən mənzildən oğurluq etdi. O, avqust ayının 27-də axşam saatlarında C.Əliyev küçəsi ilə hərəkət edərkən C.Əliyev küçəsi 26 saylı binanın 1-ci mərtəbəsində yerləşən mənzilin işıqlarının yanmadığını gördü. O, həmin mənzilin binanın arxa tərəfinə olan plastik pəncərəsini əli ilə açdı və mənzilə daxil oldu. Mənzilə daxil olduğu yer balkon oldu və orada sanitar qovşağı yerləşmişdir. Həmin mənzil 4 otaqlı olmuşdur. O, mənzilin sanitar qovşağını keçib sağ tərəfə dönmüş və mənzilin zal otağına girmişdir. Zal otağından yataq otağına açılan qapıdan mənzilin yataq otağına keçmişdir. O, yataq otağında olan şkafın süyürməsində olan dəmir qabda 3 manat qəpik pullar tapmışdır. O həmin pulları götürmüşdür. O, mənzili axtarsa da başqa heç nə tapmamış və mənzili tərk etmişdir. Bundan başqa qeyd etdi ki, Azərin şəhər ərazisində yerləşən iki mənzildən oğurluq etdiyini bilir. Bu barədə ona Azər demişdir. Azər ona bərbər işləyən Zaur adlı şəxsə məxsus mənzildən 15 manat dəyərində qəpik pullar oğurladığını dedi. Zərərçəkmiş şəxs X7 hüquqi varisi, həmçinin, Zərərçəkmiş şəxs3 nümayəndəsi Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 14.07.2020-ci il tarixdə yaşadıqları mənzildə olarkən təxminən saat 19 radələrində qızı Firuzənin qayınatası Həsən onların yaşadıqları mənzilə gəldi. Həsən onlara yaşadığı evə qonaq aparmaq istədiyini dedi. O və əri Səhman razılaşdı və Həsəngilə qonaq getdilər. Onlar saat 22 radələrində öz yaşadıqları evə qayıtdılar. O, açarla qapını açmaq istəsə də qapını aça bilmədi. Onlar qapının kilidində problem olduğunu zənn etdilər. Bundan sonra əri çölə çıxdı və balkonun açıq pəncərəsindən evə girdi. Əri mənzilə girdikdən sonra qapının cəftəsinin bağlandığını gördü. Əri içəridən qapının cəftəsini açdı və o, içəri daxil oldu. İçəri daxil olanda o, mənzilin binanın arxa tərəfinə olan pəncərəsinin və pəncərəyə bərkidildi barmaqlığın açıq vəziyyətdə olduğunu gördü. O bundan sonra yataq otağında olan sandığa baxdı. Sandığın qıfılı açıq idi. O, sandığa baxanda sandıqda olan ona, qızı Naibəyə və gəlini Xətaiyə məxsus qızıl-zinət əşyalarının oğurlandığını gördü. O, mənzilin içərisinə baxanda çarpayının üzərindən ona məxsus bir ədəd qızıl üzüyü və bir ədəd qızıl beşliyi tapdı. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdi. Onun yaşadığı mənzildən ona məxsus bir ədəd 1500 manat dəyərində qızıl qolbağ, bir ədəd 500 manat dəyərində beş qramlıq klon, qızı Naibəyə məxsus bir ədəd 1200 manat dəyərində sırğa-üzük dəsti, bir ədəd 1200 manat dəyərində qızıl nişan üzüyü, bir ədəd 900 manat dəyərində 7,5 qramlıq klon, bir ədəd 800 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 200 manat dəyərində üzük, bir ədəd 300 manat dəyərində qızıl üzük, bir ədəd 250 manat dəyərində uşaq üçün qolbağ, bir ədəd 75 manat dəyərində uşaq üçün qolbağ, bir ədəd 100 manat dəyərində uşaq üçün klon, bir ədəd 200 manat dəyərində uşaq üçün sırğa, bir ədəd 1200 manat dəyərində qızıl qolbağ, həmçinin gəlini Xətaiyə məxsus bir ədəd 3200 manat dəyərində boyunbağı-qolbağı dəsti, bir ədəd 1800 manat dəyərində sırğa-üzük dəsti, bir ədəd 1200 manat dəyərində briliyant qaşlı üzük, bir ədəd 200 manat dəyərində uşaq üçün sırğa və bir ədəd 180 manat dəyərində uşaq üçün qolbağ oğurlanmışdı. Oğurlanmış qızıl-zinət əşyalarının ümumi dəyərinin 15305 manatdır. Ona dəymiş zərə ödənişlməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, əri Mikayıl və oğlu Emil hazırda Rusiya Federasiyasında işləyirlər. O, ünvan 4 ünvanında yerləşən mənzildə qayınanası Zəminə ilə birlikdə yaşayır. Lakin oğurluq hadisəsinin baş verdiyi vaxt qayınanası da Rusiya Federasiyasında olub. Onun bacısının əri vəfat etdiyi üçün o, 30.11.2019-cu il tarixdə bacısının yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivində yerləşən yaşayış evinə getmişdir. O, yas mərasimi ilə əlaqədar bacısına məxsus evdə qalmışdır. Yaşadığı mənzilə nəzarət etmək mənzilin açarını qızı Pərvanəyə vermişdir. 30.11.2019-cu il tarixdə qızı Pərvanə əri Ruslan və qaynı ilə birlikdə mənzilə baxmaq istəyərkən mənzilin qapısının açarla açılmadığını görmüşlər. Buna görə qızının əri Ruslan binanın arxa tərəfinə keçmiş və pəncərənin açıq olduğunu görmüşdür. Ruslan həmin pəncərədən içəri daxil olmuş və qapının cəftəsinin içəridən bağlı olduğunu görmüşdür. O, qapının cəftəsini açmış və qızı içəri daxil olmuşdur. Ona bu barədə məlumat vermişlər. O, mənzilə baxmış və mənzildən bir ədəd qızıl üzük-sırğa dəsti, 4 ədəd qadın qızıl üzükləri və bir ədəd qızıl dişin oğurlandığını aşkar etmişdir. Həmin qızıl-zinət əşyaları mənzilin yataq otağındakı sandığın içərisindən oğurlanmışdır. Ona məxsus oğurlanmış bir ədəd qızıl üzük-sırğa dəsti 12 qram, üzüklərdən ikisi 6 qram, üzüklərdən biri 4 qram, üzüklərdən sonuncusu 2 qram, bir ədəd qızıl diş isə 2 qram çəkidə olmuşdur. Ona məxsus oğurlanmış qızıl-zinət əşyalarının ümumi dəyəri 1900 manatdır. Dəymiş zərər ona ödənilməmişdir. Təsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, 15 iyun 2020-ci il tarixdə saat 20-də yaşadığı mənzildən çıxıb həyətə düşmüşdür. Mənzildən çıxarkən mənzilin arxa eyvanının pəncərəsinin bir tayını açıq qoymuşdur. Həyətə düşüb binanın qarşısında təxminən bir saat qonşularla söhbət etdikdən sonra mənzilə geri qayıtmışdır. Qapını açmaq istəyərkən qapının açılmadığını gördü. Nə qədər çalışsa da qapını aça bilmədi. Qapının kilidi içəridən bağlanılmışdır. Qapının açılmadığını görüb bayıra çıxıb qonşuluqda yaşayan azyaşlı Kənan adlı oğlandan mənzilin qabaq eyvanından mənzilə daxil olmasını xahiş etdi. Kənan mənzilin qabaq eyvanının pəncərəsindən mənzilə daxil olmuşdur. Qapıya yaxınlaşıb qapının kilidini daxildən açdıqdan sonra o da mənzilə daxil oldu. Ona məlum oldu ki, mənzilə naməlum şəxslər daxil olmuşdur. Mənzilə diqqət yetirdikdə gördü ki, oğlu Faiqin yataq otağındakı dolabın rəfindən 5000 manat məbləğdə pul, 1400 ABŞ dolları məbləğdə pul, 1 ədəd 100 qram çəkidə Bismark markalı boyunbağı, 1 ədəd 26 qram çəkidə bismark markalı qızıl qolbağı, 10 qram qızıldan göy rəngli sapfirdən sırğa-üzük dəsti,6 qram çəkidə qızıl sep,1 ədəd 4 qram çəkidə qızıl setka üzük, 5 qram çəkidə tək qaşlı brilliant üzük, 1 ədəd 5 qram çəkidə fantaziya üzük, 2 ədəd hər biri 6 qram çəkidə olan 2 ədəd nişan üzükləri oğurlanmışdır. Qızılların əyyarı 585-likdir. Ona oğurluq məlum olduqda bu barədə qonşulara məlumat vermişdir. Daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etdilər. Polis əməkdaşları hadisə yerinə baxış keçirib getdikdən sonra o, yaşadığı mənzilə nəzər yetirdikdən sonra hamamdan çirkli paltarların yığıldığı səbətdən də 1 cüt boz rəngli corab olduğunu görmüşlər. Həmin corablar ailə üzvlərindən heç kəsə məxsus deyildir. Zərərçəkmiş şəxs10 nümayəndəsi və vəkili Müdafiəçi2 məhkəmə iclasında bildirdi ki, zərərçəkmiş şəxsə dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X8, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmişlər, lakin sonra məhkəməyə gəlməmişlər. Zərərçəkmiş şəxs2 iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, 2016cı il tarixdə X17 ilə ailə həyatı qurmuşdır. X15 onun qayınatasıdır. Ona məxsus bir ədəd 3200 manat dəyərində boyunbağı-qolbağı dəsti, bir ədəd 1800 manat dəyərində sırğa-üzük dəsti, bir ədəd 1200 manat dəyərində briliyant qaşlı üzük, bir ədəd 200 manat dəyərində uşaq üçün sırğa və bir ədəd 180 manat dəyərində uşaq üçün qolbağını 2017-ci ildə baldızı Firuzənin toy məclisindən sonra saxlaması üçün qayınanası Zərərçəkmiş şəxs1 vermişdir. Həmin vaxtlar o, həyat yoldaşı ilə birlikdə Bakı şəhərində kirayədə yaşadığı üçün ona məxsus qızılları qayınanasına vermişdir. 14.07.2020-ci il tarixdə qayınatası ona zəng edərək ona məxsus qızıl-zinət əşyalarının oğurlandığını, yaşadıqları mənzildən oğurluq edildiyini, ona məxsus qızıllardan başqa qayınanasına və baldızı Naibəyə məxsus qızıllların da oğurlandığını bildirmişdir. Oğurlanmış qızıl-zinət əşyalarını ona həyat yoldaşı və valideynləri tərəfindən toy hədiyyəsi kimi almışdır. Ona məxsus oğurlanmış qızıl-zinət əşyalarının ümumi dəyəri təxminən 6600 manatdır. Ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxsə cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X8 iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, 26.08.2020-ci il tarixdə saat 18 radələrində o, həyat yoldaşı və iki övladı birlikdə Qəbələ rayonuna getmişlər. Onlar Qəbələ rayonundan 27.08.2020-ci il tarixdə saat 01:30 radələrində Mingəçevir şəhərinə qayıtmışlar. Onlar mənzilə girəndə mənzilin dağınıq vəziyyətdə olduğunu, mənzilin mətbəxinin pəncərəsinin və pəncərəyə bərkidildi barmaqlığın açıq olduğunu gördülər. Bundan sonra mənzilə baxan zaman mənzildən bir ədəd “Samsung” markalı, bir ədəd “LG”markalı televizorların, bir ədəd “Samsung” markalı mobil telefonun və övladlarının pul qablarında olan 50 manat pulun oğurlandığını gördülər. Bundan başqa onlar ilkin evə baxış keçirən zaman həyat yoldaşına məxsus qızıl-zinət əşyalarının da yerində olmadığını gördü və qızıl-zinət əşyalarının oğurlandığını zənn edərək bu məzmunda Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etdilər. Lakin növbəti gün onlar evi yenidən axtardı və həyat yoldaşına məxsus olan qızıl-zinət əşyalarını mənzilin yataq otağından tapdılar. Ona dəymiş zərər ödənilməmişdir. Zərərçəkmiş şəxs5 iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, 29.07.2020-ci il tarixdə saat 22:30 radələrində işdə olduğu vaxt anası Zabikə ona zəng edərək evdən oğurluq edildiyini, evin dağınıq halda olduğunu dedi. O bundan sonra işdən icazə alıb evə getdi. Evə çatanda artıq polis əməkdaşları da evdə idi. O bundan sonra anasından evdən hansı əşyaların oğurlandığını soruşdu. Anası ona evə girmək istəyərkən evin qapısını aça bilmədiyini, qapının içəridən bağlandığını, bundan qonşunun uşağını pəncərədən evə saldığını, həmin uşaq qapının açdıqdan sonra evə girdiyini dedi. Anası ona yataq otağında olan çantasından 13 manat pulun oğurlandığını, bundan başqa oğurluq edən şəxsin yataq otağındakı sandığın açarını həmin çantadan götürdüyünü, sandığı açıb sandıqdan ona məxsus qızıl-zinət əşyalarını oğurladığını dedi. O, evə baxarkən və anasının dediklərinin düz olduğunu, sandığın qıfılının açarla açıldığını, sandığın içərisinə qoyduğu ona məxsus iki ədəd qızıl kişi üzüyü və bir ədəd qızıl klonun oğurlandığını gördü. Daha sonra polis əməkdaşları onun iştirakı ilə mənzilə baxış keçirtmişlər. O bundan sonra Mingəçevir şəhər polis şöbəsinə gələrək oğurluq barədə ərizə ilə müraciət etdi. Ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxsə cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs8 iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, oğlu Coqşun 02.08.2020-ci il tarixdə səhər saatlarında işlədiyi hərbi hissədən növbədən yaşadıqları evə gəldi. Oğlu Coqşun növbədən çıxdığı üçün evdə yatdı. O, arvadı Cəvahiri səhər işə apardıqdan sonra evə qayıdıb özünə məxsus avtomobili qaraja qoydu və daha sonra qapı bir qonşusu Tahirin evində usta kimi hamama kafel vurmaq üçün götürdüyü işi yekunlaşmaq üçün Tahirin yaşadığı evə getdi. Tahir ilə qapı bir qonşu olduğu üçün o, arabir öz yaşadığı evə keçirdi. Oğlu Coşqun isə yorğun olduğu üçün evdə yatmışdır. O, axşam saat 20 radələrinə kimi qonşusu Tahirin evində işlədikdən sonra evə keçmiş və oğlu Coşqunun evdə olmadığını görmüşdür. O, Coşquna zəng vurub harada olduğunu soruşdu Coşqun meyvə almaq üçün marketə getdiyini bildirdi. Daha sonra o, arvadı Cəvahiri işdən evə gətirmək üçün əynini dəyişib evdən çıxmış və avtomobili qarajdan çıxartmışdır. O, arvadı Cəvahiri evə gətirmək üçün evdən çıxan zaman saat 20:30 olmuşdur. O, özünə məxsus VAZ 21015 markalı 45-Bl-364 dövlət qeydiyyat nömrəli avtomobil ilə Cəvahiri işdən gətirmək üçün Mingəçevir şəhər Mərkəzi xəstəxanasına getdi. Saat 21-də arvadını Mingəçevir şəhər Mərkəzi xəstəxanasından işdən götürdükdən sonra birbaşa yaşadıqları evə gəldilər. Onlar binanın qarşısına çatan zaman saat 21:15 olmuşdur. O və arvadı Cəvahir yaşadıqları mənzilin qapısına yaxınlaşdı və o, açarı mənzilin qapısına daxil edən zaman mənzilin qapısının içəridən bağlı olduğunu gördü. Oğlu Coşqunun evdə olduğunu düşünüb oğlu Coşqunu səsləməyə başladı. Lakin səs gəlmədiyini görüb narahat oldu. O dərhal blokdan çıxıb yaşadıqları mənzil birinci mərtəbədə yerləşdiyi üçün pəncərədən mətbəxə daxil oldu. Lakin mətbəxə daxil olan zaman mətbəxin də qapısının bağlı olduğunu gördü. Mətbəxdən dəhlizə daxil olan zaman evin otaqlarının dağınıq vəziyytədə olduğunu görmüş və evə oğruların daxil oldunu başa düşmüşdür. Daha sonra o, mənzilin qapısını içəridən açmış və arvadı Cəvahir evə daxil olmuşdur. O və arvadı Cəvahir evə baxarkən evin hər bir otağının dağınıq vəziyyətdə olduğunu görmüş və mənzilə daxil olmuş oğruların mənzildən yataq otağında dolabın içində olan kitabın içərisindən 1900 manat pul, həmin yataq otağında yerləşən dolabın içərisindən dəyəri təxmini 2000 manat olan qızıl-zinət əşyaları oğurladığını bildilər. Bundan dərhal sonra onlar Mingəçevir şəhər polis şöbəsinə müraciət etdi. Ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxs cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs9 iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, 22 avqust 2020-ci il tarixdə onlar ailəlikcə Bakı şəhərinə getmişlər. Yaşadıqları mənzildən çıxan zaman mənzilin qapısını və pəncərlərini bağlayıb evdın çıxmışdır. 22 avqust 2020-ci il tarixdə onlar Bakı şəhərinə çatdılar. 27 avqust 2020-ci il tarixdə əri Xəyal onları Bakıda qoyub Mingəçevir şəhərinə geri qayıtdı.27 avqust axşam saat 20:30 radələrində Xəyal ona zəng vurub mənzilin qapısının açılmadığını bildirdi. O, Xəyala mənzili qapısının yalnız aşağı kilidini bağladığımı, yuxarı kilidi bağlamadığı və avtomobildə yuxarı kilidin açarının olduğunu bildirdi. O, mənzilə oğruların girdiyindən şübhələndim və Xəyala evin arxasına keçib pəncərəyə baxmasını bildirdi. Daha sonra Xəyal,qardaşı Eldar Əhmədovu çağırmış və onlar birgə mənzilə daxil olmuşlar. Xəyal mənzilə baxdıqdan sonra ona zəng vurub mənzilə oğruların girdiyini bildirdi. O, dərhal Xəyala yataq otağında olan çarpayının üzərində olan matrasın içərisində gizlətdiyim 700 manatın yerində olubolmadığını soruşdum. Xəyal yataq otağında olan çarpayının üzərindəki matrasa baxdıqdan sonra 700 manat pulun yerində olmadığını bildirdi. O, Xəyala DİN-nin 102 xidmətinə müraciət etməsini bildirdi. Bundan sonra əri Xəyal DİN-nin 102 xidmətinə müraciət etmiş və polis əməkdaşları mənzilə gəlmişlər. Ona dəymiş zərər ödənilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs11 məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxılması mümkündür. Zərərçəkmiş şəxs X14 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2007-ci ildə ailə həyatı qurmuşdur. Ona məxsus bir ədəd 1200 manat dəyərində sırğa-üzük dəsti, bir ədəd 1200 manat dəyərində qızıl nişan üzüyü, bir ədəd 900 manat dəyərində 7,5 qramlıq klon, bir ədəd 800 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 200 manat dəyərində üzük, bir ədəd 300 manat dəyərində qızıl üzük, bir ədəd 250 manat dəyərində uşaq üçün qolbağ, bir ədəd 75 manat dəyərində uşaq üçün qolbağ, bir ədəd 100 manat dəyərində uşaq üçün klon, bir ədəd 200 manat dəyərində uşaq üçün sırğa, bir ədəd 1200 manat dəyərində qızıl qolbağı 2017-ci ildə bacısı Firuzənin toy məclisindən sonra saxlaması üçün anası Zərərçəkmiş şəxs1 vermişdir. Həmin vaxtlar o, həyat yoldaşı ilə birlikdə Bakı şəhərində kirayədə yaşadığı üçün ona məxsus qızılları anasına vermişdir. 14.07.2020-ci il tarixdə atası ona zəng edərək ona məxsus qızıl-zinət əşyalarının oğurlandığını, yaşadıqları mənzildən oğurluq edildiyini bildirmişdir. Atası ona oan məxsus qızıllardan başqa anasına və qardaşının arvadına məxsus qızıllların da oğurlandığını bildirmişdir. Oğurlanmış qızılzinət əşyalarından övladlarına məxsus olanları ona valideynləri hədiyyə etmiş, qalan qızıl-zinət əşyalarını isə ona həyat yoldaşı toy hədiyyəsi kimi almışdır. Ona məxsus oğurlanmış qızıl-zinət əşyalarının ümumi dəyəri təxminən 6125 manatdır. Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 01.09.2020-ci il tarixdə o, səhər saat 08 radələrində evdən çıxmışdır. Saat 21 radələrində evə qayıdıb qapını aşmaq istəyərkən qapının açılmadığını, qapının içəridən kilidləndiyini görmüşdür. Həmin vaxt mənzilin içərisində kiminsə qaçdığını eşitmişdir. O, bir qədər qapını açmağa çalışsa da qapını aça bilməmişdir. Bundan sonra dərhal polis əməkdaşlarına bu barədə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları mənzilin açıq pəncərəsindən içəri daxil olub qapını açmışlar. O, polis əməkdaşları ilə birlikdə mənzilə daxil olmuş və mənzilin dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, mənzildə olan bir ədəd “Zimmer” markalı televizorun evin açıq pəncərəsinin qarşısında döşəməyə qoyulduğunu görmüşdür. O bundan sonra qapını açmaq istəyərkən mənzilin içərisində adam olduğunu, həmin şəxsin televizoru oğurlamağa cəhd etdiklərini bilmişdir. Evi axtarmış və evdən bir ədəd içərisində 4 ədəd 1 dollarlıq əskinaslar olan dəmir seyfin və qəpik pullardan ibarət olan 5-6 manat pulun oğurlandığını görmüşdür. O, növbəti gün Mingəçevir şəhər polis şöbəsinə gedərək hadisə barədə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, , sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bu səbəblə Bakı və Mingəçevir şəhərlərində olur. Mingəçevir şəhəri, ünvan 2 ünvanında yerləşən yaşayış evi ona məxsusdur. O həmin evə nəzarət etməyi yaxın qohumu olan Şahid1 Oqtay oğluna həvalə etmişdir. Evin açarının biri də Aqildə olmuşdur. Aqil 2020-ci ilin may ayının sonlarında ona zəng edərək Oğuz rayonuna gedəcəyini, evə baxdığını, evdə hər şeyin yerində olduğunu demişdir. Təxminən bir neçə gündən sonra ona qonşusu zəng edərək ona məxsus evin pəncərəsinin açıq olduğunu, evdən oğurluq edildiyini demişdir. O bundan sonra DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Lakin evdən nələr oğurlandığını bilməmişdir. Ona məxsus evdə 4 ədəd televizor olmuşdur. O daha sonra Aqilə zəng etmişdir. Aqil ona evdə olan televizorlardan birini, həmçinin “Aplle” markalı notbuku özü apardığını demişdir. Daha sonra Şahid1 Mingəçevir şəhərinə gələrək polis əməkdaşları ilə birlikdə ona məxsus yaşayış evinə baxış keçirilməsində iştirak etmişdir. Həmin vaxtlar onun işləri çox olduğu və ölkə ərazisində tətbiq olunan karantin rejimi ilə əlaqədar Mingəçevir şəhərinə gələ bilməmişdir. Aqil ona yaşadığı evdə olan qiymətli əşyaların hamısının yerində olduğunu demişdir. Aqil bu səbəbdən polis şöbəsində də belə məzmunda izahat vermişdir. Lakin sonradan o, Aqillə danışan zaman Aqilə evdə 4 ədəd televizor olduğunu demiş və söhbət əsnasında ona məxsus evdən 2 ədəd “Hisense” markalı televizorun oğurlandığını bilmişdir. Buna görə də o, Mingəçevir şəhər polis şöbəsinə təkrar ərizə ilə müraciət etmişdir. Ona məxsus yaşayış evindən oğurlanmış televizorların “Hisense” markalı olduğunu, televizorlardan birinin 110 ekranlı, “Hisense 43A5600” markalı olduğunu və dəyəri 986 manat olduğunu, digər televizorun isə 82 ekranlı, “Hisense 32A5100” markalı olduğunu və dəyərinin 621 manat olduğunu bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs11 onun qohumudur. Zərərçəkmiş şəxs11 işlə əlaqədar Bakı şəhərində olur. Zərərçəkmiş şəxs11 Mingəçevir şəhəri, ünvan 2 ünvanında yerləşən evi vardır. Zərərçəkmiş şəxs11 həmin evə nəzarət etməyi ona həvalə etmişdi və həmin evin açarının biri onda olmuşdur. 2020-ci ilin may ayının sonlarında o, Oğuz rayonuna getməli olduğu üçün Zərərçəkmiş şəxs11 məxsus yaşayış evinə getdi və evə baxanda bütün əşyaların yerində olduğunu gördü. O, evdə olan bir ədəd televizor və bir ədəd “Aplle” markalı notbuku özü ilə götürdü. Bir neçə gündən sonra Zərərçəkmiş şəxs11 ona zəng edərək evindən oğurluq edildiyini, Mingəçevir şəhərinə gedib polis əməkdaşları ilə birlikdə evə baxış keçirilməsində iştirak etməyini dedi. O bundan sonra Mingəçevir şəhərinə getdi və polis əməkdaşları ilə evə baxış keçirtdi. Zərərçəkmiş şəxs11 ondan evdən hansı əşyaların oğurlandığını soruşduqda o, Elçinə evdə olan televizor və notbuku onun götürdüyünü, evdən heç bir əşya oğurlanmadığını dedi və polis əməkdaşlarına bu məzmunda ərizə və izahat verdi. O həmin vaxt evdə əlavə olaraq iki ədəd televizor da olduğunu bilmirdi. Bir neçə gündən sonra Zərərçəkmiş şəxs11 ona zəng edərək evdə əlavə olaraq iki ədəd “Hisense” markalı televizorlar olduğunu, həmin televizorların yerində olub olmadığını soruşdu. O, yenidən gedib evə baxdı və həmin iki ədəd televizorların yerində olmadığını, oğurlandığını gördü. O bu barədə Zərərçəkmiş şəxs11 məlumat verdi və Zərərçəkmiş şəxs11 Mingəçevir şəhər polis şöbəsinə bu barədə təkrar ərizə yazdı. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, X18 uzun müddətdir ki, tanıyır. Belə ki, Azər onun yaşadığı binanın yaxınlığında yaşayır. 2020-ci ilin aprel-may aylarında saat 23 radələrində Azər ona zəng edərək özündə bir ədəd televizor olduğunu, həmin televizoru satmaq istədiyini dedi. O, Azərə televizoru gətirməyini, televizora baxdıqdan sonra qərar verəcəyini dedi. Azər bir qədər sonra yaşadığı mənzilə gəldi. Azərin satmaq üçün gətirdiyi televizor qara rəngli, “Hisense” markalı televizor olmuşdur. O, həmin televizora baxdıqdan sonra Azərə televizorun oğurluq olub-olmadığını soruşmuşdur. Azər isə ona televizorun oğurluq olmadığını dedi. O bundan sonra Azərdən televizoru aldı. Lakin Azərə həmin televizora görə nə qədər pul verdiyini xatırlamır. Həmin televizor hazırda yaşadığı evdədir və həmin televizoru təqdim edə bilər. Bundan başqa Azər ona 26.08.2020-ci il tarixdə 2 ədəd televizor satdı. 26.08.2020-ci il tarixdə saat 23 radələrində Azər ona zəng edərək 2 ədəd işlənmiş televizoru olduğunu, həmin televizorları ucuz qiymətə satmaq istədiyini dedi. O, Azərdən televizorları gətirməyini istədi. Azər bir qədər sonra onun yaşadığı evə gəldi. Azərin bu dəfə gətirdiyi televizorlardan biri “Samsung” markalı, digəri isə “LG” markalı olmuşdur. Həmin televizorların hər ikisi qara rəngli olmuşdur. O həmin televizora baxdıqdan sonra Azərə televizorun oğurluq olub-olmadığını soruşdu. Azər isə ona televizorun oğurluq olmadığını dedi. O, Azərdən televizorları neçəyə satdığını soruşdu və Azər ona iki televizoru ümumilikdə 400 manata satdığını demişdir. O, Azərə iki televizor üçün 300 manat verəcəyini demiş və Azər onunla razılaşmışdır. O, Azərə 200 manat pul vermiş və qalan 100 manat pulu da yaxın vaxtlarda verəcəyini demişdir. Şahid X9 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 26.08.2020-ci il tarixdə saat 18 radələrində o, həyat yoldaşı Elbrus Aslanov və iki övladı birlikdə Qəbələ rayonuna getdilər. Onlar Qəbələ rayonundan 27.08.2020-ci il tarixdə saat 01:30 radələrində Mingəçevir şəhərinə qayıtdı və yaşadıqları mənzilə girdilər. Onlar mənzilə girəndə mənzilin dağınıq vəziyyətdə olduğunu, mənzilin mətbəxinin pəncərəsinin açıq olduğunu gördülər. Onlar evdən çıxarkən pəncərənin barmaqlığını qıfılla kilidləmiş və qıfılın açarını pəncərənin qarşısına qoymuşdu. Onlar mənzilə baxarkən mənzildən bir ədəd “Samsung” markalı, bir ədəd “LG”markalı televizorların, bir ədəd “Samsung” markalı mobil telefonun və övladlarının pul qablarında olan 50 manat pulun oğurlandığını gördülər. Bundan başqa onlar ilkin evə baxış keçirən zaman ona məxsus qızıl-zinət əşyalarının da yerində olmadığını gördü və qızıl-zinət əşyalarının oğurlandığını zənn edərək bu məzmunda Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etdilər. Lakin növbəti gün onlar evi yenidən axtardı və ona məxsus olan qızıl-zinət əşyalarını mənzilin yataq otağından tapdılar. 03.09.2020-ci il tarixdə onu və həyat yoldaşını Mingəçevir şəhər polis şöbəsinə dəvət etdilər. Polis şöbəsində onları tanımadığı xidməti otağa dəvət etdi və o, otağa daxil olanda döşəmədə olan iki ədəd televizor və bir ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən onlara təqdim edildi. Onlar həmin iki ədəd televizor və bir ədəd mobil telefona baxış keçirtdi və yaşadıqları mənzildən oğurlanmış televizorları və mobil telefonları tanıdılar. Şahid5 Əli oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Səhman Manafov və Zərərçəkmiş şəxs1 onun gəlini Firuzənin valideynləridir. 14.07.2020-ci il tarixdə saat 19 radələrində qudası Səhmanın yaşadığı ünvana idarə etdiyi VAZ 2107 markalı avtomobillə getmiş və bir qədər onlara məxsus mənzildə oturduqdan sonra Səhman və Cəvahiri özünə məxsus mənzilə qonaq kimi dəvət etdi. O, özünə məxsus avtomobillə Səhman və Cəvahiri qonaq apardı. Səhman və Cəvahir saat 22 radələrinə kimi ona məxsus mənzildə oldular. Daha sonra oğlu Rəşad Səhman və Cəvahiri yaşadıqları mənzilə apardı. Oğlu Rəşad evə qayıtdıqdan sonra Səhman ona zəng edib yaşadığı mənzildən oğurluq edildiyini dedi. Bundan sonra o dərhal oğlu Rəşadla birlikdə Səhmanın yaşadığı evə getdilər. Orada ona məlum oldu ki, Səhmana məxsus mənzilin yataq otağındakı sandıqdan Səhmanın özünə, qızı Naibəyə və gəlini Xətaiyə məxsus qızıl-zinət əşyaları oğurlanıbdı. Şahid6 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Səhman Manafov və Zərərçəkmiş şəxs1 onun arvadı Firuzənin valideynləridir. 14.07.2020-ci il tarixdə saat 19 radələrində atası Həsən Səhman və Cəvahiri yaşadıqları mənzilə qonaq gətirdi. Səhman və Cəvahir saat 22 radələrinə kimi onların mənzilində oldular. Sonra o, Səhman və Cəvahiri yaşadıqları mənzilə apardı. O, evə qayıtdıqdan sonra Səhman atasına zəng edib yaşadığı mənzildən oğurluq edildiyini dedi. Bundan sonra o, dərhal atası Həsənlə birlikdə Səhmanın yaşadığı evə getmişlər. Orada ona məlum olmuşdur ki, Səhmana məxsus mənzilin yataq otağındakı sandıqdan Səhmanın özünə, qızı Naibəyə və gəlini Xətaiyə məxsus qızıl-zinət əşyaları oğurlanmışdır. Şahid8 oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, atası Mikayıl və qardaşı Emil hazırda Rusiya Federasiyasında işləyirlər. Anası ünvan 4 ünvanında yerləşən mənzildə qayınanası Zəminə ilə birlikdə yaşayır. Lakin oğurluq hadisəsinin baş verdiyi vaxt qayınanası da Rusiya Federasiyasında olub. Onun xalasının əri vəfat etdiyi üçün anası 30.11.2019-cu il tarixdə bacısının yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivində yerləşən yaşayış evinə getdi. Anası yas mərasimi ilə əlaqədar xalasına məxsus evdə qaldı. Anası yaşadığı mənzilə nəzarət etmək üçün mənzilin açarını ona vermişdir. 30.11.2019-cu il tarixdə o, əri Ruslan və qaynı ilə birlikdə mənzilə baxmaq istəyərkən mənzilin qapısının açarla açılmadığını gördülər. Buna görə əri Ruslan binanın arxa tərəfinə keçdi və pəncərənin açıq olduğunu gördü. Ruslan həmin pəncərədən içəri daxil oldu və qapının cəftəsinin içəridən bağlı olduğunu gördü. Ruslan qapının cəftəsini açdı və o, içəri daxil oldu. O, anasına bu barədə məlumat verdi. Şahid9 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, qayınatası Mikayıl və qaynı Emil hazırda Rusiya Federasiyasında işləyirlər. Zərərçəkmiş şəxs6 ünvan 4 ünvanında yerləşən mənzildə qayınanası Zəminə ilə birlikdə yaşayır. Lakin oğurluq hadisəsinin baş verdiyi vaxt Fərqanənin qayınanası da Rusiya Federasiyasında olub. Həyat yoldaşı Pərvanənin xalasının əri vəfat etdiyi üçün ailə olaraq 30.11.2019-cu il tarixdə bacısının yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivində yerləşən yaşayış evinə gedib yas mərasimində iştiark etmişlər. Zərərçəkmiş şəxs6 yas mərasimi ilə əlaqədar bacısına məxsus evdə qalmışdır. Zərərçəkmiş şəxs6 yaşadığı mənzilə nəzarət etmək mənzilin açarını onunarvadı Pərvanəyə vermişdir. 30.11.2019-cu il tarixdə o, arvadı Pərvanə və qardaşı ilə birlikdə mənzilə baxmaq istəyərkən mənzilin qapısının açarla açılmadığını görmüşlər. Buna görə o, binanın arxa tərəfinə keçmiş və pəncərənin açıq olduğunu gördü. O, həmin pəncərədən içəri daxil oldu və qapının cəftəsinin içəridən bağlı olduğunu görmüşdür. O, qapının cəftəsini açdı və arvadı içəri daxil oldu. Arvadı anasına bu barədə məlumat verdi. Şahid11 Saleh oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, hazırda Mingəçevir şəhəri, AzQres qəsəbəsində yerləşən klubun qarşısında yerləşən özünə məxsus mağazası var və həmin mağazada qızıl-zinət əşyalarının satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. O, Orxanla qonşudur. Təxminən 1 il bundan əvvəl Orxan işlətdiyi mağazaya gəldi. Orxan ona özündə bir ədəd qızıl üzük olduğunu, həmin qızıl üzüyün bacısına məxsus olduğunu, həmin üzüyü satmaq istədiyini dedi. O həmin qızıl üzüyə baxdı və üzüyün 1 qram çəkidə təkqaşlı üzük olduğunu gördü. O, Orxandan həmin qızıl üzüyün oğurluq olub-olmadığını soruşdu. Lakin Orxan ona üzüyün oğurluq olmadığını bildirdi. O həmin qızıl üzüyü 45 manata alacağını desə də, Orxan ona üzüyə görə 50 manat verməyini istədi. O, Orxanla razılaşdı və Orxana 50 manat pul verib həmin üzüyü Orxandan aldı. O həmin üzüyü Orxandan almağı barədə qeydiyyat dəftərinə qeyd apardı. O həmin üzüyü daha sonra tanımadığı şəxsə satdı. Şahid12 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 15 iyun 2020-ci il tarixdə saat 20-də yaşadığı mənzildən çıxıb həyətə düşdü və işə getdi. Mingəçevir şəhəri Mərkəzi bazarın yaxınlığında yerləşən kimyəvi təmizləmə məntəqəsində gözətçi işləyir.16 iyun 2020-ci il tarixdə səhər saatlarında oğlu Faiq işlədiyi yerə gələrək yaşadıqları mənzildən oğurluq edilməsi barədə ona məlumat verdi. Ona məlum olmuşdur ki, mənzilə naməlum şəxslər daxil olub, oğlu Faiqin yataq otağındakı dolabın rəfindən 5000 manat məbləğdə pul, 1400 ABŞ dolları məbləğdə pul, 1 ədəd 100 qram çəkidə Bismark markalı boyunbağı, 1 ədəd 26 qram çəkidə bismark markalı qızıl qolbağı, 10 qram qızıldan göy rəngli sapfirdən sırğa üzük dəsti,6 qram çəkidə qızıl sep,1 ədəd 4 qram çəkidə qızıl setka üzük, 5 qram çəkidə tək qaşlı brilliant üzük, 1 ədəd 5 qram çəkidə fantaziya üzük, hər biri 6 qram çəkidə olan 2 ədəd nişan üzüklərini oğurlamışlar. Şahid13 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 06.06.2020-ci il tarixdə övladı dünyaya gəldi. Arvadı Gülnar 09.06.2020-ci il tarixdə xəstəxanadan çıxıb Yevlax rayonu Aran qəsəbəsinə getdi. O da 14 iyun 2020-ci il tarixdə saat 14-də radələrində Yevlax rayonu Aran qəsəbəsinə getdi. Axşam saat 22 radələrində arvadı Gülnar ona yaşadıqları mənzildən oğurluq edilməsi barədə məlumat verdi. Lakin arvadına həmin məlumatı kimin verməsindən məlumatı yoxdur. O da dərhal Mingəçevir şəhərinə gəldi. Ona məlum oldu ki, naməlum şəxs və ya şəxslər mənzilin arxa eyvanının pəncərəsindən daxil olub mənzildəki onun yataq otağında olan dolabın rəfindən 5000 manat məbləğdə pul, 1400 ABŞ dolları məbləğdə pul, 1 ədəd 100 qram çəkidə Bismark markalı boyunbağı, 1 ədəd 26 qram çəkidə bismark markalı qızıl qolbağı, 10 qram qızıldan göy rəngli sapfirdən sırğa üzük dəsti,6 qram çəkidə qızıl sep,1 ədəd 4 qram çəkidə qızıl setka üzük, 5 qram çəkidə tək qaşlı brilliant üzük, 1 ədəd 5 qram çəkidə fantaziya üzük, hər biri 6 qram çəkidə olan 2 ədəd nişan üzükləri oğurlanıbdı. Qızılların əyyarı 585-likdir. Anası bu barədə Polis Şöbəsinə məlumat verdi. Daha sonra hadisə yerinə gəlmiş pois əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etdi. Polis əməkdaşları hadisə yerinə baxış keçirib getdikdən sonra anası yaşadıqları mənzilə baxarkən hamamdan çirkli paltarların yığıldığı səbətdən də 1 cüt boz rəngli corbaq olduğunu gördü. Həmin corablar nə ona. nə də ki, ailə üzvlərinə məxsus deyil. Şahid14 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 15 iyun 2020-ci il tarixdə saat 21radələrində tanışları ilə birlikdə yaşadıqları evin yaxınlığındakı çayxanada əyləşib çay içirdilər. Bu zaman övladı Pərvin telefon vasitəsi ilə zəng edərək anasıgilin yaşadığı mənzildən oğurluq olması barədə ona məlumat verdi. O da dərhal hadisə yerinə gəldi. Ona məlum oldu ki, naməlum şəxs və ya şəxslər mənzilin arxa eyvanının pəncərəsindən daxil olub mənzildəki onun yataq otağında olan dolabın rəfindən 5000 manat məbləğdə pul, 1400 ABŞ dolları məbləğdə pul, 1 ədəd 100 qram çəkidə Bismark markalı boyunbağı, 1 ədəd 26 qram çəkidə bismark markalı qızıl qolbağı, 10 qram qızıldan göy rəngli sapfirdən sırğa üzük dəsti,6 qram çəkidə qızıl sep,1 ədəd 4 qram çəkidə qızıl setka üzük, 5 qram çəkidə tək qaşlı brilliant üzük, 1 ədəd 5 qram çəkidə fantaziya üzük, 2 ədəd hər biri 6 qram çəkidə olan 2 ədəd nişan üzükləri oğurlanıbdır. Şahid15 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 29.07.2020-ci il tarixdə saat 19 radələrində o digər oğlu Raufun yaşadığı, yaxınlıqda yerləşən evə qonaq getdi. Həmin gün Ramilin həyat yoldaşı və iki azyaşlı övladı Ramilin qayınatasının yaşadığı evə qonaq getdilər. O, oğlu Raufgildə bir qədər qaldıqdan sonra təxminən 22 radələrində geri döndü. O, yaşadığı evin qapısını açmaq istəyərkən qapının açılmadığını gördü. O daha sonra qonşuluqda yaşayan uşaqlardan birini mənzilin binanın ön tərəfinə olan balkonundan içəri saldı. Həmin uşaq içəridən qapının cəftəsini açdı və o, içəri daxil oldu. O, mənzilə baxış keçirdəndə mənzilin dağınıq vəziyyətdə olduğunu gördü və mənzildən oğurluq edildiyini bilib oğlu Ramilə bu barədə məlumat verdi. Oğlu Ramil işdən icazə alıb yaşadıqları mənzilə gəldi. Onlar birlikdə mənzilə baxış keçirtdi və onun yataq otağında olan şkafın içərisindəki mələfələrin arasında olan 13 manat pulun, həmçinin yataq otağındakı sandığın içərisindəki qızıl qabında olan bir ədəd qızıl kişi üzüyünün, iki ədəd qızıl qadın üzüyünün və bir ədəd qızıl klonun oğurlandığını bildilər. O bundan sonra baş vermiş oğurluq hadisəsi barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat verdi. Şahid16 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 1988-ci ildən Mingəçevir şəhərində diş həkimi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs atası Asifin vasitəsilə tanımışdır. Orxanın atası və anası mütəmadi olaraq onun xəstəsi olmuşlar. Hadisə ilə əlaqədar bildirmişdir ki, 2020-ci ilin yay aylarında Orxan onun iş yerinə yəni, “Diş polinikası”-na gələrək dişlərini düzəltdirmək istədiyini demişdir. O razılaşmışdır. Orxan üst dişlərinə qapaq qoydurmaq istədiyini bildirmişdir. O, Orxana diş qapaqlarını düzəltmək üçün 500 manat pul lazım olduğunu demişdir. Orxan da razılaşmışdır. Orxan təxminən 1 həftə sonra yenidən onun yanına gələrək ona 500 manat pul vermişdir. Lakin o, Orxanın həmin pulu oğurluq nəticəsində əldə etdiyini bilməmişdir. Təqsirləndirilən şəxs əməli digər şahidlər- X21, Şahid7 və Şahid10 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 1-cild 87-88-ci vərəqlərində olan 03.09.2020-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, X4 məxsus bir ədəd “Samsung” markalı mobil telefon, həmçinin Zərərçəkmiş şəxs7 mənzildən oğurlanmış bir ədəd seyf və seyfin içərisində olan 4 ədəd 1 dollarlıq əskinaslar Azər Əliyevdən götürülmüşdür. İşin 1-cild 92-95-ci vərəqlərində olan 03.09.2020-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, X4 məxsus mənzildən oğurlanmış bir ədəd “Samsung” markalı və bir ədəd “LG” markalı televizorlar Şahid2 məxsus mənzildən götürülmüşdür. İşin 1-cild 104-106-ci vərəqlərində olan 03.09.2020-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs11 məxsus mənzildən oğurlanmış bir ədəd “Hisense” markalı televizor Şahid2 götürülmüşdür. İşin 1-cild 108-109-cu vərəqlərində olan X8 ona məxsus bir ədəd “Samsung” markalı mobil telefonu tanımışdır. İşin 1-cild 110-112-ci vərəqlərində olan 03.09.2020-ci il tarixli protokoldan görünür ki, X8 ona məxsus bir ədəd “Samsung” markalı və bir ədəd “LG” markalı televizorları tanımışdır. İşin 2-ci cild 1-2-ci vərələqrində 05.09.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 ona məxsus bir ədəd seyfi tanımışdır. İşin 2-ci cild 135-136-cı vərəqlərində olan 17 sentyabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid10 Süleyman oğlu arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən mənzildən oğurladığı 2 ədəd qızıl üzük və bir ədəd qızıl dişi, ünvan 5 ünvanında yerləşən mənzildən oğurladığı bir ədəd qızıl üzük və bir ədəd qızıl sırğanı, həmçinin ünvan 6 ünvanında yerləşən mənzildən oğurladığı 1 ədəd qızıl boyunbağı və bir ədəd qolbağını Şahid10 satdığını sonuncunun üzünə qarşı demişdir. İşin 4-cü cild 124-125-ci vərəqlərində olan 01 fevral 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs8 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs8 ona məxsus ünvan 6 ünvanında yerləşən mənzildən 1900 manat pul, təxminən 2000 manat dəyərində hamısı 585 əyyarlı olan 1 ədəd 13 qram çəkidə qolbağı, bir ədəd 5 qram çəkidə boyunbağı, bir ədəd 5 qram çəkidə “kitab” formalı klon, bir ədəd 7 qram çəkidə “qırxayaq” formalı üzük və bir ədəd 5 qram çəkidə briliyant qaşlı üzük oğurlandığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İşin 4-cü cild 91-92-ci vərəqlərində olan 21 yanvar 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs5 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs5 ona məxsus ünvan 5 ünvanında yerləşən mənzildən 13 manat pul, bir ədəd qızıl kişi üzüyü, iki ədəd qızıl kişi üzüyü və bir ədəd qızıl klonun oğurlandığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İşin 4-cü cild 93-94-cü vərəqlərində olan 22 yanvar 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ona məxsus ünvan 7 ünvanında yerləşən mənzildən ona məxsus bir ədəd 1500 manat dəyərində qızıl qolbağ, bir ədəd 500 manat dəyərində beş qramlıq klon, qızı Naibəyə məxsus bir ədəd 1200 manat dəyərində sırğa-üzük dəsti, bir ədəd 1200 manat dəyərində qızıl nişan üzüyü, bir ədəd 900 manat dəyərində 7,5 qramlıq klon, bir ədəd 800 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 200 manat dəyərində üzük, bir ədəd 300 manat dəyərində qızıl üzük, bir ədəd 250 manat dəyərində uşaq üçün qolbağ, bir ədəd 75 manat dəyərində uşaq üçün qolbağ, bir ədəd 100 manat dəyərində uşaq üçün klon, bir ədəd 200 manat dəyərində uşaq üçün sırğa, bir ədəd 1200 manat dəyərində qızıl qolbağ, həmçinin gəlini Xətaiyə məxsus bir ədəd 3200 manat dəyərində boyunbağı-qolbağı dəsti, bir ədəd 1800 manat dəyərində sırğa-üzük dəsti, bir ədəd 1200 manat dəyərində briliyant qaşlı üzük, bir ədəd 200 manat dəyərində uşaq üçün sırğa və bir ədəd 180 manat dəyərində uşaq üçün qolbağ oğurlandığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İşin 4-cü cild 126-127-ci vərəqlərində olan 02 fevral 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs9 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs9 yaşadığı ünvan 8 ünvanında yerləşən mənzildən 700 manat pul oğurlandığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İşin 4-cü cild 55-60-cı vərəqlərində olan 11 fevral 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, X23 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Azər X3 məxsus ünvan 7 ünvanında yerləşən mənzildən oğurluq etmədiyini, Təqsirləndirilən şəxs onun Orxana Zaur adlı şəxsə məxsus mənzildən oğurluq etməsini deməsi, həmçinin komandiri olan şəxsə məxsus mənzildən oğurluq etdiyini, həmin şəxsin ağ rəngli, “RAV 4” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, lakin komandirinin mənzilini səhv salaraq başqa evə girdiyini deməsi barədə, həmçinin onun 2020-ci ilin iyun ayının ortalarında Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən mənzilə daxil olaraq həmin mənzildən oğurluq etməsi barədə yalan dediyini, əksinə Orxanın ona Zaur adlı şəxsə məxsus mənzildən oğurluq etdiyini dediyini Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs isə X11 məxsus ünvan 7 ünvanında yerləşən mənzildən tək oğurluq etdiyini, Azər Əliyevin həmin oğurluq hadisəsində iştirak etmədiyini, Azər Əliyevin ona Zaur adlı şəxsə məxsus mənzildən oğurluq etməsi, həmçinin Azərin ona komandiri olan şəxsə məxsus mənzildən oğurluq etdiyini, həmin şəxsin ağ rəngli, “RAV 4” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, lakin komandirinin mənzilini səhv salaraq başqa evə girdiyini deməsi barədə, həmçinin Azər Əliyevin 2020-ci ilin iyun ayının ortalarında Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən mənzilə daxil olaraq həmin mənzildən oğurluq etməsi barədə yalan ifadə verdiyini bildirmişdir. İşin 4-cü cild 106-107-ci vərəqlərində olan 27.01.2021-ci il tarixli diskə baxış protokolundan görünür ki, diskdə olan məlumatlar 13 fayldan ibarətdir. Diskdəki fayllardan birincisində Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin 15.06.2020-ci il tarixə anten məlumatları əksini tapmışdır. Həmin faylda olan baxış zamanı Təqsirləndirilən şəxs məxsus ***-***- **-** saylı mobil telefon nömrəsinin 15.06.2020-ci il tarixdə saat 20:17 radələrində yəni, oğurluq hadisəsinin baş verdiyi tarixlərdə Zərərçəkmiş şəxs10 məxsus ünvan 9 ünvanında yerləşən mənzilin yerləşdiyi anten dairəsində aktiv olduğu müəyyən edildi. Diskdə olan üçüncü faylda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin 14.07.2020-ci il tarixə anten məlumatları əksini tapmışdır. Həmin faylda olan baxış zamanı Təqsirləndirilən şəxs məxsus 051- 817-1888 saylı mobil telefon nömrəsinin 14.07.2020-ci il tarixdə saat 20:16 radələrində yəni, oğurluq hadisəsinin baş verdiyi tarixlərdə X11 məxsus ünvan 7 ünvanında yerləşən mənzilin yerləşdiyi anten dairəsində aktiv olduğu müəyyən edildi. Diskdə olan beşinci faylda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin 29.07.2020-ci il tarixə anten məlumatları əksini tapmışdır. Həmin faylda olan baxış zamanı Təqsirləndirilən şəxs məxsus 051-817-1888 saylı mobil telefon nömrəsinin 29.07.2020-ci il tarixdə saat 19:53 radələrində yəni, oğurluq hadisəsinin baş verdiyi tarixlərdə Zərərçəkmiş şəxs5 məxsus ünvan 10 ünvanında yerləşən mənzilin yerləşdiyi anten dairəsində aktiv olduğu müəyyən edildi. Diskdə olan yeddinci faylda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin 01.08.2020-ci il tarixdən 26.08.2020-ci il tarixədək olan müddət ərzində anten məlumatları əksini tapmışdır. Həmin faylda olan məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin 02.08.2020-ci il tarixdə saat 21 radələrində yəni, oğurluq hadisəsinin baş verdiyi tarixlərdə Zərərçəkmiş şəxs8 məxsus ünvan 6 ünvanında yerləşən mənzilin yerləşdiyi anten dairəsində aktiv olduğu müəyyən edildi. Bundan başqa həmin faylda olan məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin 26.08.2020-ci il tarixdə saat 21:24 radələrində X4 məxsus ünvan 11 ünvanında yerləşən mənzilin yerləşdiyi anten dairəsində aktiv olduğu müəyyən edildi. Diskdə olan yeddinci faylda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin 01.08.2020-ci il tarixdən 26.08.2020-ci il tarixədək olan müddət ərzində anten məlumatları əksini tapmışdır. Diskdə olan doqquzuncu faylda olan məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin 30.11.2019-cu il tarixdə saat 17 radələrində yəni, oğurluq hadisəsinin baş verdiyi tarixlərdə Zərərçəkmiş şəxs6 məxsus ünvan 12 ünvanında yerləşən mənzilin yerləşdiyi anten dairəsində aktiv olduğu müəyyən edildi. Diskdə olan on birinci faylda olan məlumatlara baxış zamanı müəyyən edildi ki, Azər Əliyevə məxsus ***-***-**-** saylı və Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrələri arasında 01.09.2020-ci il tarixdə saat 19:57-də 11 saniyə müddətinə, 19:57:56-da 71 saniyə müddətinə, 20:01:30 –da 68 saniyə müddətinə, 20:05:05-də 119 saniyə müddətinə və 20:08:57-də 404 saniyə müddətinə telefon danışıqları olmuş, həmin zaman aralığında Azər Əliyevə məxsus ***-***-**-** saylı və Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrələri Zərərçəkmiş şəxs7 məxsus ünvan 13 ünvanında yerləşən mənzilin yerləşdiyi anten dairəsində aktiv olmuşlar. Diskdə olan on üçüncü faylda olan məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi 01.09.2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs7 məxsus ünvan 13 ünvanında yerləşən mənzilin yerləşdiyi anten dairəsində aktiv olmuşdur. İşin 4-cü cild 61-67-ci vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 dekabr 2020-ci il tarixli, 9/5391 saylı rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş X4 məxsus bir ədəd “Samsung” markalı televizorun qiyməti 320 manat, X4 məxsus bir ədəd “LG” markalı televizorun qiyməti 280 manat, X4 məxsus bir ədəd “Samsung” markalı mobil telefonun qiyməti 280 manat, Zərərçəkmiş şəxs11 məxsus bir ədəd “Hisense” markalı televizorun qiyməti 320 manat, Zərərçəkmiş şəxs7 məxsus bir ədəd “Zimmer” markalı televizorun qiyməti 180 manat və Zərərçəkmiş şəxs7 məxsus bir ədəd seyfin qiyməti 80 manat müəyyən edilir. Həmin ekspert rəyindən görünür ki, ekspertə təqdim edilməyən X11 məxsus mənzildən oğurlanmış 1 ədəd 9 qram çəkidə qolbağının qiyməti nəzəri qaydada 540 manat, X11 məxsus mənzildən oğurlanmış 1 ədəd “beşlik” qızılın qiyməti nəzəri qaydada 500 manat, X11 məxsus mənzildən oğurlanmış 1 ədəd 7 qram çəkidə qolbağının qiyməti nəzəri qaydada 420 manat, X11 məxsus mənzildən oğurlanmış 1 ədəd 2 qram çəkidə uşaq üçün qolbağının qiyməti nəzəri qaydada 120 manat, Zərərçəkmiş şəxs10 məxsus mənzildən oğurlanmış 1 ədəd 100 qram çəkidə boyunbağının qiyməti nəzəri qaydada 6000 manat, Zərərçəkmiş şəxs10 məxsus mənzildən oğurlanmış 1 ədəd 26 qram çəkidə qolbağının qiyməti nəzəri qaydada 1560 manat, Zərərçəkmiş şəxs10 məxsus mənzildən oğurlanmış 1 ədəd 10 qram çəkidə sırğa-üzük dəstinin qiyməti nəzəri qaydada 600 manat, Zərərçəkmiş şəxs10 məxsus mənzildən oğurlanmış 1 ədəd 6 qram çəkidə boyunbağının qiyməti nəzəri qaydada 360 manat, Zərərçəkmiş şəxs10 məxsus mənzildən oğurlanmış 1 ədəd 4 qram çəkidə üzüyün qiyməti nəzəri qaydada 240 manat, Zərərçəkmiş şəxs10 məxsus mənzildən oğurlanmış 1 ədəd 5 qram çəkidə qızıl üzüyün qiyməti nəzəri qaydada 300 manat, Zərərçəkmiş şəxs10 məxsus mənzildən oğurlanmış 1 ədəd 5 qram çəkidə “fantaziya” formalı qızıl üzüyün qiyməti nəzəri qaydada 300 manat, Zərərçəkmiş şəxs10 məxsus mənzildən oğurlanmış 1 ədəd 6 qram çəkidə nişan üzüyün qiyməti nəzəri qaydada 360 manat, Zərərçəkmiş şəxs8 məxsus mənzildən oğurlanmış bir ədəd 13 qram çəkidə qızıl qolbağının qiyməti nəzəri qaydada 780 manat, Zərərçəkmiş şəxs11 məxsus bir ədəd “Hisense” markalı televizorun qiyməti nəzəri qaydada 180 manat müəyyən edilir. İşin 4-cü cild 147-150-ci vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 fevral 2021-ci il tarixli, 9/358 saylı rəyində göstərilir ki, ekspertizaya təqdim edilməyən Zərərçəkmiş şəxs5 məxsus mənzildn oğurlanmış bir ədəd 4 qram çəkidə kişi üzüyünün qiyməti nəzəri qaydada 240 manat, bir ədəd 9 qram çəkidə qadın qızıl üzüyünün qiyməti nəzəri qaydada 540 manat, bir ədəd 3 qram çəkidə qadın qızıl üzüyünün qiyməti nəzəri qaydada 180 manat və bir ədəd 2 qram çəkidə qızıl klonun qiyməti nəzəri qaydada 120 manat müəyyən edilir. Cinayət işinə əlavə edilmiş Gəncə Hərbi Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmündən görünür ki, həmin hökmlə X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 1(bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X19 təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Azər Əliyevin həbsdə saxlanıldığı 3 (üç) gün, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, ona təyin edilmiş cəzadan 6 (altı) gün çıxılaraq qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 30.11.2019-cu il tarixdə saat 21 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs6 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə pəncərədən qanunsuz daxil olub oradan bir ədəd dəyəri 720 manat olan qızıl sırğa-üzük dəstini, hər birinin dəyəri 360 manat olan iki ədəd qızıl üzüyü, bir ədəd dəyəri 240 manat olan qızıl üzüyü, bir ədəd dəyəri 120 manat olan qızıl üzüyü və bir ədəd dəyəri 100 manat olan qızıl dişi gizli olaraq talayaraq mənzili tərk etmiş, bununla da o, saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs6 1900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2020-ci ilin iyun ayının əvvəllərində saat 21 radələrində X23 ilə qabaqcadan əlbir olub qrup şəklində birləşərək aralarında olan razılığa əsasən Azər Əliyev çöldə pusquda dayanaraq ətrafı gözətləmiş, o isə Zərərçəkmiş şəxs11 məxsus Mingəçevir şəhər ünvan 2 ünvanında yerləşən yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq oradan bir ədəd dəyəri 320 manat və bir ədəd dəyəri 180 manat olan iki ədəd “Hisense” markalı televizorları gizli olaraq talayaraq mənzili tərk etmiş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs11 500 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 15.06.2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs10 məxsus Mingəçevir şəhər A.Məmmədov küçəsi ev 8/4, mənzil 21-də yerləşən mənzilə pəncərədən qanunsuz daxil olub oradan 5000 manat pul, 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 1.700 olan 1400 ABŞ dolları pulu, bir ədəd 6000 manat dəyərində qızıl boyunbağını, bir ədəd 1560 manat dəyərində qızıl qolbağını, bir ədəd 600 manat dəyərində qızıl sırğa-üzük dəstini, bir ədəd 360 manat dəyərində qızıl boyunbağını, bir ədəd 240 manat dəyərində qızıl üzüyü, bir ədəd 300 manat dəyərində qızıl tək qaş üzüyü, bir ədəd 300 manat dəyərində qızıl üzüyü və bir ədəd 360 manat dəyərində qızıl nişan üzüyünü gizli olaraq talayaraq mənzili tərk etmiş, bununla da saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs10 17100 manat məbləğdə yəni, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 14.07.2020-ci il tarixdə saat 21 radələrində X11 məxsus Mingəçevir şəhər A.Şaiq küçəsi ev 15, mənzil 32-də yerləşən mənzilə pəncərədən qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 540 manat dəyərində qolbağı, bir ədəd 500 manat dəyərində 5 qramlıq qızıl klonu, bundan başqa Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 1200 manat dəyərində sırğa-üzük dəstini, 1200 manat dəyərində qızıl qadın üzüyünü, bir ədəd 900 manat dəyərində 7,5 qram çəkidə qızıl klonu, bir ədəd 800 manat dəyərində qızıl boyunbağını, bir ədəd 200 manat dəyərində qızıl üzüyü, bir ədəd 300 manat dəyərində qızıl üzüyü, bir ədəd 120 manat dəyərində uşaq üçün qolbağı, bir ədəd 75 manat dəyərində uşaq üçün qızıl qolbağı, bir ədəd 100 manat dəyərində uşaq üçün qızıl klonu, bir cüt 200 manat dəyərində qızıl sırğanı, bir ədəd 420 manat dəyərində qızıl boyunbağını, həmçinin Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 3200 manat dəyərində boyunbağı-qolbağı dəstini, bir ədəd 1800 manat dəyərində sırğa-üzük dəstini, bir ədəd 1200 manat dəyərində briliyant qaşlı üzüyü, bir cüt 200 manat dəyərində uşaq üçün qızıl sırğanı və bir ədəd 180 manat dəyərində qızıl qolbağını gizli olaraq talayaraq mənzili tərk etmiş, bununla da saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxslərə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 13135 manat məbləğində yəni, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 29.07.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 məxsus Mingəçevir şəhər F.Əzimov küçəsi ev 33, mənzil 37-də yerləşən mənzilə pəncərədən qanunsuz daxil olub oradan 13 manat pulu, bir ədəd 240 manat dəyərində qızıl kişi üzüyünü, bir ədəd 540 manat dəyərində qızıl qadın üzüyünü, bir ədəd 180 manat dəyərində qızıl qadın üzüyünü və bir ədəd 120 manat dəyərində qızıl klonu gizli olaraq talayaraq mənzili tərk etmiş, bununla da saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs5 1093 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02.08.2020-ci il tarixdə Zərərçəkmiş şəxs8 məxsus Mingəçevir şəhər M.Mahmudov küçəsi ev 11, mənzil 12-də yerləşən mənzilə pəncərədən qanunsuz daxil olub oradan 1900 manat pulu, bir ədəd 780 manat dəyərində qızıl qolbağını, bir ədəd 300 manat dəyərində qızıl boyunbağını, bir ədəd 300 manat dəyərində qızıl klonu, bir ədəd 420 manat dəyərində qızıl üzüyü və bir ədəd 300 manat dəyərində briliyant qaşlı qızıl üzüyü gizli olaraq talayaraq mənzili tərk etmiş, bununla da saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs8 4000 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 26.08.2020-ci il tarixdə saat 21 radələrində X23 ilə qabaqcadan əlbir olub qrup şəklində birləşərək aralarında olan razılığa əsasən Azər Əliyev çöldə pusquda dayanaraq ətrafı gözətləmiş, o isə X4 məxsus Mingəçevir şəhər Nizami küçəsi ev 6A, mənzil 26-da yerləşən mənzilə pəncərədən qanunsuz daxil olub oradan bir ədəd 320 manat dəyərində “Samsung” markalı televizoru, bir ədəd 280 manat dəyərində “LG” markalı televizoru, bir ədəd 280 manat dəyərində “Samsung” markalı mobil telefonu və 50 manat pulu gizli olaraq talayaraq mənzili tərk etmiş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxs X4 məxsus 930 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 27.08.2020-ci X12 məxsus Mingəçevir şəhər C.Əliyev küçəsi ev 26, mənzil 36-da yerləşən mənzilə pəncərədən qanunsuz daxil olub oradan sonuncunun arvadı Zərərçəkmiş şəxs9 məxsus 703 manat pulu gizli olaraq talayaraq mənzili tərk etmiş, bununla da saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs9 703 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 01.09.2020-ci il tarixdə saat 21 radələrində X23 ilə qabaqcadan əlbir olub bir qrup şəklində birləşərək aralarında olan razılığa əsasən Azər Əliyev çöldə pusquda dayanaraq ətrafı gözətləmiş, o isə Zərərçəkmiş şəxs7 məxsus Mingəçevir şəhər D.Əliyeva küçəsi ev 16, mənzil 57-də yerləşən mənzilə pəncərədən qanunsuz daxil olub oradan bir ədəd 180 manat dəyərində “Zimmer” markalı televizoru mənzilə daxil olduğu pəncərənin qarşısına gətirərək döşəməyə qoymuş, lakin Zərərçəkmiş şəxs7 evə qayıdaraq qapını açmağa çalışmasını bilib bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib mənzildən çıxaraq Zərərçəkmiş şəxs7 məxsus 180 manat dəyərində əmlakı gizli yolla talamağa, yəni oğurlamağa cəhd etmişdir. Bununla da təqsirləndirilən şəxs X13 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməlin törətməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş materialları ilə təkzib olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Asif oğluna Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 91-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 103-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cəza təyin edilərkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İşin 2-ci cild 240-cı vərəqində olan şübhəli şəxsi tutma haqqında 02 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 3-cü cild 11-12-ci vərəqlərində olan Mingəçevir şəhər polis Şöbəsinin 04 sentyabr 2020ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən dərhal azad olunmuşdur. İşin 1-ci cild 224-cü vərəqində olan şübhəli şəxsi tutma haqqında 04 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 2-ci cild 25-26-cı vərəqində olan Mingəçevir şəhər məhkəməsinin 06 sentyabr 2020-ci il tarixli 4(051)-106/2020 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs həbs qətimkan tədbiri seçilmişdir. 02 sentyabr 2020-ci il tarixdən 04 sentyabr 2020-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. Cəzasının əvvəli tutulduğu vaxtdan, 04 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən mülki qaydada iddia vermək hüququ izah olunmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd “Samsung” markalı televizor, bir ədəd “LG” markalı televizor, bir ədəd “Hisense” markalı televizor, bir ədəd “Zimmer” markalı televizor və bir ədəd “Samsung A21”markalı mobil telefonu zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Vəkil Müdafiəçi1 Məhərrəm oğluna ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 300 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43,344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6(altı)ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 sentyabr 2020-ci il tarixdən 04 sentyabr 2020-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 5(beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, 04.09.2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd “Samsung” markalı televizor, bir ədəd “LG” markalı televizor, bir ədəd “Hisense” markalı televizor, bir ədəd “Zimmer” markalı televizor və bir ədəd “Samsung A21”markalı mobil telefonu zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən mülki qaydada iddia vermək hüququ izah olunsun. İş üzrə ekspertiza xərci olan 100(bir yüz) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Vəkil Müdafiəçi1 Məhərrəm oğluna ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 300 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar