Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-63/2023 11.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Mingəçevir Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə etdiyi 1 ədəd sellofan bükümdə təmiz çəkisi 8,35 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 24 yanvar 2023-cü il tarixdə saat 10 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 20 saylı binanın yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 10:55-də üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 8,35 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər də narkotik vasitə istifadə etmişdir. Narkotik vasitələri tanıyır. 2022-ci ilin payız aylarında Ağdaş rayonunda olarkən təsadüfi zəmində bazarda sellofan büküm görüb və içərisinə baxanda narkotik vasitə qurudulmuş marixuana olmasını müəyyən edib özü istifadə etmək məqsədilə götürüb Mingəçevir şəhərinə gətirmişdir. Həmin vaxtdan etibarən həmin narkotik vasitəni yaşadığı bınanın yaxınlığında sellofan bükümdə saxlamışdır. 24 yanvar 2023-cü il tarixdə səhər saatlarında həmin narkotik vasitəni özü ilə götürüb və istifadə etmək məqsədilə şalvarının cibinə qoyub şəhərə çıxmışdır. Həmin gün saat 10:00 radələrində Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 20 saylı binanın yaxınlığında olarkən polis əməkdaşları onu saxlayıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib və onu polis şöbəsinə gətirmişlər. Şəhər polis şöbəsinin inzibati binasında olarkən şübhəli şəxs qismində tutulmuş, maddi vəziyyəti uyğun olmadığına görə hüquqlarını müdafiə etməsi üçün Mingəçevir şəhər vəkil bürosunun üzvü vəkil Müdafiəçi ona dövlət hesabına müdafiəçi təyin olunaraq təqdim edilmişdir. O, müdafiəçiyə və cinayət prosesin iştirakçılarına etirazı olmadığını bildirmişdir. Bundan sonra növbətçi hissənin qarşısında videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Bu zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və yaxud kütlə vardırsa təqdim etməyi təklif edildikdə o, üzərində yəni şalvarının sol yan cibində sxladığı sellofan bükümün içərisində olan narkotik vasitə qurudulmuş marixuananı çıxardıb təqdim etmiş və narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Sorğu zamanı həmin kütləni taparaq əldə etməyini satış məqsədi olmamasını və özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Həmin qablaşdırmanın üzərinə o, özü də imza etmişdir. Daha sonra şəxsi axtarış və götürmə keçrilməsinə dair tərtib edilmiş protokolun doğruluğunu imzası ilə təsdiqləmişdir. Daha sonra cnayəti ilk dəfə cnayət törətməsini və törətdiyi cinayəti etiraf edərək səmimi peşman olmasını və cavanlığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etldi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 İsrəfil oğlu ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı xüsusi rütbəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs Mingəçevir şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması ilə əlaqədar tərəflərindən vətəndaşların sorğusu əməliyyat tədbiri keçirilməsinə dair qərar qəbul edilmiş və şöbə rəhbərliyi tərəfindən bu barədə əmr hazırlanmışdır. Daha sonra əməliyyat tədbirinin keçirilməsi ilə bağlı o və Mingəçevir ŞPŞ-nin CAB-nun əməliyyat müvəkkili polis kapitanı, Şahid2 ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Mingəçevir şəhər Ş.İ.Xətai küçəsi 20 saylı binanın yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanması daşınmasında şübhəli olmasını bildirib onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və o polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinə Təqsirləndirilən şəxs gətirildikdən sonra raportla müraciət etmiş və araşdırma təhqiqatçı Tural Nəsirova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxsi qismində tutulmuş və dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah olunduqdan sonra polis şöbəsinin növbətçi hissəsinin qarşısında Müdafiəçi iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını və bir neçə ay əvvəl Ağdaş rayon ərazisində büküm halında taparaq əldə etməsini, özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımasını bildirmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Qablaşdırmanın üzərinə Təqsirləndirilən şəxs və Müdafiəçi da imza etmişdir. Daha sonra şəxsi axtarış və götürmə keçirilməsinə dair protokol tərtib olunmuş, həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilən xüsusastları təsdiq etmişlər. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynindəki qara rəngli şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 8,35 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 24 yanvar 2023-cü il tarixli 17/93 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə” sözləri və imzalar yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi –8,35 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi-0,05 qram, qalıq-8,30 qram. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 350 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobionidlərdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji disponserdə qeydiyyatda alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. İş materiallarında olan DİN-nin BƏSİİ-in xx.xx.2023-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Yusifov X3 şəhəri H.Əliyev prospekti 84 otaq 72 ünvanında yaşadığı müddətdə barəsində heç bir ərizə və ya şikayət daxil olmamışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə etdiyi 1 ədəd sellofan bükümdə təmiz çəkisi 8,35 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 24 yanvar 2023-cü il tarixdə saat 10 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 20 saylı binanın yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 10:55-də üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 8,35 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və səmimi peşmanlıq hissi keçirməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, ailədə yeganə gəlir gətirən şəxs olmasını, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ilk dəfə cinayət törətməsini və törətdiyi əməli səmimi etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs ibtidai araşdırmada həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhəri İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında qəraradan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanıldığı Mingəçevir ŞPŞ-in MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, dörd gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-in 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-in 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74-1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Ona görə də X4 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-in 197 və 198-ci maddələrinə əsasən iş üzrə 38 manat 97 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra qalıq çəkisi 8,30 qram olan narkotik vasitə qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlandığı 2 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, 4 gün ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra qalıq çəkisi 8,30 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Azərbaycan Respublikası CPM-in 197 və 198-ci maddələrinə əsasən iş üzrə 38 manat 97 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-63/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-63/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver