Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-63/2025 13.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 iştirakı ilə xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qeyri-müəyyən sayda şəxsin əmlakını qabaqcadan yaranmış niyyətlə və etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2024cü ilin mart ayında «Tik-tok» və «İnstagram» sosial şəbəkələrində «Nur Qapı» adlanan elektron səhifə yaratdıqdan sonra, müştəriləri cəlb edib, sonradan onların pulunu ələ keçirmək niyyəti ilə həmin səhifəyə müxtəlif qapıların satışı barədə yalan elanlar yerləşdirmiş, 2024-cü ilin mart ayında səhifədə onun yerləşdirdiyi elan əsasında qapı sifarişi verən Zərərçəkmiş şəxs1 ilə istifadəsində olan, lakin anası Şahid2 adına olan ***- ***-**-** mobil nömrənin «whatsap» tətbiqi vasitəsilə yazışma apararaq, Zərərçəkmiş şəxs1, sifariş verdiyi qapıları hazırlayacağına və çatdıracağına inandırıb, Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə saat 15:57-də Mingəçevir şəhəri, H.Əliyev prospekti, 31 nömrəli ünvanda yerləşən «Bazarstore» supermarketdə quraşdırılmış «Mpay» terminalı vasitəsi ilə cinayətin törədilməsinə aidiyyəti olmayan onun (Təqsirləndirilən şəxs) arvadı Şahid1 adına olan, lakin onun (Təqsirləndirilən şəxs) istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 4169-7387-9034-4273 seriya nömrəli kart hesabına göndərdiyi 700 manat, xx.xx.2024-cü il tarixdə saat 15:08-də eyni ödəmə terminalından eyni kart hesabına göndərdiyi 200 manat və xx.xx.2024-cü il tarixdə saat 10:48-də eyni ödəmə terminalından eyni kart hesabına göndərdiyi 510 manat, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 1410 manat məbləğdə, 2024-cü ilin mart ayında Zərərçəkmiş şəxs2 həmin səhifədən etdiyi qapı sifarişinə əsasən eyni nömrənin «whatsap» tətbiqi vasitəsilə ilə yazışmalar apararaq Zərərçəkmiş şəxs2 də sifariş verdiyi qapıları hazırlayıb, çatdıracağına dair vəd verib, inandırmaqla, 01 aprel 2024-cü il tarixdə saat 20:16-da Zərərçəkmiş şəxs2 ünvan 4 ünvanında yerləşən «Sizin» marketdə quraşdırılmış «Milliön» ödəmə terminalından cinayətin törədilməsinə aiddiyyəti olmayan Şahid1 adına olan eyni kart hesabına sifarişin ödənişi üçün göndərdiyi 675 manat məbləğdə, 2024-cü ilin mart ayında Zərərçəkmiş şəxs5 həmin səhifədən etdiyi qapı sifarişinə əsasən eyni nömrənin «whatsap» tətbiqi vasitəsilə ilə yazışmalar apararaq, Zərərçəkmiş şəxs5 da sifariş verdiyi qapıları hazırlayıb, çatdıracağına dair vəd verib, onu inandırmağa nail olaraq, 29 mart 2024-cü il tarixdə saat 17:26-da Quba rayonu, Qəçreş yolunda yerləşən «Favorit» marketdə quraşdırılmış «Mpay» ödəmə terminalı vasitəsi ilə cinayətin törədilməsinə aidiyyəti olmayan Şahid1 adına olan eyni kart hesabına sifarişin ödənişi üçün göndərdiyi 700 manat məbləğdə, 2024-cü ilin aprel ayında Zərərçəkmiş şəxs3 həmin səhifədən etdiyi laminat sifarişinə əsasən onunla eyni nömrənin «whatsap» tətbiqi vasitəsilə ilə yazışmalar apararaq, Zərərçəkmiş şəxs3 sifariş verdiyi laminatı çatdıracağına dair vəd verib, onu inandırmağa nail olaraq, Zərərçəkmiş şəxs3 06 aprel 2024-cü il tarixdə saat 17:50-də Mingəçevir şəhəri, H.Heydərov küçəsi, ev 12-də yerləşən evində istifadəsində olan **********564061 nömrəli "xxxx" ASC-yə aid kart hesabının mobil tətbiqindən sifarişin ödənişi üçün onun (Təqsirləndirilən şəxs) istifadəsində olan, istintaqa məlum olmayan kart hesabına göndərdiyi 387 manat məbləğdə, habelə 2024-cü ilin may ayında Zərərçəkmiş şəxs4 həmin səhifədən etdiyi qapı sifarişinə əsasən eyni nömrənin «whatsap» tətbiqi vasitəsilə ilə yazışmalar apararaq Zərərçəkmiş şəxs4 də sifariş verdiyi qapıları hazırlayıb, çatdıracağına dair vəd verib, onu inandırmağa nail olaraq, Zərərçəkmiş şəxs4 13 may 2024-cü il tarixdə saat 17:13-də Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Gəncə Təndiri» adlı mağazaya quraşdırılmış «Milliön» ödəmə terminalından onun (Təqsirləndirilən şəxs) tanışı, cinayətin törədilməsinə aidiyyəti olmayan X1 adına olan, "xxxx" ASC tərəfindən verilmiş 5239-1517-0986-2190 kart hesabına sifarişin ödənişi üçün göndərdiyi 1150 manat məbləğdə, ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus 4322 (dörd min üç yüz iyirmi iki) manat məbləğdə pulu etibardan sui-istifadə və aldatma yolu və vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, barəsində şikayət etmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 şəxsən tanımır, onlarla aralarında hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. Əvvəllər tikinti materialları bazalarında işləmiş, təcrübə qazandıqdan sonra fərdi qaydada tikinti materiallarının alqı-satqısı ilə məşğul olmuşdur. Daha sonralar həmin sahədə işlədiyi adamlarla aralarında pul mübahisələri yaranmış, dələduzluq cinayəti ilə məsuliyyətə cəlb olunmuş, buna görə də işlədiyi adamlardan və həmin sahədən uzaqlaşmışdır. Özü işsiz qalmamağı üçün “Tik- tok” və “İnstagram” sosial şəbəkələrində qapı alqı-satqısı ilə bağlı səhifə açmışdır. Həmin səhifəni Samsung markalı özünə məxsus mobil telefonu ilə işlək vəziyyətə salaraq işlətmişdir. Həmin səhifənin işlək mobil nömrəsi anası Şahid2 adına olan ***-***-**-** saylı mobil nömrənin vhatsap tətbiqi olmuşdur. Ödənişlər də arvadı Şahid1 adına olan kapital banka məxsus 4169-7387-9034-4273 saylı kart vasitəsilə həyata keçirilmişdir. Fəaliyyəti bundan ibarət olmuşdur ki, Bakı şəhərində fəaliyyət göstərən mənzil qapıları satışı ilə məşğul olan bazalardan əldə edilən məhsulların fotoşəkillərini və ölçülərini səhifədə paylaşır. Müştərilərin istəyinə uyğun səhifədən seçdikləri qapıların dəyərini bazanın müəyyən etdiyi dəyərdən biraz baha qiymətə müştəriyə təqdim etməklə və nəticədə alqı-satqı baş tutduqda qazanc qalmışdır. Müştərilər sifarişi verərkən öncədən seçilmiş məhsulların sayını və bazada qalıb qalmamasını dəqiqləşdirdikdən sonra müştəriyə sifariş qəbulu barədə məlumat verib razılaşdıqda sifariş qəbul edilmişdir. Ölçüləri standart olan qapıları sifariş edildikdə sifarişin dəyəri öncədən kart hesabına ödəniş edilməklə (istisna hallarda qapı sifarişçiyə təhvil veriləndə ) baş tutmuşdur. 2024-cü ilin mart ayından etibarən işlər pozulmuşdur. Mart ayının ortalarında Mingəçevir şəhərindən qapı sifarişi daxil olduqda həmin müştərinin ödənişini etmiş, lakin bazada ləngimələr olmuşdur. Ona görə də 3 ədəd qapı sifarişinə görə ümumilikdə 1410 manat pulu ayrı-ayrı vaxtlarda olmaqla arvadı Şahid1 adına olan bank kartına göndərtdirməklə almışdır. Mingəçevir şəhərinə qapıları göndərməyi vəd etmiş olsa da, vədi icra edə bilməmişdir. Sonradan bilib ki, 1410 manat pulunu alaraq qapılarını çatdıra bilmədiyi şəxs Zərərçəkmiş şəxs1dır. Bundan başqa Zərərçəkmiş şəxs5 tərəfindən 2024-cü ilin mart ayının son günlərində Quba rayonundan qapı sifarişi daxil olmuş, həmin müştəri ilə 1200 manat müqabilində avropa qapıları tipli qapını Quba rayonuna Qəçreş kəndinə göndərəcəyinə dair vəd vermişdir. Həmin müştəridən ilkin ödəniş adı ilə 700 manat pul istəmiş və o da razılaşdıqda, arvadı Şahid1 adına olan kapital banka məxsus 4169-7387-9034-4273 saylı kart hesabını göndərmiş və xx.xx.2024-cü il tarixdə 700 manat sifariş ödənişi üçün pul göndərilmişdir. Yenə də bazada problemlər yarandığı üçün sifarişi icra edə bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 tərəfindən 2024-cü ilin aprel ayında Mingəçevir şəhərindən qapı sifarişi daxil olmuş, həmin müştəri ilə 675 manat müqabilində avropa qapıları tipli qapını Mingəçevir şəhərinə göndərəcəyinə dair vəd vermiş, həmin müştəriyə Şahid1 adına olan kapital banka məxsus 4169-7387-9034-4273 saylı kart hesabını göndərmiş və xx.xx.2024-cü il tarixdə 675 manat sifariş üçün pul həmin müştəri tərəfindən göndərilmişdir. Sifarişi icra edə bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 tərəfindən 2024-cü ilin aprel ayında Mingəçevir şəhərindən müştəri qismində səhifəyə yazaraq laminat almaq istəyən şəxslə danışıq zamanı onunla 387 manat müqabilində 43 m2 laminat sata biləcəyini və Mingəçevir şəhərinə göndərə biləcəyini bildirmişdir. Həmin şəxslə də danışıqlar anasına məxsus mobil telefon nömrəsinin vatsap tətbiqi ilə baş tutmuşdur. Həmin şəxslə 387 manata razılaşdıqdan sonra ona borclu olduğu şəxsin kart hesabını göndərmiş və 387 manat pulun həmin karta göndərilməsini bildirmiş, bir qədər sonra laminat sifarişi edən şəxs kart hesabına 387 manat köçürmə etdiyini bildirmiş və o da borclu olduğu tanışına borcundan ödəniş etdiyini bildirmişdir. Lakin daha sonra həmin müştəriyə də sifariş etdiyi laminatları göndərməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 tərəfindən 2024- cü ilin may ayında Mingəçevir şəhərindən qapı sifarişi daxil olduqda anası Sevdaya məxsus mobil nömənin vatsap tətbiqi ilə danışıqlar aparıb qapıları Mingəçevir şəhərinə təhvil verməyi vəd edib qarşılığında sifarişə uyğun ölçüdə və sayda qapıları təhvil vermək üçün qabaqcadan 1150 manat ödənilməsini bildirmişdir. Həmin müştəri də razılaşmış və ona tanışı X2 məxsus kapital banka məxsus 5239 1517 0986 2190 seriya nömrəli kart hesabını verib pulu həmin kart hesabına göndərməsini bildirmişdir. 2024-cü ilin may ayınınn 13- də həmin müştəri çek ataraq 1150 manat pulu təqdim etdiyi kart hesabına göndərdiyini bildirmişdir. O da Sevinc Hümmətovaya məxsus, lakin onun istifadə etdiyi kartdan həmin pulu nəğdləşdirmişdir. Sonralar həmin müştəri dəfələrlə əlaqə saxlayaraq qapıları yaxud əvəzində ödədiyi pulu geri qaytarmağı bildirsə də, anbarda problem olduğu üçün qaytara bilməmiş, bir neçə dəfə ona zəng edildikdə ətrafında onu həqiqətən də qapı alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıyan tanışlarına gələn zəngə cavab verməsini və qapılar çatdırılacağını bildirməsini xahiş etmişdir. Şahid1 müştərilərə sifarişlərin çatdırılmamasından məlumatı olmamışdır. Onun qapıların alqı-satqısı ilə bağlı hər hansı formada köməkliyi olmamışdır. Onun adına olan bank kartını alaraq özü istifadə etmiş, lakin Aynur onun işlərindən xəbərsiz olmuşdur. Səhifəyə sifarişlə bağlı müraciət edən müştərilərə öz anket məlumatlarını təqdim etməmiş, danışıqlar adətən vatsapda mesaj yazaraq baş tutmuş, həmin mesajlarda “Nurxanım” və ya “Nur ” adı ilə özünü müştərilərə təqdim etmişdir. Nə anası Sevda Xəlilovanın, nə də pul borclu olduğu şəxsin, nə də Sevinc Hümmətovanın bunlarla bağlı məlumatları olmamışdır. Sevinc Hümbətova qeyrirəsmi münasibətdə olduğu qadındır, onun kartını alaraq özü istifadə etmişdir. O, qapı satışı ilə məşğul olduğu vaxtlarda həmin fəaliyyətlə məşğul olan hər hansı şirkət qurmamış, nə təsisçi nə də icraçı olmamışdır. Fərdi qaydada fəaliyyət göstərmişdir. Qapıları sifariş edirdilər, anbarda gecikmə olurdu, sifariş gecikdiyindən imtina edirdilər, pulunu geri istəyirdi, mal əlində qalırdı, anbarda pulu qaytarmırdı, ona görə də pulları əvəzləşdirərkən yeni mal sifariş edə bilmirdi və yeni müştərilərlə problemlər yaranırdı. Öz ailə üzvlərinin telefonundan və kartlarından istifadə etmişsə, kimisə aldatmaq fikri olmayıb. Aldatmaq niyyəti olsaydı başqa-başqa şəxslərin nömrələrindən və kartlarından istifadə edərdi. Problem anbarda yaranırdı, sifarişi düzgün göndərmirdi. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. 2023-cü ilin oktyabr ayından yaşadığı evin təmirinə başlamış, hissə hissə olmaqla təmir etdirmişdir. 2024-cü ilin mart ayında təmir yekunlaşdığı üçün evin otaq qapılarını almaq qərarına gəlmişdir. Bu səbəbdən də xx.xx.2024-cü il tarixdə “Tiktok” sosial şəbəkəsində (instagramda) olan zaman "X10" profili adı altında müxtəlif növ ev qapıları satışı olduğunu və endirimə düşdüyünü görmüşdür. Bu səbəbdən də həmin səhifədə olan ***-***-**-** mobil nömrəsini götürüb, vhatcap vasitəsi ilə yazışaraq danışmışdır. Həmin nömrə ilə danışan şəxs özünü Nur adlı qadın kimi təqdim etmişdir. Vhatsap sosial şəbəkəsində evinə 90x220 metr ölçüdə 3 ədəd qapı sifariş vermək istədiyini deyəndə, özünü Nur kimi təqdim edən şəxs 3 ədəd qapının hazırlanıb Bakı şəhərindən gətirilməsi və quraşdırılmasının 1610 manat etdiyini, lakin endirim olduğu üçün cəmi 1410 manata qapının hazırlanıb gətirilib quraşdırılacağını bildirmişdir. O, bir neçə gün ərzində düşünüb xx.xx.2024-cü il tarixdə qapıları sifariş etmək qərarına gəlmiş, buna görə də adını Nur kimi təqdim edən şəxslə vhatcap sosial şəbəkəsində danışıb qapıları sifariş vermək istədiyini bildirmişdir. Həmin şəxs ən azı 1410 manatın yarısını ödəməli olmasını dedikdə onunla razılaşmış, həmin şəxs vhatsapda 4169-7387-9034- 4273 seriyalı kapital bank hesab nömrəsini ödəniş ediləsi üçün göndərmişdir. O da həmin hesab nömrəsinə H.Əliyev prospektində yerləşən “Bazarstore” marketində quraşdırılmış “Milliön” aparatından 700 manat pul göndərmişdir. 1 həftə ərzində qapıların hazır olub göndəriləcəyi ona bildirilmişdir. Lakin xx.xx.2024-cü il tarixdə yenidən vhatssap sosial şəbəkəsində həmin şəxsə yazıb ustalar və pulu ödəniləcək ümumi məbləğə daxil olub olmamasını soruşanda həmin şəxs endirim olduğu üçün mümkün olmamasını, ancaq pulu tam şəkildə ödəyəcəyi təqdirdə mümkün olacağını bildirmişdir. Bu səbəbdən də o xx.xx.20224-cü il tarixdə 200 manat və xx.xx.2024-cü il tarixdə 510 manat pulu Bazarstore mağazasındakı aparatdan həmin kart hesabına göndərmişdir. Lakin 1 həftə keçdikdən sonra həmin şəxslə yenidən vhatssap sosial şəbəkəsindən yazıb qapıların nə üçün göndərilmədiyini soruşduqda o, da yaxın müddət ərzində çatdırılacağını desə də buna baxmayaraq həmin vaxtdan sonra müxtəlif bəhanələrlə ləngitmişdir. Təxminən 1 ay keçdikdən sonra pulun geri qaytarılmasını həmin şəxsdən tələb etsə də o, şirkətə ödənildiyini deyib müxtəlif bəhanələrlə aldadıb pulu qaytarmamışdır. Sonda qapıların gəlmədiyini və pulun qaytarılmadığını görüb şikayət etmişdir. Vatsap vasitəsilə həmin şəxslə ancaq mesajla danışdığı üçün onun qadın yaxud kişi olmasını bilməmiş, lakin mesajlarda danışan şəxs özünü qadın kimi və adının Nur olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Ona görə də ondan şikayətçidir. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə özü müraciət etmişdir. 2024-cü ilin mart ayının axırlarında "Tik-tok" sosial şəbəkəsində "X10" adlı səhifədə 675 manata qapı satışı ilə bağlı elan görüb səhifəyə yerləşdirilmiş 077-300- 25-29 mobil nömrə ilə "whatsapp" tətbiqi üzərindən sms yazaraq əlaqə saxlamışdır. Əlaqə saxladığı şəxs özünü Nurxanım adı ilə təqdim edib qapının alqısatqısında 675 manata razılaşdıqdan sonra pulu ödəniş etmək üçün ona "xxxx" ASC-yə məxsus bank kartının 4169 7387 9034 4273 nömrəsini göndərmişdir. Həmin şəxslə bir neçə gün əlaqə saxladıqdan sonra xx.xx.2024-cü il tarixdə saat 20:16-da onun verdiyi bank kartı hesabına ünvan 5 ünvanında yerləşən "Sizin" marketdə quraşdırılmış "milliön" terminalı vasitəsi ilə 675 manat pul göndərmişdir. Razılaşmaya görə həmin şəxs bir neçə gün ərzində qapını Mingəçevir şəhərinə çatdırmalı idi. Lakin qapı ona göndərilmədikdə pulunu geri qaytarmasını istəsə də, həmin şəxs pulu göndərəcəyini demiş, lakin geri qaytarmamışdır. Sonradan isə onunla əlaqə saxlamaq da mümkün olmadıqda aldadılmağını başa düşərək polis şöbəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Ona görə də ondan şikayətçidir. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Mingəçevir ŞPŞ-nə özü müraciət etmişdir. Barəsində şikayət etdiyi şəxslərdən online qaydada əvvəllər bir dəfə qapı sifariş vermiş, həmin sifariş üzrə ona avropa qapıları göndərilmişdir. Uzun müddətdir ki, Tik-Tok sosial şəbəkə istifadəçisidir, həmin müddət ərzində bir neçə dəfə paylaşılan elanlara reaksiya verib online qaydada alış veriş etmiş, alış veriş zamanı ona qarşı dələduzluq olunmamışdır. İlk dəfə təxmini 1 il öncə həmin X10 adlı Tik-Tok sosial şəbəkə istifadəçisindən 1400 manat qarşılığında qapı sifariş vermiş, 3-4 gün sonra sifarişə uyğun olaraq qapılar ona Mingəçevir şəhərinə göndərilmişdir. Lakin 2024-cü ilin may ayında yenidən qapı lazım olduğu üçün həmin səhifəyə müraciət edərək ***-***-**-** mobil nömrənin vatsapı ilə əlaqə yaratmış, qapı lazım olmasını bildirmiş, bu zaman satış meneceri kimi özünü təqdim edən şəxs qapıların hazırda endirimdə olmasını bildirmişdir. O da 5 ədəd avropa qapıları tipli qapı almaq istədiyini bildirib ölçülərini vermiş, bundan sonra 1150 manat müqabilində qapı satılacağını və çatdırılma da həmin məbləğə daxil olmasını bildirmişlər. O da razılaşmış və ödəniş üçün hesab istəmişdir. Bundan sonra vatsapda ona 5239-1517-0986-2190 nömrəli bank kartının seriya nömrəsi yazılıb sklad hesabı olması və həmin hesaba ödəniş edilməsi bildirilmişdir. O da xx.xx.2024-cü il tarixdə saat 17:13- də Mingəçevir şəhər H.Əliyev prospektində yerləşən “Gəncə Təndiri”ndə quraşdırılmış ödəmə terminalından 1150 manat pulu həmin hesaba göndərmişdir. Həmin vaxtdan etibarən dəfələrlə həmin səhifə və vatsap tətbiqi hesabı ilə əlaqə saxlasa da nə sifariş etdiyi pul qaytarılmamış nə də qapılar təhvil verilməmişdir. Bundan sonra aldadılmağını başa düşüb polis şöbəsinə şikayət etmişdir. Əlavə olaraq bildirmək istəyir ki, sifarişləri icra olunmadığından qazi olduğunu bildirmiş, başqa qazancı olmadığını bildirdikdə, “biz çox qazilərin pulunu yemişik”-deyərək ona acıq vermişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Ona görə də ondan şikayətçidir. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə özü müraciət etmişdir. 2023-cü ilin dekabr ayında “İnstagram” sosial şəbəkəsində “Nur Qapı” aləmi adlı səhifə görüb həmin səhifəyə baxan zaman “Avropa Qapı” larinin qiymətinin satışda digər səhifələrdən ucuz olmasını görüb almaq üçün müraciət etmiş, həmin səhifədən əlaqə saxlamaq üçün nömrə götürüb vatsap tətbiqi ilə vasitəsilə mesaj yazaraq əlaqə saxlayıb ilk olaraq 5 ədəd avropa qapıları tipli qapı sifariş vermişdir. Həmin səhifəni işlədən şəxs ona vatsap vasitəsilə ödəniş üçün kart hesabı göndərmişdir. Ucuz qiymətə olduğu üçün həmin gün qohumu üçün də əlavə 4 ədəd qapı sifarişi etmiş, ümumilikdə sifarişlər üçün 1260 manat pulu təqdim olunan kart hesabına göndərmiş, təxminən 2 gün sonra həmin sifarişlər əsasında 9 ədəd avropa qapıları tipli qapı ona avtobus vasitəsilə Mingəçevir şəhərinə göndərilmişdir. 2024-cü ilin fevral mart aylarında qohumu üçün onun fərdi yaşayış evinə 6 ədəd avropa qapıları tipli qapı sifariş etmiş, həmin sifariş üzrə də ödənişi eyni üsulla etmiş və 2 gün sonra qapılar sifariş üzrə vaxtında çatdırılmışdır. Lakin 2024-cü ilin aprel ayında həmin səhifəyə məxsus ***-***-**-** saylı nömrənin vatsap tətbiqi vasitəsilə ona endirimdə laminatlar olması barədə məlumat verilmişdir. Danışıq zamanı 43 m2 laminatı 387 manata sata biləcəklərini bildirmişlər. O da razılaşmış və həmin nömrənin vatsap tətbiqi vasitəsilə ona göndərilmiş kart hesabına xx.xx.2024-cü il tarixdə saat 17:50-də 387 manat pulu özünə məxsus “İBA” mobil tətbiq hesabından köçürmə etməklə ödəmişdir. Həmin vaxtdan sonra sifariş çatdırılacağı vaxt keçsə də dəfələrlə əlaqə saxlasa da müxtəlif vaxtlara vəd verilərək yubadılmış, lakin daha sonra əlaqə saxlaya bilmədikdə aldadılmağını başa düşüb polis şöbəsinə şikayət etmişdir. Qapı sifarişinə dair danışıqlar vatsap vasitəsilə yazışaraq baş tutduğu üçün həmin şəxsin qadın yaxud kişi olmasını bilməmiş, həmçinin səhifəni işlədən yəni sifarişlər qəbul edən bu barədə danışıqlar aparan şəxsin şəxsiyyəti barədə hər hansı məlumatı olmamışdır. Mingəçevir şəhərində yaşadığı evdə olarkən 387 manat pulu “İBA” mobil tətbiq hesabı ilə köçürmə etmişdir. Təqdim edilən elektron ödəniş qəbzində 387 manat pulun ödənildiyi tarix xx.xx.2024-cü il tarix göstərilməsi texniki səhvdir, çünki o, xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olarkən köçürmə etmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Ona görə də ondan şikayətçidir. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş ağır cəza təyin edilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Zərərçəkmiş şəxs5 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, 28 mart 2024-cü il tarixdə “Tik-tok” sosial şəbəkəsində “Nur Qapı” aləmi adlı səhifəni görmüş və həmin səhifədə qapı elanlarını görüb həmin səhifədən qapı sifariş etmək qərarına gəlmişdir. Səhifədə göstərilmiş ***-***- **-** saylı mobil nömrəyə zəng etsə də, danışıq baş tutmamış, həmin nömrə ilə vatsap tətbiqi ilə əlaqə saxladıqda mesajla danışaraq özünü qadın kimi təqdim edən şəxs onlayn yolla satış etməsini bildirmişdir. Həmin şəxslə danışıq zamanı 4 ədəd qapı almaq istədiyini bildirdikdə ümumi qiymət 1200 manat olmasını, 700 manat ilkin ödəniş qapılar çatdırıldıqda qalan hissəsi ödənilməli olmasını bildirdikdə səhifədən qapı almaq qərarına gəlib ona təqdim edilən **********344273 seriya nömrəli kart hesabına ödəniş edilməsi göstərilmişdir. O da xx.xx.2024-cü il tarixdə saat 17:26-da Quba-Qəçreş yolunda yerləşən “Favorit” marketdə quraşdırılmış “Mpay“ ödəmə terminalı vasitəsilə təqdim edilən kart hesabına 700 manat ödəniş üçün pul göndərmişdir. Lakin həmin vaxtdan xeyli müddət keçsə də qapılar çatdırılmamış, yenidən vatsapla əlaqə yaratdıqda qapıların tezliklə çatdırılacağı bildirilmişdir. Həmin vaxt ona gələn telefon zəngində təxminən 30-35 yaşlarında kişi cinsindən olan şəxs danışıq zamanı özünü sürücü kimi təqdim edərək qapıların çatdırılacağını bildirmiş, lakin qapılar çatdırılmamışdır. Ona görə də aldadılmağını başa düşərək şikayət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Əvvəllər oğlu Həsən “Tik-tok” və “İnstagram” sosial şəbəkələrində onlayn qapı alqı-satqısı ilə məşğul olmuşdur. Həmin səhifələrin əlaqə vasitəsi onun adına olan ***-***-**-** saylı mobil nömrənin vatsap tətbiqi olmuş, ödəmələri isə gəlini Şahid1 adına olan bank kartı vasitəsilə aparılmış, lakin sonralar Təqsirləndirilən şəxs müştərilərin pulunu alıb sifarişi icra etmədiyini öyrəndikdə, Aynur öz adına olan kart hesabını bağlatdırmış, bundan sonra Həsən tanışı Sevinc adlı qadının adına olan bank kartından istifadə etmişdir. Özünün, habelə gəlini Aynurun və şifahi olaraq tanıdığı X5 Xəlilova dələduzluq etməkdə hər hansı köməkliyi olmamışdır, müştərilərin pulunun əvəzsiz ələ keçirilməsindən xəbərsiz olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşıdır, birgə nikahdan iki övladları doğulmuşdur. Münasibətləri pisləşdiyi üçün faktiki olaraq ayrı yaşayırlar. Ailə olaraq birlikdə yaşadıqları müddətdə, Təqsirləndirilən şəxs “Tik-tok” və “İnstagram” sosial şəbəkələrində “Nur Qapı” adlı səhifələri ilə onlayn qapı alqı-satqısı ilə məşğul olduğundan məlumatı olmuşdur. Həmin səhifələrdə əlaqə vasitəsi olaraq qaynanası Şahid2 adına olan ***-***-**-** saylı mobil nömrədən istifadə etmiş, onlayn sifarişləri qəbul edərkən ödənişləri ona məxsus kapital banka aid 4169 7387 9034 4273 seriya nömrəli bank kartına ödəniş etdirmişdir. Həmin kartı Həsənə verdiyi üçün karta gələn-çıxarılan pul vəsaitlərindən məlumatı olmamışdır. Çox sonralar bilmişdir ki, Təqsirləndirilən şəxs “Nur Qapı” səhifəsi vasitəsilə sifariş verən müştərilərin pulunu alsa da, sifarişləri çatdırmamışdır. Ona görə də adına olan kartı bloklatmışdır. Həsənin müştərilərə qarşı dələduzluq etməsindən onun məlumatı olmamışdır. Ona dələduzluq etməklə bağlı hər hansı köməkliyi olmamışdır. Həmçinin qaynanası Şahid2 da müştərilərin aldadılmasından hər hansı məlumatı olmamış, Həsənə heç bir köməklik etməmişdir. Məhkəmə, ittihamın qanuni həll edilməsi üçün təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsini digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyət vardır. Belə ki, təqsirləndirilən şəxs Mingəçevir şəhər X6 Bölməsində verdiyi ifadəsində 2024-cü ilin mart ayından etibarən maddi vəziyyəti pisləşdiyi üçün 2024-cü ilin mart ayından etibarən daxil olan sifarişlər üzrə müştərilərin ödəniş pullarını qarşılıqsız olaraq ələ keçirmək niyyətinə düşdüyünü göstərmiş, lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə öz ailə üzvlərinin telefonundan və kartlarından istifadə etmişsə, kimisə aldatmaq fikri olmadığını göstərmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri onun həmin cinayəti törətməsini təsdiq edir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin həmin hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə saat 20:16-da ünvan 6 ünvanda yerləşən “Sizin” marketdə quraşdırılmış “Milliön” terminalı vasitəsilə 4169 73** **** 4273 nömrəli kart hesabına 675 manat pul köçürmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “baxış və götürmə keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi ödəniş qəbzlərindən birincisi xx.xx.2024-cü il tarixə saat 15:57-ə aiddir və Mingəçevir şəhər H.Əliyev prospekti 31 ünvanda yerləşən “Bazarstore” supermarketdə quraşdırılmış “mpay” terminalı ilə 416973****4273 seriya nömrəli sahibinin ad soyadının baş hərfləri “H***A***S***qızı ” kimi qeyd olunan şəxsin kart hesabına 700 manat pul göndərilmişdir. 2-ci çek xx.xx.2024cü il tarixə saat 15:08-ə aiddir, Mingəçevir şəhər H.Əliyev prospekti 31 ünvanda yerləşən “Bazarstore” supermarketdə quraşdırılmış “mpay” terminalı ilə 416973****4273 seriya nömrəli sahibinin ad soyadının baş hərfləri “H***A***S***qızı ” kimi qeyd olunan şəxsin kart hesabına 200 manat pul göndərilmişdir. 3-cü çek xx.xx.2024-cü il tarixə saat 10:48-ə aiddir. Mingəçevir şəhər H.Əliyev prospekti 31 ünvanda yerləşən “Bazarstore” supermarketdə quraşdırılmış “mpay” terminalı ilə 416973****4273 seriya nömrəli sahibinin ad soyadının baş hərfləri “H***A***S***qızı ” kimi qeyd olunan şəxsin kart hesabına 510 manat pul göndərilmişdir. “Vatsap” yazışmalarının əks olunduğu çıxarışlara baxış zamanı müəyyən edilmişdir ki, “Nur Qapı” adı ilə qeyd olunmuş vatsap istifadəçisi ilə qapıların sifarişlərinə dair, həmçinin qiymətlərinə dair, çatdırılma quraşdırılma barədə vədlər verilərək danışıqlar aparılması, həmçinin sifariş üçün ödənişlərə dair 3 ədəd qəbzin fotoşəkillərinin göndərilməsinə dair danışıqlar aparılması, “Nur Qapı” səhifəsindən sifariş üçün ödəniş edilməsi üçün Kapital Banka məxsus 4169 7387 9034 4273 seriya nömrəli kart hesabına pul göndərilməsi üçün Zərərçəkmiş şəxs1 göndərilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “baxış və götürmə keçirilməsi barədə” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:50 dəqiqədə Zərərçəkmiş şəxs3 **********564061 seriya nömrəli kart hesabının İBA mobil tətbiq hesabından ona “Nur Qapı” səhifəsi tərəfindən göndərilmiş kart hesabına 387 manat pul köçürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “baxış və götürmə keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 tərəfindən xx.xx.2024-cü il tarixdə saat 17:13-də Mingəçevir şəhər H.Əliyev prospektində yerləşən “Gəncə Təndiri”ndə quraşdırılmış “Milliön” ödəmə terminalı ilə 523915****2190 seriya nömrəli ad soyadının baş hərfləri H***S***X*** qızı kimi qeyd edilən şəxsin adına olan kart hesabına 1150 manat pul göndərilmişdir. Vatsap yazışmalarından çıxarışa baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs4 ilə “X10” kimi kontakta əlavə edilmiş vatsap istifadəçisi arasında danışıqlar zamanı 5239 1517 0986 2190 seriya nömrəli kart hesabı pul ödənilməsi üçün göndərilmiş kartın bankomatda “S*H*” yəni “Sklad Hesabı” olaraq sözlərin baş hərfləri qeyd olunacağı göstərilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs5 təqdim etdiyi ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:26-da Quba-Qəçreş yolunda yerləşən “Favorit” marketdə quraşdırılmış “mpay” terminalı vasitəsilə 4169 73** **** 4273 seriya nömrəli bank kartına 700 manat pul göndərilmişdir. Cinayət işinin materiallarında olan, həmçinin Zərərçəkmiş şəxs5 təqdim etdiyi vatsap yazışmalarından görünür ki, Zərərçəkmiş şəxs5 ilə qapı sifarişinə dair mesajla danışıqlar aparılması, ödəniş üçün 4169 7387 9034 4273 seriya nömrəli kapital bank kartının göndərilməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Kapital Bank ASC-dən məhkəmə qərarı ilə alınmış kart hesabından çıxarış sənədlərinə və pul nəğdləşdirmə görüntülərinin əks olunduğu DVD diskə baxış protokolundan görünür ki, kapital banka məxsus 41697387 9034 4273 seriya nömrə kart hesabı Şahid1 məxsusdur. Həmin kart hesabına xx.xx.2024-cü il tarixdə 675 manat pul köçmüşdür və xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər ərazisində quraşdırılmış bankomatdan 200 manat çıxarılmışdır. Pul nəğdləşdirmənin video görüntülərinin əks olunduğu DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs pulu çıxaran şəxs onun taksi sürücüsü kimi tanıdığı Ramil Əhmədov olmasını və özünün tapşırığı əsasında həmin şəxs tərəfindən Şahid1 məxsus bank kartından pul çıxarıb ona verdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid2, Şahid1 və X1 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 32.4, 178.1-ci maddələri ilə, X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 178.2.1 və 32.4, 178.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyri-müəyyən sayda şəxsin əmlakını qabaqcadan yaranmış niyyətlə və etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2024-cü ilin mart ayında «Tiktok» və «İnstagram» sosial şəbəkələrində «Nur Qapı» adlanan elektron səhifə yaratdıqdan sonra, müştəriləri cəlb edib, sonradan onların pulunu ələ keçirmək niyyəti ilə həmin səhifəyə müxtəlif qapıların satışı barədə yalan elanlar yerləşdirmiş, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 1410 manat məbləğdə, Zərərçəkmiş şəxs2 675 manat məbləğdə, Zərərçəkmiş şəxs5 700 manat məbləğdə, Zərərçəkmiş şəxs3 387 manat məbləğdə, habelə Zərərçəkmiş şəxs4 1150 manat məbləğdə, ümumilikdə zərərçəkmiş şəxslərə məxsus 4322 (dörd min üç yüz iyirmi iki) manat məbləğdə pulu etibardan suiistifadə və aldatma yolu və vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, dələduzluq etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qeyrimüəyyən sayda şəxsin əmlakını qabaqcadan yaranmış niyyətlə və etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2024-cü ilin mart ayında «Tik-tok» və «İnstagram» sosial şəbəkələrində «Nur Qapı» adlanan elektron səhifə yaratdıqdan sonra, müştəriləri cəlb edib, sonradan onların pulunu ələ keçirmək niyyəti ilə həmin səhifəyə müxtəlif qapıların satışı barədə saxta elanlar yerləşdirmiş, nəticədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus 1410 manat məbləğdə, Zərərçəkmiş şəxs2 675 manat məbləğdə, Zərərçəkmiş şəxs5 700 manat məbləğdə, Zərərçəkmiş şəxs3 387 manat məbləğdə, habelə Zərərçəkmiş şəxs4 1150 manat məbləğdə, ümumilikdə zərərçəkmiş şəxslərə məxsus 4322 (dörd min üç yüz iyirmi iki) manat məbləğdə pulu etibardan suiistifadə və aldatma yolu və vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in məhz 178.1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin dələduzluq kimi qiymətləndirilməsinə dair öz qənaətini onunla əsaslandırır ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkzibedilməz sübutlara əsasən onun qabacadan formalaşmış niyyəti, etibardan suiistifadə etmək yolu ilə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirib onları aldatmaqdan ibarət olmuşdur. Belə ki, təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsləri aldadaraq onların pul vəsaitlərini almış, lakin həmin pul vəsaitlərini geri qaytarmayaraq dələduzluq niyyətini həyata keçirmişdir. Bununla da təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri əlverişsiz vəziyyətə salmaqla, onların etibarından sui-istifadə etmək və aldatmaq yolu ilə pul vəsaitini ələ keçirməklə dələduzluq niyyətini gerçəkləşdirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1ci maddəsinə əsasən himayəsində iki nəfər azyaşlı uşağının olmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il tarixdə doğulmuş Rauf və xx.xx.2013-cü il tarixdə doğulmuş Ayan adlı azyaşlı uşaqları vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edərkən öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə talamaqda ifadə olunan, həmçinin bir başa mülkiyyət münasibətlərinə qəsd edən, hüquqa zidd cəzalanmalı əməldir. Mülkiyyət-vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi-iqtisadi münasibətir. Mülkiyyət hüququ isə mülkiyyətçinin əldə etdiyi maddi sərvətlərə malik olmaq, istifadə etmək və ona dair sərəncam vermək kimi faktiki ictimai münasibətlərin məcmusu olmaqla yanaşı, əsas insan hüquqlarının tərkib hissəsidir. Ona görə də təqsirləndirilən şəxsin aldatma yolu ilə zərərçəkmiş şəxslərə məxsus əmlakları ələ keçirməsi, yalnız mülkiyət münasibətlərinə qəsd etməklə bitmir, habelə həmin cinayət əməli cəmiyyətin və dövlətin maddi-iqtisadi fəaliyyətinin sarsılmasına, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olur. Eləcə də, təqsirləndirilən şəxs cinayətin zərərli nəticələrinin aradan qaldırılması istiqamətində real davranış nümayiş etdirməmiş, yəni cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəyən zərəri ödəməmiş, nə də onlarla razılıq əldə etməmişdir. Bu hal isə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini artırır və həmin cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsi, cəzanın məqsədlərini təmin etmir. Ona görə də məhkəmə həmin cinayətin əsas bilavasitə obyektinin cəmiyyətin iqtisadi özülünü təşkil edən, əsas insan hüquqlarının tərkib hissəsi olan, mülkiyyət münasibətləri olduğunu nəzərə alır və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini cəmiyyətin mənafeyi baxımından qanuni və əsaslı hesab edir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024–cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, o, xx.xx.2024-cü il tarixdə saxlandığı Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Axtarışda olan şəxsin tutulması barədə protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər ərazisində saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. xx.xx.2024–cü il tarixdə Təqsirləndirilən şəxs xx.xx.2024–cü il tarixdə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınaraq kifayətlənilmiş, o, xx.xx.2024-cü il tarixdə saxlandığı Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 04 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 04 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Təqsirləndirilən şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(051)-63/2025 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və axtarışda olan şəxsin tutulması barədə protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə könüllü Mingəçevir şəhər PŞ-yə gəlmiş aidiyyəti üzrə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərlə zərərçəkmiş şəxslərə maddi ziyan vurulması, habelə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlinə görə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməsə də, bununla bağlı zərərçəkmiş şəxslər tərəfindən cinayət mühakimə icraaatı zamanı mülki iddia verilməmişdir. Bununla belə məhkəmə hesab edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı mülki mühakimə qaydasında tələb etmək üçün subyektiv hüququnun olması izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə zərəçəmiş şəxslər tərəfindən mülki iddia verilməmişdir. Bununla belə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak və maddi sübut müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Hazırkı cinayət işi üzrə məhkəmə məsrəfi yoxdur. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrumetmənin 1 gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq, 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-63/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-63/2025
13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver