Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-64/2022 15.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi X2, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri N.Rəfiybəyli küçəsi ev 11 mənzil 41-də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs qızma ödənilməsinə dair Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-1265/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(051 )-467/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixədək 4500 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs qızma ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2009-cu il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuş, nikahlarını rəsmi qaydada sonradan qeyd etdirmişlər. Onların birgə nikahlarından 2010-cu ildə Gülsüm və 2011-ci ildə Ülvi adlı 2 uşaqları olmuşdur. Ailə qurduqları ilk günlərdən xasiyyətləri bir birinə uyğun gəlmirdi. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. Zərərçəkmiş şəxs atasını çağıraraq onu uşaqları ilə birlikdə aparmasını xahiş etmiş və atası Bahyəddin onları aparmışdır. Ülviyyə ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə Mingəçevir şəhər ərazisində olan X4 balıq tutub satmaqla məşğul idi və aylıq qazancı 400-500 manat olurdu. Faktiki olaraq ayrıldıqdan sonra Zərərçəkmiş şəxs aralarında olan nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etdiyi üçün Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, qətnaməsinə əsasən ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla Gülsüm və xx.xx.2011-ci il təvəllüdlü Ülvinin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətiə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə cəmi 4500 manat borcu yaranmışdır. Mingəçevir şəhər Məşğulluq mərkəzi tərəfindən ona aylıq əmək haqqı 250 manat olan iş təklif olunsa da əmək haqqı az olduğuna görə həmin işdən imtina etmiş və Məşğulluq mərkəzinə bildirmiş ki, aylıq əmək haqqı 400 manatdan artıq olan iş təklif olunarsa işi qəbul edər, çünki hazırda aylıq 400 manat qazancı olan işi var. Zərərçəkmiş şəxs ilə birgə nikah dövründən hazıradək X4 balıq tutub satmaqla məşğul olmuş, hələ də həmin işlə məşğul olmaqla hazırda aylıq qazancı 350-400 manat təşkil edir. Hal-hazırda Zərərçəkmiş şəxs dəymiş ziyanın bir hissəsini ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2009-cu il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar, nikahlarını rəsmi qaydada sonradan qeyd etdirmişlər. Onların birgə nikahlarından 2010-cu ildə Gülsüm və 2011-ci ildə Ülvi adlı 2 uşaqları olmuşdur. Ailə qurduqları ilk günlərdən xasiyyətləri bir birinə uyğun gəlmirdi. Belə ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə mütəmadi mübahisələri olduğu üçün Elşən onu söyüb döyürdü lakin mübahisəni kim tərəfindən başlandığı və kimin günahı ucbatından başlandığını araşdırmırdı. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. Təqsirləndirilən şəxs onun atasını çağıraraq onu uşaqları ilə birlikdə aparmasını xahiş etdi və o atasının təkidi ilə Elşən istəmədiyi üçün uşaqları ilə birlikdə ata evinə getmişdir. Təqsirləndirilən şəxs Mingəçevir şəhər ərazisində olan Alazan çayından balıq tutub satmaqla məşğul idi və aylıq qazancı 1000-1500 manat olurdu. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşaqlarının saxlanması üçün ona heç bir maddi köməklik göstərməmişdir və o heç bir yerdə işləmədiyi üçün uşaqları təkbaşına saxlamaqda çətinlik çəkirdi. Ona görə atasının maddi yardımı ilə uşaqlarını saxlayırdı. O, Təqsirləndirilən şəxs qarşı məhkəmədə iki uşağı yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün alimentin tələbi ilə iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin Təqsirləndirilən şəxs aliment ödəməmiş, xx.xx.2021-ci il tarixə 4500 manat borcu yaranmışdır. Hal-hazırda təqsirləndirələn şəxs Təqsirləndirilən şəxs aliment borcundan 2000 manat ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Göstərilən icra sənədi xx.xx.2019-cu il tarixdə Mingəçevir şəhər icra və probasiya şöbəsinin icraatına daxil olmuş, xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək, tərəflərə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə borclu Təqsirləndirilən şəxs izahatı alınmış və borcu barədə xəbərdarlıq edilmişdir. Borclu məhkəmə qərarı üzrə tələbi təmin etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırdığı üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(051)-467/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixə 4500 manat məbləğində ödənilməmiş aliment borcu qalmışdır. Təqsirləndirilən şəxs əməli digər Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 11-14-cü vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-1265/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsində Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Gülsüm və xx.xx.2011-ci il təvəllüdlü Ülvi adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat olmaqla , cəmi 240 (iki yüz qırx) manat aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşin 10-cu vərəqində olan Mingəçevir şəhər məhkəməsi tərəfindən verilmiş İcra vərəqəsindən görünür ki, 2(051)-1265/2019 saylı 13 may 2019-cu il tarixli qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. İşin 15-ci vərəqində olan xx.xx.2019-cu il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, iş üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs göndərilmiş bildiriş və xəbərdarlıqlardan, Təqsirləndirilən şəxs icra məmuruna verdiyi izahatdan görünür ki, məhkəmə qərarının icra edilməməsinin hüquqi nəticələri Təqsirləndirilən şəxs izah edilmişdir. İşin 55-56-cı vərəqlərində olan Mingəçevir şəhər məhkəməsi hakiminin 3(051)-467/2021 saylı 08 may 2021-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublkası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs qızma ödənilməsinə dair Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-1265/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(051 )-467/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixədək 4500 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs qızma ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməli düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 124-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 68-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 88-89-cü vərəqlərində olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Gülsüm, xx.xx.2011-ci il təvəllüdlü Ülvi adlı 2 nəfər uşaqları var. İşə əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs aliment borcundan 2000 manat ödəmişdir. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs himayəsində iki nəfər uşaqların olmaları, əməlini etiraf edib peşiman olması, dəymiş zərərin bir qismini ödəməsi, yaşayış yerində müsbət xarakterizə olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşin 136-cı vərəqində olan “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İşin 160-cı vərəqində olan Mingəçevir şəhər Polis Şöbəsinin 22 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olumuşdur. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(051)-64/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. İşə əlavə edilmiş “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 15 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə zalından azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci , maddi sübut yoxdur. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi təqsirli bilinərək 2(iki) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 15 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, 30 (otuz) gün ona təyin edilmiş 2(iki) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 5(beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalından azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-64/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-64/2022
15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver