Məhkəmə qərarları › İş №1(051)-64/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-64/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-64/2023 06.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi -vəkil X2, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə İmişli rayonu, Qulubəyli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, İmişli rayonu, Qulubəyli ərazi dairəsi, Qulubəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Aslanlı X6 informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qızma böhtan atmış və onları təhqir etmişdir. Belə ki, o, 2022-ci ilin payız fəslində Çin Xalq Respublikasına məxsus onlayn video paylaşma xidməti olan “TikTok” sosial şəbəkəsində tanış olduğu Mingəçevir şəhəri 6 nömrəli bağçada tərbiyəçi vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 ilə 2022-ci ilin dekabr ayında Mingəçevir şəhər ərazisində bir dəfə görüşdükdən sonra yenidən sonuncu tərəfindən görüşmək məqsədilə Mingəçevir şəhərinə dəvət olunmasına baxmayaraq, Zərərçəkmiş şəxs1 onunla görüşmədiyinə, habelə mobil zənglərinə cavab vermədiyinə görə sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adma yalan məlumatlar yerləşdirilmiş X4 məxsus foto və video paylaşma xidməti olan “İnstagram” sosial şəbəkəsində “gulsen_mehdiyeva018” adlı və “Tik-tok” sosial şəbəkəsində “lamiyememmedli8788”, “lamiyememmedli8787”, “_astanoff_” və “qemli_77_7” adlı saxta hesab profilləri yaradaraq Zərərçəkmiş şəxs1 aid mobil telefon nömrəsini və şəkillərini onun razılığı olmadan istifadə edib, məzmununda şərəf və ləyaqətini ləkələyən, şəxsi nüfuzdan salan məlumatlar hesab olunan Mingəçevir şəhərində pul müqabilində cinsi əlaqədə olması, bağça uşaqlarına narkotik vasitələr satması, şəhidləri təhqir etməsi və bu kimi sair məzmunlu uydurma məlumatlar yazıb 2022-ci ilin dekabr ayı ərzində və 2023-cü ilin yanvar ayının 12, 13, 20 və 21 tarixlərində istintaqla sübut edilməsi mümkün olmayan ərazidə kütləvi internet informasiyası ehtiyatı olan “İnstagram” və “Tik-tok” sosial şəbəkəsində paylaşmaqla, yəni kütləvi nümayiş etdirməklə onun şərəf və ləyaqətini ləkələyib onu kollektiv arasında nüfuzdan salmaqla ona böhtan atmış, onun şərəf və ləyaqətini nalayiq formada alçaltmaqla onun şəxsiyyətinə mənfi qiymət verməklə əhatəsinin və qohumlarının gözündə nüfuzdan salmaqla onu təhqir etmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin yanvar ayında ona özünü Zərərçəkmiş şəxs1 xalası qızı Məhluqə kimi təqdim etmiş Mingəçevir şəhər 6 nömrəli bağçasının müdiri Zərərçəkmiş şəxs3 zəng edərək Zərərçəkmiş şəxs1 barəsində sosial şəbəkələrdə paylaşdığı video materialları silməsini tələb etməsi məzmunlu iradından sonra “İnstagram” sosial şəbəkəsində yaratdığı “gulsen_mehdiyeva018” adlı saxta hesab profilindən istifadə edərək Zərərçəkmiş şəxs3 istifadəsində olan “055-258-65- 76” saylı mobil telefon nömrəsini onun razılığı olmadan istifadə edib, məzmununda şərəf və ləyaqətini ləkələyən, şəxsi nüfuzdan salan məlumatlar hesab olunan Mingəçevir şəhərində pul müqabilində cinsi əlaqədə olması məzmunlu uydurma məlumatlar yazıb 12 yanvar 2023-cü il tarixdə istintaqla sübut edilməsi mümkün olmayan ərazidə kütləvi internet informasiyası ehtiyatı olan “İnstagram” sosial şəbəkəsində paylaşmaqla, yəni kütləvi nümayiş etdirməklə onun şərəf və ləyaqətini ləkələyib onu kollektiv arasında nüfuzdan salmaqla ona böhtan atmış, onun şərəf və ləyaqətini nalayiq formada alçaltmaqla onun şəxsiyyətinə mənfi qiymət verməklə əhatəsinin və qohumlarının gözündə nüfuzdan salmaqla onu təhqir etmişdir. Həmçinin o, təkrarən 09 fevral 2023-cü il tarixdə özünü Zərərçəkmiş şəxs1 qohumu kimi təqdim etmiş ünvan 1 ünvanında yerləşən “Tikinti materialları” adlanan mağazasının müdiri Zərərçəkmiş şəxs2 zəng edərək Zərərçəkmiş şəxs1 barəsində sosial şəbəkələrdə paylaşdığı video materialları silməsini tələb etməsi məzmunlu iradından sonra “TikTok” sosial şəbəkəsində yaratdığı “lamiyememmedli8787” adlı saxta hesab profilindən istifadə edərək Zərərçəkmiş şəxs2 istifadəsində olan “***-***- **-**” saylı mobil telefon nömrəsinin "WhatsApp" sosial şəbəkəsinin profil hissəsində sonuncuya məxsus şəkili onun razılığı olmadan götürüb, məzmununda şərəf və ləyaqətini ləkələyən, şəxsi nüfuzdan salan məlumatlar hesab olunan nalayıq məzmunlu uydurma məlumatlar yazıb 10 fevral 2023-cü il tarixdə istintaqla sübut edilməsi mümkün olmayan ərazidə kütləvi internet informasiyası ehtiyatı olan “TikTok” sosial şəbəkəsində paylaşmaqla, yəni kütləvi nümayiş etdirməklə onun şərəf və ləyaqətini nalayiq formada alçaltmaqla onun şəxsiyyətinə mənfi qiymət verməklə əhatəsinin və qohumlarının gözündə nüfuzdan salmaqla onu təhqir etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təqribən 2022-ci ilin payız aylarında o, “Tik-tok” sosial şəbəkəsində olduğu zaman istifadə etdiyi “ astanoff ” adlı profildən "lamiyememmedli878" adlı hesaba yazaraq həmin profilin istifadəçisi Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Bir qədər “Tik-tok” sosial şəbəkəsində yazışdıqdan sonra, sonuncuya istifadəsində olan “099- 755-55-38” saylı mobil nömrəsini bildirərək “whatsapp” tətbiqi üzərində yazışmalarını təklif etmişdir. Bundan sonra dost münasibətləri yaranaraq telefon vasitəsi ilə arada bir danışmışlar və Zərərçəkmiş şəxs1 27 yaşı olduğunu və 2020-ci ildə Vətən Müharibəsində iştirak etdiyini bildirmişdir. Təxminən 2022-ci ilin dekabr ayında mobil telefon vasitəsi ilə danışdıqları zaman Zərərçəkmiş şəxs1 ona Bakı şəhərində ev axtarmasını bildirərək köməklik göstərməyini xahiş etmişdir. O, isə işi ilə əlaqədar tez-tez Bakı şəhərinə getdiyindən köməklik edəcəyinə söz vermiş və Bakı şəhəri, Binəqədi rayonunda yerləşən bir neçə mənzillərin şəkillərini “whatsapp” tətbiqi vasitəsi ilə ona atdıqda Zərərçəkmiş şəxs1 ona Mingəçevir şəhərinə gəlməyini və orada görüşərək söhbət etmələrini təklif etmişdir. Təqribən 2022-ci ilin dekabr ayının ortalarında Mingəçevir şəhərinə gəlmiş və gecə saat 02 radələrində şəhərin ərazisində görüşmüşdür. Həmin görüşə Lamiyə tək gəlmişdir. Birlikdə parkların birində biraz söhbət etdikdən sonra səhər saat 06 radələrində Bakı şəhərinə geri dönmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs1 onu bir neçə dəfə Mingəçevir şəhərinə görüşə özü şəxsən çağırsa da, onunla görüşməmiş və bilmədiyi səbəblərdən telefonlarına cavab verməmişdir. Bu zaman ona qarşı etdiyi hörmətsiz hərəkətlərinə əsəbləşərək istifadə etdiyi “***-***-**-**” mobil nömrədən ona yazaraq cavab vermədiyi təqdirdə şəkillərini və nömrələrini sosial şəbəkələrdə paylaşacağım bildirmişdir. Lakin buna baxmayaraq Lamiyə yenə də onun mesajlarına və zənglərinə cavab verməmiş, buna görə də o, “Tik-tok” sosial şəbəkəsində “qemli_77_7" adlı profil ilə əlaqə saxlayaraq telefonunda olan bir neçə şəxsi şəkillərini üzərində nalayiq ifadələr və pul müqabilində görüşməsini yazaraq həmin profildə 240 manat qarşılığında paylaşdırmışdır. Bundan başqa “İnstagram” sosial şəbəkəsində ona məxsus olmayan “gulsen_mehdiyeva018” adlı profil ilə əlaqə saxlayaraq eyni məzmunlu şəkilləri və Lamiyənin istifadəsində olan “***-***-**-**” və rəfiqəsi Məhsətiyə məxsus “***-***-**-**” saylı mobil nömrələri paylaşdıraraq pul müqabilində görüşmələrini bildirilmişdir. Həmin profillərin kimə məxsus olması və həmin şəxslərin Azərbaycan Respublikasında yaşayıb-yaşamamaları barədə heç bir məlumatı olmamışdır. Bundan sonra həmin paylaşımlarla kifayətlənmiyərək özü şəxsən “Tik-tok” sosial şəbəkəsində əvvəl “lamiyemmedli8788”, sonra isə “lamiyemmedli8787” adlı saxta hesab profilləri yaratmış və Lamiyənin şəkillərindən ibarət olan videoçarxlar düzəldərək üzərində pul müqabilində görüşməsi, şəhidlərin təhqir etməsi, bağça uşaqlarına narkotik satması və bu kimi sair məlumatlar yazaraq həmin profillərdə paylaşmışdır. Bundan sonra həmin paylaşımların şəkillərini Zərərçəkmiş şəxs1 ataraq videolarının sosial şəbəkələrdə gəzməsini bildirmişdir. Həmçinin Lamiyəyə onunla münasibət saxlamasa və telefon zənglərinə daimi cavab verməsə həmin şəkillərini təkcə sosial şəbəkələrdə deyil, hər yerdə paylaşacağını bildirmişdir. Bu zaman Lamiyə ondan həmin paylaşımları silməsini və görüşüb söhbət etməsini xahiş etdikdə onunla görüşəcəyini zənn edərək həmin şəkilləri silmişdir. Lakin Zərərçəkmiş şəxs1 yenidən onu aldadaraq görüşməməsi və telefon zənglərinə cavab verməməsi səbəbindən həmin uydurma məlumatlı şəkilləri təkrar paylaşmışdır. Bundan sonra 25 dekabr 2022ci il tarixdə onunla Mingəçevir şəhər polis şöbəsi onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs1 ondan şikayət etməsi barədə məlumat verdiyindən o, bütün paylaşımları silmişdir. Lakin yanvar ayında Zərərçəkmiş şəxs1 yenidən onunla əlaqə saxlayaraq görüşməməsi səbəbindən həmin şəkilləri və istifadə etdiyi mobil nömrələrini qeyd etdiyi sosial şəbəkənin hesab profillərində paylaşmışdır. Bundan sonra özünü Zərərçəkmiş şəxs1 xalası qızı Məxluqə kimi təqdim edən, sonra öyrəndiyi Mingəçevir şəhər 6 saylı bağçanın müdiri Zərərçəkmiş şəxs3 onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq hansı səbəbdən Zərərçəkmiş şəxs1 şəkillərindən ibarət olan videoçarxları sosial şəbəkələrdə paylaşdığını soruşmuş, o cümlədən ona irad bildirərək həmin paylaşımları silməyini tələb etmişdir. O, isə həmin videoçarxlarının paylaşacağını davam edəcəyini, o cümlədən ona Lamiyənin istifadə etdiyi yeni nömrəsini vermədiyi təqdirdə onun da nömrəsini paylaşacağını bildirmişdir. Elə bu vaxt Zərərçəkmiş şəxs3 onun sözlərinə məhəl qoymadığından “İnstagram” sosial şəbəkəsində olan “gulsen_mehdiyevaO 18” adlı profildə istifadə etdiyi “***-***-**-**” saylı mobil nömrəsini paylaşmış və həmin paylaşımın şəkilini çəkərək ona “whatsapp” tətbiqi üzərində atmışdır. Bir neçə gün sonra isə Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlaya bildiyindən Zərərçəkmiş şəxs3 barəsində paylaşımı sildirmişdir. Bundan başqa 09 fevral 2023-cü il tarixdə onunla Zərərçəkmiş şəxs1 qohumu kimi təqdim edən Zərərçəkmiş şəxs2 əlaqə saxlayaraq kobud danışaraq Zərərçəkmiş şəxs1 şəkillərini silməyini tələb etmişdir. Lakin onunla kobud və nalayiq şəkildə danışdığına görə, o cümlədən Lamiyənin atasının nömrəsini vermədiyinə görə onun şəkilini “Tik-tok” sosial şəbəkəsində “lamiyememmedli8787” adlı saxta hesab profildə üzərində nalayiq ifadələr yazaraq paylaşmışdır. Sonuncu dəfə 21-22 yanvar 2023-cü il tarixlərdə yatardığı “lamiyememmedli8787” adlı saxta hesab profildə Zərərçəkmiş şəxs1 məxsus şəkillərini paylaşaraq üzərində pul müqabilində görüşməsini yazmışdır. Zərərçəkmiş şəxs1 ilə “***-***-**-**”, “***-***-**-**”, “***-***-**-**” və “***-***-**-**” saylı mobil operator nömrələri ilə əlaqə saxlamış, lakin əsas “051- 595-61-59” və “***-***-**-**” saylı mobil nömrələrdən istifadə etmişdir. Qeyd etdiyi nömrələrdən “***-***-**-**” və “***-***-**-**” saylı nömrələr onun adına, “050-634- 08-19” saylı mobil nömrə bacısı İlahə Astanovanın adına, “***-***-**-**” saylı mobil nömrə isə keçmiş dostu və əsgər yoldaşı olmuş şəhid X3 məxsus olmuşdur. Lakin bütün nömrələr hazıradək onun istifadə olmuşdur. Zərərçəkmiş şəxs1 ilə təzə tanış olduğu zaman “whatsapp” tətbiqi üzərində yazışdıqda bir-iki şəxsi şəkillərini özü ona atmış, digərini isə “whatsapp” statusda paylaşdığı zaman çəkmişdir. Həmin şəkillərdən ibarət olan videoçarxları və sonuncunun istifadə etdiyi “051 - 419-47-95” saylı mobil nömrəsini “Tik- tok” sosial şəbəkəsində “qemli_77_7” adlı, “İnstagram” sosial şəbəkəsində isə “gulsen_mehdiyeva018” adlı saxta profillərdə pul qarşılığında paylaşdırmışdır. Ümumi həmin profillərdə paylaşımlara görə təxminən 300 manat məbləğində pul vəsaitini ödəmişdir. Bundan sonra həmin videoçarxları “Tik-tok” sosial şəbəkəsində özü yaratdığı “lamiyememmedle8787” və “lamiyememmedle8788” adlı saxta profil hesablarda və şəxsi istifadəsində olan “astanoff’ adlı profildə paylaşmışdır. Həmin əməlləri o, özü tək istifadə etdiyi “Samsung A52” smartfon tipli mobil telefon vasitəsi ilə törətmişdir. Lakin həmin telefonu bir neçə gün əvvəl evdə hamam otağında olduğu zaman qəflətən suya salmış, buna görə həmin telefon işlək vəziyyətdə deyil. Həmçinin “İnstagranf’ və “Tik-tok” sosial şəbəkələrində qeyd olunmuş profillərdə Zərərçəkmiş şəxs1 bir neçə şəkillərini və istifadə etdiyi mobil nömrəsini paylaşaraq üzərində pul müqabilində görüşməsi, şəhidləri təhqir etməsi, bağçada uşaqlara narkotik vəsaitlərin satması və bu kimi sair məzmunlu həqiqətə uyğun olmayan məlumatları yazmışdır. “İnstagranf’ sosial şəbəkəsində “gulsenmehdiyeval8” adlı saxta hesab profilində Zərərçəkmiş şəxs1 məxsus şəkillərdən və mobil nömrədən başqa rəfiqəsi olan Məhsəti adlı qadının istifadəsində olan “***-***-**-**” və Zərərçəkmiş şəxs3 istifadə etdiyi “***-***-**-**” saylı nömrələri paylaşaraq üzərində pul qarşılığında görüşməsini qeyd etmişdir. Məhsəti Şəmilovanın və Zərərçəkmiş şəxs3 nömrələrini paylaşaraq üzərində nalayiq ifadələrin yazmağının səbəbi onlara əsəbləşməyi, o cümlədən Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 nömrəsini verməkdən imtina etməsi olmuşdur. “İnstagranf’ sosial şəbəkəsində “gulsen_mehdiyeva018” və “Tik-tok” sosial şəbəkəsində “qemli_77_7" adlı saxta hesab profillərin sahiblərinin kimin olması barədə heç bir məlumatı olmamış, həmin profillərlə sosial şəbəkələrdə danışmışdır. Onlar ona kart hesablarını göndərərək həmin kartlara pul vəsaitini Bakı şəhərində million vasitəsi ilə vurmuşdur. Cinayət işinə əlavə olunmuş “Səs 1” adlı səs yazısı ona məxsusdur, həmin səs yazısında o, Zərərçəkmiş şəxs1 ilə telefon vasitəsi ilə danışmış, danışıq zamanı Zərərçəkmiş şəxs1 ondan “Tik-tok” sosial şəbəkəsində “lamiyememmedli8787” adlı və “İnstagranf’ sosial şəbəkəsində “gulsen_mehdiyeva018” adlı saxta hesab profillərdə şəkillərinin silib-silmədiyi barədə soruşmuş, o, isə cavab olaraq paylaşımları sildiyini, lakin onunla pis danışdığı halda yenidən paylaşacağını bildirmişdir. Cinayət işinə əlavə olunmuş “Danışıq 01, 02, 03 və 04“ adlı səs səs yazılarında o, özünü Zərərçəkmiş şəxs1 xalası qızı kimi təqdim edən Zərərçəkmiş şəxs3 ilə danışmış, həmin səs ona məxsusdur. Həmin səs yazılarında Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 şəkillərini paylaşdığı, onunla görüşməyi, həmçinin Lamiyənin yeni nömrəsini tələb etdiyi və bu kimi sair məzmun da söhbət aparmışlar. İstifadə etdiyi “***-***-**-**” saylı mobil nömrədən Zərərçəkmiş şəxs1 qarşı istifadə edəcəyi qara rəngli silah şəklini internet səhfələrinin birindən götürmüşdür. Həmin internetdən götürdüyü şəkilləri Zərərçəkmiş şəxs1 qorxutmaq məqsədi ilə atmışdır. Onda heç bir silah olmamışdır. Bundan başqa o, “Tik- tok” sosial şəbəkəsində yaratdığı “lamiyememmedli8788”, sonra isə adını dəyişdiyi “lamiyememmedli8787” adlı saxta profil hesablarda Zərərçəkmiş şəxs1 məxsus şəxsi şəkillərdən ibarət olan təhqir və böhtan xarakterli məzmunlu videoçarxları 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayında bir neçə dəfə paylaşmışdır. Həmin paylaşımları ilk dəfə Bakı şəhərində, digər vaxtlar isə həm İmişli rayonunda, həm də Mingəçevir şəhərində paylaşmışdır. Daha sonra bildirdi ki, törətdiyi əməldən peşmandır və cəza təyin edilərkən ilk dəfə cinayət törətməsini və cavanlığını nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə sosial şəbəkə vasitəsi ilə tanış olmuş, belə ki, Təqsirləndirilən şəxs “Tik-tok” sosial şəbəkəsində özünə məxsus "_astanoff_” adlı hesabdan onun istifadə etdiyi "lamiyememmedli878" adlı profilə mesaj yazaraq onunla tanış olmaq istədiyini bildirmiş və özünü İmişli rayonunda yaşayan 27 yaşında olan Nahid Astanov kimi təqdim etmişdir. Bir müddət “Tik-tok” sosial şəbəkəsində danışmış, şəbəkədə özünə məxsus “***-***-**-**” saylı mobil nömrədən qeydiyyatdan keçdiyindən həmin nömrə məlumat bölməsində onun izləyiciləri üçün bilmədiyi səbəbdən açıq olmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs qeyd olunmuş nömrəni götürərək “getcontact” tətbiqi vasitəsi ilə həmin mobil nömrənin ona məxsus olmasını öyrəndikdən sonra “whatsapp” tətbiqi üzrə ona yazmışdır. Bundan sonra o, “Whatsapp” tətbiqi üzrə status bölməsində rəfiqəsi Məhsəti ilə əlaqədar bir paylaşım etmiş, həmin paylaşımı görən Təqsirləndirilən şəxs ona təhqiredici mesajlar yazaraq hər hansı oğlanla danışdığını və haqqında paylaşım etdiyini bildirmişdir. Bu zaman o, heç bir oğlanla danışmadığını və paylaşımın rəfiqəsinə aid olmasını bildirməsinə baxmayaraq onunla kobud və nalayiq şəkildə danışdığı səbəbindən sonuncunu bloklamışdır. Bundan sonra Nahid ona başqa nömrədən yazaraq üzr istəyərək birdə onu təhqir etməyəcəyini bildirdiyindən, o, Nahidi bağışlamış, lakin sonuncu yenidən onunla danışdığı zaman sözlərinə fikir vermədiyindən ondan uzaq durmasını bildirmiş və ondan daxil olan zənglərə cavab verməmişdir. Təxminən dekabr ayının əvvəllərində sonuncu onun şəxsi şəkillərini, ona və rəfiqəsi Məhsətiyə məxsus mobil nömrələrini “gulsen_mehdiyeva018” adlı saxta hesabda üzərinə nəlayiq ifadələr yazaraq paylaşdığı paylaşımın şəkillərini çəkib ona “whatsapp” tətbiqində atmışdır. Bu zaman həmin paylaşımlarının silməsini, əks halda şikayət edəcəyini bildirdikdə, sonuncu onunla münasibət saxlamadığı təqdirdə yenə paylaşacağını, həmçinin özünə xəsarət yetirəcəyi ilə onu hədələmişdir. Buna görə də o, nömrələrləri və onun şəkillərini silməsi üçün onunla razılaşmışdır. Təxminən ilk dəfə o, Təqsirləndirilən şəxs ilə 11 dekabr 2022-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri, Şüşə zavodunun yanında görüşmüşdür. Həmin görüşə o, tək getmişdir. Görüş zamanı ondan uzaq durmasını, narahat etməməsini və şəkillərini yenidən paylaşdığı təqdirdə dövlət qurumlarına şikayət edəcəyini bildirdikdən sonra evə geri dönmüşdür. Bundan bir neçə gün sonra Nahid "tik-tok" sosial şəbəkəsində ona məxsus şəxsi şəkillərindən video çarxlar düzəldərək “qemli 77_7" adlı saxta profildə paylaşaraq guya narkotik istifadəçisi və əxlaqsızlıqla məşğul olmasını bildirmiş, daha sonra həmin paylaşdığı videolardan birini isə "instagram" sosial şəbəkəsində "gulsen mehdiyevaOl 8" adlı saxta hesab profilində paylaşmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Nahid yenidən onun mobil telefonuna zəng edərək, Mingəçevir şəhərinə gəlməsini və Mingəçevir kəndi ərazisində görüşmək istədiyini bildirmişdir. O, isə şəxsi məlumatlarını sosial şəbəkələrdə silməsi üçün qeyd etdiyi ünvana getmiş, lakin ora gəldikdə Nahidin orada olmamasını aşkar etmiş və bir qədər gözlədikdən sonra ona nəsə edəcək deyə qorxduğundan, əvəllər qonşuluqda yaşamış polis əməkdaşı olan Tural Kazımova zəng edərək bir nəfər şəxsin onu sosial şəbəkələrində təhqir etməsini, ona hədə-qorxu gəlməsini və bu səbəbdən özünü öldürmək istədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı Tural Kazımov onu bu fikirdən yayındıraraq Mingəçevir ŞPŞ-yə dəvət etmişdir. Mingəçevir şəhər polis şöbəsində təhqiqatçı tərəfindən izahatı alındığı zaman, ona Təqsirləndirilən şəxs portal axtarış sistemində olan şəxsi şəkili təqdim olunduqda onu tanımış və sonuncunun 2002-ci il təvəllüdlü olduğunu öyrənmiş, halbuki Təqsirləndirilən şəxs öz haqqında məlumat verərkən Bakı şəhəri, Yasamal rayonunun polis işçisi kimi və 27 yaşında olduğunu bildirmişdir. Bundan sonra “Tik-tok” sosial şəbəkəsində adına olan “lamiyemmedli8788” adlı yeni saxta profil açaraq onun şəkillərindən videoçarx hazırlayaraq paylaşmış və üzərində pul müqabilində əxlaqsızlıqla məşğul olması, o cümlədən güya uşaqlara narkotik vasitələri satması barədə uydurma məlumatlar yerləşdirmişdir. Həmçinin eyni məzmunlu videolar, o cümlədən istifadəsində olan şəxsi nömrələr yenidən “instaqram” sosial şəbəkəsində “gulsen_mehdiyeva018” adlı hesabda paylaşılmışdır. Bu zaman o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq hansı səbəbdən şəxsi məlumatlarını paylaşaraq onu təhqir etdiyini soruşduqda, sonuncu ona yaxşı etdiyini və daimi münasibətdə olmadığı təqdirdə həmin paylaşımları silməyəcəyini bildirmişdir. Həmin gündən hazıradək Təqsirləndirilən şəxs ona “***-***-**-**” saylı mobil nömrədən onun istifadə etdiyi “***- ***-**-**” saylı mobil nömrəsinə zəng edərək sosial şəbəkələrdə təhqiredici və böhtan xarakterli paylaşımları paylaşacağı ilə onu hədələyərək zorla münasibətdə qalmağını tələb etmişdir. O cümlədən, əhvalı yaxşı olanda paylaşımları silmiş, əhvalı pis və ya əsəbi olanda isə saxta hesablarda onu təhqir etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd etdiyi saxta hesab profillərdə onun şəxsi məlumatlarını paylaşaraq böhtan atdığını təsdiqləyən səs yazıları olmuş, həmin səs yazılarını təqdim etmişdir. Onun şikayəti Təqsirləndirilən şəxs ona məxsus şəxsi şəkillərini və istifadə etdiyi mobil nömrələri “Tik-tok” və “İnstaqram” sosial şəbəkələrində paylaşaraq ona böhtan atması, onu təhqir etməsi, bu səbəbdən cəmiyyətdə adma ləkə gəlməsindən ona mənəvi ziyan vurulması olmuşdur. O, “tik-tok” sosial şəbəkəsində öz mobil nömrəsi vasitəsi ilə qeydiyyatdan keçdiyindən, həmin mobil nömrə “tik-tok” sosial şəbəkəsində məlumatlar bölməsində qalmış və Təqsirləndirilən şəxs həmin mobil nömrəni oradan götürmüşdür. Onun Təqsirləndirilən şəxs ilə münasibətlərinin korlanmasına səbəb sonuncunun onu qısqanması, o cümlədən danışığına fikir verməməsi, yəni təhqiredici, nalayiq formada onunla danışması olmuşdur. Təqsirləndirilən şəxs onunla “***-***-**-**”, “050-579- 78- 97 əlaqə saxlamış, hazırda isə “***-***-**-**” və “***-***-**-**” nömrələri ilə əlaqə saxlamışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs ilə yalnız bir dəfə Mingəçevir şəhəri, Şüşə zavodunun yaxınlığında görüşmüşdür. Həmçinin “qemli 77 7" adlı “tik-tok” sosial şəbəkəsində olan profil hesabı hal-hazırda silinmiş, lakin qalan “tik-tok” sosial şəbəkəsinin “lamiyemmedli8787” adlı və “instaqram” sosial şəbəkəsinin “gulsenmehdiyevaO 18” adlı saxta hesablar və barəsində olan böhtan xarakterli və təhqiredici paylaşımlar mövcuddur. Daha sonra Təqsirləndirilən şəxs ilə barışıq əldə etmədiyini bildirərək təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs3 göstərdi ki, təqribən 2023-cü ilin yanvar ayında o, işdə olarkən “Tik-tok” sosial şəbəkəsində olduğu zaman təsadüfən kəşfıyyətdə “lamiyememmedli8787” adlı profil hesabı qarşına çıxmış və həmin profildə müdürü olduğu bağçanın müəlliməsi Laıuiyə Məmmədovanın üzərində narkotik alveri ilə və əxlaqsızlıqla məşğul olması məzmunlu məlumatlar yazılmış şəkillərini görmüşdür. Həmin profil hesabına daxil oduqda Laıuiyə Məmmədovanın bir neçə şəkillərindən ibarət olan videoçarxlar düzəldilmiş və üzərində guya pul müqabilində görüşməsi məlumatlar yazılmasını görmüşdür. Daha sonra özü şəxsən sosial şəbəkələrdə araşdırma apardıqdan sonra, “İnstagram” sosial şəbəkəsində “gulsen_ıuehdiyeva018” adlı saxta profil hesabı onun qabağına çıxmış və orada “tik-tok” sosial şəbəkəsində “lamiyemeıumedli8787” adlı hesab profilində olan paylaşımlardan bir neçəsinin, o cümlədən Laıuiyə Məmmədovanın istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəsinin paylaşılmasmı görmüşdür. Bu zaman o, təcili Zərərçəkmiş şəxs1 yanma çağırmış və sonuncunun şəkillərinin sosial şəbəkələrdə olmasının səbəbini maraqlandıqda, sonuncu ona özünü İmişli rayon sakini və polis işçisi kimi təqdim Təqsirləndirilən şəxs tərəfindən gərəzli olaraq şəxsi şəkillərinin paylaşılaraq üzərinə yalan məlumatların yazılmasını bildirmişdir. Zərərçəkmiş şəxs1 bütün olanları ona danışdıqdan sonra o, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs mobil nömrəsini istəmiş və istifadəsində olan “***-***-**-**” mobil nömrə vasitəsi ilə Nahid Aslanın istifadə etdiyi “***-***-**-**” saylı mobil nömrəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs ilə danışdığı zaman o, özünü Zərərçəkmiş şəxs1 xalası qızı Məxluqə kimi təqdim etmiş və ondan hansı səbəbdən Lamiyənin şəkillərini və nömrələrini paylaşmasım soruşduqda, sonuncu ona Zərərçəkmiş şəxs1 sevdiyini, lakin telefon zənglərinə cavab verməməsi səbəbindən qisas almaq məqsədi ilə şəkillərini və nömrələrini paylaşdığını və əcəb etdiyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs həmin şəkilləri silməsini tələb etdikdə, sonuncu ona sildiyini, lakin şəkilləri yenidən paylaşacağı barədə məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs istifadə etdiyi “***-***- **-**” və “051 -595-31 - 59” mobil nömrələri ilə “whatsapp” tətbiqi üzərində ona mesajlar yazaraq hal-hazırda Bakı şəhərində, Badamdar qəsəbəsində, Qurd qapısının yaxınlığında olmasını və onu təhqir edərək görüşməklərini tələb etmişdir. Həmçinin sonuncu ona Zərərçəkmiş şəxs1 yeni mobil nömrəsini vermədiyi təqdirdə istifadə etdiyi mobil nömrəsini “İnstagram” sosial şəbəkəsində paylaşacağı ilə hədələmişdir. O, da Lamiyənin nömrəsini verməyəcəyini bildirdikdə, Təqsirləndirilən şəxs “gulsen_mehdiyeva018” adlı hesabda onun nömrəsini paylaşaraq həmin paylaşımın şəkilini çəkərək ona göndərərək və “gördün, paylaşdım” deyə sözləri yazmışdır. Həmin “whatsapp” tətbiqi üzərində həyata keçirilən yazışmaların, o cümlədən baş vermiş danışıqların səs yazılarını da təqdim etmişdir. Həmin yazışmalar təxminən carı ilin yanvar ayının 13 və 14 tarixlərində baş vermişdir. Təqsirləndirilən şəxs onunla “***-***- **-**” və “050-634-08- 19” nömrələri ilə əlaqə saxlamış, sonuncunu əvvəllər tanımamış və heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsində qeydiyyatdan keçmiş “gulsen mehdiyeva018” adlı saxta hesab profildə istifadə etdiyi “***-***-**-**” saylı mobil nömrəsini paylaşaraq guya pul müqabilində görüşməsini bildirmişdir. Həmin paylaşımdan sonra ona tanımadığı nömrələrdən kişi cinsli şəxslər zəng edərək mobil telefon nömrəsini “İnstagram” sosial şəbəkəsində gördüklərini bildirmişdirlər. Daha sonra Təqsirləndirilən şəxs ilə barışıq əldə etmədiyini bildirərək təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 göstərdi ki, 09 fevral 2023-cü il tarixdə günorta saat 15 radələrində neçə illərdi yaxşı münasibətdə olduğu Zərərçəkmiş şəxs1 onun mobil telefonuna zəng vuraraq bir oğlanın “tik-tok” sosial şəbəkəsində şəkillərini paylaşaraq təhqir etməsini bildirmiş və həmin şəxslə danışaraq həmin paylaşımları oradan sildirməyini xahiş etmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 həmin şəxsin ad və soyadının Təqsirləndirilən şəxs olduğunu bildirərək istifadəsində olan “***-***-**-**” mobil nömrəsini ona vermişdir. O, istifadə etdiyi “***-***-**-**” saylı mobil nömrə ilə zəng vurmuş və Təqsirləndirilən şəxs ona cavab verərək kim olduğunu soruşmuşdur. O, özünü Zərərçəkmiş şəxs1 xalası qızının əri kimi təqdim etmiş və sonuncunun şəkillərini oradan silməsini xahiş etməsinə baxmayaraq, Təqsirləndirilən şəxs onunla nalayiq şəkildə danışaraq “Lamiyəyə belə lazımdı” deyə ifadə işlətmiş və dəstəyi qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ona “whatsapp” tətbiqi üzərində axşam saat 23 radələrində istifadə etdiyi digər “***-***-**-**” saylı mobil nömrədən təhqir edici ifadələr yazmış və Lamiyənin atasının nömrəsini verməsə onun da şəkilini “tik-tok” sosial şəbəkədə paylaşacağını bildirmişdir. Lakin o, Lamiyənin atasının nömrəsini bilmədiyini deməsinə baxmayaraq Nahid onun şəkilini “tik-tok” sosial şəbəkəsində olan “lamiyememmedli8787” adlı saxta hesab profildə paylaşaraq həmin paylaşımın videosunu çəkərək ona atmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona dəfələrlə zəng vurmuş, lakin zənglərə cavab verməməklə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Növbəti gün Təqsirləndirilən şəxs saat 10 radələrində ona yenidən yazaraq Lamiyənin atasının nömrəsini istəmiş və həmin nömrəni verdiyi təqdirdə onun şəkilini səhfədə sildirəcəyini bildirmişdir. Lakin o, yenidən Lamiyənin atasının nömrəsini bilmədiyini bildirməklə şəkilini silməsini xahiş etmişdir. Bunların hamısına baxmayaraq Təqsirləndirilən şəxs “özün bil, mənlik deyil onda” deyə mesaj yazdıqda sonuncunu bloka atmışdır. Daha sonra Təqsirləndirilən şəxs ilə barışıq əldə etmədiyini bildirərək təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Cinayət işinin materiallarında olan «könüllü təqdim edilmiş əşyanın götürmə aparılması haqqında» 16 yanvar 2023-cü il tarixli qərardan, həmin tarixli « götürmə aparılması haqqında» protokoldan və «baxış keçirilməsi haqqında» 17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə istintaq zamanı iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 könüllü razılığı ilə təqdim etdiyi Təqsirləndirilən şəxs ilə həyata keçirilmiş telefon danışıqlarını özündə əks etdirən 16 yanvar 2023-cü il tarixli qərarla götürülmüş “CD” diskə keçirilmiş baxış zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsində olan “gulsen_mehdiyeva018” adlı və “Tik- tok” sosial şəbəkəsində “lamiyememmedli8787” adlı saxta hesab profillərdə onun şəkillərinin silib-silmədiyini soruşması, Təqsirləndirilən şəxs həmin paylaşımların sildiyini bildirməsi, lakin Zərərçəkmiş şəxs1 onunla pis danışdığı təqdirdə həmin paylaşımları yenidən paylaşacağının bildirməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan «könüllü təqdim edilmiş əşyanın götürmə aparılması haqqında» 17 yanvar 2023-cü il tarixli qərardan, həmin tarixli « götürmə aparılması haqqında» protokoldan və «baxış keçirilməsi haqqında» 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə istintaq zamanı iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs3 könüllü razılığı ilə təqdim etdiyi Təqsirləndirilən şəxs ilə baş vermiş telefon danışıqlarını və “whatsapp” tətbiqi üzrə həyata keçirilmiş yazışmaları özündə əks etdirən 17 yanvar 2023-cü il tarixli qərarla götürülmüş “CD” diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə zəng edərək ona özünü Zərərçəkmiş şəxs1 xalası qızı kimi təqdim etmiş, ondan həmin paylaşımlarının özünün paylaşıb-paylaşmamasını soruşaraq hansı səbəbdən bu cür hərəkət etdiyini maraqlanmış, sonuncu isə özünün paylaşdığını təsdiqləyərək yaxşı etdiyini bildirmişdir. Həmçinin «whatsapp» tətbiqi üzərində həyata keçirilmiş yazışmalardan məlum olmuşdur ki, yazışmalar Təqsirləndirilən şəxs istifadəsində olmuş “+**********59” və “+**********19” saylı mobil operator nömrələri ilə həyata keçirilmişdir. Həmin yazışmalarda “+**********59” saylı mobil nömrədən Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 “sen onun nomresini mene atda, teze nomresini, atmasan seninde nomreni paylasdıracam bil, amma atsan hecne elemiyecem, hec senin verdiyinde demiyecem” məzmunlu mesajlar daxil olmuşdur. Həmçinin mesajlar sırasında Təqsirləndirilən şəxs “instagram” profildən fotoşəkil ataraq “gördün paylaşdım” deyə mesaj yazmışdır. Daha sonra qeyd olunmuş yazışmalarda Təqsirləndirilən şəxs nalayiq ifadələr işlədərək həmin şəkilləri pul müqabilində paylaşması və Bakı şəhərində olaraq Zərərçəkmiş şəxs3m görüşə çağırması barədə söhbət aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, Aslanlı X7 Günay Aydın qızma “whatsapp” tətbiqi vasitəsi ilə yazaraq Zərərçəkmiş şəxs1 yeni nömrəsini tələb etmiş, nömrəni vermədiyi halda onun nömrəsini sosial şəbəkədə paylaşacağı ilə sonuncunu hədələmiş, sonradan nömrəni paylaşaraq həmin fotoşəkili “whatsapp” tətbiqi vasitəsi ilə atmış və nalayiq ifadələr işlədərək sonuncunu Bakı şəhərinə çağırmışdır. Cinayət işinin materiallarında olan «könüllü təqdim edilmiş əşyanın götürmə aparılması haqqında» 10 fevral 2023-cü il tarixli qərardan, həmin tarixli «götürmə aparılması haqqında» protokoldan və «baxış keçirilməsi haqqında» 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə istintaq zamanı iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 könüllü razılığı ilə təqdim etdiyi Təqsirləndirilən şəxs ilə “whatsapp” tətbiqi üzrə həyata keçirilmiş yazışmaları özündə əks etdirən 10 fevral 2023-cü il tarixli qərarla götürülmüş “CD” diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Whatsapp” tətbiqi üzərində həyata keçirilmiş yazışmaların fotoşəkillərdir. Həmin yazışmalar Təqsirləndirilən şəxs istifadəsində olan “+99***-***-**-**” saylı mobil operator nömrəsi ilə həyata keçirilmişdir. Yazışmalara nəzər saldıqda Təqsirləndirilən şəxs tərəfindən 09 fevral 2023- cü il tarixdə saat 22:49 radələrində sonradan göndərici tərəfindən silinmiş bir neçə mesaj, o cümlədən buraxılmış zənglər daxil olmuşdur. Daha sonra 22:57-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 səsli mesaj göndərərək “a yekəbaş yekə-yekə danışmaq lazım döyül e, cavab verdə zəng eliyirəm” sözlərini demişdir. Bundan sonra 23:45 radələrində Zərərçəkmiş şəxs2 ünvanına nalayiq və təhqiredici ifadələr yazılmaqla Zərərçəkmiş şəxs1 atasına məxsus mobil telefon nömrəsini tələb etmişdir. Bundan sonra 10 fevral 2023-cü il tarixdə saat 00:04-də Zərərçəkmiş şəxs2 şəkilindən ibarət olan üzərində nalayiq ifadələr yazılmış 12 saniyəlik videonu ona göndərmişdir. Həmin tarixdə saat 11:20 radələrində Zərərçəkmiş şəxs2 mesaj göndərərək ondan öz şəkilini sosial şəbəkədən silməyini xahiş etməsinə və polis şöbəsinə gedəcəyini qeyd etməsinə baxmayaraq Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs1 atasının istifadəsində olan mobil telefon nömrəsini vermədiyi təqdirdə şəkilinin oradan silinməyəcini bildirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 “whatsapp” tətbiqi vasitəsi ilə yazaraq Zərərçəkmiş şəxs1 atasının istifadəsində olan mobil telefon nömrəsini tələb etmiş, nömrəni vermədiyi halda isə “Tik-tok” sosial şəbəkəsində “lamiyememmedli8787” adlı saxta hesab profildə sonuncuya məxsus üzərində təhqiredici ifadələr yazılmış paylaşımı silməyəcəyini bildirmişdir. İş materiallarında olan «baxış aparılması haqqında» 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, “Tik-tok” sosial şəbəkəsinə qeydiyyata alınmış “_astanoff_” adlı profil hesabına baxış keçirilən zaman “_astanoff_” adlı profilin 13.700 nəfər izləyicilərinin olmaqla hər kəsə açıq olması, profilin şəkilində polis əməkdaşları təsvir edildiyi müəyyən olunmuş. Profilin məlumatlar bölməsində “ fe V İMAM HUSEYİN ASİQİ fe ** ” sözləri, aşağı hissəsində isə “DİN POLİS ” və “_inista_*_astanoff_” sözləri yazılmışdır. Həmin profildə 1 saat öncə Zərərçəkmiş şəxs1 şəxsi şəkillərindən ibarət videoçarx paylaşılmışdır. Həmin paylaşımın üzərində Lamiyə Məmmədliyə qarşı nəlayiq ifadələr yazılmışdır. Həmin profil istifadəçisi 28 dekabr 2022-ci il tarixdə öz şəxsi şəkillərindən ibarət olan videoçarx hazırlayaraq paylaşmışdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 həmin fotoşəkillər olan şəxsin Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan başqa qeyd olunmuş fotoşəkillərinin araşdırma materialına əlavə olunmuş Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin fotoşəkili ilə eyniləşdirməsi zamanı “tik-tok” sosial şəbəkəsində “_astanoff_” adlı profilin həqiqətən də Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmişdir. Həmçinin həmin “tik-tok” profildə Təqsirləndirilən şəxs məxsus digər şəxsi videoların paylaşılması müəyyən edilmişdir. “Tik- tok” sosial şəbəkəsində qeydiyyata alınmış “lamiyememmedli8788” adlı profil istifadəçisidir. Profilin məlumatlar bölməsində Zərərçəkmiş şəxs1 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəsi qeyd olunmuşdur. Həmin profildə Zərərçəkmiş şəxs1 məxsus şəxsi şəkillərindən ibarət olan 5 ədəd videoçarx paylaşılmaqla üzərlərində nəlayiq ifadələr, sonuncunun əxlaqsızlıqla məşğul olması, o cümlədən uşaqlara narkotik vasitələrinin satması ilə bağlı məlumatlar yazılmışdır. Baxış zamanı “tik-tok” sosial şəbəkəsinin “lamiyememmedli8788” adlı profildə paylaşılmış videofaylı “_astanoff_” adlı profilində paylaşılmış son videofayl ilə müqayisə edildiyi zaman həmin eyni məzmunlu videofaylları eyni bir şəxs tərəfindən hazırlanması müəyyən edilmişdir. İş materiallarında olan «baxış aparılması haqqında» 10 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, “İnstagram" sosial şəbəkəsinə qeydiyyata alınmış “gulsen_mehdiyeva018” adlı profil hesaba baxış keçirilən zaman həmin profilin 1.405 nəfər izləyicisi və 8 ədəd paylaşımı olmaqla profil hər kəsə açıq olması müəyyən edilmişdir. Profilin şəkilində naməlum bir qadın cinsli şəxs təsvir edilmişdir. Profilin məlumatlar bölməsində “Girsurem” sözləri yazılmışdır. Həmin profildə 15 saat öncə Zərərçəkmiş şəxs1 məxsus şəxsi şəkil paylaşılaraq, fotoşəklin alt hissəsində “gorsurem 30 azna, nomrelerim var burda yazin adi yigin” sözləri yazılmışdır. Həmçinin həmin profil hesabda Zərərçəkmiş şəxs1 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəsi paylaşılaraq “Gorsurem 30 azna tez tez yigin acmasam” sözləri yazılmışdır. İş materiallarında olan «baxış aparılması haqqında» 13 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, “İnstagram” sosial şəbəkəsinə qeydiyyata alınmış "gulsen_mehdiyeva018” adlı profil hesaba təkrar baxış keçirilərkən həmin profildə 15 saat öncə, yəni 12 yanvar 2023-cü il tarixdə Mingəçevir şəhəri, 6 saylı bağça müdiri Zərərçəkmiş şəxs3 məxsus “***-***-**-**” saylı mobil nömrəsi qeyd olunaraq “Gorsurem vatsapda yazın” sözləri yazılmışdır. İş materiallarında olan «baxış aparılması haqqında» 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, “Tik-tok” sosial şəbəkəsində olan “lamiyememmedli8787” adlı saxta hesab profilinə baxış keçirilərkən profilin 3169 nəfər izləyicisi olmaqla hər kəsə aşıq olması müəyyən edilmişdir. Profilin məlumatlar bölməsində “gorsurem mingecevir” sözləri yazılmışdır. Həmin profildə Zərərçəkmiş şəxs1 məxsus şəxsi şəkillərindən ibarət olan eyni məzmunlu 9 ədəd videoçarx paylaşılmış, həmin paylaşımların üzərində nalayiq ifadələr yazılmaqla pul müqabilində görüşməsi, o cümlədən uşaqlara narkotik vasitələrinin satması ilə bağlı məlumatlar yazılmışdır. Qeyd olunmuş videoçarxlar 12, 13, 20 və 21 yanvar 2023-cü il tarixlərdə paylaşılmışdır. İş materiallarında olan «baxış aparılması haqqında» 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı “Tik-tok” sosial şəbəkəsində olan “lamiyememmedli8787” adlı saxta hesab profilinə təkrar baxış zamanı aşağıdakı müəyyən edilmişdir ki, “Tik-tok” sosial şəbəkəsində qeydiyyata alınmış “lamiyememmedli8787” adlı saxta hesab profilidir. Profilin 4179 nəfər izləyicisi vardır. Profilin məlumatlar bölməsində “gorsurem mingecevir” sözləri yazılmışdır. Qeyd olunmuş profildə sonuncu paylaşım Zərərçəkmiş şəxs2 aid edilmişdir. Həmin paylaşımda Zərərçəkmiş şəxs2 şəkili paylaşılaraq üzərində “mən serefsizem, mem pe... menim arvadım si...n” sözləri yazılmışdır. Paylaşımın məlumat bölməsində isə “mən serefsiz ..pey..rem” sözləri qeyd olunmuşdur. İş materiallarında olan aparılmış ibtidai istintaq zamanı "xxxx" MMC-yə göndərilmiş sorğulara cavablardan görünür ki, “***-***-**-**” saylı mobil nömrə Təqsirləndirilən şəxs, “***-***-**-**” saylı mobil nömrə X3 və “***-***-**-**” saylı mobil nömrə X8ma məxsusdur. İstintaq materiallarına əlavə edilmiş İmişli RPŞ-dən əməliyyat tapşırığı üzrə daxil olmuş məlumatlardan görünür ki, “***-***-**-**” saylı mobil nömrə X3 və “***-***-**-**” saylı mobil nömrə X8ma məxsus olmasına baxmayaraq həmin mobil telefon nömrələri Təqsirləndirilən şəxs istifadəsindədir. İş materiallarında olan, aparılmış istintaq zamanı xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə fonoskopik ekspertizasının 01 mart 2023-cü il tarixli 4/169 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda 1 nəfər kişi cinsinə, 2 nəfər qadın cinsinə məxsus olmaqla ümumilikdə 3 nəfər şəxs iştirak etmişdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “Kİ” kimi işarə olunmuş diktorun səsi və nitqi- Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarında olan, aparılmış istintaq zamanı 29 yanvar 2023-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-lingvistik ekspertizasının 21 fevral 2023-cü il tarixli 4/159 №li ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “CD” diskdəki “Tik-tok” və “İnstagram” sosial şəbəkələrində “lamiyememmedli8788”, “lamiyememmedli8787” və “gulsen_mehdiyeva018” adlı saxta hesab profillərdə paylaşılar şəkillərin və videoçarxların üzərində olan ifadələr bütövlükdə Zərərçəkmiş şəxs1 şərəf və ləyaqətini nalayıq formada ləkələyən və alçaldan, onu nüfüzdan salan, işgüzar nüfuzuna xələl gətirən sözlər, ifadələr, məlumatlar olması, “CD” diskdəki olan paylaşımlarda yazılan “pulsuz görüşürəm kim isdəsə seyfede nomrem var minet edrem nolar gelunde”, “bağçada uşaqlara narkotik verir” və bu kimi məzmunlu digər ifadələrin Zərərçəkmiş şəxs1 şərəf və ləyaqətini nalayıq formada ləkələyən və alçaldan, onu nüfuzdan salan, işgüzar nüfuzuna xələl gətirən ifadələr hesab edilməsi müəyyən edilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 90 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmiş, sonuncunda müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsin isterik tipli aksentuasiyası) baxmayaraq o, ittiham olunduğu ictimai təhlükəli əməli törətdiyi zaman psixi xəstəlik keçirmədiyindən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və (və ya) onu idarə edə bilmişdir, yəni cinayət əməlini törədərkən anlaqlı olmuşdur və onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. O cümlədən Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətdikdən sonra, hal-hazırda psixi xəstəlikdən əziyyət çəkmir, o , öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək iqtidarında olmaqla onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarından görünür ki, öz xüsusiyyətinə, əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına, həmçinin, üzərində hadisə izlərinin saxladığına, iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə görə Zərərçəkmiş şəxs1 təqdim etdiyi özündə Təqsirləndirilən şəxs ilə aparılmış telefon danışığın səs yazısını əks etdirən xx.xx.2022-cü il tarixli qərarla götürülmüş 01 ədəd '‘CD” disk, Zərərçəkmiş şəxs3 təqdim etdiyi özündə Təqsirləndirilən şəxs ilə aparılmış telefon danışıqlarının səs yazılarını və “whatsapp” tətbiqi vasitəsi ilə həyata keçirilmiş yazışmaları əks etdirən xx.xx.2022-cü il tarixli qərarla götürülmüş 01 ədəd “CD” disk, Zərərçəkmiş şəxs2 təqdim etdiyi özündə Təqsirləndirilən şəxs ilə “Whatsapp” tətbiqi üzərində həyata keçirilmiş yazışmaları və göndərilmiş səs yazılarını əks etdirən 10 fevral 2023cü il tarixli qərarla götürülmüş 01 ədəd “CD” disk 01 mart 2023-cü il tarixli qərarla maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan İmişli rayon İHB-nin Qulubəyli kənd İƏD-si üzrə nümayəndəliyinin Xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan DİN-nin xx.xx.2023-cü il tarixli tələbnaməsndən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İmişli rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43- 30/2-45/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-c il tarixədək Vətən müharibəsində Talışkənd və Suqovuşan istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmşdir. «Suqovuşanın azad edilməsinə görə» və «Vətən müharbəsi ilştirakçısı» medalları ilə təltif edilmişdir. İş materiallarında olan müstəntiqin «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli qərarından və həmin tarixli «cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxsi kimi tutulmuşdur. İş materiallarında olan müstəntiqin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Mingəçevir şəhər PŞ-nin MS yerindən azad edilmişdir. Məhkəmə, yuxarıda göstərilən ittiham tərəfindən məhkəməyə təqdim edilmiş və təqsirləndirilən şəxs tərəfindən sosial şəbəkələrdə yazılmış təhqiramiz ifadələrini əks etdirən yazıları və foto şəkilləri də sübut növü kimi qəbul edir və nəzərə alır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Aslanlı X6 informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 böhtan atması və təhqir etməsi formada qəsdən ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı irəli sürülmüş ittihamda təqsirli olması, işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ittiham tərəfindən Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs Aslanlı X6 informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qızma böhtan atmış və onları təhqir etmişdir. Belə ki, o, 2022-ci ilin payız fəslində Çin Xalq Respublikasına məxsus onlayn video paylaşma xidməti olan “TikTok” sosial şəbəkəsində tanış olduğu Mingəçevir şəhəri 6 nömrəli bağçada tərbiyəçi vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 ilə 2022-ci ilin dekabr ayında Mingəçevir şəhər ərazisində bir dəfə görüşdükdən sonra yenidən sonuncu tərəfindən görüşmək məqsədilə Mingəçevir şəhərinə dəvət olunmasına baxmayaraq, Zərərçəkmiş şəxs1 onunla görüşmədiyinə, habelə mobil zənglərinə cavab vermədiyinə görə sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adma yalan məlumatlar yerləşdirilmiş X4 məxsus foto və video paylaşma xidməti olan “İnstagram” sosial şəbəkəsində “gulsen_mehdiyeva018” adlı və “Tik-tok” sosial şəbəkəsində “lamiyememmedli8788”, “lamiyememmedli8787”, “_astanoff_” və “qemli_77_7” adlı saxta hesab profilləri yaradaraq Zərərçəkmiş şəxs1 aid mobil telefon nömrəsini və şəkillərini onun razılığı olmadan istifadə edib, məzmununda şərəf və ləyaqətini ləkələyən, şəxsi nüfuzdan salan məlumatlar hesab olunan Mingəçevir şəhərində pul müqabilində cinsi əlaqədə olması, bağça uşaqlarına narkotik vasitələr satması, şəhidləri təhqir etməsi və bu kimi sair məzmunlu uydurma məlumatlar yazıb 2022-ci ilin dekabr ayı ərzində və 2023-cü ilin yanvar ayının 12, 13, 20 və 21 tarixlərində istintaqla sübut edilməsi mümkün olmayan ərazidə kütləvi internet informasiyası ehtiyatı olan “İnstagram” və “Tik-tok” sosial şəbəkəsində paylaşmaqla, yəni kütləvi nümayiş etdirməklə onun şərəf və ləyaqətini ləkələyib onu kollektiv arasında nüfuzdan salmaqla ona böhtan atmış, onun şərəf və ləyaqətini nalayiq formada alçaltmaqla onun şəxsiyyətinə mənfi qiymət verməklə əhatəsinin və qohumlarının gözündə nüfuzdan salmaqla onu təhqir etmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin yanvar ayında ona özünü Zərərçəkmiş şəxs1 xalası qızı Məhluqə kimi təqdim etmiş Mingəçevir şəhər 6 nömrəli bağçasının müdiri Zərərçəkmiş şəxs3 zəng edərək Zərərçəkmiş şəxs1 barəsində sosial şəbəkələrdə paylaşdığı video materialları silməsini tələb etməsi məzmunlu iradından sonra “İnstagram” sosial şəbəkəsində yaratdığı “gulsen_mehdiyeva018” adlı saxta hesab profilindən istifadə edərək Zərərçəkmiş şəxs3 istifadəsində olan “055-258-65- 76” saylı mobil telefon nömrəsini onun razılığı olmadan istifadə edib, məzmununda şərəf və ləyaqətini ləkələyən, şəxsi nüfuzdan salan məlumatlar hesab olunan Mingəçevir şəhərində pul müqabilində cinsi əlaqədə olması məzmunlu uydurma məlumatlar yazıb 12 yanvar 2023-cü il tarixdə istintaqla sübut edilməsi mümkün olmayan ərazidə kütləvi internet informasiyası ehtiyatı olan “İnstagram” sosial şəbəkəsində paylaşmaqla, yəni kütləvi nümayiş etdirməklə onun şərəf və ləyaqətini ləkələyib onu kollektiv arasında nüfuzdan salmaqla ona böhtan atmış, onun şərəf və ləyaqətini nalayiq formada alçaltmaqla onun şəxsiyyətinə mənfi qiymət verməklə əhatəsinin və qohumlarının gözündə nüfuzdan salmaqla onu təhqir etmişdir. Həmçinin o, təkrarən 09 fevral 2023-cü il tarixdə özünü Zərərçəkmiş şəxs1 qohumu kimi təqdim etmiş ünvan 1 ünvanında yerləşən “Tikinti materialları” adlanan mağazasının müdiri Zərərçəkmiş şəxs2 zəng edərək Zərərçəkmiş şəxs1 barəsində sosial şəbəkələrdə paylaşdığı video materialları silməsini tələb etməsi məzmunlu iradından sonra “TikTok” sosial şəbəkəsində yaratdığı “lamiyememmedli8787” adlı saxta hesab profilindən istifadə edərək Zərərçəkmiş şəxs2 istifadəsində olan “***-***-**-**” saylı mobil telefon nömrəsinin "WhatsApp" sosial şəbəkəsinin profil hissəsində sonuncuya məxsus şəkili onun razılığı olmadan götürüb, məzmununda şərəf və ləyaqətini ləkələyən, şəxsi nüfuzdan salan məlumatlar hesab olunan nalayıq məzmunlu uydurma məlumatlar yazıb 10 fevral 2023-cü il tarixdə istintaqla sübut edilməsi mümkün olmayan ərazidə kütləvi internet informasiyası ehtiyatı olan “TikTok” sosial şəbəkəsində paylaşmaqla, yəni kütləvi nümayiş etdirməklə onun şərəf və ləyaqətini nalayiq formada alçaltmaqla onun şəxsiyyətinə mənfi qiymət verməklə əhatəsinin və qohumlarının gözündə nüfuzdan salmaqla onu təhqir etmişdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs Aslanlı X6 informasiya ehtiyatında saxta istifadəçi adlar, profil istifadə edərək kütləvi nümayiş etdirməklə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 böhtan atması və təhqir etmişdir və onun təqsiri məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla sübuta yetirilir. Ona görə də Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin bütün əlamətləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndinə əsasən CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Odur ki, məhkəmə işin məhkəmə istintaqında müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, şəxsiyyətin ləyaqəti əleyhinə olan, qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq təqsirləndirilən şəxsin əməlini etiraf etməsini və cəmiyyətdə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin təqsiriləndirilən şəxsin şəxsiyyətini belə ki, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun Vətən müharibəsi iştirakçısı olmasını və «Suqovuşanın azad edilməsinə görə» və «Vətən müharbəsi ilştirakçısı» medalları ilə təltif edilməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə, 1800 manat miqdarında cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bundan başqa Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin edilmş cərimə cəzası yüngülləşdirilməli və qəti olaraq üzərində 1500 manat miqdarında cərimə cəzası saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Təqsirləndirilən şəxs cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Hökmün icrasına nəzarət İmişli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 təqdim etdiyi, özündə Təqsirləndirilən şəxs ilə aparılmış telefon danışığın səs yazısını əks etdirən 01 ədəd '‘CD” disk, Zərərçəkmiş şəxs3 təqdim etdiyi, özündə Təqsirləndirilən şəxs ilə aparılmış telefon danışıqlarının səs yazılarını və “whatsapp” tətbiqi vasitəsi ilə həyata keçirilmiş yazışmaları əks etdirən 01 ədəd “CD” disk, Zərərçəkmiş şəxs2 təqdim etdiyi, özündə Təqsirləndirilən şəxs ilə “Whatsapp” tətbiqi üzərində həyata keçirilmiş yazışmaları və göndərilmiş səs yazılarını əks etdirən 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə məhkəmə-linqvistik ekspertiza üzrə 100 manat və məhkəmə-fonoskopik ekspertizası üzrə 200 manat, cəmi 300 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1800 (bir min səkkiz yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 27 yanvar 2023-cü il tarixdən 29 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlandığı 2 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınaraq ona təyin edlmiş cərimə cəzası yügülləşdirilsin və üzərində qəti olaraq 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Hökmün icrasına nəzarət İmişli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 təqdim etdiyi, özündə Təqsirləndirilən şəxs ilə aparılmış telefon danışığın səs yazısını əks etdirən 01 ədəd '‘CD” disk, Zərərçəkmiş şəxs3 təqdim etdiyi, özündə Təqsirləndirilən şəxs ilə aparılmış telefon danışıqlarının səs yazılarını və “whatsapp” tətbiqi vasitəsi ilə həyata keçirilmiş yazışmaları əks etdirən 01 ədəd “CD” disk, Zərərçəkmiş şəxs2 təqdim etdiyi, özündə Təqsirləndirilən şəxs ilə “Whatsapp” tətbiqi üzərində həyata keçirilmiş yazışmaları və göndərilmiş səs yazılarını əks etdirən 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-linqvistik ekspertiza üzrə 100 manat və məhkəmə-fonoskopik ekspertizası üzrə 200 manat, cəmi 300 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar