Məhkəmə qərarları › İş №1(051)-64/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-64/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-64/2025 24.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – X3 iştirakları ilə xx.xx.1984-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 25 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, ünvan 1 ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 177.2.3 və 177.2.4–cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 2023-cü ilin avqust ayı ərzində tarixi və vaxtı istintaqa dəqiq məlum olmayan müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri N.Nərimanov küçəsi 30№-li evin 67№-li mənzilinin giriş qapısını açarseçmə yolu ilə açaraq həmin qapıdan yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub mənzilin otaqlarından 1 ədədinin qiyməti 3 manat olan 300 manat dəyərində 100 ədəd adi ölçülü boşqabları, 1 ədədinin qiyməti 15 manat olan 60 manat dəyərində 4 ədəd yemək təqdim etmək üçün buludları, 1 ədədinin qiyməti 1,5 manat olan 150 manat dəyərində 100 ədəd armudu nəlbəkini, 1 ədədinin qiyməti 1 manat olan 100 manat dəyərində 100 ədəd adi nəlbəkini, 1 ədədinin qiyməti 3 manat olan 72 manat dəyərində 24 ədəd orta ölçülü kasanı, 1 ədədinin qiyməti 1 manat olan 24 manat dəyərində 24 ədəd kiçik ölçülü kasanı, 150 manat dəyərində çay dəstini, 40 manat dəyərində kompot dəstini, 250 manat dəyərində kofe dəstini, 250 manat dəyərində nahar dəstini, 150 manat dəyərində hər biri altı ədəd olan 6-lıq çəngəl bıçaq qaşıq dəstini, 1 ədədinin qiyməti 30 manat olan 180 manat dəyərində 6 ədəd mürəbbə qabını, 40 manat dəyərində 24 ədəd mürəbbə nəlbəkisini, 1 dəstinin qiyməti 15 manat olan 45 manat dəyərində 3 dəst xrustal stəkanları, 1 ədədinin qiyməti 3 manat olan 72 manat dəyərində 24 ədəd xrustal duz qabıları, 1 ədədinin qiyməti 30 manat olan 120 manat dəyərində 4 ədəd uzunsov xrustal meyvə qablarını, 1 ədədinin qiyməti 45 manat olan 270 manat dəyərində 6 ədəd kvadrat formalı xrustal meyvə qablarını, 1 ədədinin qiyməti 20 manat olan 100 manat dəyərində 5 ədəd yumru xrustal meyvə qablarını, 1 dəstinin qiyməti 6 manat olan 24 manat dəyərində 4 dəst “rumkaları”, 3 ədədinin qiyməti 20 manat olan 160 manat dəyərində 24 ədəd küllü “rumkaları”, 100 manat dəyərində 4-lü qazan dəstini, 1 ədədinin qiyməti 50 manat olan 200 manat dəyərində 4 ədəd nerj sinini, 1 ədədinin qiyməti 15 manat olan 60 manat dəyərində 4 ədəd metal stəkanaltlarını, 1 ədədinin qiyməti 30 manat olan 120 manat dəyərində 4 ədəd dəmir torlu çarpayıları, 1 ədəd 150 manat dəyərində odun samovarını, 1 ədəd 100 manat dəyərində elektrikli samovarı, 600 manat dəyərində “Vestel” markalı RM670TF3M-BL modelli, 183x70x72 ölçülü qara rəngli soyuducunu, 1 ədəd 150 manat dəyərində Rusiya Federasiyası istehsalı olan “İndesit” markalı soyuducunu, 1 ədəd 200 manat dəyərində böyük ölçülü elektrikli ətçəkən maşını, 1 ədəd 80 manat dəyərində elektrikli balıq bişirəni, 1 ədəd 150 manat dəyərində elektrikli kabab bişirəni, 1 ədəd 100 manat dəyərində elektrikli samovar çaydan dəstini, 1 ədədinin qiyməti 70 manat olan 140 manat dəyərində 2 ədəd böyük ölçülü malirandlanmış qazanları, 1 ədədinin qiyməti 90 manat olan 180 manat dəyərində 2 ədəd böyük ölçülü paltar yumaq üçün qazanları, 1 ədədinin qiyməti 30 manat olan 120 manat dəyərində 4 ədəd su bidonunu, 1 ədəd 50 manat dəyərində blenderi, 1 ədədinin qiyməti 85 manat olan 170 manat dəyərində 2 ədəd elektrikli sacı, 1ədədinin qiyməti 40 manat olan 160 manat dəyərində 4 ədəd alluminium ləyənləri, 30 manat dəyərində 1 ədəd video maqnitafonu, 50 manat dəyərində 1 ədəd DVD player cihazını, 60 manat dəyərində 3 cüt kiçik ölçülü səsgücləndiricini, 40 manat dəyərində 1 cüt böyük ölçülü səsgücləndiricini, 100 manat dəyərində 1 ədəd videokameranı, 150 manat dəyərində 1 ədəd divar telefonunu özgənin yəni, Zərərçəkmiş şəxs məxsus 5817 (beş min səkkiz yüz on yeddi) manat dəyərində əmlakı Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Əvvəllərdə cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum etmə növündə cəza çəkmişdir. xx.xx.2023-cü il tarixdə cəzadan azad olunmuşdur. Həmin zamandan sonra, yəni 2023-cü ilin yay aylarında yaşadığı evin yaxınlığında yerləşən Mingəçevir şəhəri,N.Nərimanov küçəsi 30 saylı yaşayış binasının qarşısından keçərkən 3-cü mərtəbədə yerləşən mənzilin eyvanının ot basdığını və eyvanın çirkli olduğunu görmüşdür. Yuxarı mənzilə qalxmış, mənzilinin qapısı tozluolduğundanhəmin mənzildə yaşayış olmadığını başa düşmüşdür. Buna görə də, mənzildən oğurluq etmək fikrinə düşmüşdür. Həmin gecə binanın qarşısına gəlib mənzilə qalxmış, mənzilin giriş qapısını özündə olan açarla açmışdır. Mənzilə daxil olduqda mənzilin tozlu olduğunu görüb, orada uzun müddətdir ki, yaşayış olmadığına əmin olmuşdur. Həmin gündən başlayaraq, 2023-cü ilin avqust ayı ərizində müxtəlif günlərdə mənzildən müxtəlif məişət əşyalarını oğurlamağa başlamışdır. Yəni mənzildən biri böyük, digəri isə kiçik ölçülü olan 2 ədəd soyuducunu, müxtəlif qazanları, qab qaçaq, qaşıq, stəkan, nəlbəki dəstlərini, səsgücləndiriciləri, telefon aparatını, çay və kofe üçün qabqacaq dəstlərini, kasaları, sadə stəkanları, alyuminiumdanolan çaynik altlarını, xrustal stəkan, xrustal meyvə qablarını, ətçəkən maşını, elektrikli yemək bişirəni, elektrikli kabab bişirəni, elektrikli samovarı, elektrikli çayniki, müxtəlif rumkaları, mürəbbə qablarını, blenderi, divar saatını oğurlamışdır. Oğurladığı əşyalardan 1 ədəd soyuducu, müxtəlif qabqacaq dəstlərini Mingəçevir şəhəri,H.Əliyev prospektində «Orxan» bazarının qarşısında yerləşən işlənmiş əşyaların alqı-satqısı mağazasına satmışdır. Bundan başqa həmin evdən oğurladığı dəmir çarpayını, müxtəlif metallardan olan qazan, qab qacaq və çarpayıları isə Mingəçevir şəhəri, Samux küçəsində metal qəbulu məntəsəqəsində Füzuli adlı şəxsə satmışdır. Bundan başqa, həmin mənzildən oğurladığı bir ədəd soyuducunu isə Rəhbər adlı şəxsin vasitəsi Mingəçevir şəhəri, Güllü bağ adlanan yerin yaxınlığında yerləşən kafedə işləyən şəxsə 300 manata satmışdır. Belə ki, Rəhbər adlı şəxslə görüşən zaman Rəhbərə yaşadığı evdə soyuducu olduğunu, həmin soyuducunu satmaq istədiyini bildirmiş, Rəhbər də tanışına zəng edərək, soyuducu satıldığını bildirdikdən sonra Rəhbərin tanışı soyuducunu almaq istədiyini bildirmişdir. Sonra Rəhbərlə birlikdə həmin mənzilə gedərək mənzildən soyuducunu aşağı düşürüb, taksi fəaliyyəti ilə məşğul olan avtomobilə yerləşdirib,«Güllü bağ» adlanan yerin yaxınlığına gedərək, orada kafe işlədən şəxsə satmışdır. Həmçinin mənzildən digər ağır əşyaları da aşağı düşürdərkən həmin binanın yaxınlığında, Ə.Vahid küçəsində fəhlələrin toplaşdığı yerə gedib, orada fəhlələrdən biri ilə danışıb, razılaşdıqdan sonra pul müqabilində həmin fəhlələrin köməkliyi ilə mənzildən aşağı düşürüb taksi fəaliyyəti ilə məşğul olan avtomobillərə yerləşdirib aparmışdır. Həmin fəhlələrə də mənzilin özünə məxsus olduğunu demişdir. Həmin mənzildən oğurluq etməyini nə Rəhbərə nədə ki, digər fəhlələrə bildirməmişdir. Fəhlələrin yığışdığı yer yaşadığı evin yaxınlığında olduğundan orada olan fəhlələrin əksəriyyəti onu tanıdığı üçünonu tanımayan fəhlələrdən istifadə etmişdir. Həmçinin oğurladığı məişət əşyalarının bəzilərini də Mingəçevir şəhəri,H.Əliyev prospektində yerləşən «Orxan» bazarında pərakəndə qaydada satmışdır. Həmin şəxslərə də əşyaları satarkən həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. O, ifadəsində həmçininmənzilin giriş qapısını özündə olan açarla açdığını, qapının kilidi bir dəfə dövr etməklə bağlandığı üçün qapını açmağın asan olduğunu, qeyd etdiyi cinayət əməlini tək törətdiyini, oğurladığı əşyaları satdığı şəxslərə həmin əşyaların özünə məxsus olduğunu bildirdiyini, Zərərçəkmiş şəxs yaşadığı mənzildən müxtəlif qızıl-zinət əşyalarını, qızıl dişləri, kompüter dəstini, notebooku, müxtəlif gümüş materialından olan zinət əşyalarını, bujuteriya dəstlərini, xalçaları, yorğan döşək üzlərini, tozsovuranıoğurlamadığını, yəni mənzildə həmin əşyaların olmadığını, mənzildən təxmini dəyəri 5000 manat olan əşyaları oğurladığını bildirmişdir. Əməlindən peşmandır. Barəsində yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində bildirmişdir ki, o, uzun müddətdir ki, Bakı şəhərində yaşayır. Mingəçevir şəhəri N.Nərimanov küçəsi 30№-li evin, 67№-li mənzili özünə məxsudur. Mənzildə gündəlik istifadə üçün müxtəlif məişət əşyaları olmuşdur. Qeyd etdiyi mənzildə sonuncu dəfə 2021ci ilin aprel ayında olmuşdur. xx.xx.2024-cü il tarixdə qonşular işlətdiyi mobil telefona zəng edərək, ona yaşadığı mənzilin qapısının açıq olduğunu, mənzildəki əşyaların dağınıq vəziyyətdə olduğunu bildirmişlər. O da dərhal DİN-nin 102 xidmətinə zəng edərək mənzildən oğurluq edildiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərinə gəlmiş, mənzilə nəzər yetirdikdən sonra ona məlum olmuş ki, mənzildən 100 ədəd adi ölçülü boşqab, 4 ədəd yemək təqdim etmək üçün buludlar, 100 ədəd armudu nəlbəki, 100 ədəd adi nəlbəki, 24 ədəd orta ölçülü kasa, 24 ədəd kiçik ölçülü kasa, çay servisi, kompot dəsti, kofe dəsti, nahar dəsti, 6-lıq yəni, hər birindən 6 ədəd olan çəngəl bıçaq qaşıq dəsti, 6 ədəd mürəbbə qabı, 24 ədəd mürəbbə nəlbəkisi, 4-lü qazan dəsti, 4 ədəd nerj sini, 4 ədəd dəmir torlu çarpayılar, 1 ədəd odun samovarı, 1 ədəd elektrikli samovar, “Vestel” markalı RM670TF3M-BL modelli, 183x70x72 ölçülü qara rəngli soyuducu, SSRİ istehsalı olan soyuducu, 1 ədəd böyük ölçülü elektrikli ətçəkən maşını, 1 ədəd elektrikli balıq bişirən, 1 ədəd elektrikli kabab bişirən, 1 ədəd elektrikli samovar çadan dəsti, 2 ədəd böyük ölçülü malirandlanmış qazanlar, 2 ədəd böyük ölçülü paltar yumaq üçün qazanlar, 1 ədəd blender, 2 ədəd elektrikli sac, 4 ədəd alluminium ləyənlər, 1 ədəd video maqnitafon, 1 ədəd DVD player cihazı, 3 cüt kiçik ölçülü səsgücləndirici, 1 cüt böyük ölçülü səsgücləndirici, 1 ədəd videokamera, 4 ədəd alimininum çaydan altları, 18 ədəd xrustal stəkanlar, 4 ədəd xrustal meyvə qabın, 12 ədəd rəngbərəng rumkalarn, 12 ədəd küllü rumka, 4 ədəd su bidonu, 2 ədəd peyk antenasının aparatı, 1 ədəd ev üçün telefon aparatı, tikiş maşını,xustal stolüstü saat, 1 ədəd notebook, internet qəbul edici, 1 ədəd azanlı saat, 1 ədəd divar gəvəsi, 12 ədəd çay dəsmalları, 12 ədəd əl-üz dəsmalları, 6 ədəd bədən dəsmalları, 2 ədəd üstü naxışlı süfrə, 1 ədəd naxışlı süfrə, 6 ədəd adı süfrə, 6 ədəd yataq üzlükləri, 2 ədəd divan örtükləri, 2 ədəd adeyallar, 1 cüt kreslo örtüyü, tül pərdələr, döşək üzlükləri, buxoviadeyal, 4 ədəd qaz tükündən adeyal, 4 ədəd balaca ölçülü xələtlər, 2 ədəd soyuducu, 2 ədəd tozsovuran, kofe dəmləyən, soğan doğruyan, 4 ədəd qızıl saat, 1 ədəd 12 qramlıq qızıl boyunbağı, 1 ədəd nişan üzüyü, 1 ədəd yantar formalı üzük, özünə anasına və nənəsinə məxsus qızıl dişlər, bujuteriya üzükləri, dırnaq naboru, 2 ədəd böyük teşlər, 4 ədəd kiçik ölçülü teşlər, gümüş bəzək dəsti, elektrikli saç buran, şəkər ölçmək üçün cihazlar, təziq ölçmək üçün cihaz və digər əşyalar oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Mingəçevir şəhəri,H.Əliyev prospektində yerləşən “Orxan” bazarındakı mağazada istifadə edilmiş məişət əşyalarının alqı- satqısı ilə məşğul olur. Həmçinin aldığı bəzi əşyaları da Qəbələ rayonu, Nic kəndində yerləşən bazarda satır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2024-cü ilin sentyabr ayında mağzada olarkən polis əməkdaşları işlədiyi mağazaya gəlmişlər. Həmin zaman polis əməkdaşlarının yanında bir nəfər şəxs də olmuşdur. Həmin şəxs Bayram olmuşdur. O, Bayramı sifət quruluşundan tanımışdır. Həmin zaman Bayram polis əməkdaşlarına onun işlədiyi mağazaya müxtəlif məişət əşyalarını satdığını bildirmişdir. Daha sonra polis əməkdaşları ondan də bu barədə soruşduqda o da həqiqətən 2023-cü ilin yay aylarında Bayramdan müxtəlif məişət əşyalarını aldığını bildirmişdir. Beləki, 2023-cü ilin yay aylarında Bayram onun işlədiyi mağazaya gələrək,ona 1 ədəd SSRİ istehsalı olan, kiçik ölçülü soyuducu, samovar, qazanlar, şüşə qabları satmışdır. Bayram ona qeyd etdiyi əşyaları satarkən, həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Həmçinin həmin əşyalar köhnə və dəyəri az olduğuna görə, həmin əşyaların cinayət yolu ilə əldə edilınəsinifikirləşməmişdir. Soyuducunu 60 manata, qazanları 15 manatda aldığını, digər əşyaları isə aldığı qiymətinyadında olmadığını bildirmişdir. Həmin aldığı soyuducunu yoxladıqda ona məlum olmuş ki, soyuducu nasazdır. Həmin soyuducunun mühərrikini çıxarıb ehtiyyat hissəsi kimi satmışdır. Soyuducunun üz qapağını isə zibilliyə atmışdır. Aldığı qazan samovar və qabları isə müxtəlif şəxslərə satdığı üçün həmin əşyaları təqdim edə bilmir. Həmçinin ifadəsində Təqsirləndirilən şəxs ona əşyaları satarkən həmin əşyaların cinayət yolu ilə əldə etdiyini bildirmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Mingəçevir şəhəri,H.Əliyev prospektində yerləşən “Orxan” bazarındakı mağazada istifadə edilmiş məişət əşyalarının alqı- satqısı ilə məşğul olur. Həmçinin aldığı bəzi əşyaları da Qəbələ rayonu, Nic kəndində yerləşən bazarda satır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2024-cü ilin sentyabr ayında mağzada olarkən polis əməkdaşları işlədiyi mağazaya gəlmişlər. Həmin zaman polis əməkdaşlarının yanında bir nəfər şəxs də olmuşdur. Həmin şəxs Bayram olmuşdur. O, Bayramı sifət quruluşundan tanımışdır. Həmin zaman Bayram polis əməkdaşlarına onun işlədiyi mağazaya müxtəlif məişət əşyalarını satdığını bildirmişdir. Daha sonra polis əməkdaşları ondan də bu barədə soruşduqda o da həqiqətən 2023-cü ilin yay aylarında Bayramdan müxtəlif məişət əşyalarını aldığını bildirmişdir. Beləki, 2023-cü ilin yay aylarında Bayram onun işlədiyi mağazaya gələrək,ona 1 ədəd SSRİ istehsalı olan, kiçik ölçülü soyuducu, samovar, qazanlar, şüşə qabları satmışdır. Bayram ona qeyd etdiyi əşyaları satarkən, həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Həmçinin həmin əşyalar köhnə və dəyəri az olduğuna görə, həmin əşyaların cinayət yolu ilə əldə edilınəsinifikirləşməmişdir. Soyuducunu 60 manata, qazanları 15 manatda aldığını, digər əşyaları isə aldığı qiymətinyadında olmadığını bildirmişdir. Həmin aldığı soyuducunu yoxladıqda ona məlum olmuş ki, soyuducu nasazdır. Həmin soyuducunun mühərrikini çıxarıb ehtiyyat hissəsi kimi satmışdır. Soyuducunun üz qapağını isə zibilliyə atmışdır. Aldığı qazan samovar və qabları isə müxtəlif şəxslərə satdığı üçün həmin əşyaları təqdim edə bilmir. Həmçinin ifadəsində Təqsirləndirilən şəxs ona əşyaları satarkən həmin əşyaların cinayət yolu ilə əldə etdiyini bildirmədiyini göstərmişdir. Şahid4 Şirasdan oğlu məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıyır. Bayramla aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. Şahid2 da uzun müddətdir ki, tanıyır. Beləki. onlar qonşuluqda yaşamışlar. Özü müxtəlif əşyaların alqı-satqısı ilə məşğul olmuşdur. Təxminən 2023-cü avqust aylarında Bayramla şəhər ərazisində görüşərkən Bayram ona ehtiyacı olduğu üçün yaşadığı evdə olan soyuducunu satmaq istədiyini demişdir. O da Ramin adlı tanışının kafe işlətdiyini, Raminin soyuducunu almaq istəyəcəyini Bayrama bildirərərək, Raminlə telefon vasitəsi ilə əlaqə saxlayaraq, Raminə istifadə edilmiş soyuducu satıldığını bildirmişdir. Ramin də soyuducunun vəziyyəti ilə maraqlanıb, həmin soyuducunu satmaq istədiyini ona bildirmişdir. O da bu barədə Bayrama məlumat verdikdən sonra Bayramla birlikdə Bayramın yaşadığını bildirdiyi Mingəçevir şəhəri,N.Nərimanov küçəsində yerləşən yaşayış binasının qarşısına getmişlər. Hava qaranlıq olmuşdur. Binanın yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan yoldan keçən avtomobili də saxladıb, avtomobili binanın qarşısına sürdürmüşlər. Bundan sonra Bayramla birlikdə həmin binanın 3-cii mərtəbəsinə qalxmışlar, mənzildə olan qara rəngli soyuducunu köməkli aşağı düşürərək avtomobilin yük yerinə yükləmişlər. Daha sonra Raminin işlədiyiMingəçevirşəhəri, 20 Yanvar küçəsində yerləşən kafeyə getmişlər. Orada Ramin soyuducuya baxıb, bəyəndikdən sonra Bayrama 300 manat məbləğdə pul verib, soyuducunu Bayramdan almışdır. Bundan sonra Bayram oradan aralaşıb getmiş, o da öz yaşadığı evə getmişdir. Həmçinin o, ifadəsində Təqsirləndirilən şəxs satdığı soyuducunu cinayət yolu ilə əldə etməsindən məlumatı olmadığını, beləki. Bayram ona həmin soyuducunun özünə məxsus olduğunu dediyini, Bayramın Mingəçevir şəhəri N.Nərimanov küçəsində köhnə «Fabrik kuxna»-nm yaxınlığında yaşadığını bildiyi üçün soyuducunu da götürdükləri mənzil də «Fabrik kuxna»-nm yaxınlığında yerləşən binada olduğundan o, həmin mənzilin Bayramın yaşadığı mənzil olduğunu və soyuducunun da özünə məxsus olduğunu fikirləşdiyini bildirmişdir. Şahid2 məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən kafeni işlədir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Şahid4 Şirasdan oğlunu isə uzun müddətdir ki, tanıyır. Beləki, onlar qonşuluqda yaşayırlar. Təxminən 2023-cü avqust aylarında Rəhbər istifadəsində olan mobil telefona zəng edərək, ona normal vəziyyətdə olan soyuducunun satıldığını bildirmişdir. O da işlətdiyi kafedə soyuducuya ehtiyac olduğu üçün həmin soyuducunu almaq istədiyini demişdir. Bir müddət sonra Rəhbər bir nəfər şəxslə taksi fəaliyyəti ilə məşğul olan avtomobillə onun işlətdiyi kafenin qarşısına gəlmişdir. Rəhbər həmin şəxsi ona təqdim edərək, adının Bayram olduğunu və soyuducunun ona məxsus olduğunu demişdir. Soyuducu avtomobilin yük yerində olmuşdur. O, soyuducuya baxdıqdan sonra soyuducunun istifadəyə yararlı olduğunu görüb, həmin soyuducunu almaq istədiyini demişdir. Bundan sonra soyuducunu 300 manata Bayramdan almışdır. Həmin soyuducunu işlədiyi kafedə saxlamışdır. Sonradan polis əməkdaşları işlətdiyi kafeyə gələrək,onun Bayram adlı şəxsdən soyuducu aldığını bildirmişlər. O da həqiqətən də tanışı Rəhbərin vasitəsi ilə tanıdığı Bayram adlı şəxsdən 300 manata «Vestel» markalı soyuducu aldığını bildirmişdir. O, ifadəsində həmçinin Təqsirləndirilən şəxs aldığı soyuducunun cinayət yolu ilə əldə edilməsindən məlumatı olmadığını bildirmişdir. Şahid6 məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri,N.Nərimanov küçəsi 30№-li evin 67№-li mənzilində yaşayan Zərərçəkmiş şəxs polis şöbəsinə ərizə ilə müraciət edərək, özünə məxsus mənzildən müxtəlif məişət əşyalarının oğurlandığını bildirmişdir.Keçirilmiş istintaq- əməliyyat tədbirləri nəticəsində qeyd olunan cinayət hadisəsinixx.xx.1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş. Mingəçevir şəhəri.N.Nərimanov küçəsi. 30/l№-li evin 56№-li mənzilindəqeydiyyatda olan Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmçinin keçirilmiş tədbirlər zamanı müəyyən olunmuşdur ki. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı mənzildən oğurladığı əşyalardan 1 ədəd soyuducunu, Mingəçevir şəhər sakini Şahid2, 1 ədəd soyuducu, müxtəlif qab-qacağı Mingəçevir şəhəri,H.Əliyev prospektində yerləşən «Orxan» bazarında işlənmiş məişət əşyalarının alqı-satqısı ilə məşğul olan Şahid3, müxtəlif metallardan olan məişət əşyalarını və çarpayıları Mingəçevir şəhəri, Samux küçəsində yerləşən metal qəbulu məntəqəsində işləyən Şahid1 satmışdır. Məhkəmə iclası zamanı ifadəsi elan olunmuş şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid5 ibtidai istintaq zamanı Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. 21 sentyabr 2024-cü il tarixli təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əvəllər edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə Azərbaycan Respubikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Əşyanın götürülməsi haqqında 26 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Şahid2 təqdim etdiyi “Vestel” markalı soyuducu iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. xx.xx.2024-cü il tarixli baxış keçirimə və götürülmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 30№-li evin 67№-li mənzilindən oğurlayaraq Şahid2 satdığı 1 ədəd «Vestel» markalı soyuducu Şahid2 götürülmüşdür. Odur ki, Şahid2 götürülmüş «Vestel» markalı soyuducu maddi sübut kimi tanınaraq saxlanılması Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlancı otağına verilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş şəkillərin arasından yaşadığı mənzildən oğurlanmış “Vestel” markalı soyuducunu tanımışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli,111№-li arayışdan görünür ki, 100 ədəd adi ölçülü boşqabların 1 ədədinin qiyməti 3 manat olmaqla 300 manat dəyərində, 4 ədəd yemək təqdim etmək üçün buludların 1 ədədinin qiyməti 15 manat olmaqla 60 manat dəyərində, 100 ədəd armudu nəlbəkininin 1 ədədinin qiyməti 1,5 manat olmaqla 150 manat dəyərində, 100 ədəd adi nəlbəkinin 1 ədədinin qiyməti 1 manat olmaqla 100 manat dəyərində, 24 ədəd orta ölçülü kasanın 1 ədədinin qiyməti 3 manat olmaqla 72 manat dəyərində, 24 ədəd kiçik ölçülü kasanın 1 ədədinin qiyməti 1 manat olmaqla 24 manat dəyərində, 1 ədəd çay dəstinin 150 manat dəyərində, 1 ədəd kompot dəstinin 40 manat dəyərində, 1 ədəd kofe dəstinin 250 manat dəyərində, 1 ədəd nahar dəstinin 250 manat dəyərində, hər biri altı ədəd olan 6-lıq çəngəl bıçaq qaşıq dəstini 150 manat dəyərində, 6 ədəd mürəbbə qabının 1 ədədinin qiyməti 30 manat olmaqla 180 manat dəyərində, 24 ədəd mürəbbə nəlbəkisinin 40 manat dəyərində, 3 dəst xrustal stəkanların 1 dəstinin qiyməti 15 manat olmaqla 45 manat dəyərində, 24 ədəd xrustal duz qabılarının 1 ədədinin qiyməti 3 manat olmaqla 72 manat dəyərində, dəyərində 4 ədəd uzunsov xrustal meyvə qablarınının 1 ədədinin qiyməti 30 manat olmaqla 120 manat, 6 ədəd kvadrat formalı xrustal meyvə qablarının 1 ədədinin qiyməti 45 manat olmaqla 270 manat dəyərində, 5 ədəd yumru xrustal meyvə qablarının 1 ədədinin qiyməti 20 manat olmaqla 100 manat dəyərində, 4 dəst “rumkaları”n 1 dəstinin qiyməti 6 manat olmaqla 24 manat dəyərində, 24 ədəd küllü “rumkaları”n 3 ədədinin qiyməti 20 manat olmaqla 160 manat dəyərində, 4-lü qazan dəstinin 100 manat dəyərində, 4 ədəd nerj sininin 1 ədədinin qiyməti 50 manat olmaqla 200 manat dəyərində, 4 ədəd metal stəkanaltlarının 1 ədədinin qiyməti 15 manat olmaqla 60 manat dəyərində, 1 ədədinin qiyməti 30 manat olan 120 manat dəyərində 4 ədəd dəmir torlu çarpayıları, 1 ədəd odun samovarını 150 manat dəyərində, 1 ədəd elektrikli samovarın 100 manat dəyərində, 1 ədəd Türkiyə Respublikası istehsalı olan “Vestel” markalı RM670TF3M-BL modelli, 183x70x72 ölçülü qara rəngli soyuducunu 600 manat dəyərində, 1 ədəd Rusiya Federasiyası istehsalı olan “İndesit” markalı soyuducunun 150 manat dəyərində, 1 ədəd böyük ölçülü elektrikli ətçəkən maşının 200 manat dəyərində, 1 ədəd elektrikli balıq bişirənin 80 manat dəyərində, 1 ədəd elektrikli kabab bişirənin 150 manat dəyərində, 1 ədəd elektrikli samovar çaydan dəstinin 100 manat dəyərində, 2 ədəd böyük ölçülü malirandlanmış qazanların 1 ədədinin qiyməti 70 manat olmaqla 140 manat dəyərində, 2 ədəd böyük ölçülü paltar yumaq üçün qazanların 1 ədədinin qiyməti 90 manat olmaqla 180 manat dəyərində, 4 ədəd su bidonunun 1 ədədinin qiyməti 30 manat olan 120 manat dəyərində, 1 ədəd 50 manat dəyərində blenderi, 2 ədəd elektrikli sacın 1 ədədinin qiyməti 85 manat olmaqla 170 manat dəyərində, 4 ədəd alluminium ləyənlərin 1 ədədinin qiyməti 40 manat olmaqla 160 manat dəyərində, 1 ədəd video maqnitafonun 30 manat dəyərində, 1 ədəd DVD player cihazınının 50 manat dəyərində, 3 cüt kiçik ölçülü səsgücləndiricinin 60 manat dəyərində, 1 cüt böyük ölçülü səsgücləndiricinin 40 manat dəyərində, 1 ədəd videokameranın 100 manat dəyərində, 1 ədəd divar telefonunun 150 manat dəyərində ümumilikdə qeyd olunan əşyaların 2023-cü ilin avqust ayına ayına orta bazar satış qiyməti istifadə edilmə müddəti nəzərə alınaraq 5817 (beş min səkkiz yüz on yeddi) manat dəyərindədir. Qiymətlər Rusiya Federasiyası və Azərbaycan Respublikasında istehsal olunmuş əşyalara münasibətdə müəyyən edilmişdir. Rəy hazırki bazar iqtisadiyyatında olan tələb, təklifə yerli internet saytlarında olan məlumat uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-1 l/7-663/2024№-li məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs qızma məxsus Mingəçevir şəhəri,N.Nərimanov küçəsi, 30/l№-li evin 56№-li mənzilindən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 02 (iki) ədəd «Veqas» markalı siqaret kötükləri, Mingəçevir ŞPŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-98/2-12963/2024№-li məktubu ilə xx.xx.2024-cü il tarixdə tədqiqata təqdim edilmişdir. Aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində müəyyən edilmişdirki, 01 (01) ədəd «Veqas» markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar, Təqsirləndirilən şəxs (xx.xx.1984-cü il, Mingəçevir ş.) məxsusdur. Tədqiqata təqdim edilmiş digər 01 (bir) ədəd «Veqas» markalı siqaret kötüyü üzərində DNT tədqiqatının keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyil və ya deqradasiya əlamətlərini özündə əks etdirdiyi üçün DNT profilinin əldə olunması üçün yararlı deyil. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. Odur ki, “Veqas” markalı 2 ədəd siqaret kötükləri maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlancı otağına verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 25 gün müddət vaxından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Mingəçevir şəhər Məhkəməsinin 1(051)-52/2024 saylı xx.xx.2024-cü il tarixi hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsi tətbiq olunmaqla üzərində qəti olaraq 01 (bir) il 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2023-cü ildən hesablanmışdır. Mingəçevir şəhər rayonlararası Psixo-nevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1668 saylı arayışdan görünür ki, Məmmədov X2 şəhər rayonlararası Psixo-nevroloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan Mingəçevir şəhər 14 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Məmmədov X2 şəhəri, N.Nərimanov küçəsi 30/1, mənzil 56 ünvanında yaşadığı müddətdə barəsində heç bir şikayət heç daxil olmamışdır. AZE MİS Portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Fidan və xx.xx.2014-cü il təvəllüdlü Ayxan adlı uşaqları vardır. Sübutların qiymətləndirilməsi haqqında 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, məhkəmə əmttəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/9526/2024 nömrəli məlumatı Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixi 3-13-11/7-663/2024 nömrəli məktub və 2 ədəd Veqas markalı siqaret kötükləri, Mobil MMC-dən verimiş xx.xx.2024-cü il tarixli 111 nömrəli rəy, istintaq hərəkətərinin protokolları sübut növü kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Məmmədov X2 Şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, hazırkı cinayət əməlini həmin hökm qanuni qüvvəyə minməmişdən əvvəl, yəni 2023-cü ilin avqust ayında törətsə də, o, həmin cinayətə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Odur ki, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4– cü maddəsində nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, həmin Məcəllənin 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, yeni və əvvəlki hökmlə təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Eyni zamanda Məmmədov X2 Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 25 gün müddət əvvəl şərti azad edilmiş, cəza müddəti xx.xx.2023-cü il tarixdə başa çatmış, məhkumluğu ödənilmədən yenidən, 2023-cü ilin avqust ayında qəsdən az ağır cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə, himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən və törətdiyi cinayət əməlindən səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), daha əvvəl də onun azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, buna baxmayaraq, yenidən qəsdən cinayət əməlini törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, Mingəçevir şəhər Məhkəməsinin 1(051)-52/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla onun üzərində qəti cəza saxlanmalı (CM-66.5), CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutularaq 2 (iki) gün ona təyin edilmiş qəti cəzadan çıxılaraq üzərində qəti cəzası saxlanılmalı, əvvəlki iş üzrə çəkilmiş cəza qəti cəza müddətinə hesablanmaqla cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində həbs qətimkan tədbiri seçilməli və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə maddi sübut kimi saxlanca verilmiş 1 ədəd “Vestel” markalı soyuducu Zərərçəkmiş şəxs qaytarılmalıdır. Maddi sübut kimi tanınmış 2 ədəd “Veqas” markalı siqaret kötüyü hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Mingəçevir şəhər Məhkəməsinin 1(051)-52/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutularaq 2 (iki) gün ona təyin edilmiş qəti cəzadan çıxılaraq üzərində 3 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Əvvəlki iş üzrə çəkilmiş cəza qəti cəza müddətinə hesablanmaqla cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və həbsdə olması nəzərə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə maddi sübut kimi saxlanca verilmiş 1 ədəd “Vestel” markalı soyuducu zərərçəkmiş şəxsə qaytarılsın. Maddi sübut kimi tanınmış 2 ədəd “Veqas” markalı siqaret kötüyü hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar