Məhkəmə qərarları › İş №1(051)-65/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-65/2021

26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-65/2021 26.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Müdafiəçi iştirakı ilə xx xxxxxx 1969-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmamış, Mingəçevir şəhərinin N.Nərimanov küçəsindəki 19/1 saylı evin 55 saylı mənzilində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 188.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs fərdi sahibkarlıqla məşğul olmaq məqsədi ilə qeyri-yaşayış obyekti inşa etmək üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-68-ci maddələrinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yarandığı halda qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirmədən Mingəçevir şəhər Bələdiyyəsi ilə öz arasında torpaq sahəsindən istifadə və icarə hüququ haqqında müqavilə bağlamadan, eləcə də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozaraq, yəni müvafiq yerli icra hakimiyyəti orqanından tikintiyə icazə barədə qərar almadan və tikinti işlərinin aparılması üçün layihə-smeta sənədləri tərtib etmədən 2017-ci ilin aprel ayından 2017-ci ilin avqust ayına qədər olan müddət ərzində Mingəçevir şəhəri, Ə.Vahid küçəsində yerləşən torpaq sahəsində 12 m2 mətbəx və tualet inşa etməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan cəmi 12 m2 Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmışdır. Qeyd edilən cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2 -ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hazırda Mingəçevir şəhəri ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Belə ki, 30 aprel 2013-cü il tarixdə Mingəçevir şəhəri, Ə.Vahid küçəsində yerləşən 200 kvadratmetrlik sahəyə malik avtomobil yuma məntəqəsi Mingəçevir şəhər Bələdiyyəsi tərəfindən ona illik 432 (dörd yüz otuz iki) manat icarə haqqı olmaqla 15 il müddətinə icarəyə verilmişdir. Mingəçevir şəhər icra hakimiyyəti tərəfindən həmin torpaq sahəsində tikintiyə icazə verilmişdir. Bundan əlavə, 2017-ci ilin iyun ayının 8-dən 1 illik olmaqla avtomobil yuma məntəqəsinin qarşısındakı 200 kvadratmetr torpaq sahəsini illik icarə haqqı 432 (dörd yüz otuz iki) manat olmaqla icarəyə götürsə də, həmin torpaq sahəsinin daxilində hər hansı tikinti aparılmasına icazəsi yoxdur. Sözügedən torpaq sahəsini sahibkarlıq fəlayyəti ilə məşğul olmaq məqsədi ilə icarəyə götürdükdən sonra həmin ərazi təpəlik və zibillik olduğu üçün oranı təmizlədib abadlaşdırmış, ərazidə “Qədir Xum” adlanan çayxana açıb fəaliyyətə başlamışdır. Həmin əraziyə qoyduğu kölgəliklər və masalar daşına bilən, yəni torpağın üzərində tiklməmiş obyektlərdir. Qeyd olunan ərazidə yalınız bir dam örtüyünün altında 2017-ci ilin aprel ayından 2017-ci ilin avqust ayına qədər olan müddət ərzində tərəfindən inşa etdirilmiş olan təxminən 6 kvadratmetr ölçüdə mətbəx və həmin mətbəxə bitişik hər biri təxminən 1,5 kvadratmetr olmaqla kişi və qadın tualetinin ümumi sahəsi 12 kvadratmetrdir. İcarəyə götürdüyü ərazini 2017-ci ildən 2020-ci ildək bəldiyyədə rəsmiləşdirdiyi icarə müqaviləsi əsasında ayda 36 (otuz altı) manat icarə haqqı ödəməklə istifadə etmişdir. 2020-ci ilin iyul ayının 1-də həmin icarə müqaviləsinin müddəti başa çatdığından Mingəçevir şəhər Bələdiyyəsinə icarə müqaviləsinin müddətinin uzadılması ilə bağlı rəsmi müraciət etmişdir. Onun müraiətinə verilmiş cavab məktubunda «COVİD 19» pandemiya ilə əlaqədar olaraq icarə müqaviləsinin müddətini uzadıla bilinməyəcəyi bildirilmişdir. Həmin torpaq sahəsində öz maddi imkanlarımdan istifadə etməklə təmzlik və abadlaşdırma işləri aparıb sahibkarlıq faəliyyəti ilə məşğul olmağa başladığından, ərazinin təmizlənməsinə xeyli miqdarda maddi vəsait sərf etdiyindən Mingəçevir şəhər Bələdiyyəsi tərəfindən əraziyə dair icarə müaviləsinin əsassız yerə uzadılmasından imtina edilməsinə görə Mingəçevir şəhər Bələdiyyəsindən narazı qalmışdır. İcarəyə götürülən ərazidə çayxana işlətdiyindən, həmin ictmami-iaşə obeyktin xüsusiyyətlərindən irəli gələrək obyektə mətbəx və tualet ehtiyac olduğuna görə də, ərazidə zəruri obyektlər olan eyni dam örtüyünün altında 2017-ci ilin aprel ayından 2017-ci ilin avqust ayına qədər olan müddət ərzində təxminən 12 kvadratmetr ölçüdə mətbəx və tualet tikdirmişdir. Bu barədə Mingəçevir şəhər İcra hakimyyətinə şifahi müraciət etdikdə ona tikinti barədə rəsmi icazə verəcəklərini bildirilsə də, sonradan bu icazəni verməkdən imtina etmişdir. Sonradan 12 kvadratmetr sahədə aparıdığı tikinti işlərini artıq ləğv etmişdir. Himayəsində bir yetkinlik yaşına çatmayan övladı vardır. Hal-hazırda Aazərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Amnistiya Aktının təsir dairəsinə düşmüşdür. Odur ki, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alıb bəraət verici əsaslar olmadan cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, hazırda Mingəçevir şəhər Bələdiyyəsinin hüquqşünası vəzifəsində işləyirəm. 30 aprel 2013-cü il tarixdə Təqsirləndirilən şəxs Bələdiyyənin balansında olan, Mingəçevir şəhəri, Ə.Vahid küçəsində yerləşən 200 kvadratmetrlik sahəyə malik avtomobil yuma məntəqəsi illik 432 (dörd yüz otuz iki) manat icarə haqqı olmaqla 15 il müddətinə icarəyə verilmişdir. Mingəçevir şəhər icra hakimiyyəti tərəfindən Təqsirləndirilən şəxs həmin torpaq sahəsində tikintiyə icazə verilmişdir. Bundan əlavə o, 2017-ci ilin iyun ayının 8-dən 1 illik olmaqla avtoyuma məntəqəsinin qarşısındakı 200 kvadratmetr ölçüdə torpaq sahəsini illik icarə haqqı 432 (dörd yüz otuz iki) manat olmaqla icarəyə götürmüş, lakin, onun həmin torpaq sahəsinin daxilində hər hansı tikinti işləri aparılmasına icazəsi olmamışdır. Orada Təqsirləndirilən şəxs “Qədir Xum” adlanan çayxana açıb fəaliyyətə başlamış, bir müddət həmin ərazidə müştərilərə xidmət etmək üçün daşınar gölgəliklər qurraşdırmışdır. Bununla kifayətlənməyərək Bələdiyyə mülkiyyətində olan torpaq sahəsində müvafiq icazə almadan, layihə təsdiq olunmadan 12 kvadratmetrində mətbəx və tualet inşa etdirmişdir. Təqsirləndirilən şəxs icarəyə götürdüyü həmin ərazini 2017-ci ildən 2020-ci ildək Mingəçevir şəhər Bələdiyyəsində rəsmiləşdirdiyi icarə müqaviləsi əsasında ayda 36 (otuz altı) manat icarə haqqı ödəməklə istifadə etmişdir. 2020-ci ilin iyul ayının 1-də həmin icarə müqaviləsinin müddəti başa çatdığından Mingəçevir şəhər Bələdiyyəsinə icarə müqaviləsinin müddətinin uzadılması ilə bağlırəsmi müraciət etsə də, icarə götürmək istədiyi torpaq sahəsi ümumi istifadədə olan parkın ərazisi olduğu üçün, eyni zamanda yay mövsümünün bitməsi ilə əlaqədar olaraq açıq havada qurraşdırma işləri aparmadan səyyari ticarət və ictimai iaşə xidmətim göstərilməsi üçün onunla müddətli (4 aylıq) müqavilə bağlanaraq topaq sahəsinin icarə verilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxs Bəldiyyə mülkiyyətində olan 12 kvadratmetr sahəni özbaşına tutaraq orada mətbəx və tualet inşa etdirmişdir. Onun bunlarla bağlı Mingəçevir şəhər Bələdiyyəsinə heç bir yazılı və ya şifahi müraciəti daxil olmamışdır. Təqsirləndirilən şəxs sözügedən hərəkətlərini hamısını özbaşına etmişdir. Belə ki, o, qeyd edilən ərazidə inşat işləri aparmaq üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onun planı vəölçüsünün tərtib edilməsindən, torpaq sahəsinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yarandığı halda qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirmədən Mingəçevir şəhər Bələdiyyəsi iləöz arasında torpaq sahəsindən istifadə və icarə hüququ haqqında müqavilə bağlamadan, eləcə də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozaraq, yəni müvafiq yerli icra hakimiyyəti orqanından tikintiyə icazə barədə qərar almadan və tikinti işlərinin aparılmasıüçün layihəsmeta sənədləri tərtib etmədən həmin tikinti işlərini apardığından işlədiyi idarə adından onun barəsində qanuna müvafiq qaydada tədbir görülməsini tələb edir. Təqsirləndirilən şəxs özbaşına etdiyi həmin hərəkətləri ilə Mingəçevir Bələdiyyəsinə mənəvi ziyan vururaraq işguzar nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Əvvəllər Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş, hazırda isə pensiyaçıdır. 04 oktyabr 2019-cu il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətində özbaşına tikintilərə yol verilməməsi məqsədi ilə yaradılmış komissiyanın işçi qrupu ilə birlikdə Mingəçevir şəhəri ərazisinə baxış keçirən zaman Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən icarəyə götürülmüş Mingəçevir şəhəri, Ə.Vahid küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısındakı “Dostluq Parkı”na bitişik ərazidə “Qədir Xum” adlanan çayxana açdığı müəyyən olunmuşdur. Həmin çayxananın ərazisinə işçi qrupunun üzvlərinin iştirakı ilə baxış keçirilərkən sahibkar Təqsirləndirilən şəxs tərəfindən ona icarəyə verilmiş 200 kvadratmetr ərazidəözbaşına taxta materialından hazırlanmış, üstü metal təbəqə ilə örtülmüş bir neçə ədəd kölgəliklərin quraşdırılması və həmin ərazinin üzərində özbaşına 12 kvadratmetr ölçüdə əsaslı tikinti aparılması aşkarlanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin ərazinin ona Mingəçevir şəhər Bələdiyyəsi tərəfindən 01 iyul 2019-cu il tarixli, 67 saylı müqaviləsi əsasında icarəyə verildiyini, müqavilə əsasında oradan istifadə etdiyini bildirmişdir. İşçi qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan ərazidə heç bir layihə sənədləri hazırlamadan və icra hakimiyyəti ilə müvafiq qaydada razılaşdırılmadan özbaşına tikinti-quraşdırma işləri aparıldığı müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs müvəqqəti ayrılmış torpaq sahəsində aidiyyəti qurumlar tərəfindən razılaşdırılmadan və tikinti-qurrşadırma işləri apardığı izah olunmuş, daha sonra isə işçi qrupun daxil olan əməkdaşların iştirakı ilə aşkar olunmuş hal ilə bağlı akt tərtib olunmuş, o da baxışda iştirak edən şəxslərlə birlikdə həmin akta imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş, hazırda isə pensiyaçıdır. 04 oktyabr 2019-cu il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətində özbaşına tikintilərə yol verilməməsi məqsədi ilə yaradılmış komissiyanın işçi qrupu ilə birlikdə Mingəçevir şəhəri ərazisinə baxış keçirən zaman Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən icarəyə götürülmüş Mingəçevir şəhəri, Ə.Vahid küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısındakı “Dostluq Parkı”na bitişik ərazidə “Qədir Xum” adlanan çayxana açdığı müəyyən olunmuşdur. Həmin çayxananın ərazisinə işçi qrupunun üzvlərinin iştirakı ilə baxış keçirilərkən sahibkar Təqsirləndirilən şəxs tərəfindən ona icarəyə verilmiş 200 kvadrat metr ərazidə özbaşına taxta materialından hazırlanmış, üstü metal təbəqə ilə örtülmüş bir neçə ədəd kölgəliklərin quraşdırılması və həmin ərazinin üzərində özbaşına 12 kvadrat metr ölçüdə əsaslı tikinti aparılması aşkarlanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin ərazinin ona Mingəçevir şəhər Bələdiyyəsi tərəfindən 01 iyul 2019-cu il tarixli, 67 saylı müqaviləsi əsasında icarəyə verildiyini, müqavilə əsasında oradan istifadə etdiyini bildirmişdir. İşçi qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan ərazidə heç bir layihə sənədləri hazırlamadan və icra hakimiyyəti ilə müvafiq qaydada razılaşdırılmadan özbaşına tikinti-quraşdırma işləri aparıldığı müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs müvəqqəti ayrılmış torpaq sahəsində aidiyyəti qurumlar tərəfindən razılaşdırılmadan və tikinti-qurrşadırma işləri apardığı izah olunmuş, daha sonra isə işçi qrupun daxil olan əməkdaşların iştirakı ilə aşkar olunmuş hal ilə bağlı akt tərtib olunmuş, o da baxışda iştirak edən şəxslərlə birlikdə həmin akta imza etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, İlham müəllim verdiyi vədlərə əməl etmədi. Etibar müəllim sonra özü gəlib dedi ki, obyekti 15 gün sonra bir azda çəksin. Onlar da ona bildirdik ki, olmaz axı onda obyektləri birləşəcək. O da dedi ki, o, şəhərin icra başçısıdır. Deyirsə çəkin deməli çəkməlisiniz. O, şəxsən Etibar müəllimə 1500 manat bir 500 manat da bir dəfə vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, iş əvvəl tədqiqatçı Elşən Şükürovda olub, sonra keçib Elton Kərimova. Hər iksi qərarı ləğv edib. 29 yanvar 2021-ci il tarixdə iş onun tərəfindən davam etdirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Ə.Vahid küçəsində yerləşən özünə məxsus avtomobil yuma məntəqəsinə bitişik “Dostluq parkı”nın ərazisindəki torpaq sahəsinin mülkiyyət, icarə və ya istifadə hüququ olmadan özbaşına tutulub dəyişdirilmişdir. Təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətində olan mülkiyyətdə icarə əsasında istifadəyə verilmiş 200 kv.metr ərazidə torpqa sahəsində heç bir icazə sənədi olmadan 18 kv.metrlik mətbəx və tualet tikərək özbaşına tikinti işləri aparmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Başçının tapşırığı olub ki, orada yaşıllıq salınsın, Azər də sahibkar kimi öz şəxsi vəsaiti hesabına işləri görmüşdür. Müdafiə tərəfinin vəsatəti əsasında Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, mən hadisə yerinə gedendə mübahisəli tikili artıq sökülmüşdür. Sonradan tikilibsə xəbərim yoxdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işi materiallarında olan 04.10.2019-cu il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən özünə məxsus Mingəçevir şəhəri Ə.Vahid küçəsində yerləşən mövcud avtoyuma məntəqəsinə bitişik sahədə özbaşına olaraq taxta materialından hazırlanmış, üstü metal təbəqə ilə örtülmüş bir neçə ədəd müxtəlif ölçülü kölgəliklərin qurraşdırıldığı və 12 kvadratmetr ölçüdə ərazidə əsaslı tikinti işlərini aparıldığı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs hər hansı bir layihə sənədi hazırlamadan və müvafiq qaydada razılaşdırmadan həmin tikinti-qurraşdırma işlərini aparması müəyyən edilmişdir. Cinayət işi materiallarında olan 25.10.2019-cu il tarixli tərtib edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir Bəldiyyəsinin balansında olan Mingəçevir şəhəri Ə.Vahid küçəsində yerləşən 200 kvadratmetr ölçüdə ərazidə icarə müqaviləsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmin ərazidə inşa etdirdiyi müəyyən tikililərdə sökülmüşdür. Cinayət işi materiallarında olan 01 iyul 2019-cu il tarixli 67 saylı müqavildən görünür ki, sahibkar Təqsirləndirilən şəxs Mingəçevir şəhər Bələdiyyəsinin sabiq sədri Coşqun Abdullayevlə aralarında bağlanmış müqaviləyə əsasən Mingəçevir şəhəri Ə.Vahid küçəsində yerləşən 200 kvadratmetr ölçüdə ərazini icarəyə götürüb orada sahibkarlıq fəaliyyətği ilə məşğul olmuşdur. Cinayət işi materiallarında olan 10 noyabr 2020-ci il tarixli 1509 saylı məktubdan görünür ki, Mingəçevir şəhər Bələdiyyəsi 15 may 2019-cu il tarixli 08/4 saylı qərarı ilə 43 şəhər sakini ilə mövsümi xarakterli ictimai –iaşə əyləncə və sair xidmət göstərilməsi üçün icarə müqaviləsi bağlasa da, həmin siyahıda Təqsirləndirilən şəxs adına hər hansı qərar yoxdur. Lakin, buna bayxmayaraq sabiq Bələdiyyə sədri X7 vəzifə səlahiyyətlərini aşaraq Təqsirləndirilən şəxsla həmin il üçün qanunsuz olaraq bir il müddətinə icarə müqaviləsi bağlamış və Mingəçevir şəhər Bələdiyyəsinin yuxarıda göstərilən qərarının tarixini verilən saxta icarə müqaviləsində qeyd qeyd etmişdir. Təqsirləndirilən şəxs sözügedən torpaq sahəsinə görə 2020-ci il ərzində icarə haqqı ödəməmiş və onunla həmin il üçün icarə müqaviləsi bağlanmamışdır. Həmçinin Təqsirləndirilən şəxs icarə götürmək istədiyi torpaq sahəsi ümumi istifadədə olan parkın ərazisi olduğu üçün, eyni zamanda yay mövsümünün bitməsi ilə əlaqədar olaraq açıq havada qurraşdırma işləri aparmadan səyyari ticarət və ictimai iaşə xidməti göstərilməsi üçün onunla müddətli (4 aylıq) müqavilə bağlanaraq topaq sahəsinin icarə verilməsindən imtina edilmişdir. Cinayət işi materiallarında olan Mingəçevir şəhər prokurorluğundan daxil olmuş 26 yanvar 2021-ci il tarixli 196/c-20 saylı məktubdan görünür ki, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs icarəsinə Mingəçevir şəhər Bələdiyyəsinin sabiq sədri Coşqun Abdullayev tərəfindən 01.07.2019-cu il tarixli 67 nömrəli müqavilə əsasında «Dostluq» adlanan parkda qanunsuz olaraq 200 kvadratmetr torpaq sahəsi ayrılmasıına dair Mingəçevir Bəldiyyəsinin sədri Ramiz Əliyevin müraciəti əsasında araşdırma aparılır. Cinayət işi materiallarında olan 06 yanvar 2021-ci il tarixli **********34 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən özbaşına tutaraq tikinti-quraşdırma işləri aparılan 12 kvadratmetr ölçüdə ərazi Mingəçevir Bələdiyyəsinin mülkiyyətindədir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu fərdi sahibkarlıqla məşğul olmaq məqsədi ilə qeyri-yaşayış obyekti inşa etmək üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-68-ci maddələrinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yarandığı halda qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirmədən Mingəçevir şəhər Bələdiyyəsi ilə öz arasında torpaq sahəsindən istifadə və icarə hüququ haqqında müqavilə bağlamadan, eləcə də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozaraq, yəni müvafiq yerli icra hakimiyyəti orqanından tikintiyə icazə barədə qərar almadan və tikinti işlərinin aparılması üçün layihəsmeta sənədləri tərtib etmədən 2017-ci ilin aprel ayından 2017-ci ilin avqust ayına qədər olan müddət ərzində Mingəçevir şəhəri, Ə.Vahid küçəsində yerləşən torpaq sahəsində 12 m2 mətbəx və tualet inşa etməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan cəmi 12 m2 Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqında, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra 8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarına əsasən amnistiya tətbiq ediləcək şəxslərin dairəsinə aid edilmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, 8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilir. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə, həmçinin qeyd edir ki, 8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs münasibətdə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda müdafiə tərəfinin razılığı ilə məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra amnistiya aktı qəbul edilməsini, barəsində amnistiya aktının tətbiq edilməsi barədə ərizə verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, sözügedən amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, cinayət işi materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 29.01.2005-ci il təvəllüdlü Nəsirova Maya adlı övladı vardır. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ərizə təqdim edərək, Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli amnistiya aktına əsasən barətverici əsaslar olmadan onun cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 20.10.2020–ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Nəsirov X8 Hərbi Məhkəməsinin 11.06.2003-cü il tarixli hökmü ilə CM-nin 341.2.1, 32.5, 318.2-ci maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkumm edilmiş, Apelyasiya Məhkəməsinin 01.08.2003-cü il tarixli qərarı ilə 3 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhum edilmişdir. Məhkumluğu ödənilmiş, hal-hazırda məhkumluğu yoxdur. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İbtidai araşdırma zamanı göstərdiyi hüquqi yardımın ödənilməsi ilə bağlı məhkəmə məsrəflərinə münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 138 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: ********** Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2–ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 8 Noyabr–Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 138 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: ********** Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülsün. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar