Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-65/2022 14.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi X3, Mülki iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Təqsirləndirilən şəxs- xx.xx.1986-cı il tarixdə Yevlax rayonu Xanabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Yevlax rayonu Xanabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nm 2-ci bəndinin 2.5.1, 2.5.11 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 17 yanvar 2022-ci il tarixdə saat 15:00-da Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının sahilinə gəlmiş, 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar və 01 ədəd rezin kombinezondan istifadə edərək suya girib hər birinin uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 55x55 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torları suda qurmuş, 18 yanvar 2022-ci il saat 11:00-dək 18 ədəd hər biri 11 manat olmaqla 198 manat dəyərində çapaq və 27 ədəd hər biri 33 manat olmaqla 891 manat dəyərində sıf balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1089 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 11:00- da sahilə çıxarkən X6 İdarəsinin Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı ondan 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon, hər birinin uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 55x55 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor, 27 ədəd sıf və 18 ədəd çapaq balıqları aşkar edilərək götürülmüşdür. 1 Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 17 yanvar 2022-ci il tarixdə saat 15:00-da balıq tutmaq məqsədi ilə Mingəçevir su anbarının sahilinə gəldi və özünəməxsus 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezondan istifadə edərək suya girib jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 55x55 mm. olan 2 ədəd torları suda qurub yaşadığı evə qayıtdı. 18 yanvar 2022-ci il tarixdə, saat 10:00-da yenidən Mingəçevir su anbarının sahilinə gəlib, 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezondan istifadə edərək suya girib qurduğu torları yığarkən gördü ki, 18 ədəd çapaq və 27 ədəd sıf balıqları tutmuşdur. Həmin tarixdə saat ll:00-dək torları tutduğu balıqlarla birlikdə sahilə çıxarkən X6 idarəsinin Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları onu saxladılar. Sorğu zamanı polis əməkdaşlarına bildirdi ki, Mingəçevir su anbarında torla balıq tutmaq üçün balıqovlama bileti yoxdur. Polis əməkdaşları dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Mingəçevir su anbarına çıxmaq üçün istifadə etdiyi 01 ədəd taxta qayığa, 02 ədəd taxta avara, 01 ədəd rezin kombinezona, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 55x55 mm. olan 2 ədəd torlara və həmin balıqovlama vasitələri ilə qanunsuz tutduğu 18 ədəd çapaq və 27 ədəd sıf balıqlarına baxış keçirmiş və keçirilmiş baxışın nəticəsi olaraq protokol tərtib etdilər. Həmin protokol onun və tədbir iştirakçıları tərəfindən imzalandı. Ona məxsus 01 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 01 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 55x55 mm. olan 2 ədəd torlar və həmin balıqovlama vasitələri ilə qanunsuz tutduğu 18 ədəd çapaq və 27 ədəd sıf balıqları polis əməkdaşları tərəfindən götürüldü. Əməlindən peşimandır. Mülki iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında ifadəsində bildirdi ki, 8 saylı RETSİ iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, 18.01.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Kür çayının Mingəçevir Su anbarında qanunsuz balıq tutmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.06.2017-ci tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənayə ovu Qaydaları”nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozmuşdur. Yoxlama Təqsirləndirilən şəxs 27 ədəd sıf balığı və 18 ədəd çapaq balığı, 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 40 metr,eni 1,5 metr, gözlərinin ölçüsü 55 x55 mm olan 2 ədəd tor, 1 ədəd kombinezan aşkar edilərək götürülmüşdür. "Balıqçılıq haqqında! Azərbaycan Respublikasının qanununun 31-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.06.2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiqlənmiş "Balıq və digər Su bioresuslarının sənaye ovu Qaydaları”nm 19.6-cı hissəsinə və Azərbaycan Respublikası Prezdentinin 23.06.2016-cı il tarixli 962 nömrəli Fərmanı ilə təsdiqlənmiş bieresusların artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnaməyə əsasən vətandaş Təqsirləndirilən şəxs oğlundan 1089 manat məbləğində pul alınaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın təmin olunmasını, 1089 manat borcun təqsirləndirilən şəxsdən tutulub 8 saylı RETSİ-nin hesabına ödənilməsini xahiş edir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, X6 İdarəsinin Mingəçevir XPM-nin polis nəfəri işləyir. 18 yanvar 2022-ci il tarixdə X6 İdarəsinin Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat ll:00-da Mingəçevir su anbarında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldı. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakı ilə baxış keçirildi və baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 55x55 mm. olan 2 ədəd torlar və həmin balıqovlama vasitələri ilə qanunsuz tutduğu 18 ədəd çapaq və 27 ədəd sıf balıqları aşkar edilərək götürüldü. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, 18 ədəd çapaq və 27 ədəd sıf balıqlarını 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 55x55 mm. olan 2 ədəd torlar vasitəsi ilə hal-hazırda balıqovlama bileti olmadan Mingəçevir su anbarından qanunsuz tutmuşdur. Məhkəmə iclasında şahid kimi dindirilmiş Mingəçevir XPM-da polis nəfərləri Şahid3, Şahid4 da Şahid2 ifadəsinə uyğun ifadə verdilər. Təqsirləndirilən şəxs əməli digər şahidlər Şahid1, Şahid5 və Şahid6 Firiddin oğlunun ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 26-cı vərəqində olan 21 yanvar 2022-ci il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə arayışda göstərilir ki, 27 ədəd sıf və 18 ədəd çapaq balıqların qanunsuz tutulması ilə balıq ehtiyatlarına vurulan ziyan 1089(bir min səksən doqquz ) manat təşkil edir. İşin 8-ci vərəqində olan 18 yanvar 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, qanunsuz tutulmuş şamayı balıqları Tam Ortaqlı “HABACO AG” müəssisəsinə təhvil verilmişdir. İşə əlavə edilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs 1089 manat məbləğində dəymiş zərərdən 250 manat ödəmişdir. İşin 30-cu vərəqində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında bioloji müxtəlifliyin qoruması xidmətinin 22 yanvar 2022-ci il il tarixli 21/17 nömrəli məktubundan görünür ki, 18 yanvar 2022-ci il tarixə kimi Yevlax rayonunun Xanabad kənd sakini Təqsirləndirilən şəxs Mingəçevir su anbarında balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nm 2-ci bəndinin 2.5.1, 2.5.11 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 17 yanvar 2022-ci il tarixdə saat 15:00-da Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının sahilinə gəlmiş, 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar və 01 ədəd rezin kombinezondan istifadə edərək suya girib hər birinin uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 55x55 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torları suda qurmuş, 18 yanvar 2022-ci il saat 11:00-dək 18 ədəd hər biri 11 manat olmaqla 198 manat dəyərində çapaq və 27 ədəd hər biri 33 manat olmaqla 891 manat dəyərində sıf balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1089 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 11:00- da sahilə çıxarkən X6 İdarəsinin Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı ondan 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon, hər birinin uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 55x55 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor, 27 ədəd sıf və 18 ədəd çapaq balıqları aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməli düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün etirafı, mülki iddiaçının, şahidlərin ifadələri, iş materialı ilə sübuta yetirilir. Ona görə də ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəalarını nəzərə almaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 26-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşin 83-cü vərəqində olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Ərəbbəsrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 186 №li , 25 fevral 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30.11.2011-ci il təvəllüdlü Yaqub və 05.08.2015-ci il təvəllüdlü Nuray adlı iki nəfər azyaşlı uşaqları var. İşin 84-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqların olması, yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşiman olması, dəymiş zərərin bir qismini ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Yevlax rayonunun ərazi hüdüdlarını, eləcə də saat 24:00-dən 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə vurulmuş ziyandan 250 manat ödənilməsini nəzərə alaraq hesab edir ki, iş üzrə mülki iddia qismən təmin olunmalı, 839 manat təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınıb Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilməlidir. İş üzrə maddi sübut olan balıqların tez xarab olan ərzaq məhsulu olması nəzərə alınaraq balıq dükanına təhvil verilməsi nəzərə alınmalıdır. Digər maddi sübut olub və saxlanılması üçün Su NPİ-nin Mingəçevir XPM-nin rəisi Şahid1 verilmiş 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon, hər birinin uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 55x55 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinərək 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Yevlax rayonunun ərazi hüdüdlarını, eləcə də saat 24:00-dən 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia qismən təmin olunsun, 839 (səkkiz yüz otuz doqquz) manat təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınıb Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilsin. İş üzrə maddi sübut olan 27 ədəd sıf və 18 ədəd çapaq balıqların tez xarab olan ərzaq məhsulu olması nəzərə alınaraq balıq dükanına təhvil verilməsi nəzərə alınsın. Digər maddi sübut olub və saxlanılması üçün Su NPİ-nin Mingəçevir XPM-nin rəisi Şahid1 verilmiş 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon, hər birinin uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 55x55 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor məhv edilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-65/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-65/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver