Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-65/2023 08.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi Müdafiəçi iştirakı ilə, X8 xx.xx.1998-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 1/2, mənzil 28-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs X8 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində qanuni əsaslarla olduğu əmisi arvadı Zərərçəkmiş şəxs2 yaşadığı Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 27/16 saylı binanın 16 saylı mənzilində tək olduğu müddətdə mənzilin yataq otağında olan paltar şkafından 1 ədəd “Outdoor” markalı 15 manat dəyərində idman üslubunda olan bel çantasını, həmin çantanın içərisində olan 500 manat nəğd pulu, 1 ədəd 5 manat dəyərində “Gucci” markalı pul qabını, 1 ədəd 10 manat dəyərində “Coach EST” markalı qol saatını, 1 ədəd sırğa, 1 ədəd üzük və 1 ədəd qolbaqdan ibarət olan 15 manat dəyərində bijuteriya dəstini, 40 manat dəyərində qaynaq üçün saç və həmin otaqda olan paltar şkafından və yük yerinin altından 1 ədəd 10 manat dəyərində “Fashion” markalı idman ayaqqabısınıvə1 ədəd 5 manat dəyərində “Fashion” markalı başmağı, 1 ədəd 25 manat dəyərində “Ponza” markalı yay idman dəstini, 1 ədəd 25 manat dəyərində “Daggme” markalı yay idman dəstini, 1 ədəd 25 manat dəyərində “PhilippPlein” markalı yay idman dəstini, 1 ədəd 25 manat dəyərində “LON” markalı yay idman dəstini, hər birinin dəyəri 30 manat olmaqla 2 ədəd 60 manat dəyərində “Cerruti” markalı qış idman dəstini, 01 ədəd 10 manat dəyərində “Dilvin” markalı cins şalvarı, 1 ədəd 10 manat dəyərində “Zara” markalı cins şalvarı, 1 ədəd markalı 30 manat dəyərində “FİNİBell” markalı qara rəngli qolsuz üst geyimi (balonka), 1 ədəd 15 manat dəyərində “Outlet” markalı qara rəngli torlu üst geyimi, 1 ədəd 20 manat dəyərində “Jeans” markalı göy rəngli uzun üst paltarı, 1 ədəd 25 manat dəyərində “Jeans” markalı gödəkçəni, hər biri 10 manat dəyərində olan 2 ədəd 20 manat dəyərində “Halava” markalı qısaqol yay koftalarını, 1 ədəd 15 manat dəyərində “Kolon” markalı papaqlı qış üçün üst geyimini (kapşonkanı) olmaqla ümumilikdə 405 (dörd yüz beş) manat dəyərində geyim əşyalarını və 500 (beş yüz) manat məbləğdə pulunu, Zərərçəkmiş şəxs2 ümumilikdə 905 manat (doqquz yüz beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində işlədiyi Mingəçevir şəhəri, X.Şuşinski küçəsində yerləşən “Aişə” kafesində pəncərənin qarşısındakı masanın üzərində olan, kafedə qabyuyan kimi xidmət göstərən Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 250 (iki yüz əlli) manat dəyərində Çin Xalq Respublikasının 2018-ci il istehsalı olan, 32 GB daxili yaddaşa malik «SamsungA03s» markalı mobil telefonu və həmin mobil telefonun arxasındakı kaburanın içərisində olan 102 manat nəğd pulu gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 352 manat (üç yüz əlli iki) manat məbləğdə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən X7 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, valideynləri Mingəçevir şəhərində yaşayırlar, o isə təxminən 4-5 il olar ki, valideynlərindən ayrı Bərdə şəhərində yaşayırdı və “Nur” çay evində işləyirdi. 2022-ci ilin sentyabr ayının əvvəllərində Bərdə şəhərində yerləşən “Nur” çay evində işdən çıxaraq Mingəçevir şəhərinə gəlib işləmək qərarına gəldi. xx.xx.2022-ci il tarixdə o, Mingəçevir şəhərinə gəldi və əmisi arvadı Zərərçəkmiş şəxs2 yaşadığı Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən mənzilə gəldi. Həmin vaxt Nərminə özü də ondan yaşadığı evdə qalmasını və işləməsini dedi. O da Nərminə ilə razılaşdı. Sonra Nərminə ona Mingəçevir şəhəri X.Şuşinski küçəsində yerləşən “Aişə” adlı kafedə ofsiant kimi günü 15 manata iş tapdı. Onu Füruzə adlı qadınla tanış etdi. Orada işlədiyi müddətdə də Nərminənin evində yaşadı. xx.xx.2022-ci il tarixdə əmisi arvadı Zərərçəkmiş şəxs2 evdə olmayan vaxt günorta saatlarında Nərminənin yataq otağında geyim əşyalarının olmasını gördü, həmin geyim əşyalarını özünün istifadəsi üçün götürmək qərarına gəldi. Nərminəyə məxsus idman dəstləri, şalvar, kofta və ayaqqabıları götürdü. Həmin idman dəstlərindən birini də əyninə geyindi. Həmin əşyaları torbalara yığaraq müvəqqəti olaraq yaşadığı Tərtər rayonuna aparmaq üçün taksi sifariş etdi və geyim əşyalarını əvvəl taksi vasitəsilə Goranboy rayonu ərazisinə apardı. Taksi ilə yola çıxmamışdan əvvəl işlədiyi Mingəçevir şəhəri X.Şuşinski küçəsində yerləşən kafeyə getdi. Kafedə hər kəsin başının qarışıq olduğuna, əmin olduqdan sonra pəncərənin qarşısında olan “Samsung A03s” markalı mobil telefonu götürüb cibinə qoydu və kafeni tərk etdi. Həmin telefonun Firuzəyə məxsus olmasını güman etdi. *0222 taksi şirkətində etdiyi sifarişlə gələn VAZ 2107 markalı taksiyə əyləşdi. Həmin geyim əşyalarını Goranboy rayonunda yaşayan rəfiqəsi, hal-hazırda isə demək olar ki, əlaqəsi çox az olan Günelin evinə qoydu. Sonra həmin paltarları özü geyinmişdir. Pula ehtiyacı olduğundan “Aişə” kafesindən oğurladığı mobil telefonu satmaq qərarına gəldi və bu məqsədlə Bərdə rayonunda yerləşən telefon mağazalarının olduğu yerə getdi və orada mağazalardan birinə mobil telefonu 130 manata satdı. Telefonu həmin şəxsə satması ilə bağlı olaraq sənədə də imza etdi. Lakin telefonun oğurluq olması haqqında həmin şəxsə heç nə demədi. İstintaqın ilkin mərhələsində törətdiyi cinayət əməlini etiraf etməsə də sonradan törətdiyi əməli etiraf etmişdir. Lakin Nərminənin ifadəsində ona məxsus çantasından 500 manat pulun olmasını bildirməsi və Zərərçəkmiş şəxs1 da istifadəsində olan mobil telefonun arxasında 102 manat pul olmasını bildirmələri həqiqəti əks etdirmir və yalandır. O, zərərçəkmiş şəxslərdən pul götürməmişdir. Əməlindən peşimandır. Hazırda zərərçəkmiş şəxslərə vurulmuş zərəri ödəmişdir, onlarla barışıq əldə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məlumat verilmiş, onlar, iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişlər. Zərərçəkmiş şəxs1 iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, xx.xx.2022ci il tarixdən Mingəçevir şəhəri Əşya Bazarının yaxınlığında “Mingəçevir kəndi” adlandırılan ərazinin girişində Firuzə adlı şəxsin işlətdiyi “Aişə” adlı kafedə qab yuyan işləyirdi. xx.xx.2022-ci il tarixdə X7 həmin kafedə ofsiant kimi işə düzəldi. xx.xx.2022-ci il tarixdə kefedə pəncərənin qarşısında olan masada oturan zaman müştərilər gəldi və o, çay dəmləmək üçün kafenin mətbəxinə keçdi. Həmin vaxt müdir Firuzə də başı ağrıdığı üçün uzanaraq istirahət edirdi. O, mətbəxə keçib kafenin müştərilər əyləşən hissəsinə qayıtdıqda stolun üzərinə qoyduğu özünə məxsus 01 ədəd Samsung Galaxy A03S markalı mobil telefonun masanın üzərində görmədi və bu haqda Firuzəyə məlumat verdi. Firuzə də dərhal bu barədə polis əməkdaşlarına məlumat verdi. Polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirən zaman kamera görüntülərindən mobil telefonun Aytac Mustafayeva tərəfindən oğurlanması müəyyən olundu. Mobil telefonun kaburasının arxasında “Kapital Bank”a olan aylıq 140 manat krediti ödəmək üçün yığdığı 102 manat da olmuşdur. Həmin pul da Aytac tərəfindən oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona məxsus 2018-ci il buraxılışı nəğd 420 manata yeni aldığı, “Samsung Galaxy A03s” markalı mobil telefonu və telefonun arxasında olan 102 manat pulu oğurlamaqla ona ümumilikdə 522 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, təxminən 2 il olar ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 27/16 saylı binanın 16 saylı mənzilində oğlu ilə birlikdə yaşayır. X7 onun qayını qızıdır. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olan zaman Aytac onun evinə gəlmişdir. Aytac iş axtardığını və onun yaşadığı evdə bir neçə gün qaldıqdan sonra kirayə ev tutacağını dedi. Aytac onun yaşadığı evdə bir gün qaldı və səhəri gün o, Bakı şəhərinə toya getdi. Oğlu və Aytac evdə qalmışlar. O, Bakı şəhərində olan zaman oğlu ona zəng edərək telefonun adapterini hara qoymasını soruşdu. O da oğluna adapterin əl çantasının cibində olduğunu bildirdi. Oğlu evə gedərək çantanın olduğu şkafa baxdı və ona zəng edərək çantanın yerində olmadığını bildirdi. O da həmin gün Aytacdan başqa heç kim evdə olmadığından çantanı Aytacın götürdüyünü başa düşdü. Elə həmin gün Bakıdan çıxdı və səhər saat 05 radələrində yaşadığı evə gəlib çatdı. Evə gəlib baxdıqda evdə özünə aid olan geyim əşyalarının Aytac tərəfindən oğurlandığını bildi. Həmçinin əl çantasının içərisində olan pul qabının içindən 4 ədəd 100 manatlıq əskinaz və qalan 100 manatı xırda 20, 10 və 5 manatlıq əskinazlar olan ümumilikdə 500 manat nəğd pulun da oğurlamasını aşkar etdi. O, toyda olan zaman Aytacın işlədiyi kafedən ona zəng edilərək Aytacın onun yaşadığı evdə olub-olmamasını soruşdular. O, Aytacın onun yaşadığı evdə yaşamasını demişdir. Aytacın işlədiyi kafedə işləyən Sevda adlı qadın Aytacın iş yerindən ona məxsus mobil telefonu oğurlamasını bildirdi. O, Aytac Mustafayevanın onun yaşadığı mənzildən ona məxsus çantasının içərisində olan 500 manat nəğd pul və 1 ədəd “Outdoor” markalı bel çantası, 1 ədəd “Gucci” markalı pul qabı, 1 ədəd “Coach EST” markalı qol saatı, 1 ədəd sırğa, 1 ədəd üzük və 1 ədəd qobağdan ibarət olan bjuteriya dəsti, qaynaq üçün saç, 1 ədəd “Fashion” markalı idman ayaqqabısı, 1 ədəd “Fashion” markalı başmaq, 1 ədəd “Ponza” markalı, 1 ədəd “Daggme” markalı, 1 ədəd “Philipp Plein” markalı, 1 ədəd “LON” markalı yay idman dəstləri, 2 ədəd “Cerruti” markalı qış idman dəsti, 1 ədəd “Dilvin” markalı və 1 ədəd “Zara” markalı cins şalvarlar, 1 ədəd “FİNİBell” markalı qolsuz, uzun üst geyimi (balonka), 1 ədəd “Outlet” markalı torlu üst geyimi, 1 ədəd “Jeans” markalı qısaqol, uzun üst paltarı, 1 ədəd “Jeans” markalı uzunqol gödəkcə, 2 ədəd “Halava” markalı qısaqol yay koftası, 1 ədəd “KOLON” markalı papaqlı qış üçün üst geyimi (kapşonka) olmaqla geyim əşyalarını oğurladığını, həmin oğurluq nəticəsində təxminən ona 1000 manata yaxın maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili işləyir. ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə Mingəçevir ŞPŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə saat 15 radələrində X1 birlikdə işlədikləri “Aişə” adlı kafedən ona məxsus “Samsung A03s” markalı mobil telefonu oğurlamasını bildirdi. Qeyd olunan oğurluq yolu ilə əldə olunmuş əmlakın yerinin müəyyən edilməsi üçün müstəntiq tərəfindən əməliyyat tapşırığı verildi. Verilmiş tapşırıq əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 məxsus “Samsung A03s” markalı mobil telefonun Kəlbəcər rayonu, Oruclu kəndində qeydiyyatda olan xx.xx.1955-ci il təvəllüdlü Şahid5 istifadəsində olması müəyyən edildi və S. Mehtiyev qeyd olunan mobil telefonun cinayət işi üzrə maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxsə qaytarılması üçün maddi sübutla birlikdə Mingəçevir ŞPŞ-nə dəvət etdi. Şahid5 və onun mobil telefonu aldığı telefon mağazasını işlədən Şahid6 maddi sübutlarla birlikdə ifadələrinin alınması üçün Mingəçevir ŞPŞ-nin İB-nə təqdim edildi. Şahid2 məhkəmə iclasında ifadəsində bildirdi ki, təxminən 1 ildən çoxdur ki, *0222 taksi şirkətində taksi sürücüsü kimi özünə məxsus VAZ 2106 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə gecə saat 03 radələrində taksi kimi sifarişi aldı. Həmin sifarişdə Mingəçevir şəhəri X.Şuşinski küçəsində yerləşən “Aişə” kafesindən Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən “Real Shop” mağazasının yerləşdiyi binanın qarşısı göstərilmişdir. Sifarişi qəbul edib həmin yerə getdikdə adını sonradan bildiyi Aytac adlı qadın avtomobiliə əyləşdi. Onu əvvəlcə 5+ mağazasına aparmasını istədi. O Aytacı marketə, oradan da sifariş olunan yerə apardı. Aytac avtomobildən düşən zaman şəhərdən kənara sifariş götürüb-götürməməsini soruşdu. O da gedə biləcəyini dedi. Həmin gün günorta saatlarında Aytac ona zəng edərək dünən avtomobildə olan qadın olduğunu və Goranboya gedəcəyini, onu Goranboya neçəyə apara biləcəyini soruşdu və o, 25 manata aparacağını dedi. Aytac onu dünən düşürdüyü binanın qarşısından götürməsini istədi. O, Aytacı düşürdüyü 20 Yanvar küçəsində yerləşən binanın qarşısına getdi. Aytac binadan düşdü və əlində təxminən 5-6 ədəd içərisində geyim əşyaları, ayaqqabılar olan torbalar gətirdi və avtomobilin yük yerinə qoydu. Sonra Aytac onu götürdüyü kafenin qarşısına aparmasını, ora çörək alıb verməli olduğunu dedi. Aytac avtomobildən düşüb kafeyə içəri keçdi, o, Aytacı bayırda gözlədi. Aytac 5 dəqiqə sonra qayıdıb avtomobilə oturdu. Oradan birbaşa Goranboy rayonu istiqamətində yola çıxdılar. Yoldan Aytacdan benzin olmadığına görə pulu əvvəlcədən verməyini istəsə də Aytac pulu olmadığını, Goranboya çatanda pulu verəcəyini dedi. Goranboy rayonuna çatanda Pambıq zavodunun yanında Aytac ona gözləməsini dedi və 1 nəfər saçı, kəsik, alçaq boylu bir qadın gəldi və Aytac yük yerində olan torbaları ona verdi. Sonra Aytac ona avtomobili yaxınlıqda olan gözəllik salonun yanında saxlamasını pulu götürüb gələcəyini dedi. Təxminən 2 saat ərzində Aytacı gözlədi, lakin Aytac gəlib çıxmadı. O, Aytacın telefonuna da zəng etdi, lakin Aytac cavab vermədi. Sonra yaxınlıqda olan mağazaya yaxınlaşdı və Aytacı gözəllik salonuna girən zaman görüb- görəmədiklərini soruşdu. Həmin mağazada işləyən tanımadığı kişi gözəllik salonun bu gün işləmədiyini, Aytacın göy rəngli VAZ markalı minik avtomobilə minərək getdiyini dedi. O, Mingəçevirə gəlib bina sakinlərindən Aytacı maraqlandı, lakin heç kim Aytacı tanımadı. Sonra “Aişə” kafesinə getdi, orada işləyən Firuzə adlı qadın Aytacın kafedən bir qədər əvvəl telefon oğurladığını dedi və ona bu barədə olan videogörüntüləri göstərdi. Şahid4 məhkəmə iclasında ifadəsində bildirdi ki, 2022-ci ilin fevral ayının 26-dan 05 dekabr 2022-ci ilə qədər olan müddətdə Mingəçevir şəhəri X.Şuşinski küçəsində “Mingəçevir kəndi” ərazisində yerləşən “Aişə” kafesini icarə əsasında işləyirdi. 2022-ci ilin iyul ayında tanışı Nərminənin oğlu hərbi xidmətdən qayıdan zaman Nərminənin evində olan vaxt Aytacı gördü, həmin vaxt Aytac yanında işçi yeri boş olsa işə düzəlmək istədiyini dedi. xx.xx.2022-ci il tarixdə o, Nərminəyə zəng edərək yanında işçi kimi çalışan Fəqanənin işdən çıxdığını, Aytacın işi yoxdursa gəlib işləyə biləcəyini dedi. Nərminə ona zəng edərək Aytacın Mingəçevir şəhərinə gəldiyini, işə başlaya biləcəyini dedi. xx.xx.2022-ci il tarixdə Aytac gəlib kafedə işə başladı. Həmin vaxt Aytacdan başqa onun yanında Zərərçəkmiş şəxs1 da qabyuyan kimi çalışırdı. O, Aytaca gündəlik olaraq 15 manat vermək müqabilində razılaşdığından, işlədiyi 2 gün müddətdində Aytaca ümumilikdə 30 manat verdi. xx.xx.2022-ci il tarixdə isə Aytaca işə saat 13-14 radələrində gəlməsini desə də, Aytac saat 16 radələrində işə gəldi. Aytac gələn zaman o, kafenin həyətində, Sevda isə içəridə olmuşdu və çay dəmləmək üçün mətbəxə keçmişdi. Bundan sonra Sevda onun yanına gələrək özünə məxsus “Samsung” markalı mobil telefonun oğurlandığını dedi. O, Sevdadan Aytacın harada olmasını soruşduqda Sevda Aytacın çıxıb getdiyini dedi. Təxminən 30 dəqiqədən sonra Aytac özünə məxsus mobil telefonla “Vatsapp” vasitəsilə status paylaşaraq artıq vatsappda olduğunu yazmışdır. Həmin vaxta kimi Aytac onun yanında işləyən müddətdə sadə, çoxfunksiyalı olmayan mobil telefon işlətmişdir. Aytac gedən günün axşamı Elnur adlı taksi sürücüsü onun işlətdiyi kafeyə gəlmiş və Aytacın əlamətlərini qeyd edərək həmin qızın buraya gəlib-gəlməməsini soruşdu. O Elnurdan nə üçün soruşmasını dedikdə X9 şəhərində “Real Shop”un dörd yolu adlanan yerdə, əlində 5-6 ədəd içərisində paltarlar olan çantaları avtomobilə qoyduğunu, sonra kafeyə gəldiklərini, oradan Aytacın onu Goranboy rayonuna aparmasını istəməsini, Goranboyda avtomobildən düşərək, çantaları da özü ilə götürüb pul gətirməsini deyərək getdiyini, lakin gəlmədiyini, ətrafdakı şəxslərdən soruşan zaman isə Aytacın başqa taksiyə əyləşərək getdiyini bildirdi. Təqsirləndirilən şəxs Aytac Mustafayevanın əməli digər Şahid3 məhkəmə iclasında verdiyi ifadəsi ilə, həmçinin şahidlər Şahid5, Şahid6 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 11-ci vərəqində olan xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, masaların və stulların düzüldüyü kafe görünümündə olan obyektdə sol tərəfdə 2 ədəd pəncərənin hər birinin qarşısında masaların düzülmüşdür. Həmin vaxt əynində qara rəngli geyim olan kök bədən quruluşuna məxsus qadın cinsindən olan şəxs pəncərənin qarşısında olan obyektin qapısının girişindən birinci sol tərəfədə yerləşən masaya yaxınlaşır. Həmin vaxt masanın üzərində mobil telefona və kül qabına bənzəyən iki ədəd əşyanın olması müşahidə olunur. Həmin qara paltarda olan və kök bədən quruluşuna malik qadın cinsindən olan şəxsin masaya yaxınlaşaraq sol əli ilə masanın üzərində olan mobil telefona bənzəyən əşyanı götürərək əynində olan qara rəngli şalvarın sol cibinə qoyması və bundan sonra dərhal da kafendən çıxaraq uzaqlaşması müəyyən olundu. Məhkəmə iclasında xx.xx.2022-ci il tarixli protokola əlavə edilmiş diskə baxış keçirilən zaman protokolda qeyd olunanların diskdə olan görüntülərə uyğun olduğu müəyyən edildi. İşin 102-103-cü vərəqlərində olan 06 dekabr 2022-ci il tarixli baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, X1 Zərərçəkmiş şəxs2 məxsus mənzildən oğurluq yolu ilə əldə etdiyi 1 ədəd qara rəngli idman dəsti onun yaşadığı Tərtər rayonu, Ə.Paşayev küçəsində yerləşən fərdi yaşayış evindən aşkar olunaraq götürülmüşdür. İşin 144-cü vərəqində olan 16 dekabr 2022-ci il tarixli baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, X1 Zərərçəkmiş şəxs1 məxsus olmaqla oğurluq yolu ilə əldə edərək satdığı “Samsung A03s” markalı mobil telefon Mingəçevir ŞPŞ-də baxış keçirilərək Şahid5 götürülmüşdür. İşin 153-cü vərəqində olan 16 dekabr 2022-ci il tarixli baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, X1 Zərərçəkmiş şəxs1 məxsus olmaqla oğurluq yolu ilə əldə edərək satdığı “Samsung A03s” markalı mobil telefonu ilkin olaraq satdığı Şahid6 həmin mobil telefonun satın alınması barədə sənəd Mingəçevir ŞPŞ-də baxış keçirilərək götürülmüşdür. İşin 156-cı vərəqində olan 17 dekabr 2022-ci il tarixli tanınmaya təqdim etmə protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 X1 oğurladığı “Samsung A03s” markalı mobil telefonu ona tanınmaya təqdim edilmiş digər 3 ədəd mobil telefonun içərisindən əlamətlərinə görə tanımışdır. İşin 166-169-cu vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 dekabr 2022-ci il tarixli, 9/9114 saylı rəyində göstərilir ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 655,0 manat müəyyən edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X7 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində qanuni əsaslarla olduğu əmisi arvadı Zərərçəkmiş şəxs2 yaşadığı Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 27/16 saylı binanın 16 saylı mənzilində tək olduğu müddətdə mənzilin yataq otağında olan paltar şkafından 1 ədəd “Outdoor” markalı 15 manat dəyərində idman üslubunda olan bel çantasını, həmin çantanın içərisində olan 500 manat nəğd pulu, 1 ədəd 5 manat dəyərində “Gucci” markalı pul qabını, 1 ədəd 10 manat dəyərində “Coach EST” markalı qol saatını, 1 ədəd sırğa, 1 ədəd üzük və 1 ədəd qolbaqdan ibarət olan 15 manat dəyərində bijuteriya dəstini, 40 manat dəyərində qaynaq üçün saç və həmin otaqda olan paltar şkafından və yük yerinin altından 1 ədəd 10 manat dəyərində “Fashion” markalı idman ayaqqabısını və 1 ədəd 5 manat dəyərində “Fashion” markalı başmağı, 1 ədəd 25 manat dəyərində “Ponza” markalı yay idman dəstini, 1 ədəd 25 manat dəyərində “Daggme” markalı yay idman dəstini, 1 ədəd 25 manat dəyərində “PhilippPlein” markalı yay idman dəstini, 1 ədəd 25 manat dəyərində “LON” markalı yay idman dəstini, hər birinin dəyəri 30 manat olmaqla 2 ədəd 60 manat dəyərində “Cerruti” markalı qış idman dəstini, 01 ədəd 10 manat dəyərində “Dilvin” markalı cins şalvarı, 1 ədəd 10 manat dəyərində “Zara” markalı cins şalvarı, 1 ədəd markalı 30 manat dəyərində “FİNİBell” markalı qara rəngli qolsuz üst geyimi (balonka), 1 ədəd 15 manat dəyərində “Outlet” markalı qara rəngli torlu üst geyimi, 1 ədəd 20 manat dəyərində “Jeans” markalı göy rəngli uzun üst paltarı, 1 ədəd 25 manat dəyərində “Jeans” markalı gödəkçəni, hər biri 10 manat dəyərində olan2 ədəd 20 manat dəyərində “Halava” markalı qısaqol yay koftalarını, 1 ədəd 15 manat dəyərində “Kolon” markalı papaqlı qış üçün üst geyimini (kapşonkanı) olmaqla ümumilikdə 405 (dörd yüz beş) manat dəyərində geyim əşyalarını və 500 (beş yüz) manat məbləğdə pulunu, Zərərçəkmiş şəxs2 ümumilikdə 905 manat (doqquz yüz beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində işlədiyi Mingəçevir şəhəri, X.Şuşinski küçəsində yerləşən “Aişə” kafesində pəncərənin qarşısındakı masanın üzərində olan, kafedə qabyuyan kimi xidmət göstərən Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 250 (iki yüz əlli) manat dəyərində Çin Xalq Respublikasının 2018-ci il istehsalı olan, 32 GB daxili yaddaşa malik «SamsungA03s» markalı mobil telefonu və həmin mobil telefonun arxasındakı kaburanın içərisində olan 102 manat nəğd pulu gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 352 manat (üç yüz əlli iki) manat məbləğdə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bununla da təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. X1 həmin əməli törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 34-35-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, X7 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Cəza təyin edilərkən təqsirləndirilən şəxs X1 əməlini qismən etiraf edib peşiman olması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, dəymiş ziyanı ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxs X4 cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, dəymiş zərəri ödəməsini, cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşin 53-cü vərəqində olan şübhəli şəxsi tutma haqqında 04 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, X7 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 97-98-ci vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin 06 dekabr 2022-ci il tarixli qərarından görünür ki, X2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən dərhal azad olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 04 dekabr 2022-ci ildən 06 dekabr 2022-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə X1 üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs A.Mustafayevanın barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərcləri olan cəmi 50 (əlli) manat Aytac Mustafayevadan alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd “Samsung A03s” markalı mobil telefon Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə verilmiş 1 ədəd “Outdoor” markalı bel çantası, 1 ədəd “Halava” markalı qısaqol kofta, 1 ədəd “Ponza” markalı yay idman dəsti, 1 ədəd “Daggme” markalı yay idman dəsti, 1 ədəd “Jeans” markalı qısaqol, uzun üst paltarı, 1 ədəd “Jeans” markalı uzunqol gödəkcə, 1 ədəd tül uzun üst paltarı, 1 ədəd “Cerruti” markalı qış idman dəsti, 1 ədəd “Philipp Plein” markalı yay idman dəsti, 1 ədəd “Kolon” markalı papaqlı kofta (kapşonka), 1 ədəd “LON” markalı yay idman dəsti, 1 ədəd uzun qolsuz üst geyimi (balonka), 1 ədəd “Fashion” markalı idman ayaqqabı olmaqla geyim əşyaları zərərçəkmiş X6 qaytarılmalıdır. İş üzrə mülki tələb yoxdur. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X1 04 dekabr 2022-ci il tarixdən 06 dekabr 2022-ci il tarixədək-2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə X1 üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. A.Mustafayeva barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci olan cəmi 50 (əlli) manat A.Mustafayevadan alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan 1 ədəd “Samsung A03s” markalı mobil telefon Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə verilmiş 1 ədəd “Outdoor” markalı bel çantası, 1 ədəd “Halava” markalı qısaqol kofta, 1 ədəd “Ponza” markalı yay idman dəsti, 1 ədəd “Daggme” markalı yay idman dəsti, 1 ədəd “Jeans” markalı qısaqol, uzun üst paltarı, 1 ədəd “Jeans” markalı uzunqol gödəkcə, 1 ədəd tül uzun üst paltarı, 1 ədəd “Cerruti” markalı qış idman dəsti, 1 ədəd “Philipp Plein” markalı yay idman dəsti, 1 ədəd “Kolon” markalı papaqlı kofta (kapşonka), 1 ədəd “LON” markalı yay idman dəsti, 1 ədəd uzun qolsuz üst geyimi (balonka), 1 ədəd “Fashion” markalı idman ayaqqabı olmaqla geyim əşyaları zərərçəkmiş X6 qaytarılsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-65/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-65/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver