Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-65/2024 25.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 və onun qanuni nümayəndəsi Mingəçevir şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının səlahiyyətli nümayəndəsi X2 və zərərçəkmiş şəxs X3 iştirakı ilə xx.xx.2006-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.2007-ci il tarixdə Yevlax rayonu, Gülövşə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə tanışları: Təqsirləndirilən şəxs2 və başqası ilə qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib xx.xx.2023-cü il tarixdə saat 05 radələrində oğurluq etmək məqsədi ilə Mingəçevir şəhəri, H.Əliyev prospekti 56 ünvanında yerləşən X3 icarə əsasında işlətdiyi ticarət obyektinin giriş qapısının kilidini sındırdıqdan sonra qapıdan saxlanc yeri hesab olunan mağazaya qanunsuz olaraq daxil olmaqla oradan giriş qapısının arxasına quraşdırılan vitrinə düzülmüş 1 ədədinin dəyəri 150 manat olan, 2020ci ildə istehsal olunmuş 2 ədəd, “Redmi Note 7” markalı mobil telefonları, 1 ədədinin dəyəri 140 manat olan 2020-ci ildə istehsal olunmuş 2 ədəd “Redmi 9A” markalı mobil telefonları, 1 ədəd 170 manat dəyərində 2021-ci ildə istehsal olunmuş “Redmi 9-T” markalı mobil telefonu və 1 ədəd 150 manat dəyərində 2020-ci ildə istehsal olunmuş “Redmi 7” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxs Elmin Nuriyevə ümumilikdə 900 (doqquz yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə tanışları: Təqsirləndirilən şəxs1 və başqası ilə qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib xx.xx.2023-cü il tarixdə saat 05 radələrində oğurluq etmək məqsədi ilə Mingəçevir şəhəri, H.Əliyev prospekti 56 ünvanında yerləşən X3 icarə əsasında işlətdiyi ticarət obyektinin giriş qapısının kilidini sındırdıqdan sonra qapıdan saxlanc yeri hesab olunan mağazaya qanunsuz olaraq daxil olmaqla oradan giriş qapısının arxasına quraşdırılan vitrinə düzülmüş 1 ədədinin dəyəri 150 manat olan, 2020-ci ildə istehsal olunmuş 2 ədəd, “Redmi Note 7” markalı mobil telefonları, 1 ədədinin dəyəri 140 manat olan 2020-ci ildə istehsal olunmuş 2 ədəd “Redmi 9A” markalı mobil telefonları, 1 ədəd 170 manat dəyərində 2021-ci ildə istehsal olunmuş “Redmi 9-T” markalı mobil telefonu və 1 ədəd 150 manat dəyərində 2020-ci ildə istehsal olunmuş “Redmi 7” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxs Elmin Nuriyevə ümumilikdə 900 (doqquz yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə gecə saat 05 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Şahid4 ilə birlikdə Mingəçevir şəhəri ərazisində gəzdikləri vaxt Təqsirləndirilən şəxs2 ona və Kənana mobil telefonunun, eyni zamanda xərclik pulun olmadığı üçün hər hansı bir mobil telefon mağazasından telefon oğurlamaq barədə fikri olduğunu söylədikdə Təqsirləndirilən şəxs2 ilə razılaşmışlar. Daha sonra birlikdə oğurluq etmək üçün telefon mağazalarına nəzər yetirməyə başlamışlar. Birlikdə Mingəçevir şəhərində yerləşən bazarın yaxınlığındakı yeraltı keçiddən üzü bir qədər aşağı düşmüşlər. Yolun sağında yerləşən sonradan Elmin adlı şəxsin icarəyə götürüb işlətməsini bildiyi kiçik bir mobil telefon mağazasının qarşısında dayanmışlar. Hamıdan əvvəl Təqsirləndirilən şəxs2 mağazanın şüşə qapısının bağlandığı dəmir və taxta parçadan olan kilidi əli ilə dartaraq sındırmaq istəsə də, bunu tək bacarmadığı üçün o və Kənan Həsrətə köməklik etmişlər. Bundan sonra mobil telefon mağazasının şüşə qapısının kilidi sınmışdır. Saat 05:00 radələrində İlkin olaraq Həsrət mobil telefon mağazasına daxil olmuş, daha sonra isə o, ondan sonra isə Kənan mobil telefon mağazasına daxil olmuşdur. Vitrində olan mobil telefonları götürərək cəld şəkildə mağazadan çıxıb Təqsirləndirilən şəxs2 yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 84 ünvanında yerləşən binanın qarşısına qaçdıqdan sonra Mingəçevir şəhərində tanımadığı şəxsin idarə etdiyi minik avtomobili ilə Şəmkir rayonuna getmişlər. Həmin gün Şəmkir rayonunda yerləşən fəhlələr üçün nəzrədə tutulmuş evlərdə qalmışlar. Səhəri gün isə mobil telefonlardan ikisini Şəmkir rayonunda yerləşən indi xatırlamadığı mobil telefon mağazalarında Tural və başqa adını bilmədiyi şəxslərə hər birini təxminən 80 və ya 110 manat olmaqla, Kənanın şəxsiyət vəsiqəsi ilə satmışlar. Belə ki, o və Həsrət azyaşlı olduqlarından Kənandan vəsiqəsini mağazalara təqdim etməsini xahiş etdikdə, o da buna əməl etmişdir. Həmin pulları götürərək Bakı şəhərinə getmişlər. Bakı şəhərində həmin puldan bir qədərini xərclədikdən sonra isə xx.xx.2023-cü il tarixdə oğurladıqları mobil telefonlardan ikisini Bakı şəhərində «Velotrek»in ticarət mərkəzinin yanında yerləşən Natiq və Elvin adlı şəxslərin mobil telefon mağazasına 70 və 90 manata satmışlar. Əvvəlcə olduğu kimi həmin mobil telefonları Kənanın şəxsiyyət vəsiqəsi ilə satmışlar. Sonra aralarında narazılıq yaranması səbəbindən pulunu alıb onlardan aralaşmışdır. Daha sonra isə Mingəçevir şəhərinə qayıtmışdır. Yerdə qalan iki mobil telefondan birini Təqsirləndirilən şəxs2, digərini isə Kənan özünə götürmüşdür. Sonradan onlar həmin iki ədəd mobil telefonu da Bakı şəhərində satıb pulun xərcləmişlər. Yuxarıda təsvir edilən cinayət əməlini törətməyə onu və Təqsirləndirilən şəxs2 Şahid4 məcbur etməmişdir, özü könüllü olaraq razılaşmışdır. Oğurluq etmək ideyası isə Həsrətin olmuşdur. O, birinci olaraq oğurluq etməyi ona və Kənana Həsrət təklif etmişdir. Onlar da pul olmadığı üçün Həsrətin təklifi ilə könüllü olaraq razılaşmışlar. Oğurlanmış 6 ədəd mobil telefonlardan ikisi Bakı şəhərində «Velotrek» ticarət mərkəzində Elvin və Natiq adlı şəxslərə onların mağazasında, 2 ədədi isə Şəmkir şəhərində Tural və adını xatırlamadığı şəxsə, 2 ədədini isə Bakı şəhərində Həsrətlə Kənan satdığı üçün istintaqa təqdim edə bilmir. Mobil telefonu satın alan şəxslər onların oğurluq yolu ilə əldə olunmasını bilməmişlər. Mingəçevir şəhəri və ətraf rayonlarda başqa cinayət hadisəsi törətməmişdir. Əməlindən peşmandır. Ziyanı ödəmək fikri var, lakin iş tapa bilmir ki, işləyib ödəsin. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Mingəçevir şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının səlahiyyətli nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, fərdi işlərlə məşğul olub xərclərini ödəyir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında tanışları: Təqsirləndirilən şəxs1 və Şahid4 ilə birlikdə Mingəçevir şəhəri ərazisində gəzərkən mobil telefonu və xərclik pulu olmadığı üçün hər hansı bir mobil telefon mağazasından telefon oğurlamaq fikrinə düşmüşdür. Daha sonra həmin fikri tanışları: Kənan və Mayklla da paylaşdıqda onlar da, onun fikri ilə razılaşmışlar. Daha sonra birlikdə oğurluq etmək üçün telefon mağazalarına nəzər yetirməyə başlamışlar. Birlikdə Mingəçevir şəhərində yerləşən kolxoz bazarının yaxınlığındakı yeraltı keçiddən üzü bir qədər aşağı düşmüşlər. Yolun sağında yerləşən sonradan X3 işlətməsini bildiyi kiçik bir mobil telefon mağazasının qarşısında dayanmışlar. Saat 05 radələrində ilkin olaraq mağazanın şüşə qapısının bağlandığı dəmir və taxta parçadan olan kilidi əli ilə dartaraq sındırmaq istəmiş, tək bacarmadığı üçün Kənan və Maykl da ona köməklik etmişlər. Daha sonra telefon mağazasının şüşə qapısının kilidi sınmışdır. İlkin olaraq özü telefon mağazasına daxil olmuş, sonra Maykl telefon mağazasına daxil olduqdan sonra isə Kənan telefon mağazasına daxil olmuşdur. Giriş qapısının arxasına qurraşdırılan vitrində olan 6 ədəd «Redmi» markalı mobil telefonları götürərək cəld şəkildə mağazadan çıxıb tez yaşadığı ünvan 5 ünvanın qarşısına gəldikdən daha sonra Mingəçevir şəhərindən tanımadığı şəxsin idarə etdiyi minik avtomobili ilə Şəmkir rayonuna getmişlər. Həmin gün Şəmkir rayonunda yerləşən fəhlələr üçün nəzərdə tutulmuş evlərdə gecələmişlər. Səhəri gün mobil telefonlardan ikisini Şəmkir rayonunda yerləşən indi xatırlamadığı, Tural adında və başqa adını xatırlamadığı şəxsin mobil telefon mağazalarına hər birini təxminən 80 və ya 110 manat olmaqla, ikisini Kənanın şəxsiyət vəsiqəsi ilə satmışlar. Belə ki, o və Maykl azyaşlı olduğundan Kənandan vəsiqəsini mağazalara təqdim etməsini xahiş etdikdə o da bunu etmişdir. Həmin pulları götürərək Bakı şəhərinə getmişlər. Bakı şəhərində həmin puldan bir qədərini xərclədikdən sonra isə xx.xx.2023-cü tarixdə oğurladıqları mobil telefonlardan ikisini Bakı şəhərində «Velotrek»in yanında yerləşən Natiq və Elvin adlı şəxslərin mobil telefon mağazasına 70 və 90 manata satmışlar. Əvvəldə olduğu kimi həmin mobil telefonları Kənanın şəxsiyyət vəsiqəsi ilə satdıqdan sonra aralarında narazılıq yaranmış, bu səbəbdən Maykl pulunu alıb onlardan ayırlmışdır. Yerdə qalan iki mobil telefondan birini o, digərini isə Kənan özünə götürmüşdür. Sonradan həmin mobil telefonları da Bakı şəhərində tanımadıqları şəxslərə əlbəəl olaraq xatırlamadığı qiymətə satıb pulunu da xərcləmişlər. Daha sonra isə o, Mingəçevir şəhərinə qayıtmışdır. Bundan sonra gəlib polisə təslim olmuşdur. Sonra məsuliyyətə cəlb olunmuş və barəsində axtarış elan olunmuşdur. 18 yanvar 2024-cü il tarixdə isə metroda saxlanıldıqdan sonra Mingəçevir şəhər polis şöbəsinə gətirilmişdir. Yuxarıda təsvir edilən cinayət əməlini törətməyə Şahid4 və ya qeyri şəxs onu və ya Mayklı oğurluğa məcbur etməmişdir. Oğurluq etmək ideyası özünün olmuşdur. Onu oğurluğa məcbur edən olmamışdır. Həmin oğurluğu etməyi Maykla və Kənana o, təklif etmiş, onlar da pulları olmadığı üçün təkliflə könüllü olaraq razılaşmışlar. Oğurlanmış 6 ədəd mobil telefonlardan ikisini Bakıda «Velotrek» ticarət mərkəzində Elvin və Natiq adlı şəxslərə onların mağazasında, 2 ədədi isə Şəmkir şəhərində Tural və adını xatırlamadığı şəxsin mağazasında, özləri üçün götürdükləri 2 ədədini isə Kənanla birlikdə Bakıda olarkən ikisi də tanımadığı adamlara və xatırlamadığı qiymətə satdıqları üçün istintaqa təqdim edə bilmir. Axtarışda olmağından məlumatı olmamışdır. Mobil telefonu satdığı şəxslər onların oğurluq yolu ilə əldə olunmasını onlara mobil telefonun özünə məxsus olmasını, pul ehtiyac olduğundan satdığını dediyindən bilməmişlər. Mingəçevir şəhəri və ətraf rayonlarda başqa cinayət hadisəsi törətməmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin onun payına düşən hissəsini, yəni 330 manat məbləğdə pulu tam şəkildə ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 ifadəsində göstərdi ki, 2023-cü ilin iyun ayından etibarən Mingəçevir şəhəri H.Əliyev prospekti 56 ünvanında yerləşən ticarət obyektində mobil telefonların, onların aksessuarlarının, o cümlədən ətirlərin alqı-satqısı ilə məşğul olur. Adəti üzrə mağazanı səhər 10-da açıb axşam saat 19 radələrində bağlayır. Yay vaxtı isə mağazanı saat 20 radələrində bağlayır. xx.xx.2023-cü il tarixdə axşam saat 20 radələrində mağazanı bağlayıb evə getmiş, həmin gün saat 23 radələrində Bakı şəhərindən yeni ətirlər gəldiyindən onları obyektdə boşaldaraq sonra obyekti bağlayıb mənzilinə getmişdir. Bir az istirahət edərək səhəri gün işə gec gəlmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 10-11 radələrində səhər işə gələn zaman iş yoldaşları obyektin qapısını açıq qoyub getdiyini bildirmişlər. O isə qapını bağlayaraq çıxdığından əmin olmuşdur. Bu səbəbdən obyektə yaxınlaşan zaman qapının bir qədər açıq vəziyyətdə olduğunu, qapının qıfılının yerində olsa da, kilidin sol hissəsinin sınıq olduğunu aşkar etmişdir. İçəri daxil olan zaman içəridə səliqə-səhmanın pozulmadığını görmüşdür. Sağdakı vitrinə baxanda şüşədə olan mobil telefonların, aksessuarların və ətirlərin yerində olmasını müəyyən etmişdir. Lakin giriş qapısının üzərinə yığdırdığı vitrinə nəzər salanda isə orada şüşənin yerində olmasına baxmayaraq vitrinə yığdığı ümumilikdə 10 ədəd mobil telefondan 6 ədədinin oğurlandığını aşkar etmişdir. Oğurlanmış mobil telefonları nəzərdən keçirəndə oradan 1 ədədinin dəyəri 150 manat olan 2 ədəd 2020-ci ildə istehsal olunmuş “Redmi Note 7” markalı mobil telefonların, 1 ədədinin dəyəri 140 manat olmaqla 2 ədəd 2020-ci ildə istehsal olunmuş “Redmi 9-A” markalı mobil telefonların, 1 ədəd dəyəri 170 manat olan 2021-ci ildə istehsal olunmuş “Redmi 9-T” markalı mobil telefonun, 1 ədəd dəyər 150 manat olan 2020-ci ildə istehsal olunmuş “Redmi 7” markalı mobil telefonun oğurlanmasını müəyyən etmişdir. Dərhal Azərbaycan Respublikası DİN-in «102 xidməti»nə müraciət etmişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Onların iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. O da baxışda iştirak edəndən sonra protokol tərtib olunmuşdur. Həmin protokola imza edərək polis şöbəsinə gəlmişdir. Orada ərizə yazandan sonra izahatı alınmışdır. Daha sonra isə ona məxsus mağazadan mobil telefonların oğurlanmasını Təqsirləndirilən şəxs2 təşkil etməsi, onun dəstəsinə isə Kənan və Maykl adlı adamların da daxil olmasını öyrənmişdir. Ona məxsus mağazadan 6 ədəd mobil telefondan başqa nə isə oğurlanmamışdır. Mobil telefonların oğurlanması ilə ona ümumilikdə cəmi 900 manat maddi ziyan dəymişdir. Bundan başqa mağazanın kilidinin sındırılması ilə ona 100 manat maddi ziyan vurulmuşdur. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 9/7056 №-li rəyində göstərilən qiymətlərlə qəti razı deyildir. Ona ilkin ifadəsində göstərdiyi məbləğdə, yəni 900 manat mobil telefonlarının oğurlanmasına, 100 manat isə qapı kilidinin sındırılmasına görə ziyan dəymişdir. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona dəymiş ziyandan 330 manat pul ödəmişdir, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs1 isə ona dəymiş ziyandan ödəniş etməmişdir. Hazırda ondan şikayətçidir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4, Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasında iştirakları mümkün olmamış, Şahid1, Şahid2 və Şahid3 məhkəməyə teleqram ünvanlamışlar. Bununla belə məhkəmə Şahid4, Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, Şahid4 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, o, fərdi işlərlə məşğul olub xərclərini ödəyir. Hərbi xidmətdə olmuşdur. xx.xx.2023-cü il tarixdə gecə saatlarında tanışları: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Mingəçevir şəhəri ərazisində gəzən zaman Həsrət ona və Maykla mobil telefonu, eyni zamanda xərclik pulu olmadığı üçün hər hansı bir mobil telefon mağazasından mobil telefon oğurlamaq və satmaq fikrinə düşməsi barədə danışmış, ona və Maykla bu barədə deyərək oğurluq etməyi təklif edəndə pulları olmadığından onunla bir yerdə oğurluq etməyə razılaşmışlar. Daha sonra birlikdə oğurluq etmək üçün Mingəçevir şəhərində yerləşən mobil telefon mağazalarının yerləşdiyi binalara nəzər yetirməyə başlamışlar. Mingəçevir şəhəri H.Əliyev prospekti 56 ünvanında yerləşən, kolxoz bazarının yaxınlığındakı yeraltı keçiddən üzü bir qədər aşağı düşdükdə yolun sağında yerləşən kiçik bir mobil telefon mağazasının qarşısında dayanmışlar. Saat 05 radələrində hamıdan əvvəl Təqsirləndirilən şəxs2 mağazanın şüşə qapısının bağlandığı dəmir və taxta parçadan olan kilidi əli ilə dartaraq sındırmaq istəmiş, lakin tək bacarmadığı üçün ondan və Maykldan kömək istəmişdir. Ona kömək edib mağazanın şüşə qapısının kilidini sındırdıqdan sonra ilkin olaraq Həsrət, sonra isə Maykl mobil telefon mağazasına daxil olmuşlar. Daha sonra isə o, mobil telefon mağazasına daxil olmuşdur. Vitrində olan mobil telefonları götürərək cəld şəkildə mağazadan çıxıb Həsrətin yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 84 ünvanda yerləşən binanın qarşısına qaçmışlar. Həmin vaxt Mingəçevir şəhərində tanımadığı şəxsin idarə etdiyi minik avtomobili ilə Şəmkir rayonuna getmişlər. Həmin gün Şəmkir rayonunda yerləşən fəhlələr üçün nəzrədə tutulmuş evlərdə qalmışlar. Səhəri gün isə mobil telefonlardan ikisini Şəmkir rayonunda yerləşən Tural adlı və başqa adını bilmədiyi şəxsin mobil telefon mağazalarında hər birini təxminən 80 ya da 110 manata olmaqla, Həsrətlə Maykl azyaşlı olduqlarından öz şəxsiyət vəsiqəsi əsasında satmışdır. Pulu götürərək Bakı şəhərinə getmişlər. Bakı şəhərində həmin puldan bir qədərini xərclədikdən sonra isə xx.xx.2023-cü il tarixdə oğurladıqları mobil telefonlardan ikisini Bakı şəhərində «Velotrek» ticarət mərkəzində Natiq və Elvin adlı şəxslərin mobil telefon mağazasında 70 və 90 manata satmışlar. Əvvəlcə olduğu kimi həmin mobil telefonları da onun şəxsiyyət vəsiqəsi əsasında satmışlar. Daha sonra aralarında narazılıq yarandığından Maykl onlardan aralanmışdır. Yerdə qalan iki mobil telefondan birini o, digərini isə Həsrət özünə götürmüşdür. Lakin həmin telefonları da Bakı şəhərində tanımadıqları şəxslərə əlbəəl xatırlamadığı qiymətə satıb pulu xərcləmişlər. Daha sonra isə Mingəçevir şəhərinə qayıtmış, olanları öyrənib polisə təslim olmuş, sonra məsuliyyətə cəlb olunmuşdur. Barəsində axtarış elan olunduğundan 2023-cü ilin dekabrın 2-dən 4-nə qədər Minəgçevir ŞPŞ-nin MSY-də saxlanılmış və sonra azad olunmuşdur. Yuxarıda təsvir edilən cinayət əməlini törətmək təklifi Həsrətdən gəlmişdir. O və Maykl da maddi vəziyyətləri pis olduğundan onunla razılarmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşca böyük olmasına baxmayaraq onları heç bir cinayət əməli törətməyə cəlb etməmişdir. Cinayət törətməyi ona Həsrət təklif edib, Maykl və o da könüllü olaraq onunla razılaşıb həmin əməli törətmişlər. Heç kimi həmin cinayəti törətməyə məcbur etməmişdir. Oğurlanmış 6 ədəd mobil telefonlardan ikisi Bakı şəhərində «Velotrek» ticarət mərkəzində Elvin və Natiq adlı şəxslərə onların mağazasında, 2 ədədini isə Şəmkir şəhərində Tural və adını xatırlamadığı şəxsə, 2 ədədini isə Bakıda Həsrətlə birlikdə satdığı üçün istintaqa təqdim edə bilmir. Mobil telefonu satdığı şəxslər onların oğurluq yolu ilə əldə olunmasını onlara mobil telefonun özünə məxsus olmasını, pul ehtiyac olduğundan satdığını dediyindən bilməmişlər. Şahid1 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında yerləşən «Velotrek» ticarət mərkəzində «Əli Telekom» adlanan mobil telefon və aksessuarlarının alqı-satqısı ilə məşğul olub ailəsini dolandırır. Elmin Nuriyevi, Şahid4 və qeyri şəxsləri tanımır. Onlarla aralarında hər hansı qohumluq əlaqəsi və ya ədavəti yoxdur. 18 ildir ki, yuxarıda qeyd etdiyi ünvanda yerləşən mağazada mobil telefon və aksessuarlarının alqı-satıqısı ilə məşğul olur. Satdığı mobil telefon və aksessuarlarının ayrı-ayrı şəxslərdən və ya topdan satışla məşğul olan şəxslərdən alır. Fərdi şəxslərdən mobil telefon və aksessuarları aldıqda onların şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və onun anket məlumatlarını, aldığı mobil telefon və buna görə verdiyi pulun məbləğini dəftərdə qeyd edir. Həmçinin şəxsiyyət vəsiqəsinin kserosurətini də çıxarıb özündə saxlayır. 06 avqust 2023-cü il tarixdə təxminən saat 10 radələrində mağazada olan zaman özünü Kənan kimi təqdim edən oğlan mağazaya daxil olmuşdur. Onunla salamlaşaraq satılıq 1 ədəd «Redmi Note 7» markalı mobil telefonunu olmasını demişdir. Həmin vaxt Kənandan mobil telefonun kimə məxsus olmasını soruşanda özünə aid olmasını, pul lazım olduğu üçün satmasını bildirmişdir. Ondan mobil telefonu alıb baxmışdır. Sonra şəxsiyyət vəsiqəsini istədikdə öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Ondan mobil telefonun oğurluq olub-olmadığını soruşduqda telefonun oğurluq olmadığını bildirmişdir. Mobil telefonu 90 manata qiymətləndirmişdir. Sonra dəftərində qeydiyyat aparmışdır. Kənan şəxsiyyət vəsiqəsinin arxasında öz imzası ilə mobil telefonun imei kodlarını yazmış, sonra mobil telefonu satması barədə qeyd edərək imza etmişdir. Həmin mobil telefon üçün şəxsən Kənana 90 manat pul ödəmiş, mobil telefonu satın alıb dəftərində qeydiyyat aparmışdır. O, mağazanı tərk etmişdir. Mobil telefonu sonradan 18 avqust 2023-cü il tarixdə 120 manata tanımadığı şəxsə sataraq bunu dəftərində qeyd etmişdir. Ondan sonra öz alveri ilə məşğul olmuşdur. Həmin məsələdən sonra nə polisə, nə də ki, digər yerlərə çağıran olmadığından məsələnin təfərrüatları ilə maraqlanmamışdır. İndi də hadisədən tam məlumatlı deyildir. Satın aldığı mobil telefonun oğurluq yolu ilə ələ keçirilməsindən əvvəlcədən məlumatı olmamışdır. Kənan telefonun ailə üzvlərinə aid olmasını, pul lazım olduğundan satmasını demişdir. Mobil telefonu şəxsiyyət vəsiqəsi əsasında satın almışdır. Həmin alqı-satqını qeyd etdiyi dəftəri və arxasında qeyd olan şəxsiyyət vəsiqəsini istintaqa təqdim etmişdir. Şahid2 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında yerləşən «Velotrek» ticarət mərkəzində «NN Telekom» adlanan mobil telefon və aksessuarlarının alqı-satqısı ilə məşğul olub ailəsini dolandırır. X5, Şahid4 və qeyri şəxsləri tanımır. Onlarla aralarında hər hansı qohumluq əlaqəsi və ya ədavəti yoxdur. 14 ildir ki, yuxarıda qeyd etdiyi ünvanda yerləşən mağazada mobil telefon və aksessuarlarının alqı-satıqısı ilə məşğul olur. Satdığı mobil telefon və aksessuarlarını ayrı-ayrı şəxslərdən və ya topdan satışla məşğul olan şəxslərdən alır. Fərdi şəxslərdən mobil telefon və aksessuarları aldıqda onların şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və onun anket məlumatlarını, aldığı mobil telefon və buna görə verdiyi pulun məbləğini dəftərdə qeyd edir. Həmçinin şəxsiyyət vəsiqəsinin kserosurətini də çıxarıb özündə saxlayır. 06 avqust 2023-cü il tarixdə təxminən saat 11 radələrində mağazada olan zaman özünü Kənan kimi təqdim edən şəxs mağazaya daxil olub salamlaşaraq satılıq 1 ədəd «Redmi Note 7» markalı mobil telefonunu olmasını demişdir. Həmin vaxt bayırda 2 nəfər də cavan uşaqlar gözləmişlər, lakin onlar içəri girməmişlər. Həmin vaxt Kənandan mobil telefonun kimə məxsus olmasını soruşanda özünə aid olmasını, pul lazım olduğu üçün satmasını bildirdikdə ondan mobil telefonu alıb baxmışdır. Sonra şəxsiyyət vəsiqəsini istədikdə öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Ondan mobil telefonun oğurluq olub-olmadığını soruşduqda telefonun oğurluq olmadığını bildirmişdir. İşlənmiş həmin mobil telefonu 70 manata qiymətləndirib dəftərində qeydiyyat aparmışdır. Kənan şəxsiyyət vəsiqəsinin arxasında öz imzası ilə mobil telefonun imei kodlarını yazmış, sonra mobil telefonu satması barədə qeyd edərək imza etmişdir. Həmin mobil telefon üçün şəxsən Kənana 70 manat pul ödəyib mobil telefonu satın alıb dəftərində qeydiyyat aparmışdır. O, mağazanı tərk etmişdir. Mobil telefonu sonradan 11 avqust 2023-cü il tarixdə 90 manata tanımadığı şəxsə sataraq bunu da dəftərində qeyd etmişdir. Ondan sonra öz alveri ilə məşğul olmuşdur. Həmin məsələdən sonra onu polisə və digər yerlərə çağıran olmadığından məsələnin xırdalıqları ilə maraqlanmamışdır. İndi də hadisədən tam məlumatlı deyildir. Satın aldığı mobil telefonun oğurluq yolu ilə ələ keçirilməsindən əvvəlcədən məlumatı olmamışdır. Kənan telefonun özünə aid olmasını, pul lazım olması səbəbindən satmasını demişdir. Mobil telefonu satın alarkən şəxsiyyət vəsiqəsi əsasında həmin mobil telefonu satın almışdır. Bundan başqa həmin alqı-satqını qeyd etdiyi dəftəri və arxasında qeyd olan şəxsiyyət vəsiqəsini istintaqa təqdim etmişdir. Şahid3 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, Şəmkir şəhəri, 20 Yanvar prospekti 13 ünvanında yerləşən «L Telekom» adlanan mobil telefon və aksessuarlarının alqı-satqısı ilə məşğul olub ailəsini dolandırır. X5, Şahid4 və qeyri şəxsləri tanımır. Onlarla aralarında hər hansı qohumluq əlaqəsi və ya ədavəti yoxdur. 1 ildir ki, yuxarıda qeyd etdiyi ünvanda yerləşən mağazada mobil telefon və aksessuarlarının alqı-satqısı ilə məşğul olur. Satdığı mobil telefon və aksessuarlarını ayrı-ayrı şəxslərdən və ya topdan satışla məşğul olan şəxslərdən alır. Fərdi şəxslərdən mobil telefon və aksessuarları aldıqda onların şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və onun anket məlumatlarını, aldığı mobil telefon və buna görə verdiyi pulun məbləğini dəftərdə qeyd edir. Həmçinin şəxsiyyət vəsiqəsinin kserosurətini də çıxarıb özündə saxlayır. 05 avqust 2023-cü il tarixdə təxminən saat 10 radələrində mağazada olan zaman özünü Kənan kimi təqdim edən oğlan mağazaya daxil olub salamlaşaraq satılıq 1 ədəd «Redmi 9 A» markalı mobil telefonunu olmasını demişdir. Həmin vaxt Kənandan mobil telefonun kimə məxsus olmasını soruşanda özünə aid olmasını, pul lazım olduğu üçün satmasını dedikdə ondan mobil telefonu alıb baxmışdır. Şəxsiyyət vəsiqəsini istədikdə öz şəxsiyyət vəsiqəsini vermişdir. Ondan mobil telefonun oğurluq olub-olmadığını soruşduqda telefonun oğurluq olmadığını bildirmişdir. Mobil telefonu 80 manat qiymətləndirib dəftərində qeydiyyat aparmışdır. Bu vaxt Kənan şəxsiyyət vəsiqəsinin arxasında öz imzası ilə mobil telefonun imei kodlarını yazmış, sonra mobil telefonu satması barədə qeyd edərək imza etmişdir. Həmin mobil telefon üçün şəxsən Kənana 80 manat pul ödəmiş və mobil telefonu satın alıb dəftərində qeydiyyat aparmışdır. O, mağazaya əlavə iki nəfərlə birlikdə gəlsə də, digər 2 nəfər heç nə danışmamışdır. Bütün söhbətləri Kənan özü etmişdir. Pulu alan Kənan mağazanı tərk etmişdir. Mobil telefonu sonradan 18 avqust 2023-cü il tarixdə 130 manata tanımadığı şəxsə sataraq bunu dəftərində qeydiyyat aparmışdır. Ondan sonra öz alveri ilə məşğul olmuş, həmin məsələ ilə bağlı sonradan onu polisə və digər yerlərə çağıran olmadığından maraqlanmamışdır. İndi də hadisədən tam məlumatlı deyildir. Satın aldığı mobil telefonun oğurluq yolu ilə ələ keçirilməsindən əvvəlcədən məlumatı olmamışdır. Kənan mobil telefonun ailə üzvlərinə aid olmasını, pul lazım olduğundan satmasını demişdir. Mobil telefonu şəxsiyyət vəsiqəsi əsasında satın almışdır. Bundan başqa həmin alqı-satqını qeyd etdiyi dəftəri və arxasında qeyd olan şəxsiyyət vəsiqəsini istintaqa təqdim etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 04 avqust 2023-cü il tarixdə tərtib edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, oğurluq hadisəsi Elmin Nuriyevin icarəyə götürüb işlətdiyi Mingəçevir şəhəri H.Əliyev prospekti 56 ünvanında yerləşən mobil telefonların, telefon aksessuarları və ətirlərin satıldığı “Medina” adlanan mağazada baş vermişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş baxış keçirilmə və götürülmə haqqında protokoldan görünür ki, Şahid1 könüllü olaraq təqdim etdiyi mobil telefonu və aksessuarlarının alqı-satqısı zamanı qeydiyyat apardığı dəftərə və Şahid4 şəxsiyyət vəsiqəsinin ksersourətinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqdim olunan dəftər göy üzlüklüdür. Dəftərin üzərində “Assis” sözləri yazılmışdır. Təqdim olunmuş dəftər 60 vərəqədən ibrarətdir. Dəftərin vərəqələrində mobil telefonu və aksessuarlarının alış və satışı ilə bağlı müxtəlif qeydlər aparılmışdır. Dəftərdə Şahid4 mobil telefon alınması və satılması barədə hər hansı qeydə rast gəlinməmişdir. Şahid4 aid AA 43991413 seriya nömrəli vəsiqənin kserosurətində isə «Redmi Not 7, imeyi **********20211, **********20219, telefonunu satdım, imza, 010085, 051-431,13-67 əlaqə nömrəsi və xx.xx.2023» qeydləri olması müəyyən edilmişdir. Şahid4 şəxsiyyət vəsiqəsinin kserosurəti iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş baxış keçirilmə və götürülmə haqqında protokoldan görünür ki, Şahid2 təqdim etdiyi mobil telefonu və aksessuarlarının alqı-satqısı zamanı qeydiyyat apardığı dəftərə və Şahid4 şəxsiyyət vəsiqəsinin ksersourətinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqdim olunan dəftər qırmızı üzlüklükdür. Dəftərin üzərində “Manuscript Book” sözləri yazılmışdır. Təqdim olunmuş dəftər 79 vərəqədən ibarətdir. Dəftərin vərəqələrində mobil telefonu və aksessuarlarının alış və satışı ilə bağlı müxtəlif qeydlər aparılmışdır. Dəftərdə Şahid4 mobil telefon satın alınması barədə hər hansı qeydə rast gəlinməmişdir. Həmin dəftərin 26-cı vərəqinin arxa hissəsində «Ya Alla, xx.xx.2023, İphone 11, **********561134, **********20511, 700 m, Kiril, 12, 7 m, şüşə 12, 4,3, uəb, 12, 5 m, Note 7 redm, **********91231, 90/4m, kabro 12 cəm 719 m» qeydlərinə rast gəlindi. Şahid4 aid AA 43991413 seriya nömrəli vəsiqənin kserosurətində isə «Redmi Not 7, imeil **********91231, imza, 051-431,13-67 əlaqə nömrəsi və xx.xx.2023» qeydləri olması müəyyən edilmişdir. Həmin səhifə və Şahid4 şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyət kəsb etdiyindən kserosurətləri çıxarılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş baxış keçirilmə və götürülmə haqqında protokoldan görünür ki, Şahid3 təqdim etdiyi mobil telefon və aksessuarlarının alqı-satqısı zamanı qeydiyyat apardığı dəftərə və baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqdim olunan dəftər qırmızı üzlüklükdür. Dəftərin üzərində “Assis” sözləri yazılmışdır. Təqdim olunmuş dəftər 100 vərəqədən ibarətdir. Dəftərin vərəqələrində mobil telefon və aksessuarlarının alış və satışı ilə bağlı müxtəlif qeydlər aparılmışdır. Dəftərin 59-cu vərəqinin arxa hissəsində latın qrafikalı azərbaycan əlibası ilə «Alış sözü, 27 adda mobil telefonun satın alınması haqqında qeydlər, 10-cu sırada isə Redmi 9, 32 y, 80 m, **********18417» 60-cı səhifədə isə «Satış, 27 adda mobil telefonun satılması, 1-ci sırada isə Redmi 9, 32 y, 130 m, xx.xx.2023» sözləri yazılması müəyyən edilmişdir. Şahid4 AA 43991413 seriya nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətində «xx.xx.2023, imei, **********18417, imza, 051-431,13-67 əlaqə nömrəsi» qeydləri olması müəyyən edilmişdir. Həmin səhifələr və şəxsiyyət vəsiqəsinin kserosurəti iş üçün əhəmiyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 9/7056 saylı rəyindən görürür ki, ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 420,00 manat müəyyən olunur. O cümlədən: 1 ədəd 2020-ci ildə istehsal olunmuş «Redmi Note 7» markalı mobil telefonun qiyməti 120 manat, 1 ədəd, 2020-ci ildə istehsal olunmuş «Redmi 9 A» markalı mobil telefonun qiyməti 80 manat, 1 ədəd, 2021-ci ildə istehsal olunmuş «Redmi 9-T» markalı mobil telefonun qiyməti 140 manat, 1 ədəd, 2020-ci ildə istehsal olunmuş «Redmi 7» markalı mobil telefonun qiyməti 80 manat olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 22 yanvar 2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə ittiham elan edilməsi rədd edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32,4, 177.2.1 və 32.4, 177.2.3 və 186-cı maddələri ilə ittiham elan edilməsi rədd edilmiş, Şahid4 Azərbaycan Respublikası CM-nin 170 və 186-cı maddələri ilə ittiham elan olunmasının rədd edilməsi nəzərə alınması, Şahid1, Şahid2 və Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.1, 32.5, 177.2.3, 194 və 307-ci maddələri ilə ittiham elan olunmasının rədd edilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası İXM-nin 232-1 maddəsinin, yəni əmlakı qəsdən məhv etmə və ya zədələmədə ifadə olunan inzibati xətanın tərkib əlamətləri olduğundan barələrində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə şöbənin ictimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və başqası ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmələri və onların əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Onlara qarşı elan edilmiş ittihamda təqsirli olmaları, özlərinin etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslərin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə tanışları: Təqsirləndirilən şəxs2 və başqası ilə qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib xx.xx.2023-cü il tarixdə saat 05 radələrində oğurluq etmək məqsədi ilə Mingəçevir şəhəri, H.Əliyev prospekti 56 ünvanında yerləşən X3 icarə əsasında işlətdiyi ticarət obyektinin giriş qapısının kilidini sındırdıqdan sonra qapıdan saxlanc yeri hesab olunan mağazaya qanunsuz olaraq daxil olmaqla oradan giriş qapısının arxasına quraşdırılan vitrinə düzülmüş 1 ədədinin dəyəri 150 manat olan, 2020-ci ildə istehsal olunmuş 2 ədəd, “Redmi Note 7” markalı mobil telefonları, 1 ədədinin dəyəri 140 manat olan 2020-ci ildə istehsal olunmuş 2 ədəd “Redmi 9A” markalı mobil telefonları, 1 ədəd 170 manat dəyərində 2021ci ildə istehsal olunmuş “Redmi 9-T” markalı mobil telefonu və 1 ədəd 150 manat dəyərində 2020-ci ildə istehsal olunmuş “Redmi 7” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxs Elmin Nuriyevə ümumilikdə 900 (doqquz yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.1 və 177.2.3–cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə istintaqında, həmçinin tam sübuta yetdi ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə tanışları: Təqsirləndirilən şəxs1 və başqası ilə qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib xx.xx.2023-cü il tarixdə saat 05 radələrində oğurluq etmək məqsədi ilə Mingəçevir şəhəri, H.Əliyev prospekti 56 ünvanında yerləşən X3 icarə əsasında işlətdiyi ticarət obyektinin giriş qapısının kilidini sındırdıqdan sonra qapıdan saxlanc yeri hesab olunan mağazaya qanunsuz olaraq daxil olmaqla oradan giriş qapısının arxasına quraşdırılan vitrinə düzülmüş 1 ədədinin dəyəri 150 manat olan, 2020ci ildə istehsal olunmuş 2 ədəd, “Redmi Note 7” markalı mobil telefonları, 1 ədədinin dəyəri 140 manat olan 2020-ci ildə istehsal olunmuş 2 ədəd “Redmi 9A” markalı mobil telefonları, 1 ədəd 170 manat dəyərində 2021-ci ildə istehsal olunmuş “Redmi 9-T” markalı mobil telefonu və 1 ədəd 150 manat dəyərində 2020-ci ildə istehsal olunmuş “Redmi 7” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxs Elmin Nuriyevə ümumilikdə 900 (doqquz yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Ona görə də məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 da əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.1 və 177.2.3– cü maddələri ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2–ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, cinayət törədərkən yetkinlik yaşına çatmamasını, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 1 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 1 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2006-cı il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 08 avqust 2023–cü il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs qismində tutulmuş və 10 avqust 2023–cü il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin gün Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(051)-65/2024 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və axtarışda olan şəxsin tutulması barədə protokola əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər ərazisində tutularaq Mingəçevir Şəhər polis Şöbəsinə gətirilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Hazırki hökmün çıxarıldığı xx.xx.2024–cü il tarixədək Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət 4 (dörd) ay 11 (on bir) gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 həbsdə qaldığı 4 (dörd) ay 11 (on bir) gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 8 (səkkiz) ay 22 (iyirmi iki) gün müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum etməklə barəsində ittiham hökmü çıxarıldıqda, şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, cinayət törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanın payına düşən hissəsini ödəməsini, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, eləcə də yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Yataqxana Komendantlığı tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Yataqxana Komendantlığına heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2007-ci il tarixdə Yevlax rayonu, Gülövşə kəndində doğulmuşdur. Cinayət işinin materiallarında olan X3 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ona vurmuş olduğu ziyandan 330 manat pul ödəmişdir. Hazırda onun təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol 09 avqust 2023–cü il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs qismində tutulmuş və 11 avqust 2023–cü il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin gün Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. İttiham elan edilməsi üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 05 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan olunması və tutulması, tutulduqda Mingəçevir ŞPŞ-nin MSY-yə təhvil verilməsi qərara alınmış, axtarışda olan şəxsin tutulması barədə protokola əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Bakı şəhər ərazisində saxlanılaraq Mingəçevir Şəhər polis Şöbəsinə gətirilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. 20 yanvar 2024–cü il tarixdə onun barəsində xx.xx.2023-cü il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri öz qüvvəsində saxlanılmaqla o, saxlanıldığı Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bundan sonra təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Bakı şəhər ərazisində saxlanılaraq, Mingəçevir ŞPŞ-nə gətirilmiş və aidiyyəti üzrə MSY-nə təhvil verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanıldığı müddət 7 ay 27 gün təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanması müddətini nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 1 (bir) il 3 (üç) ay 24 (iyirmi dörd) gün müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxs X4 900 (doqquz yüz) manat məbləğdə maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs2 vurmuş olduğu ziyandan 330 manat pul ödəmişdir. Vurulmuş 900 manat məbləğində maddi ziyan tam şəkildə ödənilməmişdir. Bununla belə X5 tərəfindən dəymiş ziyanla bağlı cinayət mühakimə icraatı zamanı mülki iddia verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə– əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfləri 50 (əlli) manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə məsrəfi tutulub dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM–in 177.2.1–ci və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 9 (doqquz) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasına iki gün hesabı ilə hesablanmaqla 8 (səkkiz) ay 22 (iyirmi iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 1 (bir) il 3 (üç) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM–in 177.2.1–ci və 177.2.3-cü maddələri ilə 1 (bir) il 11 (on bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 8 (səkkiz) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 5 (beş) ay 15 (on beş) gün, cəmi 7 ay 27 gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasına iki gün hesabı ilə hesablanmaqla 1 (bir) il 3 (üç) ay 24 (iyirmi dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 7 (yeddi) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs X4 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-65/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-65/2024
25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver