Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-66/2020 18.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs-xx.xx.1975-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin 16 mart 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Mingəçevir şəhər Ə.Vahid küçəsi ev 2 mənzil 33 də qeydiyyatda olan ,barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü ağ rəngli kağız bükümündə təmiz çəkisi 0,293 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan olan heroini üzərində saxlayaraq daşımış və 11.01.2020-ci tarixdə saat 18:00 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 8-də yerləşən yaşayış binasının qarşısında polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq həmin tarixdə saat 19:00 radələrində üzərində şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin iç sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,293 qram təşkil edən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər də narkotik vasitələrdən istifadə etmişdir. 11 yanvar 2020-ci ildə saat 16:00 radələrində yaşadığı Mingəçevir şəhəri Ə.Vahid küçəsində yerləşən binanın arxa tərəfindən gəzən zaman yerdən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm tapdı. Həmin bükümü açıb baxdıqda, içərisində narkotik vasitə olan heroin olduğunu gördü. Əvvəl də heroindən istifadə etdiyi üçün onu tanıdı. O, həmin bükümü istifadə etmək üçün götürüb əynindəki qış gödəkçəsinin iç sağ yan cibinə qoyub özündə saxladı. 11.01.2020-ci ildə saat 18:00 radələrində o, Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 8 saylı binanın yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb və özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Həmin vaxt tapdığı büküm də cibində idi. Polis şöbəsində vəkilin iştirakı ilə üzərinə video çəkiliş aparmaqla baxış keçirmək istədiklərini bildirdilər. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Onun üzərinə baxış keçirilərkən əynindəki gödəkçəsinin cibində saxladığı büküm aşkar olunub götürüldü. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilərək götürüldü. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis şöbəsində CABnin əməliyyat müvəkkili işləyirdi. Mingəşevir şəhər polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2, İTB-nin sahə rəisləri Şahid3, Şahid4 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı 11.01.2020-ci il tarixdə saat 19:00 radələrində Mingəçevir şəhəri A.S.Puşkin küçəsində 8 saylı binanın qarşısında görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olundu. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etiraz etmədi. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin iç sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm aşkar olunaraq götürüldü. Qeyd olunan büküm açılıb baxıldıqda içərisindəkinin narkotik vasitə olan heroinə oxşar, sarı rəngli və kəskin iyə malik kütlə olması müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümdə olan kütlənin narkotik vasitə olan heroin olduğunu, öz istifadəsi üçün üzərində saxladığını qeyd etdi. Təqsirləndirilən şəxs, həmçinin, bildirdi ki, həmin narkotik vasitə olan heroini 11.01.2020-ci il tarixdə Mingəçevir şəhəri Ə.Vahid kqçəsində piyada gəzərkən yerdən tapmış, o, həmin narkotik vasitəni götürüb özü istifadə etmək üçün saxlamışdı. Baxış zamanı onun və digər iştirakçıların yanında, aşkar edilmiş kütlə sellafon ilə birlikdə elektron tərəzidə çəkildi və zərfə qoyularaq möhürləndi. Şahid3 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis şöbəsində İTBnin sahə rəisi işləyir. Mingəşevir şəhər polis şöbəsinin CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid1, İB-nin sahə rəisi Şahid4 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı 11.01.2020-ci il tarixdə saat 19:00 radələrində Mingəçevir şəhəri A.S.Puşkin küçəsində 8 saylı binanın qarşısında görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olundu. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etiraz etmədi. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin iç sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm aşkar olunaraq götürüldü. Həmin büküm açılıb baxıldıqda içərisindəkinin narkotik vasitə olan heroinə oxşar, sarı rəngli və kəskin iyə malik kütlə olması müəyyən olundu. Heroinə oxşar həmin kütlə elektron tərəzisində çəkildi, zərfə qoyularaq qablaşdırıldı və götürüldü. Təqsirləndirilən şəxs əməli digər şahidlər Şahid2 və Şahid4 ibtidai istintaq zamanı və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 27-28-ci vərəqlərində olan 11 yanvar 2020-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərində olan əynindəki boz rəngli gödəkçənin sol yan cibində 1 ədəd “NOKİA” markalı mobil telefon, qış gödəkçəsinin sağ yan cibində 1 ədəd qış papağı, boz rəngli qış şalvarının sol yan cibində bir ədəd alışqan, qış gödəkçəsinin iç sağ yan cibindən siqaretin gümüş rəngli kağızına bükülmüş bükümdə içərisində narkotik vasitə hesab olunan heroinə oxşar kütlə aşkar olundu. İşin 35-37-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 12 yanvar 2020-ci il tarixli, 15 saylı rəyində göstərilir ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 1(bir) ədəd gümüşüağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,293 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi -0,293 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,243 qram. İşin 102-103-cü vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 815 saylı 19 mart 2020-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərinlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Hal-hazırda ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən sonra, həmçinin Təqsirləndirilən şəxs somatik vəziyətinin yaxınlaşmasından sonra narkomaniyadan məcburi müalicıə olunmasına ehtiyacı vardır. İşin 92-ci vərəqində olan Mingəçevir şəhər Rayonlarası Narkoloji Dispanserindən verilmiş 10.03.2020-ci il tarixli, 532 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 15.12.2015-ci ildən “opoidlərin qəbulu nəticəsində psixi davranış pozuntusu asıllıq sindromu” diaqnozu ilə dispanserdə qeydiyyatda durur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü ağ rəngli kağız bükümündə təmiz çəkisi 0,293 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan olan heroini üzərində saxlayaraq daşımış və 11.01.2020-ci tarixdə saat 18:00 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 8-də yerləşən yaşayış binasının qarşısında saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq həmin tarixdə 19:00 radələrində üzərində şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin iç sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,293 qram təşkil edən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs əməli özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və iş materialları ilə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İşə əlavə olunmuş Mingəçevir şəhəri məhkəməsinin 16 mart 2017-ci il tarixli, 1(051)- 24/2017 saylı hökmündən və 79-80-ci vərəqlərində Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Muradov x1 şəhəri məhkəməsinin 16 mart 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhtumetmə cəzasına məhkum edilmiş, 14.12.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan cəza təyin olunmasına əsas verən hallar yoxdur. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli tutulduğu vaxtdan, 11 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,243 qram narkotik vasitə heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 69,10 (altmış doqquz manat on qəpik)manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil x2 ibtidai istintaqda göstərdiyi hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli tutulduğu vaxtdan, 11 yanvar 2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəza çəkdiyi müddətdə, ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən, somatik vəziyyətinin yaxşılaşmasından sonra, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. İş üzrə ekspertiza xərci olan 69,10 (altmış doqquz manat on qəpik) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,243 qram narkotik vasitə – heroin məhv edilsin. Vəkil x2 ibtidai istintaqda göstərdiyi hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-66/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-66/2020
18.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver