Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-66/2021 12.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1981 -ci ildə Ukrayna Respublikasının, Sovetski rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir şəhər Məhkəməsinin 15.02.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzasına məhkum edilmiş, 08.05.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Mingəçevir şəhər Məhkəməsinin 1(051)-24/2021 nömrəli 4.02.2021-ci il tarixli hökmü və Şəki Apelyasiya Məhkəməsinin 15.04.2021-ci il tarixli 1(107)-140/2021 saylı qərarı ilə 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Şəfa bağ massivi 9-cu küçədə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən “tiryəki” əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan tiryəkin şəxsi isteklak miqdarının yuxarı həddi 0,5 qram müəyyən edildiyi halda 10.12.2020-ci il tarixdə saat 16 radələrində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd şəffaf sellofon bükümünün içərisində, şəxsi istehlak miqdarından atrıq miqdarda, yəni təmiz çəkisi 40,539 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəki satış məqsədi olmadan əynindəki qara rəngli qış gödəkcəsinin sol iç cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, 23.12.2020-ci il tarixdə Mingəçevir şəhər X2 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Şəfa bağ massivində yaşadığı evin yaxınlığında saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirilərək Mingəçevir Şəhər Polis Şöbəsinin inzibati binasında saat 18 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə tiryək əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, əvvəllər də narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olduğu üçün cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırda da narkotik vasitələrdən istifadə edir. 10.12.2020-ci il tarixdə saat 16 radələrində yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən un dəyirmanının yaxınlığından keçən zaman yerdə 1 ədəd şəffaf sellofan bükümünü görüb götürmüşdür. Açıb baxdıqda bükümün içində narkotik vasitə olduğunu bilmişdir. Çünki, özü də narkotik vasitələrdən istifadə edir. Həmin bükümü əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibinə qoyaraq gizlətmişdir. 23.12.2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, Şəfa bağ massivində yaşadığı evin yaxınlığında olan zaman tapdığı narkotik vasitə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində X5 ona vəkil təyin olunmuş və ona hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Polis şöbəsində müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirmək istəmələri bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Həmçinin üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəyi bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirilmişdir. O da üzərində narkotik vasitə olduğunu bildirərək əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitəni, 2 ədəd qara rəngli alışqanı, 1 ədəd “Prima” markalı siqareti könüllü olaraq təqdim etmişdir. Təqdim etdiklərindən başqa üzərində hər hansı əşya olmadığını bildirdikdən sonra onun üzərinə şəxsi axtarış keçirildi. Üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi əşyalardan başqa digər əşya və ya saxlanılması qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümü açılıb baxıldıqda bükümdə olan kütlənin kəskin iyə malik narkotik vasitə tiryəkə bənzər kütlə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə tərəzidə çəkilmiş və şəffaf sellofan bükümü ilə birlikdə çəkisi 41,09 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni 10.12.2020-ci il tarixdə saat 16 radələrində yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən Un dəyirmanının yaxınlığından keçən zaman yerdə 1 ədəd şəffaf sellofan bükümündə tapmışdır. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Hazırda Əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 23.12.2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 ilə Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zaman Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Şəfa bağ massivində yaşadığı evin yaxınlığında olan zaman ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Kərimov X1 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil X5 dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs üzərində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən bir ədəd şəffaf sellofan bükümü könüllü olaraq təqdim etmişdir.Təqdim olunmuş həmin bir ədəd şəffaf sellafona bükülmüş büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində tiryəkə oxşar narkotik vasitə olan kütlə müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar bir ədəd şəffaf sellafona bükülmüş bükümün fotoşəkilləri çəkilmişdir. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir.Tiryəkə oxşar kütlənin ümumi çəkisi 41,09 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd şəffaf sellafona bükülmüş bükümdə olan kütlənin tiryək olduğunu tiryəki özü istifadə etmək məqsədi ilə üstündə saxladığım və narkotik vasitəni 10.12.2020-ci il tarixdə təxminən saat 16 radələrində Mingəçevir şəhəri Şəfa bağ mssivində yerləşən un dəyirmanının yaxınlığından piyada keçərkən yerdən taparaq əynindəki qara rəngli qış gödəkcəsinin sol iç cibinə qoyub üstündə saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan 23.12.2020-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə proses iştirakçılarının və Təqsirləndirilən şəxs iştirakı ilə “Konstant” elektron tərəzidə çəkildi. Götürülmüş sellafon bükümünün içərisində olan həmin kütlənin ümumi çəkisi 41.09-qram olan “tiryək”-ə oxşar kütlə samsung marakalı aparatla çəkildi və vidyo görüntü ilə qeydə alındı. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq AR DİN 76 nömrəli ilə möhrlənmiş və üzəri, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 24.12.2020-ci il tarixli 17/644 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-40.539 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Cinayət işinin materiallarında olan 15 fevral 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi” barədə qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,100 qram narkotik vasitə kütləsinin təhqiqata sərf edildikdən sonra yerdə qalan ümumi qalıq çəkisi 40,439 qram olan narkotik vasitə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmalı və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər Narkoloji Dispanseirinin ambulator məcburi narkoloji-tibbi ekspertizasının 28.01.2021 -ci il tarixli 76 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir.. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 04.02.2021–ci il tarixli 1(051)–24/2021 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Mingəçevir şəhər Məhkəməsinin 15 fevral 2018–ci il tarixli hökmünün çəkilməmiş hissəsi olan 4000 (dörd min) manat cərimə cəzası ilə tam toplanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 15 aprel 2021–ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apelyasiya protesti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 04.02.2021–ci il tarixli 1(051)–24/2021 nömrəli hökmü apelyasiya protestinə münasibətdə cəza və onun həmin cəzanı hansı cəzaçəkmə müəssisəsində çəkməsi ilə bağlı hissədə dəyişdi- rilərək Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 08.01.2021–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 19.05.2011-ci il tarixli hökmü ilə AR CM-in 177.2.1,177.2.3 və 69.4-cü maddələri ilə təqsirli bilinib 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş və cərimə cəzası ödənilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 01.11.2012–ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, 21.11.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin 08.04.2015–ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş və 17.07.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin 15.02. 2018–ci il tarixli hökmü ilə AR CMin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş və 08.05.2020-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 40,539 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəki satış məqsədi olmadan qanunsuz üzərində saxlamaqla və daşımaqla ictimai təhlükəli əməli törətmişdir. Onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 10.12.2020-ci il tarixdə saat 16 radələrində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd şəffaf sellofon bükümünün içərisində, şəxsi istehlak miqdarından atrıq miqdarda, yəni təmiz çəkisi 40,539 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəki satış məqsədi olmadan əynindəki qara rəngli qış gödəkcəsinin sol iç cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, 23.12.2020-ci il tarixdə Mingəçevir şəhər X2 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Şəfa bağ massivində yaşadığı evin yaxınlığında saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 18 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə tiryək əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Kərimov X1 Şəhər Məhkəməsinin 04.02.2021– ci il tarixli 1(051)–24/2021 nömrəli hökmünə əsasən AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Şəki Apelyasiya Məhkəməsinin 15 aprel 2021–ci il tarixli qərarı ilə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin Təqsirləndirilən şəxs məhkum olunmamışdan və həmin hökm qanuni qüvvəyə minməmişdən əvvəl, yəni 10.12.2020-ci il tarixdə qəsdən cinayət törətsə də, o, həmin cinayətə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti Mingəçevir Şəhər Məhkəməsinin 04.02.2021–ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən, cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, həmin Məcəllənin 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, yeni və əvvəlki hökmlə təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs oğlunun himayəsində dörd nəfər azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, şəhid ailəsi olmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01.04.2009-cu il tarixdə doğulmuş Ayşən, 29.04.2012-ci il tarixdə doğulmuş Rufan, 10.11.2014-cü il tarixdə doğulmuş Aysun və 09.10.2015-ci il tarixdə doğulmuş Aygün adlı 4 nəfər azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir şəhər İcra Hakimiyyətiinin Mənzil Kommunal Təsrrüfatı Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yataqxana komendatlığına heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 31.12.1993-cü il tarixdə Ağdam rayonu uğrunda gedən döyüşlərdə həlak olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1981-ci il tarixdə X7 ilə X6 birgə nikahından doğulmuşdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 19.05.2011-ci il tarixli hökmü ilə AR CM-in 177.2.1,177.2.3 və 69.4cü maddələri ilə təqsirli bilinib 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş və cərimə cəzası ödənilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 01.11.2012–ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, 21.11.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin 08.04.2015– ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş və 17.07.2017ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin 15.02. 2018–ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş və 08.05.2020-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasını çəkmiş, lakin cərimə cəzası icra edilməmişdir. Ona görə də Şəki Apelyasiya Məhkəməsinin 15 aprel 2021–ci il tarixli 1(107)-140/2021 nömrəli qərarı ilə onun əməli cinayətlərin xüsusi təhlükəli residivi kimi qiymətləndiriilmişdir. Şəki Apelyasiya Məhkəməsinin qeyd olunan qərarı elan olunduğu andan qanuni qüvvəyə mindiyindən, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, Təqsirləndirilən şəxs əməli CM-in 18.3–cü maddəsinin tələbinə görə cinayətin xüsusi təhlükəli residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət prosessual Məcəlləsinin 65.6-cı maddəsinə əsasən birinci və apelyasiya instansiyası məhkəməsi üçün şəxsin əvvəllər məhkum edilməsinə və ya bəraət almasına dair qanuni qüvvəyə minmiş hökm şərtsiz məcburidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs narkotik vasitəqurudulmuş marixuananı əldə etməsini və daşımasını 10.12.2020-ci il tarixdə həyata keçirmiş və bu andan ona istinad olunan narkotik vasitənin əldə edilməsi və daşınması əməlləri başa çatmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli qərarına göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində xüsusilə təhlükəli residivə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və həmin cəza CM-in 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, Mingəçevir şəhər Məhkəməsinin 04.02. 2021–ci il tarixli hökmü və Şəki Apelyasiya Məhkəməsinin 15 aprel 2021–ci il tarixli qərarı ilə təyin edilmiş 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 400 manat cərimə cəzası ilə qismən toplamaqla və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə və cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2–ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilmiş, əvvəlki hökmlə təyin edilmiş, 4000 (dörd min) manat məbləğində cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.4–cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 iyul 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 27.07.2020–ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan əlavə Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 29.07.2020-ci il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddətinin əvvəli 27 iyul 2020-ci il tarixdən hesablanmışdır. Eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin 30.07.2020-ci il tarixli tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Eləcə də, Mingəçevir şəhər Məhkəməsinin 04.02. 2021–ci il tarixli hökmü və Şəki Apelyasiya Məhkəməsinin 15 aprel 2021–ci il tarixli qərarı ilə təyin edilmiş 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27.07.2020-ci il tarixdən hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM– in 93.1.4–cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından Təqsirləndirilən şəxs oğlu narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 40.439 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 71 manat 94 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 126 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən birinci hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 2 (iki) il 3(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Mingəçevir şəhər Məhkəməsinin 1(051)-24/2021 nömrəli 4.02.2021-ci il tarixli hökmü və Şəki Apelyasiya Məhkəməsinin 15 aprel 2021–ci il tarixli qərarı ilə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzası ilə qismən toplamaqla ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 iyul 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM–in 93.1.4–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 40,439 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71 manat (yetmiş bir) 94 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 126 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-66/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-66/2021
12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver