Məhkəmə qərarları › İş №1(051)-66/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-66/2023

25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-66/2023 25.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçisi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1970-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş azadlığın məhdudlaşdırlması cəzası 3 ay 11 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, cəzasıının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2n, barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin mart ayında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda gecə saat 02 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarının mehmanxanasının tualetinin nəfəsliyindən bazarın damına qalxaraq damda açıq vəziyyətdə olan pəncərədən bazara daxil olmuş, daha sonra bazarda olan digər mağazadan nərdivan vasitəsilə bazarın damı ilə Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi tikinti materialları mağazasına damdan pilləkənlə düşməklə mağazaya qanunsuz daxil olub, oradan hər topu 55 manata olmaqla 4 mm-lik 90 metr uzunluğunda 10 top 550 manat dəyərində “Ünal kablo” markalı, hər topu 42 manata olmaqla 2,5 mm-lik 90 metr uzunluğunda 8 top 336 manat dəyərində “Ünal kablo” markalı, 1 ədəd 10 mm.lik 90 metr uzunluğunda 90 manat dəyərində “Ünal kablo” markalı kabelləri, hər birinin qiyməti 4 manat 50 qəpik olmaqla 135 ədəd 607 manat 50 qəpik dəyərində “qaz vintili”, hər birinin qiyməti 20 ədəd 5 manat 50 qəpik olan 110 manat dəyərində böyük ölçülü “qaz vintili”, hər birinin qiyməti 40 manat olmaqla 2 ədəd 80 manat dəyərində “Saray” markalı elektrikli su tənzimləyici qurğu (elektrikli smestitel), hər birinin qiyməti 25 manat olmaqla 8 ədəd 200 manat dəyərində “Saray” markalı mətbəx üçün su tənzimləyici qurğu (mətbəx smestiteli), hər birinin qiyməti 35 manat olmaqla 6 ədəd 210 manat dəyərində “Sbrimiks” markalı hamam otağı üçün su tənzimləyici qurğu (duş smestiteli), hər birinin qiyməti 3 manat olmaqla 25 ədəd 151ik ölçüdə dəmir materialdan olan 75 manat dəyərində “yarım abarotlu vintel”, hər birinin qiyməti 5 manat olmaqla 15 ədəd 251ik ölçüdə dəmir materialdan olan 75 manat dəyərində “yarım abarotlu vintel”in olmaqla tikinti materiallarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2333,50 (iki min iki yüz otuz üç manat əlli qəpik) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarını 1997-ci il tarixdə atası tərəfindən tikdirilmişdir. 2012-ci ildə atası vəfat etdikdən sonra bazarı o, bacısı Şəfiqə və qardaşı Qurban idarə etmişlər. Lakin sonradan borclarının artması ilə əlaqədar olaraq maddi vəziyyətləri pisləşmişdir. Ona görə də borclarını ödəmək üçün o, əvvəllər də bir neçə dəfə özlərinə məxsus bazardan oğurluq etmiş və buna görə məhkum olunmuşdur. Təxminən 2022-ci ilin mart ayının əvvəllərində pulu olmadığına görə bazardan oğurluq etmək qərarına gəlmişdir. Lakin bazarda olan bir çox işçilər bazarda olan alverin zəif olmasına görə çıxdıqlarından o, məcbur olub bazarın köhnə işçilərindən olan tikinti materiallarının satışı ilə məşğul olan Azadın mağazasından oğurluq etmək qərarına gəlmişdir. Ona görə də gecə saat 02 radələrində əvvəlcə bazarın mehmanxanasının pəncərəsindən bazara daxil olmuş və daha sonra bazarda əvvəllər Qeysin icarəyə götürdüyü mağazasının aynasından mağazaya daxil olmuşdur. Həmin vaxt qeyd etdiyi mağaza boş olmuşdur. Sonra həmin mağazada olan nərdivan vasitəsilə damın aralığına çıxıb dəmirlərdən tutaraq hərəkət etməklə Azadın işlədiyi mağazanın damına keçmişdir. Sonra isə damdan düşən pilləkən vasitəsilə mağazaya daxil olmuşdur. Mağazadan tez satıla biləcək tikinti materiallarının olub- olmamasına diqqət etmişdir. Həmin vaxt kabellər diqqətini çəkmişdir. Kabellərin bir hissəsi stolların altına gizlədilmiş olduğundan onların oğurlanmasının nisbtən gec müəyyən olunacağını güman edərək oradan təqribən 6-7 top kiçik ölçülü kabel götürmüş, sonra isə əlavə olaraq, 3 ədəd də smistitel götürmüşdür. Həmçinin təxminən 20 ədəd dəmir şalnk götürmüşdür. Həmçinin bir neçə ədəd də qaz vintili götürmüş, lakin ağır olduğundan onları aparmamış və yerinə atmışdır. Oradan gəldiyi kimi də çıxmışdır. Oğurladıqlarını da aparıb əvvəlcə mehmanxanaya yığmışdır. Sonra heç kim orada olan oğurluq əşyaları görməsin deyə əşyaları Mingəçevir şəhəri, Vidadi küçəsində yerləşən mənzilə aparıb eyvana qoymuş, özü isə çıxıb mehmanxanaya getmişdir. Səhəri gün isə taksi vasitəsilə oğurladığı kabelləri və digər əşyaları götürüb Qəbələ rayonu Nij kəndində bazarda satmaq üçün getmiş və orada onları dəyərdəyməzə, yəni kabelin topunu 20 manata, şlankların da hamısını birlikdə 20 manata satmışdır. Lakin smistitelləri özü ilə aparmamış evdə saxlamışdır. Əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Əldə etdiyi oğurluq smistitellər yaşadığı mənzilin eyvanında olduğundan onları təqdim etmişdir.Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs işlədiyi mağazaya daxil olan zaman orada başqa heç kim olmadığını və həmin mağazaya oğurluq etmək məqsədilə daxil olması barədə heç kimə məlumat vermədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində işlətdiyi mağazadan 10 top hər topu 55 manata olmaqla 550 manat dəyərində 4 mm-lik 90 metr uzunluğunda “Ünal kablo” markalı, 8 top hər topu 42 manata olmaqla 336 manat dəyərində 2,5 mm-lik 90 metr uzunluğunda “Ünal kablo” markalı, 1 ədəd l0mm.lik 90 metr uzunluğunda 90 manat dəyərində “Ünal kablo” markalı kabellərin, 135 ədəd 1 ədədinin qiyməti 4 manat 50 qəpik olmaqla 607 manat 50 qəpik dəyərində qaz “vintili”, 20 ədəd 1 ədədinin qiyməti 5 manat 50 qəpik olan 110 manat dəyərində böyük ölçülü qaz vintilin, 1 ədədinin qiyməti 40 manat olmaqla 2 ədəd 80 manat dəyərində “elektrikli smistitel”, 8 ədəd 1 ədədinin qiyməti 25 manat olmaqla 200 manat dəyərində “mətbəx smistiteli”, 6 ədəd 1 ədədinin qiyməti 35 manat olmaqla 210 manat dəyərində hamam üçün duş smistiteli, 25 ədəd 151ik ölçüdə 1 ədədinin qiyməti 3 manat olmaqla 75 manat dəyərində “yarım abarotlu vintel”, 15 ədəd 251ik ölçüdə 1 ədədinin qiyməti 5 manat olmaqla 75 manat dəyərində “yarım abarotlu vintel”in oğurlanmasını bildirməsi ilə bağlı olaraq əvvəlcə yalnız qeyd etdiyi əşyaları oğurlayaraq satdığını bildirsə də, keçirlmiş üzləşdirmə istintaq hərəkəti zamanı qeyd olunan əşyaları oğurladığını bildirmişdir. Əməlindən peşmandır. Hadisə nəticəsində zərər çəkmişə dəymiş bütün zərərin əvəzi ödənilmişdir. Buna görə də qeyd olunanları nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 15-20 ildir ki, Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Orxan” bazarında tikinti materiallarının satışı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində mağazanın içərisini təmizləyən zaman rəflərin altında kabelləri topladığı yerdə kabellərin yerində olmadığını görmüşdür. Daha sonra orada olan kabellərin hər birinə baxan zaman 10 top hər topu 55 manata olmaqla 550 manat dəyərində 4 mm-lik 90 metr uzunluğunda “Ünal kablo” markalı kebelin və 8 top hər topu 42 manata olmaqla 336 manat dəyərində 2,5 mm-lik 90 metr uzunluğunda “Ünal kablo” markalı kebelin və 1 ədəd lOmm.lik 90 metr uzunluğunda 90 manat dəyərində “Ünal kablo” kabelin oğurlanmasını bilmişdir. Daha sonra mağazanın içərisində “vintilləri” yığdığı yerə baxmışdır. Oradan 135 ədəd 1 ədədinin qiyməti 4 manat 50 qəpik olmaqla 607 manat 50 qəpik dəyərində qaz “vintili”, 20 ədəd isə 1 ədədinin qiyməti 5 manat 50 qəpik olan 110 manat dəyərində böyük ölçülü qaz vintilinin oğurlanmasını aşkar etmişdir. Daha sonra 1 ədədinin qiyməti 40 manat olmaqla 2 ədəd 80 manat dəyərində “elektrikli smistitel”, 8 ədəd 1 ədədinin qiyməti 25 manat olmaqla 200 manat dəyərində “mətbəx smistiteli”, 6 ədəd 1 ədədinin qiyməti 35 manat olmaqla 210 manat dəyərində hamam üçün duş smistiteli, 25 ədəd 151ik ölçüdə 1 ədədinin qiyməti 3 manat olmaqla 75 manat dəyərində “yarım abarotlu vintel”, 15 ədəd 251ik ölçüdə 1 ədədinin qiyməti 5 manat olmaqla 75 manat dəyərində “yarım abarotlu vintel”in oğurlanmsmı aşkar etmişdir. Ümumilikdə baş vermiş oğurluq nəticəsində ona 2333 manat 50 qəpik dəyərində maddi ziyan dəymişdir. Mağazada kamera olsa da, bazarının işıqları çox zaman yanmadığından kameralara baxan zaman oradan heç bir əhəmiyyətli məlumat əldə edə bilməmişdir. Bazarın dam örtüyündən mağazanın içərisinə pilləkən vardır və həmin pilləkənlə mağazaya enməyin mümkün olduğunu bildirmişdir. Çox güman ki, mağazaya həmin yerdən daxil olunaraq oğurluq edildiyini, ona görə də baş vermiş oğurluğun dəqiq hansı zamanda edilməsi ilə bağlı xəbərinin olmadığını, eyni zamanda mağazada dağınıqlıq da olmadığından oğurluğun fərqinə varmadıqlarını bildirmişdir. Həm də oğurlanmış materiallar daha çox arxa hissələrdə olduğundan onların oğurlanmasına fikir verməmişlər. Verilən suallara cavab olaraq baş vermiş hadisə ilə əlaqədar olaraq bazarın sahibi Təqsirləndirilən şəxs şübhələndiyini bildirmişdir. Belə ki, o baş vermiş hadisə haqqında İsmayılın bacısı Şəfiqəyə məlumat vermiş, Şəfiqə həmin yerə gəlmiş və yoluna qoyacaqlarını demişdir. Sonradan isə Şəfiqə onun zənglərinə cavab verməmişdir. Həmçinin qeyd etdiyi İsmayıl adlı şəxs özü həmin bazardan dəfələrlə oğurluq etmişdir. Həmçinin o mağazadan 4 mm-lik 90 metr uzunluğunda, 10 top “Ünal kablo” markalı, 2,5 mm-lik 90 metr uzunluğunda 8 top “Ünal kablo” markalı, 1 top 10 mm.lik 90 metr uzunluğunda “Ünal kablo” markalı kabelləri, 135 ədəd dəmir materialdan olan qaz “vintili”, 20 ədəd dəmir materialdan olan böyük ölçülü qaz vintili, 2 ədəd “Saray” markalı “elektrikli smistitel”, 8 ədəd “Saray” markalı “mətbəx smistiteli”, 6 ədəd hamam üçün “Sbrimiks” markalı duş smistiteli, 25 ədəd 15lik ölçüdə dəmir materialdan olan “yarım abarotlu vintel”, 15 ədəd 25lik ölçüdə dəmir materialdan olan “yarım abarotlu vintel” olmaqla tikinti materiallarının oğurlandığını bildirmişdir. Buna baxmayaraq təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə də onun barəsində yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-nm baş ə/m-li vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Rəsulov X4 ŞPŞ-nə ərizə ilə müraciət edərək, naməlum şəxs və ya şəxslərin onun Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarında icarə əsasında tikinti materiallarının satışını həyata keçirdiyi mağazadan 2333 manat 50 qəpik (iki min üç yüz otuz üç manat əlli qəpik) dəyərində tikinti materiallarının və elektrik naqillərinin oğurlamasını bildirmişdir. Daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlinin xx.xx.1970-ci ildə Mingəçevir şəhərində anadan olmuş, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş ünvan 1-də qeydiyyatda olan Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi mağazadan oğurladığı tikinti materiallarının bir hissəsi onun yaşadığı evdə aşkar olunaraq götürülmüş, həmin tikinti əşyalaramm qalan hissəsini isə müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclası zamanı elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha öz ifadəsində təsdiq etmişdir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarında icarə əsasında işlətdiyi tikinti materialları mağazasından müxtəlif tikinti materailları və elektrik kabelləri oğurlanmışdır. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixdə baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilən zaman mənzilin təmirsiz vəziyyətdə olan və anbar kimi istifadə olunan otağından 1 ədəd mətbəx üçün və 2 ədəd hamam otağı üçün olmaqla ümumilikdə 3 ədəd smistitel aşkar olunaraq götürülmüşdür. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli tanınmaya təqdim etmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş 4 ədəd smistitellərin arasından xarici görünüşünə görə ona məxsus mağazadan oğurlamış smistiteli tanımışdır. Cinayət işi materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 fevral 2023cü il tarixli 9/612 saylı rəyinə əsasən, ekspertiza təyini haqqında qərarda göstərilən 5 adda malların 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1126,0 manat müəyyən olunur. Qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli 37 saylı mütəxəssis rəyinə əsasən, cinayət işi üzrə oğurlanmış əmlakların 2022-ci ilin mart ayında orta bazar dəyəri aşağıdakı şəkildə müəyyən edilmişdir: 135 ədəd qaz “vintili” 1 ədədinin qiyməti 4 manat 50 qəpik olmaqla 607 manat 50 qəpik dəyərində; 20 ədəd böyük ölçülü qaz vintili 1 ədədinin qiyməti 5 manat 50 qəpik olmaqla 110 manat dəyərində; 2 ədəd “elektrikli smistitel” 1 ədədinin qiyməti 40 manat olmaqla 80 manat dəyərində; 8 ədəd “mətbəx smistiteli” 1 ədədinin qiyməti 25 manat olmaqla 200 manat dəyərində; 6 ədəd hamam üçün duş smistiteli 1 ədədinin qiyməti 35 manat olmaqla 210 manat dəyərində qiymətləndirilir. Cəmi: ümumi məbləğ 1207,5 (min iki yüz yeddi manat əlli qəpik) manat. Cinayət işi materiallarında olan məhkumluğa dair Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən, Həmidov X2 şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş azadlığın məhdudlaşdırlması cəzası 3 ay 11 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmiş şəxsdir. Cinayət işi materiallarında olan maddi sübut kimi tanımaq haqqında 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş oğurluq yolu ilə ələ keçirdiyi 1 ədəd mətbəx üçün, 2 ədəd hamam otağı üçün smititellər cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Qeyd edilən maddi sübut saxlanılması üçün mülkiyyəti Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin mart ayında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda gecə saat 02 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarının mehmanxanasının tualetinin nəfəsliyindən bazarın damma qalxaraq damda açıq vəziyyətdə olan pəncərədən bazara daxil olmuş, daha sonra bazarda olan digər mağazadan nərdivan vasitəsilə bazarın damı ilə Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi tikinti materialları mağazasına damdan pilləkənlə düşməklə mağazaya qanunsuz daxil olub, oradan hər topu 55 manata olmaqla 4 mm-lik 90 metr uzunluğunda 10 top 550 manat dəyərində “Ünal kablo” markalı, hər topu 42 manata olmaqla 2,5 mm-lik 90 metr uzunluğunda 8 top 336 manat dəyərində “Ünal kablo” markalı, 1 ədəd 10 mm.lik 90 metr uzunluğunda 90 manat dəyərində “Ünal kablo” markalı kabelləri, hər birinin qiyməti 4 manat 50 qəpik olmaqla 135 ədəd 607 manat 50 qəpik dəyərində “qaz vintili”, hər birinin qiyməti 20 ədəd 5 manat 50 qəpik olan 110 manat dəyərində böyük ölçülü “qaz vintili”, hər birinin qiyməti 40 manat olmaqla 2 ədəd 80 manat dəyərində “Saray” markalı elektrikli su tənzimləyici qurğu (elektrikli smestitel), hər birinin qiyməti 25 manat olmaqla 8 ədəd 200 manat dəyərində “Saray” markalı mətbəx üçün su tənzimləyici qurğu (mətbəx smestiteli), hər birinin qiyməti 35 manat olmaqla 6 ədəd 210 manat dəyərində “Sbrimiks” markalı hamam otağı üçün su tənzimləyici qurğu (duş smestiteli), hər birinin qiyməti 3 manat olmaqla 25 ədəd 151ik ölçüdə dəmir materialdan olan 75 manat dəyərində “yarım abarotlu vintel”, hər birinin qiyməti 5 manat olmaqla 15 ədəd 251ik ölçüdə dəmir materialdan olan 75 manat dəyərində “yarım abarotlu vintel”in olmaqla tikinti materiallarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2333,50 (iki min iki yüz otuz üç manat əlli qəpik) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsə cəza təyin edilməsini aradan qaldıran hal müəyyən olunmamışdır. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Cinayət işinə əlavə edilmiş 3 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 3 saylı MİS-in ərazisində yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs ünvanına heç bir şikayət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam həcmdə ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən və onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, cəmiyyət arasında müsbət xarakterizə olunmasını və törətdiyi əməldən peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına, belə ki, məhkumluğu ödənilmədən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 25 iyul 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd mətbəx üçün və 2 ədəd hamam otağı üçün olmaqla 3 ədəd smistitelin iş üzrə zərərçəkmiş şəxsə verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclası zalından dərhal həbs edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə 50 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 150 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclası zalından dərhal həbs edilsin. Cəzasının əvvəli 25 iyul 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan 1 ədəd mətbəx üçün və 2 ədəd hamam otağı üçün olmaqla 3 ədəd smistitelin iş üzrə zərərçəkmiş şəxsə verilməsi nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülsün. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar