Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-67/2020 03.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, Şəki Şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Mingəçevir şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanının nümayəndəsi Qanuni nümayəndə və Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs- xx xxxxxxxx 2003-cü ildə Yevlax rayonu Hürüuşağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 17 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində xx xxxxx 2020-ci iltarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə saat 00 radələrində sərxoş vəziyyətdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “H.Əliyev” adına parkda yeni il münasibəti ilə quraşdırılmış küknar (yolka) ağacının ətrafında yeni il münasibəti ilə keçiriləcək atəşfəşanlığa baxmaq məqsədi ilə dayanıb gözləyərkən həmin zaman eyni məqsədlə onun yaxınlığında olan yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və Şahid1 ayağının altına istintaqa məlum olmayan şəxsin pirotexniki partlayıcı maddə atdığıüçün Zərərçəkmiş şəxs həmin şəxsə nalayiq ifadə işlətdiyini Zərərçəkmiş şəxs irad tutduqdan sonra Zərərçəkmiş şəxs ondan üzr istəməsinə əhəmiyyət verməyərək özünü Zərərçəkmiş şəxs və Şahid1 fövqündə qoymaqla cəmiyyətdə digər vətəndaşlar üzərindəüstünlüyünü nümayiş etdirmək məqsədilə Zərərçəkmiş şəxs yaxınlaşıb ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs sinəsindən təpiklə vurub yerə yıxdıqdan sonra əlində olan silah qismində istifadə etdiyi kustar üsulla hazırlanmış deşici kəsici xassəyə malik turist bıçağı ilə Zərərçəkmiş şəxs sol kürək vəsağ said nahiyyəsindən vurub ona sol kürək vəsağ said nahiyyəsində yara, kəsici alətin təsirindən əmələ gəlməyə xarakterik və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətləri yetirərək zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərlə xüsusilə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə baxışı iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrəözünü təqsirli bilərək ifadəsində göstərdi ki, atası X6 cinayət törətdiyi üçün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Anası X3 isə atasından ayrılmışdır. Hazırda Yevlax rayonu Hürüuşağı kəndində yaşayır. Onunlada münasibətləri pisdir. xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Mingəçevir şəhər ərazisində yerləşən kafelərdən birində yeyib içdikdən sonra yeni il atəşfəşanlığına baxmaq üçün şəhrin H.Əliyev prospektində yerləşən “H.Əliyev” adına olan parkda yeni il münasibəti ilə qurlaşdırılaraq bəzədilmiş küknar (yolka) ağacının ətrafına gedib, hamı kimi orada dayanıb 2019-cu ilin öz yerini 2020-ci ilə verməsini gözləmişdir. Həmin vaxt küknar ağacının ətrafında xeyli sayda insanlarda olmuşdur. Onun dayandığı yerdən təxminən 10 metr kənarda dayanmış 2 nəfər tanımadığışəxsin öz aralarında söyüşlə zarafat etdiklərini görüb, həmin şəxslərə yaxınlaşıb ətrafda xeyli sayda adamların olmasını və söyüş söyməmələrini xahiş etmişdir. Bu zaman adını sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs ona tutduğu irada əhəmiyyət verməyərək, yenidən nalayiq ifadələr işlətməyə davam etmişdir. O da Zərərçəkmiş şəxs yaxınlaşıb, qəsdən təpiklə onun sinə nahiyyəsinə zərbə vurmuş, Zərərçəkmiş şəxs zərbənin təsirindən müvazinətini itirərək yerə yıxılmışdır. Kənanın yerə yıxıldığını görən dostu Şahid1 Kənanı yerdən qaldıran zaman o, cibində olan açılıb qatlanan bıçağı çaxararaq, həmin bıçaqla qəsdən bir dəfə Kənanın kürək nahiyyəsinə, bir dəfə də sağ bilək nahiyyəsinə zərbə vuraraq Kənana xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdikdən əlində olan bıçağı qatlayaraq cibimə qoyub oradan uzaqlaşmış və hadisə ilə bağlı heç kəsə məlumat verməmişdir. Sonradan polis əməkdaşları onu şəhər ərazisində görüb baş vermiş hadisədəşübhəli olduğum üçün şəhər polis şöbəsinə gətirmişlər, o da törətdiyi əməli etiraf etmişdir.Həmçinin o, ifadəsində göstərmişdir ki,Zərərçəkmiş şəxs və ya Şahid1 oğlunu əvvəllər tanımamış, onlarla aralarında hər hansıədavət və ya düşmənçilik olmamış, hadisə baş verərkən Kənana nalayiq söz işlətdiyi üçün irad bilıdirdikdən sonra Kənan da öz hərəkətlərinə davam etdiyi üçün Kənana yaxınlaşıb təpiklə sinəsindən vurub yerə yıxmış, sonra Kənan ayağa qalxıb üzərinə gəlmək istəyərkən ona xəsarət yetirəcəyindən qorxub Kənana bıçaqla xəsarət yetirmi, Kənana əlavə xəsarət yetirmək üçün imkanı olsa da belə niyyəti olmamış, nə Elvin nədəki Kənan onun özünə qarşı hər hansı nalayiq sözlər işlətməmiş eləcə də onun ünvanıma qarşı mübahisəyə səbəb ola biləcək hər hansı hərəkət etməmişlər, hadisə zamanı o, tək olmuş, Zərərçəkmiş şəxs isə yanında dostu adını soradan öyrəndiyi Şahid1 olmuş eləcə də ətrafda xeyli sayda da tanımadığı adamlar olmuş Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən Kənanın dostu Elvin də onun yanında olmuşətrafda da xeyli adamlar olmuş, həmin şəxslərin onun Kənana qarşı etdiyi zorakı hərəkətlərini görməsini başa düşmüş, aralarında olan mübahisə təxminən 10 dəqiqə davam etmiş, mübahisə zamanı nə Zərərçəkmiş şəxs, nə də onun dostu Şahid1 ona qarşı xəsarət yetirməmişlər. Zərərçəkmiş şəxs ilə barışmışlar. Əməlindən peşimandır. Zərəçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “H.Əliyev” adına olan parkda qurlaşdırılmış küknar ağacının yaxınlığında əvvəllər tanımadığı lakin, sonradan adının Təqsirləndirilən şəxs əlində olan bıçaqla qəsdən vuraraq ona xəsarət yetirmişdir. Beləki, xx.xx.2019-cu il tarixdə saat 23 radələrində dostları iləşəhərin Kür çayının sahilində yerləşən “Liman” kafesində yemək yeyib spirtli içki qəbul etdikdən sonra onlardan ayrılıb şəhərin H.Əliyev adına olan parkda bayram şənliyi üçün bəzədilmiş küknar ağacının ətrafına gəlmiş, həmin vaxt orada xeyli sayda adam olmuşdur. Belə ki, şəhər sakinləri yeni il bayramını qeyd etmişlər. Orada gəzərkən təsadüfən dostu Şahid1la rastlaşmışdır. Elvinlə yeni il gecəsini birlikdə keçirmək və atəşfəşanlığı birlikdə izləmək qərarına gəlmişlər. Dostu Elvinlə birlikdə aldıqları pirotexniki maddələri yandırıb partlamasıüçün küknar ağacının ətrafına atmışlar. Həmin zaman orada bayramı qeyd edən əksər şəxslər də pirotexniki maddəni yandırıb ətrafa atmışlar. Ətrafda olan şəxslərdən biri Elvinin ayağının altına pirotexniki maddə yandırıb ataraq oradan aralaşmışdır. O da sərxoş olduğu üçün həmin şəxsin ünvanına nalayiq sözlər işlətmişdir. Bu zaman onlardan 10 metr aralıda dayanmışəvvəllər tanımadığı lakin, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona ucadan danışdığına irad bildirmişdir. O da Namiqdən üzr istəyərək yanında olan dostu Elvinlə söhbət etməyə davam etmişlər. Qəflətən Namiq ona yaxınlaşıb gözlənilmədən sinəsindən təpiklə vurmuş, o da zərbənin təsirindən müvazinətini itirib yerə yıxılmışdır. Ayağa qalxıb Namiqin üzərinə getmək istəyərkən Namiq cibindən bıçağıçıxardıb həmin bıçaqla qəsdən bir dəfə sol kürək nahiyyəsinə, sonra isə sağ bilək nahiyyəsindən vurub ona xəsarət yetirmişdir. Dostu Şahid1 Namiqin ona xəsarət yetirdiyini görüb oradan onu aralaşdıraraq yaxınlıqda dayanmış taksi fəaliyyəti göstərən avtomobilə əyləşdirib Mingəçevir şəhər Mərkəzi xəstəxanasına aparmışdır. Daha sonra Elvin zəng edərək atasına hadisə barədə məlumat vermişdir. Atası xəstəxanaya gəldikdən sonra narahat olmasın deyə atasına yıxılaraq xəsarət aldığını bildirmiş, lakin, sonradan maraqlanıb ona xəsarət yetirən şəxsin adının Təqsirləndirilən şəxs olduğunu öyrənmiş və polis şöbəsinə gedərək Təqsirləndirilən şəxs barəsindəşikayət ərizəsi ilə müraciət etmişdir. Həmçinin o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansıədavət və ya düşmənçilik olmamış, mübahisə baş verənədək Təqsirləndirilən şəxs qarşı hər hansı nalayiq sözlər işlətməmiş, eləcə də ona qarşı mübahisəyə səbəb ola biləcək hər hansı hərəkət etməmiş, xx.xx.2019-cu il saat 00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “H.Əliyev” adına olan parkda yeni il münasibəti ilə qurulmuş küknar ağacının ətrafında şəhər sakinləri kimi dostu Elvinlə birlikdə olan zaman bir nəfər tanımadığışəxs partlamasıüçün onların yaxınlığına pirotexniki maddə yandırıb ataraq oradan uzaqlaşdığıüçün o da həmin şəxsin ünvanına nalayiq sözlər işlətmiş, həmin zaman ondan bir qədər kənarda dayanmış Təqsirləndirilən şəxs nalayiq söz işlətməyini ona irad tutduğu üçün Namiqdən üzr istəməsinə baxmayaraq Namiq onun üzərinə gedərək nalayiq sözlər işlədərək təpiklə sinəsindən cibindən bıçağıçıxardıb həmin bıçaqla qəsdən bir dəfə sol kürək nahiyyəsinə və sağ bilək nahiyyəsinə vurmuş, həmin zaman ətrafda digər şəxslərin olmasına baxmayaraq həmin şəxslər ona qarşı hər hansı irad bildirməmiş Namiqin onu söyüb təhqir etməsinin və xəsarət yetirməsinin hər hansı səbəbi olmamış, Təqsirləndirilən şəxs ona qarşı etdiyi zorakı hərəkətləri ətrafda olan şəxslər eləcə də dostu Şahid1 görmüş, lakin, Namiq ətrafda olan şəxslərə və ya Elvinə fikir vermədən onu söyüb təhqir edərək bıçaqla xəsarət yetirmiş, mübahisə zamanı nə Elvin nədə ki, o, Namiqə hər hansı xəsarət yetirməmiş, aralarında olan mübahisə təxminən 10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dostudur. xx.xx.2019-cu il tarixdə saat 23 radələrində o, Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “H.Əliyev” adına olan parkda bəzədilmiş küknar (yolka) ağacının ətrafında olan zaman dostu Kənana zəng edib orada olmağını və Kənanı da ora dəvət etmişdir. Tez bir zamanda Kənan onun yanına gəlmiş və birlikdə bəzədilmiş küknar ağacının ətrafında hamı kimi dayanıb yeni il atəşfəşanlığını gözləməyə başlamışlar. Orada ətrafda olan digər şəxslər pirotexniki maddələri yandırıb partlamasıüçün kənara atmışlar. Bu zaman bir nəfər tanımadığışəxs pirotexniki maddəni yandırıb partlamasıüçün onların ayaqlarının altına atıb oradan qaçaraq uzaqlaşmışdır. Kənan da həmin şəxsin ünvanına nalayiq söz işlətmişdir. Buna görə də, yaxınlıqda dayanmış Təqsirləndirilən şəxs dostu Kənana söydüyü söyüşlə bağlıöz iradını bildirmiş, Kənan isə nalayiq söz işlətdiyi üçün ona irad bildirən Təqsirləndirilən şəxs üzr istəmişdir. Bu zaman qəflətən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşaraq gözlənilmədən Kənana qarşı nalayiq sözlər işlədərək təpiklə sinə nahiyyəsinə zərbə vurmuş, Kənan isə zərbənin təsirindən müvazinətini itirib yerə yıxılmışdır. Kənan yıxıldığı yerdən qalxmaq istəyərkən Təqsirləndirilən şəxs cibindən açılıb-qatlanan bıçaq cıxararaq qəsdən onun sol kürək və sağ bilək nahiyyəsinə zərbə vurmuşdur. O da Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirdiyini görən kimi onları ayırıb Kənanı oradan uzaqlaşdırıb birgəşəhərin M.Maqomayev küçəsinə gedərək orada dayanmış taksi fəaliyyəti göstərən avtomobilə əyləşərək Kənanışəhər mərkəzi xəstəxanasına aparmışdır. Həmçinin o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxsla aralarında hər hansıədavət və ya düşmənçilik olmamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yeirməsinə hə hansıəsaslı səbəb olmamış, mübahisə baş verənədək nə o, nədə ki, Kənan Təqsirləndirilən şəxs qarşı hər hansı nalayiq sözlər işlətməmiş, eləcə də Namiqə ona qarşı mübahisəyə səbəb ola biləcək hər hansı hərəkət etməmişlər, küknar ağacının ətrafında olarkən bir nəfər tanımadığışəxs partlaması onların yaxınlığına pirotexniki maddə yandırıb atdığıüçün Kənan da həmin şəxsin ünvanına nalayiq söz işlətmiş, bu zaman bizdən bir qədər kənarda dayanmış Təqsirləndirilən şəxs nalayiq söz işlətməyini Kənana irad tutduğu üçün Kənan da Namiqdən bu hərəkətinə görəüzr istəsədə Namiq Kənanın üzərimə gələrək ona qarşı nalayiq sözlər işlədərək təpiklə sinəsində vurmuş, Kənan zərbənin təsirindən müvazinətimi itirib yerə yıxılmış, ayağa qalxmaq istəyərkən Namiq cibindən bıçağıçıxardıb həmin bıçaqla Kənanın qəsdən bir dəfə sol kürək nahiyyəsinə, sonra isə sağ bilək nahiyyəsindən vurmuş, ətrafda digər şəxslər olasa da Kənanın işlətdiyi sözlər digər şəxslərə və yaxud ünvanladığı adam Kənana hər hansı irad bildirməmişlər, hadisə zamanı Təqsirləndirilən şəxs Kənana qarşı etdiklərini ətrafda olan şəxslər eləcə də o, görmüş lakin Namiq ətrafda olan şəxslərə və ya ona fikir vermədən Kənanı heç bir əsaslı səbəb olmadan söyüb təhqir edərək bıçaqla xəsarət yetirmiş, onların arasında olan mübahisə təxminən 10 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin X1 X5 Qrupunun baş inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Beləki xidməti vəzifəsi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi sürməyi barədə məlumatı olmuşdur. Namiqin atası X6 cinayətə meyilli şəxsdir. Hazırda da cinayət məsuliyyətinə cəlb olunaraq cəzaçəkmə müəssisəsində cəza çəkir. Anası X3 isə atasından ayrılıb. Hazırda Yevlax rayonu Hürüuşağı kəndində yaşayır. Namiq tüfeyli həyat tərzi sürdüyüüçün anası Elnarə ilə də münasibəti normal deyil. Hazırda Təqsirləndirilən şəxs tək yaşayır. Təqsirləndirilən şəxs çətin tərbiyyə olunduğu və tüfeyli həyat tərzi sürdüyüüçün xx xxxxxx 2017-ci il tarixdən Mingəçevir şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin X1 X5 Qrupunda qeydiyyata götürülərək barəsində fərdi profilaktiki iş açılmışdır. Təqsirləndirilən şəxsla dəfələrlə profilaktiki söhbətlər aparılmasına baxmayaraq tərbiyyə olunmağa əvvəllər meyl göstərməmişdir. Hadisə ilə bağlı göstərmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə Mingəçevir şəhər H.Əliyev prospektində yerləşən “H.Əliyev” adına olan parkda Səmədov X4 Kənan Yasən oğlu ilə mübahisə edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxsüzərində olan bıçaqla xəsarət yetirmişdir. İşin 27-ci vərəqində olan məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 10 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sol kürək və sağ said nahiyyəsində yara kəsici-deşici əşyanın (alətin) təsirindən əmələ gələ bilərdi yetirilmə müddəti qərarda göstərilən xx.xx.2019-cu il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül dərəcəli zərər vurmaya aiddir. İşin 46-47-ci vərəqlərində olan məhkəmə ballistik ekspertizasının xx xxxxxx 2020ci il tarixli 47 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış deşici-kəsici xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə saat 00 radələrində sərxoş vəziyyətdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “H.Əliyev” adına parkda yeni il münasibəti ilə quraşdırılmış küknar (yolka) ağacının ətrafında yeni il münasibəti ilə keçiriləcək atəşfəşanlığa baxmaq məqsədi ilə dayanıb gözləyərkən həmin zaman eyni məqsədlə onun yaxınlığında olan yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və Şahid1 ayağının altına istintaqa məlum olmayan şəxsin pirotexniki partlayıcı maddə atdığıüçün Zərərçəkmiş şəxs həmin şəxsə nalayiq ifadə işlətdiyini Zərərçəkmiş şəxs irad tutduqdan sonra Zərərçəkmiş şəxs ondan üzr istəməsinə əhəmiyyət verməyərək özünü Zərərçəkmiş şəxs və Şahid1 fövqündə qoymaqla cəmiyyətdə digər vətəndaşlar üzərindəüstünlüyünü nümayiş etdirmək məqsədilə Zərərçəkmiş şəxs yaxınlaşıb ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs sinəsindən təpiklə vurub yerə yıxdıqdan sonra əlində olan silah qismində istifadə etdiyi kustar üsulla hazırlanmış deşici kəsici xassəyə malik turist bıçağı ilə Zərərçəkmiş şəxs sol kürək vəsağ said nahiyyəsindən vurub ona sol kürək vəsağ said nahiyyəsində yara, kəsici alətin təsirindən əmələ gəlməyə xarakterik və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətləri yetirərək zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərlə xüsusilə qərəzli xuliqanlıq etmişdir . Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsun həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 48-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmaması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanıçəkmədən də islah olunması mümkündür. Ona görə də, məhkəmə hesab edir ki, onun yaşını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cəzanı yüngülləşdirən digər hallar nəzərə alınaraq Təqsirləndirilən şəxsun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməsi, sınaq müddəti müəyyən edilməklə, onun təyin edilmiş cəzaya şərti məhkum edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən işüzrə 51,06 (əlli bir manat 06 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq, dövlət büdcəsinə keçirilməlidir. İşüzrə maddi sübut olub Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq məhv edilməlidir. İşüzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CPM-nin 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən mülki qaydada iddia vermək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək, təyin edilmiş 2 (iki) il azadlıqdan məhrum etmə cəzasışərti hesab edilsin və ona 1 (bir) il, 6 (altı) ay sınaq müddəti təyin edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Davranışı üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşılırsın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə 51,06 (əlli bir manat 06 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq məhv edilsin. Zərərçəkmiş şəxs mülki qaydada iddia vermək hüququ izah olunsun. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan X2 filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülməlidir. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi iləŞəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №1(051)-67/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-67/2020
03.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver