Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-67/2021 07.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs xx.xx.1963-cü ildə Yevlax rayonunun Tanrıqulular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, «MTE və PA Birliyi» publik hüquqi şəxsin Mingəçevir şəhər şöbəsinin laborantı vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs dünya ölkələri arasında, o cümlədən Azərbaycan Respublikası ərazisində yayılmış yeni növ «Koronavirus COVİD-19» infeksiyasma yoluxmasının müəyyən edilməsi ilə əlaqədar olaraq 18.11.2020-ci il tarixdə verdiyi laboratoriya müayinələri nəticəsində koronavirus infeksiyasma yoluxma faktının təsdiq edilməsi barədə 20.11.2020- ci il tarixdə olduğu yerdə təcrid olunma haqqında məlumat aldıqdan sonra yaşadığı ünvan 1 ünvanında karan tinə alınmasına və Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları»nm 4.5.5 və 4-1-ci maddələrinin tələbinə əsasən 14 gün müddətinə yaşadığı mənzili tərk etməməli olduğu halda 22.11.2020-ci il tarixdə saat 13 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı mənzili tərk edərək yaşadığı binanın yaxınlığında yerləşən aptekə getməklə özündə aşkar olunan yeni növ «Koronavirus COVİD-19» infeksiyasmm qonşuların, aptekdə işləyən əczaçılarm və digər şəxslərin arasında yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 2020-ci ilin noyabr ayının əvvəllərində özünü narahat hissə etdiyindən öz təşəbbüsü ilə bir dəfə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına müraciət edərək “Covid-19” infeksiyasma yoluxub-yoluxmamağı ilə bağlı test, yəni (yaxma) vermiş, həmin testin cavab «neqativ» çıxmışdır. İkinci dəfə Xəstəxananın baş həkimi Nurcamal Məmmədova “Covid-19” infeksiyasma yoluxduğundan o, yenidən 18.11.2020-ci il tarixdə öz təşəbbüsü ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında “Covid-19” infeksiyasma yoluxub- yoluxmamağı ilə bağlı təkrarən test, yəni (yaxma) vermişdir. Xəstəxanada cavabı SMS vasitəsi ilə almaq üçün istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsini test(yaxma) götürən tibb işçilərinə vermiş, testin nəticəsi barədə soruşsa da, nəticə bəlli olan kimi SMS vasitəsi ilə məlumat veriləcəyi bildirilmişdir. 21 noyabr 2020ci il tarixdə istifadəsində olan mobil telefon nömrəsinə “Covid-19” infeksiyasma yoluxmağı ilə bağlı SMS gəlmiş, SMS-in mətni ilə 21 noyabr 2021-ci il tarixdə təxminən 22 radələrində tanış olmuşdu. Həmin gecəni yaşadığı evdə keçirmiş, səhəri gün sahə həkimi Şahid1 mobil telefonla zəng edərək onun yuxarıda qeyd olunan infeksiyaya yoluxmağı barədə məlumatlandıraraq infeksiyanın müalicəsi ilə əlaqədar olaraq alınmalı olan dərman preparatlarının siyahısını vermişdir. Lakin yaşadığı evdə özündən başqa kimsə olmadığı üçün 22.11.2021-ci il tarixdə saat 13 radələrində həyətə düşərək yaşadığı binadan 10-15 metr aralıda yerləşən aptekə getdi. Oraya gedərkən, həmçinin, aptekdə olarkən tibbi maskadan istifadə etmişdir. Həmin aptekdən həkimin tövsiyyə etdiyi dərman preparatlarını alıb mənzilinə geri qayıdarkən küçədə polis əməkdaşları onu saxladılar. Adını və soyadını soruşub şəxsiyyətini müəyyən etdikdən sonra «COVİD 19» infeksiyasma yoluxmağını, bu səbəbdən də evdə qalıb özünü təcrid etməli olmağını nəzərinə çatdırdılar. O polis əməkdaşlarına evdə tək olmağını və həkiminin tövsiyyəsinə uyğun olan dərman perpartlarını həyətə düşüb almağını desə də, oraya təcili tibbi yardım və sanitar epidemiologiya avtomaşınları çağırdılar. Orada video çəkiliş həyata keçirilərək onunla profilaktiki söhbətlər aparıldıqdan sonra onu mənzilinə yola salmışlar. Sonra isə 2020-ci ilin dekabr ayının 5-nə qədər evdə ambulator şəraitdə müalicə almağa davam etmişdir. Müalicə həkimi Şahid1 evdə qalıb müalicəsini ambulator qaydada almağını məsləhət bilsə də, həmin gün evdə tək olduğundan, həkimin yazdığı dərmanları almaq üçün həyət düşmək məcburiyyətində qalmışdır. Özü tibb işçisi olduğundan «COVİD 19» infeksiyasmın fəsadları barədə məlumatlıdır. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, 1990-cı ildən Mingəçevir şəhər mərkəzi xəstəxanasında sahə həkimi, 2017-ci il tarixdən isə xəstəxananın 2-ci Ailə Sağlamlıq Mərkəzində ailə həkimi vəzifəsində işləyir. O, ailə həkimi olaraq Mingəçevir şəhəri, Maqomayev prospekti 46, 48, 52, 54 və M.Ə.Sabir küçəsi 1, 3, 6 saylı binalara nəzarət edir. 21.11.2020-ci il tarixdə Mingəçevir ŞMX-nın Ailə-Sağlamlıq Mərkəzinə ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs yeni növ “Covid-19” infeksiyasma yoluxması barədə məlumat verildikdə Təqsirləndirilən şəxsnm qeydiyyatda olduğu ünvan onun nəzarətində olan əraziyə daxil olduğundan 21.11.2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan indi xatırlamadığı mobil telefon nömrəsinə zəng edərək ona “Covid-19” infeksiyasma yoluxduğunu, bu səbəbdən də 14 gün müddətinə yaşadığı mənzili tərk etməməli olmasını, əgər ağrıları olarsa, ona məlumat verməli olduğunu bildirmişdir. Bundan sonra mütəmadi olaraq Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, onun vəziyyəti və təyin etdiyi dərman preparatlarını qəbul edib-etməməsi ilə maraqlanmışdır. 14 gün müddət bitdikdən sonra isə artıq yaşayış yerini tərk etməsinə icazə verilməsi SMS vasitəsi ilə onun nəzərinə çatdırlmışdır. Şahid2 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir ŞPŞ-nin X1 baş inspektoru vəzifəsində işləyir. 22.11.2020-ci il tarixdə Mingəçevir ŞPŞ-nin PPXB-ün polis nəfəri Şahid4, Mingəçevir ŞPŞ-nin İTB-nni sahə polis nəfəri Şahid3 və o, “Covid-19” infeksiyasma yoluxmuş Mingəçevir şəhər sakinlərinin karantin rejimi qaydalarına riayət edib-etmədiklərini yoxlamaq məqsədi ilə reyd keçirməyə başlamışlar. 22.11.2020-ci tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən mənzilə gedib qapısını döydükdə qapını açan olmamışdır. Qonşuluqda yaşayan, indi xatırlamadığı şəxslər Təqsirləndirilən şəxs mənzildə olmadığını bildirmişlər. Mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs yaşadığı binanın yaxınlığındakı aptekə getməsi məlumatını alıb həmin aptekə getmişlər. Orada Təqsirləndirilən şəxs tapdıqda ona “Covid-19” infeksiyasma yoluxduğunu, ev şəraitində karantinə alındığını, karantin qaydalarım pozduğunu elan etmişdir. Hadisə yerinə Mingəçevir ŞPŞ-nin əməliyyat- istintaq qrupu, Sanitar-Epidemiologiya və Gigiyeamn İdarəsinin əməkdaşları və təcili tibbi yardım avtomobili dəvət olunduqdan sonra Təqsirləndirilən şəxs təcili tibbi yardım avtomobili ilə yaşadığı mənzilə aparılmışdır. Bütün bunlardan sonra şəhər polis şöbəsinə gələrək Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün şöbə rəhəbərliyinə raportla müraciət etmişdir. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində və Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişlər. İşin 5-ci vərəqində olan 22.07.2020-ci il tarixli DVD diskə baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18.11.2020-ci il tarixdə “COVİD-19” virusu ilə əlaqədar olaraq labarator müayinə (yaxma) olunmuş və müayinənin nəticəsi pozitiv olmuş, buna baxmayaraq Təqsirləndirilən şəxs karantin rejimini tələblərini pozaraq 22.11.2020-ci il tarixdə küçəyə çıxıb xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. İşin 8-ci vərəqində olan “Mingəçevir şəhər Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 18.11.2020-ci il tarixdə COVİD-19 virusu ilə əlaqədar laborator müayinə(yaxma) olunmuş və 20.112020-ci il tarixdə müəyyən edilmiş müayinənin nəticəsi pozitiv olmuşdur. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından daxil olmuş iltizamdan görünür ki, Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydalarının 4.5.5 və 4-1-ci maddələrinin tələbinə əsasən Muminat Əhmədovanm yeni növ «COVİD-19» infekiyasına yoluxub-yoluxmamasmı müəyyən etmək üçün ondan test (yaxma) götürülən zaman ona testin cavabı çıxana qədər karantin qaydalarına əmələ edərək özünün və ailə üzvlərinin mənzili tərk etməməsi barədə iltizam elan olunsa da sonuncu ltizamla imza etməkdən imtina etmişdir. “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.05.2020-ci il tarixli qərarının 4.1-ci bəndinə əsasən Təmasda olmuş şəxslərin dairəsi Nazirliyin gigiyena və epidemiologiya mərkəzlərinin mütəxəssisləri tərəfindən 12 (on iki) saat ərzində müəyyən edilir və onlar barədə tibbi müşahidənin aparılması üçün ərazi ambulator-poliklinika müəssisəsinə, yaxud tabeliyində sanitariya nəzarətini həyata keçirən tibb müəssisələri olan orqanlara məlumat verilir. Həmin qərarın 4.2-ci bəndinə əsasən Bu Qaydaların 4.1-ci bəndində göstərilən şəxslərin dairəsinin müəyyən edilməsinə daxili işlər orqanları da cəlb olunurlar. Həmin qərarın 4.3-ci bəndinə əsasən Yoluxucu xəstəliyə yoluxmuş şəxslə təmasda olan şəxslər son təmasdan sonra bu Qaydaların 3.1-ci bəndi ilə müəyyən edilmiş müddətdə yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülürlər. Həmin qərarın 4.5-ci bəndinə əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir. Həmin qərarın 4-1.2-ci bəndinə əsasən yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq tibbi müşahidə həyata keçirilir. Həmin qərarın 4-1.3-ci bəndinə əsasən yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 (iki) nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilmiş şəxsə verilir, digər nüsxəsi tibb müəssisəsində qalır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs dünya ölkələri arasında, o cümlədən Azərbaycan Respublikası ərazisində yayılmış yeni növ «Koronavirus COVİD-19» infeksiyasma yoluxmasının müəyyən edilməsi ilə əlaqədar olaraq 18.11.2020-ci il tarixdə verdiyi laboratoriya müayinələri nəticəsində koronavirus infeksiyasma yoluxma faktının təsdiq edilməsi barədə 20.11.2020- ci il tarixdə olduğu yerdə təcrid olunma haqqında məlumat aldıqdan sonra yaşadığı ünvan 1 ünvanında karan tinə alınmasına və Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları»nm 4.5.5 və 4-1-ci maddələrinin tələbinə əsasən 14 gün müddətinə yaşadığı mənzili tərk etməməli olduğu halda 22.11.2020-ci il tarixdə saat 13 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı mənzili tərk edərək yaşadığı binanın yaxınlığında yerləşən aptekə getməklə özündə aşkar olunan yeni növ «Koronavirus COVİD-19» infeksiyasmm qonşuların, aptekdə işləyən əczaçılarm və digər şəxslərin arasında yayılması üçün real təhlükə yaratmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 46-cıvərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 32-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini və tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Vəkil Müdafiəçi1 Xanlar oğluna ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini və tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil Müdafiəçi1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-67/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-67/2021
07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver