Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-67/2022 23.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi Şahid3, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs- xx.xx.1974-cü ildə Göygöl rayonunun Samux kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Mingəçevir şəhər yaşıllaşdırma idarəsində sahə rəisi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 arvadı Şahid1 ləğv edilmiş əlillik statusunun və əlilliyə görə dövlətdən aldığı müavinətin bərpa edilməsinə köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs1 aldadaraq 2021-ci ilin fevral ayının əvvəllərində Mingəçevir şəhəri Nizami küçəsində yerləşən «Mingəçevir Mall»ın qarşısında 2000 (iki min) manat məbləğində, 1 (bir gün) sonra yenidən Mingəçevir şəhəri Nizami küçəsində yerləşən «Mingəçevir Mall»ın qarşısında 1500 (min beş yüz) manat məbləğində olmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə, cəmi 3500 (üç min beş yüz) manat məbləğində pulunu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 3500 (üç min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 əvvəllər işlədiyi X4 Stansiyasında yenidən işlə təmin olunmasına köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs2 aldadaraq 2021-ci ilin aprel ayının 5-də saat 11 radələrində işlədiyi Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən Mingəçevir şəhəri Yaşıllaşdırma İdarəsinin yanında 1000 (min) manat məbləğində, 2021-ci ilin aprel ayının 20-də cinayətin törədilməsinə heç bir aidiyyəti olmayan Şahid7 vasitəsi ilə işlədiyi Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən Mingəçevir şəhəri Yaşıllaşdırma İdarəsinin yanında 500 (beş yüz) manat məbləğində olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə, cəmi 1500 (min beş yüz) manat məbləğində pulunu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilməyərək verdiyi ifadəsində bildirmişdi ki, Mingəçevir şəhər Yaşıllaşdırma İdarəsində sahə rəisi vəziəsində işləyir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır. Onlarla aralarındakı münasibətlər elə də yaxşı deyildir. İlk olaraq Zərərçəkmiş şəxs1 yeznəsi Şahid4 tanımışdır. Belə ki, onunla iki ay Mingəçevir şəhəri Yaşıllaşdırma idarəsində bir yerdə işləmişlər. Sonradan Şahid4 işdən çıxmışdır. 2021-ci ilin fevral ayında Namazın Yusifovun vasitəsi ilə onun qaynı Zərərçəkmiş şəxs1la tanış olmuşdur. Həmin ərəfədə maddi vəziyyəti pis olduğundan Zərərçəkmiş şəxs1 borc pul istəmişdir. Zərərçəkmiş şəxs1 da ona 3500 manat məbləğində borc pul vermişdir. Ona pulu tezlikdə qaytaracağını vəd etsə də, borcu çox olduğundan onun pulunu verə bilməmişdir. Nəhayət 8 noyabr 2021-ci il taixdə məcbur qalıb 1300 manat pulun yerinə ona mağazadan kreditə götürdüyü «BOSCH» markalı partaryuyan maşını aparıb vermişdir. Zərərçəkmiş şəxs2lə isə sonuncu tanışı və özünün də işçisi olan Şahid7 vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs2 də maddi vəziyəti pis olduğundan 2021-ci ilin aprel ayında 1000 manat borca pul almışdır. Həmin pulun 500 manatını Alik Müsayev şəxsən özü gətirib vermiş, yerdə qalan 500 manatını isə xahiş etdiyinə görə Şahid7 Zərərçəkmiş şəxs2 alıb ona vermişdir. Zərərçəkmiş şəxs1 arvadının ləğv olunmuş əlilliyə görə müavinətinin bərpa olunmasını təmin edəcəyini vəd etməmiş, ondan 3500 manat məbləğində pulu borc olaraq almışdır. 1300 manatın yerinə isə ona «BOSCH» markalı paltaryuyan maşını da aparıb vermiş, həmin paltaryuyan maşını geri qaytarmamışdır. Yerdə qalan borcunu da maddi imkanı olan kimi verəcəkdir. Ona elan edilən ittihamla razı deyildir. Yuxarıda adları çəkilən şəxslərə qarşı dələduzluq cinayət törətməmiş, heç birini də aldatmamışdır. Onlardan göstərilən məbləğləri borc olaraq almışdır. Zərərçəkmiş şəxs2 artıq borcu yoxdur, Zərərçəkmiş şəxs1 borcunu da tədricən ödəyəcəkdir. Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi Şahid3 ifadəsində bildirdi ki, qardaşı Zərərçəkmiş şəxs1 arvadı Şahid1 uzun illərdir ki, qara ciyərində, beynində və ayaqlarında problem yarandığından davamlı şəkildə müalicə alır. Səhhətində problemlər yarandığından ona 7 il əvvəl 2ci qrup əlil statusu verilmişdir. O, hər ay əlilliklə əlaqədar olaraq dövlətdən 260 (iki yüz altmış) manat məbləğində müavinət alırdı. Həmin əlillik statusu ləğv edildiyindən 2021-ci ilin yanvar ayından sonra müavinət kəsildi. Bundan sonra qardaşı Zərərçəkmiş şəxs1 arvadının xəstəliyi ilə əlaqdədar olaraq dərman perapartları almaqda çətinlik çəkmiş və çıxış yolu axtarmağa başlamışdır. Həmin ərəfədə, yəni 2021-ci ilin fevral ayının əvvəllərində yeznəsi Şahid4 keçmiş iş yoldaşı Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs1 arvadı Şahid1 əlillik statusunun və buna görə ona verilən müavinətin bərpa edilməsində köməklik edə biləcəyini və bu işi görmək iqtidarında olmasını demişdir. Qardaşı sənədləşmə işlərindən anlamadığı üçün onun Şahid1 əlilliyə görə müavinət alması işini yenidən bərpa etməsini xahiş edib. Təqsirləndirilən şəxs qardaşına həmin işin müqabilində 3500 (üç min beş yüz) manat məbləğində pul verməli olmasını deyibdi. Bu məqsədlə qardaşı ondan 2000 (iki min) manat məbləğində borc pul götürdükdən sonra 2021-ci ilin fevral ayının əvvəllərində xatırlamadığı gündə saat 12 radələrində Mingəçevir şəhəri Nizami küçəsində yerləşən «Mingəçevir Mall»ın qarşısında görüşüb Təqsirləndirilən şəxs verdi. Pulu Vüqara verən zaman kənara çəkilsələr də, orada çoxlu sayda işçilər olmuşlar. Orada kişilər çox olduğuna görə yaxına getməmiş, kənardan durub onları müşahidə etmişdir. Təqsirləndirilən şəxs pulu alandan sonra qardaşı yanına qayıdıb Təqsirləndirilən şəxs yerdə qalan məbləği səhəri gün gətirməyini tapşırmasını bildirdi. Həmin gün evə getdilər. Zərərçəkmiş şəxs1 arvadı Şahid1 mobil telefon nömrəsinə kod gəldikdən sonra daha da arxayınlaşdı. Yerdə qalan 1500 (min beş yüz) manat məbləğində pulun 500 (beş yüz) manatını özündən, bacıları Şahid5 və Şahid6dən ayrı-ayrılıqda 500 (beş yüz) manat olmaqla toplayıb cəmi 1500 (min beş yüz) manat məbləğində pulu səhəri gün saat 12 radələrində təkrar həmin yerdə görüşərək Təqsirləndirilən şəxs verdi. Təqsirləndirilən şəxs pulu alaraq məsələnin 2021-ci ilin iyun ayında düzələcəyini, həmin ayda düzəlməyəcəyi halda isə uzaqbaşı iyul ayında düzələcəyini dedi, vaxt çatanda isə Təqsirləndirilən şəxs işin tezliklə həllini tapacağını söz verməyə başladı. Qardaşı onu 2021-ci ilin noyabr ayına qədər gözlədi, lakin, noyabr ayının əvvəllərində artıq aldanmasını başa düşərək ondan pulunu geri istədi. Təqsirləndirilən şəxs onu aldatmasını və pulu qaytarmayacağını, o cümlədən işin alınmayacağını başa düşərək qardaşı 01 noyabr 2021-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə gələrək barəsində şikayət etdi. Sonradan Təqsirləndirilən şəxs qardaşına «BOSCH» markalı paltaryuyan maşını pul əvəzinə gətirib verdi. Qardaşı da dəfələrlə pulunu nağd şəkildə verməsini israr etdikdən sonra Təqsirləndirilən şəxs də gəlib paltaryuyan maşını aparıb getdi. Qardaşı Təqsirləndirilən şəxs 3500 manat məbləğində pulu borc olaraq deyil, arvadı Şahid1 əlillik statusunu bərpa edilməsi üçün vermişdir. Hazırda dəymiş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsa yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs2 məlumat verilmiş, o, iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Zərərçəkmiş şəxs2 iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, Təqsirləndirilən şəxs artıq 1 ildir ki, tanıyır. 2021-ci iln mart ayında Bakı şəhərindəki karxanada daş atamaqla məşğul olurdu. Fiziki cəhətdən həmin işi işləməyə kifayət qədər imkanı olmadığından ayda 14 gün işlədi. 2021-ci ilin mart ayının sonlarında səhhətində problemlər yarandığından həmin işlə vidalaşmaq qərarına gəlsə də, münasib iş tapa bilmədiyi üçün hələlik həmin işdə işləmək məcburiyyətində qaldı. Arvadı Şahid2 bu barədə iş yoldaşının əri Mingəçevir şəhəri Yaşıllaşdırma idarəsində işləyən «Vaqif» kimi tanıdığı Şahid7 dedi. 2021-ci il aprelin 3-də Şahid7 ona zəng edərək işlədiyi idarədə boş yer olmasını deyib, həmin yerə işə girmək üçün idarəyə gəlməyini məsələhət bildirdiyindən aprelin 4-də onun işlədiyi idarəyə getdi. Orada Şahid7la görüşəndə yanında Təqsirləndirilən şəxs və başqa iş yoldaşları da var idi. Şahid7 işə düzəltmək məsələlərini Təqsirləndirilən şəxs həll etdiyni deyərək onu Təqsirləndirilən şəxslə tanış edəndən sonra sonuncu ilə iş barədə söhbətə başladı. Təqsirləndirilən şəxs əvvəllər X4 Stansiyasında işlədiyini bildirib həmin müəssisədə ya da ki, Mingəçevir şəhər Yaşıllaşdırma İdarəsində işə düzəltməyini xahiş etdi. Təqsirləndirilən şəxs öz işlədiyi idarədə əmək haqqının aşağı olmasını əsas gətirərək onu əvvəlki iş yerinə bərpa edə biləcəyini, bunun üçün aidiyyəti adamlarla danışmalı olmasını deyib kənara çəkildi. Bir müddət mobil telefonla danışandan sonra yanına gələrək X4 Stansiyasına yenidən bərpa olunmağı üçün 1500 (min beş yüz) manat məbləğində pul lazım olmasını dedi. 2021-ci il may ayının 6-da isə artıq həmin müəssisəyə işə girməsi barədə əmrimin veriləcəyini vəd etdi. Onunla söhbət edəndən sonra evə qayıtdı, özündə olan 700 (yeddi yüz) manat pulun üstünə 200 (iki yüz) manat arvadı Qəndafdan, 100 (yüz) manat isə qızı Təhminədən alıb qoyaraq 1000 (min) manat məbləğində pul toplayıb 2021-ci il ayının 5-də saat 11 radələrində Təqsirləndirilən şəxslə zəngləşib onun işlədiyi Yaşıllaşdırma İdarəsinə getdi. Təqsirləndirilən şəxs onu görən kimi kənara çəkildi. Təqsirləndirilən şəxs kənara çəkilməsinin səbəbini soruşanda, ondan pul almasını kənar şəxslərin görməməsi üçün kənar çəkilməsini bildirdi. Təqsirləndirilən şəxs gətirdiyi 1000 (min) manat məbləğində pulu verəndə o, pulu sayıb yerdə qalan 500 (beş yüz) manatı da çatdırmağını istədi. Yerdə qalan məbləği nə vaxt verəcəyini soruşanda ona 10 gün ərzində yerdə qalan məbələği verəcəyini dedi. O, isə bütün məbləği verəndən sonra işə girmək barədə əmirinin veriləcəyini dedi. Ona əmrin konkret olaraq nə vaxt veriləcəyi barədə sual verəndə işə girməsi barədə əmrin 2021-ci ilin may ayının 6-da veriləcəyini bildirdi. Yerdə qalan məbləği də karxanada daş atıb işləməklə və arvadının köməkliyi ilə topladı. 2021-ci il aprelin 20-də Şahid7 ona zəng edərək Təqsirləndirilən şəxs çatacaq pulun hazır olub-olmadığını soruşduqda ona pulun hazır olmasını dedi. Aradan az vaxt keçmiş saat 14 radələrində Şahid7 velosipedlə yaşadığı evə gəldi, tələsdiyini və Təqsirləndirilən şəxs onu gözlədiyini dediyindən pulu ona verdi. Şahid7 onun yaşadığı evi tərk edərək getdi. 2021-ci ilin may ayının 6-da işə girməsi barədə əmri verilmədi, Təqsirləndirilən şəxs nə vaxt işlə təmin olunacağını zəng edib soruşanda müxtəlif bəhanalərə gətirərək tezliklə işinin həll olunacağını dedi. Bu bir neçə ay davam etdi. Son zamanlar Təqsirləndirilən şəxs pulunun 150 manatını arvadı Şahid2 qaytardı. O, 2021-ci ilin noyabr ayının əvvəlində artıq Vüqar Mustafyayevin onu aldatmasını və pulunun qalanını qaytarmayacağını, o cümlədən işinin alınmaycağını başa düşərək 02 noyabr 2021-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə gələrək barəsində şikayət etdi. Sonradan Təqsirləndirilən şəxs ona pulunun bir hissəsini qaytardı. Hazırda dəymiş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsa yüngül cəza verilməsini xahiş edir. Şahid1 oğlu məhkəmə iclasında ifadəsində bildirdi ki, o, uzun illərdir qara ciyərində, beynində və ayaqlarında problem yarandığından mütəmadi şəkildə müalicə alır. Səhhətində problemlər yarandığından 7 il əvvəl ona 2-ci qrup əlil statusu verildi. O, hər ay əlilliklə əlaqədar olaraq dövlətdən 260 (iki yüz altmış) manat məbləğində müavinət alırdı. Əlillik statusu ləğv edildiyindən həmin müavinət 2021-ci ilin yanvar ayından sonra kəsildi. Bundan sonra xəstəliyi ilə əlaqdədar olaraq dərman preparatları almaqda çətinlik çəkdiklərindən əlillik statusunun bərpa olunması üçün yollar axtarmağa başladılar. Həmin ərəfədə, yəni 2021-ci ilin fevral ayının əvvəllərində əri X8 Mustafyevlə söhbətləşən zaman ona əlillik statusunun və ona verilən müavinətin bərpa edilməsində köməklik edəcəyini və bu işi görmək iqtidarında olduğunu dedi. Əri sənədləşmə işlərindən anlamadığı üçün onun əlilliyə görə müavinət alması işini yenidən bərpa etməsini xahiş etdi. Təqsirləndirilən şəxs isə həmin işin müqabilində 3500 (üç min beş yüz) manat məbləğində pul verməli olduqlarını dedi. Bu məqsədlə əri Zərərçəkmiş şəxs1 baldızı Şahid3 2000 (iki min) manat məbləğində borcu pul götürdü. Bundan sonra əri 2021-ci ilin fevral ayının əvvəllərində xatırlamadığı gündə saat 12 radələrində Mingəçevir şəhəri Nizami küçəsində yerləşən «Mingəçevir Mall»ın qarşısında Vüqar Mustafyevlə görüşüb ona həmin məbləği verdi. Təqsirləndirilən şəxs yerdə qalan məbləği səhəri gün gətirməyi tapşırdı. Həmin axşam istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə «ASAN zəng mərkəzi»ndən qeydiyyatdan keçməyinə dair kod gəldikdən sonra daha da arxayınlaşdılar. Yerdə qalan pulun 500 (beş yüz) manatını özlərindən, 1000 (min) manatını isə baldızları: Şahid6 və Şahid5 ayrı-ayırlıqda 500 (beş yüz) manat olmaqla toplayıb cəmi 1500 (min beş yüz) manat məbləğində pulu səhəri gün saat 12 radələrində əri Zərərçəkmiş şəxs1 təkrar həmin yerdə Təqsirləndirilən şəxslə görüşərək ona də verdi. Təqsirləndirilən şəxs pulu alaraq məsələnin 2021-ci ilin iyun ayında düzələcəyini, həmin ayda düzəlməyəcəyi halda isə uzuqbaşı iyul ayında düzələcəyini dedi. İyun-iyul ayları çatanda Vüqar Mustafyev işin tezliklə həllini tapacağını söz verdi. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayına qədər gözləsələr də, onları aldatmasını və pulları geri qaytarmayacağını, o cümlədən işlərinin alınmayacağını başa düşərək onun barəsində polisə şikayət etmək qərarına gəldilər. Bu məqsədlə əri Zərərçəkmiş şəxs1 01 noyabr 2021-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə gələrək Təqsirləndirilən şəxs barəsində şikayət etdi. 8 noyabr 2021-ci il tarixdə tarixində Təqsirləndirilən şəxs mağazadan kreditə götürdüyünü iddia etdiyi «BOSCH» markalı paltaryuyan maşını gətirib mənzilə qoyaraq 960 (doqquz yüz) manat pulun yerinə verməsini dedi. Paltaryuyan maşının onlarda qalması ilə onunla razılaşmasalar da, əhəmiyyəti olmamış, paltaryuyan maşını mənzildə qoyub getdi. Dəfələrlə ondan paltaryuyan maşını aparmasını nağd pullarını qaytarmasını tələb etsələr də, əhəmiyyəti olmamışdır. O, yerdə qalan pulu kredii götürüb vercəyəcini dedi. Çox israrlardan sonra Təqsirləndirilən şəxs gəlib paltaryuyan maşını apardı. Təqsirləndirilən şəxs 3500 manat məbləğində pulu onun əllik statusunun bərpa edilməsinə köməklik edəcəyini vəd edib aldadaraq bilavasitə əri Zərərçəkmiş şəxs1 alməşdı. Şahid4 məhkəmə iclasında ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs artıq 1 ildir ki, tanıyır. O, Mingəçevir şəhər Yaşıllaşdırma İdarəsinin işçisdir. Əvvəllər o, da həmin idarədə Təqsirləndirilən şəxslə birlikdə işləmişdir. Həmin ərəfədə qaynı Zərərçəkmiş şəxs1 da təsadüfən onunla tanış olmuşdur. Təqsirləndirilən şəxs nüfuzlu tanışları olmasını onların sayəsində sosial müavinət, pensiya alınması və işə düzəlmə məsələlərini həll etməsini dedikdə qayını Zərərçəkmiş şəxs1 da bunu eşitdi. Belə ki, onun arvadı Şahid1 uzun illərdir ki, qara ciyərində, beynində və ayaqlarında problem yarandığından davamlı şəkildə müalicə alır. Səhhətində problemlər yarandığından ona 7 il əvvəl 2-ci qrup əlil statusu verilmişdi Onun əlillik statusu ləğv edildiyindən həmin müavinət 2021-ci ilin yanvar ayından etibarən kəsildi. Bundan sonra maddi durumlarından çətinliklər yarandığından Zərərçəkmiş şəxs1 arvadının əlillik statusumun bərpa olunması üçün yollar axtarmağa başladı. Həmin ərəfədə yəni, 2021-ci ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs ona arvadının əlillik statusunun və buna görə ona verilən müavinətin bərpa edilməsində köməklik edə biləcəyini və bu işi görməyə resursları olduğunu demişdir. Zərərçəkmiş şəxs1 sənədləşmə işlərindən anlamadığı üçün Təqsirləndirilən şəxs arvadının əlilliyə görə müavinət alması işini yenidən bərpa etməsini xahiş etdi. Təqsirləndirilən şəxs də həmin işin müqabilində 3500 (üç min beş yüz) manat məbləğində pul verməli olmağını dedi. X6 ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs cəmi 3500 manat pul verdi. Təqsirləndirilən şəxs pulu alaraq məsələnin 2021-ci ilin iyun ayında düzələcəyini, həmin ayda düzəlməyəcəyi halda isə uzaqbaşı iyul ayında düzələcəyini dedi. İyun-iyul ayları çatanda Təqsirləndirilən şəxs işin tezliklə həllini tapacağını söz verməyə başladı. Qaynı onu 2021ci ilin noyabr ayına qədər gözlədi, lakin, noyabr ayının əvvəllərində artıq aldanmasını başa düşərək ondan pulunu geri istədi. Təqsirləndirilən şəxs onu aldatmasını və pulu qaytarmayacağını, o cümlədən işin alınmayacağını başa düşərək 01 noyabr 2021-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə gələrək onun barəsində şikayət etmişdi. Şahidlər X2, Şahid6, Şahid7 da məhkəmə iclasında digər şahidlər ifadəsinə uyğun ifadə verdilər. Təqsirləndirilən şəxs əməli Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 151-156-cı vərəqlərində olan məhkəmə fonoskopik ekspertizasının 25 fevral 2022-ci il tarixli, 4/245 saylı rəyində göstərilir ki,
1. Ekspertizaya təqdim olunmuş 1 ədəd «PRİNCO» markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunun tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir.
2. Ekspertizaya təqdim olunmuş «PRİNCO» markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışqların tədqiqi hissədə verilən yazı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi-Zərərçəkmiş şəxs1 və «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi X1 məxsusdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 arvadı Şahid1 ləğv edilmiş əlillik statusunun və əlilliyə görə dövlətdən aldığı müavinətin bərpa edilməsinə köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs1 aldadaraq 2021-ci ilin fevral ayının əvvəllərində Mingəçevir şəhəri Nizami küçəsində yerləşən «Mingəçevir Mall»ın qarşısında 2000 (iki min) manat məbləğində, 1 (bir gün) sonra yenidən Mingəçevir şəhəri Nizami küçəsində yerləşən «Mingəçevir Mall»ın qarşısında 1500 (min beş yüz) manat məbləğində olmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə, cəmi 3500 (üç min beş yüz) manat məbləğində pulunu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 3500 (üç min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 əvvəllər işlədiyi X4 Stansiyasında yenidən işlə təmin olunmasına köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs2 aldadaraq 2021-ci ilin aprel ayının 5-də saat 11 radələrində işlədiyi Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən Mingəçevir şəhəri Yaşıllaşdırma İdarəsinin yanında 1000 (min) manat məbləğində, 2021-ci ilin aprel ayının 20-də cinayətin törədilməsinə heç bir aidiyyəti olmayan Şahid7 vasitəsi ilə işlədiyi Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən Mingəçevir şəhəri Yaşıllaşdırma İdarəsinin yanında 500 (beş yüz) manat məbləğində olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə, cəmi 1500 (min beş yüz) manat məbləğində pulunu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün məhkəmə iclasında etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 44-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 146-cı vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi Şahid3 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onlara dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayətləri və tələbləri yoxdur. İşin 150-ci vərəqində olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü Jalə adlı bir azyaşlı uşağı var. Cəza təyin edilərkən təqsirləndirilən şəxs X3 himayəsində bir azyaşlı uşağı olması, əməlini etiraf edib peşiman olması, dəymiş ziyanı ödəməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, yaşayış yerində müsbət xarakterizə olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşin 73-cü vərəqində olan şübhəli şəxsi tutma haqqında 31 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 93-94-cü vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin 02 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən dərhal azad olunmuşdur. Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci ildən 02 fevral 2022-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 2(iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə 2 (iki) gün hesabı ilə 4 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 150 (bir yüz əlli ) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut və mülki tələb yoxdur. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351- 353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci ildən 02 fevral 2022-ci il ilə kimi şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə 2 (iki) gün hesabı ilə 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxsm alınıb dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir.
Sədrlik edən: Məhburə Kərimova