Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-68/2021 19.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi – Mingəçevir şəhər vəkil bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək saxladığı 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə istehsal edilmiş yivli, saz vəziyyətdə olan, atəşə yararlı, üzərindəki zavod nişanları silinmiş odlu silah hesab edilən “Naqan” sistemli revolveri, 6 (altı) ədəd zavod üsulu ilə hazırlanmış 7,62 kalibrli olmaqla, həmin kalibrə malik “Naqan” sistemli revolverdə istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, yararlı patronları üzərində gəzdirmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 21:55 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirildiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 9 saylı binanın altında yerləşən “OBA” marketin qarşısında saxlanılmış, həmin yerdə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın kəmərinə keçirdiyi zavod üsulu ilə istehsal edilmiş yivli, saz vəziyyətdə olan, üzərindəki zavod nişanları silinmiş odlu silah hesab edilən “Naqan” sistemli revolveri və əynindəki yaşıl rəngli qış gödəkcəsinin sağ yan cibindən ağ rəngli salfet kağızına bükülmüş 6 (altı) ədəd zavod üsulu ilə hazırlanmış 7,62 kalibrli olmaqla, həmin kalibrə malik “Naqan” sistemli revolverdə istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən yararlı patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 21 radələrində Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 9 saylı binanın altında yerləşən “OBA” marketin qarşısında polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, qanunsuz olaraq odlu silah əldə edib saxlayaraq üzərində gəzdirməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra vəkil dəvət olunmuş və vəkilin də iştirakı ilə saxlanıldığı yerdə, yəni Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 9 saylı binanın altında yerləşən “OBA” marketin qarşısında üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya, küt alət, narkotik vasitə və s. varsa könüllü olaraq təqdim etməsini bildirmişlər. O, üzərində olan göy rəngli cins şalvara keçirdiyi naqan tipli odlu silahı, əynindəki yaşıl rəngli qış gödəkçəsinin sağ yan cibindən siqaretin şəffaf rəngli sellofana bükülmüş bükümdə narkot vasitəni, sol yan cibindən bir ədəd təsbehi, içəri sol cibindən bir ədəd eynəyi, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən “Huawei” markalı mobil telefonu, sağ yan cibindən iki ədəd gümüş üzüyü təqdim etmişdir. Eyni zamanda şəxsi axtarış zamanı üzərində olan yaşıl rəngli qış gödəkçəsinin sağ yan cibindən 6 ədəd patron aşkar edilmişdir. Sorğu zamanı o, əynindəki yaşıl rəngli qış gödəkçəsinin sağ yan cibindən aşkar olunmuş narkotik vasitəni 2 gün əvvəl, yəni xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən bağçanın yanında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, naqan tipli odlu silahın isə 10 ildir onda olduğunu, ehtiyat üçün üzərində saxladığını, həmin silahdan istifadə etmədiyini bildirmişdir. Üzərində aşkar olunmuş narkotik vasitə elektron tərəzidə çəkilmişdir. Bir ədəd siqaretin şəffaf rəngli sellofanına bükülmüş bükümdə narkotik vasitənin ümumi çəkisi 3.74 qram olması müəyyən olunmuşdur. Həmin narkotik vasitə və odlu silah zərfə qoyularaq qablaşdırılmış, möhürləndikdən sonra tərəfindən imzalanmışdır. Daha sonra polis işçiləri üzərinə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Etdiyi əməldən peşmandır, buna görə də ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 21:55 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2, Şahid4, Şahid3 və o, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 9 saylı binanın altında yerləşən OBA marketin qarşısında olan zaman yaxınlaşaraq barəsində qanunsuz olaraq odlu silah saxlama və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirmişlər. Bundan sonra vəkil X3 dəvət olunmuş və Ş.İ.Xətai küçəsində yerləşən OBA marketin qarşısında vəkilin iştirak ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya, küt alət, narkotik vasitə və s. vardırsa çıxarıb könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın kəmərinə keçirdiyi odlu silahı, əynindəki yaşıl rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə bükülmüş narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Eyni zamanda üzərinə keçirilmiş şəxsi axtarış zamanı VerdiyevOrxan Mehman oğlunun üzərində olan yaşıl rəngli qış gödəkcəsinin sağ yan cibindən ağ rəngli salfetə bükülmüş vəziyyətdə olan 6 ədəd patron aşkar edilmişdir.Təqdim olunmuş həmin odlu silaha Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında baxış keçirilən zaman onun naqan tipli odlu silah olması müəyyən olunmuşdur. Həmçinin şəffaf sellofan bükümdə bükülmüş narkotik vasitə Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə olan kütlə müəyyən edilmişdir. Həmin 01 ədəd naqan tipli odlu silah, 6 ədəd patron və narkotik vasitəyə oxşar həmin bir ədəd şəffaf sellafona bükülmüş bükümün fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkildi. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildi.Qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 3,74 qram oldu Həmin 01 ədəd naqan tipli odlu silah, 6 ədəd patron və narkotik vasitəyə oxşar kütlə ayrı-ayrılıqda zərflərə qoyularaq qablaşdırıldı, zərflərin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürləndi və zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 ədəd naqan tipli odlu silahı, həmin silaha aid 6 ədəd patronu 10 il əvvəl tapdığını və 10 ildir ki, həmin silahın onda olduğunu bildirmişdir. Həmçinin bir ədəd şəffaf sellafona bükülmüş bükümdə olan kütlənin qurudulmuş marixuana olduğunu həmin qurudulmuş mrixuananı özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən bağçanın yanında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şahidlər Şahid4 və Şahid3 məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Təqsirləndirilən şəxs əməli həmçinin, Şahid2 İmran oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. Belə ki, Şahid2 İmran oğlu ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşin 25-30-cu vərəqlərində olan xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın kəmərinə keçirdiyi “Naqan” tipli odlu silah, əynindəki yaşıl rəngli qış gödəkcəsinin sağ yan cibində gizlədərək saxladığı 01(bir) ədəd şəffaf sellofan bükümünün içərisində ümumi təmiz çəkisi 0,44 qram olan narkotik vasitə-qurudulmuş marixuana, əynindəki yaşıl rəngli qış gödəkcəsinin sağ yan cibindən ağ rəngli salfetə bükülmüş vəziyyətdə olan 06 ədəd patron aşkar edilərək götürülmüşdür. İşin 54-57-ci vərəqində olan məhkəmə-ballistik ekspertizasının xx xxxxxx 2020ci il tarixli, 17/634 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş silah 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə istehsal edilmiş “Naqan” sistemli revolverdir, yivli odlu silahdır, üzərindəki zavod nişanları silinmişdir. Təqiqata təqdim edilmiş 6 ədəd zavod üsulu ilə hazırlanmış patronlar 7,62 mm kalibrli olmaqla həmin kalibrə malik “Naqan” sistemli revolverdə istifadə edilmək üçün nəzərdə tutulmuş patrondurlar, döyüş sursatı hesab edilirlər, istifadəyə yararlıdırlar. İşin 54-57-ci vərəqində olan əlavə məhkəmə-ballistik ekspertizasının xx.xx.2021-ci il tarixli 21/45R nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə Rusiya dövlətində 1917-ci ildə istehsal olunmuş 7,62 kalibrli Naqan sistemli revoilverdir, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Təqdiqata təqdim olunmuş 06 ədəd patronlar, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 7.62x38R mm kalibrli olmaqla, həmin kalibrli Naqan sistemli revolver silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 06 ədəd 7.62x38R mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. İşin 103-104-cü vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 ədəd, 7,62 kalibrli “Naqan” sistemli odlu silah, eksperimental atəşlərdan sonra qalmış 03 ədəd patron, iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. İşin 120-127-ci vərəqlərində olan sübutların qiymətləndirilməsi haqqında qərardan və 128-ci vərəqində olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Mingəçevir ŞPŞ-nin İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək saxladığı 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə istehsal edilmiş yivli, saz vəziyyətdə olan, atəşə yararlı, üzərindəki zavod nişanları silinmiş odlu silah hesab edilən “Naqan” sistemli revolveri, 6 (altı) ədəd zavod üsulu ilə hazırlanmış 7,62 kalibrli olmaqla, həmin kalibrə malik “Naqan” sistemli revolverdə istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, yararlı patronları üzərində gəzdirmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 21:55 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirildiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 9 saylı binanın altında yerləşən “OBA” marketin qarşısında saxlanılmış, həmin yerdə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın kəmərinə keçirdiyi zavod üsulu ilə istehsal edilmiş yivli, saz vəziyyətdə olan, üzərindəki zavod nişanları silinmiş odlu silah hesab edilən “Naqan” sistemli revolveri və əynindəki yaşıl rəngli qış gödəkcəsinin sağ yan cibindən ağ rəngli salfet kağızına bükülmüş 6 (altı) ədəd zavod üsulu ilə hazırlanmış 7,62 kalibrli olmaqla, həmin kalibrə malik “Naqan” sistemli revolverdə istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən yararlı patronlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə tanınmış maddi sübut və iş materialı ilə sübuta yetirilir. Ona görə də o, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 82-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü Verdiyev Aylin adlı bir nəfər uşağı vardır. İşin 80-ci vərəqində olan xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir az yaşlı uşağının olmasını, törətdiyi əməli səmimi etiraf edib peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(051)-140 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı 91 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan və Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan bir ədəd 7,62 kalibrli olmaqla “Naqan” modelli, zavod üsulu ilə istehsal olunmuş tapança və 03 ədəd patron dövlət nəfinə müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah anbarına təhvil verilməlidir. İş üzrə 65,15 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2021-ci il tarixədək həbsdə saxlandığı 91 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün hesabı ilə hesablanmaqla 6 (altı) ay 2 gün ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il, 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhər ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətiimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Qərarın icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan və Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan bir ədəd 7,62 kalibrli olmaqla “Naqan” modelli, zavod üsulu ilə istehsal olunmuş tapança və 03 ədəd patron dövlət nəfinə müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah anbarına təhvil verilsin. İş üzrə 65,15 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 150 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülsün. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-68/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-68/2021
19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver