Məhkəmə qərarları › İş №1(051)-68/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-68/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-68/2022 19.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs– xx.xx.1968-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Mingəçevir şəhər məhkəməsinin 01.07.2020-ci il hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə 1(bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon məhkəməsinin 26.05.2021-ci il tarixli qərarı ilə təyin olunmuş cəzadan 02(iki) ay 29(iyirmi doqquz) gün şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmiş, 24.08.2021-ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Mingəçevir şəhəri N.Nərimanov prospekti 40№-li evin 26№li mənzilində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri Şəfa bağ massivi 15 №li küçənin 13 №li evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1 -ci siyahının 13-cü bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə metadonun yuxarı həddi üçün 0,02 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd blister kəsiyində təmiz çəkisi 0,240 qram olan narkotik vasitə-metadonu satış məqsədi olmadan üzərində gizlədib saxlayaraq daşımış və 21.02.2022-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhər X3 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Qaçqın və Məcburi Köçkünlər üçün inşa olunmuş yaşayış kompleksinin” yaxınlığında saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd blister kəsiyində təmiz çəkisi 0,240 qram olan narkotik vasitə- metadon onun əynindəki qara rəngli cins şalvarın sol yan cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 21.02.2022-ci il tarixdə o, Mingəçevir şəhəri Şəfa bağ massivində yaşadığı bağ evinin yaxınlığında olan zaman Metadon həbi tapdı. Həmin tərkibində narkotik maddələr olan metadon həbini gələcəkdə şəxsi istifadəsi üçün götürərək əynindəki qara rəngli şalvarın sol yan cibinə qoydu. 21.02.2022-ci il tarixdə, saat 17 radələrində o, Mingəçevir şəhəri H.Əliyev prospektində Avtovağzalın yaxınlığında yerləşən “Qaçqınlar və məcburi köçkünlər üçün inşa olunmuş”qəsəbənin yaxınlığından keçərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. O, polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirildi. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirdilər. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirildi. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd alışqan, bir ədəd “FLY” markalı telefon, bir ədəd blisterdə içərisində 6 ədəd olmaqla narkotik vasitə hesab olunan “Metedon” a oxşar həblər cibindən polis əməkdaşları tərəfindən aşkar olunaraq götürüldü. Əməlindən peşimandır. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. 21.02.2022-ci il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1, PPXB-nün əməkdaşları Şahid3, Şahid4 və o, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri H.Əliyev prospektində Avtovağzalın yaxınlığında yerləşən “Qaçqınlar və məcburi köçkünlər üçün inşa olunmuş” qəsəbənin yaxınlığından olan zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirib polis şöbəsinə dəvət etdilər. Rəhimov X5 ŞPŞ-nə gətirildi. Polis şöbəsinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olundu. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etiraz etmədi. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd blisterdə içərisində 6 ədəd olmaqla narkotik vasitə hesab olunan 40 ML “Metedon” həblərini könüllü olaraq təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş həmin narkotik vasitəni 21.02.2022-ci il tarixdə Mingəçevir şəhəri Şəfa bağ massivində yaşadığı bağ evinin yaxınlığında gəzərkən tapdığını, tapdığı narkotik vasitə olan metadon həblərindən birini istifadə etdiyini, qalan 6 ədəd metadon həblərini isə şəxsi istifadəsi məqsədilə əynindəki şalvarın cibinə qoyduğunu bildirdi. Təqsirləndirilən şəxs əməli digər şahidlər Şahid3, Şahid4 məhkəmə iclasında verdikləri ifadələr ilə, həmçinin Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 28-29-cu vərəqlərində olan 21 fevral 2022-ci tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəolan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd blister kəsiyində çəkisi 0,240 qramolan içəsində 6 ədəd narkotik vasitə metadon həbi aşkar edilərək götürülmüşdür. İşin 39-42-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 22 fevral 2022-ci il tarixli, 6/1094 saylı rəyində göstərilir ki, ““Vət. Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan zərfdəki üzərində “Methadone 40” göstəriciləri olan blister kəsiyində 6 ədədüzərində “F/M40” göstəricisi olan açıq-qəhvəyi rəngli dairəvi formalı dərman həbinin əsastəsiredici maddəsi metadondur və həmin həbin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,240 qram təşkil edir. Metadon həblərinin ümumi saylı- 6 ədəd həb, tədqiqata sərf edildi-1 ədəd həb, qalıq- 5 ədəd həb Metadon 2005-ci il tarixli 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. İşin 96-cı vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 258 saylı 02 mart 2022-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metadondan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. İşin 95-ci vərəqində olan Mingəçevir şəhər Rayonlarası Narkoloji Dispanserindən verilmiş 04.03.2022-ci il tarixli, 245 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 01.02.2020-ci ildən “opoidlərin qəbulu nəticəsində psixi davranış pozuntuları asıllıq sindromu” diaqnozu ilə dispanserdə qeydiyyatda durur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd blister kəsiyində təmiz çəkisi 0,240 qram olan narkotik vasitəmetadonu satış məqsədi olmadan üzərində gizlədib saxlayaraq daşımış və 21.02.2022-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhər X3 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Qaçqın və Məcburi Köçkünlər üçün inşa olunmuş yaşayış kompleksinin” yaxınlığında saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd blister kəsiyində təmiz çəkisi 0,240 qram olan narkotik vasitə- metadon onun əynindəki qara rəngli cins şalvarın sol yan cibindən aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs əməli özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və iş materialları ilə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 79-cu vərəqində olan xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs barəsində şikayət daxil olmamışdır. İşin 81-ci vərəqində olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxs X7 ilə X2 arasında 06 noyabr 1993-cü ildə Mingəçevir şəhər Nikah evində 241 № ilə nikah qeydə alınmışdır. İşin 80-ci vərəqində olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 himayəsində 13.03.2009-cu il təvəllüdlü Nərmin adlı bir nəfər azyaşlı uşağı var. İşin 84-cü vərəqində olan Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş epikrizdən görünür ki, X1 süd vəzi xərçəngi dioqnozu ilə xəstədir. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağın olması, yaşayış yerindən müsbət xarakterizə olunması, əməlində peşiman olması Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən haldır. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 01 iyul 2020-ci tarixli, 1(051)-71/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 101-102-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Rəhimov X5 şəhər Məhkəməsinin 01.07.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrum edilmiş, Şəki rayon məhkəməsinin 26.05.2021-ci il tarixli qərarı ilə təyin olunmuş cəzadan 02 ay 29 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad olunmuş, 24.08.2021-ci ildə cəza müddəti bittidiyi üçün qeydiyyatdan çıxarılıbdır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun məhkumluğu ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan cəza təyin olunmasına əsas verən hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İşin 22-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 21 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 66-cı vərəqində olan Mingəçevir şəhər Polis Şöbəsinin 23 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olumuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdən 23 fevral 2022-ci tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəzasının əvvəli 19 may 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından həbs olunmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlən tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalıdır. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 5 ədəd narkotik vasitə – metadon həbləri edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 8(səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdən 23 fevral 2022-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 7(yeddi) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkməsinin əvvəli 19.05.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun . İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs oğlundan alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 5 ədəd narkotik vasitə – metadon həbləri məhv edilsin. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar