Məhkəmə qərarları › İş №1(051)-68/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-68/2024

27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-68/2024 27.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi – Mingəçevir şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 və müdafiəçisi – Müdafiəçi2 iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.2006-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus qida və gündəlik tələbat məhsullarının satışı mağazasının qarşısına gələrək, ətrafda heç kimin olmadığını yəqinləşdirdikdən sonra Təqsirləndirilən şəxs2 pusquda dayanıb kiminsə gələcəyi barədə ona məlumat verməyi, o isə mağazaya daxil olaraq oradan oğurladığı əşyaları Təqsirləndirilən şəxs2 verməyi öhdəsinə götürüb, bununla bağlı aralarında rol bölgüsü aparmış, daha sonra mağazanın giriş qapısına fiziki güc tətbiq etməklə, qapının şüşəsini istintaqa məlum olmayan taxta parçası ilə sındırdıqdan sonra Təqsirləndirilən şəxs2 kənar şəxslərin və ya mağaza sahibinin gələcəyi təqdirdə bu haqda ona məlumat vermək üçün mağazanın yaxınlağında pusquda dayanmış, o isə qanunsuz olaraq mağazaya daxil olub, orada vitrində olan 10 paket, 1 paketinin qiyməti 3.70 manat, ümümilikdə 37 manat dəyərində «Davidoff» reac compact, 6 paket, 1 paketinin qiyməti 2.50 manat, ümümilikdə 15 manat dəyərində «Kingston charcoal» filterqalın, 5 paket, 1 paketinin qiyməti 2.50 manat, ümümilikdə 12.50 manat dəyərində «Kingston nanoslim» nazik, 28 paket, 1 paketinin qiyməti 2.60 manat, ümümilikdə 72.80 manat dəyərində «Rothmans» compact, 10 paket, 1 paketinin qiyməti 3.70 manat, ümümilikdə 37 manat dəyərində «Vinston compact XStyle», 10 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 24 manat dəyərində «X8», 8 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 19.20 manat dəyərində «X11», 9 paket, 1 paketinin qiyməti 3.70 manat, ümümilikdə 33.30 manat dəyərində «X10», 10 paket, 1 paketinin qiyməti 3.70 manat, ümümilikdə 37 manat dəyərində «Vinston XS silver», 10 paket, 1 paketinin qiyməti 3.80 manat, ümümilikdə 38 manat dəyərində «Kent 4 slim», 8 paket, 1 paketinin qiyməti 3.80 manat, ümümilikdə 30.40 manat dəyərində «Kent 8 qalın», 7 paket, 1 paketinin qiyməti 2.90 manat, ümümilikdə 20.30 manat dəyərində «PallMall» qalın göy, 10 paket, 1 paketinin qiyməti 2.90 manat, ümümilikdə 29 manat dəyərində «Pall Mall slim», 7 paket, 1 paketinin qiyməti 2.80 manat, ümümilikdə 19.60 manat dəyərində «Golden Gate silver», 8 paket, 1 paketinin qiyməti 2.80 manat, ümümilikdə 22.40 manat dəyərində «Senate Rich slim», 10 paket, 1 paketinin qiyməti 2.20 manat, ümümilikdə 22 manat dəyərində «Argo nano slim», 8 paket, 1 paketinin qiyməti 2.20 manat, ümümilikdə 17.60 manat dəyərində «Argo Kingsize», 5 paket, 1 paketinin qiyməti 2.20 manat, ümümilikdə 11 manat dəyərində «Argo compact», 10 paket, 1 paketinin qiyməti 4.20 manat, ümümilikdə 42 manat dəyərində «Sobranie compact caster», 10 paket, 1 paketinin qiyməti 4.20 manat, ümümilikdə 42 manat dəyərində «Sobranie casterline» nazik ağ, 7 paket, 1 paketinin qiyməti 2.60 manat, ümümilikdə 18.20 manat dəyərində «Classic Blue» compact, 9 paket, 1 paketinin qiyməti 2.60 manat, ümümilikdə 23.40 manat dəyərində «Classic silver» compact, 8 paket, 1 paketinin qiyməti 3.30 manat, ümümilikdə 26.40 manat dəyərində «LD compact ligget ducart», 10 paket, 1 paketinin qiyməti 3.30 manat, ümümilikdə 33 manat dəyərində «LD Club ligget ducart», 8 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 19.20 manat dəyərində «Viceroy N» series silver nazik, 7 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 16.80 manat dəyərində «Viceroy N» series Vhite nazik, 7 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 16.80 manat dəyərində «Magna Vhite» carbon, 10 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 24 manat dəyərində «Magna Black» carbon, 6 paket, 1 paketinin qiyməti 2.20 manat, ümümilikdə 13.20 manat dəyərində «Bakı Blue», 7 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 16.80 manat dəyərində «Vegas Slim silver», 4 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 9.60 manat dəyərində «Vegas slim blue», 8 paket, 1 paketinin qiyməti 2.70 manat, ümümilikdə 21.60 manat dəyərində «Vest silver» markalı - ümumilikdə 821.10 manat dəyərində müxtəlif siqaretləri, habelə kağız əskinazdan ibarət 157 manat məbləğdə, dəmir puldan ibarət 30 manat məbləğdə, 187 manat məbləğdə pulu – ümumilikdə Zərərçəkmiş şəxs məxsus 1008,1 (bir min səkkiz manat on qəpik) manat məbləğdə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli yolla talayıb, oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus qida və gündəlik tələbat məhsullarının satışı mağazasının qarşısına gələrək, ətrafda heç kimin olmadığını yəqinləşdirdikdən sonra o, pusquda dayanıb kiminsə gələcəyi barədə Təqsirləndirilən şəxs1 məlumat verməyi, Təqsirləndirilən şəxs1 isə mağazaya daxil olaraq oradan oğurladığı əşyaları ona verməyi öhdəsinə götürüb, bununla bağlı aralarında rol bölgüsü aparmış, Təqsirləndirilən şəxs1 mağazanın giriş qapısına fiziki güc tətbiq etməklə, qapının şüşəsini istintaqa məlum olmayan taxta parçası ilə sındırdıqdan sonra o, kənar şəxslərin və ya mağaza sahibinin gələcəyi təqdirdə bu haqda Təqsirləndirilən şəxs1 məlumat vermək üçün mağazanın yaxınlağında pusquda dayanmış, Təqsirləndirilən şəxs1 isə qanunsuz olaraq mağazaya daxil olub, orada vitrində olan 10 paket, 1 paketinin qiyməti 3.70 manat, ümümilikdə 37 manat dəyərində «Davidoff» reac compact, 6 paket, 1 paketinin qiyməti 2.50 manat, ümümilikdə 15 manat dəyərində «Kingston charcoal» filterqalın, 5 paket, 1 paketinin qiyməti 2.50 manat, ümümilikdə 12.50 manat dəyərində «Kingston nanoslim» nazik, 28 paket, 1 paketinin qiyməti 2.60 manat, ümümilikdə 72.80 manat dəyərində «Rothmans» compact, 10 paket, 1 paketinin qiyməti 3.70 manat, ümümilikdə 37 manat dəyərində «Vinston compact XStyle», 10 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 24 manat dəyərində «X8», 8 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 19.20 manat dəyərində «X11», 9 paket, 1 paketinin qiyməti 3.70 manat, ümümilikdə 33.30 manat dəyərində «X10», 10 paket, 1 paketinin qiyməti 3.70 manat, ümümilikdə 37 manat dəyərində «Vinston XS silver», 10 paket, 1 paketinin qiyməti 3.80 manat, ümümilikdə 38 manat dəyərində «Kent 4 slim», 8 paket, 1 paketinin qiyməti 3.80 manat, ümümilikdə 30.40 manat dəyərində «Kent 8 qalın», 7 paket, 1 paketinin qiyməti 2.90 manat, ümümilikdə 20.30 manat dəyərində «PallMall» qalın göy, 10 paket, 1 paketinin qiyməti 2.90 manat, ümümilikdə 29 manat dəyərində «Pall Mall slim», 7 paket, 1 paketinin qiyməti 2.80 manat, ümümilikdə 19.60 manat dəyərində «Golden Gate silver», 8 paket, 1 paketinin qiyməti 2.80 manat, ümümilikdə 22.40 manat dəyərində «Senate Rich slim», 10 paket, 1 paketinin qiyməti 2.20 manat, ümümilikdə 22 manat dəyərində «Argo nano slim», 8 paket, 1 paketinin qiyməti 2.20 manat, ümümilikdə 17.60 manat dəyərində «Argo Kingsize», 5 paket, 1 paketinin qiyməti 2.20 manat, ümümilikdə 11 manat dəyərində «Argo compact», 10 paket, 1 paketinin qiyməti 4.20 manat, ümümilikdə 42 manat dəyərində «Sobranie compact caster», 10 paket, 1 paketinin qiyməti 4.20 manat, ümümilikdə 42 manat dəyərində «Sobranie casterline» nazik ağ, 7 paket, 1 paketinin qiyməti 2.60 manat, ümümilikdə 18.20 manat dəyərində «Classic Blue» compact, 9 paket, 1 paketinin qiyməti 2.60 manat, ümümilikdə 23.40 manat dəyərində «Classic silver» compact, 8 paket, 1 paketinin qiyməti 3.30 manat, ümümilikdə 26.40 manat dəyərində «LD compact ligget ducart», 10 paket, 1 paketinin qiyməti 3.30 manat, ümümilikdə 33 manat dəyərində «LD Club ligget ducart», 8 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 19.20 manat dəyərində «Viceroy N» series silver nazik, 7 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 16.80 manat dəyərində «Viceroy N» series Vhite nazik, 7 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 16.80 manat dəyərində «Magna Vhite» carbon, 10 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 24 manat dəyərində «Magna Black» carbon, 6 paket, 1 paketinin qiyməti 2.20 manat, ümümilikdə 13.20 manat dəyərində «Bakı Blue», 7 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 16.80 manat dəyərində «Vegas Slim silver», 4 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 9.60 manat dəyərində «Vegas slim blue», 8 paket, 1 paketinin qiyməti 2.70 manat, ümümilikdə 21.60 manat dəyərində «Vest silver» markalı - ümumilikdə 821.10 manat dəyərində müxtəlif siqaretləri, habelə kağız əskinazdan ibarət 157 manat məbləğdə, dəmir puldan ibarət 30 manat məbləğdə, 187 manat məbləğdə pulu – ümumilikdə Zərərçəkmiş şəxs 1008,1 (bir min səkkiz manat on qəpik) manat məbləğdə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli yolla talayıb, oğurluq etmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində o, uzun müddətdir tanıdığı və dostluq münasibətlərində olduğu Sahiblə birgə yaşadığı binanın qaşısında dayanmışlar. xx.xx.2023-cü il tarixdə onun adgünü olacaqdı. Lakin ad günü məclisini etmək üçün onun pulu yox idi və maddi durumu yaxşı deyildi. Söhbət zamanı o, Sahibə Zaur dayıya məxsus mağazadan siqaret oğurlamağı təklif etdi. Sahib ilk öncə imtina etsədə daha sonra onunla razılaşdı. Sahiblə razılaşmasına əsasən mağazaya o, daxil olacaqdı. Sahib isə mağazanın qarşısında onu gözləyəcəkdi və kimsə gələn zaman ona xəbər verməli idi. xx.xx.2023-cü il tarixdə saat təxminən 03-04 radələrində o və Sahib mağazanın qaşısında bir qədər gözlədikdən sonra heç kim olmadığını görüb mağazaya daxil olmağa qərar verdilər. Sahib mağazanın qarşısnda olan yol kənarında dayanıb ətrafa baxan zaman o, mağazanın şüşə qapısını taxtadan istifadə etməklə qırıb açdı. Bundan sonra o, qapının şüşəsini qırdıqdan sonra həmin yerdən mağazaya daxil oldu. Mağazaya daxil olduqdan sonra o, orada vitrində olan siqaretləri 3 ədəd sellafon torbaya yığdı. O, 3 sellafon torbaya siqaret paketlərini yığdıqdan sonra Sahib mağazaya yaxınlaşdı və o, qapının qırmış olduğu şüşəsindən siqaretləri Sahibə verdi. Sahib isə siqaret paketləri olan sellafon torbaları yolu keçərək yolun kənarında səkinin qırağına qoyub geri onun yanına qayıtdı.O, mağazadan 157 manat kağız əskinaz pul, 30 manat isə qəpik ümumilikdə 187 manat pulu mağazadan götürüb mağazadan çıxan zaman mağazanın qarşısında qara rəngli VAZ 21015 markalı avtomobil dayandı. O və Sahib yollarını dəyişib sol tərəf istiqamətində getdilər. Lakin yol kənarında dayanmış avtomobilin yenədə orada dayandığını gördü. Həmin avtomobil oradan uzaglaşdıqdan sonra o və Sahib yol kənarına yaxınlaşıb baxan zaman 3 sellafon torbada olan siqaret paketlərindən yalnız bir sellafon torbada siqaret pakterlərinin orada olduğunu, 2 sellafon torbada olan siqaret paketlərinin isə orada olmadığını gördülər. O və Sahib 1 ədəd sellafon torbada olan siqaret paketlərini götürüb oradan uzaglaşdılar. Onlara qalan bir sellafon torbada digər 2 sellafon torbaya nisbətən daha az siqaret paketləri var idi. O və Sahib sellafon torbada olan siqaret paketlərindən hərəsinə bir neçə paket siqaret götürüb səhər saatlarından Bakı şəhərinə gəzmək üçün getdilər. Bakı şəhərinə gedən zaman 187 manat pul onun üzərində idi. Bakı şəhərinə çatdıqdan sonra 187 manat pulu Bakı şəhərində xatırlamadıqları kafelərdə xərclədilər.Pul xərclədikləri kafeləri xatırlamadıqlarına səbəb isə Bakı şəhərini tanımamaqları idi. Axşam saatlarından o və Sahib avtovagzala gedib Mingəçevir şəhərinə geri qayıtdılar. Mingəçevir şəhərinə geri qayıdan zaman onun üzərində 187 manat puldan 25 manat pul qalmışdı. Qalan 25 manat pulu isə Mingəçevir şəhərində Mingəçevir şəhəri, Qələbə abidəsi yaxınlığında yerləşən və Mingəçevir şəhər Mərkəzi bazar yaxınlığında yerləşən dönərxanalarda dönər alıb yedilər. Zaur adlı şəxsə məxsus mağazadan oğurladıqları siqaretləri isə o və Sahib bir neçə gün ərzində çəkib bitirdilər.Həmçinin verilən suallara cavab olaraq bildirmişdir ki, mağazanın şüşə qapısını taxta parçası ilə sındırdıqdan sonra taxta parçasını hara atdığınə xatırlamır və mağazadan oğruladıqları siqaret paketlərini heç bir mağazaya satmamışlar. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyandan qismən ödəniş etmişdir. Qalan ziyanı ödəməsi ilə bağlı zərərçəkmiş şəxslə razılığa gəlmişlər. Onlar barışmışlar. Məhkəmədən onun barəsində hökm çıxararkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında qanuni nümayəndəsi X4 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs2 verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində o, uzun müddətdir tanıdığı və dostluq münasibətlərində olduğu Elmirlə birgə yaşadıqları binanın qaşısında dayanmışlar. xx.xx.2023cü il tarixdə Elmirin ad günü olasıydı. Lakin ad günü məclisini etmək üçün Elmirin pulu yox idi və maddi durumu yaxşı deyildi. Söhbət zamanı Elmir ona Zaur dayıya məxsus mağazadan siqaret oğurlamağı təklif etdi. O, ilk öncə imtina etsə də daha sonra onunla razılaşdı. Elmirlə razılaşmalarına əsasən mağazaya Elmir daxil olacaqdı. O isə mağazanın qarşısında Elmiri gözləyib və kimsə gələn zaman xəbər verməli idi. xx.xx.2023-cü il tarixdə saat təxminən 03-04 radələrində o və Elmir mağazanın qaşısında bir qədər gözlədikdən sonra heç kim olmadığını görüb mağazaya daxil olmağa qərar verdilər. O, mağazanın qarşısında olan yol kənarında dayanıb ətrafa baxan zaman Elmir mağazanın şüşə qapısını taxtadan istifadə etməklə qırıb açdı. Bundan sonra Elmir qapının şüşəsini qırdıqdan sonra həmin mağazaya daxil oldu. Mağazaya daxil olduqdan sonra Elmir vitrində olan siqaretləri 3 ədəd sellafon torbaya yığdı. Elmir 3 sellafon torbaya siqaret paketlərini yığdıqdan sonra o, mağazaya yaxınlaşdı və Elmir qapının qırmış olduğu şüşəsindən siqaretləri ona verdi. O isə siqaret paketləri olan sellafon torbaları yolu keçərək yolun kənarında səkinin qırağına qoyub geri Elmirin yanına qayıtdı. O, mağazanın qarşısına gələn zaman qara rəngli qeydiyyat nörməsini görmədiyi Vaz 21015 markalı avtomobil mağazanın qarşısında yol kənarında dayandı. Həmin avtomobil üzü 16 nömrəli məktəb istiqamətində dayanmışdı və avtomobilin dam hissəsində taksi nişanı var idi. Avtomobili sürən şəxs ilk öncə bir qədər avtomobildə oturdu, lakin daha sonra avtomobildən endi. Onlar həmin şəxs onları görəcəyindən ehtiyat etdiyikləri mağazadan çıxıb Oba market istiqamətində piyada getdilər. Bir qədər getdikdən sonra Elmirin mağazadan oğurladığı pulları saydılar. Elmir mağazadan 157 manat nağd pul və 30 manat qəpik pul götürmüşdü. Həmin qara rəngli Vaz 21015 markalı avtomobil oradan uzaglaşdıqdan sonra onlar siqaret paketlərini götürmək üçün ora yaxınlaşdılar. Bir qədər sonra biz siqaretləri qoyduqları yerə yaxınlaşan zaman siqaret paketləri olan 3 torbadan ikisinin oğurlandığını və yalnız bir sellaon torbada siqaret paketlərinin qaldığını gördülər. Bundan sonra biz 1 ədəd sellafon torbada olan siqaret paketlərini götürüb oradan uzaglaşdılar. Elmir siqaret torbasını qalxıb evə qoydu və onlar birgə Bakı şəhərinə getdilər.Bakı şəhərinə gedən zaman özləri ilə 5-6 paket siqaret götürdülər. Bakı şəhərinə gedən zaman 187 manat pul Elmirdə idi. Bakı şəhərində tanımadıqları kafelərdə yeyib içdilər. Həmin günü axşam saatlarında onlar Mingəçevir şəhərinə geri qayıtdılar. Mingəçevir şəhərinə gəlib çatan zaman Elmirdə 187 manat puldan 25 manat pul qalmışdı. Mingəçevir şəhərinə gəldikdən sonra qalan 25 manat pulu Mingəçevir şəhərində bir neçə gün ərzində dönərxanalarda dönər yeyərək xərclədilər. Elmirin evində olan siqaretləri isə hər ikisi çəkib qurtardılar.Həmçinin verilən suallara cavab olaraq bildirmişdir ki, Elmir mağazanın şüşə qapısını taxta parçası ilə sındırdıqdan sonra taxta parçasını hara atdığını xatırlamır və mağazadan oğurladıqları siqaret paketlərini Elmirlə birgə özləri çəkib bitirmişlər. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən barəsində hökm çıxararkən ifadəsində göstərdiyi hallarnı və ypşını nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, O, 10 ilə yaxındır ki, özünə məxsus Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 9 saylı binanın altında yerləşən qida məhsullarının satışı mağazasında sahibkarlıq fəaliyyəti göstərir. O, hər gün saat 08:30 radələrində mağazanı açıb, saat 23-24 radələrində isə mağazanı bağlayıb yaşadığı evə gedir. Ona məxsus mağazanın giriş qapılarının aşağı və çərçivə hissələri dəmirdən olsada mağazanın giriş qapılarının orta hissəsi şüşədəndir və mağazanın içərisi tam və aydın şəkildə görsənir. Ona məxsus mağazada gündəlik qida məhsulları, tütün məmulatları və spirtli içkilərdə satılır. Lakin mağazanın giriş qapısında dəmir barmaqlıqlar yoxdur. O, hər gün olduğu kimi xx.xx.2023-cü il tarixdə saat 23 radələrində mağazanın qarşısına qoyduğu soyuducları mağazanın içərisində yerləşdirdi.O, həmin günü mağazada edilən alış verişlə bağlı olan 157 manat pul əskinazını və 30 manat dəyərində olan qəpik pulları mağazada siqaret vitrinin alıtnda olan kardon qutudan götürmədi və mağazanın qapılarını kilidlə bağlayıb yaşadığı evə getdi. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində o, yaşadığı evdən ona məxsus Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən mağazaya işə gəldi.O, mağazaya çatan zaman mağazanın giriş sağ qapısının şüşəsinin sındırıldığını gördü və dərhal Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etdi. Müraciətdən sonra Mingəçevir şəhər Polis şöbəsinin əməkdaşları hadisə yerinə gəldilər və onun iştirakı ilə hadisə yerinə baxış keçirildi. Baxış zamanı mənə məxsus mağazadan 1000 manat dəyərində 10 paket “Davidoff” reac compact, 6 paket Kingston charcoal filterqalın, 5 paket Kingston nanoslim nazik, 28 paket “Rothmans” compact, 10 paket Vinston compact XStyle, 10 paket X8, 8 paket X11, 9 paket X10, 10 paket Vinston XS silver, 10 paket Kent 4 slim, 8 paket Kent 8 qalın, 7 paket PallMall qalın göy, 10 paket Pall Mall slim, 7 palet Golden Gate silver, 8 paket Senate Rich slim, 10 paket Argo nano slim, 8 paket Argo Kingsize, 5 paket Argo compact, 10 paket Sobranie compact caster, 10 paket Sobranie casterline nazik ağ, 7 paket Classic Blue compact, 9 paket Classic silver compact, 8 paket LD compact ligget ducart, 10 paket LD Club ligget ducart, 8 paket Viceroy N series silver nazik, 7 paket Viceroy N series Vhite nazik,7 paket Magna Vhite carbon, 10 paket Magna Black carbon, 6 paket Bakı Blue, 7 paket Vegas Slim silver, 4 paket Vegas slim blue, 8 paket Vest silver markalı siqaret paketlərinin və ümumilikdə 187 manat pulunun mağazadan oğrulanması müəyyən edilmişdi. Həmçinin o verilən suallara cavab olaraq heç kimlə ədavəti və düşmənçiliyi olmadığını və baş vermişhadisə ilə bağlı heç kimdən şübhələnmədiyini bildirdi. Sonradan bildirdi ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də ona yüngül cəza verilməsini xahiş edir. Sonra isə bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyandan 180 manat ödəniş etmişdir. Bildirir ki, qalan 270 manatın ödəniməsi ilə bağlı razılığa gəlmişlər. Onun barəsində heç bir şikayət və tələbi yoxdur. Ona yüngül cəza veriməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yerləşən fərdi həyət evi onlara məxsusdur.Həmin fərdi həyət evinin təmiri tam olmadığı üçün hazırda həmin ünvanda yaşayış yoxdur. Lakin, o, anası və atası ilə birlikdə tez-tez həmin ünvana gedib evə nəzarət edirlər. xx.xx.2020-ci il tarixdə atası və anası ilə birlikdə həmin həyət evinə nəzarət üçün gedən zaman oradan heç bir oğurluq hadisəsi olmadığını görmüşlər. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində o, atası və anası ilə birlikdə ilə birlikdə Şəfa bağ massivi Mərkəzi küçə ev 44-A ünvanında yerləşən həmin fərdi həyət evinə nəzarət etmək üçün gedən zaman evin giriş qapısının qıfılının sındırılmış vəziyyətdə olmasını görmüşlər. Daha sonra içəri daxil olan zaman evin dəhlizində giriş qapısının açıq olduğunu görüb dəhlizə daxil olmuşlar, dəhlizə daxil olan zaman ora yığdıqları hər birini 8 manat almış olduqları 54 ədəd kombi radiyatorunun yerində olmadığını görmüşlər. Bundan sonra isə evə daxil olan zaman evin arxa pəncərəsinin açıq olduğunu görüb və digər otağa keçən zaman təxminən 450 manata almış olduqları kombi aparatının, elektirik çaydanının və laqonda aparatının yerində olmadığını görərək oğurlandığını başa düşmüşlər. Bundan sonra anası X5 DİN-nin 102 xidmətinə və Mingəçevir ŞPŞ-nə məlumat vermişdir. Həmçinin o, ifadəsində yaşadığı evdən oğurluq edən şəxslər yəni, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımadığını, onlarla hər hansı ədavət və ya düşmənçiliyi olmadığını göstərmişdir. Məhkəmə iclası zamanı ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixdə hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yerindən iş üzrə sübut əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar edilməmişdir. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 9 saylı binanın birinci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus marketin qarşısında ifadəsinin yerində yoxlanarkən Zərərçəkmiş şəxs məxsus marketə həmin marketin qapısının şüşəsini taxta parçası ilə sındırıb daxil olduğunu, içəri daxil olan zaman barmağına şüşə batdığı üçün qapının üzərində olan qan izlərinin ona məxsus olmasını və o marketdən oğrulayıb sellafon torbalara yığdığı siqaret paketlərini marketin qarşısında gözləyən Təqsirləndirilən şəxs2 verdiyini və ifadəsində qeyd etdiyi xüsusatları bir daha göstərmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8283 nömrəli rəyinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən siqaretlərin 2023-cü ilin avqustayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur: 10 paket, 1 paketinin qiyməti 3.70 manat, ümümilikdə 37 manat dəyərində “Davidoff” reac compact, 6 paket, 1 paketinin qiyməti 2.50 manat, ümümilikdə 15 manat dəyərində Kingston charcoal filterqalın, 5 paket, 1 paketinin qiyməti 2.50 manat, ümümilikdə 12.50 manat dəyərində Kingston nanoslim nazik, 28 paket, 1 paketinin qiyməti 2.60 manat, ümümilikdə 72.80 manat dəyərində “Rothmans” compact, 10 paket, 1 paketinin qiyməti 3.70 manat, ümümilikdə 37 manat dəyərində Vinston compact XStyle, 10 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 24 manat dəyərində X8, 8 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 19.20 manat dəyərində X11, 9 paket, 1 paketinin qiyməti 3.70 manat, ümümilikdə 33.30 manat dəyərində X10, 10 paket, 1 paketinin qiyməti 3.70 manat, ümümilikdə 37 manat dəyərində Vinston XS silver, 10 paket, 1 paketinin qiyməti 3.80 manat, ümümilikdə 38 manat dəyərində Kent 4 slim, 8 paket, 1 paketinin qiyməti 3.80 manat, ümümilikdə 30.40 manat dəyərində Kent 8 qalın, 7 paket, 1 paketinin qiyməti 2.90 manat, ümümilikdə 20.30 manat dəyərində PallMall qalın göy, 10 paket, 1 paketinin qiyməti 2.90 manat, ümümilikdə 29 manat dəyərində Pall Mall slim, 7 paket, 1 paketinin qiyməti 2.80 manat, ümümilikdə 19.60 manat dəyərində Golden Gate silver, 8 paket, 1 paketinin qiyməti 2.80 manat, ümümilikdə 22.40 manat dəyərində Senate Rich slim, 10 paket, 1 paketinin qiyməti 2.20 manat, ümümilikdə 22 manat dəyərində Argo nano slim, 8 paket, 1 paketinin qiyməti 2.20 manat, ümümilikdə 17.60 manat dəyərində Argo Kingsize, 5 paket, 1 paketinin qiyməti 2.20 manat, ümümilikdə 11 manat dəyərində Argo compact, 10 paket, 1 paketinin qiyməti 4.20 manat, ümümilikdə 42 manat dəyərində Sobranie compact caster, 10 paket, 1 paketinin qiyməti 4.20 manat, ümümilikdə 42 manat dəyərində Sobranie casterline nazik ağ, 7 paket, 1 paketinin qiyməti 2.60 manat, ümümilikdə 18.20 manat dəyərində Classic Blue compact, 9 paket, 1 paketinin qiyməti 2.60 manat, ümümilikdə 23.40 manat dəyərində Classic silver compact, 8 paket, 1 paketinin qiyməti 3.30 manat, ümümilikdə 26.40 manat dəyərində LD compact ligget ducart, 10 paket, 1 paketinin qiyməti 3.30 manat, ümümilikdə 33 manat dəyərində LD Club ligget ducart, 8 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 19.20 manat dəyərində Viceroy N series silver nazik, 7 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 16.80 manat dəyərində Viceroy N series Vhite nazik, 7 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 16.80 manat dəyərində Magna Vhite carbon, 10 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 24 manat dəyərində Magna Black carbon, 6 paket, 1 paketinin qiyməti 2.20 manat, ümümilikdə 13.20 manat dəyərində Bakı Blue, 7 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 16.80 manat dəyərində Vegas Slim silver, 4 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 9.60 manat dəyərində Vegas slim blue, 8 paket, 1 paketinin qiyməti 2.70 manat, ümümilikdə 21.60 manat dəyərində Vest silver. Beləliklə, ekspertiza təyini haqqında qərarda göstərilən 32 adda siqaretlərin 2023-cü ilin avqust ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 821.10 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 özünü gizlətmək üçün başına papaq taxaraq əlində sellafon torbalar ilə marketin qarşısından piyada keçməsini əks etdirən videoçəkilişə baxış keçirlərkən Təqsirləndirilən şəxs2 videogörüntüdə olan şəxsin özü olduğunu, əlindəki sellafon torbada isə Təqsirləndirilən şəxs1 marketdə içərisinə siqaret paketləri yığdığı sellafon torba olduğunu bildirmiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 dediklərini təsdiq etmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna hüquqi qiymət verərək müəyyən etmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, xx.xx.2023-cü il tarixdə saat 04 radələrində birlikdə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus qida və gündəlik tələbat məhsullarının satışı mağazasının qarşısına gələrək, ətrafda heç kimin olmadığını yəqinləşdirdikdən sonra Təqsirləndirilən şəxs2 pusquda dayanıb kiminsə gələcəyi barədə Təqsirləndirilən şəxs1 məlumat verməyi, Təqsirləndirilən şəxs1 isə mağazaya daxil olaraq oradan oğurladığı əşyaları Təqsirləndirilən şəxs2 verməyi öhdəsinə götürüb, bununla bağlı aralarında rol bölgüsü aparmış, daha sonra mağazanın giriş qapısına fiziki güc tətbiq etməklə, qapının şüşəsini istintaqa məlum olmayan taxta parçası ilə sındırdıqdan sonra Təqsirləndirilən şəxs2 kənar şəxslərin və ya mağaza sahibinin gələcəyi təqdirdə bu haqda ona məlumat vermək üçün mağazanın yaxınlağında pusquda dayanmış, Təqsirləndirilən şəxs1 isə qanunsuz olaraq mağazaya daxil olub, orada vitrində olan 10 paket, 1 paketinin qiyməti 3.70 manat, ümümilikdə 37 manat dəyərində «Davidoff» reac compact, 6 paket, 1 paketinin qiyməti 2.50 manat, ümümilikdə 15 manat dəyərində «Kingston charcoal» filterqalın, 5 paket, 1 paketinin qiyməti 2.50 manat, ümümilikdə 12.50 manat dəyərində «Kingston nanoslim» nazik, 28 paket, 1 paketinin qiyməti 2.60 manat, ümümilikdə 72.80 manat dəyərində «Rothmans» compact, 10 paket, 1 paketinin qiyməti 3.70 manat, ümümilikdə 37 manat dəyərində «Vinston compact XStyle», 10 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 24 manat dəyərində «X8», 8 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 19.20 manat dəyərində «X11», 9 paket, 1 paketinin qiyməti 3.70 manat, ümümilikdə 33.30 manat dəyərində «X10», 10 paket, 1 paketinin qiyməti 3.70 manat, ümümilikdə 37 manat dəyərində «Vinston XS silver», 10 paket, 1 paketinin qiyməti 3.80 manat, ümümilikdə 38 manat dəyərində «Kent 4 slim», 8 paket, 1 paketinin qiyməti 3.80 manat, ümümilikdə 30.40 manat dəyərində «Kent 8 qalın», 7 paket, 1 paketinin qiyməti 2.90 manat, ümümilikdə 20.30 manat dəyərində «PallMall» qalın göy, 10 paket, 1 paketinin qiyməti 2.90 manat, ümümilikdə 29 manat dəyərində «Pall Mall slim», 7 paket, 1 paketinin qiyməti 2.80 manat, ümümilikdə 19.60 manat dəyərində «Golden Gate silver», 8 paket, 1 paketinin qiyməti 2.80 manat, ümümilikdə 22.40 manat dəyərində «Senate Rich slim», 10 paket, 1 paketinin qiyməti 2.20 manat, ümümilikdə 22 manat dəyərində «Argo nano slim», 8 paket, 1 paketinin qiyməti 2.20 manat, ümümilikdə 17.60 manat dəyərində «Argo Kingsize», 5 paket, 1 paketinin qiyməti 2.20 manat, ümümilikdə 11 manat dəyərində «Argo compact», 10 paket, 1 paketinin qiyməti 4.20 manat, ümümilikdə 42 manat dəyərində «Sobranie compact caster», 10 paket, 1 paketinin qiyməti 4.20 manat, ümümilikdə 42 manat dəyərində «Sobranie casterline» nazik ağ, 7 paket, 1 paketinin qiyməti 2.60 manat, ümümilikdə 18.20 manat dəyərində «Classic Blue» compact, 9 paket, 1 paketinin qiyməti 2.60 manat, ümümilikdə 23.40 manat dəyərində «Classic silver» compact, 8 paket, 1 paketinin qiyməti 3.30 manat, ümümilikdə 26.40 manat dəyərində «LD compact ligget ducart», 10 paket, 1 paketinin qiyməti 3.30 manat, ümümilikdə 33 manat dəyərində «LD Club ligget ducart», 8 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 19.20 manat dəyərində «Viceroy N» series silver nazik, 7 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 16.80 manat dəyərində «Viceroy N» series Vhite nazik, 7 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 16.80 manat dəyərində «Magna Vhite» carbon, 10 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 24 manat dəyərində «Magna Black» carbon, 6 paket, 1 paketinin qiyməti 2.20 manat, ümümilikdə 13.20 manat dəyərində «Bakı Blue», 7 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 16.80 manat dəyərində «Vegas Slim silver», 4 paket, 1 paketinin qiyməti 2.40 manat, ümümilikdə 9.60 manat dəyərində «Vegas slim blue», 8 paket, 1 paketinin qiyməti 2.70 manat, ümümilikdə 21.60 manat dəyərində «Vest silver» markalı - ümumilikdə 821.10 manat dəyərində müxtəlif siqaretləri, habelə kağız əskinazdan ibarət 157 manat məbləğdə, dəmir puldan ibarət 30 manat məbləğdə, 187 manat məbləğdə pulu – ümumilikdə Zərərçəkmiş şəxs 1008,1 (bir min səkkiz manat on qəpik) manat məbləğdə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli yolla talayıb, oğurluq etmişlər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərə cəza təyin edilməsini aradan qaldıran hal müəyyən olunmamışdır. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ona görə də ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyandan 180 manat ödəniş etmişdir. Bildirir ki, qalan 270 manatın ödəniməsi ilə bağlı razılığa gəlmişlər. Onun barəsində heç bir şikayət və tələbi yoxdur. Ona yüngül cəza veriməsini xahiş edir. Cinayət işinə əlavə edilmiş DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Cinayət işinə əlavə edilmiş 8 saylı MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, İmanov X3 şəhər Ş.İ.Xətai 1 mənzil 7-də yaşayır. Tərbiyəli və intizamlı gənçdir. Həmyaşıdları və qonşularla münasibəti yaxşıdır. Təqsirləndirilən şəxs1 Arif oğlunun barəsində 8 saylı MİS-ə heç bir şikayət və ya bu tipli digər məlumat daxil olmamışdır. Cinayət işinə əlavə edilmiş 8 saylı MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 N.Nərimanov küçəsi 40 mənzil 22-də yaşayır. Tərbiyəli və intizamlı gənçdir. Həmyaşıdları və qonşularla münasibəti yaxşıdır. Təqsirləndirilən şəxs2 Nizami oğlu barəsində 8 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan AZ-İ seriyalı, 876200 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxxx 2006-cı il tarixdə doğulmuş Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12ci maddəsinə əsasən, dəymiş ziyandan qismən ödəniş edilməsini 59.1.14-cü maddəsinə əsasən, onun törətdiyi əməlindən səmimi peşmanlığını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir Şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 13 avqust 2023-cü ildə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 15 avqust 2023-cü ildə saxlandığı Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 13 avqust 2023-cü il tarixdən 15 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə təqsirləndirilən şəxslərin üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmamasını CM-nin 59.1.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, dəymiş ziyanı tam olaraq ödəməsini 59.1.13-cü maddəsinə əsasən, onun törətdiyi əməlindən səmimi peşmanlığını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs2 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. Vəkil Müdafiəçi2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 300 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 300 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3– cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 13 avqust 2023-cü il tarixdən 15 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulub hesablanmaqla cəmi 4 (dörd) gün ona təyin edilmiş 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir Şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3– cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir Şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekpertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə mülki iddia yoxdur. Vəkil Müdafiəçi2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 300 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülsün. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 300 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. HAKİM : Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar