Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-68/2025 12.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi–Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 68.1.1-1-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə təyin edilmiş 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün hesablanmaqla 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla və həmin cəza CM-nin 67.1-ci maddəsinə əsasən qeyd olunan hökm üzrə təyin edilmiş 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla məhkum edilmiş, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il qərarı ilə 02 ay 18 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmış, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə əhatə olunan qəsdlə xx.xx.2024-cü il tarixdə saat 09:32-də Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən ərzaq mağazasının qarşısındakı Zərərçəkmiş şəxs3 məxsus lotereya biletləri satılan piştaxtanın üzərindən biri 5 manat dəyərində olan, 116 ədəd «Poz-Qazan» lotereya biletlərini, Zərərçəkmiş şəxs3 580 manat məbləğdə ziyan vurmaqla, gizli yolla talayıb, oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə əhatə olunan qəsdlə xx.xx.2024-cü il tarixdə saat 09:09-da Ağdaş rayonu, Heydər Əliyev prospektində yerləşən məişət əşyaları satılan mağazanın qarşısındakı Zərərçəkmiş şəxs2 məxsus, biri 1 manat olan, 180 ədəd lotereya biletlərini, Zərərçəkmiş şəxs2 180 manat məbləğdə maddi ziyan vurmaqla, gizli yolla talayıb, oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə əhatə olunan qəsdlə xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən «X7 avtomobilləri» üçün nəzərdə tutulmuş dayanacağın həyətinə daxil olub, qarajın qarşısında bir qədər dayanıb, ətrafa baxaraq, ətafda heç kimin ona fikir vermədiyinə əmin olduqdan sonra həmin qaraja giriş qapısından qanunsuz olaraq daxil olub, qarajda sol tərəfdə yerləşən dolabın yanındakı divarda Zərərçəkmiş şəxs1 mismardan asılmış şalvarının sağ yan cibindən Zərərçəkmiş şəxs1 məxsus 750 manat məbləğdə pulu gizli yolla talayaraq, oğurluq etmişdir. Bundan başqa o, 21 noyabr 2023-cü il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İİ siyahının 118-ci bəndinə əsasən psixotrop maddə - metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,15 qram müəyyən edildiyi halda, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan xeyli miqdarda 1 (bir) ədəd sellofan bükümün içərisində, təmiz çəkisi 0,553 qram olan psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 10:58 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, Heydər Məscidi yaxınlığında yerləşən qəbirstanlıq yaxınlığında saxlanılıb həmin tarixdə saat 11:00-dan 11:05-dək olan müddət ərzində üzəri yoxlanılarkən həmin çəkidə psixotrop maddə metamfetamin onun əynindəki boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Qeyd olunan əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2024-cü ilin may ayında Mingəçevir şəhərində iş tapa bilmədiyi üçün Ağdaş rayonuna gedib bazarda fəhləlik etmişdir. Bazarda işləyən zaman orada piştaxta üzərində lotereya satıldığını görmüşdür. Həmin ərəfədə fəhləliklə məşğul olduğu üçün dolana bilməmiş, həmçinin boşandığı və 2 övladına görə aliment ödədiyi üçün maddi vəziyyəti həddən artıq pis vəziyyətdə olmuşdur. xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində Ağdaş bazarında olan zaman əhalinin az olduğunu görmüş və orada olan piştaxtaların birinin qarşısında lotereya biletləri satmaqla məşğul olan satıcının yerində olmadığını görüb, piştaxataya yaxınlaşıb, oradan çoxlu sayda lotereya biletləri götürüb, oradan uzaqlaşmışdır. Yolda gedən zaman 116 ədəd 5 manatlıq «Poz-Qazan» lotereya biletlərini oğurladığını bilmiş və həmin lotereya biletlərinin «uduş» olan hissəsini pozduğu zaman uduşa 2 ədəd 5 manatlıq, 1 ədəd isə 10 manatlıq uduş çıxmışdır. Həmin uduşları Mingəçevir şəhərində aidiyyəti nöqtəyə təhvil verib, əvəzində pul almışdır. Bundan sonra o, yenə də lotereya biletləri oğurlamağa davam etmək niyyətində olmuşdur. Hər gün Ağdaş rayonunda bazara gəlib, lotereya biletləri satılan piştaxtaları izləmişdir. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Ağdaş rayon bazarında olarkən yenə də lotereya biletləri satılan piştaxtanı güdməyə başlamışdır. Satıcının piştaxtadan uzaqlaşdığını görən kimi dərhal piştaxtaya yaxınlaşıb, yenə də orada çoxlu sayda lotereya biletləri götürüb, oradan uzaqlaşmışdır. Birinci dəfə olduğu kimi oradan uzaqlaşıb, lotereya biletlərini sayan zaman 180 ədəd 1 manatlıq lotereya biletləri oğurladığını bilmişdir. 180 ədəd «Poz Qazan» lotereya biletinin uduş hissəsini pozub, cəmi 7 manat məbləğində uduş əldə etmiş, həmin uduşu Mingəçevir şəhərində aidiyyəti nöqtələrdən birinə təhvil verib, 7 manatı götürmüşdür. Uduş çıxmayan lotereya biletlərini isə Mingəçevir şəhərində zibiliyə atmış, həmçinin lotereya biletlərini verib, uduş pulu alan yeri hazırda xatırlamır. Bundan başqa bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə o, pııl tapmaq məqsədi ilə yaşadığı evdən çıxmış lakin heç bir yerdə iş tapa bilməmişdir. xx.xx.2024-cü il tarixdə o, X7ın qarajı yerləşən həyətə yaxınlaşmış, bu zaman qarajın işçilərinin qarajın həyətində olduğunu və hamısının başlarının qarışıq olduğunu görmüşdür. O, bu zaman heç kimin ona fikir vermədiyini görüb sakitcə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası X7ın qarajlarının yerləşdiyi həyətdən sakitcə qarajların birinə daxil olmuşdur. Onun qaraja daxil olmaqda məqsədi oğurluq etmək idi. O, qaraja daxil olduqdan sonra ətrafa baxmış, sol tərəfdə dolabın yanında divarda olan mismardan asılmış şalvar görmüş, dərhal həmin şalvara yaxınlaşıb əlini şalvarın cibinə üstən vuran zaman- şalvarın cibində nəsə olduğunu görüb əlini dərhal şalvarın cibinə salan zaman pullar olduğunu görmüş və dərhal həmin pulu oradan götürüb oradan uzaqlaşmışdır. O, oradan çıxıb dərhal uzaqlaşmış və tanımadığı taksiyə əyləşmişdir. O, taksi ilə yol gedən zaman oğurladığı pulları saymış və 750 manat pul olduğunu görmüşdür. Mingəçevir şəhərində, həmçinin Ağdaş rayonunda oğurluq edən zaman onu videomüşahidə kameralarının çəkməsindən məlumatı olmamışdır. Bundan başqa o əvvəllər psixotrop maddə istifadə etmişdir. Bir müddətdir psixotrop maddə istifadə etmir. Üzərindən aşkar olunmuş metamfetamin ona məxsus olmamışdır. Əməlindən peşmandır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə ona dəymiş ziyanın ödənilməsi barədə razılığa gəldiklərini, heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 1990-cı ildən Mingəçevir şəhər mərkəzi xəstəxanasının «X7» stansiyasında sürücü kimi işləyir. X7da növbə ilə işləyir. Növbədə olmadığı günlərdə isə X7ın avtomobilərinin qarajında avtomobillərdə olan nasazlıqları aradan qaldırır. xx.xx.2024-cü il tarixdə saat 21-də Mingəçevir şəhəri «X7da» sürücü kimi növbəyə daxil olmuş, xx.xx.2024-cü il tarixdə səhər saat 09-da növbədən çıxmış, sonra qaraja gəlib, əynindəki geyimi qarajda soyunaraq, işləmək üçün köhnə geyimləri geyinmişdir. Əynindəki şalvarı soyunub, qaraja daxil olan zaman sol tərəfdə dolabın yanındakı divardan mismardan asmışdır. Həmin vaxt onun şalvarının sağ yan cibində 750 manat pul olmuşdur. Həmin gün qarajda işləri ilə məşğul olmuş, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində qaraja keçib, əynini dəyişmiş, həmin vaxt şalvarının sağ yan cibində olan 750 manat məbləğdə pul vəsaitinin oğurlandığını aşkar etmişdir. İlk öncə pulu hardasa itirdiyini düşünmüş və hər yeri axtarsa da pulunu tapa bilmədiyi üçün pulunun oğurlanmasını anlamış və Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etməmiş, zərərçəkmiş şəxslərin istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, son 1 ildir ki, Ağdaş rayon «Mərkəzi bazarında» «Poz-Qazan» lotareya biletlərinin satışı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində lotereya biletləri satmaq üçün Ağdaş rayon «mərkəzi bazarına» gedib, piştaxtanı çıxarıb, lotereya biletlərini düzmüş və satış üçün müştəri gözləməyə başlamışdır. Həmin gün saat 09 radələrində lotereya biletləri satdığı piştaxtanın yaxınlığında yerləşən qohumunun mağazasına getmiş, təxminən 1-2 dəqiqə sonra geri qayıtmışdır. Geri qayıdan zaman piştaxtanın üzərində olan 1 manatlıq «Poz qazan» lotereya biletlərinin yerində olmadığını görmüşdür. Ətrafda olan şəxslərdən bu barədə maraqlandıqda heç kimin məlumatı olmadığını görüb, yaxınlıqda olan mağazanın videomüşahidə kameralarına baxdığı zaman bir nəfər kişi cinsli şəxsin piştaxtaya yaxınlaşıb, lotereya biletlərini oğurlamasını müəyyən etmişdir. Bundan sonra Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Daha sonra o, ona məxsus lotereya biletlərini oğurlayan şəxsin Təqsirləndirilən şəxs olmasını Ağdaş rayon polis Şöbəsində öyrənmişdir. Zərərçəkmiş şəxs Şirinov X4 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, son 2 ildir ki, Ağdaş rayon «mərkəzi bazarında» «Poz-Qazan» lotereya biletlərinin satışı ilə məşğul olur. Ara-sıra, işi olduğu üçün lotereya biletlərinin satışını atası Rəhman həyata keçirir. xx.xx.2024-cü il tarixdə onun səhhətində problemlər olduğu üçün atası Rəhman saat 09 radələrində bazarda loteraya biletləri satmağa getmişdir. Həmin gün təxminən saat 09:40-da atası Rəhman ona zəng edib, lotereya biletlərinin oğurlandığını bildirmiş, bundan sonra o, dərhal durub oraya getmiş və lotereya biletləri satdığı piştaxta ilə üzbəüz qida məhsullarının satışı mağazasının kameralarına baxan zaman 1 nəfər kişi cinsli şəxsin lotereya biletlərini oğurlamasını görmüşdür. Bundan sonra Ağdaş Rayon Pöolis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Daha sonra o, ona məxsus lotereya biletlərini oğurlayan şəxsin Təqsirləndirilən şəxs olmasını Ağdaş rayon polis Şöbəsində öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə icraatına Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının balansında olan X7 avtomobillərinin saxlanması və təmiri üçün nəzərdə tutulmuş ərazidə yerləşən qarajdan xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus 750 manat pulun oğurlanması barədə əməliyyat tapşırığı daxil olmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 məxsus 750 manat oğurlayan şəxsin xx.xx.1985-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, Nizami küçəsi 16 saylı binanın yaxınlığında saxlanılaraq Mingəçevir ŞPŞ-nə gətirilmiş və barəsində qanuni tədbir görülməsi üçün Mingəçevir ŞPŞ-nin İstintaq Bölməsinə təhvil verilmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin MSY-nin rəisi, polis leytenantı Şahid3 ifadəsində göstərdi ki, o, Mingəçevir Şəhər Polis Şöbəsində MSYnin rəisi, polis leytenantı rütbəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə şübhəli bilinən Hacıyev X2 ŞPŞnin İstintaq Bölməsinin baş müstəntiqi Pərviz Ələkbərov tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra saxlanması üçün Mingəçevir ŞPŞ-nin MSY-nə təhvil verilmişdir. MSYnin saxlama yerlərinin daxili intizam qaydalarına 7 nömrəli əlavəyə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə MSY-nə daxil olduqdan dərhal sonra saat 14:05-də MSY-də üzərinə həmçinin əşyalarına baxış keçirilmiş, şəxsin üzərinə yoxlanış keçirilən zaman şəxsin üzərindən heç bir əşya aşkar edilməmiş, bu barədə MSY-də 285 nömrəli protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs tərəfindən də həmin protokol imzalanmışdır. İş üzrə şahid qismində tanınmış Şahid2, Şahid1 və Şahid5 məhkəmə iclasında iştirak etməmiş, şahidlərin istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. Şahid qismində dindirilən Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o və Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Hacıyev X1 şəhəri, A.Məmmədov küçəsi, «Heydər Məscidi» yaxınlığında yerləşən qəbirstanlığın yanında saxlanılaraq, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirmişlər. Bundan sonra videoçəkiliş aparılmaqla üzərinin yoxlanılacağı, videoçəkilişdən istifadə olunduğu üçün hal şahidlərinin iştirakının məcburi olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs isə üzərinin yoxlanılmasına etiraz etməmiş və onun üzəri yoxlanılarkən o, əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü könüllü olaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmağa davam etmiş, lakin aşkar olunandan savayı üzərindən qanunla saxlanılması qadağan edilmiş hər hansı bir başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi, bir ədəd bükümü açıb içərisinə baxdıqda spesifik iyindən və görünüşündən psixotrop maddə - metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Daha sonra proses iştirakçılarının yanında həmin bir ədəd büküm elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0.61 qram olması müəyyən olunmuşdur. Daha sonra içərisində psixotrop maddə - metamfetaminə oxşar kütlə olan bir ədəd büküm qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm olan kütlənin psixotrop maddə - metamfetamin olduğunu və həmin psixotrop maddə - metamfetamini Mingəçevir şəhərində qum karxanasının yaxınlığında yerdən tapdığını bildirmişdir. Bundan sonra Hacıyev X1 ŞPŞ-yə gətirilmiş və təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Verilən suallara cavab olaraq, o, Təqsirləndirilən şəxslə heç bir düşmənçiliyi və ədavətinin olmadığını, Təqsirləndirilən şəxs dediklərinin yalan olduğunu, heç kimin onun yaşadığı evə daxil olmadığını, ona məxsus evin açarlarının polis əməkdaşlarında olmadığını və heç kim tərəfindən ona fiziki və psixi təsirin edilmədiyini göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun əridir və oğlu Murad Məmmədovla birlikdə yaşayırlar. Əri Telman onun adına Xalq Bankdan kreditə pul götürmüş, həmçinin ona zamin durmuşdur. Hər ay kreditin ödəniş vaxtı 22-də olur. Lakin 2024-cü ilin iyun ayının ödənişini iyun ayında əmək haqqını almadıqları üçün ödəyə bilməmişlər. xx.xx.2024-cü il tarixdə əri Zərərçəkmiş şəxs1 əmək haqqını alıb evə gəlmiş, xx.xx.2024-cü il tarixdə səhər işə gedən zaman əri Telman evdən 750 manat pul götürmüş və həmin günü yəni xx.xx.2024-cü il tarixdə gün ərzində banka gedib krediti ödəyəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə əri Telman evə gəlmiş və o, ərinin halının yaxşı olmadığını görüb bu barədə sual verdikdə Telman ona işdə olan zaman gündəlik geyimini dəyişib qarajda iş paltarı geyinib gündəlik geyimini qarajda divarda mismardan asdığını, həmin vaxt 750 manat pulun şalvarın cibində olduğunu və naməlum şəxsin qaraja gizlin daxil olub şalvarının cibindən 750 manat pulu oğurlamasını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilən zaman onun əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümün içərisindən büküm ilə birlikdə ümumi çəkisi 0.61 qram psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür (İ cild i.v.09-10). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə xx.xx.2024-cü il tarixdə, saat 11:40-dan şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir (İ cild i.v.24). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 17/774 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 76” dairəvi möhür əksi olan, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,553 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (İ cild i.v.39-40). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaqı aparılan ********* №-li cinayət işi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqı ********* №-si altında davam etdirilmişdir (İ cild i.v.48-49). ********* №-li cinayət işi Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən «X7» avtomobilləri üçün nəzərdə tutulmuş qaraja qanunsuz olaraq daxil olub, orada Zərərçəkmiş şəxs1 məxsus şalvarın sağ yan cibindən 750 manat məbləğdə pul vəsaitinin oğurlaması faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə xx.xx.2024-ci il tarixdə başlanmışdır (İ cild i.v.50). 240650084 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli diskə baxış protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 1l:24-dən 1l:25-dək olan müddət ərzində Təqsirləndirilən şəxs videomüşahidə kamerasını görmədən və ətrafda olan şəxslərin ona diqqət etmədiklərinə əmin olduqdan sonra qaraja daxil olub Zərərçəkmiş şəxs1 məxsus şalvarın cibindən 750 manat pulu oğurlamışdır (İ cild i.v.62-63). xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild i.v.85). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilməsi haqqında qərar qəbul edilmişdir (İ cild i.v.94). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild i.v.103-104). 240650084 nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs heç bir əsas gətirmədən Zərərçəkmiş şəxs1 ilə aralarında üzləşdirmə istintaq hərəkətinin keçirilməsindən imtina etmişdir (İ cild i.v.111). xx.xx.2024-cü il tarixli 1361 nömrəli arayışa əsasən Hacıyev X1 Psixo-Nevroloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir. (İ cild i.v.114). xx.xx.2024-cü il tarixli, 2141 saylı Mingəçevir Şəhər rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş arayışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən Mingəçevir Şəhər rayonlararası Narkoloji Dispanserin narkoloji qeydiyyatında yoxdur (İ cild i.v.115). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ağdaş RPŞ-nin İB-də istintaqı aparılan ********* №-li cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün xx.xx.2024-cü il tarixdə Mingəçevir ŞPŞ-nin İB-nə göndərilmiş və qeyd olunan cinayət işi həmin tarixdə ********* nömrəli cinayət işinə birləşdirilmişdir (İ cild i.v.122-123). 240220088 nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixli diskə baxış protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 09:32-də Təqsirləndirilən şəxs Ağdaş rayonu, H.Əliyev küçəsində yerləşən piştaxtanın üzərindən “Poz-Qazan” lotereya biletlərini oğurlaması əks olunmuşdur (İ cild i.v.140-141). 240220088 nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixli diskə baxış protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 09:09-də Təqsirləndirilən şəxs Ağdaş rayonu, H.Əliyev küçəsində yerləşən piştaxtanın üzərindən “Poz-Qazan” lotereya biletlərini oğurlaması əks olunmuşdur (İ cild i.v.155-156). 240220088 №-li cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə başlanılmış, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə o, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmaqla, həmin tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri seçilmişdir və Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir (İ cild i.v.169- 222). 240220088 nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə Ağdaş rayon, H.Əliyev küçəsində yerləşən piştaxtalardan 116 ədəd 5 manatlıq, 180 ədəd 1 manatlıq lotereya biletlərini oğurladığını bildirmişdir (İ cild i.v.205-210). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2003-cü il tarixli hökm ilə CM-nin 180.2.1, 180.2.4-cü maddələri ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş xx.xx.2007-ci il tarixdə cəza sonu ilə azad edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-nin 170.1, 170.2.1 və 177.2.2-ci maddələri ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2010-cu ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə qalan cəzası azadlığın məhdudlaşdırılması ilə əvəz edilmiş, xx.xx.2011-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə qalan cəzası 500 manat cərimə cəzası ilə əvəz edilmiş, xx.xx.2012-ci ildə tam şəkildə icra olunmuş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 177.1, 234.1-ci maddələri ilə 03 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmiş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə 02 il 05 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2020-ci ildə Şəki Rayon Məhkəməsinin qərarı ilə 04 ay 23 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti bitdiyi üçün çıxarılmış, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.1-ci maddəsi ilə 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2023-cü ildə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə 02 ay 18 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1321 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Mingəçevir ŞPŞ-də 651231 saylı borclu fiziki şəxs barəsində axtarış qərara alınmışdır (İ cild i.v.232-235, İİ cild i.v.66-67). 240220088 nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş 180 manat maddi ziyanın tamamilə ödənilməsini bildirmişdir (İ cild i.v.245). Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə təyin edilmiş 11 ay 24 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün hesablanmaqla 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə bərabər tutulmuş və həmin cəza CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (İ cild i.v.247-250). ********* №-li cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif olunaraq, həmin tarixdə ona CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş və xx.xx.2024-cü il tarixdə barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri nəzərə alınmışdır (İİ cild i.v.03-15). 240650119 №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilərək, həmin tarixdə ona CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə ona CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (İİ cild i.v.16-25). 240650119 №-li cinayət işi üzrə Mingəçevir şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(051)-62/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(İİ cild i.v.42-44). xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükümdə, təmiz çəkisi-0,553 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,503 qram psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınaraq, saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc otağına təhvil verilmişdir (İİ cild i.v.61-62). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1922 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (İİ cild i.v.82-83). xx.xx.2024-cü il tarixli “vəsatətə baxılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə xüsusat vəsatət kimi qiymətləndirilib, əsassız hesab edilərək təmin olunmasının rədd edilməsi qərara alınmışdır (İİ cild i.v.84- 85). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, şahid ifadələri, baxış və götürmə protokolu, hadisə yerinə və diskə baxış protokolları, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz qalıq çəkisi 0,503 qram çəkidə olan psixotrop maddə - metamfetamin, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 17/774 №-li, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1922 №-li rəyləri sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır ( İİ cild i.v.91-101). xx.xx.2024-cü il tarixli 374 saylı 4 №li MİS tərəfindən verilmiş arayışa əsasən Hacıyev X1 şəhəri, Nizami küçəsi, ev 16, mənzil 15 ünvanında yaşayır (İİ cild i.v.113). xx.xx.2024-cü il tarixli 4 №li MİS tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Hacıyev X1 şəhəri, Nizami küçəsi, ev 16, mənzil 15 ünvanında yaşadığı müddət ərzində yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (İİ cild i.v.114). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.1-ci maddəsinə görə bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. 17.3-cü maddəsinə görə şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1. Azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: 56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.1-ci maddəsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —177.2. Eyni əməllər: 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi ( CM-61.1.1) müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı bir qismini ödəməsini (CM-59.1.14), təqsirini etiraf edərək səmimi peşmanlıq çəkməsini (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətlərin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmasını nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona cinayətlərin məcmusu qaydasında təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbirinin seçildiyi tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 91.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 69.10 (altmış doqquz manat on qəpik) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan 0,503 qram psixotrop maddə metamfetamin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024 tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlandığı 4 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər tutulmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş, təmiz qalıq çəkisi 0.503 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №1(051)-68/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-68/2025
12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver