Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-69/2020 29.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.1996-cı il təvəllüdlü tanışı - Mingəçevir şəhər Mühafizə şöbəsinin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs onun uzun müddət əvvəl ailə üzvləri ilə birlikdə yaşadığı evi tərk edərək özündən yaşca böyük olan 1984-cü il təvəllüdlü Şahid5 ilə qeyrirəsmi münasibətdə olmaqla birgə yaşadığını öyrənməsindən sonra onu seçiminin düzgün olmadığına inandırmaqla ailə üzvlərinin yanına qayıtmağa razı salmaq arzusunda olduğundan onunla dəfələrlə tərbiyəvi xarakterli söhbətlər aparması ilə əlaqədar aralarında müxtəlif vaxtlarda yaranmış mübahisələrdən sonra 20.11.2019-cu il tarixdə baş tutmuş növbəti telefon danışığı zamanı eyni mövzu ətrafında gərginləşən mübahisəni Zərərçəkmiş şəxslə üzbəüz davam etdirmək qərarına gəlmiş, bu məqsədlə 20.11.2019-cu il tarixdə saat 17 radələrində idarə etdiyi “Mercedes Vito” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonundan çıxıb Zərərçəkmiş şəxs xidmətdə olduğu Mingəçevir şəhəri, Samux küçəsində yerləşən Mingəçevir Turizm kollecinin qarşısına gələrək Zərərçəkmiş şəxs mühafizə postunda xidmət apardığına əmin olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi, qatlanan konstruksiyalı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, açıq vəziyyətdə ümumi uzunluğu 220 mm olan soyuq silah hesab edilməyən ümumi təyinatlı turist bıçağını avtomobilin salonundan götürüb əlində saxlayaraq avtomobildən düşmüş, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına aşkar surətdə etinasızlıq göstərərək ətrafdakı insanların dincliyini pozmaqla şəxsi münasibətlər zəminində öz aralarında başlanmış mübahisəni ictimai yerdə davam etdirib kənar şəxslərin eşidə bildiyi şəraitdə uca səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə sonuncuya tərəf yaxınlaşmış, əvvəlcə əl qol-hərəkətləri ilə Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq etdikdən sonra əlində saxladığı bıçağı açaraq zərərçəkmiş şəxsə ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aid olan sol kürək nahiyəsində bir ədəd və sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən sol said nahiyəsində iki ədəd olmaqla ümumilikdə üç ədəd kəsilmiş-deşilmiş yaralar xəsarətləri yetirmiş, bununla da, öz əməlinin ictimai təhlükəli olduğunu dərk edib onun ictimai təhlükəli nəticələrini qabaqcadan görərək və bunları arzu edərək, xuliqanlıq etmiş, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət edilən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 19 noyabr 2019-cu il tarixdə qeyri-rəsmi yaxın münasibətdə olduğu tanışı–Şahid5 ilə birlikdə sonuncunun Yevlax şəhərində kirayədə yaşadığı evində olarkən Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən (həmin mobil nömrənin kimin istifadəsində olduğunu həmin vaxt bilməmişdir) zəng gəldiyini görmüşdür. Şahid5 onun yanında telefona cavab verdiyi zaman telefondaki həmin şəxs özünü “polis əməkdaşı” kimi təqdim edərək onun harada olduğu barədə maraqlanmış və hər ikisinin axtarışda olduqlarını bildirmişdir. Şahid5 də, nə səbəbə axtarışda olduqları barədə maraqlandıqda həmin şəxs guya onun qanunsuz olaraq avtomobil qaçırtdığını, nəzarət-müşahidə kameralarının hədəfinə tuş gəldiyini bildirib təcili şəkildə onun həmin şəxslə əlaqə saxlamağını qeyd etmişdir. Şahid5 isə onun bir qədər kənarda olduğunu və daha sonra əlaqə saxlaya biləcəyini bildirmişdir. Bir qədər sonra həmin mobil nömrədən Şahid5 istifadəsində olan mobil nömrəyə bir daha zəng gəlsə də, bir sonrakı zəngdə telefona o, cavab verərək həmin şəxsdən kim olduğunu soruşmuşdur. Həmin şəxs bir daha özünü “polis əməkdaşı” kimi təqdim edərək guya atasına məxsus “Mercedes Vito” markalı avtomobil oğurlandığı üçün barəsində şikayət edildiyini, bu səbəbdən axtarışda olduqlarını və təcili şəkildə Mingəçevir şəhər polis şöbəsinə yaxınlaşmaqlarını bildirmişdir. O, heç bir avtomobil oğurlamadığını, idarə etdiyi həmin avtomobilə dair tələb olunan sənədlərin tam qaydasında olduğunu, bu məsələni atası ilə dəqiqləşdirdikdən sonra həmin şəxslə yenidən əlaqə saxlaya biləcəyini demişdir. Bu zaman həmin şəxs bir daha Şahid5 ilə birlikdə axtarışda olduqlarını və təcili olaraq hər ikisinin Mingəçevir şəhər polis şöbəsinə yaxınlaşmaqlarını qeyd etmişdir. Həmin şəxsin səsi çox tanış gəldiyi üçün danışan şəxsin tanışı Zərərçəkmiş şəxs olmasından şübhələnmiş, bu səbəbdən atasına zəng edib baş verənlər barədə danışmış, həmin şəxsin Zərərçəkmiş şəxs olub-olmamasını atasından maraqlanmış, atası isə and içərək həmin şəxsin kim olduğunu bilmədiyini, baş verənlərlə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Həmin gecə Şahid5 ilə birlikdə idarə etdiyi atasına məxsus **- NM-*** dövlət nömrə nişanlı “Mercedes Vito” markalı avtomobillə gəzmək məqsədi ilə Bakı şəhərinə getmiş, 20 noyabr 2019-cu il tarixdə səhər saatlarında Bakı şəhərində olarkən telefonunda olan xüsusi proqram vasitəsi ilə ***-***-**-** saylı mobil nömrənin Zərərçəkmiş şəxs məxsus olduğunu dəqiqləşdirmiş və bundan sonra bir neçə dəfə Zərərçəkmiş şəxslə əlaqə saxlamağa cəhd etsə də, sonuncu onun zənglərinə cavab verməmişdir. Həmin gün Zərərçəkmiş şəxslə iki dəfə əlaqə saxlaya bilmiş, lakin həmin zənglərin vaxtını dəqiq xatırlamamışdır. Həmin zənglərdə Zərərçəkmiş şəxs nə səbəbə özünü ona və tanışı Şahid5 başqa bir şəxs kimi təqdim etdiyini soruşmuş, Zərərçəkmiş şəxs isə ona Mingəçevir şəhərinə gəlməyini, görüş zamanı bu barədə danışacağını bildirmişdir. O, Kənanla telefonda sözlü mübahisə etməyə başlamış, Zərərçəkmiş şəxs da, telefonda danışıq zamanı aralarında yaranmış sözlü mübahisənin gedişində onun ünvanına qarşı nalayiq sözlər işlətməyə başlamışdır. Bütün bunlara əsəbiləşdiyi üçün görüşmək məqsədi ilə Zərərçəkmiş şəxs harada olduğunu maraqlanmış, Zərərçəkmiş şəxs isə cavab olaraq hazırda Mingəçevir Turizm kollecində xidmətdə olduğunu, lakin saat 17:00-da növbəni təhvil verdikdən sonra onunla Mingəçevir şəhərində “41-45” deyilən ərazidə görüşə biləcəyini qeyd etmişdir. Həmin vaxt idarə etdiyi avtomobillə Şahid5 ilə birlikdə Bakı şəhərindən Yevlax rayonuna qayıdarkən yolda olduğu zaman bu barədə atasının mobil telefonuna zəng edib nə səbəbə ona yalan danışdığını, həmin şəxsin Zərərçəkmiş şəxs olmadığı və baş verənlərdən məlumatsız olduğu barədə ona yalan məlumat verdiyini soruşmuş və Zərərçəkmiş şəxslə bu məsələni həll edəcəyini bildirmişdir. Atası da, maşını gətirib evə qoymağını, bundan sonra kiminlə istəsə söhbət edə biləcəyini bildirərək zəngi sonlandırmışdır. Yevlax rayonuna çatdığı zaman ilk növbədə Şahid5 yaşadığı evin yaxınlığında düşürüb tək Mingəçevir şəhərinə doğru yola düşərkən qarşı tərəfdən atasının olduğu idarə etdiyi “A093ea126” Rusiya Federasiyasına aid dövlət nömrə nişanlı, mavi rəngli “Mercedes Vito” markalı avtomobillə üzbəüz qarşılaşmışdır. Atası onun idarə etdiyi avtomobili saxladaraq hara getdiyi barədə maraqlandıqda o, atasına onun arxası ilə Mingəçevir şəhərinə gəlməsini və “məsələni” orada həll edəcəyini söyləmişdir. Həmin vaxt atasının olduğu avtomobili orta yaşlı bir kişi idarə etmiş, lakin həmin şəxsin kim olduğunu bilməmişdir. Avtomobili sürətlə Mingəçevir şəhərinə doğru idarə etdiyi üçün atası gil onun avtomobilinə çataraq arxası ilə gələ bilməmişlər. Həmin gün saat 17 radələrində birbaşa Mingəçevir Turizm kollecinə getmiş və maşını kollecin qarşısında saxlamışdır. Yolun kənarında dayanmış mülki xidməti geyimli mühafizəçidən Zərərçəkmiş şəxs burada işləyib-işləməməsini maraqlandıqda həmin şəxs onun burada işlədiyini və hazırda burada olduğunu təsdiqləmiş, elə bu zaman kənardan Zərərçəkmiş şəxs avtomobilə doğru əlində rezin dəyənəklə gəldiyini görmüşdür. O isə həmin vaxt avtomobildə sükan arxasında oturmuş və aşağı düşməmişdir. Zərərçəkmiş şəxs avtomobilə doğru tam yaxınlaşıb əli ilə onun qapısını açdığı zaman əlindəki rezin dəyənəkdən yapışdığı üçün həmin rezin dəyənəklə onu vuracağını güman edib avtomobilin qapısının aşağı hissəsində olan bıçağını götürüb avtomobildən düşmüşdür. Bıçaq həmin vaxt bağlı vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs onun bıçaq götürdüyünü görən kimi bir qədər geriyə doğru getmiş və əlindəki rezin dəyənəyi ona doğru istiqamətləndirərək dəyənəklə onu vura biləcəyini nümayiş etdirmişdir. Çox əsəbi olduğu üçün Zərərçəkmiş şəxs ünvanına qarşı nalayiq sözlər işlətməyə və aqressiv şəkildə yumruqla və dizi ilə ardıcıl olaraq üz və boyun nahiyəsinə bir neçə dəfə zərbə endirməyə başlamışdır. Zərərçəkmiş şəxs isə həmin vaxt başını aşağı doğru əyib hər iki əli ilə üzünü tutaraq zərbələrdən yayınmağa çalışmışdır. Ani olaraq Zərərçəkmiş şəxs onun əlindən çıxdığı üçün əlindəki bıçağı açaraq Zərərçəkmiş şəxs üzərinə hücum çəkmiş, bıçaqla ona zərbələr endirməyə başlamış, lakin Zərərçəkmiş şəxs bıçaqla neçə dəfə və bədəninin hansı nahiyələrinə xəsarət yetirib-yetirmədiyini bilməmişdir. Həmin vaxt bıçaqdan kortəbii şəkildə ona doğru istifadə edərək zərbələr yetirməyə çalışmış, Zərərçəkmiş şəxs də, geriyə doğru qaçaraq üzbəüz şəkildə əlindəki rezin dəyənəklə ona müqavimət göstərməyə çalışmışdır. Zərərçəkmiş şəxs endirdiyi bıçaq zərbələrindən sonra bir neçə dəfə sonuncunun qışqırdığı üçün bıçaqla xəsarət yetirdiyini yəqin etmişdir. Bu zaman səs-küyə ətrafa xeyli adam toplaşmış və tanımadığı həmin şəxslər hadisə yerinə gələrək onu aralamışlar. Bundan sonra, o, avtomobilinə minərək hadisə yerini tərk edərkən Mingəçevir şəhərinin çıxışına yaxın hissədə atasının olduğu avtomobilinin gəldiyini görmüş və atasının avtomobilinin yanında avtomobilini saxlayıb “mən söhbətimi elədim, gedirəm” deyərək yoluna davam etmişdir. Avtomobili ünvan 2 ünvanında yerləşən evinin qarşısına park edib açarları da avtomobilin üzərinə qoymuşdur. Bu zaman eyvana çıxan anası Ceyran İsmayılova onu görüb hara getdiyini maraqlandıqda, o evin yaxınlığında olacağını, bir qədər sonra evə qayıdacağını demiş və baş vermiş hadisə barədə anasına heç bir məlumat vermədən evi tərk etmişdir. Bundan sonra Yevlax şəhərində kirayə tutduqları – Şahid5 ilə birlikdə müvəqqəti yaşadığı ünvanını bilmədiyi həmin evə getmişdir. 21 noyabr 2019-cu il tarixdə də, polis əməkdaşları tərəfindən Yevlax şəhərində Şahid5 ilə birlikdə olduğu həmin evdə tutularaq Mingəçevir şəhər polis şöbəsinə gətirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ilin aprel ayından Mingəçevir şəhər Mühafizə şöbəsinin polis nəfəri vəzifəsində işləyir, rütbəsi polis serjantıdır. 2019-cu ilin avqust ayından Mingəçevir şəhəri, Samux küçəsində yerləşən Mingəçevir Turizm kollecində şəhər Mühafizə şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçisi Şahid4 ilə birlikdə xidmət aparmışdır. İş rejimi – həftə içi hər gün (həftənin 5 günü) səhər saat 09-dan axşam saat 17-dək olan müddəti təşkil etmişdir. Baş vermiş hadisə ilə əlaqədar bildirmişdir ki, Təqsirləndirilən şəxs valideynləri ilə onun valideynlərinin uzun müddət yaxın ailəvi münasibətləri olmuşdur. Bu münasibətin nəticəsində Təqsirləndirilən şəxsla onun həmyaşıd olduqlarından aralarında yaxın münasibət olmuşdur. Təqsirləndirilən şəxs son bir neçə ildə cinayətkar aləmə və narkotik vasitələrə meyilli olması barədə müxtəlif məlumatlar almışdır. Bununla bağlı Təqsirləndirilən şəxsla söhbət etdikdə sonuncu həmişə aqressiv reaksiyalar vermişdir. Sonuncu dəfə hadisədən 3 gün əvvəl Təqsirləndirilən şəxs yaşadığı evi tərk etdiyi barədə məlumat almışdır. Bu barədə Təqsirləndirilən şəxs ailə üzvlərindən maraqlandıqda Təqsirləndirilən şəxslun özündən yaşca 13-14 yaş böyük bir qadınla münasibətdə olduğunu, onu həmin qadından ayıra bilmədiklərini, bu səbəbdən də, Təqsirləndirilən şəxslun etiraz olaraq evi tərk etdiyini bildirmişlər. Təqsirləndirilən şəxslun atası Şahid6 ondan Təqsirləndirilən şəxsla həmyaşıd olduğu üçün oğlu ilə söhbət edib məsləhətlər verməyini, tutduğu bu əyri yoldan çəkindirmək üçün cəhd etməyini xahiş etmiş və o, razılaşmışdır. Bununla bağlı o, istifadəsində olan (055) ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəyə zəng vurmuş, lakin telefonun bağlı olduğunu gördükdə 19 noyabr 2019-cu il tarixdə Şahid6la əlaqə saxlayaraq Təqsirləndirilən şəxsla əlaqə saxlamağa cəhd etdiyini, lakin sonuncunun mobil telefonu bağlı olduğu üçün əlaqə saxlaya bilmədiyini demiş, Şahid6 isə cavab olaraq (055) ***-**- ** saylı mobil nömrəyə zəng etməyini, bu zaman Təqsirləndirilən şəxsla əlaqə saxlaya biləcəyini bildirmişdir. Həmin tarixdə axşam saatlarında istifadəsində olan mobil nömrədən (055) ***-**-** saylı mobil nömrə ilə əlaqə saxladıqda telefona bir qadın cavab vermişdir. Həmin qadından Təqsirləndirilən şəxsla danışmaq istədiyini və harada olduğunu maraqlandıqda qadın cavabında Təqsirləndirilən şəxslun yanında olmadığını, toyda olduğunu, bir neçə saat sonra gələcəyini bildirmişdir. O, həmin qadına Təqsirləndirilən şəxslun evə gələcəyi təqdirdə onunla əlaqə saxlamasını xahiş etmiş və sağollaşmışdır. Bundan təxminən 1 saat sonra həmin nömrə ilə yenidən əlaqə saxlamış, bu zaman telefona Təqsirləndirilən şəxslun özü cavab vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxsla telefonda danışaraq tutduğu yolun düzgün olmadığını, bu yoldan çəkilməsini, özündən yaşca 13-14 yaş böyük bir qadınla münasibət saxlamasının, həmin qadına görə ailə üzvlərini, valideynlərini qarşısına alaraq yaşadığı evi tərk etməsinin səhv addım olduğunu və evə qayıtmasını söyləmişdir. Telefonda onunla danışıq zamanı aralarında sözlü mübahisə yaranmış və o, zəngi sonlandırmışdır. Hadisənin baş verdiyi 20 noyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxslun bir neçə dəfə mobil nömrəsinə zəng vurduğunu görmüş və bu səbəbdən sonuncuyla əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs harada olduğunu və onunla görüşmək istədiyini demişdir. O da hazırda Mingəçevir Turizm kollecində xidmətdə olduğunu, saat 17-də xidmət vaxtı bitdikdən sonra Mingəçevir şəhərində, “41-45” deyilən ərazidə görüşə biləcəyini bildirmişdir. Telefonda danışıq zamanı Təqsirləndirilən şəxs ona tək gəlməyini dəfələrlə bildirmiş və nalayiq söz işlədərək zəngi sonlandırmışdır. Həmin vaxt həmişə olduğu kimi kollecin qarşısındakı posta mülki mühafizəçisi Şahid4 ilə birlikdə xidmətdə olmuşdur. Həmin gün saat 17 radələrində o, yaxınlığındakı postun qarşısında olarkən yolun kənarında ağ rəngli, **-NM-*** dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı avtomobilin dayandığını və avtomobildən mülki mühafizəçi Şahid4lə nə barədəsə söhbət etdiklərini görmüşdür. Avtomobili tanıdığı üçün əl edərək (salamlaşaraq) avtomobilə yaxınlaşmışdır. Bu zaman Təqsirləndirilən şəxs avtomobildən düşərək ünvanına nalayiq söyüşlər işlətməyə, ona yaxınlaşaraq ilk öncə əl-qol hərəkətləri ilə fiziki zor tətbiq etməyə başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs yumruqla və dizi ilə onun sifət nahiyəsinə amansız zərbələr endirmiş, o isə hər iki əli ilə üzünü tutaraq müdafiə olunmağa çalışmışdır. O Təqsirləndirilən şəxs əlindən çıxıb öz müvazinətini düzəltdikdən sonra Təqsirləndirilən şəxs əlindəki bıçağı xüsusi üsulla açıb üzərinə doğru bıçaqla hücum çəkməyə başlamışdır. O, də üzü Təqsirləndirilən şəxs doğru arxa-arxaya qaçaraq əlindəki rezin dəyənəklə müdafiə olunmağa və bıçaq zərbələrindən yayınmağa çalışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onun üz və sinə nahiyəsinə təxminən 15-20 dəfə ardıcıl zərbələr endirmişdir. Bundan sonra səs-küyə qısa müddət ərzində yaxınlıqda olan tələbələr, ətrafda olan digər şəxslər toplaşmış və yaxınlığındakı köşkün arxası tərəfə çəkilmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs orada olan şəxslər tutub saxlamağa cəhd etsələr də, Təqsirləndirilən şəxs onların əlindən çıxmağa bacarıb ona doğru yenidən hücum çəkmiş və kürək nahiyəsinə bıçaqla zərbələr endirməyə başlamışdır. Yenidən ətrafdakı şəxslər Təqsirləndirilən şəxs araladıqda əlverişsiz vəziyyət olduğunu görüb avtomobilinə minmiş və hadisə yerini tərk etmişdir. Təqsirləndirilən şəxs hadisə yerini tərk edərkən sonradan ətrafdakıların ona dediyinə görə “bu məsələnin burada qalmayacağını” bildirmişdir. Müxtəlif bədən xəsarətləri aldığı üçün onu kollecin yanındakı köşkün içinə aparmışlar. Bundan sonra hadisə yerinə Təqsirləndirilən şəxs atası Şahid6 da gəlmiş, onun xəsarət aldığını görüb sorğu-sualsız onu avtomobilinə mindirərək xəstəxanaya aparmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 20.11.2019-cu il tarixdə saat 17 radələrində o, kollecin yaxınlığındakı yolun kənarında ağ rəngli, **-NM-*** dövlət nömrə nişanlı “Mercedes Vito” markalı avtomobilin dayandığını və avtomobildən düşən gənc yaşlarında olan tanımadığı bir şəxsin Zərərçəkmiş şəxs yaxınlaşaraq sözlü mübahisə etdiyini, dərhal da əl-qol hərəkətləri ilə Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq etdiyini, bundan sonra üzərində gəzdirdiyi bıçağı çıxarıb Zərərçəkmiş şəxs üzərinə hücum çəkdiyini və ünvanına nalayiq söyüşlər söyərək bıçaqla xəsarətlər yetirməyə başladığını görmüşdür. Həmin vaxt o, artıq köşkdən çıxıb ətrafdakı şəxslərlə birlikdə hadisəni törədən şəxsə mane olmağa çalışmışdır. Qısa müddət ərzində kollecdə təhsil alan şəxslər və ətrafdakı digər şəxslər də, səs-küyə hadisə yerinə toplaşdığı üçün həmin şəxs avtomobilinə minərək hadisə yerini tərk etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 20 noyabr 2019-cu il tarixdə həmişə olduğu kimi polis nəfəri Zərərçəkmiş şəxslə birlikdə Mingəçevir Turizm kollecində xidmətdə olmuşdur. Həmin gün saat 17 radələrində o, yolun kənarında, Zərərçəkmiş şəxs isə postun qarşısında dayanmışdır. Bu zaman kollecin yaxınlığındakı yolun kənarında ağ rəngli, **-NM-*** dövlət nömrə nişanlı “Mercedes Vito” markalı avtomobil dayanmış və avtomobili idarə edən şəxs avtomobilin yan pəncərəsini endirərək ondan Zərərçəkmiş şəxs orada işləyibişləmədiyini maraqlanmış, o da Zərərçəkmiş şəxs hazırda onunla birlikdə xidmətdə olduğunu bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs da yeriyərək həmin avtomobilə doğru yaxınlaşmışdır. Zərərçəkmiş şəxs yaxınlaşdığını görən zaman avtomobildən düşən gənc yaşlarında olan tanımadığı həmin şəxs Zərərçəkmiş şəxs yaxınlaşaraq çox qısa müddət sözlü mübahisə etmiş, dərhal da əl-qol hərəkətləri ilə ona qarşı fiziki zor tətbiq etməyə başlamışdır. Bundan sonra həmin şəxs üzərində gəzdirdiyi bıçağı çıxarıb Zərərçəkmiş şəxs üzərinə hücum çəkmiş və ünvanına nalayiq söyüşlər söyərək bıçaqla ona xəsarətlər yetirməyə başlamışdır. Bu zaman o, həmin şəxsə yaxınlaşaraq mane olmağa, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsinin qarşısını almağa çalışsa da, üzərində həmin şəxsin qanunsuz hərəkətlərinin qarşısını ala biləcək hər hansı bir alət olmadığından bunu edə bilməmişdir. Qısa müddət ərzində kollecdə təhsil alan şəxslər və ətrafdakı digər şəxslər səs-küyə hadisə yerinə toplaşdığı üçün həmin şəxs avtomobilinə minərək hadisə yerini tərk etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər aldığı üçün əynindəki qalın materialdan olan buşlatını çıxarıb köşkün içərisinə qoymuşdur. Bu zaman dövlət nömrə nişanını xatırlamadığım mavi rəngli digər “Mercedes Vito” markalı avtomobil hadisə yerinə gəlmiş, həmin avtomobildən orta yaşlı bir kişi düşərək Zərərçəkmiş şəxs müxtəlif xəsarətlər aldığını görüb avtomobilinə mindirmiş və xəstəxanaya aparacağını bildirərək hadisə yerini tərk etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 19 noyabr 2019-cu il tarixdə Əliyarla birlikdə kirayədə yaşadıqları həmin evdə olarkən istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən zəng gəldiyini görüb Təqsirləndirilən şəxs yanında telefona cavab verdiyi zaman telefondakı şəxs özünü “polis əməkdaşı” kimi təqdim edərək Təqsirləndirilən şəxs harada olduğunu maraqlanmış və hər ikisinin axtarışda olduqlarını bildirmişdir. O da nə səbəbə axtarışda olduqlarını maraqlandıqda həmin şəxs guya Təqsirləndirilən şəxs qanunsuz olaraq atasına məxsus olan avtomobili qaçırtdığını, bununla bağlı atasının şikayətçi olduğunu, avtomobildə olarkən nəzarət-müşahidə kameralarının hədəfinə tuş gəldiklərini bildirərək təcili şəkildə Təqsirləndirilən şəxs əlaqə saxlamalı olduğunu qeyd etmişdir. O da Təqsirləndirilən şəxs bir qədər kənarda olduğunu və daha sonra əlaqə saxlaya biləcəyini bildirmişdir. Bir qədər sonra həmin mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə bir daha zəng gəlmiş, bu dəfə də o, cavab verərək Təqsirləndirilən şəxs yanında olmadığını, gələcəyi təqdirdə Təqsirləndirilən şəxs bu barədə mütləq məlumat verəcəyini vurğulamışdır. Bundan sonrakı zəngdə isə telefona Təqsirləndirilən şəxs özü cavab vermiş və həmin şəxsdən kim olduğunu soruşmuş, həmin şəxs bir daha özünü Mingəçevir şəhər polis şöbəsinin əməkdaşı kimi təqdim edərək guya atasına məxsus “Mercedes Vito” markalı avtomobil oğurladığı üçün barəsində şikayət edildiyini, bu səbəbdən axtarışda olduqlarını və təcili şəkildə Mingəçevir şəhər polis şöbəsinə yaxınlaşmaqlarını bildirmişdir. Təqsirləndirilən şəxs da heç bir avtomobil oğurlamadığını, idarə etdiyi həmin avtomobilə dair tələb olunan sənədlərin tam qaydasında olduğunu, bu məsələni atası ilə dəqiqləşdirdikdən sonra həmin şəxslə yenidən əlaqə saxlaya biləcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs həmin şəxsin səsi çox tanış gəldiyi üçün həmin şəxsin tanışı Zərərçəkmiş şəxs olmasından şübhələnmiş, bu barədə atası ilə əlaqə saxlayaraq maraqlandıqda atası heç bir quruma şikayət etmədiyini, həmin şəxsin Kənan olmadığını və baş verənlərdən məlumatsız olduğunu bildirmişdir. Həmin gecə Təqsirləndirilən şəxsla birlikdə sonuncunun idarə etdiyi **-NM-*** dövlət nömrə nişanlı “Mercedes Vito” markalı avtomobillə gəzməyə Bakı şəhərinə getmişlər. 20 noyabr 2019-cu il tarixdə səhər saatlarında Bakı şəhərində olarkən Təqsirləndirilən şəxs telefonunda olan xüsusi proqram vasitəsi ilə ***-***-**-** saylı mobil nömrənin Zərərçəkmiş şəxs məxsus olduğunu dəqiqləşdirmiş və bundan sonra bir neçə dəfə Zərərçəkmiş şəxslə əlaqə saxlamağa cəhd etsə də, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zənglərinə cavab verməmişdir. Sonradan Təqsirləndirilən şəxs təxminən iki dəfə Zərərçəkmiş şəxslə əlaqə saxlaya bilmişdir. Həmin zənglərdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nə səbəbə özünü başqa bir şəxs kimi təqdim etdiyini soruşmuş və telefonda sözlü mübahisə etməyə başlamışdır. Zərərçəkmiş şəxs də, telefonda danışıq zamanı yaranmış sözlü mübahisənin gedişində Təqsirləndirilən şəxs və onun ünvanına qarşı nalayiq sözlər işlətməyə başlamışdır. Bütün bunlara əsəbiləşdiyi üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hazırda harada olduğunu maraqlanmış, Zərərçəkmiş şəxs da hazırda Mingəçevir Turizm kollecində xidmətdə olduğunu, lakin saat 17:00-da növbəni təhvil verdikdən sonra Təqsirləndirilən şəxsla Mingəçevir şəhərində “41-45” deyilən ərazidə görüşə biləcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Bakı şəhərindən Yevlax rayonuna qayıtmış, yol boyu Təqsirləndirilən şəxs bütün bunlara fikir verməməsini, özünə problem yaratmamasını xahiş etsə də, sonuncu onun sözlərinə məhəl qoymayıb Yevlax rayonuna çatdıqları zaman ilk növbədə onu yaşadıqları evin yaxınlığında düşürüb tək Mingəçevir şəhərinə doğru yola düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Rəşid oğlu ifadəsində göstərmişdir ki, qohumu Aqilin idarə etdiyi “A093ea126” Rusiya Federasiyasına aid dövlət nömrə nişanlı, mavi rəngli “Mercedes Vito” markalı avtomobillə rayon ərazisində olarkən Təqsirləndirilən şəxs idarə etdiyi ona məxsus **-NM-*** dövlət nömrə nişanlı “Mercedes Vito” markalı avtomobillə üzbəüz qarşılaşmışdır. Avtomobili saxladaraq Təqsirləndirilən şəxs haraya getdiyini maraqlandıqda, sonuncu arxası ilə Mingəçevir şəhərinə gəlməyini və Zərərçəkmiş şəxslə arasındakı məsələni orada həll edəcəyini bildirmiş və avtomobili Mingəçevir şəhəri istiqamətində sürətlə idarə etməyə başlamışdır. Avtomobili sürətlə Mingəçevir şəhərinə doğru idarə etdiyi üçün Təqsirləndirilən şəxs izləyə bilməmişdir. Mingəçevir şəhərinin girişində Təqsirləndirilən şəxs əks istiqamətlə hərəkət etdiyini görmüş, bu zaman Təqsirləndirilən şəxs avtomobilini onların avtomobili yaxınlığında saxlayaraq pəncərədən “mən söhbətimi eledim, gedirəm” deyib yoluna davam etmişdir. Lakin o, hələ də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsini bilməmiş və məsələni aydınlaşdırmaq məqsədi ilə avtomobili idarə edən Aqilə avtomobili Zərərçəkmiş şəxs xidmət apardığı Mingəçevir Turizm kollecinə doğru sürməsini bildirmişdir. Kollecə yaxınlaşdıqları zaman xeyli adamın toplaşdığını görmüş, avtomobili kollecin yaxınlığında saxladıb nə baş verdiyini maraqlandıqda tanımadığı cavan yaşlarında olan bir şəxs cavab olaraq Zərərçəkmiş şəxs bıçaqlandığını və hazırda kollecin yanındakı köşkdə olduğunu bildirmişdir. Köşkə daxil olduğu zaman Zərərçəkmiş şəxs maykada köşkdə oturduğunu, maykanın qana boyandığını görmüş, Zərərçəkmiş şəxs nə baş verdiyini maraqlandıqda sonuncu Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Bu səbəbdən dərhal Zərərçəkmiş şəxs götürüb tanışı Aqilin avtomobili ilə x12 Xəstəxanasına aparmış və Zərərçəkmiş şəxs atası Şahid7lə əlaqə saxlayaraq baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisə baş verməmişdən əvvəl oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürəcəyi və yaxud bıçaqla xəsarət yetircəyi barədə ona hər hansı bir məlumat verməmiş, yaxud bu barədə kiməsə məlumat verməsi ilə bağlı onun hər hansı bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs hadisəni törədərkən istifadə etdiyi bıçaq uzun müddət ona məxsus olan “Mercedes-Vito” markalı avtomobildə olmuş, belə ki, o, həmin bıçağı Yevlax rayonu ərazisindən, hazırda ünvanını xatırlamadığı mağazaların birindən almış və sürücü olduğu üçün ehtiyat məqsədi ilə avtomobilində saxlamışdır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 22 noyabr 2019-cu il tarixli, 681/Ə nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: sol kürək nahiyəsində və sol said nahiyəsində olan yaralar kəsici-deşici əşyanın (alətin-lərin), ola bilsin bıçağın təsirindən əmələ gəlmişlər, yetirmə müddəti qərarda göstərilən 20.11.2019-cu il tarixə uyğundur. Ağırlıq dərəcəsinə görə sol kürək nahiyəsində olan yara sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sol said nahiyəsinə olan yaralar sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs sol kürək nahiyəsində olan yaranın istiqaməti soldan-sağa və nisbətən arxadan-önə doğrudur, sol said nahiyəsində olan yaranın istiqaməti yuxarıdan aşağıya doğrudur. Zərərçəkmiş şəxs bədənində olan xəsarətləri alarkən o, müxtəlif vəziyyətlərdə ola bilərdi. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər ekspertizaya təqdim olunan bıçaqla yetirilə bilərdi. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 16 mart 2020-ci il tarixli 371 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bint kəsiyinə hopdurulmaqla götürülmüş qan nümunəsində qanın qrup göstəricisi B (İİİ) alfa-dır; - təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd polis köynəyi üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B (İİİ) alfa olduğundan onun özünə məxsus ola bilər. Cinayət işi üzrə təyin edilmiş kompleks məhkəmə-trasoloji, fiziki-kimyəvi və soyuq silah ekspertizasının 23 mart 2020-ci il tarixli, 16/226 nömrəli və 26 mart 2020-ci il tarixli, 16/227/228 nömrəli rəylərində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır; - tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış göy rəngli təbii yun lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd puloverin tərkib liflərinə uyğun gəlirlər; - tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd puloverin üzərindən tapılmış boz rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər; - tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı turist bıçağıdır, soyuq silah edilmir və təyinatı üzrə istifadəyə yaralıdır. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir; - tədqiqata təqdim olunan xidməti polis gödəkçəsinin və xidməti polis köynəyinin üzərində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilməkəsilmə zədələridir. Lakin təqdim edilmiş olunan xidməti polis gödəkçəsinin və xidməti polis köynəyinin üzərində olan zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir; - tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 21.11.2019-cu il tarixli 681 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş xidməti polis gödəkçəsinin və xidməti polis köynəyinin üzərində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “sol kürək nahiyəsində olan yarası” xəsarəti ilə xidməti polis gödəkçəsinin və xidməti polis köynəyinin üzərində olan zədə yerləşmə sahəsinə və sayın görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Cinayət işi üzrə təyin edilmiş kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının 18 mart 2020-ci il tarixli, 183/71 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: - praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə ( anlaşmaya) çətin daxil olma; - Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Bu halların yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilərdi; - Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinə əlavə olunmuş bir ədəd diskə baxış protokolundan görünür ki, kollecin qarşısındakı ərazinin avtomobil yoluna bitişik hissəsində ağ rəngli, **-NM-*** dövlət nömrə nişanlı, “Mercedes Vito” markalı avtomobil dayanmış, avtomobilin qabaq sol (sürücü oturan hissə) qapısı da tam açıq vəziyyətdədir. Zərərçəkmiş şəxs həmin hissədən (avtomobilin qapısı açıq olan hissəsi) polis xidməti geyim formasında çıxır, sağ əlində rezin dəyənək vardır, sol əli ilə isə ağız nahiyəsini tutmuşdur. Video görüntüdən görünür ki, ətrafda olan şəxslərin müdaxiləsi nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aralaşdırılaraq kənara – kollecin giriş darvazasının sağ tərəfində yerləşən köşkə doğru aparılır, lakin Təqsirləndirilən şəxs dayanmadan Zərərçəkmiş şəxs ünvanına qarşı nalayiq ifadələr işlətməkdə davam edir və kənar şəxslərin müqavimətini qıraraq yenidən Zərərçəkmiş şəxs üzərinə doğru hücum çəkməyə cəhd göstərir. Həmin vaxt Təqsirləndirilən şəxs sağ əlində bıçağa bənzər alət tutduğu da görünür. Cinayət işinə əlavə olunmuş Mingəçevir şəhər x1 daxil olmuş 06.03.2020-ci il tarixli məlumatda göstərilmişdir ki, ünvan 2-də yaşayan 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və Yevlax şəhəri, N.Əlizadə küçəsi, ev 12-də yaşayan 1996-cı il təvəllüdlü Ağayev x9 x2 psixiatrik müşahidə olmamış və müraciət etməmişlər. Cinayət işinə əlavə olunmuş Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinnin 06.03.2020-ci il tarixli məlumatında göstərilmişdir ki, ünvan 2-də yaşayan 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və Yevlax şəhəri, N.Əlizadə küçəsi, ev 12-də yaşayan 1996-cı il təvəllüdlü Ağayev x9 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmurlar və müraciət etməmişlər. Cinayət işinə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid6 ağciyət –ürək çatışmamazlığı, COVİD-19 səbəbindən 26 iyun 2020-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş ƏƏSMN yanında DSMF-nun Yevlax şəhər şöbəsi tərəfindən verilmiş 31774095 №-li 30.06.2020-ci il tarixli və ƏƏSMN x3 sonuncu müayinəsinə dair məlumatından görünür ki, x8 İİ dərəcəli əlildir və əlilliyə görə 233,20 manat pensiya alır. Cinayət işinə əlavə olunmuş 282347 №-li tələbə vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Dövlət Universitetində Tarix və coğrafiya faklütəsində tarix ixtisası üzrə əyani təhsil alır. İş materialarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 22.03.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.1996-cı il təvəllüdlü tanışı - Mingəçevir şəhər Mühafizə şöbəsinin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs onun uzun müddət əvvəl ailə üzvləri ilə birlikdə yaşadığı evi tərk edərək özündən yaşca böyük olan 1984-cü il təvəllüdlü Şahid5 ilə qeyri-rəsmi münasibətdə olmaqla birgə yaşadığını öyrənməsindən sonra onu seçiminin düzgün olmadığına inandırmaqla ailə üzvlərinin yanına qayıtmağa razı salmaq arzusunda olduğundan onunla dəfələrlə tərbiyəvi xarakterli söhbətlər aparması ilə əlaqədar aralarında müxtəlif vaxtlarda yaranmış mübahisələrdən sonra 20.11.2019cu il tarixdə baş tutmuş növbəti telefon danışığı zamanı eyni mövzu ətrafında gərginləşən mübahisəni Zərərçəkmiş şəxslə üzbəüz davam etdirmək qərarına gəlmiş, bu məqsədlə 20.11.2019-cu il tarixdə saat 17 radələrində idarə etdiyi “Mercedes Vito” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonundan çıxıb Zərərçəkmiş şəxs xidmətdə olduğu Mingəçevir şəhəri, Samux küçəsində yerləşən Mingəçevir Turizm kollecinin qarşısına gələrək Zərərçəkmiş şəxs mühafizə postunda xidmət apardığına əmin olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi, qatlanan konstruksiyalı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, açıq vəziyyətdə ümumi uzunluğu 220 mm olan soyuq silah hesab edilməyən ümumi təyinatlı turist bıçağını avtomobilin salonundan götürüb əlində saxlayaraq avtomobildən düşmüş, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına aşkar surətdə etinasızlıq göstərərək ətrafdakı insanların dincliyini pozmaqla şəxsi münasibətlər zəminində öz aralarında başlanmış mübahisəni ictimai yerdə davam etdirib kənar şəxslərin eşidə bildiyi şəraitdə uca səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə sonuncuya tərəf yaxınlaşmış, əvvəlcə əl qol-hərəkətləri ilə Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq etdikdən sonra əlində saxladığı bıçağı açaraq zərərçəkmiş şəxsə ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aid olan sol kürək nahiyəsində bir ədəd və sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən sol said nahiyəsində iki ədəd olmaqla ümumilikdə üç ədəd kəsilmiş-deşilmiş yaralar xəsarətləri yetirmiş, bununla da, öz əməlinin ictimai təhlükəli olduğunu dərk edib onun ictimai təhlükəli nəticələrini qabaqcadan görərək və bunları arzu edərək, xuliqanlıq etmiş, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət edilən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddələrin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayət əməlinin əlamətlərini açıqlayaraq göstərmişdir ki, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakılıq hərəkətlər başa düşülməlidir. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan qərarında həmçinin silah və silah qismində istifadə edilən əşyaların anlayışına və onların tətbiqi məsələsinə də aydınlıq gətirərək göstərmişdir ki, «CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır.» Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirlibilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və dəymiş ziyanı tam olaraq ödəməsini cəzanıyüngülləşdirənhallar kimi qiymət verir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətlərin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan mərhum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs tələbədir, anası ikinci qrup əlil olmaqla təqaüdçüdür. Təqsirləndirilən şəxsin atası isə “COVİD-19” virusu ilə əlaqədar vəfat etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur və atasının ölümündən sonra ailədə yeganə işləyən və qazanc gətirən şəxsdir. Bundan əlavə Təqsirləndirilən şəxs öz əməlini tam etiraf etməsi onun islah olunasını və özünü məzəmmət etməsini göstərir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum olması və cəmiyyətdən təcrid olunması onun və bütün ailəsini maddi və mənəvi cəhətdən sarsıda bilər. Məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin ediləcək cəza şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq və qanuni hesab edir. Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların (Tokio qaydaları) 1.2-ci maddəsinə uyğun ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən məhkumlara davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumlarda cəmiyyət qarşısında məsuliyyət hissiniin kişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Şərti məhkum etmənin xarakterik cəhəti ondan ibarətdir ki, şərti məhkumetmə zamanı məhkum cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza icra olunmasa da təyin olunan cəza qanunla müəyyən olunmuş xüsusi formada şərti həyata keçirilir. Məhkumun davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməli və onun davranışı üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmişhəbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Prokurorluğunda saxlanan 01 (bir) ədəd xidməti üst geyim forması olan qış gödəkçəsi və 01 (bir) ədəd polis xidməti geyim forması olan uzunqol köynək Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Prokurorluğunda saxlanan 01 (bir) ədəd tünd mavi rəngli sviter və 01 (bir) ədəd boz rəngli cins şalvar Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Prokurorluğunda saxlanan 01 (bir) ədəd bıçaq məhv edilməlidir. İş üzrə ekspektiza xərci olan 127,80 AZN (yüz iyirmi yeddi manat səksən qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Hökümün icrası və Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia yoxdur. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 498 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 3123, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 2 (iki) il azadlıqdan məhrumetmə cəzası, 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətində davranışı üzərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək məhkumun üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmişhəbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal azad olunsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Prokurorluğunda saxlanan 01 (bir) ədəd xidməti üst geyim forması olan qış gödəkçəsi və 01 (bir) ədəd polis xidməti geyim forması olan uzunqol köynək Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Prokurorluğunda saxlanan 01 (bir) ədəd tünd mavi rəngli sviter və 01 (bir) ədəd boz rəngli cins şalvar Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Prokurorluğunda saxlanan 01 (bir) ədəd bıçaq məhv edilsin. İş üzrə ekspektiza xərci olan 127,80 AZN (yüz iyirmi yeddi manat səksən qəpik) x4 tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökümün icrası və Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 498 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-69/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-69/2020
29.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver