Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-69/2021 10.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Şikayət verən şəxs Zərərçəkmiş şəxs, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “xxxx” MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri Energetik Mehmanxanasında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 20 radələrində yaşadıqları Mingəçevir şəhəri, Energetik mehmanxanasında yerləşən mənzillərində həyat yoldaşı Zərərçəkmiş şəxs ailə münaqişəsi zəminində mübahisə edərkən, “Sən niyə işdən gələn zaman mənə yemək vermirsən, niyə məni saymırsan” deyərək qəsdən əlləri ilə sonuncunun sifət və bədən nahiyələrinə zərbə vuraraq ona sol gözünün ətrafında qançırlar, qansızmalar, sol göz almasına qansızma, sağ said və sol milbilək oynağında qançırlar ilə nəticələnən, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışı iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 20:00 radələrində işdən evə gələn zaman Fəridəyə ona yemək verməsini dedi. Fəridə isə ona kobud surətdə “get işinlə məşğul ol” dedi. O da bu sözdən əsəbləşərək bir dəfə yumruqla Fəridənin sol gözünə zərbə vurdu. Əməlindən peşmandır. Hazırda Fəridə ilə barışmışlar. İş üzrə icraata xitam verilməsini xahiş edir. Şikayət verən şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində bildirdi ki,xx.xx.2021-ci il tarixdə saat 20:00 radələrində Orxan işdən evə gələn zaman ona yemək verməsini istədi. Qabaqcadann aralarında mübahisə olduğu üçün Orxana“get işinlə məşğul ol, sənə yemək düşmür” dedi. Bu sözdən sonra Orxan onu qəflətən sol sifətinə, sol gözünə zərbə vuraraq ona xəsarət yetirdi. Hal-hazırda Orxan ilə barışmışlar. Orxandan heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. İşin 7-ci vərəqində olan məhkəmə-tibb ekspertizasının 95 №li xx xxxxxx 2021-ci il tarixli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:– sol gözünün ətrafında qançırlar, qansızmalar, sol göz almasına qansızma sağ said və sol mil-bilək oynağında qançırlar, küt əşyanın(alətin) təsirindən əmələ gəlmişdirlər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğundurlar, ağırlıq dərəcələrinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gelir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayət verən Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şikayət verən şəxsin ifadəsi və iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq edilir və onun törətmiş olduğu əməl təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan DİN Baş əməliyyat və Statistika informasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşə əlavə olunmuş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, onlar barışmışlar, bir-birilərinə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə şikayət verən şəxsin və əməli törətmiş şəxsin ərizələrini nəzərə alaraq hesab edir ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə mülki tələb, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci, Cinayət Prosessual Məcəlləsinin 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-69/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-69/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver