Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-69/2022 29.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri 20 yanvar küçəsi 166 №-li evin 5 №-li mənzilində qeydiyyatda olmaqla yaşayan, barəsində 26.02.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarlarıözündəəks etdirən 1 -ci siyahının 12-ci bəndinəəsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın yuxarı həddi üçün 5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 6.43 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-qurııdıılmıış marixunanı “Sobranie” markalı siqaret qutusunun içərisində satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qara rəngli gödəkcənin sol yan cibindəsaxlayaraq daşımış və 24 fevral 2022-ci il tarixdə Mingəçevir şəhər X2 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri A.S.Puşkin küçəsində yerləşən yaşayış binasının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 17 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana onun əynində olan qara rəngli gödəkcənin sol yan cibindəki “Sobranie” markalı siqaret qulusunun içərisindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hazırda da narkotik vasitələrdən istifadə edir. 23.02.2022-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhəri Ə.Vahid küçəsində yerləşən binalarının qarşısından keçərkən yerdə 1 ədəd ağ rəngli kağız bükümünü görüb götürmüşdür. Açıb baxdıq da həmin bükümün içərisindəkinin narkotik vasitə qurudulmuş marixuana olduğunu bilmişdir. Çünki, özü də narkotik vasitələrdən istifadə edir. Həmin bükümü əynindəki qara rəngli gödəkcənin sol yan cibinə qoyaraq gizlətmişdir. Sonra həmin bükümdə olan narkotik vasitə qurudulmuş marixuanadan bir qədər istifadə etmiş, bir qədərini isə ağrəngli kağız bükümün içərisinə qoymuş ki, sonra istifadə edər. 24.02.2022-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri A.S.Puşkin küçəsində yerləşən yaşayış binalarının yaxınlığında olarkən tapdığı narkotik vasitə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. O da əynindəki qara rəngli gödəkcənin sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyi 1ədəd ağ rəngli kağız büküm olan "Sobranie” markalı siqaret qutusunu, açarları, sağ yan cibindən 1 ədəd Samsung markalı mobil telefonu, lədəd alışaqanı, əynindəki şalvarın sağ yan cibindən qəpikləri çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən onun üzərindən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Aşkar olunmuş bir ədəd ağ rəngli kağız bükümü açılıb baxıldıqda bükümdə olan kütlənin yaşıl rəngli, kəskin iyə malik, ota bənzər kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş və1 (bir) ədəd ağ rəngli kağız bükümü ilə birlikdə ümumi cəmi çəkisi 7,11 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni 23.02.2022-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhəri Ə.Vahid küçəsində yerləşən binalarının qarşısından keçərkən yerdən 1ədəd ağ rəngli kağız bükümündə tapmışdır. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri üzərinə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan sonra Mingəçevir şəhər Məhkəməsinin qərarı əsasında onun yaşadığı mənzilə baxış keçiriləcəyi ona bildirilmiş, o da yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməmiş və baxış keçirilməsi üçün onun yaşadığı mənzilə gedilmişdir. Onun yaşadığı mənzilə baxış keçirilərkən mənzildə saxlanılması qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğuna digər iştirakçılarla bərabər o da imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Bildirmişdir ki, 24.02.2022-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşı Şahid2, Şahid3 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyt tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin A.S.Puçkin küçəsində yaşayış binalarının yaxınlığında görüb ona yaxınlaşaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs də üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da əynindəki qara rəngli gödəkcənin sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyi 1ədəd ağ rəngli kağız büküm olan “Sobranie" markalı siqaret qutusunu, açarları, sağ yan cibindən 1 ədəd Samsung markalı mobil telefonu, lədəd alışaqanı, əynindəki şalvarın sağ yan cibindən qəpikləri çıxarıb çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən onun üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynində qara rəngli gödəkcənin sol yan cibindəki siqaret qutusundan aşkar olunmuş bükiimə açılıb baxıldıqda bükümdə olan kütlənin yaşıl rəngli, kəskin iyə malik, ota bənzər kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş l(bir) büküm narkotik vasitəyə oxşar kütlə aptek tərəzisində çəkilmiş, 1 (bir) ədəd ağ rəngli kağız bükümü ilə birlikdə ümumi cəmi çəkisi 7,11 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 23.02.2022-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhərinin Ə.Vahid küçəsində yerləşən yaşayış binalarının qarşısından keçərkən yerdən 1ədəd ağ rəngli bükümdə yerdən tapdığım, narkotik vasitələrdən istifadə etdiyi üçün əynində olan qara rəngli gödəkcənin sol yan cibində gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə bir ədəd poçt zərfinə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 JNe-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Bundan sonra Mingəçevir şəhər Məhkəməsinin qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçiriləcəyi Təqsirləndirilən şəxs bildirilmiş, Təqsirləndirilən şəxs da yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməmiş və baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs yaşadığı mənzilə gedilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilərkən mənzildə saxlanılması qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğuna digər iştirakçılarla bərabər o da imza etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir NMQ-nun əməliyyat müvəkkili vəzifələrində işləyən Şahid2 və Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfəri Əliyev X3 Emir Cavad oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işi materiallarında olan 24.02.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinəşəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli gödəkcənin sol yan cibində gizlədərək saxladığı 1 (bir) ədəd "Sobranie” markalı siqaret qutusunun içərisindən l(bir) ədəd ağ rəngli kağız bükümündə ümumi təmiz çəkisi 6,43 qram olan olan narkotik vasitə- qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə məhkəmə-bioloji ekspertizasının 24.02.2022-ci il tarixli 17/180 N-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “ Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...”sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd siqaret qutusundakı01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 6.43 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 14.03.2022-ci il tarixli, 325 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi barədə16mart 2022-ci il tarixli qərardan görünür ki, məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0.02 qram narkotik vasitə kütlələsindən sonra yerdə qalan ümumi qalıq çəkisi 6,41 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞnin maddi sübutların saxlanc otağına verilmişdir. İş materiallarında olan DİN BƏSİİ-nin 10.03.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 2 saylı MİS tərəfindən verilmiş 28fevral 2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Mingəçevir şəhəri 20 yanvar küçəsi166 mənzil 38-də yaşayır. Yaşadığı müddət ərzində onun haqqında 2 saylı MİS-ə qonşular tərəfindən yazılı və şifahi surətdə şikayət daxil olmayıb. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin və nikah haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10.06.2011-ci il təvəllüdlü Məmmədzadə Yusif adlı az yaşlı uşağı vardır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinəəsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunmasıüçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1 -ci siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın yuxarı həddi üçün 5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 6.43 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-qurııdıılmıış marixunanı “Sobranie” markalı siqaret qutusunun içərisində satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qara rəngli gödəkcənin sol yan cibində saxlayaraq daşımış və 24 fevral 2022-ci il tarixdə Mingəçevir şəhər X2 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri A.S.Puşkin küçəsində yerləşən yaşayış binasının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 17 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana onun əynində olan əynində olan qara rəngli gödəkcənin sol yan cibindəki “Sobranie” markalı siqaret qulusunun içərisindən aşkar edilib götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 1 az yaşlı uşağının olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən halla rkimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmaqla ilk dəfə törətməsini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, belə ki, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və törətdiyi əməli səmimi etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs ibtidai araşdırmada həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhəri İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən dərhal azad etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2022-ci il tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdən 26 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinəəsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək,məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 35 manat 97 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 6,41 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-nin 132.1.1ci maddəsinə əsasən məhv edilməlidir. Vəkil Bayramov Mahir Qədimoğluna ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə60 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdən 26 fevral 2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 6,41 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-nin 132.1.1ci maddəsinə əsasən məhv edilsin. İş üzrə 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğuandan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 günmüddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-69/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-69/2022
29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver