Məhkəmə qərarları › İş №1(051)-69/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-69/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-69/2024 02.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi–Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi-Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və müdafiəçisi–Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi3 və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.2005-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)- 148/2023 saylı 06 dekabr 2023–cü il tarixli hökmü ilə 185.2.1-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının icrası ilə bağlı qeydiyyata alınmış, üzərində çəkilməmiş 9 ay 5 gün müddət cəzası qalmış, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2004-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.2004-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə AR CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu olan, ünvan 4 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM–in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq evdən Zərərçəkmiş şəxs məxsus əmlakları oğurlamağı, oğurladıqları əmlakları həmin fərdi yaşayış evindən çıxarmağı, dayışıb aparmağı aralarındakı razılaşmaya və vəzifə bölgüsünə əsasən planlaşdırıb razılaşaraq, xx.xx.2023cü il tarixdə saat 00:30 radələrində oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinin yerləşdiyi küçəyə gəlmişlər, Qasım Əliyev küçənin girişində pusquda dayanaraq ətrafı müşahidə etmiş, ilkin olaraq Təqsirləndirilən şəxs1, onun arxasınca isə Təqsirləndirilən şəxs2 göstərilən ardıcıllıqla Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinin hasarından aşıb evin həyətinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 evin giriş qapısının kilidini özü ilə apardığı açarla aça bilmədikdən sonra hamamın nəfəsliyindən yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq evin mətbəxinin pəncərəsini daxildən açmış, Təqsirləndirilən şəxs2 də həmin pəncərədən evə daxil olduqdan sonra evin yataq otağındakı saxlanc yeri hesab olunan paltar dolabının sol rəfindən 1 ədəd 50 manat dəyərində, 0.7 litrlik tutuma malik olan «Jameson» markalı viskini, 1 ədəd 45 manat dəyərində 0.7 litrlik tutuma malik «Grants G» markalı viskini, 1 ədəd 50 manat dəyərində 1 litrlik tutuma malik «Grants 8» markalı viskini, 1 ədəd 90 manat dəyərində 0.5 litrlik tutuma malik «Maccalan» markalı viskini, 1 ədəd 80 manat dəyərində 0.7 litrlik tutuma malik «Hennessy» markalı viskini, 5 ədəd birinin dəyəri 40 manat olan 0.7 litrlik tutuma malik «Black Label» markalı viskiləri, 2 ədəd birinin dəyəri 15 manat olan 0.7 litrlik tutuma malik «Villa Antinore» markalı çaxırları, 2 ədəd birinin dəyəri 15 manat olan 0.5 litrlik tutuma malik «Şirvan markalı» konyakları, 6 ədəd birinin dəyəri 70 manat olan 0.7 litrlik tutuma malik «Beluga» markalı araqları, 10 blok birinin dəyəri 43 manat olan «Sobranie» markalı siqaretləri, 2 blok birinin dəyəri 60 manat olan «Marlboro» markalı siqaretləri, evin saxlanc yeri hesab olunan zirzəmisinin giriş qapısının kilidini həmin fərdi yaşayış evindən götürdüyü dəhrə vasitəsi ilə açdıqdan sonra isə oradan 1 ədəd 120 manat dəyərində «SAW HÜTER» mühərrikli mişarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1665 (min altı yüz altmış beş) manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq evdən Zərərçəkmiş şəxs məxsus əmlakları oğurlamağı, oğurladıqları əmlakları həmin fərdi yaşayış evindən çıxarmağı, dayışıb aparmağı aralarındakı razılaşmaya və vəzifə bölgüsünə əsasən, planlaşdırıb razılaşaraq, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinin yerləşdiyi küçəyə gəlmişlər, Qasım Əliyev küçənin girişində pusquda dayanaraq ətrafı müşahidə etmiş, ilkin olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 arxasınca isə o, göstərilən ardıcıllıqla Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinin hasarından aşıb evin həyətinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 evin giriş qapısının kilidini özü ilə apardığı açarla aça bilmədikdən sonra hamamın nəfəsliyindən yaşayış sahəsi hesab olunan evə qanunsuz olaraq daxil olub evin mətbəxinin pəncərəsini daxildən açmış, o da həmin pəncərədən evə daxil olduqdan sonra evin yataq otağındakı saxlanc yeri hesab olunan paltar dolabının sol rəfindən 1 ədəd 50 manat dəyərində, 0.7 litrlik tutuma malik olan «Jameson» markalı viskini, 1 ədəd 45 manat dəyərində 0.7 litrlik tutuma malik «Grants G» markalı viskini, 1 ədəd 50 manat dəyərində 1 litrlik tutuma malik «Grants 8» markalı viskini, 1 ədəd 90 manat dəyərində 0.5 litrlik tutuma malik «Maccalan» markalı viskini, 1 ədəd 80 manat dəyərində 0.7 litrlik tutuma malik «Hennessy» markalı viskini, 5 ədəd birinin dəyəri 40 manat olan 0.7 litrlik tutuma malik «Black Label» markalı viskiləri, 2 ədəd birinin dəyəri 15 manat olan 0.7 litrlik tutuma malik «Villa Antinore» markalı çaxırları, 2 ədəd birinin dəyəri 15 manat olan 0.5 litrlik tutuma malik «Şirvan markalı» konyakları, 6 ədəd birinin dəyəri 70 manat olan 0.7 litrlik tutuma malik «Beluga» markalı araqları, 10 blok birinin dəyəri 43 manat olan «Sobranie» markalı siqaretləri, 2 blok birinin dəyəri 60 manat olan «Marlboro» markalı siqaretləri, Təqsirləndirilən şəxs1 evin saxlanc yeri hesab olunan zirzəmisinin giriş qapısının kilidini həmin fərdi yaşayış evindən götürdüyü dəhrə vasitəsi ilə açdıqdan sonra isə oradan 1 ədəd 120 manat dəyərində «SAW HÜTER» mühərrikli mişarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1665 (min altı yüz altmış beş) manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq evdən Zərərçəkmiş şəxs məxsus əmlakları oğurlamağı, oğurladıqları əmlakları həmin fərdi yaşayış evindən çıxarmağı, dayışıb aparmağı aralarındakı razılaşmaya və vəzifə bölgüsünə əsasən, planlaşdırıb razılaşaraq, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinin yerləşdiyi küçəyə gəlmişlər, o, küçənin girişində pusquda dayanaraq ətrafı müşahidə etmiş, ilkin olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 arxasınca isə Təqsirləndirilən şəxs2 göstərilən ardıcıllıqla Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinin hasarından aşıb evin həyətinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 evin giriş qapısının kilidini özü ilə apardığı açarla aça bilmədikdən sonra hamamın nəfəsliyindən yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq evin mətbəxinin pəncərəsini daxildən açmış, Təqsirləndirilən şəxs2 də həmin pəncərədən evə daxil olduqdan sonra evin yataq otağındakı saxlanc yeri hesab olunan paltar dolabının sol rəfindən 1 ədəd 50 manat dəyərində, 0.7 litrlik tutuma malik olan «Jameson» markalı viskini, 1 ədəd 45 manat dəyərində 0.7 litrlik tutuma malik «Grants G» markalı viskini, 1 ədəd 50 manat dəyərində 1 litrlik tutuma malik «Grants 8» markalı viskini, 1 ədəd 90 manat dəyərində 0.5 litrlik tutuma malik «Maccalan» markalı viskini, 1 ədəd 80 manat dəyərində 0.7 litrlik tutuma malik «Hennessy» markalı viskini, 5 ədəd birinin dəyəri 40 manat olan 0.7 litrlik tutuma malik «Black Label» markalı viskiləri, 2 ədəd birinin dəyəri 15 manat olan 0.7 litrlik tutuma malik «Villa Antinore» markalı çaxırları, 2 ədəd birinin dəyəri 15 manat olan 0.5 litrlik tutuma malik «Şirvan markalı» konyakları, 6 ədəd birinin dəyəri 70 manat olan 0.7 litrlik tutuma malik «Beluga» markalı araqları, 10 blok birinin dəyəri 43 manat olan «Sobranie» markalı siqaretləri, 2 blok birinin dəyəri 60 manat olan «Marlboro» markalı siqaretləri, Təqsirləndirilən şəxs1 evin saxlanc yeri hesab olunan zirzəmisinin giriş qapısının kilidini həmin fərdi yaşayış evindən götürdüyü dəhrə vasitəsi ilə açdıqdan sonra isə oradan 1 ədəd 120 manat dəyərində «SAW HÜTER» mühərrikli mişarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1665 (min altı yüz altmış beş) manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, əvvəllər, yəni talama məqsədi olmadan nəqliyyat vasitəsini qaçırmağa görə məhkəmə məsuliyyətinə verilmiş və ona Mingəçevir Şəhər Məhkəməsi tərəfindən azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Fərdi işlərlə məşğul olmaqla xərclərini ödəyir. Son vaxtlar pul qazana bilmədiyi üçün maddi vəziyyətində çətinlik yaranmışdır. Həmin çətinliyi aradan qaldırmaq üçün sahibsiz qalan evlərdən və obyektlərdən oğurluq etmək qərarına gəlmişdir. Maddi cəhətdən əziyyət çəkdiyinə görə daim əsəbi olmuş və mütəmadi olaraq spirtli içki içmişdir. xx.xx.2023-cü il tarixdə axşam saat 19 radələrində Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən «32lər» adlanan kafedə tanışı Təqsirləndirilən şəxs2lə oturub yemək yeyib spirtli içki içəndə Nicat da maddi vəziyyətində problem olmasını və pula ehtiyacı olmasını açıqlamışdır. Onunla oğurluq edərək maddi vəziyyətlərini yaxşılaşdırmaq qərarına gəlmişlər. Saat 23 radələrində hesabı verib kafeni tərk edərək köhnə doğum evi istiqamətində hərəkətə başlamışlar. Doğum evinin yaxınlığında olan dairənin bərabərliyində dayananda oğurluğa girmək üçün ev və ya obyekt axtarmağa başlamışlar. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində təsadüfən Mingəçevir şəhəri, Kənar küçəsində Zərərçəkmiş şəxs aid evin qarşısından keçərkən Nicata «bu qəşəng imkanlı evdir, burada yəqin nə isə metal sexinə verməyə bir şey olar!» dedikdə Nicat «tutularıq» cavabını vermişdir. O isə «kamera yoxdur, tutulmarıq!» deyib Nicata ətrafı müşahidə etməyi tapşırmış, özü isə ayağını qaz borusunun üstünə qoyaraq evin həyətinə girmək üçün hasara dırmanmışdır. Hasardan aşıb keçməklə həyətə düşəndə içəridə heç kimin yaşamadığını və evin sahibsiz olmasını görüb Nicata da içəri keçməyi təklif etmiş, Nicat da hasarın üstündən aşaraq həyətə daxil olmuşdur. İlk əvvəl həyətə nəzər saldıqda dəyərli nə isə olmadığını görüb evin giriş qapısına yaxınlaşmışlar. Qapını açmaq istəsə də, aça bilməmişlər. Həmin vaxt birinci olaraq hamamın nəfəsliyindən içəri daxil olmuşdur. Nicat isə onu həyətdə gözləmişdir. Bunun səbəbi Nicatın nəfəsliyə sığmamağı olmuşdur. Sonra evin içində çox şey olmasını deyərək onu da içəri çağırmışdır. Nicat hamamın nəfəsliyindən içəri girə bilmədiyi üçün mətbəxdən açdığı pəncərədən içəri daxil olmuşdur. Nicatla bərabər evi axtaranda orada içkilərin, siqaretlərin, cehizlik əyşaların, nərdin və sair əşyaların olmasını görmüşlər. İçkiləri və siqaretləri sellofan torbalara yığmağa başladıqda Nicata əşyaların ağır olduğundan daşıya bilməyəcəyiklərini dedikdə köməyə adam çağırmaq qərarına gəlmişlər. Nicata Qasıma zəng vurmağı məsləhət gördükdə, Nicat da öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Qasımın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək harada olmasını soruşanda sahə rəisinin məntəqəsinin yaxınlığında olduğunu demişdir. Qasıma kömək lazım olmasını deyərək köhnə doğum evinin dairəsinə gəlməyini tapşırmışdır. Nicat Qasımın gəldiyini deyərək Qasımı qarşılamaq üçün onu evdə tək qoyaraq həmin yerə getmişdir. Nicat qayıdana qədər əşyaları mətbəxdən həyətə çıxarmışdır. Sonra zirzəminin qapısını həyətdən götürdüyü dəhrə ilə açaraq oradan samovarı və mühərrikli mişarı götürəndə evin sahibinin hərbçi olmasını bilmişdir. Fərdi yaşayış evində olduğu müddətdə Nicat Qasımı qarşılayaraq onunla söhbət edərkən evə oğurluğa girməklərini, əşya çox olduğundan kömək lazım olmasını deyəndə razılaşaraq həmin evə gəlmişdir. Evin qarşısına çatmamış küçənin girişində Qasım «kamera var mən oraya getmirəm, birdən kameraya düşərəm!» deyib gözləmişdir. Nicata evə gedərək onu da arxa küçəyə gətirməyi tapşırmışdır. Aradan bir az keçmiş Nicat evin qarşısına gələrək hasardan aşmaqla həyətə daxil olmuşdur. Bu vaxt zirzəmidən samovarı da götürüb aparmaq istədikdə samovarın artıq olmasını deyib buna imkan verməmişdir. Sonra əşyaları hasarın üstünə yığmışlar. Küçəyə düşəndən sonra əşyaları götürüb arxa küçə ilə hərəkətə başladıqda Qasımı da köməyə çağırmışlar. Qasım gələrək onlara kömək etmiş və taksi çağırmışdır. Əşyaların hamısını tanımadığı taksiyə yığandan sonra Qasım getmişdir. Sonra isə yarı yolda Nicat avtomobildən düşmüşdür. O isə aparıb əşyaları Nicatgilin sahibsiz qalan evinə yerləşdirmişdir. Səhər açılanda hər üçü görüşərək Nicatgilin yaşadığı sahibsiz qalan evinə getmişlər. Orada siqaretlərdən və içkilərdən bir qismini özlərinə götürmüşlər. Bir qismini imkansız tanışlarına vermək üçün götürmüşdür. Bir qismini özləri üçün götürəndən sonra əvvəlcə xx.xx.2023-cü il tarixdə o və Nicat 5 blok «Sobranie» markalı siqaretləri gətirib H.Əliyev prospektindəki köşkdə Fərrux adlı şəxsə göstərib müflis olduqlarından satdıqlarını deyəndə o, siqaretləri satın almasını demiş və siqaretləri 1 bloku 35 manata olmaqla ümumi 175 manat müqabilində satın almışdır. Oradan da Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən şərab evinə gəlmişlər. İçkiləri satın alması barədə Pərvin adlı şəxslə razılaşdıqdan sonra səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə isə Nicat içkiləri gətirib o, Pərvinə də müflis olduqlarından içkiləri satdıqlarını deyəndə, içkiləri 225 manata satmışlar. Hər dəfə də qazancı 3 yerə bərabər şəkildə bölmüşlər. Ona və digər şəxslərə 133 manat pul çatmışdır. Həmin pulu isə ehtiyaclarına sərf etmişlər. Sonradan isə hər şeyin üstü açıldığından polis şöbəsinə gətirilmiş və etdiklərini boynuna almışdır. Sonradan Nicatın anası oğurladıqları mühərrikli mişarı da gətirib istintaqa təhvil vermişdir. Yuxarıda təsvir edilən cinayət əməlini Nicat və Qasımla birlikdə törətmişdir. Mingəçevir şəhəri və ətraf rayonların ərazisində başqa cinayət hadisəsi törətməmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs dəymiş ziyan tam şəkildə ödənilmiş və onunla barışıq əldə edilmişdir. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, «Samux» şadlıq sarayında ofisiant işləməklə xərclərini ödəyir. Son vaxtlar pul qazana bilmədiyi üçün maddi vəziyyətində çətinlik yaranmışdır. Həmin çətinliyi aradan qaldırmaq üçün sahibsiz qalan evlərdən və obyektlərdən oğurluq etmək qərarına gəlmişdir. Maddi cəhətdən əziyyət çəkdiyinə görə əsəbi olaraq mütəmadi şəkildə spirtli içki içmişdir. xx.xx.2023-cü il tarixdə axşam saat 19 radələrində Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən «32-lər» adlanan kafedə tanışı Təqsirləndirilən şəxs1la oturub yemək yeyib araq içəndə Ümüd də maddi vəziyyətində problem olmasını açıqladıqda oğurluq edərək maddi vəziyyətlərini yaxşılaşdırmaq qərarına gəlmişlər. Saat 23 radələrində kafeni tərk edərək köhnə doğum evi istiqamətində hərəkətə başlamışlar. Doğum evinin yaxınlığında olan dairənin yanında dayananda oğurluğa girmək üçün ev və ya obyekt axtarmağa başlamışlar. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində təsadüfən Kənar küçəsində gəzən zaman Zərərçəkmiş şəxs evin qarşısından keçərkən Ümüd «bu qəşəng imkanlı evdir, burada yəqin metal sexinə verməyə nə isə olar!» dedikdə ona «tutularıq» cavabını vermişdir. Ümüd isə «kamera yoxdur, tutulmarıq!» deyib ona ətrafı müşahidə etməyi tapşırmışdır. Özü isə ayağını qaz borusunun üstünə qoyaraq hasardan aşmaqla evin həyətinə daxil olaraq içəridə heç kimin qalmadığını, evin sahibsiz olmasını demiş, ona da içəri keçməyi təklif edəndə hasarın üstündən aşaraq həyətə daxil olmuşdur. İlk əvvəl həyətə nəzər saldıqda dəyərli nə isə olmadığını görüb giriş qapısına yaxınlaşmışlar. Qapını açmaq istəsələr də, aça bilməmişlər. Həmin vaxt Ümüd hamamın nəfəsliyindən içəri daxil olmuş, o isə həyətdə gözləmişdir. Bunun səbəbi nəfəsliyə sığmamağı olmuşdur. Sonra Ümüd evin içində çox şey olmasını deyərək onu da çağırmışdır. Hamamın nəfəsliyindən içəri girə bilmədiyi üçün Ümüd mətbəxdən açdığı pəncərədən içəri daxil olmuşdur. Ümüdlə bərabər evi axtaranda orada içkilərin siqaretlərin cehizlik əyşaların, nərd və sair əşyaların olmasını görmüşdür. İçkiləri və siqaretləri sellofan torbalara yığmağa başladıqda Ümüd əşyaların ağır olduğundan daşıya bilməyəcəklərini deyəndə kömək çağırmaq qərarına gəlmişlər. Ümüd Qasıma zəng vurmağı məsləhət gördükdə öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Qasımın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək harada olmasını soruşanda sahə rəisinin məntəqəsinin yaxınlığına olmasını demişdir. Ona kömək lazım olmasını deyərək köhnə doğum evinin dairəsinə gəlməyini tapşırmışdır. Qasım gəldiyini deyəndə onu qarşılamaq üçün Ümüdü evdə tək qoyaraq həmin yerə getmişdir. Qasımı qarşılayaraq onunla söhbət edəndə Ümüdlə evə oğurluğa girməyini, əşya çox olduğundan kömək lazım olmasını demişdir. O da razılaşaraq həmin evə gəlmişdir. Evin qarşısına çatmamış küçənin girişində dayanıb «kamera var mən oraya getmirəm, birdən kameraya düşərəm!» demiş, ona evə gedərək Ümüd də arxa küçəyə gətirməyi tapşırmışdır. Həmin vaxt evin qarışısına gedərək hasardan aşmaqla həyətə daxil olduqda Ümüdün evin zirzəmisini də açmasını, oradan mühərrikli mişarı götürməsini, bundan başaqa isə evdən gücü çatdığı içkiləri və siqaretləri daşıyıb həyətə yığmasının şahidi olmuşdur. Ümüd həmin vaxt zirzəmidən samovarı da götürüb aparmaq istədikdə buna imkan verməmişdir. Sonra əşyaları hasarın üstünə yığmışlar. Küçəyə düşəndən sonra əşyaları götürüb arxa küçə ilə hərəkətə başladıqda Qasımı da köməyə çağırmışlar. Qasım gələrək əşyaları daşımağa kömək etmişdir. Sonra Qasım taksi çağırmışdır. Əşyaların hamısını tanımadığı taksiyə yığandan sonra Qasım getmişdir. Sonra isə yarı yolda o da avtomobildən düşmüşdür. Ümüd isə aparıb əşyaları onun sahibsiz qalan evinə yerləşdirmişdir. Səhər açılanda üçü də görüşərək sahibsiz qalan evinə getmişlər. Orada siqaretlər və içkilərdən bir qismini özlərinə götürmüşlər. Bir qismini Ümüd imkansız tanışlarına vermək üçün götürmüşdür. Bir qismini özü üçün götürəndən sonra əvvəlcə xx.xx.2023-cü il tarixdə o və Ümüd 5 blok «Sobraine» markalı siqaretləri gətirib H.Əliyev prospektindəki köşkdə siqaret və sair malları satan Fərrux adlı şəxsə göstərib müflis olduqlarından satdıqlarını deyəndə o, siqaretləri satın almasını demişdir. Siqaretlərin bir blokunu 35 manatdan olmaqla 175 manata satın almışdır. Oradan da Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən şərab evinə getmişlər. İçkiləri satın alması barədə Pərvin adlı şəxslə razılaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə içkiləri gətirib müflisləşdiklərini deyərək Pərvinə 225 manata satmışdır. Hər dəfə də qazancı 3 yerə bərabər şəkildə böldükdə ona və digər şəxslərə 133 manat pul çatmışdır. Həmin pulu isə xərclərinə sərf etmişdir. Sonradan isə hər şeyin üstü açıldığından polis şöbəsinə gətirilmiş və etdiklərini boynuna almışdır. Mühərrikli mişar isə evində olmuş, onu da anası istintaqa təqdim etmişdir. Yuxarıda təsvir edilən cinayət əməlini Qasım və Ümüdlə birlikdə törətmiş, ona başqa kömək edən olmamışdır. Mingəçevir şəhəri və ətraf rayonların ərazisində başqa cinayət hadisəsi törətməmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs dəymiş ziyan tam şəkildə ödənilmiş və onunla barışıq əldə edilmişdir. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, fərdi işlərlə məşğul olmaqla xərclərini ödəyir. Son vaxtlar yaxşı qazana bilmədiyi üçün maddi vəziyyətində çətinlik yaranmışdır. Həmin çətinliyi aradan qaldırmaq üçün sahibsiz qalan evlərdən və obyektlərdən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində təsadüfən yaşadığı küçədə yerləşən polis sahə məntəqəsinin yanında gəzən zaman tanışı Nicat da öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən əvvəllər istifadəsində olan ***-***- **-** zəng edərək yerini soruşanda sahə rəisinin məntəqəsinin yaxınlığında olmağını demişdir. Nicat ona kömək lazım olmasını deyərək köhnə doğum evinin dairəsinə gəlməyini xahiş etmişdir. Onun xahişinə əməl edərək köhnə doğum evinin dairəsinə tərəf getmişdir. Dairənin yanına çatanda Nicat onu qarşılayaraq Ümüdlə birlikdə yaxınlıqdakı Kənar küçəsindəki evə oğurluğa girməklərini və əşya çox olduğundan kömək lazım olmasını, əşyaları satıb ona da «görüm-baxım» edəcəklərini deyəndə maddi vəziyyəti pis və pula ehtiyacı olduğundan razılaşaraq həmin evə getmişlər. Evin qarşısına çatmamış küçənin girişində dayanıb «kamera var mən oraya getmirəm, birdən kameraya düşərəm!» demişdir. Razılaşmaya görə onunla arxa küçədə görüşməli olmuşlar. Bundan sonra Nicatı Ümüdün arxasınca göndərmişdir. Həmin küçəyə keçəndə onlar da əllərində əşyalarla gəlmişlər. Bu vaxt onlara əşyaları daşımaqda köməklik etmişdir. Əşyaları aparıb arxa yola bir qədər məsafə qət edərək «0222» yə zəng edərək taksi çağırmışdır. Əşyaları çağırışa gələn tanımadığı taksiyə yüklədikdən sonra oradan ayrılıb evə gəlmişdir. Bildiyinə görə sonra isə yarı yolda Nicat avtomaşından düşmüşdür. Ümüd isə aparıb əşyaları Nicatgilin evinə yerləşdirmişdir. Səhər açılanda üçü də görüşərək Nicatgilin sahibsiz qalan evinə getmişlər. Orada siqaretləri və içkilərdən bir qismini özlərinə götürmüşlər. Bir qismini Ümüd imkansız tanışlarına vermək üçün götürmüşdür. Mühərrikli mişar isə orada qalmışdır. Bir qismini özləri üçün götürəndən sonra əvvəlcə xx.xx.2023-cü il tarixdə Nicat və Ümüd 5 blok «Sobranie» markalı siqaretləri gətirib H.Əliyev prospektindəki köşkdə Fərrux adlı şəxsə göstərib müflis olduqlarından satdıqlarını deyəndə o, siqaretləri almasını demişdir. Fərrux siqaretləri 1 blokunu 35 manatdan olmaqla ümumilikdə 175 manata satın almışdır. Oradan da ikisi Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən şərab evinə getmişlər. İçkiləri satın alması barədə Pərvin adlı şəxslə razılaşmışlar. xx.xx.2023-cü il tarixdə isə Nicat içkiləri gətirib müflis olduqlarını deyərək Pərvinə 225 manata satmışdır. Hər dəfə də qazancı 3 yerə bərabər şəkildə böldükdə ona və digər şəxslərə 133 manat pul çatmışdır Həmin pulu isə xərclərinə sərf etmişlər. Sonradan isə hər şeyin üstü açıldığından polis şöbəsinə gətirilmiş və etdiklərini boynuna almışdır. Mişar isə Nicatgilin evində qalsa da, sonradan anası Lalə onu polis şöbəsinə təqdim etmişdir. Yuxarıda təsvir edilən cinayət əməlini Nicat və Ümüdlə birlikdə törətmişdir. Onlara başqa köməklik edən olmamışdır. Mingəçevir şəhəri və ətraf rayonların ərazisində başqa cinayət hadisəsi törətməmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs dəymiş ziyan tam şəkildə ödənilmiş və onunla barışıq əldə edilmişdir. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs iştirak etdiyi məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşış evinin qapısını kilidləyərək açarları bacanağı Rahimə verib ailəsi ilə birlikdə 10 ildir xidməti ilə bağlı başqa rayonlarda kirayə yaşayır. Sonuncu dəfə 2023-cü ilin sentyabr ayının 15-də ailə üzvləri ilə birlikdə evə baş çəkmişdir. Evdə bir gün gecələdikdən sonra isə işləri ilə əlaqədar olaraq Gəncə şəhərinə getmişdir. xx.xx.2023-cü il tarixdə bacanağı Rahim zəng edərək evində səliqə-səhmanın pozulmasını və oğurluq edilməsini bildirdikdə, rəhbərlikdən müvafiq icazə alaraq Mingəçevir şəhərinə gəlmişdir. İlkin olaraq orada polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirən zaman ailə üzvləri ilə əlaqə saxlamışdır. Əvvəlcə evdən içkilərin, siqaretlərin, cehizlik əşyalarının və mühərrikli mişarın oğurlanmasını qeyd etmişlər. Sonra baxış keçirib orada hamamın nəfəsliyinin sındırılaraq içəridə paltarquruducu qurğunun sındırılmasını və evdən oğurluq edilməsini, həmçinin zirzəminin qarşısında 1 ədəd dəhrənin olmasını, oğruların evi mətbəxin pəncərəsindən çıxmaqla tərk etmələrini müəyyən etmişdir. Həmin vaxt polis əməkdaşları ilə hadisə yerində baxış keçirilməsində iştirak etmişdir. Orada fotoşəkillər çəkilərək protokol tərtib olunduqdan sonra isə o da protokola imza etmişdir. Baxış zamanı yataq otağındakı paltar dolabından hamamdakı nəfəsliyin pəncərəsindən əl-barmaq izləri və ona məxsus olsa da, əvvəlcə xatırlamadığı dəhrə götürülmüşdür. O isə ilkin olaraq ərizə verərək işi ilə bağlı Gəncə şəhərinə qayıtmışdır. Sonra isə Gəncə şəhərindən ailə üzvləri ilə qayıdan zaman evindən cehizlik əşyalarının oğulanmadığını müəyyən etmişdir. Oğurlanmış əşyaları nəzərdən keçirəndə hamamın nəfəsliyinin və paltar quruducusunun sınması ilə 70 manat zərər dəyməsini müəyyən etmişdir. Sonra isə zirzəmidən 1 ədəd «SAW HÜTER» mühərikli mişarın, yataq otağındakı paltar dolabının sol rəfindən 1 ədəd 50 manat dəyərində, 0.7 litrlik tutuma malik olan «Jameson» markalı viskinin, 1 ədəd 45 manat dəyərində 0.7 litrlik tutuma malik «Grants G» markalı viskinin, 1 ədəd 50 manat dəyərində 1 litrlik tutuma malik «Grants 8» markalı viskinin, 1 ədəd 90 manat dəyərində 0.5 litrlik tutuma malik «Maccalan» markalı viskinin, 1 ədəd 80 manat dəyərində 0.7 litrlik tutuma malik «Hennessy» markalı viskinin, 5 ədəd birinin dəyəri 40 manat olan 0.7 litrlik tutuma malik «Black Label» markalı viskilərin, 2 ədəd birinin dəyəri 15 manat olan 0.7 litrlik tutuma malik «Villa Antinore» markalı çaxırın, 2 ədəd birinin dəyəri 15 manat olan 0.5 litrlik tutuma malik «Şirvan markalı» konyakın, 6 ədəd birinin dəyəri 70 manat olan 0.7 litrlik tutuma malik «Beluga» markalı araqların, 10 blok birinin dəyəri 43 manat olan «Sobranie» markalı siqaretlərin və 2 blok birinin dəyəri 60 manat olan «Marlboro» markalı siqaretlərin oğurlanmasını dəqiqləşdirmişdir. Həmçinin fərdi yaşayış evindən Ümüd və Nicat adlı şəxslərin oğurluq etmələri ona məlum olmuşdur. Oğurlanan siqaret, içkilər və mühərikli mişar istintaqa təqdim edilmişdir. Oğurlanmış əmlakları ona təqdim olunanda onları tanımış, sonra isə siqaretlər, içkilər, dəhrə və mühərikli mişarı məhkəməyədək saxlamaq üçün qəbzlə təhvil almışdır. Fərdi yaşayış evindən yuxarıda sadaladıqlarından başqa hər hansı əşya oğurlanmamışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 dekabr 2023-cü il tarixli 9/8907 №-li rəyində oğurlanmış əmlaklarına dair göstərilən qiymətlərdən siqaret və mühərrikli mişarın qiyməti ilə tam razıdır. Hazırda ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Onlarla barışmışdır. Odur ki, məhkəmədən təqsirləndirilən şəxslərə həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, bacanağı Zərərçəkmiş şəxs 10 ildir ki, Mingəçevir şəhəri Kənar küçəsində yerləşən fərdi yaşış evinin qapısını kilidləyərək açarları ona verib ailəsi ilə birlikdə işi ilə bağlı başqa rayonlarda kirayə yaşayır. Sonuncu dəfə 2023-cü ilin sentyabr ayının 15-də Tural ailəsi ilə birlikdə evinə baş çəkmiş, evdə bir gün gecələdikdən sonra isə çıxıb işi ilə əlaqədar olaraq Gəncə şəhərinə getmişdir. Ondan sonra açar onda olduğundan onun evinə vaxtaşırı gedib nəzarət etmişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində evə baş çəkmək üçün Kənar küçəsinə yollanmışdır. Evin darvazasının qarşısına çatanda əl qapısını açarla açmışdır. Həyətə daxil olanda zirzəminin qapısının açıq olmasını, qapının sağında isə Turalgilin dəhrəsinin olmasını görmüşdür. Zirzəmiyə baxanda mühərrikli mişarın yerində olmadığını görmüş, evin giriş qapısını açarla açandan sonra hamamın nəfəsliyinin və orada olan paltar quruducusunun yararsız hala düşməsini müəyyən etmişdir. Daha sonra isə otaqları yoxlayanda mətbəxin pəncərəsinin də açıq olmasını müəyyən etmişdir. Bundan sonra Turala zəng edərək naməlum şəxslərin evə girib oğurluq etmələrini demişdir. O, içkilərin, siqaretlərin və yataq dəstlərinin yerində olub-olmamasını yoxlamağını xahiş etmişdir. Onun dediyi yerlərə baxanda orada yataq dəstlərini görməmişdir. Daha sonra isə Turalın yataq otağındakı paltar dolabından siqaret və içkilərin yerində olmadığını akşar etmişdir. Turala bu barədə deyəndə, polisə məlumat verməyi tapşırmışdır. Onun dediyi kimi polisə məlumat vermişdir. Lakin sonra Turalın özü ev sahibi olduğu üçün onu da Mingəçevir şəhərinə çağırmışlar. Onun özü gəlib polisə ərizə ilə müraciət edəndən sonra onun yaşadığı evə baxış keçirilmişdir. Daha sonra isə tərtib olunan protokola Tural da imza etmişdir. Həmin vaxt evin həyətindən 1 ədəd dəhrə, hamamdan və yataq otağından isə sonradan adları ona bəlli olan Ümüd və Nicat adlı şəxslərin əl-barmaq izləri götürülmüşdür Daha sonra isə Turalın deməsindən bəlli olmuşdur ki, onun yaşadığı evdən yataq dəstləri oğurlanmamışdır. Belə ki, onu yataq otağından spirtli içkilər və siqaretlər, zirzəmidən isə 1 ədəd mühərrikli mişar oğurlanmışdır. Spirtli içkilərin və siqaretlərin bir qismi Turala qaytarılmışdır. Həmçinin mühərrikli mişar və dəhrə də ona qaytarılmış və onun üzərinə həmin maddi sübutları məhkəməyədək saxlamaq öhdəliyi qoyulmuşdur. Turalın evindən başqa hər hansı əmlakın oğurlanması və ona hansı məbləğdə ziyan dəyməsindən məlumatlı deyildir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, oğlu Nicat və digər övladları ilə birlikdə yaşayır. Turalla heç bir münasibəti yoxdur. 2023-cü il noyabr ayının əvvəllərində yaşadığı evdə 1 ədəd mühərikli mişar görüb oğlu Nicatdan həmin mişarın kimə məxsus olmasını soruşanda o, mişarın dostuna aid olmasını və gəlib sonradan aparacağını dediyindən, mişarın oğurluq olacağından şübhələnməmiş və buna əhəmiyyət verməmişdir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında evdə olan zaman istifadəsində olan mobil telefon nömrəsinə zəng gəlmiş, zəngə cavab verəndə oğlunun digər iki nəfər tanışları ilə birlikdə Tural adlı hərbçinin sahibsiz qalan evindən oğurluq etdiyinə görə tutulması bildirilmişdir. Daha sonra polis şöbəsinə getmişdir. Orada oğlunun Qasım və Ümüd adlı tanışları ilə birlikdə Turalın Mingəçevir şəhəri Kənar küçədə yerləşən evindən siqaretlər, içkilər və mühərrikli mişarı oğurlaması, oğurluq əşyaları isə evdə olmayanda gətirib evinə yığmasını, siqaret və içkiləri satsalar da, mişarı sata bilməyib yaşadığı evdə saxlamalarını bilmişdir. Zərərçəkmiş şəxs yaşadığı evdən mühərikli mişar, spirtli içkilər və siqaretləri oğlu Nicat Ümüd və Qasımla birlikdə oğurladıqdan sonra evə gətirmişdir. Mühərikli mişar, spirtli içkilər və siqaretləri evdə olmayanda gətirildiklərindən onların kiminsə köməkliyi ilə gətirilib-gətirilməməsi barədə məlumatı yoxdur. Həmin mühərikli mişar, spirtli içkilər və siqaretləri oğurluq olmasından sonradan məlumatlı olmuş, özü isə oğurluqda oğluna köməklik etməmişdir. Oğlunun həmin hadisəni təkbaşına və ya kiminsə iştirakı ilə törətməsindən məlumatı olmamışdır. Hər şeyi, o cümlədən onun Ümüd və Qasımla oğurluq etməsini sonradan bilmişdir. Oğluna qarşı ifadə verməyə onu məcbur edən olmamışdır. Könüllü olaraq polis şöbəsinə gələrək ifadə vermiş və oğurlanmış 1 ədəd mühərrikli mişarı istintaqa təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Mingəçevir şəhəri H.Əliyev prospektində «Bakı» adlanan apteklə üzbəüz yerləşən avtobus dayanacığının sağındakı ünvansız ticarət köşkündə sərinləşdirici içkilərin, siqaretlərin, çərəzlərin və sair tələbat mallarının alqı-satqısı ilə məşğul olur. Satdığı məhsulları firmalardan alır. Bəzən fərdi şəxslər də ona siqaret satırlar. Köşkündə malları satın almağı ilə bağlı hər hansı qeydiyyat dəftəri yoxdur. 2023-cü ilin noyabr ayının 4-də günorta saatlarında köşkdə olan zaman adının Nicat və Ümüd olmasını sonradan bildiyi şəxslər gələrək müflis olduqlarından dükandakı siqaretləri satdıqlarını bildirmişlər. Onlardan siqaretlərin oğurluq yolu ilə əldə olunub-olunmamasını soruşanda onlar siqaretlərin özlərinə məxsus olmasını demişlər. Siqaretləri nəzərdən keçirəndə 5 blok ağ rəngli «Sobranie» markalı siqaretlər olmasını görmüşdür. Həmin siqaretlər üçün 1 bloku 35 manatdan olmaqla cəmi 225 manat pul verməklə onlardan satın almışdır. Sonradan polis şöbəsinə dəvət olunanda satın aldığı siqaretlərin oğurluq olmasını bilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin siqaretləri satın alan zaman oğurluq yolu ilə əldə edilməsini bilməmişdir. Nicatla Ümüd siqaretlərin özlərinə məxsus olmasını, mağazalarının iflasa uğradığından satdıqlarını demişlər. Onlara inanıb siqaretləri satın almış və oğurluq olmasından şübhələnməmişdir. Həmin siqaretlərin bir qismini artıq satdığından istintaqa təqdim edə bilməmiş, lakin bir qismini özü ilə bərabər polis şöbəsinə gətirmiş, gətirdiyi 16 qutu «Sobranie» markalı siqareti könüllü olaraq istintaqa təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və qeyrilərini tanımır. Turalın evindən oğurluq edilməsini də indi eşidir, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la da tanışlığı yoxdur. ünvan 10 ünvanında yerləşən «Şərab evi» adlanan mağazada spirtli içkilərin, siqaretlərin, çərəzlərin və sair tələbat mallarının alqı-satqısı ilə məşğul olur. Satdığı məhsulları firmalardan alır. Bəzən fərdi şəxslər də ona spirtli içki və siqaret satırlar. Mağazada malları satın almağı ilə bağlı hər hansı qeydiyyat dəftəri yoxdur. 2023-cü ilin noyabr ayının 5-də günorta saatlarında mağazada olan zaman adının Nicat və Ümüd olmasını sonradan bildiyi şəxslər mağazaya gələrək müflis olduqlarından dükandakı spirtli içkiləri satdıqlarını bildirmişlər. Onlardan içkilərin oğurluq yolu ilə əldə olunub-olunmamasını soruşanda onlar içkilərin özlərinə məxsus olmasını demişlər. İçkiləri nəzərdən keçirəndə 1 ədəd 0.7 litrlik tutuma malik «Jameson» markalı viski, 1 ədəd 0.7 litrlik tutuma malik «Grants G» markalı viski, 1 ədəd 1 litrlik tutuma malik «Grants 8» markalı viski, 1 ədəd 0.5 litrlik tutuma malik «Maccalan» markalı viski, 1 ədəd 0.7 litrlik tutuma malik «Hennessy» markalı viski, 3 ədəd 0.7 litrlik tutuma malik «Black Label» markalı viskilər, 2 ədəd 0.7 litrlik tutuma malik «Villa Antinore» markalı çaxırlar, 1 ədəd 0.5 litrlik tutuma malik «Şirvan» markalı konyaklar, 2 ədəd 0.7 litrlik tutuma malik «Beluga» markalı araqları olmasını görmüşdür. Həmin içkilər üçün yuvarlaq olaraq onlara 225 manat pul verməklə satın almışdır. Sonradan polis şöbəsinə dəvət olunanda içkilərin oğurluq olmasını bilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin spirtli içkiləri satın alan zaman oğurluq yolu ilə əldə edilməsini bilməmişdir. Nicatla Ümüd içkilərin özlərinə məxsus olmasını mağazalarının iflasa uğradığından satdıqlarını demişlər. Onlara inanıb spirtli içkiləri satın almış və oğurluq olmasından şübhələnməmişdir. Həmin spirtli içkilərin bir qismini artıq satdığından istintaqa təqdim edə bilməmiş, lakin bir qismini özü ilə bərabər polis şöbəsinə gətirmiş və gətirdiyi 1 ədəd 0.7 litrlik tutuma malik «Jameson» markalı viskini, 1 ədəd 0.7 litrlik tutuma malik «Grants G» markalı viskini, 1 ədəd 1 litrlik tutuma malik «Grants 8» markalı viskini, 1 ədəd 0.5 litrlik tutuma malik «Maccalan» markalı viskini, 1 ədəd 0.7 litrlik tutuma malik «Hennessy» markalı viskini, 1 ədəd 0.7 litrlik tutuma malik «Black Label» markalı viskini, 1 ədəd 0.7 litrlik tutuma malik «Villa Antinore» markalı çaxırı, 1 ədəd 0.7 litrlik tutuma malik «Beluga» markalı arağı könüllü olaraq istintaqa təqdim etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən hadisə yeri ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Baxış keçirilən zaman hadisə yerindən 01 ədəd dəhrə, o cümlədən evin birinci mərtəbəsindəki dəhlizin sağında yerləşən yataq otağındakı paltar dolabının şüşəsindən 01 ədəd və hamamın nəfəsliyinin pəncərə şüşəsindən 05 ədəd yararlı əl-barmaq izi aşkar edilərək iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli götürmə haqqında protokoldan görünür ki, Şahid2 könüllü olaraq təqdim etdiyi 1 ədəd qara və sarı rənglərdə «SAW HÜTER» mühərrikli mişar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli götürmə haqqında protokoldan görünür ki, Şahid3 könüllü olaraq təqdim etdiyi 1 ədəd 0.7 litrlik tutuma malik «Jameson» markalı viski, 1 ədəd 0.7 litrlik tutuma malik «Grants G» markalı viski, 1 ədəd 1 litrlik tutuma malik «Grants 8» markalı viski, 1 ədəd 0.5 litrlik tutuma malik «Maccalan» markalı viski, 1 ədəd 0.7 litrlik tutuma malik «Hennessy» markalı viski, 1 ədəd 0.7 litrlik tutuma malik «Black Label» markalı viski, 1 ədəd 0.7 litrlik tutuma malik «Villa Antinore» markalı çaxır, 1 ədəd 0.7 litrlik tutuma malik «Beluga» markalı araq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli götürmə haqqında protokoldan görünür ki, Şahid4 könüllü olaraq təqdim etdiyi 16 ədəd «Sobranie» markalı siqaretlər iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli baxış və tanınma haqqında protokoldan görünür ki, istintaqa təqdim edilmiş 1 ədəd «SAW HÜTER» mühərrikli mişar, 1 ədəd «Jameson» markalı viski, 1 ədəd «Grants G» markalı viski, 1 ədəd «Grants 8» markalı viski, 1 ədəd «Maccalan» markalı viski, 1 ədəd «Hennessy» markalı viski, 1 ədəd «Black Label» markalı viski, 1 ədəd «Villa Antinore» markalı çaxır, 1 ədəd «Beluga» markalı araq və 16 qutu «Sobranie» markalı siqaretləri analoqunu tapmaq çətin olduğundan vahid nüsxə üzrə Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs həmin siqaretlər, spirtli içkilər və mühərrikli mişara baxış keçirərək özünə məxsus olmasını və onları tanımasını bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-xx/xx-13700/2023 №-li sorğuya cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Qres qəsəbəsi, Kənar məhəllədə yerləşən vət. Zərərçəkmiş şəxs məxsus ev 82/11-də baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Təqdim edilmiş əl-barmaq izləri DİN KTİ-nin ADİS məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərdən 01 ədədi (d/x Mingəçevir ŞPŞ-dən DİN KTİ-nin məlumat bankına daxil olan) xx.xx.2004-cü ildə Mingəçevir şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 (yataq otağı şkafdan götürülmüş) sol əlinin böyük barmağı ilə 05 ədədi isə (d/x Ağsu RPŞ-dən şübhəli qismində DİN KTİ-nin məlumat bankına daxil olan) xx.xx.2005-ci ildə Ağsu rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 (hamamda nəfəsliyin içəri tərəfindən götürülmüş) sağ əlinin ovucu, (yataq otağı şkafdan götürülmüş) böyük barmağı ilə və (hamamda nəfəsliyin içəri tərəfindən götürülmüş) sol əlinin şəhadət, orta və adsız barmaqları ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8907 saylı rəyindən görünür ki, 1 blok «Sobranie» markalı siqaretin bir ədədinin qiyməti 43 manat, ümumi qiyməti 43 manat, 1 blok «Marlboro» markalı siqaretin bir ədədinin qiyməti 60 manat, ümumi qiyməti 60 manat, 1 ədəd «SAW HÜTER» mühərrikli mişarın (orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq) bir ədədinin qiyməti 120 manat, ümumi qiyməti 120 manat, cəmi 223,00 manat təşkil edir. Ekspertiza təyini haqqında qərarda göstərilən 3 adda malların 2023-cü ilin noyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 223,00 manat müəyyən edilir. Digər 9 adda spirtli içkilərin tutumu haqqında qərarda və fotoşəkillərdə məlumat olmadığından həmin spirtli içkilər üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx.xx.2024cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsi ilə ittiham elan edilməsi rədd edilmiş, Şahid2, Şahid3 və Şahid4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3, 194 və 307-ci maddələri ilə ittiham elan edilməsi rədd edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğurluq yolu ilə ələ keçirdiyi 1 ədəd «SAW HÜTER» mühərrikli mişar, 1 ədəd dəhrə, 1 ədəd 0.7 litrlik tutuma malik «Jameson» markalı viski, 1 ədəd 0.7 litrlik tutuma malik «Grants G» markalı viski, 1 ədəd 1 litrlik tutuma malik «Grants 8» markalı viski, 1 ədəd 0.5 litrilik tutuma malik «Maccalan» markalı viski, 1 ədəd 0.7 litrlik tutuma malik «Hennessy» markalı viski, 1 ədəd 0.7 litrlik tutuma malik «Black Label» markalı viski, 1 ədəd 0.7 litrlik tutuma malik «Villa Antinore» markalı çaxır, 1 ədəd 0.7 litrlik tutuma malik «Beluga» markalı araq və 16 ədəd «Sobranie» markalı siqaretlər onların təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs müraciəti nəzərə alınmaqla məhkəməyədək saxlanılması üçün mülkiyyətçisinə verilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus olan və oğurlanmış mühərrikli mişar, siqaret və içkiləri məhkəməyədək saxlanması üçün təhvil almışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 1(051)- 148/2023 saylı 06 dekabr 2023–cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə məhkumluğu vardır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məktubdan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 06 dekabr 2023–cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum xx.xx.2024-cü il tarixdə cəzasının icrası ilə bağlı qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə İXM-in 227-ci maddəsi ilə təqsirli bilinib 1 ay müddətinə inzibati həbs olunmuşdur. Bugünkü tarixə məhkuma təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının 2 ay 21 günü icra olunmuş, 9 ay 5 günü icra olunmamış qalmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə aralarındakı razılaşmaya və vəzifə bölgüsünə əsasən, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinin yerləşdiyi küçəyə gəlməklə, Qasım Əliyev küçənin girişində pusquda dayanaraq ətrafı müşahidə etməklə, ilkin olaraq Təqsirləndirilən şəxs1, onun arxasınca isə Təqsirləndirilən şəxs2 göstərilən ardıcıllıqla Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinin hasarından aşıb evin həyətinə qanunsuz daxil olmaqla, zərərçəkmiş şəxsə ümumilikdə 1665 manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmələri və onların əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Onlara qarşı elan edilmiş ittihamda təqsirli olmaları şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslərin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində qanunsuz daxil olaraq evin yataq otağındakı saxlanc yeri hesab olunan paltar dolabının sol rəfindən və evin saxlanc yeri hesab olunan zirzəmisindən ona məxsus daşınar əşyaları gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1665 (min altı yüz altmış beş) manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, Abasov X2 Şəhər Məhkəməsinin 1(051)- 148/2023 saylı 06 dekabr 2023–cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin Təqsirləndirilən şəxs1 məhkum olunmamışdan və həmin hökm qanuni qüvvəyə minməmişdən əvvəl, yəni xx.xx.2023-cü il tarixdə qəsdən cinayət törətsə də, o, həmin cinayətə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 sonuncu cinayəti Mingəçevir Şəhər Məhkəməsinin 06 dekabr 2023–cü il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən, cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Məhkəmə istintaqında, həmçinin tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində qanunsuz daxil olaraq evin yataq otağındakı saxlanc yeri hesab olunan paltar dolabının sol rəfindən və evin saxlanc yeri hesab olunan zirzəmisindən ona məxsus daşınar əşyaları gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1665 (min altı yüz altmış beş) manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə istintaqında, həmçinin tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində qanunsuz daxil olaraq evin yataq otağındakı saxlanc yeri hesab olunan paltar dolabının sol rəfindən və evin saxlanc yeri hesab olunan zirzəmisindən ona məxsus daşınar əşyaları gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1665 (min altı yüz altmış beş) manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talanması ilə əlaqədar qəsdən törədilən cinayətlərdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı ödəməsini, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizə və qəbzdən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan 4 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və həmin cəza CM-in 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, Mingəçevir Şəhər Məhkəməsinin 06 dekabr 2023–cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 06 dekabr 2023–cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum xx.xx.2024-cü il tarixdə cəzasının icrası ilə bağlı qeydiyyata alınmışdır. Bugünkü tarixə Təqsirləndirilən şəxs1 təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının 2 ay 21 günü icra olunmuş, 9 ay 5 günü icra olunmamış qalmışdır. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini xx.xx.2023-cü il tarixdə, yəni hökm qüvvəyə minməsindən əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saxlanıldığı Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 10 noyabr 2023-cü il tarixdən 12 noyabr 2023-cü il tarixədək həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə cəzanın başlanğıcı ilə bağlı qeyd edir ki, Abasov X2 Şəhər Məhkəməsinin 06 dekabr 2023–cü il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası ilə bağlı xx.xx.2024-cü il tarixdə cəzanın icrasına nəzarət edən Mingəçevir Şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alınmışdır. Hazırkı hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası CM-in 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, birinci hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən, ona hazırkı hökmlə təyin edilən qəti cəzanın başlanğıcı birinci hökm üzrə cəzanın icrası ilə bağlı cəzanın icrasına nəzarət edən Mingəçevir Şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı ödəməsini, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 4 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saxlanıldığı Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 10 noyabr 2023-cü il tarixdən 12 noyabr 2023-cü il tarixədək həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı ödəməsini, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 AR CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 2 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 2 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023–cü il tarixdə saat 00:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi barədə, həmçinin, “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saat 18:10 dəqiqədə ona elan olunmuş və bundan sonra saxlanıldığı Mingəçevir ŞPŞ-nin MSYdən dərhal azad edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs 24 saatdan artıq həbsdə qaldığından həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs3 11 noyabr 2023-cü il tarixdən 12 noyabr 2023-cü il tarixədək həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırkı cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğurluq yolu ilə ələ keçirdiyi 1 ədəd «SAW HÜTER» mühərrikli mişar, 1 ədəd dəhrə, 1 ədəd 0.7 litrlik tutuma malik «Jameson» markalı viski, 1 ədəd 0.7 litrlik tutuma malik «Grants G» markalı viski, 1 ədəd 1 litrlik tutuma malik «Grants 8» markalı viski, 1 ədəd 0.5 litrilik tutuma malik «Maccalan» markalı viski, 1 ədəd 0.7 litrlik tutuma malik «Hennessy» markalı viski, 1 ədəd 0.7 litrlik tutuma malik «Black Label» markalı viski, 1 ədəd 0.7 litrlik tutuma malik «Villa Antinore» markalı çaxır, 1 ədəd 0.7 litrlik tutuma malik «Beluga» markalı araq və 16 ədəd «Sobranie» markalı siqaretlərin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yeni hökm üzrə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-148/2023 saylı 06 dekabr 2023–cü il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 10 noyabr 2023-cü il tarixdən 12 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzasının başlanğıcı birinci hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla xx.xx.2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 10 noyabr 2023-cü il tarixdən 12 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 11 noyabr 2023-cü il tarixdən 12 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğurluq yolu ilə ələ keçirdiyi 1 ədəd «SAW HÜTER» mühərrikli mişar, 1 ədəd dəhrə, 1 ədəd 0.7 litrlik tutuma malik «Jameson» markalı viski, 1 ədəd 0.7 litrlik tutuma malik «Grants G» markalı viski, 1 ədəd 1 litrlik tutuma malik «Grants 8» markalı viski, 1 ədəd 0.5 litrilik tutuma malik «Maccalan» markalı viski, 1 ədəd 0.7 litrlik tutuma malik «Hennessy» markalı viski, 1 ədəd 0.7 litrlik tutuma malik «Black Label» markalı viski, 1 ədəd 0.7 litrlik tutuma malik «Villa Antinore» markalı çaxır, 1 ədəd 0.7 litrlik tutuma malik «Beluga» markalı araq və 16 ədəd «Sobranie» markalı siqaretlərin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar