Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-7/2021 17.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, X10 İşlər Üzrə Hərbi Məhkəmənin xx xxxxxx 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin126.3, 127.1, 331.2, 331.3, 68.1.1 və 66.3-cü maddələrinə əsasən 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu götürülməmiş və ya ödənilməmiş, ünvan 1 mənzil 2 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - ümumi təmiz çəkisi 232,320 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və təmiz çəkisi 1,711 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib narkotik vasitə tiryəkin 0,695 qramını və narkotik vasitə qurudulmuş marixuananı üstündə, tiryəkin qalan 231,625 qramını isə üzərində gəzdirdiyi qara rəngli dəri materialdan hazırlanmış əl çantasında saxlamaqla ünvan 2 saylı ünvanda yerləşən “Qala” restoranının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə birgə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 21.45-də qeyd olunan ünvanda saxlanılmaqla Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət edilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 0,695 qram olan narkotik vasitə tiryəki və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,711 qram olan narkotik vasitə qurudulmuş marixuananı, çiynindən asılmış vəziyyətdə olan qara rəngli dəri materialdan hazırlanmış əl çantasından isə bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 231,625 qram olan narkotik vasitə tiryəki çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, əvvəllər narkotik vasitə marixuana və tiryəkdən istifadə etmiş, belə ki, marixuanadan siqaretə doldurub çəkmək yolu ilə, tiryəkdən isə çaya atmaq yolu ilə istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə günorta saat 16-17 radələrində Mirgəçevir şəhəri, Kür çayının kənarında yerləşən parkda tək gəzərkən orada olan oturacaqların birinin üzərində bir ədəd qara rəngli sellofan bükülü görmüş, maraq yarandığından həmin oturacağa yaxınlaşıb sellofanı götürmüş, içərisində bir ədəd qara rəngli balaca sellofana bükülmüş vəziyyətdə narkotik vasitə tiryək, bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə narkotik vasitə qurudulmuş marixauna və bir ədəd nisbətən iri ölçülü qara rəngli sellofana bükülmüş vəziyyətdə narkotik vasitə tiryək olduğu məlum olmuşdur. Əvvəllər narkotik vasitə istifadəçisi olduğundan onları götürmüş və fikirləşmişdir ki, imkan düşəndə istifadə edər. Çünki hər dəfə narkotik vasitə aldıqda bu təhlükəli olur, ona görə də fikirləşmişdir ki, elə tapmış, yəni pul verməmiş və özündə saxlamaqla istifadə edər. Ona görə də narkotik vasitəni tapdığı sellofanı tullamış, kiçik bükümlərdə olan narkotik vasitə tiryəki və qurudulmuş marixuananı əynində olan şalvarında saxlamış, iri bükümü isə üzərində olan qara rəngli dəri çantanın içərisinə qoymuşdur. Bundan sonra həmin tarixdə təxminən axşam saat 21.30-22.00 radələrində Mingəçevir şəhərində yerləşən Qala restoranının yaxınlığında olarkən ona 4 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Onlar xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdə polis əməkdaşları olduğu məlum olmuşdur. Daha sonra o da özünü təqdim etmişdir. Bundan sonra polislər ona bildirmişlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olmuşdur. Ona görə də üzərinə baxış keçirilməsi üçün onu Mingəçevir şəhər Polis Şöbəsinə dəvət etmişlər. Orada otaqlardan birində ona Mingəçevir şəhərində fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, o, müdafiəçi kimi X1. Bundan sonra vəkilin və onu saxlayan polislərin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, baxış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya varsa təqdim etsin. O da əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı bir büküm narkotik vasitə tiryəki və bir büküm narkotik vasitə qurudulmuş marixuananı çıxarıb polislərə təqdim etmiş, həmçinin çiynindən asılmış qara rəngli dəri çantadan isə bir ədəd böyük bükümdə olan narkotik vasitə tiryəki çıxarıb polislərə təqdim etmişdir. Polislər həmin bükümlərin nə olduğunu soruşduqda aşkar olunmuş bükümlərdən birinin narkotik vasitə tiryək, digərinin isə qurudulmuş marixuana, çantadan aşkar olunmuş bükümün isə narkotik vasitə tiryək olduğunu demişdir. O, həmin narkotik vasitələri necə tapmağı barədə polislərə məlumat vermişdir. Daha sonra onun üzərindən aşkar olunmuş bükümlərin fotoşəkilləri çəkilmiş, əlavə olaraq videoçəkiliş aparılmışdır. Həmçinin aşkar olunmuş bükümlər tərəzi vasitəsi ilə çəkilmiş, məlum olmuşdur ki, həmin bükümlərdən biri 231 qram, digəri 0,74 qram, qurudulmuş marixauna isə 1,97 qramdır. Aşkar olunmuş bükümlər bir ədəd zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Əlavə olaraq onun üzərindən 213 manat və 1 Gürcüstan larisi və 02 ədəd 20-lik gürcüstan pulu aşkar olunmuş, pulları sonradan özünə qaytarılmışdır. Aşkar olunmuş Samsung markalı telefon isə polislər tərəfindən götürülmüşdür. Həmçinin üzərindən xəstəliyi ilə bağlı istifadə etdiyi dərmanları, 2 qutu Parlament markalı siqaret, 03 ədəd alışqan aşkar olunmuşdur ki, onların da hamısı özünə qaytarılmışdır. Sonda baş verənlərlə bağlı protokol tərtib olunmuş, ucadan oxunmuş, doğru yazıldığı üçün imzalarla doğruluğu təsdiq edilmişdir. O, saxlanılan zaman, Mingəçevir Şəhər Polis Şöbəsinə aparılan zaman ona qarşı hər hansı təsir olmadığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitələri isə özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən ona cəza təyin edilərkən səmimi peşimanlığının nəzərə alınmasını xahiş etdi. Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Mİngəçevir Şəhər Polis Şöbəsində X3 baş inspektoru vəzifəsində işləyir. Əlisoy X6 şəhəri ərazisində narkotik vasitə olan tiryəkin və marixuananın qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1 Zakir oğlu, Şahid2, Baş X2 İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 və Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət-Axtarışı Bölməsinin rəisi Şahid4 ibarət tərkibdə əməliyyat qrupunun yaradılmışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmişdir. Həmin vaxt o video çəkiliş aparmışdır. Təqsirləndirilən şəxs onun tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, daha sonra onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilərək ona təqdim edilmiş və daha sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli şalvarının sol yan cibindən bir ədəd özünə məxsus Samsung markalı telefonu, sağ yan cibindən 213 manat, 1 Gürcüstan larisi və iki ədəd 20 gürcü larisini, həmin cibindən bir ədəd qara sellofana bükülmüş bükülünü və bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs çiynindən asılı vəziyyətdə olan bir ədəd qara rəngli dəri çantanın içərisindən bir ədəd qara rəngli sellofan bükümü, əlavə olaraq 03 ədəd alışqanı, bir ədəd ətir, iki qutu Parlament siqareti, yara bantları, bir ədəd dırnaqtutan, iki ədəd tabletka listini, əlavə olaraq bir neçə ədəd dərman preparatını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi iki ədəd bükümə baxdıqda müvafiq olaraq qara rəngli sellofan bükümdə tiryəkə, şəffaf rəngli sellofan bükümdə isə qurudulmuş marixuanaya bənzər maddə, əlavə olaraq çiynindən asılmış bir ədəd qara rəngli dəri materialdan olan çantadan aşkar edilmiş bir ədəd böyük ölçülü qara sellofanın içərisindən isə narkotik vasitə tiryəkə bənzər maddə aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitələr elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Aşkar edilmiş digər əşya və predmetlər, eləcə də pul əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı bir neçə ədəd fotoşəkil çəkilmişdir. Sonda protokol tərtib edilərək ucadan oxunmuş və doğru yazıldığı üçün imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 Zakir oğlunun ifadəsində göstərilmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur ki, Əlisoy X6 şəhəri ərazisində narkotik vasitə olan tiryəkin və marixuananın qanunsuz dövriyyəsi ilə məşğul olur. Qeyd olunan məlumat Baş İdarə rəisinə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərar qəbul edilmişdir. Qərara əsasən ondan, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2, Baş X2 İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 və Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət-Axtarışı Bölməsinin rəisi Şahid4 ibarət tərkibdə əməliyyat qrupunun yaradılması barədə müvafiq əmr verilmişdir. Bundan sonra o, əməliyyat qrupunun üzvləri Şahid2 və Şahid3 birlikdə Mingəçevir şəhər Polis Şöbəsinə yollanmışlar. Orada isə əməliyyat qrupunun digər üzvü Şahid4 də onlara qoşulmuşdur. Nəticədə xx.xx.2020-ci il tarixdə əməliyyat tədbirinin keçirilməsinə başlanılmışdır. xx.xx.2020-ci il tarixdə saat 21.45-də Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən «Qala» restoranının qarşısında saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra araşdırma aparılması üçün Mingəçevir Şəhər Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Polad Atayevə göstəriş verilmiş və Təqsirləndirilən şəxs onun tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, daha sonra onun hüquqlarının müdafiə edilməsi üçün vəkil Müsaqif Hüseynov dəvət edilərək ona təqdim edilmiş və daha sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli şalvarının sol yan cibindən bir ədəd özünə məxsus Samsung markalı telefonu, sağ yan cibindən 213 manat, 1 Gürcüstan larisi və iki ədəd 20 gürcü larisini, həmin cibindən bir ədəd qara sellofana bükülmüş bükülünü və bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs çiynindən asılı vəziyyətdə olan bir ədəd qara rəngli dəri çantanın içərisindən bir ədəd qara rəngli sellofan bükümü, əlavə olaraq 03 ədəd alışqanı, bir ədəd ətir, iki qutu Parlament siqareti, yara bantları, bir ədəd dırnaqtutan, iki ədəd tabletka listini, əlavə olaraq bir neçə ədəd dərman preparatını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi iki ədəd bükümə baxdıqda müvafiq olaraq qara rəngli sellofan bükümdə tiryəkə, şəffaf rəngli sellofan bükümdə isə qurudulmuş marixuanaya bənzər maddə, əlavə olaraq çiynindən asılmış bir ədəd qara rəngli dəri materialdan olan çantadan aşkar edilmiş bir ədəd böyük ölçülü qara sellofanın içərisindən isə narkotik vasitə tiryəkə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin narkotik vasitə tiryək və qurudulmuş marixuana olduğunu bildirərək xx xxxxxx 2020-ci il tarixdə 4-5 saat əvvəl Mingəçevir şəhərində Kür çayının kənarında Sahil bağında gəzərkən oturacağın üstündən tapdığını, əvvəllər narkotik vasitələr istifadə etdiyi üçün həmin maddələri tanıdığından sonradan istifadə etmək məqsədi ilə özü ilə götürdüyünü bildirmişdir. Baxış zamanı başqa əhəmiyyət kəsb edən əşya aşkar olunmamışdır. Aşkar olunmuş narkotik vasitələr elektron tərəzi vasitəsi ilə çəkilmiş və məlum olmuşdur ki, narkotik vasitə tiryəkin birinin çəkisi 231 qram, digərinin isə 0,74 qram, narkotik vasitə qurudulmuş marixuananın çəkisi isə 1,97 qramdır. Həmin bükümlər aşkar olunduğu formada tərəzidə çəkilmişdir. Aşkar edilmiş digər əşya və predmetlər, eləcə də pul əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı bir neçə ədəd fotoşəkil çəkilmişdir. Sonda protokol tərtib edilərək ucadan oxunmuş və doğru yazıldığı üçün imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2, X8 və Alıyev X7 Natiq Zakir oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahidlər Şahid1 Zakir oğlu və Şahid2 məhkəməyə teleqram göndərərək, istintaqda verdiyi ifadələrini təstiq etmələrini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 5280 №-li rəyində göstərilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, Qurudulmuş marixuananın təmiz çəkisi 1,711 qram, qalıq çəkisi isə 1,691 qram olmuşdur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 5279 №-li rəyində göstərilir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 231,625 qram və 0,695 qram olmaqla ümumi təmiz çəkisi 232,320 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryəkdir. Qalıq çəkisi 232,22 qram olmuşdur İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 886 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 30 dekabr 2020-ci il tarixli 1053 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxsn narkotik vasitələrdən istifadə edir.Tərkibində tiryək alkoloidlərini tərkibində saxlayan narkotik vasitələrdən sui-istifadə yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün ifadəsi, şahid ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən və hökümün surətindən görünür ki, X10 İşlər Üzrə Hərbi Məhkəmənin xx xxxxxx 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin126.3, 127.1, 331.2, 331.3, 68.1.1 və 66.3-cü maddələrinə əsasən 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, peşmançılıq hissi keçirməsini, “Hepatomeqaliya. GRD-1 Hepatosteatoz Pankreasda diffuz dəyişikliklər. Hər iki böyrəkdə mikrolitlər, bağırsaqlarda metorizm” diaqnozu ilə xəstə olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəstən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CMnin 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşə əlavə olunmuş Bakı şəhər Nərimanov rayon məhkəməsinin 4(005)-229/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddəti 4 ay həddində müəyyən edilməsi, həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci ildən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Azərbaycan Respublikası DİN Baş X2 İdarəsində saxlanılan, iş üzrə maddi sübut, tədqiqata sərf edildikdən sonra qalan 1,691 qram olan marixuana və 232,22 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Ekspertiza xərcləri 178,28 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 354 manat dövlət büdcəsindən tutularaq Bakı Şəhər 16 saylı Vəkil Bürosunun “Kapital Bank” Nərimanov filialında olan Kodu: 200093, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod:AİİBAZ2X, Bakı şəhər 16 saylı /Vəkil Bürosu, Hesab:AZ04AİİB********************3, VOEN: ********** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx xxxxxx 2020-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası DİN Baş X2 İdarəsində saxlanan 1,691 qram olan marixuana və 232,22 qram tiryək qalığı məhv edilsin. İş üzrə 178,28 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 354 manat dövlət büdcəsindən tutularaq Bakı Şəhər 16 saylı Vəkil Bürosunun “Kapital Bank” Nərimanov filialında olan Kodu: 200093, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod:AİİBAZ2X, Bakı şəhər 16 saylı /Vəkil Bürosu, Hesab:AZ04AİİB********************3, VOEN: ********** hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №1(051)-7/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-7/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver