Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-7/2022 29.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi–Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1981-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin 14.03.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Mingəçevir şəhəri, N.Nərimanov küçəsi ev 40, mənzil 15 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə bir ədəd kibrit qutusunda, 6.02 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, 06.04.2021-ci il tarixdə tanışı Şahid1 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ondan narkotik vasitə - qurudulmuş marixuana almaq barədə razılaşdıqdan sonra, o, Şahid1 narkotik vasitə - qurudulmuş marixuananı 70 manata satacağını razılaşmış, 07.04.2021-ci il tarixdə saat 11:30 radələrində yenidən istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə danışıb, aralarında olan razılığa əsasən o, bir kibrit qutusunun içərisində 6,02 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq 07.04.2021-ci il tarixdə saat 12 radələrində Mingəçevir şəhəri, Mingəçevir kəndində «karyerə gedən yol» adlanan yerdə 70 manata Şahid1 qanunsuz olaraq satmışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən imtina edərək, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Şahid1 uzun müddətdir ki, tanıyır. Həmin qadın Mingəçevir şəhərində yerləşən “Su səsi” restoranında xidmətçi işləyəndə, o da həmin restorana bəzi vaxtlar müştəri qismində getmişdir. Elə həmin vaxt orada Aydanla tanış olmuşdur. Beləliklə, onların arasında xoş münasibət yaranmışdır. Onların bir-birində mobil nömrələri olmuşdur. 09.04.2021-ci il tarixdə dənizdən balıq tutub qayıdan zaman yaşadığı evin yaxınlığında Şəki ŞPŞ-nin əməkdaşları onu tutub aparmışlar. O, Şahid1 uzun müddət tanısa da, ona narkotik vasitə satmamış, nə də onunla həmin gün telefonla danışmamışdır. İstintaqın istinad etdiyi ***-***-**-** saylı mobil nömrə onun istifadəsində olmamışdır. O, tutulub üzərinə baxış keçirilən zaman da Aydana narkotik satmadığını demişdir. Ondan sonra isə heç bir sənədə imza etməmişdir. Ona təzyiqlər olsa da, o, cinayət əməlini etiraf etməmişdir. Hesab edir ki, onun telefonunda zəng yönəltmə xidməti Aydanın bacısı qızı Məmmədova Sevginaz Arzu qızı tərəfindən qəsdən aktivləşdirilmişdir. Belə ki, onun əvvəllər Məmmədova Sevginaz Arzu qızı ilə qeyri-rəsmi münasibəti olmuşdur. Sonradan isə aralarında olan narazılığa görə münasibətləri pozulmuşdur. O, Sevginazla görüşəndə bəzi vaxtlar telefonu onun yanında qalmışdır. Güman edir ki, həmin vaxtlarda onun mobil nömrəsindən yönəltmələr etmişdir. Ona görə də özünü verilmiş ittiham üzrə təqsirli bilmir. Odur ki, məhkəmədən onun təqsirsiz elan edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Şəki ŞRPŞ-nin CAB-da əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 aprel 2021-ci il tarixdə Şahid6 ilə birlikdə Mingəçevir şəhər sakini Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən “Akel” yanacaqdolduma məntəqəsinin yaxınlığında olan zaman onu görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat daxil olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Şahid1 üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sinə nahiyəsindən 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Sorğu zamanı Şahid1 üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı Mingəçevir şəhərində şəhər sakini, əvvəllər tanıdığı Rafət adlı şəxsdən 70 manat müqabilində əldə etdiyini bildirmişdir. Bundan sonra Şahid1 narkotik vasitəni aldığını bildirdiyi şəxsin Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 09.04.2021-ci il tarixdə Mingəçevir şəhərində yaşadığı N.Nərimanov prospektində 40 saylı binanın qarşısında saxlanılaraq Şəki ŞRPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs gətirildikdən sonra onun üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman müdafiəçi kimi vəkil təyin olunmuş, o cümlədən 2 nəfər hal şahidi də həmin istintaq hərəkətinin keçirilməsində iştirak etmişdir. Rafət Sofıyevin üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynindəki şalvarın sağ yan cibindən 01 ədəd mobil telefon, sol yan cibindən 01 ədəd telefon, əynindəki gödəkcənin sağ döş cibindən 08 ədəd olmaqla açarlar, gödəkcənin sol döş cibindən 01 ədəd siqaret qutusu və alışqan, gödəkcənin sağ iç cibindən 3 ədəd 20 qəpiklik, 1 ədəd 3 qəpiklik, 01 ədəd 5 qəpiklik dəmir pullar, 02 ədəd G ******* və F 20482981 nömrəli 1 manatlıq əskinzlar aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd Nokia markalı və 1 ədəd Samsung markalı mobil telefonların və 2 manat 68 qəpik olmaqla pul əskinazlarının ona məxsus olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Şahid1 onlar tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılarkən üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,02 qram olan narkotik vasitə qurudulmuş marixuananı Rafətdən 70 manat müqabildə almasını , Təqsirləndirilən şəxs isə Şahid1 70 manata narkotik vasitə olan qurudulmuş marixuananı satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalar qablaşdırılaraq AR DİN-in Şəki ŞRPŞ-nin 53 nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol onlar tərəfindən imzalanmış, lakin Təqsirləndirilən şəxs protokola imza etməkdən imtina etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-də əməliyyat müvəkkili Şahid6 Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2 il əvvəl Yevlax rayonunda işlədiyi “Su səsi” restoranında tanımışdır. 2021-ci ilin mart ayının sonlarında Yevlax rayonu Xaldan qəsəbəsinin ərazisində kafedə işləyən zaman Etibar adlı şəxslə tanış olmuş, həmin şəxslə bir neçə dəfə Şəki şəhərinə getmişlər və bir neçə dəfə də Etibar onun Mingəçevir şəhərində yaşadığı evə gəlmişdir. Həmin şəxsi o qədər də yaxından tanımamış, sadəcə həmin şəxs özünü ona Etibar kimi təqdim etmişdir. Həmin şəxslə tanış olduğu müddət ərzində Etibar onun yanında narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, o da, Etibar adlı şəxslə bir dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 06.04.2021-ci il tarixdə həmin Etibar adlı şəxs ona zəng edərək 07.04.2021-ci il tarixdə Şəki ərazisində yerləşən Marxala istirahət etmək üçün gedəcəyini və orada istirahət edən zaman istifadə etmək üçün narkotik vasitə olan qurudulmuş marixuana əldə etməyini demişdir. O da, Rafətin həmin narkotik vasitədən istifadə etdiyini bildiyi üçün həmin gün Rafətin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə öz istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə zəng etmiş, lakin Rafət telefon zənginə cavab verməmişdir. Sabahı gün saat 10 radələrində Rafətə zəng edərək ona 70 manat dəyərində qurudulmuş marixuana tapmasını və Şəkiyə gedəcəyini demişdir. Həmin 70 manatın 20 manatını Etibar onun “Kapital bank” hesabına göndərmiş, 50 manat isə ona məxsus olmuşdur. Bundan sonra o, təxminən saat 10-dan 12 radələrinədək olan müddət ərzində Rafətə bir neçə dəfə zəng etmişdir. Rafət ona narkotik vasitə-qurudulmuş marixuana tapacağını demişdir. O, ibtidai araşdırma zamanı Rafətinin işinin yüngül olması üçün “Rafətin içərisində narkotik vasitəqurudulmuş marixuana olan 1 ədəd kibrit qutusunu Mingəçevir şəhərində “karyerə gedən yol” adlandırılan ərazidə tullantıların atıldığı ərazidə daşın altına qoyduğunu” demişdir. O həmin vaxt həyacanlı olduğu və Rafətə kömək etmək məqsədilə doğru ifadə verməmişdir. Əslində, o taksi ilə həmin əraziyə getmiş və bir qədər aralıda Rafətdən əlbəəl içərisində qurudulmuş marixuana olan 1 ədəd kibrit qutusunda narkotik vasitəsini alıb 70 manatı pulu ona vermişdir. Həmin vaxt Rafət narkotik vasitəni haradan və ya kimdən əldə etməsi haqqında ona məlumat verməmişdir. Həmin vaxt o, taksini *2333 taksi xidmətindən sifariş etdiyi üçün həmin şəxsi tanımamışdır. Sonra isə həmin taksi onu Mingəçevir şəhər avtovağzalına gətirmiş və o oradan minik avtomobili ilə Şəkiyə getmişdir. Şəkidə “Akel” pertolun yaxınlığında Etibarla görüşməli idi. Həmin yerə çatdıqdan sonra Etibara zəng etmiş, bir qədər sonra isə polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə gətirmişlər və onun üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs 70 manat müqabilində aldığı narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəməyədək olan icraat zamanı Mingəçevir şəhəri, Mingəçevir kəndində «karyerə gedən yol» adlanan ərazidə Rafətin dediyi yerə gedərək, 6,02 qram çəkidə narkotik vasitə olan qurudulmuş mariuxananı daşın altından götürüb, əvəzində həmin yerə narkotik vasitə olan qurudulmuş marixuananı almaq üçün 70 manat pul qoyması ilə bağlı ifadə verməkdə əsas məqsədi Rafətin cinayət məsuliyyətindən azad edilməsi və ya ona təyin ediləcək cəzasının yüngülləşdirilməsi olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2015-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi olmasa da, kəbin kəsdirməklə ailə həyatı qurmuşdur. Onların həmin münasibətlərindən 2 övladları olmuşdur. 09.04.2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə DİN-nin 102 zəng xidmətinə müraciət edərək həyat yoldaşı Rafətin yaşadıqları evin yaxınlığında naməlum şəxslər tərəfindən avtomobilə mindirilərək aparılması barədə bildirmişdir. Belə ki, qonşusu Səidə Rafətin evdən çıxdıqdan sonra avtomobilə mindirilərək aparılması haqqında ona məlumat verdikdən sonra, o, Rafətə zəng etmiş, lakin Rafət ona cavab verməmişdir. Həmin günün axşamı Rafətin atası və anası, yəni qayınanası və qayınatası Rafətin Şəki rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulması haqqında ona məlumat vermişlər. Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya- Kommunikasiya İdarəsindən daxil olmuş məlumatda istifadəsində olan 055-27369-05 saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə 09.04.2021-ci il tarixdə saat 19:41:04-də yazılmış “rafət ac bir söz de hardasan narahatıq 102 zəng eləmisik ac telefonu” və həmin tarixdə saat 19:41:08-də “səsini eşidək” məzmunlu mesajları əri Təqsirləndirilən şəxs 09.04.2021-ci il tarixdə yaşadıqları evin qarşısından aparıldıqdan sonra yazmış, lakin həmin mesajı hansı mobil nömrəsinə yazmasını isə dəqiq xatırlamır. Əri Təqsirləndirilən şəxs itkin düşməsi ilə bağlı polis şöbəsinə etdiyi müraciətdə əlaqə saxlamaq üçün verdiyi mobil nömrələrindən biri də ***-***-**-** saylı nömrəsi olması haqqında heç nə deyə bilməyəcəyini, bu haqda məlumatı olmadığını və həmin nömrəni tanımadığını bildirmişdir. Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş məlumatda onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 09.04.2021-ci il tarixdə saat 21:23:10-da 10 saniyə, 09.04.2021-ci il tarixdə saat 20:48:41-da 6 saniyə, 09.04.2021-cı il tarixdə saat 17:42:47-də 31 saniyə, 09.04.2021-cı il tarixdə saat 16:48:37-də 52 saniyə, 09.04.2021-ci il tarixdə saat 16:47:35-də 66 saniyə, 09.04.2021-cı il tarixdə saat 16:41:49-da 65 saniyə, 07.04.2021-ci il tarixdə saat 18:42:49-da 87 saniyə, 07.04.2021-ci il tarixdə 18:29:31-də 64 saniyə və 05.04.2021-ci il tarixdə, 02.04.2021-ci il tarixlərdə və sair digər tarixlərdə tanımadığını dediyi halda müntəzəm olaraq danışıqlar aparmasına cavab olaraq həmin nömrəni tanımadığını, qeyd olunan məlumatların da yalnış olduğunu düşündüyünü bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, 09 aprel 2021-ci il tarixdə Şəki ŞRPŞ-nin yaxınlığında olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs gətirildiyini və həmin şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman hal şahidlərinin iştirak etməli olduğu bildirilmişdir. O da bir vətəndaş kimi vətandaşlıq borcunu yerinə yetirmək üçün həmin istintaq hərəkətində iştiraka razılıq vermişdir. Bundan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmiş və həmin vaxt onun əynindəki şalvarın sağ yan cibindən 01 ədəd mobil telefon, sol yan cibindən 01 ədəd telefon, əynindəki gödəkcənin sağ döş cibindən 08 ədəd olmaqla açarlar, gödəkcənin sol döş cibindən 01 ədəd siqaret qutusu və alışqan, gödəkcənin sağ iç cibindən 3 ədəd 20 qəpiklik, 1 ədəd 3 qəpiklik, 01 ədəd 5 qəpiklik dəmir pullar, 02 ədəd G ******* və F 20482981 nömrəli 1 manatlıq əskinazlar aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd Nokia markalı və 1 ədəd Samsung markalı mobil telefonların və 2 manat 68 qəpik olmaqla pul əskinazlarının özünə məxsus olduğunu bildirmişdir. Daha sonra Mingəçevir şəhər sakini Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılarkən üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusunda olan təmiz çəkisi 6,02 qram olan narkotik vasitə qurudulmuş marixiuananı 70 manat müqabildə almasını deməsi Təqsirləndirilən şəxs bildirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs Şahid1 70 manata narkotik vasitə olan qurudulmuş marixuananı satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalar qablaşdırılaraq möhürlənmiş və zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol onlar tərəfindən imzalanmışdır, lakin Təqsirləndirilən şəxs protokola imza etməkdən imtina etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid8 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid8 da şahid qismində dindirilmiş Şahid7 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid2 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin mart ayında Yevlax rayonunda işlədiyi “Su səsi” restoranında tanımışdır. Xalası Aydan da Rafəti həmin vaxtlardan tanımışdır. Sonra isə onunla Rafət arasında yaxın münasibət yaranmışdır. Onun Rafətin evli və uşaqlarının olmasından, həmçinin onun narkotik vasitələrdən istifadə etməsi haqqında məlumatı olmamışdır. Təxminən 2020-ci ilin oktyabr ayında Rafətin evli və uşaqlarının olması haqqında məlumatı olmuşdur. Bundan sonra o, Rafətlə münasibətini kəsmişdir. Təxminən 2021-ci ilin aprel ayının əvvəllərində xalası Şahid1lə əlaqə saxlamış, xalası Şəki rayonunda polisdə olduğunu və tutulduğunu bildirmişdir. O isə Aydana inanmamışdır, çünki Aydan onunla bir qədər soyuq şəkildə danışmışdır. Ona görə də DİN-nin 102 xidmətinə zəng edərək xalasının itkin düşməsi haqqında məlumat vermişdir. Xalasının ad və soyadını dedikdən sonra ona həqiqətən də xalasının Şəkidə polis şöbəsində saxlanıldığını demişlər. Təxminən 3 gün sonra xalası ilə görüşmüş və xalası narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxladığına görə Şəkidə tutulduğunu, həmin narkotik vasitə qurudulmuş marixuananı da Təqsirləndirilən şəxs 70 manata aldığını və Rafətin şəxsiyyətinin polis tərəfindən müəyyənləşdirildikdən sonra tutulmasını demişdir. Yalnız bundan sonra Rafətin onun xalası Aydana narkotik vasitə satdığına görə tutulması haqqında məlumatı olmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid3 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində qəssab kimi çalışır. Onun adına qeyd olunan ***-***-**-** saylı mobil nömrəsini hal-hazırda işlətmir. Belə ki, həmin nömrəni nə zaman aldığı da dəqiq yadında deyil. Lakin o, qeyd olunan mobil nömrəni tanış şəxslərdən kiminsə xahişi ilə alıb verə biləcəyini də qeyd etmişdir. Lakin həmin hadisə tam şəkildə yadında olmadığını bildirmişdir. Ona görə də adına olduğu qeyd olunan ***-***-**-** saylı mobil telefon nömrəsinin kim tərəfindən istifadə olunması haqqında məlumatı olmadığını bildirmişdir . Bundan əlavə ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, adına olduğu qeyd olunan ***-***-**-** saylı mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs istifadəsində olması haqqında məlumatı yoxdur. Ümumiyyətlə o, Təqsirləndirilən şəxs tanımadığını və onun adına qeyd olunan nömrənin necə olub da Təqsirləndirilən şəxs tərəfindən istifadə olunması haqqında məlumatı olmadığını bildirmişdir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində Şahid1 uzun müddət tanısa da, ona narkotik vasitə satmaması, nə də onunla həmin gün telefonla danışmaması, hətta İstintaqın istinad etdiyi ***-***-**-** saylı mobil nömrənin də onun istifadəsində olmaması ilə bağlı istinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun olmadığına görə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında çarpaz dindirmə zamanı Şahid1 07.042021-ci il tarixdə saat 12 radələrində taksi ilə Mingəçevir şəhəri, Mingəçevir kəndində «karyerə gedən yol» adlanan yerə getmiş və bir qədər aralıda içərisində qurudulmuş marixuana olan 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı Rafətdən əlbə-əl 70 manata satın aldığını onun üzünə qarşı demişdir. Şahid1 ilə həmin gün telefonla danışmaması və ***-***-**-** saylı mobil nömrənin istifadəsində olmaması ilə bağlı təqsirləndirilən şəxsin dəlilləri isə məhkəmə iclasında CD-R formalı diskə baxış zamanı Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 07.04.2021-ci il tarixdə müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında mütəmadi əlaqə saxladığı müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs arvadı Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən 09.04.2021 -ci il tarixdə ***-***-**-** saylı mobil telefon nömrəsi arasında sms yazışmaları və qısa zənglər olmuşdur. Bununla yanaşı mobil operatorlar tərəfindən verilmiş arayışlarla da təsdiq edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng yönləndirmə xidməti aktiv edilmiş, yəni Rafətin digər mobil nömrəsi olan ********** nömrəsinin zəng yönləndirmə xidməti aktivləşdirilməmişdir. Bütün bu xüsusatlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin Şahid1 narkotik vasitə satmaması, ***-***-**-** saylı mobil nömrənin də onun istifadəsində olmaması ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsini bütövlükdə inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə, həmçinin Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqında verdiyi ifadəsi arasında olan ziddiyyəti, iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, həmin şahid ifadəsi təqsirləndirilən şəxsin təqsirli olmasını təsdiq edən həlledici sübut olduğu üçün onun digər sübutlarla məcmu halında qiymətləndirilməsi ittihamın qanuni həll edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, məhkəməyədək icraat zamanı Şahid1 ifadəsində, Mingəçevir şəhəri, Mingəçevir kəndində «karyerə gedən yol» adlanan ərazidə Rafətin dediyi yerə gedərək, 6,02 qram çəkidə narkotik vasitə olan qurudulmuş mariuxananı daşın altından götürüb, əvəzində həmin yerə 70 manat pulu qoyduğunu göstərmiş, lakin məhkəmə istintaqı zamanı isə birbaşa təqsirləndirilən şəxsdən 70 manat müqabilində satın aldığını bildirmişdir. Şahid həmin halı təqsirləndirilən şəxsə kömək etmək məqsədilə izah etmişdir. Bu hal şahid ifadəsini bütövlükdə şübhə altına almır. Çünki şahidin tədqiq olunan ifadələri arasında olan ziddiyyət narkotik vasitənin təqsirləndirilən şəxs tərəfindən satılması ilə bağlı ictimai təhlükəli nəticəyə təsir etmir. Hər iki halda narkotik vasitənin əvəzli olaraq verilməsindən və təqsirləndirilən şəxs tərəfindən yayılmasından söhbət gedir. Ona görə də məhkəmə Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini inandırıcı sayaraq sübut növü kimi qəbul edir və ittihamın qanuni həll edilməsi zamanı nəzərə alır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 07.04.2021 -ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Şahid1 sinə nahiyəsindən 01 ədəd kibrit qutusunda olmaqla içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 08.04.2021-ci il tarixli 17/254 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X2” üzərindən aşkar edilmiş narkotik”sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi - 6,02 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 22.08.2021-ci il tarixli qərardan görünür ki, istintaq materiallarında qeyd olunmuş “X3” adının Şahid1 kimi oxunması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürülmə protokolundan görünür ki, 09 aprel 2021-ci il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “Samsung J3” və 01 ədəd “Nokia” markalı mobil telefonlar və 02 manat 68 qəpik olmaqla pul əskinazları aşkar olunaraq götürülmüş, lakin onun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Rafət Sofıyevin üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd “Samsung J3” və 01 ədəd “Nokia” markalı mobil telefonlar maddi sübut kimi tanınmış, eyni zamanda onun üzərindən aşkar olunmuş 02 manat 68 qəpik məbləğində pul əskinazları ilə birlikdə saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc otağına verilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 31.07.2021-ci il tarixli 895 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannibioidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işinin materiallarında olan 03.08.2021-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, 09.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd qara rəngli “Nokia” markalı mobil telefona baxış keçirilmiş, telefondan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi və həmin telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında olmuş zənglər aşkar olunmuşdur. Belə ki, “Nokia” markalı telefonun zənglərin tarixçəsi qeyd olunmuş hissəyə baxış keçirilərkən qəbul edilən zənglər bölməsindən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən daxil olmuş 07.04.2021 -ci il tarixdə saat 03:36 pm-də 01 dəqiqə 46 saniyə,07.04.2021-ci il tarixdə 11:21-də 0 saniyə, 06.04.2021-ci il tarixdə 05:04 pm-də 01 dəqiqə 58 saniyə, 06.04.2021-ci il tarixdə 04:58 pm-də 41 saniyə, 06.04.2021 ci il tarixdə 04:4 2pm-də 2 dəqiqə 14 saniyə olmaqla, yığılan nömrələr bölməsində Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə edilmiş 08.04.2021 -ci il tarixdə saat 12:34 pm-də, 08.04.2021 -ci il tarixdə saat 12:01 pm-də, 08.04.2021-c il tarixdə saat 11:54 amdə, 08.04.2021-ci il tarixdə saat 11:53 pm-də, 07.04.2021-ci il tarixdə saat 8:10 pm-də 0 saniyə olmaqla zənglər müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan 03.08.2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı birinci faylda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan smslər qeyd olunmuşdur ki, həmin cədvəlin 2-ci bəndində Təqsirləndirilən şəxs arvadı Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən 09.04.2021 -ci il tarixdə saat 19:41-də “rafət ac bir sozde hardasan narahatik 102 zəng eləmsik ac telefonu” məzmunda sms qeyd olunmuşdur. Cədvəlin 4-cü bəndində Şahid1 istifadəsində olan ********** mobil telefon nömrəsindən 06.04.2021 tarixdə saat 18:49:53-də məzmunu aydın olmayan, 5-ci bəndində 06.04.2021 tarixdə saat 18:49:49-da “Naftalan isi qaldi sehere.sabah gedeceyik.zeng eliyecem sene.alcayiq onu” məzmunlu, 04.04.2021-ci il tarixdə saat 16:29:11-də məzmunu aydın olmayan, 04.04.2021-ci il tarixdə saat 16:29:05 “Biz geldik qaladayiq kafede.sendcn xeber gozleyirem.men icmisem bu yaziq ayiqdi.senden xeber gozleyirem canim.” məzmununda mesaj qeyd olunmuşdur. Cədvəlin 16-cı bəndində Eyyub Qnyazlının istifadəsində olan ********** saylı mobil telefon nömrəsindən 24.03.2021-ci il tarixdə saat 23:15:53-də “Rafet pejonu maraxlan veziyet yaxwi deyil” məzmununda mesaj daxil olması, ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olmuş zənglərin qeyd olunduğu cədvəldə Şahid1 istifadəsində olan ********** mobil telefon nömrəsindən daxil olmuş zənglər, cədvəlin 80-ci bəndində 08.04.2021-ci il tarixdə saat 12:34:35-də 3 saniyə, 81 bənddə 08.04.2021-ci il tarixdə 12:01:37-də 3 saniyə, 84-cü bənddə 08.04.2021-ci il tarixdə saat 11:54:53-də, 85-ci bənddə 08.04.2021-ci il tarixdə saat 11:54:47də 3 saniyə, 86-cı bənddə 08.04.2021-ci il tarixdə saat 1 l:53:52-də, 87-ci bənddə 08.04.2021ci il tarixdə saat 11:53:43-də 3 saniyə, 128-ci bənddə 07.04.2021-ci il tarixdə saat 20:10:31-də, 129-cu bənddə 07.04.2021-ci il tarixdə saat 20:09:05-də, 150-ci bənddə 07.04.2021-ci il tarixdə saat 17:44:59-da 38 saniyə, 147-ci bənddə 07.04.2021-ci il tarixdə 16:15:13-də 5 saniyə, 148ci bənddə 07.04.2021-ci il tarixdə 15:52:42-də 5 saniyə, 149-cu bənddə 07.04.2021 -ci il tarixdə saat 15:52:33-də 7 saniyə, 150-ci bənddə 07.04.2021-ci il tarixdə 15:52:18-də 8 saniyə, 151-ci bənddə 07.04.2021-ci il tarixdə saat 15:36:43-də 107 saniyə, 152-ci bənddə 07.04.2021 -ci il tarixdə saat 15:22:33-də 51 saniyə, 175-ci bənddə 07.04.2021-ci il tarixdə saat 11:40:58də 2 saniyə, 176-cı bənddə 07.04.2021-ci il tarixdə saat 11:21:00-da 17 saniyə, 185-ci bənddə 06.04.2021-ci il tarixdə saat 17:04:39-da 120 saniyə, 186-cı bənddə 06.04.2021-ci il tarixdə saat 16:58:24-də 42 saniyə, 199-cu bənddə 06.04.2021 -ci il tarixdə saat 1 1:30:58-də 201 saniyə, o cümlədən aprel ayında və digər tarixlərdə onların mütəmadi olaraq əlaqə saxlanılması ilə bağlı telefon zəngləri qeyd olunmuşdur. Rafət Sofıyevin istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsindən isə Şahid1 istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsi ilə aprel ayı ərazində danışıqları qeyd olunmamışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 22.08.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd SAMSUNG J3 markalı və 01 ədəd qara rəngli Nokia markalı mobil telefonlar maddi sübut kimi tanınmış və saxlanması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Həmçinin Şahid1 üzərindən aşkar olunarq götürülmüş təmiz çəkisi 6.02 qram olan narkotik vasitə qurudulmuş marixuannanın maddi sübut kimi tanınması nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 12.07.2021–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Sofiyev X5 Şəhər Məhkəməsinin 14.03.2019-cu il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən 06.04.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 14.03.2019-cu il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs oğlu 28.09.2021-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan Şəki rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli 1(075)- 65/2021 saylı hökmdən görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11(on bir) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə bir ədəd kibrit qutusunda yəni, 6, 02 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 07 aprel 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı Mingəçevir şəhərində “Mingəçevir kəndində karyerə gedən yol” adlanan ərazidə qanunsuz olaraq 70 manata tanışı Şahid1 qanunsuz olaraq satmaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə bir ədəd kibrit qutusunda, 6.02 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, 06.04.2021-ci il tarixdə tanışı Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ondan narkotik vasitə - qurudulmuş marixuana almaq barədə razılaşdıqdan sonra, o, Şahid1 narkotik vasitə - qurudulmuş marixuananı 70 manata satacağını razılaşmış, 07.04.2021-ci il tarixdə saat 11:30 radələrində yenidən istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə danışıb, aralarında olan razılığa əsasən o, bir kibrit qutusunun içərisində 6,02 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq 07.04.2021-ci il tarixdə saat 12 radələrində Mingəçevir şəhəri, Mingəçevir kəndində «karyerə gedən yol» adlanan yerdə 70 manata Şahid1 qanunsuz olaraq satmışdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Həmin Qanunun 1.0.11–ci maddəsinə əsasən miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 04.03.2011–ci il tarixli Qərarının 9–cu bəndində izah edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixunanı Şahid1 satmışdır. Ona görə də ona təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsində nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədardır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq, himayəsində 2 azyaşlı uşaqların olmasını, 59.2–ci maddəsinə əsaslanaraq, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Mingəçevir şəhər 1 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Mənzil İstismar Kontoruna heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 21.03.2008-ci il təvəllüdlü Muhəmməd, 05.03.2018-ci il təvəllüdlü Sənan və 20.07.2016–cı il təvəllüdlü Samir adlı uşaqları vardır. Bununla yanaşı, məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət, qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmədə, saxlamada, daşımada və satmada ifadə olunmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qəsdən törədilən hüquqazidd, cəzalanmalı əməldir. Təqsirləndirilən şəxs əvvəllər, yəni 14.03.2019-cu il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyi halda, yenidən analoji cinayəti törətmişdir. Məhkumluğunun ödənilməmiş olmasına baxmayaraq, təqsirləndirilən şəxsin əməli cinayətlərin residivini yaratmasa da, cəzanın çəkilməsindən sonra da onun cinayətkar fəaliyyətini davam etdirməsi, həm onda özünəməxsus “vərdiş”in əmələ gəlməsinə, həm də onun cəmiyyətin maraqları ilə sabit qarşıdurmada olmasına dəlalət edir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” qərar məhz 09.04.2021-ci il tarixdə verilmiş və həmin gündən də şübhəli şəxs kimi tutulmuşdur. Şəki Rayon Məhkəməsinin 11.04.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli 09.04.2021-ci il tarixdən hesablanmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 05.07.2021-ci il tarixli 4(051)-82/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 09.07.2021ci il tarixdən 09.09.2021-ci il tarixədək uzadılmışdır. Bundan sonra Mingəçevir Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli 1(051)-161/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, cəzanın məqsədlərinə nail olunması istiqamətində zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM–in 93.1.2–cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Mingəçevir ŞPŞ–yə məsul saxlanca verilmiş, 1 ədəd SAMSUNG J3 markalı və 01 ədəd qara rəngli Nokia markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09.04.2021–ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. iş üzrə maddi sübut olub Mingəçevir ŞPŞ–yə məsul saxlanca verilmiş, 1 ədəd SAMSUNG J3 markalı və 01 ədəd qara rəngli Nokia markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-7/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-7/2022
29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver