Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-7/2023 28.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ X15 Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və müdafiəçi–Müdafiəçi iştirakı ilə xx.xx.1978-ci ildə Kürdəmir rayonu Qarabucaq kəndində anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 133.2.4, 133.2.6 və 145.2.5–ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkən kənar şəxslərin qulluğuna ehtiyacı olan aşkar surətdə köməksiz vəziyyətdə olan xx.xx.2022-ci il tarixdən etibarən “orta dərəcəli əqli gerilik davranış” pozğunluğu və “kaxeksiya” diaqnozu ilə Mingəçevir Ruhi-Əsəb dispanserində psixiatrik müşahidəyə götürülməklə Şəki rayon Psixiatriya Xəstəxanasında “Orta dərəcəli əqli gerilik” diaqnozu ilə stasionar müalicəyə yerləşdirilmiş qızı 2003-cü il təvəllüdlü Nuranə Bədəlovaya tibbi kömək göstərilməsi və lazımi şəraitdə saxlanılması üçün mümkün ola biləcək ixtisaslaşdırılmış tibb müəssəsilərinə müraciət etməyərək, keçirdiyi psixoloji xəstəliyi səbəbindən xx.xx.2022-ci il tarixdən etibarən digər ailə üzvlərinin də ona qulluq göstərilməsinin qarşısını alaraq, keçirdiyi psixoloji xəstəliyinə görə qızını günahlandırıb edəcəyi hərəkətlərin ona ağır fiziki izdirab verə biləcəyini dərk edərək ona fiziki zor tətbiq edib mütəmadi olaraq döyməklə ona fiziki iztirablar yetirən sağ gözünün alt qapağında qançır, sol qulaq seyvanının arxa səthində, sol bazunun bayır orta 1/3-də, sol said nahiyəsində iki ədəd, sol çənə nahiyəsində qançırlar, sağ almacıq nahiyəsində alın nahiyəsində, sağ yanağından sol göz qapağında sol qulaq seyvanın arxa səthində, boynunun sol yan səthində, sol said nahiyəsində və sağ bazu nahiyəsində sıyrıqlar ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirməklə onun köməksiz vəziyyətindən istifadə edib onu əvvəllər yaşadığı Mingəçevir şəhəri Samux küçəsi 1 ünvanında yerləşən fərdi yaşayış evinin zirzəməsində pis qoxulu, qaranlıq yerdə aclığa və digər qeyri-insani rəftara məruz qoyub saxlamaqla psixi iztirabların yetirilməsi ilə müşayiət olunan işgəncə verməklə əzab verib onu iradəsinə zidd olaraq yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dəmir materiallı dirəyə və qeyd edilmiş zirzəmiyə salıb həmin zirzəminin giriş qapısına iplə qurşaq nahiyəsindən bağlayıb, həyat və sağlamlığı üçün zor tətbiq etməklə onu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, arvadı Şahid3 Qobustan qızı, oğulları Elxan Bədəlov, Şahid1, qızları 2003-cü il təvəllüdlü Nuranə Bədəlova, 2012-ci il təvəllüdlü Şahid2 və 2020-ci il təvəllüdlü Xədicə Bədəlova ilə birlikdə Mingəçevir şəhəri Samux küçəsi 1 ünvanında yaşamışdır. 2003-cü il təvəllüdlü Nuranə Bədəlova onun qızıdır. X24 əslində 2000-ci il tarixdə Kürdəmir rayonunda ev şəraitində anadan olmuş, lakin sonradan doğuş şəhadətnaməsində qızında inkişaf zəif getdiyinə görə 2003-cü il tarixdə doğulması barədə qeyd etdirmişdir. Qızı keçirdiyi pisixoloji xəstəliyi səbəbindən tez-tez evdən qaçmış və səsküy salmışdır. Bakı şəhərində yaşadıqları müddət ərzində qızı bir neçə dəfə evdən qaçmış, daha sonra DİN-nə müraciət edib polislərin köməkliyi ilə qızını tapmışdır. Halhazırda yaşadıqları fərdi yaşayış evi bir mərtəbədən ibarətdir. Həmin fərdi yaşayış evinin həyətyanı sahəsi və zirzəmisi mövcuddur. X17 xəstəliyi ilə əlaqədar əvvəlcədən olan davranış pozğunluğu get-gedə artmış artıq qulluq göstərilməsi çətinlik yaratmışdır. Bu səbəbdən aprel ayının sonlarından etibarən gündüz saatlarında X20 evdə səs-küy saldığına görə sonuncunu həyətyanı sahədə yerləşən paltar asılqanın dəmir materiallı dirəyinə kəndirlə bağlamışdır. xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları onun yaşadığı fərdi yaşayış evinə daxil olub, qızının dirəyə kəndirlə bağlanıldığı faktını müəyyən etmişdir. Qızı psixoloji xəstəlikdən əziyyət çəkdiyinə görə ata kimi əsəbləşib qızını vurmuş, nəzarətsiz qaldığı zaman evdən daimi olaraq qaçmış, yaşadığı fərdi yaşayış evində olan dirəyə bağlamaqda və zirzəmiyə yerləşdirməkdə məqsədi onun qaçmasının qarşısını almaq olmuşdur. Lakin X24 həmin zirzəmidə gecələməmiş və qısa müddətdə saxlanılmışdır. Qızının xx.xx.2022-ci il tarixdə zirzəmidə gecələməsindən xəbəri olmamışdır. Arvadı Şahid3 X20 qeyd etdiyi həyətyanı sahədə yerləşən dirəyə bağlamağında iştirakı olmamışdır. X20 zirzəmiyə saldıqdan sonra zirzəminin qapısının kəndirlə bağlamış, lakin həmin zirzəmidə uzun müddət saxlamamışdır. X21 evdə bişən yeməklə qidalanmışdır. Yemək orada bağlı saxlanıldığı yerdə, yaşadığı evin həyətyanı sahəsində dirəyin yanında və yaxud yaşadığı fərdi yaşayış evində arvadı və qızı tərəfindən ona verilmiş, X24 arvadı Şahid3 tərəfindən fiziki zora məruz qalmamışdır. Nuranə Bədəlovanı qurşaq nahiyəsindən kəndir vasitəsilə dirəyə bağlamışdır. X20 keçirdiyi psixoloji xəstəliyi səbəbindən ixtisaslaşdırılmış tibb müəssəsində müayinədən keçirməmiş belə ki, müayinədən keçirmək üçün pul vəsaiti olmamışdır. X24 psixoloji xəstəlikdən əziyyət çəkdiyinə görə artıq qulluq göstərməkdə əziyyət çəkmişdir. X16 sözə qulaq asmadığına görə də yaşadıqları fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dirəyə bağlamış, habelə yaşadığı fərdi yaşayış evinin zirzəmisinə yerləşdirmişdir. Nuranə Bədəlovanı fərdi yaşayış evinin içərisində saxlayarkən ətrafda olan ev əşyalarına zərər yetirdiyinə görə də qızının qaçmasının qarşısını almaq üçün mühafizəsini fərdi yaşayış evində təşkil etməmişdir. xx.xx.2022-ci il tarixdə qızı onu əsəbləşdirdiyi üçün itələmiş, həmin vaxt X24 yerə yıxılmışdır. Nuranə Bədəlovanın bədəni üzərində alışqanla yanmağa xarakterik olan xəsarətlərin necə yarandığını bilməmişdir. Son zamanlar maddi vəziyyəti aşağı olduğundan yaşadıqları evə quru çörək almışdır. Qeyd olunmuş quru çörəklə təkcə qızı deyil ailəsinin digər üzvləri də qidalanmışdır. O, qeyd edir ki, himayəsidə az yaşlı uşaqları vardır. Hazırda ailə də ondan başqa işləyib gəlir gətirən şəxs yoxdur. Əgər ona həbslə bağlı olan cəza verilərsə ailəsi maddi cəhətdən çətinlik çəkər. Ona görə də ailəsinin və az yaşlı uşaqlarının olmasını, ailə də yeganə gəlir gətirən şəxs olmasını nəzərə alaraq onun barəsində yüngülk cəza verilmsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nuranə Bədəlovada anadan gəlmə əqli zəiflik mövcuddur. Onun keçirdiyi psixoloji xəstəliyi səbəbindən tez-tez evdən qaçmış və səs-küy salmışdır. Bu səbəbdən atası Təqsirləndirilən şəxs X20zəbt etmək üçün ona fiziki güc tətbiq etmişdir. X16 sözə qulaq asmadığına görə də yaşadıqları fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dirəyə bağlamış, habelə yaşadığı fərdi yaşayış evinin zirzəmisinə yerləşdirmişdir. Nuranə Bədəlovanı fərdi yaşayış evinin içərisində saxlayarkən ətrafda olan ev əşyalarına zərər yetirdiyinə görə də qızının qaçmasının qarşısını almaq üçün mühafizəsini fərdi yaşayış evində təşkil etmişdir. Halbuki o, X20 keçirdiyi psixoloji xəstəliyi səbəbindən ixtisaslaşdırılmış tibb müəssəsində müayinədən keçirtməli, onun saxlanmasını və müalicəsində çətinlik çəkirdisə ixtisaslaşdırılmış tibb müəssəsinə müraciət etməli idi. Bundan əlavə Təqsirləndirilən şəxs hazırda digər uşaqlarının da təhsili ilə maraqlanmır. Onların heç biri məktəbə getmir. Əvvəlki məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs, anası Şahid3 Qobustan qızı, qardaşı Elxan Bədəlov, bacıları 2003cü il təvəllüdlü Nuranə Bədəlova, 2012-ci il təvəllüdlü Şahid2 və 2020-ci il təvəllüdlü Xədicə Bədəlova ilə birlikdə Mingəçevir şəhəri, Samux küçəsi 1 ünvanında yaşamışdır. Atası Mingəçevir şəhər ərazisində fəhlə işləmiş, qardaşı Elxan Bədəlov işsizdir, anası Şahid3 isə evdar qadındır. Mingəçevir Üç xoz adlanan məktəbdə ikici sinifə qədər təhsil almış, daha sonra Bakı şəhərinə köçdüklərinə görə təhsilini yarımçıq qoyub davam etdirməmişdir. 2003-cü il təvəllüdlü Nuranə Bədəlova bacısıdır. Bacısında anadan gəlmə əqli zəiflik mövcüddur. Bacısı keçirdiyi psixoloji xəstəliyi səbəbindən tez-tez evdən qaçmış və səs-küy salmışdır. Nuranə Bədəlovaya fiziki gücü anası tətbiq etmişdir. Nuranə Bədəlova anası tərəfindən zirzəmiyə salındıqdan sonra zirzəminin qapısının kəndirlə bağlamışdır. Nuranə Bədəlovaya evdə bişən yeməkdən qida verilmiş, yemək orada bağlı saxlanıldığı yerdə yəni həyətyanı sahədə dirəyin yanında anası və bacısı tərəfindən verilmişdir. Bəzi hallarda isə yaşadıqları fərdi yaşayış evində Nuranə Bədəlovaya təqdim edilmişdir. Atası tərəfindən demək olar ki, bacısına qarşı fiziki zor tətbiq etməmişdir. X18 bəzi vaxtlarda yaşadıqları fərdi yaşayış evinin zirzəmisinə yerləşdirib orada saxlamaqda, o cümlədən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dirəyə kəndirlə bağlamaqda məqsədi bacısının evdən qaçmasının qarşısını almaq olmuşdur. Bacısı fərdi yaşayış evinin içərisində saxlayarkən ətrafda olan ev əşyalarına zərər yetirdiyinə görə də X18n qaçmasının qarşısını almaq üçün mühafizəsini fərdi yaşayış evində təşkil etməmişdir. Nuranə Bədəlova atası Təqsirləndirilən şəxs tərəfindən fiziki zora məruz qalmamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, oğulları Elxan Bədəlov, Şahid1, qızları 2003-cü il təvəllüdlü Nuranə Bədəlova, 2012-ci il təvəllüdlü Şahid2 və 2020-ci il təvəllüdlü Xədicə Bədəlova ilə birlikdə Samux küçəsi 1 ünvanında yaşamışdır. Əri Mingəçevir şəhər ərazisində fəhlə işləmiş, özü evdar qadındır. 2003-cü il təvəllüdlü Nuranə Bədəlova qızıdır. Qızında anadan gəlmə əqli zəiflik mövcüddur. X20 evdə səs-küy saldığına görə sonuncunu həyətyanı sahədə yerləşən paltar asılqanın dəmir materiallı dirəyinə kəndirlə bağlamış, arabir isə evin altında yerləşən zirzəmidə saxlamışdır. xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları yaşadıqları fərdi yaşayış evinə daxil olub, qızının dirəyə kəndirlə bağlanılması faktını müəyyən etmişdir. Arabir ana kimi X20 döymüş, lakin qızını döyməyi xəsarətlər yetirəcək qədər olmamışdır. X19 yox digər uşaqlarını da əsəbləşdirdikləri vaxt döymüşdür. Hər uşaq kimi qızı Nuranə əsəbləşdirdiyindən sözə qulaq asmadığından arabir çox nadir hallarda onu döymüş, sonuncu psixi qüsurlu olduğuna görə səs küy salıb evdən qaçdığı üçün dəfələrlə özü tərəfindən fiziki zora məruz qalmışdır. Nuranə Bədəlova 10 gündür ki, hər gün səhər saatlarında həyətyanı sahədə yerləşən dirəyə bağlanılmaqla saxlanılmış, axşam saatlarında isə bəzi vaxtlarda yaşayış evinin zirzəmisində saxlanılmış, daimi olaraq zirzəmidə saxlanılmamışdır. Sonuncu dəfə qızı xx.xx.2022-ci il tarixdə zirzəmidə saxlanılmış və orada gecələmişdir. xx.xx.2022-ci il tarixdə qızı yaşadıqları fərdi yaşayış evinin dəhlizində gecələmişdir. Nuranə Bədəlovanı da qeyd olunmuş dəmir dirəyə əri tərəfindən deyil özü tərəfindən bağlanmışdır. Nuranə Bədəlovaya evdə bişən yeməkdən verilmiş, yemək saxlanıldığı yerə yəni həyətyanı sahədə dirəyin yanında onun və qızı tərəfindən verilmişdir. Bəzi hallarda isə yaşadıqları fərdi yaşayış evində Nuranə Bədəlovaya təqdim edilmiş, sonuncu əri Elman tərəfindən qurşaq nahiyəsindən dirəyə bağlanılmaqla saxlanılmışdır. Nuranə Bədəlova psixoloji xəstəlikdən əziyyət çəkdiyinə görə qulluq göstərilməsi xüsusi narahatçılıq yaratmışdır. Bu səbəbdən artıq Nuranə Bədəlovaya qulluq göstərə bilməmişdir. Bu səbəbdən yəni qızının bu hərəkətlərinə özü tərəfindən qızına qarşı arabir fiziki zor təbiq etmiş, habelə bəzi vaxtlarda yaşadıqları fərdi yaşayış evinin zirzəmisinə yerləşdirib orada saxlamış, o cümlədən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dirəyə kəndirlə bağlamışdır. Nuranə Bədəlovanı bəzi vaxtlarda yaşadıqları fərdi yaşayış evinin zirzəmisinə yerləşdirib orada saxlamaqda, o cümlədən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dirəyə kəndirlə bağlamaqda məqsədi qızının evdən qaçmasının qarşısını almaq olmuşdur. Əri Təqsirləndirilən şəxs X21 qarşı fiziki zor tətbiq etməmiş, əri qızını döyməmişdir. Nuranə Bədəlova psixi qüsürlu olduğuna görə tez-tez yaşadıqları evin həyətyanı sahəsində yıxılmışdır. Bundan başqa qızında alov təsirindən yaranmağa xarakterik çapıq toxumanın necə yarandığından məlumatı yoxdur. Əvvəlki məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 anası Şahid3 və qardaşları Şahid1 və Elxan Bədəlovun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək əlavə olaraq bildirmişdir ki, atası Təqsirləndirilən şəxs bacısı Nuranə Bədəlovaya heç bir fiziki güc tətbiq etməmişdir. Yalnız anası tərəfindən fiziki güc tətbiq edilmişdir. Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid4 məhkəmə iclası zamanı ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən etibarən Mingəçevir ŞPŞ-də sahə rəisi vəzifəsini icra edir. Xidməti vəzifəsinin icra yeri 8 saylı inzibati ərazi bölgüsüdür. xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında müvəqqəti yaşayan Təqsirləndirilən şəxs tərəfindən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində ruhi xəstə olan qızı 2003-cü il təvəllüdlü X7 dəmir dirəyə iplə bağlanılıb saxlanıldığı barədə həmin ünvanda yaşayan qonşuların şifahi məlumatları daxil olmuş və həmin məlumat əsasında dərhal bununla bağlı raportla Mingəçevir şəhər polis şöbəsinin rəisinə müraciət edib məlumat vermişdir. Həmin məlumat əsasında Mingəçevir şəhər polis şöbəsinin rəisinin xx.xx.2022-ci il tarixli ********* nömrəli əmri ilə üzvü olduğu CAB-nin baş əməliyyat müvəkkili polis kapitanı X10, TB-nin təhqiqatçısı X13, ƏRQ-nun kiçik inspektoru polis baş serjantı X14, YYÇPTQ-nun baş inspektoru polis mayoru X8 ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır. Dərhal təxirəsalınmaz tədbirləri icra edərək qeyd edilmiş ünvana daxil olub, ruhi xəstəlikdən əziyyət çəkən X5 həqiqətən də həmin ünvanda iplə bağlanıldığının şahid olmuşlar. Həmin xüsusatı əməliyyat zamanı video müşahidə kamera vasitəsilə videolentə alınmış və aidyyəti üzrə cinayət işinə əlavə edilməsi üçün Mingəçevir şəhər prokurorluğuna göndərilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə həmin fərdi yaşayış evinə daxil olduqları zaman Təqsirləndirilən şəxs X20 psixi xəstəlikdən əziyyət çəkdiyinə görə nəzərdə tutulmuş iplə paltar asılqanın dirəyinə bağladığını etiraf etmişdir. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun İİİ bəndinə əsasən cinayət məsuliyyətinə cəlb olunması halları istisna edilməklə cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil olmuş şəxslərin, əməliyyat-axtarış subyektlərinin ştatdan kənar və məxfi əməkdaşlarının şəxsiyyəti haqqında məlumatlar həmin şəxslərin yazılı razılığı olduqda qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda prokuror nəzarətinin subyektinə təqdim edilə biləcəyinə və xx.xx.2022-ci il tarixdə həmin məlumat barədə ona xəbər verən Mingəçevir şəhəri Samux küçəsi 1 ünvanında yaşayan şəxs şəxsiyyəti barədə məlumatların istintaq orqana verə biləcəyinə dair razılıq vermədiyinə görə həmin şəxs barədə məlumatları istintaq orqanına təqdim etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında 10 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6 və 145.2.5-ci madələri ilə cinayət işi başlanmışdır. Şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində saat 16:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Mingəçevir şəhəri, Samux küçəsi 1 ünvanında olan fərdi yaşayış evinin həyətyanı sahəsidir. Yaşayış evin giriş darvazası gümüşü rəngli şifer materialdandır. Həmin qapının sağ və sol tərəfi kərpic və daş mişarla əhatəyə alınmışdır. Həyətyanı sahəyə daxil olduqda həyətin mərkəzində 4 ədəd dəmir dirək olduğu görsənir. Həmin dəmir dirəklərin arası iplə bağlanılmış və paltar asılqanı kimi istifadə olunur. Sağ tərəfdə yerləşən dəmir dirək yanında üzərin qara nöqtəvari bəzəyi olan ip vardır. Hadisə yerinə baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs həmin iplə qeyd edilmiş dəmir dirəyə X17 bağladığını bildirməklə həmin dirəyi əyani şəkildə əli ilə işarə etməklə göstərdi. Fərdi yaşayış evi bir mərtəbəlidir. Yaşayış evinin fasadı qırmızı rəngli kərpiclə əhatələnmişdir. Fərdi yaşayış evinin pilləkanı daş mişardandır. Fərdi yaşayış evinin sol tərəfində yerdən 10 sm yüksəklikdə yerləşən heyvanların saxlanılması üçün nəzərdə tutulmuş təxminən hündürlüyü 15 sm eni 10 sm giriş qapısı olan zirzəmi vardır. Həmin zirzəminin içərisi qaranlıqdır və işığı yoxdur. Zirzəminin içərisi pis qoxuludur. Zirzəmi dördbucaq formasındadır. Zirəminin giriş qapısının tutacağında ağ rəngli ip vardır. Zirzəminin içərisində 1 ədəd stəkan, konfet kağızı və idman ayaqqabısı olduğu müşahidə olunur. Qeyd edilmiş əşyaların zirzəmidə olması Nuranə Bədəlovanın günün müəyyən vaxtlarda həmin zirzəmidə saxlanılmasına dəlalət edir. Baxış zamanı X7 dirəyə bağlanması istifadə olunan üzərində ağ rəngli naxışları olan ip, zirzəminin giriş qapısının tutacağına bağlanmış ip, zirzəmidə aşkarlanmış bir ədəd sadə stəkan və həyətanı sahədə dirəyin yanında aşkarlanmış üzərində “maşa i medved” sözləri yazılmış içərisi çirkli vəziyyətdə olan qulplu fincan müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. xx.xx.2022-ci il tarixdə Mingəçevir ŞPŞ-nin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış-tədbirləri qanuni və əsaslı olduğundan sübut növü kimi qiymətləndirilməklə və əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş əməliyyat görüntülərini özündə əks etdirən 01 ədəd CD disk «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunub və Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun təqdim edildiyindən və yoxlanıldığından, cinayət təqibi üzrə sübut kimi qəbul edilməklə cinayət işi materiallarına əlavə edilmişdir. Mingəçevir ŞPŞ-nin xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri Samux küçəsi 1-ünvanında keçirdiyi əməliyyat-axtarış tədbirinin əməliyyat görüntülərini özündə əks etdirən CD-diskə xx.xx.2022-ci il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, diskə baxış zamanı açılan pəncərədə 01 ədəd, VİD-20220513-WA0034 fayıl vardır. Həmin fayl 12.063 KB həcmindədir. Fayıla daxil olduqda uzunluğu 01:28 saniyə davam edən videogörüntü olduğu görsənir. Həmin videogörüntüdə X11 ağlayaraq baş nahiyyəsinə dolanmış iplə dayandığı Mingəçevir şəhəri Samux küçəsi 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətayanı sahəsində yerləşən dəmir materiallı dirəyin yanından durub evin giriş tərəfinə qaçmışdır. X5 barəsində təyin edilmiş edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 280 nömrəli rəyindən görünür ki, X5 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:- sağ gözünün alt qapağında qançır yetirilmə müddəti müayinədən 1- 2-gün əvvələ uyğundur, sol qulaq seyvanının arxa səthində, sol bazunun bayır orta 1/3-də, sol said nahiyyəsində iki ədəd, sol çənə nahiyyəsində qançırlar, sağ almacıq nahiyyəsində, alın nahiyyəsində, sağ yanağında, sol göz qapağında, sol qulaq seyvanının arxa səthində, boynunun sol yan səthində,sol said nahiyyəsində və sağ^ bazu nahiyyələrində sıyrıqlar, yetirilmə müddətləri müayinədən 3-6 gün əvvələ uyğundurlar, sağ dirsək oynağının arxa səthində iki ədəd yaralar, yetirilmə müddətrəlri müayinədən 4-6-gün əvvələ uyğundurlar, xəsarələr küt alətlərlə yetirilmişdirlər, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. -sol əlinin arxa səthində yanıqdan sonrakı çapıq toxuma alov təsirindən əmələ gələ bilərdi, yetirilmə müddəti müayinədən 3-5 ay əvvələ uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. X1 əlamətləri vardır. 12 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 133.2.6 və 145.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. 12 may 2022-ci il tarixli 4(051)-58/2022 saylı qərardan görünür ki, Aərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6 və 145.2.5-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. X5 barəsində təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 393 nömrəli rəyindən görünür ki, X11 ona qarşı törədilmiş qanunazidd əməllərdən əvvəl, həmin əməllər törədilərkən və hazırki ekspertiza zamanı ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Mingəçevir şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.2022-ci il tarixli 755/22 saylı ambulator karta və xx.xx.2022-ci il tarixli 727 saylı arayış, Şəki rayon Psixiatriya Xəstəxanasından verilmiş 488/22 saylı xəstəlik tarixi, xx.xx.2022-ci il tarixli 280 saylı ekspert rəyi), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda davranış pozuntusu müşahidə olunması, zamana, məkana, ətraf mühitə və öz şəxsiyyətinə bələdliyi tam olmaması, hansı ünvanda yaşadığını, haraya gətirildiyini, neçə yaşı olduğunu tam doğru-düzgün söyləyə bilməməsi, anamnestik və həyatında olan məlumatları tam düzgün çatdırmaması, keçirilən ekpertizanın məqsədini və mahiyyətini başa düşməməsi və ekspertizanın nəticəsinə heç bir maraq göstəməməsi, yaddaşının zəif, təfəkkürünün konkret olması, oxumaq və yazmaq vərdişlərinin olmaması, abstrakt və məntiqi təfəkkürünün zəif olması, atalar sözlərinin mənasını başa düşməməsi və doğru-düzgün izah etmək qabiliyyətində olmaması, mülahizə və mühakimələrinin səthiliyi, intellektinin xronoloji yaşından geri qalması, şəxsiyyəti qüsurlu olması, İQ=49% və s.) imkan verir. X11 ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi keçirməsi səbəbindən ona qarşı törədilən qanunazidd hərəkətlərin faktiki xarakterini və mahiyyətini dərk etmək, psixi halından asılı olaraq qarşı tərəfə müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. X2 xəstəliklə əlaqədar olaraq baş vermiş hadisələri tam düzgün qavrayaraq həmin hadisələr barəsində tam düzgün ifadə vermək iqtidarında deyildir. X3 şəxslərin qulluğuna ehtiyacı vardır. Komissiyanın bu nəticəyə gəlməsinə X5 Mingəçevir şəhər Psixonevroloji Dispanserində xx.xx.2022-ci il tarixdə ambulator şəraitdə müayinə olunaraq “Oliqofreniya, orta dərəcəli əqli gerilik, davranış pozğunluğu ilə, kaxeksiya” diaqnozu qoyulması, müayinə və müalicə üçün Şəki rayon Psixiatriya Xəstəxanasına göndəriş verilməsi, xx.xx.2022-ci il tarixdən hal-hazırki ekspertiza gününədək Şəki rayon Psixiatriya Xəstəxanasında “Orta dərəcəli əqli gerilik” diaqnozu ilə stasionar müalicədə olması (Mingəçevir şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.2022-ci il tarixli 755/22 saylı ambulator karta və xx.xx.2022-ci il tarixli 727 saylı arayış, Şəki rayon Psixiatriya Xəstəxanasından verilmiş 488/22 saylı xəstəlik tarixi, xx.xx.2022-ci il tarixli 280 saylı ekspert rəyi), ekspertiza zamanı ona qarşı törədilmiş qanunazidd əməlləri tam düzgün təsvir edə bilməməsi, bu əməllər barədə qısa cümlələrlə məlumat verməsi, hazırki ekspertiza zamanı onda qavrama, yaddaş, davranış, təfəkkür və intellekt pozuntularının aşkar edilməsi (ekspertiza zamanı onda davranış pozuntusu müşahidə olunması, zamana, məkana, ətraf mühitə və öz şəxsiyyətinə bələdliyi tam olmaması, hansı ünvanda yaşadığını, haraya gətirildiyini, neçə yaşı olduğunu tam doğrudüzgün söyləyə bilməməsi, anamnestik və həyatında olan məlumatları tam düzgün çatdırmaması, keçirilən ekpertizanın məqsədini və mahiyyətini başa düşməməsi və ekspertizanın nəticəsinə heç bir maraq göstəməməsi, yaddaşının zəif, təfəkkürünün konkret olması, oxumaq və yazmaq vərdişlərinin olmaması, abstrakt və məntiqi təfəkkürünün zəif olması, atalar sözlərinin mənasını başa düşməməsi və doğru-düzgün izah etmək qabiliyyətində olmaması, mülahizə və mühakimələrinin səthiliyi, intellektinin xronoloji yaşından geri qalması, şəxsiyyəti qüsurlu olması, İQ=49% və s.) əsas verir. Cinayət işində olan cinayət işinə əlavə olunmuş 31.0.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamış şəxsdir. Zərərçəmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında 01 iyul 2022-ci il tarixli qəraradn görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs X5 qanuni nümayəndəsi təyin edilmişdir. Təqsirləndirilən şəxsə elan edilmiş ittihamın dəyişdirilməsi, əlavələr edilməklə ona yenidən ittiham elan olunması haqqında 16 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə CM-nin 133.2.6 və 145.2.5-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək əlavələr edilməklə ona Azərbaycan Respublikası CM-nin 133.2.4, 133.2.6 və 145.2.5-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işində olan xasiyyətnamədən görünür ki, Bədəlov X9 şəhəri 4-cü Bağ küçəsində qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs barədə yaşadığı müddətdə heç bir şikayət daxil olmamışdır. MKT İstehsalat Birliyi tərəfindən verilmiş 649 № li 15 iyul 2022-ci il tarixli arayışdan görünür ki, Bədəlov X9 şəhəri 4-cü Bağ küçəsində yaşayır. Sübutların qiymətləndirilməsi haqqında 16 iyul 2022-ci il tarixli qərardan görünür ki, ağ rəngli naxışları olan ip, zirzəminin giriş qapısının tutacağına bağlanmış ip, zirzəmidə aşkarlanmış bir ədəd sadə stekan və həyətyanı sahədə dirəyin yanında aşkarlanmış üzərində “maşa i medved” sözləri yazılmış içərisi çirkli vəziyyətdə olan qulplu fincan maddi sübut qismində tanınmış, ekspertiza rəyləri, şahidlərin ifadələri, digər istintaq hərəkətlərinə dair protokollar sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 133.2.4, 133.2.6 və 145.2.5-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 133.2.4 və 133.2.6-cı maddələrinə əsasən bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə və işgəncə verməklə törədildikdə - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.5-ci maddəsinə əsasən adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqlarının olmasını (CM-nin 59.1-ci), əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini və onun səmimi peşmançılığını (CM-nin 59.2-ci) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin zərərçəkmiş şəxsə qarşı işgəncə verməklə törədilməsini (AR CM-nin 61.1.9-cu maddəsi) onun cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 133.2.4, 133.2.6 və 145.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 may 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ağ rəngli naxışları olan ip, zirzəminin giriş qapısının tutacağına bağlanmış ip, zirzəmidə aşkarlanmış bir ədəd sadə stəkan və həyətyanı sahədə dirəyin yanında aşkarlanmış üzərində “maşa i medved” sözləri yazılmış içərisi çirkli vəziyyətdə olan qulplu fincan məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Əagər oğlunun Cinayət Məcəlləsinin 133.2.4, 133.2.6 və 145.2.5ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 133.2.4 və 133.2.6-cı maddələrinndə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 145.2.5-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına cəzasına məhkum edilsin. Təyin olunmuş cəzalar Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 10 may 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ağ rəngli naxışları olan ip, zirzəminin giriş qapısının tutacağına Bağlanmış ip, zirzəmidə aşkarlanmış bir ədəd sadə stəkan və həyətyanı sahədə dirəyin yanında aşkarlanmış üzərində maşa medved sözləri yazılmış içərisi çirkli vəziyyətdə olan qulplu fincan Mingəçevir şəhər prokurorluğunun maddi sübutlar məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ521BAZ**********6146935270 saylı hesabına köçürülməlidir Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-7/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-7/2023
28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver