Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-7/2024 25.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2022ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Mingəçevir ŞPŞ-nin İB-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Mingəçevir şəhər məhkəməsinin qərarına əsasən həbs qətimkan tədbiri seçildiyinə görə 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, təkrarən qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin sentyabr ayının ortaları axşam saatlarında Mingəçevir şəhəri, Kür kompüter zavodunun arxa hissəsindəki H.Əliyev döngəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış sahəsinə qanunsuz olaraq qapıdan daxil olmaqla iki mərtəbəli yarımtikilidən bir topunun dəyəri 90 manat olmaqla 20 topunun dəyəri 1800 manat olan diametri 6 millimetrlik elektrik kabelləri, dəyəri 100 manat olan bir ədəd taxta pilləkən, bir ədədinin qiyməti 20 manat olmaqla 5 ədədinin qiyməti 100 manat olan taxta döşəmə, ümumilikdə qiyməti 100 manat olan taxta parçalarını oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 2100 manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən vahid niyyət ilə əhatə olun qəsd ilə tamah məqsədi ilə özgənin əmlakını ələ keçirtmək məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ünvan 4 saylı binanın arxa hissəsində yerləşən saxlanc yerinə qanunsuz daxil olaraq oradan, yəni avtomobil sexinin qarşısından Zərərçəkmiş şəxs3 məxsus dəyəri 1200 manat olan 1997-ci ildə istehsal olunmuş BMW 39 markalı avtomobilin motoru, qiyməti 1200 manat olan 2008-ci ildə istehsal olunmuş “Reno” markalı avtomobilin motoru, qiyməti 1560 manat olan 2012-ci ildə istehsal olunmuş motorun döşəkçəsini oğurlayaraq ümumilikdə Zərərçəkmiş şəxs3 3960 manat ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 28 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Mingəçevir şəhəri, N.Nərimanov prospekti 29A ünvanında yerləşən “Lalə” adlı aptekin ağ rəngli plastik qapısını istintaqa məlum olmayan dəmir parçası ilə açaraq, qanunsuz olaraq qapıdan aptekə daxil daxil olub, oradan 536 manat pulu oğurlamaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qızma maddi ziyan vuraraq oğurluq cinayətini etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1-ci və 3-cü epizodlar üzrə özünü qətiyyən təqsirli bilmir. Sadəcə olaraq narkotik vasitə istifadəçisi olduğu üçün polisin təzyiqi nəticəsində etmədiyi cinayət əməllərini də öz üzərinə götürmüşdür. Qeyd edir ki, o, daha sonra barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilərkən hakimə belə bir oğurluq əməllərini törətmədiyini, bunu polislərin təzyiqi nəticəsində etdiyini bildirmiş, həmçinin sözgedən iclasda polislər tərəfindən döyüldüyünü qeyd etmişdir, odur ki, hakim tərəfindən məhkəmə iclasında müvafiq araşdırılma aparılmış, hətta onun üzərində hər hansı işgəncə izlərinin olubolmamasını müəyyən etmək üçün onun bədəninə baxış keçirilmiş, sadəcə bədənində izlər olmadığı müəyyən edilmişdir, lakin paltarında ayaqqabının izləri mövcud idi. Odur ki, məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina etmiş, hətta polis əməkdaşlarına tapşırmışdır ki, onu sağ-salamat aparıb evinə qoysunlar. Lakin o, məhkəmədən çıxıb polisə sənədə imza etməyə getdikdə polis şöbəsində polis əməkdaşları tərəfindən aralarında olan razılığa əməl etmədiyi üçün döyülmüş, daha sonra o, çox ağır vəziyyətdə evinə getmiş, anası təcili yardıma zəng etmiş, xəstəxanada ondan nə baş verdiyini soruşduqda o, polis tərəfindən döyüldüyünü bildirsə də, xəstəxanada onda olan xəsarətlərin səbəbini evinin pilləkənindən yıxılma kimi sənədləşdirmişlər. Qeyd edir ki, onun bir köhnə evi var və iki pilləkəndən ibarətdir ki, oradan yıxılıb bu cür xəsarət almaq qeyri-mümkündür. O, daha sonra işgəncə faktı ilə bağlı prokurorluğa müraciət etməmiş, çünki hesab etmişdir ki, hər hansı bir müsbət nəticəsi olmayacaq, hətta onun üçün daha pis olacaq və yenə polisin şiddətinə məruz qalacaqdır. Qeyd edir ki, o, Lalə aptekə ifadənin yerində yoxlanması üçün gətirilərkən yol boyu polis tərəfindən aptekin hadisə günü çəkilmiş kamera görüntüləri izlədilmiş və yadda saxlanılması tələb edilmişdir. Odur ki, o, aptekə daxil olmuş, lakin zərərçəkmiş şəxs ona yaxınlaşaraq bir sual vermiş, daha sonra ona və kamera görüntüsünə diqqətlə baxaraq, zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs1 polis əməkdaşlarına aptekdən oğurluq hadisəsinin onun tərəfindən törədilmədiyini bildirmişdir. Həmçinin bildirmək istəyir ki, aptekdən pulu götürərək Göyçay rayonunda xərcləməsinə dair ibtidai istintaqa verdiyi ifadəsi polisin təzyiqinin nəticəsidir. Belə ki, inandırıcı olması üçün Göyçay rayonunu qeyd etmişlər, çünki onun Göyçayda qohumları yaşayır və o, əvvəllər Göyçaya tez-tez gedib gəlmişdir. Birinci epizod üzrə oğurluq məsələsinə gəldikdə isə həmin hadisə ilə də onun bir əlaqəsi yoxdur. Yəni Zərərçəkmiş şəxs2 məxsus olan ikimərtəbəli yarımtikiliyə daxil olmamış, nə də kabel oğurlamamışdır. Lakin 3-cü epizod üzrə bildirmək istəyir ki, o, avtomobil sexinin qarşısından mator və matorun döşəkçəsini götürmüşdür. Belə ki, o bu əşyaların atılmış və sahibinə lazımsız olduğunu zənn etdiyi üçün həmin əmlakları götürmüş və satmışdır. Əslində onun oğurluq etmək kimi bir niyyəti olmamışdır. O, daha sonradan bu əşyaların sahibinin olduğunu bilmişdir. Odur ki, göstərdiyi halların nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Oğuz rayonu, Qayabaşı kəndində fərdi təsərrüfat ilə məşğul olur və ailənin dolanışığını bu cür həyata keçirir. Məcburi köçkün olduğu üçün bir neçə il bundan əvvəl Mingəçevir şəhəri, Kür kompüter zavodunun arxasında boş torpaq sahəsi almışdır. Təxminən 2 il bundan əvvəl Mingəçevir şəhəri, Kür kompüter zavodunun arxasında yerləşən fərdi yaşayış sahəsində özünə məxsus olan yaşayış evi tikdirməyə başlamışdır. Belə ki, ona məxsus olan ikimərtəbəli yarımtikiliyə hərdən bir baş çəkdiyini sonuncu dəfə 2022-ci ilin avqust ayında ona məxsus olan ikimərtəbəli tikiliyə baş çəkmişdir. xx.xx.2022-ci il tarixdə ona məxsus olan Mingəçevir şəhəri, Kür kompüter zavodunun arxasında yerləşən ikimərtəbəli yarım tikilidən ona məxsus olan təxminən 2000 manatlıq elektrik kabellərinin, 100 manat dəyərində bir ədəd taxta pilləkən, 5 ədədinin qiyməti 100 manat olan taxta döşəmə və bir neçə ədəd taxta parçanın olmadığı aşkar etmişdir. Daha sonra bu barədə DİN-nin 102 xidmətinə ərizə ilə müraciət etmişdir.Sadəcə olaraq ona vurulmuş ziyanın ödənilməsini xahiş edir. 14 dekabr 2023-cü ildə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Mingəçevir şəhəri, Nəriman Nərimanov prospekti 29A ünvanında “Lalə” adlı aptekdə icarə əsasında işlədiyini bildirmişdir. İcarə əsasında işlətdiyi “Lalə aptek” səhər saat 08:00-dan axşam saat 22:00-dək xidmət göstərir. Gündəlik edilən alqı-satqı nəticəsində əldə olunan pul ağ rəngli dolaba yığılır və iş vaxtı qurtardıqdan sonra hesabat edilir. Adətən pul kassada saxlanılırdı. Aptekdən oğurluq baş verdiyi vaxt hazırda dəqiq yadında deyil, lakin o yadındadır ki, hadisə gecə saat beş radələrində baş vermiş, həmçinin aptekdən 536 manat pul oğurlanmışdır. Belə ki, aptekin daxilində 4 ədəd müşahidə kamerası vardır. Müşahidə kamerası hər şeyi dəqiqliklə təsvir edir. Belə ki, hətta aptekdəki şəxsin mobil telefonunda yazılan yazılar belə kamerada dəqiqliklə görsənir. Kameralara baxdıqda hadisənin gecə saat beş radələrinə oluğunu görmüşdür. Aptekin qapısını zədələnmədən açılıb içəri daxil olunmuşdur. Hətta işçilər elə bilmişlər ki, qapı açıq qalıb. Həmçinin bildirir ki, o, təqsirləndirilən şəxsi ilk dəfə ifadənin yerində yoxlanılması zamanı görmüşdür və daha öncədən tanımırdı. Nəzərə çatdırır ki, hadisəni törədən şəxs uca boylu, arıq bədən quruluşlu, əlləri böyük olan, əynində hərbi formalı şalvar, havanın soyuq olmasına baxmayaraq, əynində gödəkçə və başında papaq var idi. O, həmin şəxsin kamerda əks olunmuş videogörüntüsünə görə onun 40-45 yaşlı şəxs olduğunu zənn etmişdir. Təqsirləndirilən şəxslə kamerada gördüyü şəxsin eyni şəxs olduğunu düşünmür. Həmçinin bunu onunla təsdiq edə bilər ki, ifadənin yerində yoxlanması zamanı o, Elşənə hadisəni necə törətdiyini və ilk olaraq hansı kassalara baxdığını soruşmuşdu. Təqsirləndirilən şəxs isə ilk iki siyirtmə baxdıqdan sonra üçüncü kassada pulu aşkar edərək oradan pulu oğurlamışdır. Halbuki kamera videogörüntüsünə görə aptekdən oğurluq edən şəxs əli ilə qoymuş kimi elə ilk dəfədən pul olan kassaya yaxınlaşır və pulu götürərək çıxır gedir. Bu cavabdan sonra o, polisə bildirmişdir ki, əslində aptekdən oğurluq edən şəxs Elşən deyildir. Həmçinin bildirir ki, müşahidə kamerasından olan videogörüntünü polisə göstərmişdir, lakin polis həmin görüntünü tələb etməmiş, ancaq videogörüntünü bir neçə polis əməkdaşı tərəfindən mobil telefonla çəkməklə kifayətlənmişlər. Hadisə çoxdan olduğu üçün videogörüntü saxlanılmamışdır. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 8 ildən artıq müddətdir ki, ünvan 4 ünvanının arxasında yerləşən usta sexində avtomobil təmir sexində işləyir. Həmin yerdə başqa bir neçə sexdə var və sexlər yerləşən yerin 3 tərəfi bağlıdır, avtomobillər girib-çıxan yer isə metal zəncirlə bağlanır və gecələr qarolçu da olur. Bəzən avtomobil təmir sexində müştərilərə satmaq üçün ucuz qiymətə avtomobil mühərikləri alıb daha sonra isə həmin avtomobil mühərriklərini təmir etdikdən sonra başqa müştərilərə satır. O, avtomobil mühərriklərini təmir etdiyi sexdə səhər saat 09-dan axşam saat 19 radələrinədək işlədiyini bildirmişdir. Daha sonra isə icarə əsasında işlətdiyi sexi açar vasitəsi ilə bağlamışdır. İcarə əsasında işlətdiyi sexin qarşısına satmaq üçün bir ədəd 1997-ci ildə istehsal olunmuş 1300 manat dəyərində BMW 39 markalı avtomobilin motoru, bir ədəd 2008-ci ildə istehsal olunmuş 1500 manat dəyərində “Reno” markalı avtomobilin motoru və 1 ədəd 2012-ci ildə istehsal olunmuş 1560 manat dəyərində motorun döşəkçəsinin xx.xx.2022-ci il tarixdə oğurlandığını aşkar etmişdir. Özünə məxsus olan avtomobil motorlarını və avtomobil döşəkçəsini Mingəçevir şəhəri ərazisində yerləşən metal qəbulu məntəqələrini gəzərək axtarmağa başlamışdır. Bu zaman Fizuli adlı şəxsə məxsus olan metal qəbulu məntəqəsində Şahid1 icazəsi ilə metal qəbulu məntəqəsinə özünə məxsus olan avtomobil mühərriklərini axtaran zaman oradan ondan oğurlanmış olan bir ədəd avtomobil mühərrikini və bir ədəd avtomobil mühərrikinin döşəkçəsini tapmış və Şahid1 icazəsi ilə götürmüşdür. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, lakin Şahid2 məhkəməyə teleqram ünvanlayaraq özünün və qardaşı Şahid3 səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, istintaqda verdikləri ifadəni təsdiq etdiyini bildirmişdir. Ona görə də, məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid2 və Şahid3 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadələrini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid3 istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 10 ildir ki, metal məmulatlarının alqı-satqısı ilə məşğuldur. O, Qiyas və Vaqif ,yəni üç qardaş Qiyasın idarə etdiyi VAZ 21011 markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həm Yevlax rayonunda, həm də Mingəçevir şəhəri ərazisində metal məmulatarı alaraq onları Yevlax rayonunda Samir adlı şəxsə məxsus metal qəbulu məntəqəsinə satdıqlarını bildirmişdilər. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Mingəçevir şəhərində “Mingəçevir kəndində” qəbiristanlığın yanından keçən zaman həyət evlərinin qarşısından keçərək metal satmaqlarını qışqıraraq keçən zaman bir nəfər əvvəllər tanımadığı, orta boylu, orta bədən quruluşlu, cavan şəxs həyətdən çıxaraq onda mator olduğunu və satmaq istədiyini demişdir. Qiyas matora baxmaq istədiyini bildirdikdə və o, matora baxmaq üçün həmin şəxslə birlikdə həyətə girmişdir. O isə avtomobildə qardaşı Qiyası gözləmişdir. Bir qədər sonra Qiyas onu çağırmış və matoru 30 manata almaq barədə razılaşdıqlarını bildirmişdir və o, Qiyasla birlikdə matoru avtompobilə yükləmişdir. Həmin matoru Samirə 40 manata satmışdır. xx.xx.2022-ci il tarixə Mingəçevir şəhəri ərazisində metal almaq üçün gəzən zaman polis əməkdaşları ona yaxınlaşmışdılar və mator haqqında soruşmuşdular. Onlar da, həqiqətən həmin matoru aldıqlarını bildirmişdilər. Sonra isə Yevlax rayonu ərazisinə gedərək satdığı matoru götürərək təhvil vermək üçün Mingəçevir ŞPŞ-nə gətirmişdilər. İş üzrə şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 10 ildir ki, metal məmulatlarının alqı-satqısı ilə məşğuldur. Belə ki, onlar üç qardaş Əli, Vaqif ilə birlikdə özünə məxsus olan Vaz 21011 markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həm Yevlax rayonunda, həm də, Mingəçevir şəhəri ərazisində metal məmulatları alaraq onları Yevlax rayonunda Samir adlı şəxsə məxsus metal qəbulu məntəqəsinə satırmışlar. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Mingəçevir şəhərində “Mingəçevir kəndi” ndə qəbirstanlığm yanındakı həyət evlərinin qarşısından keçən zaman metal satmaqları ilə bağlı qışqırırdılar. Həmin zaman Mingəçevir kəndində qəbirstanlığm yaxmığmda yerləşən həyət evlərinin birindən bir nəfər orta yaşlı, ortaboylu, arıq bədən cüssəli şəxs çıxaraq özünə məxsus olan motor olduğunu və həmin motoru satmaq istədiyini bildirmişdir. O, da, motora baxmaq istədiyini bildirmişdir və tanımadığı həmin şəxsin icazəsi ilə həyətə girmişdir. Həmin motor həyətə girəndən 5-6 metr məsafədə yerləşən yaşayış evinin yanında olmuşdur. O, motoru adını sonradan bildiyi Təqsirləndirilən şəxs 20 manata ala biləcəyini bildirmişdir, Təqsirləndirilən şəxs ondan razılaşmayaraq motoru sökəcəyini bildirmişdir. Daha sonra motoru 30 manata almaq barədə razılaşmışdır. O, qardaşı Əli ilə birlikdə motoru avtomobilin salonuna qoymuş və Yevlax rayonuna qayıtmışdır. Həmin motoru Samirə 40 manata satmışdır. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları Mingəçevir şəhəri ərazisində metal almaq üçün gəzən zaman bizə yaxınlaşmışdılar. O, da, həqiqətən həmin motoru aldığını bildirmişdir. Sonra isə Yevlax rayonu ərazisinə gedərək satdığı motoru götürərək təhvil vermək üçün Mingəçevir ŞPŞ-nə gətirmişdir. Həmçinin o, Samir adlı şəxsin Yevlax rayon sakini olduğunu, metal qəbulu məntəqəsində işlədiyini, eyni zamanda avtomobil motoru satdığı Yevlax rayon sakini Samiri tanısa da, avtomobil motorunun oğurlanması səbəbindən Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət Mingəçevir şəhər sakini Samiri tanımadığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, hal-hazırda Mingəçevir şəhəri, Samux küçəsində yerləşən qaynatası olan Fizuliyə məxsus metal qəbulu sexində işləyir. Belə ki, qaynatası Fizulinin səhhətində hərdən nasazlıq yarandığı üçün Fizuliyə məxsus olan sexdə metal qəbulunu o, həyata keçirdiyini bildirmişdir. Baş vermiş hadisə ilə əlaqədar olaraq 2022-ci il tarixində qaynatası Fizuliyə məxsus sexdə olan zaman markasını və dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı bir nəfər şəxs, yəni Təqsirləndirilən şəxs metal qəbulu sexinə gələrək özünə məxsus olan avtomobil motorunun döşəkçəsini və ağır metaldan olan dəmir əşyanı satmaq istədiyini bildirmişdir. Elşənlə yaxın tanışlığı yoxdur. Yay ayları idi sözügedən şəxs onun işlədiyi yerə gələrək satmaq üçün dəmir gətirdiyini bildirmişdir. O da baxarkən maşının ehtiyat hissələrinin, bir hissəsi dur alüminiumdan, o biri hissəsi isə dəmirdən ibarət olduğunu görmüşdür. Dur alüminiumu ayrı çəkmiş, dəmir hissələrini ayrı çəkib qiymətləndirmiş, cəmi Elşənə 53 manat pul vermişdir. Həmin gün ya o biri gün, polis əməliyyatçıları bir vətəndaşla, işlədiyi yerə gəlib bildirmişlər ki, bura avadanlıq gəlib. Oda sözügedən avadanlıqların onda olduğunu təsdiqləmişdir. Sonradan məlum oldu ki, bu şəxs yəni Elşən gətirmişdir. Əvvəllərdə Təqsirləndirilən şəxs onun işlədiyi metal qəbulu məntəqəsinə satmaq üçün təxminən may-iyun ayları çuqun vanna gətirmişdir. Təqsirləndirilən şəxs umumiyyətlə satmaq üçün ona kabel gətirməmişdir. Gətirsə idi xatırlayardı. Sonradan polis şöbəsinin müstəntiqi İlkin adında bir nəfər onu polis şöbəsinə dəvət etmiş və ifadəsini almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Məscidin arxasında avto dayanacaqda gözətçi kimi 1 il işləmişəm. 2020-ci ilin axırından 2022-ci ilin oktyabr ayına kimi orada qeyri-rəsmi işləmişəm. Orada avto dayanacağı və orada olan avtomobilləri mühafizə etmişəm. Orada avto təmir sexləri fəaliyyət göstərir. Hər gün axşam saat 18:00-dan səhər saat 09:00-kimi həmin ərazini mühafizə etmişəm. Orada mühafizə otağı var. Otağın pəncərəsi də var. Həmin ərazidə ətrafı çəkən video kamera var. Olduğum yerdən içərini də, çölü də görürdüm. Otağa çay içməyə, yarım saat uzanmağa girirdim. Oğurluq hadisəsi mən içəri girəndən 15 dəqiqə sonra baş verib. Əl arabası ilə oğurluq ediblər. Mən içəridə otaqda olmuşam oğurluq isə mən olduğum yerdən 50 metr uzaqlığda olduğu üçün eşitməmişəm. Hadisə olandan bir ay sonra işdən çıxmışam. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-ın əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində mən və Mingəçevir ŞPŞ-nin əməkdaşları, X2 şəhərində yaşayan X5 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı X7 Mingəçevir şəhəri, 20 yanvar küçəsi 10 saylı binanın qarşısında görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdik. Bundan sonra X1 ŞPŞ-nə gətirildi. Polis şöbəsinə vəkil növbətçilik cədvəli üzrə X11 dəvət olundu və vəkilin iştirak ilə X8 narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən X8 izah olundu ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. X10 üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi və baxış keçirilməzdən əvvəl X8 təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. X5 üzərinə baxış zamanı əynindəki boz rəngli şalvarın sağ yan kiçik cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş büküm aşkar olundu. Həmin bir ədəd ağ rəngli kağız büküm açıldıqda içərisindən spesifik rəngindən və iyindən narkotik vasitə heroinə oxşar kütlə olması aşkar olundu. Həmin narkotik vasitəyə oxşar həmin bir ədəd ağ rəngli kağız bükümdəki kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkildi. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildi. Heroinə oxşar kütlənin ümumi çəkisi 0.487 qram oldu Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürləndi və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Vasif Əkbərov özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalandı. Sorğu zamanı X10 üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd ağ rəngli kağız bükümdə olan kütlənin narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Mingəçevir şəhəri, Güllübağ dairəsi yaxınlığında yerdən tapdığını bildirmişdir. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid4 və məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Mingəçevir şəhər məhkəməsinin 4(051)-106/2022 saylı xx.xx.2022-ci il taixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixli qətiimkan tədbiri və seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən Zərərçəkmiş şəxs1 oğurluq hadisəsi baş verməsi ilə əlaqədar göstərdiyi yer Mingəçevir şəhəri, Nərimanov prospekti 29A ünvanında yerləşən “Lalə” aptekdir. Hadisə yerində hər hansı əl-barmaq izləri aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ona məxsus 2 ədəd avtomobil mühərrikinin və 1 ədəd avtomobil mühərrikinin döşəkçə hissəsinin oğurlanması ilə əlaqədar göstərdiyi yer ünvan 4 saylı binanın arxa hissəsinə yerləşən avtomobil təmir sexinin qarşısıdır. Baxış keçirilən zaman hadisə yerində hər hansı əl-barmaq izləri aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ona məxsus olan elektrik naqillərinin, taxta döşəmələrin və taxta parçalarının oğurlanması ilə əlaqədar göstərdiyi yer Mingəçevir şəhəri, Kür kompüter zavodunun arxasında yerləşən ikimərtəbəli yarımtikilidir. Baxış keçirilən zaman hadisə yerində hər hansı əl-barmaq izləri aşkar edilməmişdir. İş üzrə tərtib edilmiş 30 sentyabr 2022-ci il tarixli baxış və götürmə haqqında protokolla Zərərçəkmiş şəxs3 məxsus bir ədəd avtomobil mühərrikini Şahid2 Qeyis oğlundan təhvil götürülərək istintaq müddətinin sonuna qədər qəbzlə Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 16 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş üzrə 01 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş baxış götürmə haqqında protokolla Zərərçəkmiş şəxs3 məxsus bir ədəd avtomobilin mühərriki və bir ədəd avtomobilin mühərrikinin döşəkçəsi sonuncudan təhvil götürülərək istintaq müddətinin sonuna qədər qəbzlə yenidən Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. İş üzrə 06 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş baxış və götürmə haqqında prokolla Mustafayev X12 Asim Əli oğluna məxsus ikimərtəbəli yarımtikilidən oğurladığı elektrik kabellərinin Şahid1 satan zaman verilmiş olduğu şəxsiyyət vəsiqəsinin surəti Şahid1 götürülmüşdür. İş üzrə 08 oktyabr 2022-ci il tarixli şəxsin tanınmaya təqdimetmə protokolundan göründüyü kimi Yevlax rayon sakini Şahid2 bir ədəd avtomobil mühərriki satan Təqsirləndirilən şəxs dörd nəfər şəxsin içərisindən tanınmışdır. İş üzrə 05 oktyabr 2022-ci il tarixdə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 16 yanvar 2023-cü il tarixli 9/68 nömrəli rəyinə əsasən 01 ədəd 1997-ci ildə istehsal olunmuş BMW 39 markalı avtomobilin motorunun qiyməti-1200 manat, 01 ədəd 2008-ci ildə istehsal olunmuş “Reno” markalı avtomobilin motorunun qiyməti 1200 manat, 2012-ci ildə istehsal olunmuş motorun döşəkçəsinin qiyməti aydın deyil, Bir topunun qiyməti 90 manat olmaqla 20 topunun qiyməti 1800 manat olan diametri 6 millimetrlik elektrik kabelləri, Taxta pilləkən aydın deyil, 05 ədəd taxta döşəmə aydın deyil, Taxta paçalar aydın deyil, Ekspertiza təyini haqqında qərarda göstərilən 3 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametirlərinə uyğun olaraq vəziyyətdə 2022-ci ilin sentyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4200 manat müəyyən olunur. Digər 4 adda mallar haqqında kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. 05 oktyabr 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, bir ədəd 1997-ci ildə istehsal edilmiş 1300 manat dəyərində BMW 39 markalı avtomobilin motoru, bir ədəd 2008-ci ildə istehsal olunmuş 1500 manat dəyətində “Reno” markalı avtomobilin motoru və 1 ədəd 2012-ci ildə istehsal olunmuş 1560 manat dəyərində motoru və 1 ədəd 2012-ci ildə istehsal olunmuş 1560 manat dəyərində motorun döşəkçəsi ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. 27 noyabr 2022-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, cinayət işi üzrə icraat dayandırılmışdır. 25 dekabr 2022-ci il tarixli icraatın təzələnməsi və cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 353.2.4–cü maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri–əsaslandırıcı hissəsində ittihamın bir hissəsi əsassız hesab edildikdə, bunun əsasları göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, istinad olunan prosessual normaların tələblərinə uyğun olaraq, məhkəmə istintaqında sübutların tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, 2022-ci ilin sentyabr ayının ortaları axşam saatlarında Mingəçevir şəhəri Kür kompüter zavodunun arxa hissəsində ki, H.Əliyev döngəsində yerləşən X15 məxsus iki mərtəbəli yarım tikilidən bir topunun dəyəri 90 manat olmaqla 20 topunun dəyəri 1800 manat olan diametri 6 millimetrlik elektrik kabellərini, dəyəri 100 manat olan bir ədəd taxta pilləkən, bir ədədinin qiyməti 20 manat olmaqla 5 ədədinin qiyməti 100 manat olan taxta döşəməni, ümumlikdə qiyməti 100 manat olan taxta parçalarını oğurlaması və xx.xx.2022-ci il tarixdə axşam saatlarında Mingəçevir şəhəri N.Nərimanov prospekti 29A ünvanında yerləşən “Lalə” adlı aptekə daxil olub oradan 536 manat pulu oğurlaması ilə əlaqədar irəli sürülmüş ittiham üzrə Təqsirləndirilən şəxs təqsirli olması ilə bağlı aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr olduğundan, həmin epizodlar üzrə verilmiş ittiham əsassız hesab edilərək onun xeyrinə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2–ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət–prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməlləri ittihamdan xaric edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 məxsus iki mərtəbəli yarım tikilidən oğurlanan mis kabellərlə bağlı Şahid1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində müəyyən olundu ki, Mustafayeva Elşən tərəfindən ona mis kabellər gətirilməmişdir. Belə ki, o, ifadəsində bildirdi ki, Mustafayeva Elşən ona birinci dəfə çuqun materialdan olan vanna, ikinci dəfə isə maşının ehtiyat hissələrini gətirmişdir. Maşının ehtiyat hissələri isə metal olaraq dəmir və ya düraliminiumdan olmuşdur. Çuqun vannanı 20 manat civarında almış, maşının avadanlıqlarına isə 53 manat pul vermişdir. Mustafayeva Elşənin ona mis kabelin gətirməsi və ya satması öz təsdiqini tapmamışdır. Əksinə şahid öz ifadəsində birmənalı bildirmişdir ki, ona mis kabel gətirilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadədə mis kabelin gətirilib satılması ilə bağlı bildirdi, o elə bir ifadə verməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs qeyd olunan epizod üzrə təqsirli olması ilə bağlı aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr olduğundan həmin epizod ittihamdan xaric edilməlidir. Digər epizod, yəni, Mingəçevir şəhəri, N.Nərimanov prospekti 29A ünvanında yerləşən “Lalə” adlı aptekə daxil olub, oradan 536 manat pulu oğurlamaqla bağlı Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı ifadəsində qeyd etmişdir ki, hadisəni törədən şəxs uca boylu, arıq bədən quruluşlu, əlləri böyük olan şəxsdir. Əynində hərbi formalı şalvar, havanın soyuq olmasına baxmayaraq, əynində gödəkçə və başında papaq var idi. O, həmin şəxsin kamerda əks olunmuş videogörüntüsünə görə onun 40-45 yaşlı şəxs olduğunu zənn etmişdir. Təqsirləndirilən şəxslə kamerada gördüyü şəxsin eyni şəxs olduğunu düşünmədiyini, eyni zamanda kamera görüntülərinin polis əməkdaşları tərəfindən çəkildiyini də qeyd etmişdir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs1 kamera görüntüləri olduğunu və polislərin də həmin görüntüləri çəkib götürdüyünü qeyd etsə də, cinayət işinin materiallarında, habelə sübutların qiymətləndirilməsi qərarında həmin sübutun mövcudluğu görünmür. Eyni zamanda məhkəmə hesab edir ki, aptekdə kameralar olduğu halda istintaqı aparan orqan tərəfindən həmin görüntülərin əldə edilməməsi və nəticədə aradan qaldırılması mümkün olmayan şübhələr Təqsirləndirilən şəxs xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3–cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Yuxarıda qeyd olunan əməllər üzrə təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı özünü tam təqsirli hesab etsə belə, məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmişdir. Məhkəmə istintaqında tədqiq edilən sübutlar isə təqsirləndirilən şəxsin həmin epizodlar üzrə təqsirli hesab edilməsi üçün yetərli olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs həmin yerlərə daxil olmadığını və həmin əşyaları oğurlamadığını bildirmişdir. Təsirləndirilən şəxsin həmin epizodlar üzrə cinayət törətməsini təsdiq edən sübutlar isə iş materiallarına əlavə edilməmişdir. İstintaq orqanı yalnız təqsirləndirilən şəxsin etirafına əsaslanaraq ittiham vermişdir. Belə ki, həmin epizodlar üzrə nə şahid ifadələri, nə kamera görüntüləri mövcud deyildir. Etiraf isə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Çünki təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həmin əməlləri “etiraf” etsə də, məhkəmə istintaqı zamanı etmədiyini bildirmişdir. Belə olan halda Təqsirləndirilən şəxs həmin epizodlar üzrə cinayətin törədilməsinə aidiyyətinin olması sübuta yetirilməmişdir. Ona görə də həmin epizodlar Təqsirləndirilən şəxs verilmiş ittihamdan xaric edilməlidir. Eyni zamanda məhkəmə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamdan 2 epizod xaric edildikdən sonra yalnız 1 epizod üzrə təqsirli olması sübuta yetdiyi üçün onun əməli cinayətlərin təkrar törədilməsi kimi tövsif edilə bilməz. Ona görə də Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-nin 177.2.2-ci maddəsi də xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. “İnsan Hüquqlarının və X6 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, tamah məqsədi ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 4 saylı binanın arxa hissəsində yerləşən saxlanc yerinə qanunsuz daxil olaraq oradan, yəni avtomobil sexinin qarşısından Zərərçəkmiş şəxs3 məxsus dəyəri 1200 manat olan 1997-ci ildə istehsal olunmuş BMW 39 markalı avtomobilin motoru, qiyməti 1200 manat olan 2008-ci ildə istehsal olunmuş “Reno” markalı avtomobilin motoru, qiyməti 1560 manat olan 2012-ci ildə istehsal olunmuş motorun döşəkçəsini oğurlayaraq ümumilikdə Zərərçəkmiş şəxs3 3960 manat ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.3-cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Mustafa oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsinə dair onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12, 59.1.13) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsnın əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-nin 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132) Məhkəmə həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Mingəçevir şəhəri ərazisində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə yaşayış yerini hər gün saat 22:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə icra edilməsi üçün Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinə həvalə edilməli, iş üzrə maddi sübut kimi tanınmış dəyəri 1200 manat olan 1997-ci ildə istehsal olunmuş BMW 39 markalı avtomobilin motoru, qiyməti 1200 manat olan 2008-ci ildə istehsal olunmuş “Reno” markalı avtomobilin motoru, qiyməti 1560 manat olan 2012-ci ildə istehsal olunmuş motorun döşəkçəsinin Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalı, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia baxılmamış saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq cəmi 4 gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış dəyəri 1200 manat olan 1997-ci ildə istehsal olunmuş BMW 39 markalı avtomobilin motoru, qiyməti 1200 manat olan 2008-ci ildə istehsal olunmuş “Reno” markalı avtomobilin motoru, qiyməti 1560 manat olan 2012-ci ildə istehsal olunmuş motorun döşəkçəsi Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Zərərçəkmiş şəxs2 mülki iddiası baxılmamış saxlanılsın. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-7/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-7/2024
25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver