Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-7/2025 23.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Mingəçevir şəhər Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs X4 iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Yevlax rayonu Gülövşə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Gülövşə kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə tanışları: Şahid1 və X5 ilə qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib xx.xx.2023-cü il tarixdə saat 05 radələrində oğurluq etmək məqsədi ilə Mingəçevir şəhəri, H.Əliyev prospekti 56 ünvanında yerləşən X4 icarə əsasında işlətdiyi ticarət obyektinin giriş qapısının kilidini sındırdıqdan sonra qapıdan saxlanc yeri hesab olunan mağazaya qanunsuz olaraq daxil olmaqla oradan giriş qapısının arxasına quraşdırılan vitrinə düzülmüş 1 ədədinin dəyəri 150 manat olan, 2020-ci ildə istehsal olunmuş 2 ədəd, “Redmi Note 7” markalı mobil telefonları, 1 ədədinin dəyəri 140 manat olan 2020-ci ildə istehsal olunmuş 2 ədəd “Redmi 9A” markalı mobil telefonları, 1 ədəd 170 manat dəyərində 2021-ci ildə istehsal olunmuş “Redmi 9-T” markalı mobil telefonu və 1 ədəd 150 manat dəyərində 2020-ci ildə istehsal olunmuş “Redmi 7” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxs Elmin Nuriyevə ümumilikdə 900 (doqquz yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, fərdi işlərlə məşğul olub xərclərini ödəyir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında tanışları: Şahid1 və Həsrət İbrahimli ilə birlikdə Mingəçevir şəhəri ərazisində gəzən zaman Həsrət ona və Maykla mobil telefonu, eyni zamanda xərclik pulu olmadığı üçün hər hansı bir mobil telefon mağazasından mobil telefon oğurlamaq və satmaq fikrinə düşməsi barədə danışmış, ona və Maykla bu barədə deyərək oğurluq etməyi təklif edəndə pulları olmadığından onunla bir yerdə oğurluq etməyə razılaşmışlar. Daha sonra birlikdə oğurluq etmək üçün Mingəçevir şəhərində yerləşən mobil telefon mağazalarının yerləşdiyi binalara nəzər yetirməyə başlamışlar. Mingəçevir şəhəri H.Əliyev prospekti 56 ünvanında yerləşən, kolxoz bazarının yaxınlığındakı yeraltı keçiddən üzü bir qədər aşağı düşdükdə yolun sağında yerləşən kiçik bir mobil telefon mağazasının qarşısında dayanmışlar. Saat 05 radələrində hamıdan əvvəl olaraq Həsrət İbrahimli mağazanın şüşə qapısının bağlandığı dəmir və taxta parçadan olan kilidi əli ilə dartaraq sındırmaq istəmiş, lakin, tək bacarmadığı üçün ondan və Maykldan kömək istəmişdir. Ona kömək edib mağazanın şüşə qapısının kilidini sındırdıqdan sonra ilkin olaraq Həsrət, sonra isə Maykl mobil telefon mağazasına daxil olmuşlar. Daha sonra isə o, mobil telefon mağazasına daxil olmuşdur. Vitrində olan mobil telefonları götürərək cəld şəkildə mağazadan çıxıb Həsrətin yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 84 ünvanda yerləşən binanın qarşısına qaçımşlar. Həmin vaxt Mingəçevir şəhərində tanımadığı şəxsin idarə etdiyi minik avtomobili ilə Şəmkir rayonuna getmişlər. Həmin gün Şəmkir rayonunda yerləşən fəhlələr üçün nəzrədə tutulmuş evlərdə qalmışlar. Səhəri gün isə mobil telefonlardan ikisini Şəmkir rayonunda yerləşən Tural adlı və başqa adını bilmədiyi şəxsin mobil telefon mağazalarında hər birini təxminən 80 ya da 110 manata olmaqla, Həsrətlə Maykl azyaşlı olduqlarından öz şəxsiyət vəsiqəsi əsasında satmışdır. Pulu götürərək Bakı şəhərinə getmişlər. Bakı şəhərində həmin puldan bir qədərini xərclədikdən sonra isə xx.xx.2023-cü il tarixdə oğurladıqları mobil telefonlardan ikisini Bakı şəhərində «Velotrek» ticarət mərkəzində Natiq və Elvin adlı şəxslərin mobil telefon mağazasında 70 və 90 manata satmışlar. Əvvəlcə olduğu kimi həmin mobil telefonları da onun şəxsiyyət vəsiqəsi əsasında satmışlar. Daha sonra aralarında narazılıq yarandığından Maykl onlardan aralanmışdır. Yerdə qalan iki mobil telefondan birini o, digərini isə Həsrət özünə götürmüşdür. Lakin, həmin telefonları da Bakı şəhərində tanımadıqları şəxslərə əlbəəl xatırlanıldığı qiymətə satıb pulu xərcləmişlər. Daha sonra isə Mingəçevir şəhərinə qayıtmış, olanları öyrənib polisə təslim olmuş, sonra məsuliyyətə cəlb olunmuşdur. Barəsində axtarış elan olunduğundan 2023-cü ilin dekabrın 2- dən 4-nə qədər Minəgçevir ŞPŞ-nin MSY-də saxlanılmış və sonra azad olunmuşdur. Oğurlanmış 6 ədəd mobil telefonlardan ikisi Bakı şəhərində «Velotrek» ticarət mərkəzində Elvin və Natiq adlı şəxslərə onların mağazasında, 2 ədədini isə Şəmkir şəhərində Tural və adını xatırlamadığı şəxsə, 2 ədədini isə Bakıda Həsrətlə birlikdə satdığı üçün istintaqa təqdim edə bilmir. Mobil telefonu satdığı şəxslər onların oğurluq yolu ilə əldə olunmasını onlara mobil telefonun özünə məxsus olmasını, pul ehtiyac olduğundan satdığını dediyindən bilməmişlər. Mingəçevir şəhəri və ətraf rayonlarda başqa cinayət hadisəsi törətmişdir. Törətdiyi cinayət əməlindən səmimi olaraq peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir və zərərçəkmiş şəxslə barışmışdır. İfadəsində göstərdiyi halları nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X8 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayından etibarən Mingəçevir şəhəri H.Əliyev prospekti 56 ünvanında yerləşən ticarət obyektində mobil telefonların, onların aksessuarlarmın, o cümlədən ətirlərin alqısatqısı ilə məşğul olur. Adəti üzrə mağazanı səhər 10-da açıb axşam saat 19 radələrində bağlayır. Yay vaxtı isə mağazanı saat 20 radələrində bağlayır. xx.xx.2023-cü il tarixdə axşam saat 20 radələrində mağazanı bağlayıb evə getmiş, həmin gün saat 23 radələrində Bakı şəhərindən yeni ətirlər gəldiyindən onları obyektdə boşaldaraq sonra obyekti bağlayıb mənzilinə getmişdir. Bir az istirahət edərək səhəri gün işə gec gəlmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 10-11 radələrində səhər işə gələn zaman iş yoldaşları obyektin qapısını açıq qoyub getdiyini bildirmişlər. O isə qapını bağlayaraq çıxdığından əmin olmuşdur. Ba səbəbdən obyektə yaxınlaşan zaman qapının bir qədər açıq vəziyyətdə olduğunu, qapının qıfılının yerində olsa da, kilidin sol hissəsinin sınıq olduğunu aşkar etmişdir. İçəri daxil olan zaman içəridə səliqə- səhmanm pozulmadığını görmüşdür. Sağdakı vitrinə baxanda şüşədə olan mobil telefonların, aksessuarlarm və ətirlərin yerində olmasını müəyyən etmişdir. Lakin, giriş qapısının üzərinə yığdırıdığı vitrinə nəzər salanda isə orada şüşənin yerində olmasına baxmayaraq vitrinə yığıdığı ümumilikdə 10 ədəd mobil telefondan 6 ədədinin oğurlandığını aşkar etmişdir. Oğurlanmış mobil telefonları nəzərdən keçirəndə oradan 1 ədədinin dəyəri 150 manat olan 2 ədəd 2020-ci ildə istehsal olunmuş “Redmi Note 7” markalı mobil telefonların, 1 ədədinin dəyəri 140 manat olmaqla 2 ədəd 2020-ci ildə istehsal olunmuş “Redmi 9-A” markalı mobil telefonların, 1 ədəd dəyəri 170 manat olan 2021 -ci ildə istehsal olunmuş “Redmi 9-T” markalı mobil telefonun, 1 ədəd dəyər 150 manat olan 2020-ci ildə istehsal olunmuş “Redmi 7” markalı mobil telefonun oğurlanmasını müəyyən etmişdir. Dərhal Azərbaycan Respublikası DİN-in «102 xidməti»nə müraciət etmişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Onların iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. O, da baxışda iştirak edəndən sonra protokol tərtib olunmuşdur. Həmin protokola imza edərək polis şöbəsinə gəlmişdir. Orada ərizə yazandan sonra izahatı alınmışdır. Daha sonra isə ona məxsus mağazadan mobil telefonların oğurlanmasını X3 təşkil etməsi, onun dəstəsinə isə Kənan və Maykl adlı adamların da daxil olmasını öyrənmişdir. Ona məxsus mağazadan 6 ədəd mobil telefondan başqa nə isə oğurlanmamışdır. Mobil telefonların oğurlanması ilə ona ümumilikdə cəmi 900 manat maddi ziyan dəymişdir. Bundan başqa mağazanın kilidinin sındırılması ilə ona 100 manat maddi ziyan vurlmuşdur. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 9/7056 №-li rəyində göstərilən qiymətlərlə qəti razı deyildir. Ona ilkin ifadəsində göstərdiyi məbləğdə yəni, 900 manat mobil telefonlarının oğurlanmasına, 100 manat isə qapı kilidinin sımdırlmasma görə ziyan dəymişdir. bağlayıb evə getmiş, həmin gün saat 23 radələrində Bakı şəhərindən yeni ətirlər gəldiyindən onları obyektdə boşaldaraq sonra obyekti bağlayıb mənzilinə getmişdir. Bir az istirahət edərək səhəri gün işə gec gəlmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 10-11 radələrində səhər işə gələn zaman iş yoldaşları obyektin qapısını açıq qoyub getdiyini bildirmişlər. O isə qapını bağlayaraq çıxdığından əmin olmuşdur. Ba səbəbdən obyektə yaxınlaşan zaman qapının bir qədər açıq vəziyyətdə olduğunu, qapının qıfılının yerində olsa da, kilidin sol hissəsinin sınıq olduğunu aşkar etmişdir. İçəri daxil olan zaman içəridə səliqə- səhmanm pozulmadığını görmüşdür. Sağdakı vitrinə baxanda şüşədə olan mobil telefonların, aksessuarlarm və ətirlərin yerində olmasını müəyyən etmişdir. Lakin, giriş qapısının üzərinə yığdırıdığı vitrinə nəzər salanda isə orada şüşənin yerində olmasına baxmayaraq vitrinə yığıdığı ümumilikdə 10 ədəd mobil telefondan 6 ədədinin oğurlandığını aşkar etmişdir. Oğurlanmış mobil telefonları nəzərdən keçirəndə oradan 1 ədədinin dəyəri 150 manat olan 2 ədəd 2020-ci ildə istehsal olunmuş “Redmi Note 7” markalı mobil telefonların, 1 ədədinin dəyəri 140 manat olmaqla 2 ədəd 2020-ci ildə istehsal olunmuş “Redmi 9-A” markalı mobil telefonların, 1 ədəd dəyəri 170 manat olan 2021 -ci ildə istehsal olunmuş “Redmi 9-T” markalı mobil telefonun, 1 ədəd dəyər 150 manat olan 2020-ci ildə istehsal olunmuş “Redmi 7” markalı mobil telefonun oğurlanmasını müəyyən etmişdir. Dərhal Azərbaycan Respublikası DİN-in «102 xidməti»nə müraciət etmişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Onların iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. O, da baxışda iştirak edəndən sonra protokol tərtib olunmuşdur. Həmin protokola imza edərək polis şöbəsinə gəlmişdir. Orada ərizə yazandan sonra izahatı alınmışdır. Daha sonra isə ona məxsus mağazadan mobil telefonların oğurlanmasını X3 təşkil etməsi, onun dəstəsinə isə Kənan və Maykl adlı adamların da daxil olmasını öyrənmişdir. Ona məxsus mağazadan 6 ədəd mobil telefondan başqa nə isə oğurlanmamışdır. Mobil telefonların oğurlanması ilə ona ümumilikdə cəmi 900 manat maddi ziyan dəymişdir. Bundan başqa mağazanın kilidinin sındırılması ilə ona 100 manat maddi ziyan vurlmuşdur. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 9/7056 №-li rəyində göstərilən qiymətlərlə qəti razı deyildir. Ona ilkin ifadəsində göstərdiyi məbləğdə yəni, 900 manat mobil telefonlarının oğurlanmasına, 100 manat isə qapı kilidinin sındırılmasına görə ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə saat 05 radələrində tanışları Həsrət İbrahimli və Təqsirləndirilən şəxs ilə birlikdə Mingəçevir şəhəri ərazisində gəzdikləri vaxt Həsrət İbrahimli ona və Kənana mobil telefonunun, eyni zamanda xərclik pulun olmadığı üçün hər hansı bir mobil telefon mağazasından telefon oğurlamaq barədə fikri olduğunu söylədikdə Həsrət İbrahimli ilə razılaşmışlar. Daha sonra birlikdə oğurluq etmək üçün telefon mağazalarına nəzər yetirməyə başlamışlar. Birlikdə Mingəçevir şəhərində yerləşən bazarın yaxınlığındakı yeraltı keçiddən üzü bir qədər aşağı düşmüşlər. Yolun sağında yerləşən sonradan Elmin adlı şəxsin icarəyə götürüb işlətməsini bildiyi kiçik bir mobil telefon mağazasının qarşısında dayanmışlar. X7 mağazanın şüşə qapısının bağlandığı dəmir və taxta parçadan olan kilidi əli ilə dartaraq sındırmaq istəsə də, bunu tək bacarmadığı üçün o və Kənan Həsrətə köməklik etmişlər. Bundan sonra mobil telefon mağazasının şüşə qapısının kilidi sınmışdır. Saat 05 radələrində ilkin olaraq Həsrət mobil telefon mağazasına daxil olmuş, daha sonra isə o, ondan sonra isə Kənan mobil telefon mağazasına daxil olmuşdur. Vitrində olan mobil telefonları götürərək cəld şəkildə mağazadan çıxıb Həsrət İbrahimimin yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 84 ünvanında yerləşən binanın qarşısına qaçdıqdan sonra Mingəçevir şəhərində tanımadığı şəxsin idarə etdiyi minik avtomobili ilə Şəmkir rayonuna getmişlər. Həmin gün Şəmkir rayonunda yerləşən fəhlələr üçün nəzrədə tutulmuş evlərdə qalmışlar. Səhəri gün isə mobil telefonlardan ikisini Şəmkir rayonunda yerləşən indi xatırlamadığı mobil telefon mağazalarında Tural və başqa adını bilmədiyi şəxslərə hər birini təxminən 80 və ya 110 manat olmaqla, Kənanın şəxsiyət vəsiqəsi ilə satmışlar. Belə ki, o və Həsrət azyaşlı olduqlarından Kənandan vəsiqəsini mağazalara təqdim etiməsini xahiş etdikdə, o da buna əməl etmişdir. Həmin pulları götürərək Bakı şəhərinə getmişlər. Baki şəhərində həmin puldan bir qədərini xərclədikdən sonra isə xx.xx.2023-cü tarixdə oğurladqları mobil telefonlardan ikisini Bakı şəhərində «Velotrek»in ticarət mərkəzinin yanında yerləşən Natiq və Elvin adlı şəxslərin mobil telefon mağazasına 70 və 90 manata satmışlar. Əvvəlcə olduğu kimi həmin mobil telefonları Kənanın şəxsiyyət vəsiqəsi ilə satmışlar. Sonra ararmda narazılıq yaranması səbəbindən pulunu alıb onlardan aralaşmışdır. Daha sonra isə Mingəçevir şəhərinə qayıtmışdır. Yerdə qalan iki mobil telefondan birini Həsrət İbrahimli, digərini isə Kənan özünə götürmüşdür. Sonradan onlar həmin iki ədəd mobil telefonu da Bakı şəhərində satıb pulun xərcləmişlər. Oğurlanmış 6 ədəd mobil telefonlardan ikisi Bakı şəhərində «Velotrek» ticarət mərkəzində Elvin və Natiq adlı şəxslərə onların mağazasında, 2 ədədi isə Şəmkir şəhərində Tural və adını xatırlamadığın şəxsə, 2 ədədini isə Bakı şəhərində Həsrətlə Kənan satdığı üçün istintaqa təqdim edə bilmir. Mobil telefonu satın alan şəxslər onların oğurluq yolu ilə əldə olunmasını bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında tanışları: Şahid1 və Təqsirləndirilən şəxs ilə birlikdə Mingəçevir şəhəri ərazisində gəzən zaman mobil telefonu, eyni zamanda xərclik pulu olmadığı üçün hər hansı bir mobil telefon mağazasından telefon oğurlamaq fikrinə düşmüşdür. Daha sonra həmin fikri tanışları Kənan və Maykla açqladıqda onlar da etiraz etməmişlər. Daha sonra birlikdə oğurluq etmək üçün mobil telefon mağazalarına nəzər yetirməyə başlamışlar. Birlikdə Mingəçevir şəhərində yerləşən bazarın yaxınlığındakı yeraltı keçiddən üzü bir qədər aşağı düşdükdə yolun sağında yerləşən kiçik bir mobil telefon mağazasının qarşısında dayanmışlar. İlkin olaraq mağazanın şüşə qapısının bağlandığı dəmir və taxta parçadan olan kilidi əli ilə dartaraq sındırmaq istəmiş, lakin, tək bacarmadığı üçün Kənan və Maykl da ona köməklik etmişlər. Daha sonra mobil telefon mağazasının şüşə qapısının kilidi sınmışdır. İlkin olaraq özü telefon mağazasına daxil olmuşdur. Ondan sonra isə Maykl telefon mağazasına daxil olmuş, Maykldan sonra isə Kənan telefon mağazasına daxil olmuşdur. Vitrində olan mobil telefonları götürərək cəld şəkildə mağazadan çıxıb cəld şəkildə yaşadığı ünvan 5 ünvanda yerləşən binanın qarşısına qaçmışlar. Bundan sonra Mingəçevir şəhərində tanımadığı şəxsin idarə etdiyi minik avtomobili ilə Şəmkir rayonuna getmişlər. Həmin gün Şəmkir rayonunda yerləşən fəhlələr üçün nəzrədə tutulmuş evlərdə qalmışlar. Səhəri gün isə mobil telefonlardan ikisini Şəmkir rayonunda yerləşən telefon mağazalarına tanışı Kənanın şəxsiyyət vəsiqəsi əsasında hər birini təxminən 110 manat olmaqla, ikisini 220 manat satmışlar. Həmin pulu götürərək Bakı şəhərinə getmişlər. Bakı şəhərində həmin puldan bir qədərini xərclədikdən sonra isə oğurladığı mobil telefonlardan ikisini Bakı şəhərində yerləşən mobil telefon mağazasına 70 və 90 manata satmışlar. Əvvəlcə olduğu kimi həmin mobil telefonları da Kənanın şəxsiyyət vəsiqəsi ilə satmışlar. Yerdə qalan iki mobil telefondan birini o, digərini isə Kənan özünə götürmüşdür. Daha sonra Maykl narazılıq səbəbindən onlardan ayırlmışdır. Daha sonra isə Mingəçevir şəhərinə qayıtmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yerləşən «Velotrek» ticarət mərkəzində «Əli Telekom» adlanan mobil telefon və aksessuarlarmm alqı-satqısı məşğul olub ailəsini dolandırır. Elmin Nuriyevi, Təqsirləndirilən şəxs və qeyri şəxsləri tanımır. Onlarla aralarında hər hansı qohumluq əlaqəsi və ya ədavəti yoxdur. 18 ildir ki, yuxarıda qeyd etdiyi ünvanda yerləşən mağazada mobil telefon və aksessuarlarmı alqı-satıqısı ilə məşğul olur. Satdığı mobil telefon və aksessuarlarmm ayrı-ayrı şəxslərdən və ya topdan satışla məşğul olan şəxslərdən alır. Fərdi şəxslərdən mobil telefon və aksessuarları aldıqda onların şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və onun anket məlumatlarını, aldığı mobil telefon və buna görə verdiyi pulun məbləğini dəftərdə qeyd edir. Həmçinin şəxsiyyət vəsiqəsinin kserosurətini də çıxarıb özündə saxlayır. 06 avqust 2023-cü il tarixdə təxminən saat 10 radələrində mağazada olan zaman özünü Kənan kimi təqdim edən oğlan mağazaya daxil olmuşdur. Onunla salamlaşaraq satlıq 1 ədəd «Redmi Note 7» markalı mobil telefonunu olmasını demişdir. Həmin vaxt Kənandan mobil telefonun kimə məxsus olmasını soruşanda özünə aid olmasını, pul lazım olduğu üçün satmasını bildirmişdir. Ondan mobil telefonu alıb baxmışdır. Sonra şəxsiyyət vəsiqəsini istədikdə öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Ondan mobil telefonun oğurluq olub-olmadığını soruşduqda telefonun oğurluq olmadığını bildirmişdir. Mobil telefonu 90 manata qiymətləndirmişdir. Sonra dəftərində qeydiyyat aparmışdır. Kənan şəxsiyyət vəsiqəsinin arxasında öz imzası ilə mobil telefonun imei kodlarını yazmış, sonra mobil telefonu satması barədə qeyd edərək imza etmişdir. Həmin mobil telefon üçün şəxsən Kənana 90 manat pul ödəmiş, mobil telefonu satın alıb dəftərində qeydiyyat aparmışdır. O, mağazanı tərk etmişdir. Mobil telefonu sonradan 18 avqust 2023-cü il tarixdə 120 manata tanımadığı şəxsə sataraq bunu dəftərində qeyd etmişdir. Ondan sonra öz alveri ilə məşğul olmuşdur. Həmin məsələdən sonra nə polisə nə də ki, digər yerlərə çağıran olmadığından məsələnin təfərrüatları ilə maraqlanmamışdır. İndi də hadisədən tam məlumatlı deyildir. Satın aldığı mobil telefonun oğurluq yolu ilə ələ keçirilməsindən əvvəlcədən məlumatı olmamışdır. Kənan telefonun ailə üzvlərinə aid olmasını, pul lazım olduğundan satmasını demişdir. Mobil telefonu şəxsiyyət vəsiqəsi əsasında satın almışdır. Həmin alqı-satqım qeyd etdiyi dəftəri və arxasında qeyd olan şəxsiyyət vəsiqəsini istintaqa təqdim etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı veridiyi ifadəsini təsdiq etdiyini bildirmişdir, ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yerləşən «Velotrek» ticarət mərkəzində «NN Telekom» adlanan mobil telefon və aksessuarlarmm alqı- satqısı məşğul olub ailəsini dolandırır. X8, Təqsirləndirilən şəxs və qeyri şəxsləri tanımır. Onlarla aralarında hər hansı qohumluq əlaqəsi və ya ədavəti yoxdur. 14 ildir ki, yuxarıda qeyd etdiyi ünvanda yerləşən mağazada mobil telefon və aksessuarlarmm alqı-satıqısı ilə məşğul olur. Satdığı mobil telefon və aksessuarlarmı ayrı-ayrı şəxslərdən və ya topdan satışla məşğul olan şəxslərdən alır. Fərdi şəxslərdən mobil telefon və aksessuarları aldıqda onların şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və onun anket məlumatlarını, aldığı mobil telefon və buna görə verdiyi pulun məbləğini dəftərdə qeyd edir. Həmçinin şəxsiyyət vəsiqəsinin kserosurətini də çıxarıb özündə saxlayır. 06 avqust 2023-cü il tarixdə təxminən saat 11 radələrində mağazada olan zaman özünü Kənan kimi təqdim edən şəxs mağazaya daxil olub salamlaşaraq satlıq 1 ədəd «Redmi Note 7» markalı mobil telefonunu olmasını demişdir. Həmin vaxt bayırda 2 nəfər də cavan uşaqlar gözləmişlər, lakin, onlar içəri girməmişlər. Həmin vaxt Kənandan mobil telefonun kimə məxsus olmasını soruşanda özünə aid olmasını, pul lazım olduğu üçün satmasını bildirdikdə ondan mobil telefonu alıb baxmışdır. Sonra şəxsiyyət vəsiqəsini istədikdə öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Ondan mobil telefonun oğurluq olub-olmadığını soruşduqda telefonun oğurluq olmadığını bildirmişdir. İşlənmiş həmin mobil telefonu 70 manata qiymətləndirib dəftərində qeydiyyat aparmışdır. Kənan şəxsiyyət vəsiqəsinin arxasında öz imzası ilə mobil telefonun imei kodlarını yazmış, sonra mobil telefonu satması barədə qeyd edərək imza etmişdir. Həmin mobil telefon üçün şəxsən Kənana 70 manat pul ödəyib mobil telefonu satın alıb dəftərində qeydiyyat aparmışdır. O, mağazanı tərk etmişdir. Mobil telefonu sonradan 11 avqust 2023-cü il tarixdə 90 manata tanımadığı şəxsə sataraq bunu da dəftərində qeyd etmişdir. Ondan sonra öz alveri ilə məşğul olmuşdur. Həmin məsələdən sonra ona polisə və digər yerlərə çağıran olmadığından məsələnin xırdalıqları ilə maraqlanmamışdır. İndi də hadisədən tam məlumatlı deyildir. Satın aldığı mobil telefonun oğurluq yolu ilə ələ keçirilməsindən əvvəlcədən məlumatı olmamışdır. Kənan telefonun özünə aid olmasını, pul lazım olması səbəbindən satmasını demişdir. Mobil telefonu satın alarkən şəxsiyyət vəsiqəsi əsasında həmin mobil telefonu satın almışdır. Bundan başqa həmin alqı-satqım qeyd etdiyi dəftəri və arxasında qeyd olan şəxsiyyət vəsiqəsini istintaqa təqdim etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı veridiyi ifadəsini təsdiq etdiyini bildirmişdir, ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Şəmkir şəhəri, 20 yanvar prospekti 13 ünvanında yerləşən «L Telekom» adlanan mobil telefon və aksessuarlarmm alqı-satqısı məşğul olub ailəsini dolandırır. X8, Təqsirləndirilən şəxs və qeyri şəxsləri tanımır. Onlarla aralarında hər hansı qohumluq əlaqəsi və ya ədavəti yoxdur. 1 ildir ki, yuxarıda qeyd etdiyi ünvanda yerləşən mağazada mobil telefon və aksessuarlarmm alqı-satıqısı ilə məşğul olur. Satdığı mobil telefon və aksessuarlarmı ayrı-ayrı şəxslərdən və ya topdan satışla məşğul olan şəxslərdən alır. Fərdi şəxslərdən mobil telefon və aksessuarları aldıqda onların şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və onun anket məlumatlarını, aldığı mobil telefon və buna görə verdiyi pulun məbləğini dəftərdə qeyd edir. Həmçinin şəxsiyyət vəsiqəsinin kserosurətini də çıxarıb özündə saxlayır. 05 avqust 2023-cü il tarixdə təxminən saat 10 radələrində mağazada olan zaman özünü Kənan kimi təqdim edən oğlan mağazaya daxil olub salamlaşaraq satlıq 1 ədəd «Redmi 9 A» markalı mobil telefonunu olmasını demişdir. Həmin vaxt Kənandan mobil telefonun kimə məxsus olmasını soruşanda özünə aid olmasını, pul lazım olduğu üçün satmasını dedikdə ondan mobil telefonu alıb baxmışdır. Şəxsiyyət vəsiqəsini istədikdə öz şəxsiyyət vəsiqəsini vermişdir. Ondan mobil telefonun oğurluq olub-olmadığını soruşduqda telefonunu oğurluq olmadığını bildirmişdir. Mobil telefonu 80 manat qiymətləndirib dəftərində qeydiyyat aparmışdır. Bu vaxt Kənan şəxsiyyət vəsiqəsinin arxasında öz imzası ilə mobil telefonun imei kodlarını yazmış, sonra mobil telefonu satması barədə qeyd edərək imza etmişdir. Həmin mobil telefonu üçün şəxsən Kənana 80 manat pul ödəmiş və mobil telefonu satın alıb dəftərində qeydiyyat aparmışdır. O, mağazaya əlavə iki nəfərlə birilkdə gəlsə də, digər 2 nəfər heç nə danışmamışdır. Bütün söhbətləri Kənan özü etmişdir. Pulu alan Kənan mağazanı tərk etmişdir. Mobil telefonu sonradan 18 avqust 2023-cü il tarixdə 130 manata tanımadığı şəxsə sataraq bunu dəftərində qeydiyyat aparmışdır. Ondan sonra öz alveri ilə məşğul olmuş, həmin məsələ ilə bağlı sonradan onu polisə və digər yerlərə çağıran olmadığından maraqlanmamışdır. İndi də hadisədən tam məlumatlı deyildir. Satın aldığı mobil telefonun oğurluq yolu ilə ələ keçirilməsindən əvvəlcədən məlumatı olmamışdır. Kənan mobil telefonun ailə üzvlərinə aid olmasını, pul lazım olduğundan satmasını demişdir. Mobil telefonu şəxsiyyət vəsiqəsi əsasında satın almışdır. Bundan başqa həmin alqı-satqım qeyd etdiyi dəftəri və arxasında qeyd olan şəxsiyyət vəsiqəsini istintaqa təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı 04 avqust 2023-cü il tarixdə sabiq müstəntiq İlkin Kərimli tərəfindən hadisə yerinə baxış keçirilən zaman mobil telefonların oğurlanması ilə törədilən oğurluq hadisəsinin Mingəçevir şəhəri H.Əliyev prospekti 56 ünvanında yerləşən mağazada baş verməsi müəyyən edilmiş və bu barədə sabiq müstəntiq İlkin Kərimli tərəfindən fotoçəkiliş aparılmaqla protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli baxış keçirilmə və götürülmə haqqında protokoldan görünür ki, istintaq zamanı 05 oktyabr 2023-cü il tarixdə Şahid4 könüllü olaraq təqdim etdiyi mobil telefonu və aksessuarlarnın alqı-satqısı zamanı qeydiyyat apardığı dəftərə və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin ksersourətinə baxış keçirilərkən aşağıdakılar müəyyən olunmuşdur ki, təqdim olunan dəftər göy üzlüklüdür. Dəftərin üzərində “Assis” sözləri yazılmışdır. Təqdim olunmuş dəftər 60 vərəqədən ibrarətdir. Dəftərin vərəqələrində mobil telefonu və aksesuarlarının alış və satışı ilə bağlı müxtəlif qeydlər aparılmışdır. Dəftərdə Təqsirləndirilən şəxs mobil telefon alınması və satılması barədə hər hansı qeydə rast gəlinməmişdir. Təqsirləndirilən şəxs aid AA 43991413 seriya nömrəli vəsiqənin kserosurətində isə «Redmi Not 7, imeyi **********20211, **********20219, telefonunu satdım, imza, 010085, 051-431,13-67 əlaqə nömrəsi və xx.xx.2023» qeydləri olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şəxsyiyyət vəsqəsi iş üçün əhəmiyət kəsb etdiyindən tərəfimdən kserosurəti çıxarılaraq götürülmüşdür. Bu barədə tərəfimdən fotoşəkillər çəkilməklə protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli baxış keçirilmə və götürülmə haqqında protokoldan görünür ki, İstintaq zamanı 10 oktyabr 2023-cü il tarixdə Şahid2 könüllü olaraq təqdim etdiyi mobil telefonu və aksessuarlarının alqı-satqısı zamanı qeydiyyat apardığı dəftərə və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin ksersourətinə baxış keçirilərkən aşağıdakılar müəyyən olunmuşdur ki, təqdim olunan dəftər qırmızı üzlüklükdür. Dəftərin üzərində “Manuscript Book” sözləri yazılmışdır. Təqdim olunmuş dəftər 79 vərəqədən ibarətdir. Dəftərin vərəqələrində mobil telefonu və aksesuarlarının alış və satışı ilə bağlı müxtəlif qeydlər aparılmışdır. Dəftərdə Təqsirləndirilən şəxs mobil telefon satın alınması barədə hər hansı qeydə rast gəlinməmişdir. Həmin dəftərin 26-cı vərəqinin axa hissəsində «Ya Alla, xx.xx.2023, İphone 11, **********561134, **********20511, 700 m, Kiril, 12, 7 m, şüşə 12, 4,3, uəb, 12, 5 m, Note 7 redm, **********91231, 90/4m, kabro 12 cəm 719 m» qeydlərinə rast gəlindi. Təqsirləndirilən şəxs aid AA 43991413 seriya nömrəli vəsiqənin kserosurətində isə «Redmi Not 7, imeil **********91231, imza, 051-431,13-67 əlaqə nömrəsi və xx.xx.2023» qeydləri olması müəyyən edilmişdir. Həmin səhifə və Təqsirləndirilən şəxs şəxsiyyət vəsqəsi iş üçün əhəmiyət kəsb etdiyindən tərəfimdən kserosurətləri çıxarılaraq götürülmüşdür. Bu barədə tərəfimdən fotoşəkillər çəkilməklə protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli baxış keçirilmə və götürülmə haqqında protokoldan görünür ki, İstintaq zamanı 14 oktyabr 2023-cü il tarixdə Şahid3 könüllü olaraq təqdim etdiyi mobil telefonu və aksessuarlarının alqı-satqısı zamanı qeydiyyat apardığı dəftərə və baxış keçirilərkən aşağıdakılar müəyyən olunmuşdur ki, təqdim olunan dəftər qırmızı üzlüklükdür. Dəftərin üzərində “Assis” sözləri yazılmışdır. Təqdim olunmuş dəftər 100 vərəqədən ibarətdir. Dəftərin vərəqələrində mobil telefonu və aksessuarlarmm alış və satışı ilə bağlı müxtəlif qeydlər aparılmışdır. Dəftərin 59-cu vərəqinin arxa hissəsində latın qrafikalı azərbaycan əlibası ilə «Alış sözü, 27 adda mobil telefonun satın alınması haqqında qeydlər, 10-cu sırada isə Redmi 9, 32 y, 80 m, **********18417» 60-cı səhifədə isə «Satış, 27 adda mobil telefonun satılması, 1-ci sırada isə Redmi 9, 32 y, 130 m, xx.xx.2023» sözləri yazılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs AA 43991413 seriya nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətində «xx.xx.2023, imei, **********18417, imza, 051-431,13- 67 əlaqə nömrəsi» qeydləri olması müəyyən edilmişdir. Həmin səhifələr və şəxsiyyət vəsiqəsinin kserosurəti iş üçün əhəmiyət kəsb etdiyindən tərəfimdən götürülmüşdür. Bu barədə tərəfimdən fotoşəkillər çəkilməklə protokol tərtib edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 9/7056 №-li rəyindən görürür ki, Resupbikada yerləşən ticarət mərkəzlərində, yerli internet saytlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarlarm olmması nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə, yəni 2023-cü ilin avqust ayına olar orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminənən 420 (dörd yüz iyirmi) manat müəyyən olunur. O Cümlədən: 1 ədəd 2020-ci ildə istehsal olunmuş “Redmi Note 7” markalı mobil telefon – 120 manat, 1 ədəd 2020-ci ildə istehsal olunmuş “Redmi 9A” markalı mobil telefon 80 manat, 1 ədəd 2021-ci ildə istehsal olunmuş “Redmi 9-T” markalı mobil telefon 140 manat, 1 ədəd 2020-ci ildə istehsal olunmuş “Redmi 7” markalı mobil telefon – 80 manat olmaqla, cəmi 420 manat məbləğində dəyərləndirilmişdir. Ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarlarm olmması nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə, yəni 2023-cü ilin avqust ayına olar orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminənən 420 (dörd yüz iyirmi) manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. Yevlax rayonu İcra Hakiyyətinin Aşağı Bucaq İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs, həqiqətən, Yevlax rayonu, Gülövşə kəndində yaşayır. Yevlax rayonu İcra Hakiyyətinin Aşağı Bucaq İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı müddətdə heç bir şikayət daxil olmamışdır. Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Disponser tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Hacızadə X2 şəhər Rayonlararası Psixo- Nevroloji Disponserdə qeydiyyatda durmur. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Hacızadə X2 şəhər Rayonlararası Narkoloji Disponserdə qeydiyyatda durmur. İş üzrə zərərçəkmiş şəxs olan X9 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim etmişdir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanımışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Onlar barışmışlar. Şübhəli şəxsin tutulması haqqında 13 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:25-də şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə 15 avqust 2023-cü il tarixli qərardan və eyni tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, onun məhkumluğu olmamışdır. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Məsur oğlunun barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan və axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Yevlax rayonu, Gülövşə kəndində yaşayan Təqsirləndirilən şəxs Məsur oğlu xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər ərazisində saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsi CM-nin 59.1.13cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışması CM-nin 59.1.12-ci maddəsinə əsasən, səmimi peşmançılığı və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məkhəmə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə ilk dəfə cinayət əməlini törətməsi, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 13 avqust 2023-cü il tarixdən 15 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət, həmçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə olduğu müddət cəzaya hesablanmalı (CM-69.3), azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə cəza çəkdiyi bütün dövr ərzində üzərinə Yevlax rayonunun hüdudlarını tərk etməmək, Yevlax rayonunda yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Yevlax Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinə ödənilməlidir. (CPM-198) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 avqust 2023-cü il tarixdən 15 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) ay 4 (dörd) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Yevlax rayonunun hüdudlarını tərk etməmək, Yevlax rayonunda yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinə ödənilsin. (CPM-198) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-7/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-7/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver