Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-70/2020 05.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X1 iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.2002-ci ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Mingəçevir şəhəri Y.Muradov küçəsi ev 39 mənzil 25-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs oğurluq etmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 01 radələrində ünvan 1 №li ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus un məmulatlarının satıldığı mağazanın ön hissəsində yerləşən qapısına yaxınlaşıb əvvəlcədən özündə olan dəmir linglə mağazanın giriş qapısına qurlaşdırılmış dəmir barmaqlığın üzərindəki qıfılı sındırıb qapını açdıqdan sonra həmin yerdən mağazaya qanunsuz daxil olub mağazada pul saxlanılan qutudan 1050 (bir min əlli) manat məbləğdə pulu özgənin, yəni Zərərçəkmiş şəxs2 məxsus cəmi 1050 (min əlli) manat məbləğdə əmlakını gizli talayıb oğurlamışdır. Bundan başqa o, talama məqsədi olmadan xx.xx.2020-cu il tarixdə saat 01 radələrində X3 məxsus “VAZ 21060” markalı, B667BO05 dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq Elgün Əfəndiyevin icazəsi olmadan, Mingəçevir şəhəri,Koroğlu küçəsi 15C saylı evin qarşısından qaçıraraq həmin avtomobili ələ keçirmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, X4 təxminən 3 ildir ki, tanıyır və münasibətləri yaxşı idi. Elgün özünə məxsus “VAZ 2106” markalı avtomobil ilə Mingəçevir şəhəri Kür çayı sahilində sahil parkının yanında taksi kimi fəaliyyət göstərirdi. O, əvvəllər avtomobilə benzin vurub Elgün yanında oturmaq şərti ilə şəhərin ərazisində həvəs üçün Elgünün avtomobilini idarə edirdi. Onun sürücülük vəsiqəsi yoxdur. xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhəri sağ sahil qəsəbəsində yerləşən “Zəmzəm” adlı çay evində dostları Abbas, Heydər, Rəvan, İbrahim və Əli ilə oturub çay içərkən xx xxxxxx 2020-c il tarixdə dostları Rəvanın ad gününü necə qeyd edəcəkləri barədə danışarkən o, ad günündə şəhərdə gəzmək üçün avtomobil gətirəcəyini bildirdi. Rəvan və digər dostları da buna razılıq verdilər. O, Abbasa onunla birgə gedib dostu Elgünün avtomobilini yaşadığı Mingəçevir şəhəri Koroğlu küçəsindən götürməyi dedi. Abbas ona nə səbəbə avtomobili gündüz saatlarında götürmədiyini soruşduqda o, Abbasa Elgünün ailəvi gediş-gəlişi olan qonşularında yaşayan kişinin Elgünə avtomobili başqa şəxsə verməməyi tapşırdığını dedi. O, çayxanadan çıxan zaman Heydərə də onlarla getməyi dedi. Heydər isə heç nə demədən onlarla birgə getdi. Onlar avtomobilin yanında çatdıqda avtomobilin qapısının həmişə açıq olduğunu bildiyindən avtomobilin qapısını açdı və Abbasın avtomobil ustası olduğundan ona avtomobili işə salmasını xahiş etdi. Abbas ona avtomobilin açarının harada olduğunu soruşduqda o, yenidən Abbasa, Elgünün ailəvi gediş-gəlişləri olan qonşuları bilməsin deyə açarı Elgündən götürə bilmədiyini dedi. Daha sonra xx.xx.2020-ci il tarixdə gecə saat 02 radələrində o, Abbas və Heydər Elgünə məxsus avtomobili Elgüngilin evlərinin qarşısından itələyib bir qədər uzaqlaşdırdıqdan sonra Abbas avtomobilin kilidini açıb açar olmadan kiliddə yerləşən fibra vasitəsi ilə işə saldı. Abbas avtomobili işə saldıqdan sonra onlar avtomobilə əyləşdilər və əvvəlcədən əyləşdikləri Mingəçevir şəhəri sağ sahildə yerləşən “Zəmzəm” çay evinin yanına gəldilər. Rəvan, Asiman, Röyal və Vaqif onların yanına gəlib avtombilə əyləşdilər. Onlar avtomobil ilə Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən benzindoldurma məntəqəsinə getdilər və Röyal 2 manat verib benzin doldurdu. Daha sonra onlar şəhər istiqamətində hərəkət edərkən Abbası atası axtarar deyə Mingəçevir şəhəri sağ sahil qəsəbəsində düşürdülər. Onlar avtomobil ilə şəhərdə bir müddət gəzdikdən sonra yenidən sağ sahil qəsəbəsinə geri qayıtdılar. O, Rəvan, Röyal, Heydər, Asiman və Vaqifi yaşadıqları Mingəçevir şəhəri sağ sahil qəsəbəsində binalarının yanında düşürtdü. Daha sonra o, avtomobili Mingəçevir şəhəri sağ sahil qəsəbəsində arxa küçələrin birində saxladı. Avtomobilin nömrəsinin tanınmaması üçün açıb avtomobilin yük yerinə qoydu. Sonra özü yaşadığı evə getdi. xx.xx.2020-ci səhər saatlarında o, “Zəmzəm” çayxanasında olarkən qaçırtdığı, Elgünə məxsus “VAZ 2106” markalı avtomobilin polis əməkdaşları tərəfindən evukator vasitəsi ilə aparıldığını gördü. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə saat 01 radələrində yaşadığı evin yaxınlığında gəzərkən Təbriz küçəsində yerləşən un məmulatları satılan mağazanın yanından keçirdi. Həmin vaxt ətrafda heç kim olmadığını görüb mağazadan oğurluq etmək fikrinə düşdü. Mağazaya yaxınlaşıb qapısına baxdıqda qapıda qıfıl olduğunu gördü və buna görə də ətrafda gəzərək həmin qıfılı sındırmaq üçün alət axtardı.Yerdən dəmir parçası tapdıqdan sonra mağazanın qapısına yaxınlaşıb həmin dəmir parçası ilə mağazanın giriş qapısının üzərində olan qıfılı sındırdı. Mağazanın qıfılını sındırmamışdan əvvəl divarda olan işıq sayğacına yaxınlaşıb mağazanın işığını söndürdü. Mağazaya daxil olduqdan sonra girişdən sağ tərəfdə masa olduğunu görüb həmin masaya yaxınlaşıb masanın rəflərini açıb baxdıqda rəfdəki pulları götürüb bayıra çıxdı. Bayıra çıxdıqdan sonra pulları saydı və ona məlum oldu ki, rəfdən iki yüz manat məbləğdə pul oğurlayıbdı. Həmin pulun bir hissəsini, yəni 102 manat məbləğini şəxsi istifadəsi üçün xərclədi, 98 manat pul isə özündə qaldı. Sonradan polis əməkdaşları ona yaxınlaşıb oğurluq törətməkdə şübhəli olduğunu bildirərək Polis Şöbəsinə dəvət etdilər.O, da Polis Şöbəsində törətdiyi əməli etiraf etdi. Oğurladığı puldan qalan 98 manat məbləğdə pulu isə polis əməkdaşlarına təqdim etdi. Əməlindən peşimandır. Zərərçəkmiş qəxslər X5 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, onlar iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmişlər, lakin sonra məhkəməyə gəlməmişlər. İş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdi ki, o, özünə məxsus “VAZ 2106” markalı B667B005 rus dövlət qeydiyyat nömrəli avtomobil ilə Mingəçevir şəhərində taksi fəaliyyəti ilə məşğul olurdu. xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində o, özünə məxsus avtomobil ilə yaşadığı evə gəldi. Avtomobili evin qarşısında saxlayıb evə daxil oldu. Onun avtomobilinin qapılarının kilidi xarab olduğu üçün qapılar bağlanmırdı. xx.xx.2020-ci il tarixdə səhər yuxudan oyanıb həyətə düşən zaman avtomobili yerində görmədi. Avtomobilin qaçırıldığını başa düşüb dərhal DİN-nin 102 xidmətinə məlumat verdi. Bir neçə dəqiqə sonra polis əməkdaşları onun yaşadığı evin qarşısına gəldilər. Daha sonra o, Mingəçevir ŞPŞ-nə ərizə ilə müraciət etdi. O, şikayət ərizəsində ona məxsus avtomobildən 120 manat pul və qızılzinət əşyasının oğurlandığını bildirdi. Lakin o, sonra evə baxan zaman 120 manat pul və qızıl-zinət əşyasının yaşadığı evdə dolabda olduğunu gördü. Həmin günü, yəni xx.xx.2020-ci il tarixdə saat 11 radələrndə Mingəçevir Polis şöbəsinin əməkdaşları ona zəng vurub avtomobilin Mingəçevir şəhəri sağ sahil qəsəbəsində tapıldığını bildirdilər. O, avtomobili tanışı olan Təqsirləndirilən şəxs tərəfindən qaçırıldığını öyrəndi. O, Anarı tanıyırdı, münasibətləri həmişə yaxşı olub. Avtomobili Anar aparmasını bilməmişdi. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. İcraata xitam verilməsini xahiş edir. İş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən ona məxsus mağaza var. Həmin mağazada un satmaqla məşğul olur. xx.xx.2020-ci il tarixdə səhər saat 09 radələrində mağazanı açamağa getdi. Gördü ki, mağazanın qapısının qıfılları sındırılmış vəziyyətdədir. Ona məlum oldu ki, naməlum şəxs və ya şəxslər mağazaya daxil olub oğurluq ediblər. Mağazanın içərisinə daxil olub pul saxladığı qutuya baxdıqda gördü ki, orada iki gün ərzində satılmış mallardan yığılmış 1050 manat məbləğdə pul oğurlanıbdı. Həmçinin mağazanın içərisində quraşdırdığı video müşahidə kamerası da sındırılmış vəziyyətdə idi. O, ərizə ilə polis şöbəsinə müraciət etdi. Müəyyən olundu ki, onun mağazasından oğurluq edən Təqsirləndirilən şəxsdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onunla eyni ərazidə yaşadığı üçün tanıyırdı və münasibətləri normal idi. 2019-cu ilin oktyabr-noyabr ayında Anar rus qeydiyyat nömrəli “VAZ 2106” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olurdu. Anar həmin vaxtlar həmin avtomobili Elgün adlı şəxsdən ucuz qiymətə alacağını deyirdi. Lakin sonra Anarı həmin avtomobili idarə edən görməmişdir.Təxminən 2020-ci ilin fevral ayının 16-dan Anar “Zəmzəm” adlı çayxanada ofisant kimi işləməyə başlamışdır.18 fevral axşam saatlarında o, Rəvan Asiman və Vaqif çayxananı bağlayıb çıxan zaman uşaqlar ona Anarın gəzmək üçün avtomobil ilə gələcəyini dedi. Təxminən bir neçə dəqiqə sonra Anar əvvəllər də sürdüyü, Elgünə məxsus “VAZ 2106” markalı avtomobil ilə gəlib yanlarında dayandı. O, Rəvan, Asiman və Vaqif həmin avtomobilə əyləşdilər. Abbas və Heydər də avtomaşında idilər. Onlar Mingəçevir şəhəri Naxçıvan küçəsində benzin doldurmaya gedib benzin vurdular. Benzindoldurmadan geri qayıdan zaman Abbas avtomobildən düşüb evə getməli olduğunu dedi. O, Anar, Asiman, Rəvan, Heydər və Vaqif şəhər ərazisində avtomobil ilə bir neçə saat gəzdikdən sonra Anar onların hər birini yaşadıqları binanın yanında düşürtdü. Onlar evə getdilər. Səhəri gün o, “Zəmzəm” çayxanasına gələn zaman orada Anarın avtomobli qaçırtıdığını eşitdi. O, Anara yaxınlaşıb Elgünün avtomobilini qaçırdıb-qaçırtmadığını soruşduqda Anar ona and içərək avtomobili Elgündən icazə ilə götürdüyünü bildirdi. Şahid X6 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onunla eyni ərazidə yaşadığı üçün tanıyırdı və münasibətləri normaldı. 2019-cu ilin oktyabrnoyabr ayında X11 məxsus rus qeydiyyat nömrəli “VAZ 2106” markalı avtomobil ilə dəfələrlə bir yerdə görmüşdür.Lakin sonra Anarı həmin avtomobili idarə edən görməmişdir. 2020-ci ilin fevral ayının 16-dan Anar “Zəmzəm” adlı çayxanada işləməyə başlamışdır. 18 fevral axşam saatlarında o, Rəvan, Royal və Vaqif çayxananı bağlayıb çıxan zaman uşaqlar ona Anarın gəzmək üçün avtomobil ilə gələcəyini dedilər. Təxminən bir neçə dəqiqə sonra Anar əvvəllər də sürdüyü Elgünə məxsus “VAZ 2106” markalı avtomobil ilə gəlib onların yanlarında dayandı. O, Rəvan, Vaqif Royal həmin avtomobilə əyləşdirilər. Abbas və Heydər də avtomobildə idilər. Onlar Mingəçevir şəhəri Naxçıvan küçəsində benzin doldurmaya gedib benzin vurdular.Benzindoldurmadan geri qayıdan zaman Abbas avtomobildən düşüb evə getməli olduğunu dedi. Daha sonra o , Anar, Vaqif , Rəvan, Heydər və Royal şəhər ərazisində avtomobil ilə bir neçə saat gəzdikdən sonra Anar onların hər birini yaşadıqları binanın yanında düşürdü və onlar evə getdilər. Şahid6 Əlövsət oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onunla eyni ərazidə yaşadığı üçün tanıyır, lakin yaxın münasibətləri olmamışdır. 2019-cu ilin oktyabr-noyabr aylarında Anar rus qeydiyyat nömrəli “VAZ 2106” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olurdu. Anar həmin vaxtlar avtomobili Elgün adlı şəxslə ortaq sürdüklərini, avtomobili ucuz qiymətə alacağını deyirdi. Lakin sonra Anarı həmin avtomobili idarə edən görməmişdi. Təxminən 2020-ci ilin fevral ayının 16-da Anar onun yeznəsi Ağamirin işlətdiyi “Zəmzəm” adlı çayxanada işləməyə başladı. 18 fevral günorta saatlarında “Zəmzəm” çay evində olan zaman o, Rəvan, Asiman, Röyal, Heydər, Anar çayxanada oturub söhbət edərkən Anar xx xxxxxx 2020-ci il tarixdə Rəvanın ad günündə dostunun qardaşının avtmobilini gətirəcəyini və ad günündə həmin avtomobil ilə bir yerdə gəzəcəklərini dedi. Orada olan hər kəs də razılaşdı. Anar ona avtomobil işə düşmədiyi üçün onunla birgə getməyi və avtomobili işə salmağa kömək etməyini xahiş etdi. O, əvvəllər elektirk ustaları yanında köməkçi işlədiyi üçün onun avtomobil işə sala bildiyini Anar bilirdi. Bu səbədən Anar ona getməyi təklif etdi. Saat 24 radələrində o, Anarla birgə çayxanadan çıxdı. Heydər də onlarla birgə getdi. O, Anar və Heydər avtomobili işə salmaq üçün gedən zaman o, avtomobilin oğurluq olub-olmadığını soruşduqda Anar ona narahat olmamağı və avtomobilin Elgünə məxus olduğunu dedi. O, Heydər və Anar Elgünün yaşadığı evin qarşısına gəldilər. Anara Elgündən gedib açarı götürməyi dedikdə Anar ona günorta Elgünlə danışdığını, Elgünün gün ərzində taksilik elədiyini və ona axşam saatlarında avtomobili evin qarşısında saxlayan zaman gəlib necə istəyirsə elə də aparmağını bildirdi. O, yenə də Anara avtomobilin açarını Elgündən almağı desə də Anar ona Elgünün qonşuluğunda yaşayan Arif adlı şəxsin Elgünə başqa şəxsə avtomobil verməyi qadağan etdiyini bildirdi. Anar avtomobilin qapısını açdı. Avtomobilin qapıları açıq vəziyyətdə idi. Daha sonra o, avtomobili işə salmaq üçün kilidi söküb orada olan fibranı çıxartdı. Anar ona avtomobili işə salmamağı, Arif adlı şəxsin avtomobilin səsini eşidib gəlib Elgünə dalaşacağını bildirdi. Bundan sonra o, Heydər və Anar avtomobili itələyərək Elgünə məxsus evin qarşısından gətirib bir qədər aralıda işə saldı. Bundan sonra o, avtomobilin sükanına əyləşdi. “Zəmzəm” çay evinin yanında Röyal, Rəvan, Asiman, Vaqif avtomobilə əyləşdilər. Qabaq oturacaqda Royal, arxada isə Rəvan, Anar, Vaqif, Heydər və Asiman əyləşdilər. Bundan sonra o, avtomobili Naxçıvan küçəsində yerləşən benzindodurmaya sürdü. Onlar 2 manatlıq benzin vurub geri qayıtdılar. O, avtomobili Təbriz küçəsində saxlayıb evə getdi. O, sükan arxasından düşəndən sonra Anar özü sükan arxasına keçdi və onlar şəhərə gəzmək üçün getdilər. Daha sonra baş verənlərdən xəbəri olmadı. Məhkəmə iclasında şahidlər Şahid4 və Şahid5 Atəş oğlu da şahidlər Şahid1, X6 və Şahid6 Əlövsət oğlunun ifadəsinə uyğun ifadə verdilər. Təqsirləndirilən şəxs əməli digər şahid- Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğurluq etmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 01 radələrində ünvan 1 №li ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus un məmulatlarının satıldığı mağazanın ön hissəsində yerləşən qapısına yaxınlaşıb əvvəlcədən özündə olan dəmir linglə mağazanın giriş qapısına qurlaşdırılmış dəmir barmaqlığın üzərindəki qıfılı sındırıb qapını açdıqdan sonra həmin yerdən mağazaya qanunsuz olaraq daxil olub mağazada pul saxlanılan qutudan 1050 (min əlli) manat məbləğdə pulu özgənin, yəni Zərərçəkmiş şəxs2 məxsus əmlakını gizli talayıb oğurlamışdır. Bundan başqa o, talama məqsədi olmadan xx.xx.2020-cu il tarixdə saat 01 radələrində X3 məxsus “VAZ 21060” markalı, B667BO05 dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq Elgün Əfəndiyevin icazəsi olmadan, Mingəçevir şəhəri,Koroğlu küçəsi 15C saylı evin qarşısından qaçıraraq həmin avtomobili ələ keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü və 185.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməlləri törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası Cinayyət Məcəlləsinin 73-1-ci maddəsinin qeydində göstərilir ki, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur, icraata xitam verilməsini xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs E.Əfəndiyevlə barışdığına görə onun barəsində Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli və cinayət məsuliyyətindən azad olunmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 240-ci vərəqində olan DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 242-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlini etiraf edib peşiman olması, dəymiş ziyanı ödəməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, yaşayış yerində müsbət xarakterizə olunması, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, törədilmiş cinayətin az ağır cinayət olmasını, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşin 55-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 77-ci vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən dərhal azad olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxxxx 2020-ci ildən xx xxxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43,344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1(bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək-2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş 1(bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 5 (beş) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxsa barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-70/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-70/2020
05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver