Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-70/2022 10.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhər Q.Əşrəfbəy küçəsi ev 10, mənzil 23-də qeydiyyatda olmaqla, Yevlax rayonu Malbinəsi kəndində yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarlarıözündəəks etdirən 1-ci siyahının 5-ci bəndinəəsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,282 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini idarə etdiyi Mercedes Benz markalı ** UC *** dövlət qeyiyyat nişanlı avtomobilin arxa yük yerində gizlədib, saxlayaraq daşımış və 03 yanvar 2022-ci il tarixdə saat 15:50 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən Mingəçevir şəhəri M.Ə.Sabir küçəsində yerləşən 9 nömrəli orta məktəbin yaxınlığında saxlanılıb avtomobili ilə birlikdə Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 16:30 radələrində həmin nəqliyyat vasitəsinə keçirilən baxış və götürmə zamanı avtomobilin arxa yük yerində olan mavi rəngli sellofan bükümün içərisindən təmiz çəkisi 0,282 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.. Təqsirləndirilən şəxsməhkəmə iclasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdirki, o, uzun müddətdir narkotik vasitə heroin istifadə edir, özü taksi fəaliyyəti məşğul olur. Belə ki, özünə məxsus olan “Mercedes” markalı, **- UC-*** d.q.n-lı avtomobili ilə Yevlax-Bakışəhərləri arasında sərnişin daşımaqla məşğuldur. 30.12.2021-ci il tarixdə Bakışəhərində olarkən narkotik vasitənin qəbulu vaxtıçatdığıüçün bədənində ağrıları başlamış və həmin ağrıları sakitləşdirməsi üçün narkotik vasitəəldə etmək qərarına gəlmişdir. Bunun üçün dəşəhərin “Papanin” deyilən ərazisində, tanımadığı bir nəfərə yaxınlaşmış, ona narkotik qəbul etməli olduğunu deyərək narkotik vasitə tapmasını xahiş etmişdir. Həmin şəxs isə ilk olaraq razı olmamış və onun yanından aralaşıb getmişdir. O, isə orada dayanmışdır. Həmin şəxs təxminən 10 dəqiqə sonra yenidən yaxınlaşaraq və onun halına yandığını deyərək, köməklik edəcəyini bildirmiş, ondan 15 manat pul almış və mobil nömrəsini alaraq gedib başqa adamdan narkotik vasitə alacağını deyərək oradan çıxıb getmişdir. Təxminən 20 dəqiqə sonra həmin şəxs ona zəng edərək və telefonda bayaq görüşdükləri yerə yaxınlaşıb orada qaz paylayıcının dəmir yeşiyi olmasını onun altında bir siqaret qutusunda narkotik vasitə qoyulmasını, gedib götürməsini bildirmişdir. O, da həmin şəxsin dediyi kimi qaz paylayıcının yaxınlığına gedərək və həqiqətən də dəmir yeşiyin altında “Argo” siqaret qutusu olduğunu görüb, açıb içərisinə baxdıqda isə orada bir ədəd mavi rəngli sellofan büküm olduğunu aşkar etmişdir. Həmin bükümü cibimə qoyub, oradan uzaqlaşmışdır. avtomobili ilə Bakışəhərində 20 Yanvarda, köhnə avtovağzal deyilən əraziyə gələrək, orada heç kimin olmadğı yerdə həmin bükümün içərisindən bir qədər narkotik vasitə olan heroindən istifadə etmişdir. Qalan hissəsini isə gələcəkdə istifadə etmək üçün avtomobilinin yük yerinə qoymuşdur. 03.01.2022-ci il tarixdə, saat 15 radələrindəöz avtomobili ilə Mingəçevir şəhərindən müştərini Bakışəhərinə aparmaq üçün Mingəçevir şəhərinə gəlmiş və saat 15:50 radələrindəşəhərin 9 saylı orta məktəbinin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşmış və narkotik vasitələrin qanunsuz dövriyyəsindəşübhəli olduğunu bildirərək, polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onun və vəkilinin iştirakı iləüzərinəşəxsi axtarış keçirilmiş vəşəxsi axtarış zamanıüzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar olunmasa da, sorğu zamanı avtomobilində narkotik vasitə olmasını bildirmiş və bundan sonra isə avtomobilinə baxış keçirilmiş və baxış zamanı avtomobilinin arxa yük yerindən həmin kütlə, 3 ədəd şprist və narkotik vasitəni qəbul edərkən şüşə qabın içərisində qalan narkotik vasitənin suyunu özünəçəkməsi üçün istifadə etdiyi pambıq bükümlər aşkar olunaraq, götürülmüşdür. Bundan sonra həmin narkotik vasitə olan heroin elektron tərəzidəçəkildi, çəkisi 0,50 qram, pambıqların isəümumi çəkisi 1,19 qram olmuşdur. Avtomobilin arxa yük yerindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin özünə məxsus olmuş, və həmin narkotik vasitəni Bakışəhərində, “Papanin” deyilən ərazidə tanımadığı adamın vasitəsi ilə almışdır. Həmin şəxsi tanımır. təxminən 45 yaşında, orta boylu, arıq bədən quruluşlu, qara rəngli gödəkçədə olmuş, həmin vaxt vəziyyəti yaxşı olmadığından həmin şəxsin görüşünü dəqiq yadında qalmamışdır. Həmin şəxs ona gizlin nömrədən zəng etmişdir. Avtomobilindən aşkar edilmiş həmin narkotik vasitədən kmsəyə verməmiş, satmamışdır. DahasonratəqsirləndirilənşəxsTəqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmə dən ona cəza təyin edilərkən səmimi peşmanlığını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsind əgöstərmişdir ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin başəməliyyat müvəkkili vəzifəsində, polis mayoru xüsusi rütbəsində xidmət edir. 03 yanvar 2022-ci il tarixdə məxfi əməkdaşdan Yevlax rayon Malbinəsi kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılmasıüçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində 03.01.2022-ci il tarixdə saat 15 radələrindəMingəçevirŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 və həmin bölmənin əməliyyat müvəkkili Şahid3 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri M.Ə.Sabir küçəsində yerləşən 9 nömrəli orta məktəbin yaxınlığında küçədə idarə etdiyi Mercedes Benz markalı ** UC *** nömrə nişanlı avtomobili ilə birlikdə tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı barədə barəsində polis şöbəsində məlumat olduğunu və narkotik vasitələrin qanunsuz dövriyyəsindəşübhəli olması izah olunaraq polis şöbəsinə dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs MingəçevirŞPŞnəgətirilmişdir. Polisşöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün növbədə olan vəkil X3 dəvətolunmuş və dövlət hesabına müdafiəçisi təyin olunmuşdur. Daha sonra polis şöbəsinin inzibati binasında növbətçi hissənin qarşısında vəkil Ramil Xanlarovun da iştirakıilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmək eçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunub ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmək eçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Polis şöbəsinin inzibati binasında Növbətçi Hissənin qarşısında şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunub ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin də iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, həmin zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən qanunla daşınması saxlanılması qadağan olunmuş hər hansı əşya predmet aşkar olunmamışdır. Daha sonra sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində narkotik vasitə heroin saxlamasını bildirmiş, bundan sonra Mingəçevir ŞPŞ-nin həyətində Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ramil Xanlarovun və digər iştirakçıların da iştirakı ilə nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa yük yerində sellofan bükümün içərisindən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bakışəhər ərazisində tanımadığışəxsdən satın almasını bildirərək özü istifadə etmək məqsədilə idarə etdiyi avtomobildə saxladığını bildirmişdir. Daha sonra həmin bükümün içərisində olan narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidəçəkilib və ekspertizaya təqdim olunmasıüçün boş zərfdə qablaşdırılaraq götürülmüş, həmin zərfi Təqsirləndirilən şəxs və müdafiəçisi Ramil Xanlarov da imzalamışlar. Daha sonra baxış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş Təqsirləndirilən şəxs, onun müdafiəçisi Ramil Xanlarov və digər iştirakçılarla birlikdə o, da protokolun doğruluğunu imzayaraq təsdiq etmişdir. Təqsirləndirilən şəxsəvvəllərtanımamış, onunlaaralarında hərhansıədavətləri vədüşmənçilikləri olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində eyni məzmun ilə təsdiq etmişdir. Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində çalışan Şahid3 məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilən xüsusastları təsdiq etmişlər. Cinayət işi materiallarına əlavə olunmuş 04.01.2022-ci-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən göy rəngli sellofan bükümün içərisində narkotik vasitə heroin və pambıq topaları aşkar olunaraq götürülməsi, Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmışdır. İş materialarında olan 03.01.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 04 yanvar 2022-ciiltarixli 17/10 №-li rəyinəəsasən tədqiqata təqdim olunmuş üzərinə“Vət. Təqsirləndirilən şəxs məxsus avtomobilin arxa yük yerindən aşkar edilmiş narkotik ...” sözləri yazılmış zərfin içərisində ki, 01 (bir) ədəd mavi rəngli sellofan bükümdə, təmiz çəkisi 0,282 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 (bir) ədəd gümüşü ağ rəngli kağıza bükülmüş 08 (səkkiz) ədəd kiçik pambıq parçalarından aşkar edilmiş cüzi miqdarda maddə hissəcikləri – heroin hissəcikləridir. İş materialarında olan 05 yanvar 2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə narkoloji ekspertizasının 11.03.2022-ci il tarixli 315 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materialarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. İş materialarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 06.01.2022-ci il tarixli tələbnamədən də görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməkləbir-birinitamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayətedir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdirki, Təqsirləndirilən şəxs 28 iyun 2005ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarlarıözündəəks etdirən 1-ci siyahının 5-ci bəndinəəsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,282 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini idarə etdiyi Mercedes Benz markalı ** UC *** dövlət qeyiyyat nişanlı avtomobilin arxa yük yerində gizlədib, saxlayaraq daşımış və 03 yanvar 2022-ci il tarixdə saat 15:50 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən Mingəçevir şəhəri M.Ə.Sabir küçəsində yerləşən 9 nömrəli orta məktəbin yaxınlığında saxlanılıb avtomobili ilə birlikdə Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 16:30 radələrində həmin nəqliyyat vasitəsinə keçirilən baxış və götürmə zamanı avtomobilin arxa yük yerində olan mavi rəngli sellofan bükümün içərisindən təmiz çəkisi 0,282 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 2 az yaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən, əməlini etiraf etməsini və səmimi peşmanlıq hissi keçirməsini CM-in 59.2-cimaddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 05.08.2018-ci il təvəllüdlü X4 və 24.01.2010-cu il təvəllüdlü X5 adlı iki nəfər az yaşlı uşaqları vardır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, şəxsiyyətini belə ki, əvvəllər məhkum olunmasını, narkotik maddələrdən davamlı olaraq istifadə etməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinin əzərəa laraq hesa bedir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Bundan başqa məhkəmə hesab edirki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 yanvar 2022-ci il tarixdən 05 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etməcəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, iş materialında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03.01.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materialında olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 05.01.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qəti imkan tədbiri seçilərək buraxılmışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 10 may 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclası zalından dərhal həbs edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə 70,94 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İşüzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,232 qram narkotik vasitə heroin və üzərində heroin hissəcikləri olan 8 ədəd kiçik pambıq parçaları və şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cümaddələrini rəhbər tutaraq Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 yanvar 2022-ci il tarixdən 05 yanvar 2022-ci tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 9 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına verməqətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclası zalından dərhal həbs edilsin. Cəza çəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 10 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,232 qram narkotik vasitə heroin və üzərində heroin hissəcikləri olan 8 ədəd kiçik pambıq parçaları və şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 70,94 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başaçatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-70/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-70/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver