Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-70/2023 17.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Çiçək küçəsidə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının əvvələrində qaynı Zərərçəkmiş şəxs anası Şahid4 yaşadığı ünvan 3 ünvanında masanın üzərində yaddan çıxarıb saxladığı, ünvan 4i binanın 7 №-li mənzilinin giriş qapısının açarını ələ keçirdikdən sonra həmin ilin may ayının sonlarında Zərərçəkmiş şəxs və ailə üzvlərinin yaşadıqları ünvan 5ında olmadıqları müddətdə, mənzil sahiblərinin iradəsinə zidd olaraq əldə etdiyi açarla qeyd olunan mənzilin qapısını açıb, qanunsuz olaraq Zərərçəkmiş şəxs məxsus mənzilə daxil olaraq, otaqda geyim əşyalarının yığıldığı dolabın orta gözündə, rəfdə saxlanılan, Zərərçəkmiş şəxs məxsus 300 (üç yüz) manat məbləğdə pulunu gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, 2022-ci ilin may ayının əvvlərində əldə etdiyi, qaynı Zərərçəkmiş şəxs məxsus ünvan 5ının giriş qapısının açarından istifadə edərək, 06 iyun 2022-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs və ailə üzvlərinin qeyd olunan ünvanda olmadığı vaxt onun yaşadığı ünvan 5ının giriş qapısını həmin açarla açaraq, ev sahiblərinin iradəsi ziddinə mənzilə qanunsuz daxil olub, otaqda masanın üzərində Zərərçəkmiş şəxs məxsus 1 ədəd 200 (iki yüz) manat dəyərində «Redmi Note 9» markalı mobil telefonu gizli yolla talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 2022-ci ilin may ayının əvvlərində əldə etdiyi, qaynı Zərərçəkmiş şəxs məxsus ünvan 5ının giriş qapısının açarından istifadə edərək, 2022-ci ilin iyun ayının ortalarında səhər vaxtlarında Zərərçəkmiş şəxs və ailə üzvlərinin qeyd olunan ünvanda olmadığı saatlarda onun yaşadığı ünvan 5ının giriş qapısını həmin açarla açaraq, ev sahiblərinin iradəsi ziddinə mənzilə qanunsuz daxil olub, otaqda olan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 120 (yüz iyirmi) manat dəyərində “SamsungM.l 15F” markalı mobil telefonu gizli yolla talayaraq təkrarən oğurluq etmişdir Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşı X10 ailəli olmuşdur. Ailə qurduqdan sonra qayınanası Şahid4 ilə birlikdə ünvan 6 ünvanında yaşamışdır. Belə ki, qaynı Quliyev X6 şəhəri ərazisində usta kimi fəaliyyət göstərir, sonuncunun arvadı Şahid6 isə məktəbdə müəllimə işləyir. Qaynının azyaşlı X21 xəstə olduğu üçün həftə içi beş gün səhər saat 09-da qaynı Zərərçəkmiş şəxs məxsus ünvan 8 ünvanına gedərək Miray Quliyevə təmənnasız baxıb, qayğısına qalır. Təxminən 2022-ci ilin iyun ayında həmişəki kimi səhər saatlarında qaynı Zərərçəkmiş şəxs məxsus ünvan 8 ünvanına, Miray Quliyevaya baxmaq üçün getmiş, bir müddət uşaqlara baxdıqdan sonra pəncərənin yaxınlığında iki nəfərlik çarpayının üzərində bir ədəd arxası göy rəngli «Redmi Note 9» markalı telefonun olduğunu görmüşdür. Uşaqları yatızdırdıqdan sonra həmin iki nəfərlik çarpayının üzərində olan “Redmi Note 9” markalı mobil telefonu götürərək cibinə qoymuşdur. Təxminən saat 15 radələrində eltisi Şahid6 yaşadıqları mənzilə gəlmişdir. Mütəmadi olaraq Şahid6 yaşadıqları mənzilə gəldikdən sonra o öz yaşadığı ünvan 9 ünvanına getmişdir. Qaynı Zərərçəkmiş şəxs məxsus mənzildən götürdüyü “Redmi Note 9” markalı mobil telefonu özü ilə yaşadığı mənzilə aparıb, əl çantasının içinə qoymuşdur. Bir neçə gün sonra eltisi Şahid6 ona azyaşlı övladlarının telefonunu mənzildə harasa qoyduğunu, yerini tapa bilmədiyini, əgər telefonu görmüşdürsə, ona bu barədə məlumat verməsini xahiş etmişdir. Fəxriyyəyə telefonu görmədiyini bildirmişdir. Bir müddət sonra isə əri Şahid5 ona qardaşı Zərərçəkmiş şəxs telefonunun itməsi ilə əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə yazması barədə məlumat vermişdir. 2022-ci ilin avqust-sentyabr aylarında Şahid5 ilə aralarında münaqişə olduğu üçün iki azyaşlı uşağı ilə birlikdə atası Şahid3 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çiçək küçəsində yerləşən mənzillərinə getmişdir. Atasının yaşadığı mənzildə olan zaman qardaşı Azad İbrahimov da oraya gəlmişdir. Zərərçəkmiş şəxs məxsus mənzildən oğurladığı “Redmi Note 9” markalı mobil telefon həmin vaxt onun azyaşlı uşağı Yunisin əlində olmuş və Azad İbrahimov telefonu onun uşağının əlində görüb, ondan “Redmi Note 9” markalı mobil telefonun uşaqlarına məxsus olub-olmamasını soruşmuş, buna cavab olaraq həmin telefonun uşaqlarına aid olduğunu qardaşına demişdir. Həmin mobil telefonu qaynı Zərərçəkmiş şəxs yaşadığı mənzildən oğurlaması barədə heç bir söz deməmiş, həmçinin qardaşı Azad həmin telefonu ona verməsini xahiş etdiyi üçün qeyd olunan, oğurladığı «Redmi Note 9» markalı mobil telefonu qardaşına pay vermişdir. Bir neçə gün sonra əri Şahid5 Rahim Flüseynovun yaşadığı mənzilə gələrək, onu və azyaşlı uşaqlarını özü ilə birlikdə yaşadığı ünvan 10 ünvanına aparmışdır. Bundan bir neçə gün sonra qardaşı Azad İbrahimov ona zəng edərək, Ağsu Rayon Polis Şöbəsindən zəng gəldiyini, ona pay verdiyi «Redmi Note 9» markalı mobil telefonun oğurluq olduğunu deyib, ondan həmin telefonu haradan aldığını soruşmuş və bu barədə Ağsu Rayon Polis Şöbəsinə gedəcəyi halda deməli olduğunu, həmçinin anasına, atasına və ərinə məlumat verməli olduğunu bildirmişdir. Həmin vaxt ağlayaraq qardaşı Azad İbrahimova bu haqda heç kəsə məlumat verməməsini xahiş etmişdir. Həmin vaxt Azad İbrahimov onun rüsvay olacağından qorxduğu üçün bu haqda heç kəsə məlumat verməmişdir. Qaynı Zərərçəkmiş şəxs evindən yalnız «Redmi Note 9» markalı telefonu oğurlamış, sonuncuya məxsus 300 manat pul və evdə olan «Samsung M.l 15F» markalı digər telefonu oğurlamamışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Ona görə də barəsində yüngül qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 5 yaşlı qızı Miray Quliyevanın «şəkərli diabet» xəstəsi olması ilə əlaqədar onun müalicəsi üçün 500 manat pul toplamış, lakin gündəlik tələbat xərclərinə pul lazım olduğu üçün həmin pulun üstündən 200 manatını xərcləmiş, qalan 300 manat pulu isə yaşadıqları Mingəçevir şəhəri, Mehdi Hüseyn küçəsi, ev 10, mənzil 7 ünvamndakı geyim əşyaları yığılan paltar dolabının orta gözündəki rəfin içərisində saxlamışdır. Pulun qeyd olunan yerdə saxlanılmasından yalnız arvadı Şahid6 məlumatı olmuşdur. 2022-ci ilin may ayının sonlarında evdə olarkən, ərzaq almaq üçün dolabdan həmin 300 manat pulun üzərindən pul götürmək məqsədi ilə dolaba, yəni, pulu qoyduğu yerə baxmış və bir gün əvvəl saxladığı yerdə olan 300 manat məbləğdə pulun həmin vaxt artıq yerində olmadığını aşkar etmişdir. Bundan sonra arvadı Şahid6 pulun harada olmasını soruşmuş, Şahid6 isə bu haqda məlumatının olmadığını ona demişdir. Həmin vaxt arvadı ilə birlikdə dolabı axtarsalar da, pulu tapa bilməmişlər. Bundan bir müddət sonra, daha dəqiq 06 iyun 2022-ci il tarixdə o, və arvadı işdə olmuşdur. Azyaşlı uşaqları isə həmin vaxt bağçada olmuşlar. Həmin gün işlədiyi məktəbdən evə qayıdan arvadı Şahid6 ona zəng edərək, yaşadıqları mənzilin qapısının açıq vəziyyətdə olduğunu, evdə saxladıqları, təxminən 2020-ci ildə «Kontakt Home» mağazalar şəbəkəsindən 540 manata aldıqları «Redmi Note 9» markalı mobil telefonun harada olduğunu, mənzilin qapısı açıq olduğu üçün evə gəlib-gəlmədiyini ondan soruşduqda o, arvadına «Redmi Note 9» markalı mobil telefonu mənzildə masanın üzərinə qoyduğunu və işə getdikdən sonra evə gəlmədiyini demişdir. Buna cavab olaraq arvadı Şahid6 ona həmin mobil telefonun masanın üzərində olmadığını, mənzilin qapısının açıq vəziyyətdə olduğunu və «Redmi Note 9» markalı mobil telefonun masanın üzərində olmadığını bir daha demişdir. Bundan sonra evə qayıtmış, yoxa çıxan «Redmi Note 9» markalı mobil telefonu axtarsa da tapa bilməmişdir. Bundan sonra həmin telefonun itməsi ilə bağlı Mingəçevir şəhər polis şöbəsinə ərizə vermiş və telefonun «imei» kodunu də ərizəsində qeyd etmişdir. 2022-ci ilin iyun ayının 9-10-da isə azyaşlı X21ə məxsus, evdə saxladıqları, sonuncuya ad gününə hədiyyə kimi aldıqları «Samsung M.115F» markalı mobil telefonun da evdə olmadığını aşkar etmişlər. X21 hər gün bağçadan evə gəldikdən sonra ona məxsus «Samsung M.l 15F» markalı mobil telefonla oynadığı və iyun ayının 9-10-da həmin telefonu aşkar etmədiyi üçün həmin telefonun iyun ayının 9-10-da, yəni «Redmi Note 9» markalı mobil telefonun itməsindən sonra yoxa çıxmasına əmin olmuşdur. Bundan sonra həm 300 manat pulun, həm «Redmi Note 9» markalı, həmçinin də «Samsung M.l 15F» markalı mobil telefonun oğurlandığını və bunların ayrı-ayrı vaxtalar təsadüf etdiyini anlamışdır. Evdən oğurluq olunmasına həmçinin 06 iyun 2022 tarixdə evdə olmadıqları vaxt qapının açıq vəziyyətdə olması işarə edirdi. Beləliklə, «Samsung M.115F» markalı mobil telefonunda itməsi ilə də bağlı xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə ərizə təqdim etmiş və «Bakcell MMC»-dən aldığı həmin mobil telefonun da «İmei» kodunu polis şöbəsinə təqdim etmişdir. Həmin telefonun «İmei» koduna dair «Bakcell MMC»dən aldığı arayışı ifadəsinə əlavə edir. 06 iyun 2022-ci il tarixdə «Redmi Note 9» markalı mobil telefon evdən yoxa çıxarkən arvadı Şahid6 evdən işə gedərkən qardaşı arvadı Aişə İbrahimova ilə rastlaşması barədə sonradan ona məlumat vermişdir. Ona görə də evlərindən 300 manat məbləğdə pul və iki ədəd mobil telefonun Aişə İbrahimova tərəfindən oğurlanmasına şübhələri yaranmışdır. Üç müxtəlif tarixdə yuxarıda qeyd etdiyi 300 manat pul və mobil telefonlar mənzildən yoxa çıxarkən evdə heç kim olmamış və xx.xx.2022-ci il tarixdə evə qayıdarkən yaşadıqları mənzilin qapısının açıq vəziyyətdə olduğunu arvadı aşkar etmişdir. X13 evdən oğurluq etməsinə dəqiq sübutları olmadığı üçün ilkin olaraq pulun oğurlanması ilə bağlı 2022-ci ilin may ayında ərizə ilə polis şöbəsinə şikayət etməmiş, habelə 06 və 14 iyun 2022-ci il tarixlərdə telefonların itməsi ilə bağlı ərizə vermişdir. 2022-ci ilin sentyabr ayının ortalarında Bakı şəhərində yaşayan, əslən Ağsu rayonundan olan qardaşı Elsevərin qayınatası, eyni zamanda Aişə İbrahimovanın atası Rahim İbrahimov ona zəng edərək, oğlu Azad İbrahimovun Bakı şəhərində mağazadan aldığı mobil telefonun onun adma qeydiyyatdan keçdiyini, buna görə də oğlunun Ağsu rayon polis şöbəsinə çağırıldığını, bu səbəbdən də Ağsu RPŞ-nə gedib oğlundan hər hansı bir şikayətinin olmamasını bildirməsini ondan xahiş etmişdir. Buna cavab olaraq X9 Rəhimovun sənədsiz telefonu nə səbəbə görə aldığını soruşduqda, X7 telefonu mağazadan deyil, tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin vaxt Rahim İbrahimova şikayətini Mingəçevir ŞPŞ-yə etdiyini və geri addım atmayacağım bildirmişdir. Rahim İbrahimovla danışıb, qurtardıqdan sonra qardaşı Şahid5 zəng etmiş və baş verənləri ona danışaraq, ona «görürsən telefon sizinkilərdən çıxdı» sözünü demişdir. Bundan bir müddət sonra qardaşı Şahid5 ona zəng edərək, arvadı Aişə ilə danışdığını və sonuncunun «şeytana uyaraq» onun evindən həm pul, həm də ki, mobil telefonları oğurladığım, «Samsung M.115F» markalı mobil telefonu Mingəçevir şəhərində tanımadığı şəxsə, «Redmi Note 9» markalı mobil telefonu isə qardaşına 140 manata satdığını etiraf etdiyini demişdir. Verilən suallara cavab olaraq ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayında evindən 300 manat məbləğdə pul oğurlanmamışdan əvvəl yaşadığı mənzilin bir açarını təxminən 2022-ci ilin may ayının əvvələrində anası Şahid4 və gəlinləri Aişə İbrahimovanın qardaşı Şahid5lə birlikdə yaşadığı ünvan 10 ünvanında masanın üzərində unutmuş, hətda anasından həmin ərəfələrdə açarın masanın üzərində olub- olmadığını soruşduqda, anası ona açarın masanın üzərində olmadığını qeyd etmişdir. Bundan sonra anası Hədiyyənin evində masanın üzərindən unutduğu, yaşadığı mənzilinin açarının Aişə Aibrahimova tərəfindən ələ keçirilməsinə və mərhələli şəkildə evdə olmadıqları vaxt evlərinə gəlib əvvəlcə 300 manat pul, sonra isə qeyd olunan mobil telefonları ələ keçirməsinə tam əmin olmuşdur. 2022-ci ilin may ayının sonunda mənzildən 300 manat pul oğurlanarkən, iki ədəd mobil telefonu evdə olmuş, 06 iyun 2022-ci il tarixdə «Redmi Note 9» markalı mobil telefonu oğurlanarkən «Samsung M.115F» markalı mobil telefonu evdə olmuşdur. «Redmi Note 9» markalı mobil telefon oğurlandıqdan 2-3 gün sonra isə «Samsung M.l 15F» markalı mobil telefonun da oğurlandığını aşkar etmişdir. Hər üç oğurluq ayrı-ayrı və evdə olmadığı vaxtlara təsadüf etmişdir. Aişə İbrahimova oğurluğu, onların evdə olduğu vaxt, qonaq gəldiyi zaman edə bilməzdi. Çünkü mənzilləri bir otaqdan ibarətdir və hamı bir otaqda olduğu vaxt Aişə oğurluq etməyə cəsarət edə bilməzdi, üstəlik də ki, 06 iyun 2022-ci il tarixdə mənzillərinin qapısının açıq vəziyyətdə olması və həmin gün arvadının Aişə ilə evlərinin yaxınlığında rastlaşması bir daha dəlalət edir ki, Aişə əvvəllər özü və əri ilə birlikdə onların evinə tez-tez gəlib-getdiyi üçün onların hansı vaxtlarda mənzildə olmadığını yəqin bilmiş və anasının evində unutduğu mənzilin açarını ələ keçirərək 3 dəfə ayrı-ayrı vaxtlarda gəlib evindən oğurluq etmişdir. Sadəcə pul və «Samsung M.115F» markalı mobil telefonu oğurladığı zaman Aişə İbrahimova mənzilə daxil olub çıxdıqdan sonra mənzilin qapısını açarla bağlamış, xx.xx.2022-ci il tarixdə «Redmi Note 9» markalı mobil telefonu oğurlayıb, mənzili tərk etdikdən sonra isə qapını bağlamağı unutmuşdur. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, 6 ildən çoxdur ki, Bakı şəhərində yaşayır, Xırdalan MMC-də fəhlə kimi işləyir. X11 bacısı, Zərərçəkmiş şəxs isə sonuncunun qaynıdır. X16 əri Şahid5 ilə birlikdə Mingəçevir şəhərində yaşayır və iki az yaşlı uşaqları vardır. X15 ailəsində yaranan münaqişələr ilə əlaqədar Bakı şəhərində yerləşən atası Şahid3 yaşadığı mənzilə gəlib-getmişdir. Təxminən 2022-ci ilin sentyabr ayında əri Şahid5 və qayınanası Şahid4 ilə aralarında narahatçılıq yarandığından X16 atalarının yaşadığı Bakı şəhərində yerləşən evə gəlmişdir. Elə vəziyyət yaranmışdır ki, o da həmin vaxt atası və anasının yaşadığı mənzilə qonaq getmişdir. Həmin vaxt X16 iki azyaşlı uşağı ilə birlikdə atasının evində olmuşdur. Qonaq getdikləri vaxt bacısı Aişənin azyaşlı oğlu Yunisin əlində mobil telefon görüb, həmin telefonun kimə məxsus olmasını ondan soruşduqda X16 həmin mobil telefonun uşaqların telefonu olduğunu, istəsə, ona verə biləcəyini demişdir. Həmin vaxt «Redmi Note 9» markalı mobil telefonu ona verməyi xahiş etmişdir. X16 arxa hissəsi göy rəngli “Redmi Note 9” markalı mobil telefonu ona vermişdir. O da, öz istifadəsində olan, Ağsu rayon sakini X2 adına olan ***-***-**-** saylı mobil nömrə ilə X16nın ona verdiyi “Redmi Note 9” markalı mobil telefonu işlətməyə başlamışdır. Təxminən bir neçə gün sonra Ağsu rayon Polis X1 adına işlətdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng gələrək işlətdiyi mobil telefonun oğurluq olduğunu, buna görə də, Ağsu rayon Polis Şöbəsinə gəlməli olduğu ona bildirilmişdir. O, da, X16ya zəng edərək ona vermiş olduğu “Redmi Note 9” markal mobil telefonun oğurluq olduğunu, haradan əldə etməsini və bu barədə Ağsu rayon Polis Şöbəsinə və ərinə məlumat verəcəyini bildirmişdir. Həmin vaxt X16 ağladığı üçün telefonun oğurluq olması barədə heç kimə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Şahid5 və Zərərçəkmiş şəxs onun övladlarıdır. O, ünvan 11 ünvanında oğlu Şahid5 və gəlini Aişə İbrahimova ilə birlikdə yaşamışdır. 2022-ci ilin may ayında oğlu Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında usta işləmişdir. Həmin ərəfələrdə oğlu Zərərçəkmiş şəxs zəruri ehtiyacları ödəmək üçün oğlu Şahid5 və gəlini Aişə İbrahimovanın yaşadığı mənzilə gəlmişdir. Həmin vaxtlarda bir dəfə axşam saatlarında oğlu Zərərçəkmiş şəxs ona zəng edərək, yaşadığı mənzilin açarlarını masanın üzərinə yaddan çıxarıb qoyduğunu həmin açarın evdə masanın üzərində olub-olmadığını soruşduqda, masanın üzərinə baxıb, orada açarın olmadığını gördükdən sonra bu haqda oğlu Pərvinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, X12 və X11 onun övladlarıdır. Belə ki, X11 təxminən 5-6 ildir ki, Mingəçevir şəhər sakini Şahid5 ilə evli olmuş və iki azyaşlı uşaqları vardır. Təxminən 2022-ci ilin sentyar ayında oğlu Azad Rahimov onun mobil nömrəsinə zəng edərək Ağsu rayon Polis Şöbəsindən zəng gəldiyini və polis şöbəsinə çağırıldığını bildirmişdir. O, oğlu Azad İbrahimovdan nə səbəbə görə Ağsu rayon polis şöbəsinə çağırıldığını soruşduqda oğlu ona Bakı şəhəri, Beynəlxalq avtovağzalın yaxınlığında tanımadığı şəxsdən mobil telefon aldığını, lakin həmin mobil telefonun oğurluq olduğunu, buna görə də, polis şöbəsinə çağırdılarım bildirmişdir. Daha sonra oğlu X4 rayon polis şöbəsinə gedərək telefonu təhvil vermişdir. Başqa heç bir məsələdən məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 2018ci ildən 2022-ci ilədək X11 ilə ailəli olub və hazırda iki azyaşlı övladları var. 2022-ci ildə sosial müavinət almaq üçün Aişə İbrahimovadan boşanmışdır. Baş vermiş hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, qaynı Azad İbrahimov arvadı Aişə İbrahimovaya zəng edərək Ağsu rayon Polis Şöbəsindən zəng gəldiyini, işlətdiyi “Redmi Note9” markalı mobil telefonun oğurluq olması ilə əlaqədar polis şöbəsinə çağırılması barədə Aişə İbrahimovaya məlumat vermişdir. Daha sonra arvadı Aişə İbrahimova onun qardaşı olan Zərərçəkmiş şəxs məxsus ünvan 12 ünvanından 300 manat pul və 2 ədəd mobil telefon götürdüyünü söyləmişdir. O, Aişə İbrahimovaya niyə bu cür iş gördüyünü soruşduqda o, şeytana uyduğunu Zərərçəkmiş şəxs danışıb məsələni yoluna qoymağı ondan xahiş etmişdir. O, Aişə İbrahimovaya bu məsələnin ona aidiyyatımn olmadığını Aişə İbrahimovun qardaşı Azad İbrahimovun onun qardaşı Zərərçəkmiş şəxs ilə bu məsələni öz aralarında qaydasına qoymalarını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edərək onun arvadı X5 Zərərçəkmiş şəxs yaşadığı mənzildən 300 manat pul və 2 ədəd mobil telefon oğurlanması barədə şikayət verdikdən sonra Aişə İbrahimova iki azyaşlı övladımda götürüb Bakı şəhərinə, atası Şahid3 yaşadığı evə getmişdir. Bir müddətdən sonra yenidən o, arvadı Aişə İbrahimovam və övladlarını yaşadığı Züleyxa Həsənova ünvanında yerləşən fərdi yaşayış evinə gətirmişdir. Onu da, qeyd etmişdir ki, təxminən 3 ay bundan əvvəl o, Zərərçəkmiş şəxs arvadı X5 oğurladığı 300 manat puldan 200 manatını geri qaytarmışdır. Verilən suallar cavab olaraq bildirmişdir ki, Aişə İbrahimova onun qardaşı Zərərçəkmiş şəxs yaşadığı mənzildən törətdiyi oğurluq hadisəsini etiraf edən zaman ilkin olaraq 2022-ci ilin 2022-ci ilin may ayının axırlarında Zərərçəkmiş şəxs məxsus mənzilin açarından istifadə edərək 300 manat pul, həmin ilin iyun ayının əvvəllərində həmin açar vasitəsi ilə 1 ədəd “Redmi Note 9” markalı mobil telefon və 3 gün sonra yenidən həmin açar vasitəsi ilə “Samsung M. 115 F” markalı mobil telefonu oğurlayıb. Həmçinin o, qardaşı Zərərçəkmiş şəxs oğurlanmış 300 manat puldan 200 manatını qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ərazi yursdiksiyası üzrə o, Mingəçevir şəhəri, Sağ sahili ərazisinin əməliyyat müvəkkilidir. xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə ünvan 13 ünvanında yaşayan Quliyev X6 şəhər Polis Şöbəsinə “Redmi Note 9” markalı və “Samsung M.115 F” markalı mobil telefonlarının naməlum şəkildə itməsi ilə əlaqədar ərizə yazmış və həmin ərazinin əməliyyat müvəkkili olduğu üçün Zərərçəkmiş şəxs ərizəsi əsasında araşdırmanın aparılması ona həvalə edilmişdir. Hər iki mobil telefon üzrə “İmei” adreslərini müəyyən edərək hər üç mobil operatora (azercell, azerfon və baxcell) sorğu məktubları göndərmişdir. Bir müddətdən sonra "xxxx" mobil operatoruna göndərilən sorğuya cavab olaraq Zərərçəkmiş şəxs məxsus olan “Redmi Note 9” markalı mobil telefon Ağsu rayon sakini X3 məxsus 055-822-82- 32 saylı mobil nömrə daxil edilərək istifadə olunduğu məlum olmuşdur. Daha sonra isə o, bu barədə Ağsu rayon polis şöbəsi ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq həmin şəxsin müəyyən edilməsi, izahatının alınması və telefonun haradan əldə etməsinin müəyyən olunması, eyni zamanda həmin mobil telefon həmin şəxsdən təhvil alınaraq təhvil-təslim aktı ilə birlikdə Mingəçevir şəhər Polis Şöbəsinə rəsmi poçt vasitəsi ilə göndərilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 əri Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. cinayət işinin icraata qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Mingəçevir şəhər prokurorluğu tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir. zərərçəkmiş şəxs qismində tanınma haqqında 03 noyabr 2022-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır 28 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulumuşdur. 28 fevral 2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nın 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. 28 fevral 2023-cü il tarixli təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan respublikası CM-nin 177.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 27 oktyabr 2022-ci il tarixli baxış və götürmə haqqında protokolla Zərərçəkmiş şəxs məxsus “Redmi Note 9” markalı mobil telefon Mingəçevir şəhər Polis Şöbəsinin CAB-nın əməliyyat müvəkkili Şahid1 təhvil götürülmüşdür. 01 noyabr 2022-ci il tarixdə təyin edilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 yanvar 2023-cü il tarixli, 9/67 nömrəli rəyinə əsasən, 2022-ci ilin iyun ayına “Redmi Note 9” markalı və “Samsung M.115F” markalı mobil telefonların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 320,00 manat müəyyən edilir.O, cümlədən:
1. ədəd “Redmi Note 9” markalı mobil telefon- 200 manat.
1. ədəd “Samsung M.l 15F” markalı mobil telefon -120 manat 03 noyabr 2022-ci il tarixli baxış və götürmə haqqında protokolla "xxxx" MMC-dən alınmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı mobil nömrə 25 dekabr 2021-ci il tarixdə və həmin ilin dekabr ayının digər günlərində “**********22834” mail kodlu “Samsung M.l 15 F” markalı mobil telefonda istifadə olunmuşdur. 01 mart 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona məxsus oğurlanmış 01 ədəd, “Redmi Note 9” markalı telefonun ona təqdim edilmiş 4 ədəd mobil telefonun arasından tanıyaraq göstərmişdir. Odur ki, Şahid1 götürülmüş Zərərçəkmiş şəxs məxsus “Redmi Note 9” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün mülkiyyətçi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs məxsus “Redmi Note 9” markalı mobil telefon maddi sübut kimi tanınmışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanımışdır. Zərərçəkmiş şəxs məxsus “Redmi Note 9” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün mülkiyyətçi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, üzləşdirmə protokolu, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar sübüt növü kimi qiymətləndirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsinə dair onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi oğurluq əməli Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.13) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini tam etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, xx.xx.2023–cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün, müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-nin 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri ərazisində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə icra edilməsi üçün Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməli, iş üzrə maddi sübut kimi tanınmış “Redmi Note 9” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınan “Redmi Note 9” markalı mobil telefon maddi sübut kimi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq,
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1(bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023–cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1(bir) günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 2(iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Çiçək küçəsində yerləşən yaşayış yerini saat 22:00– dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış “Redmi Note 9” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsində tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər.
Sədrlik edən: Elza Cəbrayılzadə