Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-70/2024 21.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərəçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi X2, Təqsirləndirilən şəxs və müdafiəçisi – Müdafiəçi xx xxxxxx 1972-ci ildə Bərdə rayonu, Xəsili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Xəsili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə edərək etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə edərək tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və əldə edəcəkləri pul vəsaitini aralarında bölmək barədə tanışı şəxsiyyəti istintaqla müəyyən edilməyən “Vəli” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 10 iyul 2023-cü il tarixdə saat 14:23 radələrində Mingəçevir şəhəri, X6, ev 58A ünvanında yerləşən Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir şəhər filialında özünü X4 təqaüdə çıxmış sabiq polis əməkdaşı kimi təqdim edib həqiqətə uyğun olmayan məlumatlar verərək kredit götürülməsi ilə bağlı müraciət edib şəxsiyyəti istintaqa məlum olmayan “Vəli” adlı şəxs tərəfindən istintaqa məlum olmayan tarixdə və yerdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun adından istifadə etmək məqsədilə saxtalaşdırılaraq qanunsuz hazırlanmış hüquq verən 027631 nömrəli saxta pensiya vəsiqəsini və "xxxx" ASC-nin Mingəçevir şəhər filialının adından axınlı printerdə çap edilmiş ştamp əksi birbaşa klişe ilə vurulmayaraq hazırlanmış ödəniş kartı üzrə hüquq verən rəsmi sənəd hesab olunan saxta ödəniş kartı üzrə çıxarışı saxta olduğunu bilə-bilə istehlak krediti əldə etmək adı ilə Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir şəhər filialına təqdim edib istifadə edərək həmin tarixli “əsas kredit limiti razılaşması”na əsasən xeyli miqdarda, yəni 9.000 manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bu vaxta qədər heç bir yerdə rəsmi iş yeri olmamışdır. 2023-cü il iyun ayının sonlarında qızını Gəncə şəhərinə xəstəxanaya aparmaq üçün Bərdə şəhərində Saray döngəsi adlanan yerdə Mercedes markalı taksiyə minmişdir. Yexlax şəhərinə gedən yolda bir nəfər arıq ucaboy görünüşlü 38-40 yaşında şəxs də taksiyə minmişdir. Taksi sürücüsü ilə həmin şəxs bir-birilərini tanımışlar. Taksi sürücüsü həmin şəxsi Vəli adı ilə çağırmışdır. Vəli adlı şəxslə söhbət zamanı o, Vəliyə maddi durumunun yaxşı olmadığını, pula ehtiyacı olduğunu demişdir. Vəli ondan bankdan kreditə pul götürüb-götürmədiyini soruşmuş, o da heç bir zaman rəsmi iş yerinin olmadığını və heç vaxt bankdan kredit götürmədiyini, götürsə də ödəyə bilməyəcəyini demişdir. Vəli ona demişdir ki, “əgər bankdan kreditə pul götürmək istəsən sənə köməklik göstərə bilərəm”. O, yenidən heç bir yerdə işləmədiyini rəsmi gəlirinin olmadığını, həmçinin pensiya almadığını, bu səbəbdən bankın ona necə kreditə pul verə biləcəyini soruşmuşdur. Vəli ona bankdan kreditə pul götürmək üçün lazım olacaq saxta sənədləri özünün hazırlayacağını demişdir. Beləcə o, saxta sənədlərlə kredit götümək barədə “Vəli” ilə razılaşmışdır. Həm də həmin zaman pula ehtiyacı olduğu üçün hansı üsulla olsun pul əldə etmək istəmişdir. Əlaqə saxlaya bilmələri üçün Vəliyə ***-***-**- ** mobil nömrəsini demişdir. Vəli adlı şəxs Gəncə şəhərində taksidən düşmüşdür. Təxminən 2 gün sonra tanımadığı mobil nömrədən ona zəng gəlmiş, o da telefona cavab vermişdir. Telefonda danışan şəxs ona hər şeyin hazır olduğunu Mingəçevir şəhərinə gedəcəklərini bildirmiş, adını da heç ona deməmişdir. Ancaq danışan şəxs Vəli olmamış, səs Vəlinin səsinə oxşamamışdır. Onunla danışan həmin şəxs şəxsiyyət vəsiqəsini X7 binasına qoymağını ona tapşırmışdır. O da həmin vəsiqəni aparıb həmin şəxsin dediyi yerə qoymuşdur. Həmin şəxsin nömrəsini telefonunun yaddaşına salmamış, buna görə də həmin nömrə silinmişdir. Bir neçə gündən sonra iyul ayının 9-da başqa bir mobil nömrədən ona zəng gəlmiş, telefonda danışdığı şəxs elə bundan əvvəl telefon vasitəsi ilə əlaqə saxladığı şəxs olmuşdur. Həmin şəxs bankdan kreditə pul götürmək üçün sənədlərin hazır olduğunu, bir neçə gündən sonra xəbər edəcəyini bildirmişdir. Bir gün sonra 10 iyul tarixində saat 06:00 radələrində yenə əvvəl danışdığı həmin şəxs ona zəng edərək həmin gün bankdan kreditə pul götürməyin mümkün olduğunu, şəxsiyyət vəsiqəsini götürüb tez Mingəçevir şəhərinə getməsini istəmişdir. O da Bərdədə Saray döngəsi deyilən yerdə dayanmış, həmin telefonda danışdığı şəxs qırmızı rəngli taksi ilə gəlib onu həmin yerdən götürmüşdür. Həmin şəxsdən başqa maşında taksi sürücüsü də olmuşdur. Onlar taksi ilə Mingeçevirin mərkəzinə gəlib çayxanada çay içmişlər. Çay içən zaman onların yanına iki nəfər şəxs də gəlmişdir. Həmin şəxslərdən biri qısa boylu gödək, biri isə uzun boylu olmuşdur. İlk dəfə taksidə tanış olduğu Vəli adlı şəxs onlardan heç biri olmamışdır. Bu ikisi tamam başqa şəxslər olmuşlar. Həmin iki nəfər şəxslə telefonda danışdığı şəxs 15-20 dəqiqə söhbət etmişlər. İki nəfər şəxs telefonda danışdığı şəxsə Fuad deyə müraciət etmişlər. Həmin iki nəfər şəxs onunla heç bir söhbət etməmiş, Fuadla söhbət etdikdən sonra həmin iki nəfər şəxs metal rəngli mersedes markalı maşına minib getmişlər. O, taksi şöferi və Fuad deyilən həmin şəxs gəldikləri qırmızı rəngli maşına minib Bank Respublikanın Mingəçevir filialının qabağına gəlmişlər. Bankın qarşısında Fuad ona X9 sözləri yazılmış ödəniş kartı üzrə çıxarış və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu yazılmış 027631 nömrəli vəsiqə vermiş və Vəlinin hazırladığı saxta sənədlərin bunlar olduğunu bildirmişdir. Vəsiqəyə görə guya o, uzun illər X8 xidmət etmiş və yüksək məbləğdə təqaüd alır. Vəsiqənin içində onun soyad, ad, ata adı və doğum tarixi qeyd olunmuşdur. Guya o, DİN-nin HQXRŞİD şöbəsindən 2019-ci ildə təqaüdə çıxmış və aylıq ona 810,05 manat pensiya təyin edilmişdir. Ödəniş kartı üzrə çıxarışda isə guya onun 416974******4965 nömrəli Maestro Pension kartından 6 ay ərzində həyata keçirdiyi əməliyyatlar qeyd olunmuşdur. Fuad ona demişdir ki, “bankda Aygün adlı işçi var, sıra nömrəsi götürdükdən sonra həmin qadına yaxınlaş həmin qadın sənə kreditə pul verəcək”. O, banka tək girməkdən qorxduğu üçün Fuaddan onunla birlikdə gəlməsini xahiş etmişdir. Fuad məcbur olub onunla birlikdə banka daxil olmuş, sıra nömrəsi götürdükdən sonra Aygün adlı işçiyə yaxınlaşmışlar. Kreditə pul götürmək istədiyini, təqaüdə çıxmış polis əməkdaşı olduğunu və aylıq pensiya aldığını Aygün adlı bank işçisinə demişdir. Aygün onun verdiyi saxta sənədlərə baxdıqdan sonra həmin sənədlərin saxta olduğunu anlamamış və ondan nə qədər məbləğdə pul götürmək istədiyini soruşmuşdur. O da “8000 manat” demiş, lakin yanında əyləşən Fuad 9000 manat götürməyini ondan istəmişdir. O da razılaşmış və Aygün xanıma 9.000 manat pul götürmək istədiyini bildirmişdir, çünki nə qədər çox pul götürməyə nail olsa o qədər yaxşı olacaqmış. O, Vəli ilə o vaxt tanış olan zaman Vəli ona lazmi sənədləri hazırlayacağını bildirdikdən sonra bankın duyuq düşməməsi üçün heç olmasa banka 3-4 ay pul ödəməyi tapşırmışdır. Aygün xanıma 9000 manat kreditə götürəcəyi pulla kənd təsərüfatı ilə məşğul olacağını demiş, kreditin 36 ay olmaqla hər ay 314.25 ödəmək şərti ilə müqavilə imzalamışdır. Bank əməkdaşı pensiya vəsiqəsinin surətini çıxartmış, əslini isə Fuad Vəliyə qaytarmaq üçün götürmüşdür. X9 sözləri yazılmış ödəniş kartı üzrə çıxarışı isə bank işçisi özündə saxlayıb, biraz gözləməsini bildirmişdir. Təxminən bir saat onlar bankın qarşısında gözləmişlər. Sonra Aygün onun mobil nömrəsinə zəng edib banka yaxınlaşmasını ondan istəmişdir. O, banka Fuad ilə birlikdə daxil olmuş, Aygünə yaxınlaşmış, Aygün ona sənəd vermiş və kassaya yaxınlaşıb pulu götürə biləcəyini bildirmişdir. O, kassadan komissiya haqqı çıxılmaqla qalan 8910 manat məbləğində pul almış, sonra onlar bankdan çıxmış və gəldikləri qırmızı taksiyə əyləşmişlər. Fuad ondan bankdan kreditə götürdüyü pulun 4500 manatını istəmiş, çünki o vaxt Vəli ilə ələ keçirdiyi pulu böləcəklərinə dair razılaşmışdır. Lakin qeyd olunan məbləğ çox olsa da, məcbur olub həmin 4.500 manatı saxta sənədləri onun üçün sifariş verib hazırlatdığı müqabilində Vəliyə verməsi üçün Fuada vermişdir. 4410 manat pul vəsaiti isə onda qalmışdır. Sonra onlar həmin qırmızı maşınla ilk dəfə banka gələndə yolüstü oturduqları mərkəzdəki çayxanaya gəlmişlər. Fuad maşından düşmüş, 20 metr onalrdan qabaqda metal rəngli mersedes markalı maşın dayanmışdır. Həmin maşının içində ikinəfər şəxs olmuşdur. Həmin iki nəfər şəxs onlar çayxanaya ilk dəfə gəldikləri zaman onların yanına gələn şəxslər olmuşlar. Həmin şəxslərin əyləşdiyi maşın da həmin maşın olmuşdur. Həmin iki nəfər şəxs maşından düşüb Fuadla söhbət etmişlər. 20 dəqiqə ayaqüstü söhbət etdikdən sonra Fuad onun əyləşdiyi maşına qayıtmışdır. Həmin taksi ilə onlar Bərdə rayonuna qayıtmışlar. Saxta sənəddən istifadə edərək qanunsuz olaraq pul ələ keçirdiyini bilir və əməlinin qanunsuz olduğunu dərk edir. Heç vaxt pensiya debit kartı və vəsiqəsi olmamışdır. Vəli kimi tanıdığı şəxsin onun üçün hazırladığı vəsiqə və sənədlərin saxta olduğunu və bunun qanunsuz olduğunu bilir. Pula ehtiyacı olduğu üçün bu işə əl atmışdır. Əməlindən peşmandır. 9.000 manat pulu ehtiyacı olduğu üçün ələ keçirmiş, yəni məbləğ böyük olduğu üçün qaytarmaq niyyəti olmamışdır. Hətta həmin pulun yarısından çoxunu ona saxta sənədi hazırlayana çatdırılması üçün vermişdir. Saxta sənədlərdən istifadə etdiyini də dərk edir”. Vəli ilə ələ keçirdiyi pulu böləcəklərinə dair razılaşmışdır. Lakin qeyd olunan məbləğ çox olsa da, məcbur olub həmin 4.500 manatı saxta sənədləri onun üçün sifariş verib hazırlatdığına görə Vəliyə verməsi üçün Fuada vermişdir. 4410 manat da onda qalmışdır”. “Vəlinin dediyi kimi bankın saxtakarlıqdan duyuq düşməməsi üçün ilk 2-3 ay ödəmişdir. Bundan başqa heç bir ödəniş etməmişdir”. “Pulun bir hissəsi ilə borclarını qaytarmış, qalanını isə kənd təsərrüfatı, mal-qara işi ilə məşğul olmaq üçün istifadə etmişdir”. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan qismən ödəniş etmişdir. Belə ki, 5 ay 315 manat, yəni 1575 manat, sonra isə 1 ay yenə 315 manat ödəniş etmişdir. Ona görə də barəsində yüngül qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, 2023-cü ilin iyul ayının ortalarından respublika üzrə Bank Respublika ASC-nin filiallarından verilən istehlak kreditləri ilə əlaqədar kredit əldə edən şəxslərin təqdim etdiyi sənədlərin həqiqiliyini yoxlamışlar. Qeyd edilən tarixdə Bank Respublikanın Mingəçevir şəhərindəki filialından verilən istehlak kreditləri ilə əlaqədar həmin filialda araşdırma zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxsə 9.000 manat məbləğində istehlak krediti verilmiş, həmin şəxsin təqdim etdiyi ödəniş kartı üzrə çıxarışlar Kapital Bank ASC-nin nümayəndəsi ilə dəqiqləşdirmələr zamanı öz təsdiqini tapmamışdır. Belə ki, həmin şəxs üçün Kapital Bankdan bu formada çıxarış verilməməsi məlum olmuşdur. Bundan sonra onlara aydın olmuşdur ki, Təqsirləndirilən şəxs Bank Respublika ASC-nin Mingəçevir filialına təqdim etdiyi və Kapital Bank ASC-dən əldə edildiyi bildirilən çıxarışlar saxta sənədlərdir. 5 ay ərzində hər ay 315 manat ödəyib. Bununla razılaşmaq mümkün deyil. Təqsirləndirilən şəxsə qanuna uyğun cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, maddi vəziyyəti yaxşı olmadığı üçün bankdan kredit götürmək istəmişdir. Lakin bundan əvvəl bankdan götürdüyü krediti geri ödəyə bilmədiyi üçün artıq bank ona kredit verməkdən imtina etmişdir. Ona görə də maddi vəziyyətini düzəltmək və münasib əmək haqqısı olan iş axtarmışdır. 2023-cü ilin aprel ayının sonu Gəncə şəhərinin avtovağzalına gündəlik icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olduğu “Mercedes” markalı minik avtomobili ilə daxil olan zaman yolun üstündə bir nəfər əl edib onun maşınına minmək istəmişdir. O da maşınını saxlayıb həmin şəxsi maşına mindirmişdir. Həmin şəxsdən hara getdiyini soruşduqda Bakı şəhərinə getdiyini ona bildirmişdir. Həmin şəxs arıq uzun, saqqallı, qara saçlı, təxminən 35-40 yaşlı cavan oğlan olmuşdur. Əlində 2-3 ədəd mobil telefon saxlamış və həmin telefonlara dayanmadan zəng gəlmişdir. Telefonda qarşı tərəflərlə “götürdünüzmü, kredit nə yerdə qaldı, girdinizmi içəri və s” kimi ancaq kredit götürmə söhbətləri etmişdir, Həmin şəxsdən adını soruşduqda adını ona “Vəli” deyə bildirmişdir. O, Vəli adlı şəxsə Bakıya aparacağını söz verə bilməyəcəyini, əgər Gəncənin avtovağzalında daha əlavə müştəri taparsa həmin şəxsi Bakıya aparacağını, əks təqdirdə Yevlaxda düşürəcəyini bildirmişdir. Həmin şəxs onunla razılaşmışdır. Həmin şəxsin tez-tez telefonda kredit söhbətləri etdiyini gördükdən sonra o, Vəli adlı şəxsdən bank işçisi olubolmadığını soruşmuşdur. Vəli ona “elə bir şey”-dir deyə cavab vermişdir. Vəli səbəbini soruşduqda o, Vəliyə kredit götürmək istədiyini pula ehtiyacı olduğunu bildirmişdir. Vəli narahat olmamağı, ona kredit təşkil edə biləcəyini bildirmişdir. O, Vəliyə heç bir yerdə işləmədiyini bildirdikdə, yenə həmin Vəli adlı şəxs heç nədən narahat olmamağı, kredit təşkil edə biləcəyini ona bildirmişdir. O, Vəlidən krediti necə təşkil edəcəyini soruşmamışdır. Çünki həmin vaxt ona pul lazım olmuş və necə yolla olursa olsun kredit götürüb pul əldə etmək istəmişdir. Həmin şəxs ondan şəxsiyyət vəsiqəsini istəmiş, o da Vəli adlı həmin şəxsə vəsiqəsini vermişdir. Vəsiqənin hər iki üzünün şəklini çəkdikdən sonra Vəli vəsiqəni ona qaytarmışdır. Vəli ona demişdir ki, “sabah saat 11-ə kimi sənə xəbər edəcəm, dediyim yerdə olarsan”. Həmin Vəli adlı şəxs ona 50 manat təklif edib Bakıya aparmağını ondan istəmiş, pul qane etmədiyi üçün Vəlini Yevlaxda avtovağzalı keçdikdən sonra düşürmüşdür. Səhərisi gün ona tanımadığı bir nömrədən Whatsapp sosial şəbəkəsi vasitəsilə zəng gəlmiş, həmin şəxs özünün Vəli olduğunu, onun adına bankda gecikmə olduğunu bildirərək, kredit təşkil etməyin mümkün olmadığını ona bildirmişdir. O, Vəliyə atasının adına kredit götürə biləcəyi barədə Vəlidən sorüşmuş, Vəli atasının yaşı 65-dən yuxarı olduğu üçün kredit təşkil etməkdən imtina etmişdir. Sonra həmin Vəli adlı şəxs ona “yaxın adamların, tanışların olsa onlara təşkil edə bilərəm” deyə bildirmişdir. Bunun qarşılığında Vəli ona hər tapdığı müştəriyə görə pul vəsaiti verəcəyini bildirmişdir. O da Vəli ilə razılaşmışdır. Üzərindən bir müddət keçdikdən sonra o, heyvan saxlamaqla bağlı iş tapmaq üçün Bərdənin Ləmbəran kəndinə getmişdir. Orda Təqsirləndirilən şəxs adlı şəxsi görmüş, Zabili Bərdə rayonunda kənd təsərrüfatı ilə məşğul olan biri kimi tanımışdır. O, Zabilin heyvan saxlamağa yeri olduğunu görüb, Zabilə həmin yerdə mal-qara alıb heyvandarlıqla məşğul olmağı təklif etmişdir. Lazım olduğu təqdirdə Zabilə köməklik edəcəyini də bildirmişdir. Zabil elə bir imkanı olmadığını pul vəsaiti lazım olduğunu ona bildirmişdir. O da bundan 10-15 gün əvvəl tanış olduğu Vəli adlı şəxsin kredit təşkil etdiyini, həmin şəxs vasitəsilə kredit təşkil etməyin mümkün olduğunu Zabilə bildirmişdir. Zabil onunla razılaşmışdır. O, Whatsapp sosial şəbəkəsi vasitəsilə həmin Vəli adlı şəxsə “Salam” yazmışdır. Üzərindən bir dəqiqə keçdikdən sonra Vəli Whatsapp sosial şəbəkəsi vasitəsilə ona zəng etmiş, o, Vəliyə Zabil adlı şəxsin kredit götürmək istədiyini, Zabilə köməklik etmək lazım olduğunu bildirmişdir. Vəli problem olmadığını, Zabili Yexlaxa gətirməyini ondan istəmişdir. Vəliyə Zabilin heç bir yerdə işləmədiyini bildirdikdə Vəli ona “sən narahat olma” demişdir. Həmin gün o, Zabillə birlikdə Yevlaxa çatmamış körpünün yanında Vəli adlı şəxslə görüşmüşdür. Həmin Vəli adlı şəxs Zabillə danışmış, Zabil Vəliyə də ona dediyi məlumatları demişdir. X10 şəxsiyyət vəsiqəsinin şəklini çəkərək vəsiqəsini Zabilin özünə qaytarmışdır. Vəli lazımi vaxtda xəbər edəcəyini, dediyi yerə gəlmələrini onlara bildirmişdir. Üzərindən 1-2 gün keçdikdən sonra Vəli yenə Whatsapp sosial şəbəkəsi vasitəsilə ona zəng edərək Zabili də götürüb Mingəçevir şəhərində “güllü park, ya da güllü bağ” deyilən yerə gəlmələrini istəmişdir. O, Vəlidən nə üçün gəlmələrini soruşduqda Vəli ona Zabil üçün kredit götürəcəklərini bildirmişdir. O da Zabillə birlikdə Vəlinin dediyi yerə getmişdir. Həmin Vəli adlı şəxs gəlib yenə güllü parkın girişində Zabillə təklikdə söhbət etmiş, söhbətləri qurtardıqdan Zabil ona Vəli ilə birlikdə Zərərçəkmiş şəxs ASC-yə getdiklərini bildirmişdir. O da onların arxası ilə həmin yerə getmişdir. Bankın qabağında onlar maşını saxlamışlar. O, maşından düşdükdə Vəlinin bankın qabağında çöldə durduğunu görmüşdür. Vəlidən Zabili soruşduqda Zabilin içəridə yəni bankda olduğunu Vəli ona bildirmişdir. O da Zabilin arxasınca banka daxil olmuşdur. Bankda Zabilin oturub sənədlərə imza çəkdiyini görmüşdür. İmza çəkdikdən sonra onlara 5 dəqiqə sonra pulun hazır olacağını bildirmişlər. Sənədlər hazır olduqdan sonra komissiya haqqı çıxılmaqla 8.910 manat pul vəsaitini Zabil kassadan götürmüş, həmin vaxt o da Zabilin yanında olmuşdur. Pulu götürdükdən sonra Zabillə birlikdə çölə çıxmışlar. Zabil Vəliyə tərəf yaxınlaşmış, onlar söhbət etməyə başlamışlar. Həmin vaxt Zabilin Vəliyə dəqiq bilmədiyi məbləğdə pul vəsaiti verdiyini görmüşdür. Zabil 35 manat məbləğində pul vəsaitini taksi pulu kimi onun maşınına qoymuşdur. Maşına mindiyi zaman həmin pul vəsaitini görmüş və Zabillə əlaqə saxladıqda həmin pul vəsaitini onun üçün qoyduğunu Zabil ona bildirmişdir. O, pulun az olmasından narazılıq etməyinə baxmayaraq Zabil ona əlavə pul vəsaiti verəcəyini vəd etsə də, əlavə pul vəsaiti verməmişdir. Zabil ona işi çıxdığını, ona görə onunla birlikdə Bərdəyə qayıda bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir filialında biznes kreditləri üzrə mütəxəssis işləyən Eyvaz müəllim istehlak krediti ilə maraqlanan müştəri olduğunu, həmin müştərini ona yönləndirəcəyini bildirmişdir. O da Eyvaz müəllimlə razılaşmış, çünki biznes krediti istəyən müştəri olduqda o da Eyvaz müəllimə həmin müştərini yönləndirirmiş. Hər dəfə müştəriyə kredit verdikdə onlara bonus olaraq əlavə qazanc hesablanırmış. 10 iyul 2023-cü il tarixdə bir nəfər ona yaxınlaşaraq kredit götürmək istədiyini, Eyvaz müəllimin tanışı olduğunu bildirmişdir. O da həmin şəxsə əyləşməsini və yaxınlaşacağını bildirmişdir. Həmin şəxs onun əyləşdiyi masaya yaxınlaşdığı zaman ona Kapital Bank sözləri yazılmış ödəniş kartı üzrə çıxarış və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu yazılmış 027631 nömrəli vəsiqə təqdim etmişdir. Həmin şəxs şəxsiyyət vəsiqəsini ona göstərərək 9.000 manat məbləğində pul vəsaiti kredit götürmək istədiyini, təqaüddə olan polis əməkdaşı olduğunu bildirmişdir. O da Eyvaz müəllimin adını eşitdikdə həmin şəxsə “hə xəbərim var, bilirəm” demişdir. Həmin şəxsin şəxsiyyət vəsiqəsində adı Təqsirləndirilən şəxs kimi qeyd olunmuşdur. Həmin şəxsin yanında Fuad adlı şəxs də olmuşdur. Zabil Fuadı ona bacısı oğlu kimi təqdim etmişdir. Zabil sənədləri təqdim etdikdən o həmin sənədlərə baxış keçirmiş, baxış keçirdikdən sonra bankın baş ofisinə sənədləri skan edərək göndərmişdir. Çıxarışa və vəsiqəyə adi gözlə baxan zaman hər hansı saxtalıq əlaməti müşahidə olunmamışdır. Bankda onlar müştərini çox gözlətmirlər. Sənədləri topladıqdan sonra baş ofisə göndərir və baş ofisdən cavab gəldikdən sonra müştərini kredit götürməsi üçün kassaya yönləndirirlər. O, baş ofisdən az bir müddət ərzində cavab gəldikdən sonra həmin Zabil adlı müştərini və Fuad adlı yanındakı şəxsi kassaya yönləndirmişdir. Bir müddət sonra bankın rəhbərliyindən Zabildən götürüb baş ofisə yönləndirdiyi sənədlərin saxta olduğunu öyrənmişdir. Həmin sənədlərin saxta olmasından onun məlumatı olmamışdır. Həmin sənədlərin saxta olmasını o, baş ofisə göndərdikdən sonra baş ofis belə sənədin saxta olduğunu ilk baxışda aşkar etməmişdir. Sonradan həmin sənədlərin saxta olması müəyyən edilmişdir. İndiyə qədər olan müddətdə də Zabil adlı şəxsi tanımamış, sadəcə müştəri kimi Zabilə kredit vermişdir. Həmin şəxsin belə əməlini bildiyi təqdirdə işlədiyi bankın nüfüzuna xələl gəlməməsi üçün heç vaxt buna imkan verməzmiş. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. "xxxx" ASC-nin Mingəçevir şəhər filialından daxil olmuş məktubdan görünür ki, Zərərçəkmiş şəxs ASC-nin Mingəçevir şəhər filialı tərəfindən araşdırma üçün təqdim edilən kart üzrə çıxarış saxtadır və "xxxx" ASC-nin Mingəçevir şəhər filialı tərəfindən təqdim edilməmişdir. Sənədlərin texniki ekspertizasının 16 avqust 2023-cü il tarixli 5/1157 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim edilmiş "xxxx"ın Təqsirləndirilən şəxs adına ödəniş kartı üzrə çıxarışın mətni axınlı çap qurğusunda (printerdə) çap edilmişdir. Üzərindəki ştamp əksi birbaşa klişə ilə vurulmayıb, axınlı printerdə çap edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında pensiyaçı kimi qeydiyyatda deyildir və ona bugünədək hər hansı növ əmək pensiyası ödənilməmişdir. Zərərçəkmiş şəxs ASC-dən daxil olmuş 06 sentyabr 2023-cü il tarixli məktuba əlavə edilmiş 1 ədəd diskə baxış zamanı tərtib olunmuş protokoldan görünür ki, Təqsirləndirilən şəxs istehlak krediti əldə etmək üçün "xxxx" ASC-nin Mingəçevir filialında yerləşən bankın kassasına yaxınlaşır. Kassada əyləşən bank işçisinə sənəd təqdim etdikdən sonra kassada əyləşən bank işçisi pul vəsaitlərini sayaraq Təqsirləndirilən şəxs təqdim edir. Həmin zaman Təqsirləndirilən şəxs yanında Şahid2 da dayanıb olanları müşahidə edir. Təqsirləndirilən şəxs bank işçisindən pul vəsaitini aldıqdan sonra kassadan uzaqlaşır. Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xəsili Kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, üç övladı vardır. O, Bərdə rayon İHB-nin Xəsili kənd İƏD-si üzrə nümayəndliyində yaşadığı müddət ərzində insanlara qarşı həmişə hörmətlə yanaşmışdır. Bərdə rayon İHBnin Xəsili kənd İƏD-si üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs haqqında heç bir şikayət ərizəsi daxil olmamışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir. DİN yanında BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 16 yanvar 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işinə hissəvi xitam verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs “Bank Respublika ASC-nin Mingəçevir şəhər filialına təqdim etdiyi, məhkəmə-sənədlərin texniki ekspertizasının rəyi ilə saxta olması müəyyən edilmiş 02 vərəq ödəniş kartı üzrə çıxarış, Zərərçəkmiş şəxs ASC-dən daxil olmuş Təqsirləndirilən şəxs bankın kassasından pul vəsaitini əldə etməsi ilə bağlı kamera görüntüsünün əks olunduğu 1 ədəd disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və qeyd olunanlar cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsinə dair onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin mahiyyətindən görünür ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini, eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini, xeyli miqdarda ziyan vurmaqla törədildikdə isə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin mahiyyətindən görünür ki, Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini (CM-59.1.14), yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və səmimi peşmançılığını (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinə münasibətdə cinayətin tamaq məqsədi ilə törətməsini CM-nin 61.1.6-cı maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-nin 178.2.1 və 178.2.4cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə və CM-nin 320.2ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzalar təyin edilməli, təqsirləndirilən şəxsə təyin olunacaq cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində qəti cəza saxlanılmalı (CM-66.2), barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli (CPM- 132), iş üzrə maddi sübut kimi tanınan 2 vərəq ödəniş kartı üzrə çıxarış və 1 ədəd disk cinayət işi materiallarında saxlanılmalı, 70 (yetmiş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4–cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 5 (beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2–ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan 2 vərəq ödəniş kartı üzrə çıxarış və 1 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-70/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-70/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver