Məhkəmə qərarları › İş №1(051)-71/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-71/2020

01.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-71/2020 01.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, Şəki Şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi – X3 iştirakı ilə, xx xxxxxx 1968-ci ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Biləsuvar rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019cu ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Mingəçevir şəhəri Şəfa bağ massivi 13-cü küçədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşüağ rəngli kağız bükümündə təmiz çəkisi 0,492 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlayaraq daşımış və xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən Ruhi-Əsəb dispanserinin həyətində saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinəşəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə-heroin Mingəçevir şəhər polis şöbəsinin inzibati binasında polis əməkdaşları tərəfindən onun üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvələr də narkotik vasitələrdən istifadə etdiyi üçün məhkumluq həyatı yaşamışdır. xx xxxxxx 2020-ci il tarixdə, səhər saatlarında Mingəçevir şəhərinin Samux küçəsi ilə piyada yol gedərkən yerdə 1 ədəd şüşə ampula və siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm olduğunu görüb götürmüşdür. Bükümün içərisini yoxladıqda içərisində heroin olduğunu tanımış və həmin narkotik vasitəni istifadə etmək üçün əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən Ruhi-Əsəb dispanserinin həyətində olarkən tapdığı narkotik vasitə dəüstündə idi. Polis əməkdaşları onu saxlayaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirmiş və Polis Şöbəsindəüstünə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şüşə ampula və siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin bükümdəki kütlə bükümlə birlikdə tərəzidəçəkilmiş vəümumi çəkisinin 0,61 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilməklə polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı həmin narkotik vasitəni xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında yaşadığı Mingəçevir şəhəri Samux küçəsində yerdən tapdığını vəözü istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi barədə Mingəçevir şəhər Polis Şöbəsinə məlumat daxil olduğuna görə xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində əməliyyat müvəkkili Şahid4, polis nəfərləri Şahid1 və Şahid3la birlikdə Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin 20 Yanvar küçəsində Ruhi-Əsəb dispanserinin həyətində saxlayaraq Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində videoçəkiliş vasitəsi ilə onun üstünə baxış keçirilmişdir. Baxış zamanıTəqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şüşə ampula və siqaretin gümüşü-ağ rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bükümdə olan kütlə bükümlə birlikdə tərəzidəçəkilmiş vəümumi çəkisinin 0,61 qram olduğu müəyyən edilmişdir. Sonra aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni Mingəçevir şəhəri Samux küçəsində piyada gəzərkən siqaretin gümüşü kağız bükümündə tapdığını, narkotik vasitələrdən istifadə etdiyi üçün əynində olan qara rəngli gödəkçənin sağ yan cibində gizlədərək saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi barədə Mingəçevir şəhər Polis Şöbəsinə məlumat daxil olduğuna görə xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində əməliyyat müvəkkili Şahid4, polis nəfərləri Şahid2 və Şahid3la birlikdə Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin 20 Yanvar küçəsində Ruhi-Əsəb dispanserinin həyətində saxlayaraq Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində videoçəkiliş vasitəsi ilə onun üstünə baxış keçirilmişdir. Baxış zamanıTəqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şüşə ampula və siqaretin gümüşü-ağ rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bükümdə olan kütlə bükümlə birlikdə tərəzidə çəkilmiş vəümumi çəkisinin 0,61 qram olduğu müəyyən edilmişdir. Sonra aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni Mingəçevir şəhəri Samux küçəsində piyada gəzərkən siqaretin gümüşü kağız bükümündə tapdığını, narkotik vasitələrdən istifadə etdiyi üçün əynində olan qara rəngli gödəkçənin sağ yan cibində gizlədərək saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid4 və polis nəfəri Şahid3 da oxşar məzmunlu ifadə verərək, Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Cinayət işinin 26-27-ci səhifələrində olan xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuşşəxsi axtarış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, həmin tarixdə, Mingəçevir şəhər Polis ŞöbəsindəTəqsirləndirilən şəxs üstünə baxış keçirilərkən, onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şüşə ampula və siqaretin gümüşü-ağ rəngli kağızına bükülmüş halda narkotik vasitə hesab edilən heroin aşkar edilmişdir. Həmin narkotik vasitə olan heroin elektron tərəzi iləçəkilmiş, zərfə qoyularaq qablaşdırılmış və həmin zərf Azərbaycan Respublikası DİN-nin 76 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə tərtib olunmuş protokol və zərfin üzəri Təqsirləndirilən şəxs, proses iştirakçıları tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 132 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş…» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (01) ədəd gümüşü-ağ rəngli bükümdə təmiz çəkisi 0,492 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroindir. Ekspertiza zamanı həmin narkotik vasitənin 0,05 qramı tədqiqata sərf olunmuş, 0,442 qramı isə qalıq qalmışdır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 338 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə hesab edilən heroindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunmasıüçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü-ağ rəngli kağız bükümündə təmiz çəkisi 0,492 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlayaraq daşımış və xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən Ruhi-Əsəb dispanserinin həyətində saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinəşəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə-heroin Mingəçevir şəhər polis şöbəsinin inzibati binasında polis əməkdaşları tərəfindən onun üzərindən aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-cimaddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 2009-cu il təvəllüdlü X4 valideynləri Təqsirləndirilən şəxs və X1r. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasına Azərbaycan RespublikasıCM-nin 59.1.4-cü maddəsinə əsasən,əməlindən səmimi peşman olmasına Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Cinayət işinə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin hökmündən və tələbnamədən görünür ki, Rəhimov X5 rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs qəsdən törətdiyi cinayətə görə məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CMnin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Bu hal, CM-nin 61.1.1-ci maddəsinə görə onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görəTəqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İşüzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən işüzrə 69.10 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinəödənilməlidir. İşüzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,442 qram çəkidə heroin Azərbaycan Respublikası CPMnin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,442 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhvedilsin. İş üzrə 69.10 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 108 manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan X2 filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521 BAZ**********6146935270 saylı hesabına köçürülməlidir. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar