Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-71/2021 23.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə Təqsirləndirilən şəxs - xx xxxxx 1964-cü ildə Kəlbəcər rayonu Susuzluq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Kəlbəcər rayonu, Çaplı kəndində qeydiyyatda olan və Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 9, mənzil 10-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs fərdi sahibkarlıqla məşğul olmaq məqsədi ilə qeyri-yaşayış obyekti inşa etmək üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-68-ci maddələrinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yarandığı halda qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirmədən Mingəçevir şəhər Bələdiyyəsi ilə öz arasında torpaq sahəsindən istifadə və icarə hüququ haqqında müqavilə bağlamadan, eləcə də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozaraq, yəni müvafiq yerli icra hakimiyyəti orqanından tikintiyə icazə barədə qərar almadan və tikinti işlərinin aparılması üçün layihə-smeta sənədləri tərtib etmədən 2019-cu ilin aprel ayından Mingəçevir şəhəri, H.Əliyev prospektinin sağ tərəfində, “Şüşə-mahlıc” zavodunun arxa tərəfində yerləşən torpaq sahəsində 108 kvm tövlə inşa etməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan cəmi 108 kvm bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Kəlbəcər rayonundan məcburi köçkün kimi 1993-cü ildən Mingəçevir şəhərində məskunlaşıb yaşayır. O, heyvandarlıqla məşğul olub ailəsini dolandırır. Lakin yaşadığı binada heyvanları saxlamaq üçün şərait olmadığından 2019-cu ilin yaz aylarında tövlə tikmək qərarına gəldi. O bu səbəbdən 2019-cu ilin mart ayında Mingəçevir şəhər Bələdiyyəsinə “şüşə-mahlıc” zavodunun arxasındakı boş torpaq sahəsini ona icarəyə verilməsi ilə bağlı müraciət etdi. Lakin Mingəçevir şəhər Bələdiyyəsindən ona torpaq sahəsi ayıra bilməycəklərini bildirdilər. O, 2019-cu ilin aprel ayında Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Şüşə mahlıc” zavodunun arxasında yerləşən boş torpaq sahəsində heyvanlarını saxlamaq üçün 20 metr uzunluğunda və 5 metr enində mişar daşından tövlə tikmişdir. 2020-ci ilin sentyabr ayında Mingəçevir şəhər Bələdiyyəsinin üzvləri tikinti işini apardığı torpaq sahəsinə gəlmiş və onu tikinti işini dayandırmağı barədə xəbərdar etmişlər. O da tikinti işini dayandırmışdır. Həmin vaxtdan bir neçə dəfə Mingəçevir şəhər Bələdiyyəsinə müraciət edərək tikinti işləri apardığı torpaq sahəsini ona icarəyə vermələrini xahiş etmişdir. Onun hazırda həmin torpaq sahəsinə dair heç bir sənədi yoxdur. Əməlindən peşimandır. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ifadəsində bildirdi ki, 17 sentyabr 2020-ci il tarixdə Mingəçevir şəhər Bələdiyyəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, H.Əliyev prospektinin sağ tərəfində, “Şüşə-mahlıc” zavodunun arxasındakı boş sahədə özbaşına torpaq sahəsi tutaraq orada qanunsuz tikinti işləri aparması aşkar olunmuşdu. Bununla bağlı Mingəçevir şəhər Bələdiyyəsinin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmiş və Təqsirləndirilən şəxs Mingəçevir şəhər Bələdiyyəsinə dəvət olunaraq ona tikinti işlərini dayandırması barədə xəbərdarlıq edildi. Lakin Təqsirləndirilən şəxs buna məhəl qoymayaraq tikinti işlərini davam etdirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər Bələdiyyəsinin sədr müavini vəzifəsində işləyir. 17.09.2020-ci il tarixdə o, Mingəçevir şəhər İcra Hakimiyyətinin 1 nömrəli ərazi inzibati dairəsi üzrə icra nümayəndəsi əvəzi X4 və Mingəçevir şəhər Bələdiyyəsinin “Sosial və İqtisadi İnkişaf’ şöbəsinin müdiri Şahid2 iştirakı ilə şəhər ərazisinə nəzarət etmək üçün baxış keçirərkən həmin gün saat 15 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektinin sağ hissəsində “Şüşə-mahlıc” zavodunun arxasındakı boş sahədə qanunsuz tikinti aparıldığını aşkar etmiş və qanunsuz torpaq zəbti ilə əlaqədar akt tərtib etdilər. Bundan sonra həmin tikintinin Kəlbəcər rayonundan məcburi köçkün Təqsirləndirilən şəxs tərəfindən aparıldığını müəyyən etmişlər. Təqsirləndirilən şəxs heç bir sənədi və heç bir icazəsi olmadan özbaşına torpaq sahəsini tutub orada qanunsuz tikinti işlərini aparmasını etiraf etdi. Həmin şəxsə xəbərdarlıq edildi və tikinti işləri dayandırılmalı bildirdi. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər Bələdiyyəsinin “ Sosial və İqtisadi İnkişaf” şöbəsinin müdiri vəzəfisəsində işləyir. 17.09.2020-ci il tarixdə o, Mingəçevir şəhər İcra Hakimiyyətinin 1 nömrəli ərazi inzibati dairəsi üzrə icra nümayəndəsi əvəzi X4 və Mingəçevir şəhər Bələdiyyəsinin “Sosial və İqtisadi İnkişaf’ şöbəsinin müdiri Şahid1 iştirakı ilə şəhər ərazisinə nəzarət etmək üçün baxış keçirərkən həmin gün saat 15 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektinin sağ hissəsində “Şüşə-mahhc” zavodunun arxasındakı boş sahədə qanunsuz tikinti aparıldığını aşkar etdilər və qanunsuz torpaq zəbti ilə əlaqədar akt tərtib etdilər. Bundan sonra həmin tikintinin Kəlbəcər rayonundan məcburi köçkün Təqsirləndirilən şəxs tərəfindən aparıldığını müəyyən etdilər. Təqsirləndirilən şəxs heç bir sənədi və heç bir icazəsi olmadan özbaşına torpaq sahəsini tutub orada qanunsuz tikinti işlərini aparmasını etiraf etdi. İşin 8-9-cu vərəqlərində olan 23 sentyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Mingəçevir şəhər H.Əliyev prospektinin sağ hissəsində yerləşən “ Şüşə Mahlıc” zavodunun arxasında yerləşən boş torpaq sahəsi Mingəçevir bələdiyyəsinin balansındadır. Torpaq sahəsinə baxış zamanı 20 metr uzunluğunda 5 metr, enində mişar daşından 15 daş hündürlükdə damı örtülməmiş, yarımçıq tikinti aşkar edildi. İşin 48-50-ci vərəqində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 13 fevral 2021-ci il tarixli 158-41782-1121 nömrəli məktubda və ona əlavə olunmuş arayışdan və sxemdən görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospektində “Şüşə-mahlıc” zavodunun arxa tərəfində tikinti işlərinin aparıldığı boş torpaq sahəsi 108,0 kv metrdir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs fərdi sahibkarlıqla məşğul olmaq məqsədi ilə qeyri-yaşayış obyekti inşa etmək üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-68-ci maddələrinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yarandığı halda qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirmədən Mingəçevir şəhər Bələdiyyəsi ilə öz arasında torpaq sahəsindən istifadə və icarə hüququ haqqında müqavilə bağlamadan, eləcə də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozaraq, yəni müvafiq yerli icra hakimiyyəti orqanından tikintiyə icazə barədə qərar almadan və tikinti işlərinin aparılması üçün layihə-smeta sənədləri tərtib etmədən 2019-cu ilin aprel ayından Mingəçevir şəhəri, H.Əliyev prospektinin sağ tərəfində, “Şüşə-mahlıc” zavodunun arxa tərəfində yerləşən torpaq sahəsində 108 kvm tövlə inşa etməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan cəmi 108 kvm bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 46-cı vərəqində olan DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşin 45-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Cinayət işinə əlavə edilmiş 19 aprel 2021-ci il saylı, **********7 saylı arayışdan görünür ki, X1 həqiqətən ümumi səbəbdən İİ qrup əlilliyə görə müddətsiz əmək pensiyası alır və aylıq pensiyanın məbləği 259,78 manatdır. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunması, İİ qrup əlil olması, əməlindən peşiman olması, məcburi köçkün olması Cinayət Məcəlləsinin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dən 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab№ AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dən 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab№ AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-71/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-71/2021
23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver