Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-71/2023 10.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X2, Müdafiəçi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Yevlax rayonu Tanrıqulular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Yevlax rayonu Tanrıqulular kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində XX.XX.2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17 radələrində həmkəndlisi Şahid5 övladının Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Ağsaray” şadlıq sarayında keçirilən kiçik toy məclisində iştirak edərək spirtli içki qəbul etdikdən sonra şadlıq sarayından bayıra çıxıb şadlıq sarayının yaxınlığında yəni, Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yaxınlığında istintaqa məlum olmayan şəxslərlə dayanıb söhbət edərək ucadan danışarkən həmin zaman sonuncu yaşadığı evin həyətindən evin yaxınlığında bir neçə nəfər şəxsin ucadan danışaraq gülmələrini eşidərək bayıra çıxaraq ona və ətrafında olan digər şəxslərə yaşadığı evin yaxınlığında ucadan danışıb gülməyi və nalayiq ifadələr işlətməyi irad tutduğu üçün o, özünün şəxsiyyətini Zərərçəkmiş şəxs və ətrafda olan digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoymaqla cəmiyyətdə digər vətəndaşlar üzərində üstünlüyünü nümayiş etdirmək məqsədilə Zərərçəkmiş şəxs yaxınlaşıb ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək əli və ayağı ilə Zərərçəkmiş şəxs sifətinin və bədəninin müxtəlif nahiyərlərindən vurub həmçinin, sonuncunun qulağını dişləyərək Zərərçəkmiş şəxs burun sümüyünün qapalı sınığı, sol qulaq seyvanında yara küt əşyanın təsirindən əmələ gəlməyə xarakterik, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, burnun ucunda yara, sol said nahiyəsində sıyrıqlar, sol gözün üst qapağında, sol said nahiyəsində, sol bazu nahiyələrində, sol kürək və sol böyrək proyeksiyalarında qançırlar küt əşyanın təsirindən əmələ gəlməyə xarakterik sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin olunmayan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə tam təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə həmkəndlisi Şahid5 oğlunun Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “Ağsaray” şadlıq sarayında keçirilən toy məclisində iştirak etmişdir. Toy məclisində həmkəndliləri ilə birlikdə təxminən 0,6 litr həcmdə spirtli içki araq qəbul etmişdir. Spirtli içkinin təsirindən sərxoş vəziyyətdə olmuşdur. Sonra o, sərxoş vəziyyətdə şadlıq sarayının həyətinə çıxaraq sarayın sağ tərəfində yaşayış evinin qarşısında sərxoş olduğu üçün yadında qalmayan 3-4 nəfər həmkəndliləri ilə söhbət edərkən, bu zaman sonradan adını bildiyi X6 yaşadığı ünvandan bayıra çıxıb onların ünvanına nalayiq sözlər işlədərək kənarda söhbət etməklərini bildirmişdir. Xəqani Haciyevin bu sözlərindən sonra o, əsəbləşərək Xəqani Haciyevin üzərinə gedərək əli ilə Xəqaninin bədəninin və başının müxtəlif nahiyyələrindən vuraraq döymüşdür. Onun Xəqani ilə dalaşdığını görən həmkəndliləri də həmin yerə yaxınlaşaraq onları aralaşdırmağa çalışmışlar. Həmin zaman Xəqaninin yaşadığı evin həyətindən 2 nəfər oğlanda bayıra çıxaraq onun üzərinə gəlmişlər. Daha sonra o, oradan aralaşıb yaşadığı Yevlax rayonu Tanrıqulular kəndinə getmişdir. Sonradan ona məlum olmuş ki, Xəqani Haciyev döyülməsi barədə DİN-in 102 xidmətinə və Mingəçevir şəhər polis şöbəsinə müraciət etmişdir. Həmçinin o, ifadəsində Zərərçəkmiş şəxs və ya onun övladlarını əvvəllər tanımadığını, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “Ağsaray” şadlıq sarayının yaxınlığında Zərərçəkmiş şəxslə aralarında baş vermiş mübahisəyə səbəb Xəqaninin onun ünvanına nalayiq sözlər işlətməsi olduğunu, mübahisə zamanı təkcə özü Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən vuraraq döydüyünü, həmçinin Zərərçəkmiş şəxs qulağını dişlədiyini, ondan başqa heçkəsin Zərərçəkmiş şəxs döymədiyini, hadisəni ətrafda olan şəxslərin gördüyünü, hadisə zamanı sərxoş vəziyyətdə olduğunu, mübahisə zamanı Zərərçəkmiş şəxs övladlarına hər hansı xəsarət yetirmədiyini, eləcə də nə Zərərçəkmiş şəxs nədə ki, övladları ona hər hansı xəsarət yetirmədiklərini, mübahisənin təxminən 10 dəqiqə davam etdiyini göstərmişdir. Daha sonra tutduğu əməldən peşman olduğunu,0 zərərçəkmiş şəxslə barışdığını bildirərək məhkəmədən ailə vəziyyətini, ailəli olmaqla yəni himayəsində iki nəfər azyaşlı uşağının olmasını, qardaşının ikinci Qarabağ müharibəsində şəhid olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs göstərmişdir ki, “Ağsaray” şadlıq sarayı yaşadığı evin yaxınlığında yerləşir. xx.xx.2022-ci il tarixdə təxminən 17 radələrində yaşadığı ünvanda olarkən şadlıq sarayından toydan çıxan şəxslərin ona məxsus evin qarşısında nalayiq sözlər işlədərək səs-küy saldıqlarını eşidərək yaşadığı ünvandan bayıra çıxıb nalayiq sözlər işlədən tanımadığı üç nəfər şəxsə öz iradını bildirərək kənarda söhbət etmələrini xahiş etmişdir. Bu zaman həmin üç nəfər şəxslər onun üzərinə gəlmişlər. Həmin şəxslərlə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı yaranmış səs-küyə yaşadığı evin həyətində olan övladları da bayıra çıxmılar. Həmin şəxslər ona qarşı nalayiq sözlər işlədərək üzərinə gələrək həmin şəxslərdən biri adının Hüseyn olduğunu bildiyi şəxs onun sifətinə, burun hissəsinə, sinəsinə, qol nahiyyəsinə, ayaqlarına yumruq və təpiklə, kürək nahiyəmə təpiklə vuraraq onu döymüş, həmçinin qulağını dişləmişdir. Onun mübahisə etdiyini görən övladları bayıra çıxdıqdan sonra ətrafdakı digər şəxslər və övladları onu aralaşdırmışlar. Bundan sonra o, DİN-in 102 xidmətinə bu barədə müraciət etmişdir. Həmçinin o, ifadəsində xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən yaşdığı evin yaxınlığında onu döyən şəxsin adının Hüseyn olduğunu, beləki, ətrafdakı şəxslər onları aralaşdırarkən həmin şəxsi Hüseyn deyə çağırdıqlarını, onun qulağını dişləyən, burun nahiyyəsinə və bədənimin digər nahiyyələrinə zərbələr vuran şəxsin məhz Hüseyn olduğunu, mübahisə zamanı övladları Fuad Hacizadəni və Adəm Hacizadəni heç kəs döymədiyini, o Təqsirləndirilən şəxs və ya digər şəxsləri əvvəllər tanımadığını, aralarında hər hansı ədavət və ya düşmənçilik olmadığını, xx.xx.2022-ci il saat 17 radələrində Təqsirləndirilən şəxsla aralarında mübahisənin baş verməsinə səbəb Hüseyn və onun yanında olan digər şəxslərin onun yaşdadığı evin yaxınlığında sərxoş. Vəziyyətdə ucadan danışıb, nalayiq ifadələr işlətməsini Hüseynə və Hüseynin yanında olan digər şəxslərə irad tutmasının olduğunu, mübahisə baş verənədək Təqsirləndirilən şəxs və ya onun yanında olan digər şəxslərə qarşı hər hansı nalayiq sözlər işlətmədiyini, eləcə də Təqsirləndirilən şəxs qarşı mübahisəyə səbəb ola biləcək hər hansı hərəkət etmədiyini, hadisə zamanı Təqsirləndirilən şəxs ona qarşı etdiklərini ətrafda olan şəxslərin gördüyünü, mübahisə zamanı nə o, nədə ki, övladları Təqsirləndirilən şəxs qarşı və ya digər şəxslərə hər hansı xəsarət yetirmədiklərini, aralarında olan mübahisənin təxminən 10 dəqiqə davam etdiyini göstərmişdir. Daha sonra bildirdi ki, təqsirləndirilən şəxslə barışmış və ona dəymiş ziyan ödənilmişdr. Odur ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxs barədə yüngül cəza təyin edlməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Yaşadıqları evin yaxınlığında “Ağsaray” adlı şadlıq sarayı yerləşir. Həmin şadlıq sarayında mütəmadi olaraq toy məclisləri keçirilir. xx.xx.2022-ci il tarixdə təxminən 17 radələrində yaşadıqları evin həyətində olarkən şadlıq sarayından toydan çıxan şəxslərin onlara məxsus evin qarşısında nalayiq sözlər işlədərək səs-küy saldıqlarını eşitmişlər. Buna görə də atası Xəqani Haciyev yaşadıqları evdən bayıra çıxmışdır. Atası bayıra çıxdıqdan sonra o, və qardaşı Adəm bayırdan gələn səs-küyün artdığını eşidib qardaşı ilə birlikdə darvazadan bayıra çıxmışlar. Bu zaman görmüşlər ki, tanımadıqları bir neçə nəfər atası Xəqani Haciyevlə mübahisə edir. Həmin şəxslərdən biri isə atası Xəqanini təpik və yumruqla bədəninə vuraraq döyür. Qardaşı ilə birlikdə onlara yaxınlaşıb atasını ayırmaq istəmişlər. Həmçinin onlarla eyni vaxtda orada olan digər şəxslər də atasıgilə yaxınlaşaraq aralaşdırmılar. Bundan sonra atası Xəqani Haciyev DİN-in 102 xidmətinə bu barədə müraciət etmişdir. Həmçinin o, ifadəsində xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən yaşdıqları evin yaxınlığında atası ilə bir neçə nəfər şəxsin mübahisə etdiyini, həmin şəxslərdən sonradan adının Hüseyn olduğunu bildiyi şəxsin atasının bədəninin müxtəlif nahiyyələrinə vuraraq döydüyünü, digər şəxslərin isə atasını vurmadığını Təqsirləndirilən şəxs və ya onun yanında olan digər şəxsləri əvvəllər tanımadığını, aralarnda hər hansı ədavət və ya düşmənçiliyin olmadığını, mübahisəyə səbəb Hüseyn və digər şəxslərin yaşadıqları evin yaxınlığında ucadan danışıb gülərək nalayiq sözlər işlətməsinin oldğunu, Mübahisə baş verənədək nə o, nə qardaşı nədə ki, atası Xəqaninin Təqsirləndirilən şəxs və ya onun yanında olan digər şəxslərə qarşı nalayiq sözlər işlətmədiyini və ya mübahisəyə səbəb ola biləcək digər hərəkətlər etmədiklərini, Təqsirləndirilən şəxs onun atasını döyməsini ətrafda olan digər şəxslərin gördüyünü, mübahisə zamanı nə o, nbə atası nədə ki, qardaşı Təqsirləndirilən şəxs və ya digər şəxslərə hər hansı xəsarət yetirmədiklərini, aralarındakı mübahisənin təxminən 10 dəqiqə davam etdiyini göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid2 istintaq zamanı verdiyi ifadəsində Şahid1 öz ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə Şahid3 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən Ağsaray şadlıq sarayında həmkəndliləri Şahid5 azyaşlı övladı Təbriz Həsənliyə kiçik toy məclisi təşkil etmişdir, həmin məclisə yaxınları, qohumları və həmkəndliləri də dəvət edilmişdir. O da həmin toy məclisində qonaq kimi iştirak etmişdir. Məclisin sonlarında təxminən 17 radələrində qardaşı Rəşadla birlikdə şadlıq sarayından bayıra çıxdıq qohumu Hüseyn bir nəfər şəxslə mübahisə etdiyini görmüşdür. O, içkili olduğundan avtomobilin yanında dayanmış, qardaşım Rəşad isə Hüseynə yaxınlaşaraq onu sakitləşdirib avtomobilə əyləşdirmək istəmişdir. Lakin, Hüseyn həddən artıq sərxoş vəziyyətdə olduğundan Rəşad Hüseyni aralaşdırıb avtomobilə tərəf gətirə bilmədiyindən oradan aralaşıb avtomobilə yaxınlaşmış, daha sonra qardaşı Rəşadla birlikdə yaşadıqları Yevlax rayonu Tanrıqulular kəndinə geri qayıtmışlar. Daha sonra xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “Ağsaray” şadlıq sarayının yaxınlığında Zərərçəkmiş şəxs həmkəndlisi Hüseynlə mübahisə etdiyini və Hüseynin Xəqanini vurduğunu gördüyünü, Hüseyndən başqa kimsənin Xəqanini vurmadığını, onların yanında olan digər şəxslərin onları aralaşdırdıqlarını bildirdi. Məhkəmədə Şahid4 Şahid4 ifadəsçinə uyğun məzmunda ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə Şahid7 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən Ağsaray şadlıq sarayında həmkəndliləri Şahid5 azyaşlı övladı Təbriz Həsənliyə kiçik toy məclisi təşkil etmişdir. Həmin məclisə yaxınları, qohumları və həmkəndliləri dəvət edilmişdir. O da həmin toy məclisində qonaq kimi iştirak etmişdir. Məclisin sonlarında təxminən 17 radələrində şadlıq sarayından bayıra çıxdıqda qohumu Hüseynin bir nəfər şəxslə mübahisə etdiyini görmüşdür. Hüseyngilin yaxınlığında bir neçə nəfər şəxs də olmuşdur. O, Hüseynin həmin şəxslə dalaşdığını görüb onları aralaşdırmağa çalışmışdır. Hüseyn sərxoş olduğundan o, digər şəxslərin köməkliyi ilə onları aralaşdırmışdır. Daha sonra Hüseynlə birlikdə oradan aralaşıb yaşadıqları Yevlax rayonu Tanrıqulular kəndinə geri qayıtmışdır. Həmçinin o, ifadəsində xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “Ağsaray” şadlıq sarayının yaxınlığında Zərərçəkmiş şəxs həmkəndlisi Hüseynlə mübahisə etdiyini və Hüseynin onu vurduğunu gördüyünü, lakin Hüseyndən başqa kimsə Xəqanini vurmadığını, onların yanında olan digər şəxslərin Xəqani və Hüseyni aralaşdırdıqlarını, Zərərçəkmiş şəxs Hüseyndən başqa heçkəsin vurmadığını bildirdi. Məhkəmədə Şahid5 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o, Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “Ağsaray” şadlıq sarayında azyaşlı övladı Təbriz Həsənliyə kiçik toy məclisi təşkil etmiş, həmin məclisə yaxınları, qohumları və həmkəndlilərini dəvət etmişdir. Məclisin sonlarında təxminən o, saat 17 radələrində şadlıq sarayından bayıra çıxdıqda şadlıq sarayının qarşısında polis əməkdaşlarının olduğunu görmüşdür. O, nə baş verməsi barədə maraqlanarkən ona məlum olmuş ki, məclisdə iştirak etmiş şəxslərdən bir neçəsi sərxoş vəziyyətdə Ağsaray şadlıq sarayının sol tərəfində həyət evində yaşayan sonradan adını bildiyi X3 evinin qarşısında səs-küy salmışlar, bu səbədən Xəqani Haciyev həmin şəxslərə öz iradını bildirmiş, bundan sonra həmin şəxslər Xəqani Haciyevin arasında mübahisə yaranmışdır. Lakin Zərərçəkmiş şəxslə kimin mübahisə etdiyini və ya kimin Xəqanini döydüyünü o, görməmişəm. Sonradan ona məlum olmuş ki, Xəqani Haciyev döyülməsi barədə DİN-in 102 xidmətinə və Mingəçevir şəhər polis şöbəsinə müraciət etmişdir. Həmçinin o, ifadəsində xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “Ağsaray” şadlıq sarayının yaxınlığında Zərərçəkmiş şəxs həmkəndlisi Hüseyn tərəfindən döyülməsini eşitdiyini, digər şəxslərin isə onları aralaşdırdıqlarını, sonradan bu barədə kənd sakinlərindən maraqlandıqda ona Xəqanini yalnız Hüseynin vurduğunu bildirdi. Məhkəmədə Şahid6 Şahid5 ifadəsinə uyğun məzmunda ifadə verərk Şahid5 göstərdiyi xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 566 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: -sol qulaq seyvanında yara dişləmə nəticəsində əmələ gəlmişdir, burun sümüyünün qapalı sınığı, burun nahiyyəsində sıyrıq və şişkinlik fonunda qançır, sol gözünün üst qapağında sol bazuda, sol said nahiyyəsində sıyrıq, küt əşyanın (lət-lərin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğundur. Ağırlıq dərəcələrinə görə bürün sümüyünün qapalı sınığı sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Sol qulaq seyvanında yara sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Burnun ucunda yara, burnunda və sol said nahiyyələrində sıyrıqlar, sol gözün üst qapağında, sol said nahiyyəsində, sol bazu nahiyyələrində, sol kürək və sol böyrək proyeksiyalarında qançırlar sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X4 27 sentyabr 2020-ci il taridxə İİ Qarabağ müharibəsində döyüş meydanında Tər-Tər Talış istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü Nurlan və xx.xx.2020-ci il təvəllüdlü Turan adlı iki azyaşlı uşağı var. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəyib və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə istintaqı zamanı cinayət hadisəsinin olması, təqsirləndirilən şəxsin əməlində cinayətin tərkibinin olması və cinayət törədilməsində aidiyyətınin olması, yəni Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, X5 üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etməsi təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin, şahid ifadələri, məhkəmədə tədqiq olunmuş digər sənədlərlə tam sübuta yetirilir və Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyət daşıyıb cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində iki nəfər azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, CM-nin 59.1.1, 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində hansı cəzanın təyin edilməsini müəyyən edərkən törədilmiş cinayətin xarakterini, içtimai-təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirləndirilən şəxsin şəxsiyyətini belə ki, ailəli olmaqla himayəsində iki nəfər azyaşlı uşağının olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və zərərçəkmiş şəxsə dəymiş madi zərəri ödəməsini, həmçinin şəhid ailəsi olmasını və ona təyin ediləcək cəzanın həyat şəraitinə təsirini nəzərə alaraq belə hesab edir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edir və ona görə də ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməklə cəza öz məqsədinə nail ola bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilimədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilimədən saxlanılsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olduğu andan 20 gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-71/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-71/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver